Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-301/2020 23.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində xx xxxxxx 2020-ci il tarixdə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli 2(004)-318/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Belə ki, Təqsirləndirilən şəxs 8000,00 manat məbləğində pul vəsaitinin tələbkar Zərərçəkmiş şəxs1 və 10000,00 manat məbləğində pul vəsaitinin tələbkar Zərərçəkmiş şəxs2 xeyrinə, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tələbkarlar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməsinə dair Yasamal Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(004)-318/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, həbs edildikdən sonra yenidən izahatı alınıb, Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, şəxsi maraq niyyətilə, cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni xx xxxx 2020-ci il tarixədək tələbkarlar Zərərçəkmiş şəxs1 xeyrinə 8000,00 manat məbləğində pul vəsaitini və Zərərçəkmiş şəxs2 xeyrinə 10000,00 manat məbləğində pul vəsaitini ödəməmiş, onlara maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş məlum qətnaməsini qərəzli olaraq icra etməyərək, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə ona elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Yasamal Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(004)-318/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən 8000,00 manat məbləğində pul vəsaitinin tələbkar Zərərçəkmiş şəxs1 və 10000,00 manat məbləğində pul vəsaitinin tələbkar Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməsinə dair icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Həbs edildikdən sonra yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilmişdir. Tələbkarların xeyrinə pul vəsaitini ödəmədiyinin səbəbini tələbkarlara heç bir məbləğdə borcunun olmaması ilə izah etmişdir. Yasamal Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(004)-318/2017 saylı qətnaməsini ədalətsiz qərar hesab etdiyindən həmin qətnaməni icra etməmişdir. Bu səbəbdən verilmiş ittihamda özünü təqsirli bilmir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Yasamal Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(004)- 318/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən borclu Təqsirləndirilən şəxs 8000,00 manat məbləğində pul vəsaitinin onun və 10000,00 manat məbləğində pul vəsaitinin tələbkar Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməsinə dair icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, həbs edildikdən sonra yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, o cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni xx xxxx 2020-ci il tarixədək 8000,00 manat məbləğində pul vəsaitini qərəzli olaraq onun xeyrinə ödəməmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Yasamal Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(004)- 318/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən borclu Təqsirləndirilən şəxs 8000,00 manat məbləğində pul vəsaitinin Zərərçəkmiş şəxs1 və 10000,00 manat məbləğində pul vəsaitinin onun xeyrinə ödənilməsinə dair icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, həbs edildikdən sonra yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq 10000,00 manat məbləğində pul vəsaitini qərəzli olaraq onun xeyrinə ödəməmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin yuxarı həddində cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 8000,00 manat məbləğində pul vəsaitinin tələbkar Zərərçəkmiş şəxs1 və 10000,00 manat məbləğində pul vəsaitinin tələbkar Zərərçəkmiş şəxs2 xeyrinə, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tələbkarlar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməsinə dair Yasamal Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(004)- 318/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirmədiyinə görə Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 gün müddətinə inzibati qaydada həbs olunmasına, həbs edildikdən sonra yenidən izahatı alınıb, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinə ilə nəzərdə tutulan cinayət məsuliyyəti barədə xəbərdar edilməsinə baxmayaraq, cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni xx xxxx 2020-ci il tarixədək tələbkarlar Zərərçəkmiş şəxs1 xeyrinə 8000,00 manat məbləğində pul vəsaitini və Zərərçəkmiş şəxs2 xeyrinə 10000,00 manat məbləğində pul vəsaitini ödəməmiş, onlara maddi ziyan vurmaqla, məhkəmənin qanuni qüvvəyə minmiş məlum qətnaməsini qərəzli olaraq icra etməmişdir. Borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq təqdimat verilmişdir. Məhkəmə iclasında şahid Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid2 iş üzrə ondan öncə ifadə verən Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(004)-318/2017 saylı qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 8000,00 manat məbləğində pul vəsaitinin tələbkar Zərərçəkmiş şəxs1 və 10000,00 manat məbləğində pul vəsaitinin tələbkar Zərərçəkmiş şəxs2 xeyrinə, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun tələbkarlar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarında olan xx xxx 2018-ci il tarixli Bakı şəhəri Xətai rayon icra şöbəsinin icraata başlamaq haqqında qərarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2017-ci il tarixli, 2(004)-318/2017 saylı qətnaməsi üzrə icraata başlanılmışdır. İş materiallarının 13–cü vərəqində olan tələbin könüllü icrası haqqında bildirişdən və məktubdan məlum olur ki, Təqsirləndirilən şəxs qətnamənin könüllü icrası barədə məlumatlandırılmışdır. İş materiallarına əlavə edilmiş sorğulara cavablardan məlum olur ki, Təqsirləndirilən şəxs adına daşınar və daşınmaş əmlaklar aşkar edilməmişdir. İş materiallarının 75-76-cı vərəqəsində olan iltizamdan məlum okur ki, Təqsirləndirilən şəxs icra sənədini qərəzli ira etmədiyi təqdirdə inzibati və cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixlərdə xəbərdar olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli inzibati xəta haqqında iş üzrə qərarından məlum olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 10 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. İş materiallarında olan xx.xx.2019-cu il tarixli xəbərdarlıqdan görünür ki, icra sənədinin icra edilmədiyi təqdirdə Təqsirləndirilən şəxs AR CM-nin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xəbərdar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş tələbnamədəngörünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli qətimkan tədbiri seçmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə hesab edir ki,Təqsirləndirilən şəxs ifadəsi özünü müdafiə xarakteri daşıyır və məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası adından çıxarılmış və qüvvəyə minmiş qətnamənin qərəzli olaraq icra edilməməsi məhkəm iclasında tam sübuta yetirilmişdir. Beləliklə, cinayət təqibi üzrə məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq edilmiş və yuxarıda şərh olunan mötəbər və mümkün sübutların məcmusuna cinayət işinin bütün materialları ilə birlikdə hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərədə tutulmuş cinayət əməlini törətməsi kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, məhkəmənin qərarının və digər aktının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır, pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar kağız üzərində qalır. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icra etmək üçün zəruri tədbirlərin görülməməsi ilə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin səmərəsi heçə endirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif olunmasını nəzərə alır və belə hesab edir ki, o, qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk məhkumluğunu cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, inzibati qaydada tənbeh edildiyini və bundan nəticə çıxartmamasını nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzasının əvvəli həbs edildiyi andan hesablanmalıdır. İş üzrə məhkəmə xərci, maddi sübut, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Yuxarıdakılara əsasən, Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 344-346, 349, 351-354 və 356-cı maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalında həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia, maddi sübut, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə xərcləri yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-301/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-301/2020
23.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver