Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-302/2020 27.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Rəşid Şükür oğlunun sədrliyi, məhkəmə iclasının katibi Səfərov Nihad Asif oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə baxışı iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktında qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən külli miqdarda 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 1,221 qram və 1,129 qram olmaqla, ümumi çəkisi 2,350 qram tiryəkdən kustar üsulla hazırlanmış kimyəvi tərkiblərinə görə eyni olan narkotik vasitə olan heroin və şəxsi istiehlak miqdarından artıq miqdarda 07 ədəd kibrit qutularında qablaşdırılmış ayrı-ayrılıqda təmiz çəkiləri 2,876 qram, 2,127 qram, 3,515 qram, 4,667 qram, 3,293 qram, 3,937 qram, 4,287 qram olmaqla, ümumi çəkisi 24,702 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, tərkiblərinə görə eyni olan narkotik vasitə qurudulmuş marixuana əldə edib, üstündə saxlayaraq daşımış, xx xxxxxx 2019-cu ildə saat 21 radələrində DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin və Xətai rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi birgə əməliyyat axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs ünvan 2 nömrəli binanın qarşısında saxlanılaraq ünvan 1 ünvanda yerləşən Xətai RPİ-in 35-ci PB-nə gətirilmiş, Polis Bölməsində xidməti otaqların birində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli gödəkçənin sol iç cibindən 01 ədəd kibrit qutusunda 02 ədəd bükülüdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 1,221 qram və 1,129 qram olmaqla, ümumi çəkisi 2,350 qram tiryəkdən kustar üsulla hazırlanmış kimyəvi tərkiblərinə görə eyni olan narkotik vasitə olan heroin və 07 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 2,876 qram, 2,127 qram, 3,515 qram, 4,667 qram, 3,293 qram, 3,937 qram, 4,287 qram olmaqla ümumi çəkisi 24,702 qram, bitki mənşəli kütlələr, çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, tərkiblərinə görə eyni olan narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Cinayət işi xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri Xətai RPİ-nin 35-ci Polis Bölməsinin təhqiqatçısı, polis mayoru X2 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə başlanılmış, həmin tarixdə cinayət işi Bakı şəhəri Xətai RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X6 tərəfindən icraata qəbul edilərək Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə tövsif edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan olunmuş, xx xxxxxx 2019-cu il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə barəsində 04 (dörd) ay müddətinə «həbs» qətimkan tədbiri seçilmişdir. Daha sonra həmin cinayət işi xx xxxxxx 2020-ci il tarixdə Bakı şəhəri Xətai RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru X5 tərəfindən icraata qəbul edilərək xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif olunmuşdur. Cinayət işi üzrə ittiham aktı xx xxxxx 2020-ci il tarixdə Bakı şəhəri Xətai rayonunun sabiq prokuroru Yusif İldırımzadə tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmiş və xx xxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmənin hazırlıq iclasında dövlət ittihamçısı Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Amin Şəkərəliyev tərəfindən verilmiş cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə vəsatət təmin edilərək cinayət işinin baxılmasına xitam verilmiş və iş ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurora geri qaytarılmışdır. Hazırki cinayət işi üzrə ittiham aktı xx xxxxxx 2020-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xətai rayonun prokuroru, baş ədliyyə müşaviri Sərdar İmanov tərəfindən təsdiq edilmiş, sözügedən cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmiş və xx xxxxxxxx 2020-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 2003-cü ildən narkotik vasitə heroini inyeksiya yolu ilə istifadə etdiyindən narkomaniya xəstəliyindən əziyyət çəkir. İstifadə etdiyi narkotik vasitəni müxtəlif yerlərdən, tanımadığı şəxslərdən əldə etmişdir. Sonuncu dəfə tutulmamışdan təxminən 02 (iki) ay əvvəl Cəlilabad rayonu Üçtəpə qəsəbəsinə getmiş, qəsəbədə olduğu zaman istifadə etmək məqsədilə narkotik vasitə ala biləcəyi şəxs axtararkən təsadüfən tanımadığı bir nəfər şəxsə yaxınlaşaraq, narkotik vasitə haradan ala biləcəyi ilə maraqlanmış, həmin şəxs söhbət zamanıona hər bükümdə təxminən 1 qram çəkidə 5 büküm narkotik vasitə olan heroin, habelə hər birində təxminən 3-4 qram olmaqla 10 ədəd kibrit qutularında qablaşdırılmış halda narkotik qurudulmuş marixuananı sata biləcəyini demişdir. Mütəmadi olaraq narkotik vasitə istifadəçisi olduğu üçün narkotik vasitələrin hamısınıalmışdır. Aldığı narkotik vasitə olan heroinin bir hissəsini istifadə etmişdir. xx xxxxxx 2019-cu il tarixdə, saat 21 radələrində Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi ilə hərəkətdə olduğu zaman bir neçə mülki geyimli şəxslər ona yaxınlaşıb Xətai RPİ-nin 35-ci PB-nin olduqlarını və qanunsuz olaraq narkotik vasitə əldə edib, saxlamada şübhəli olduğunu deyərək onlarla birlikdə bölməyə getməli olduğunu bildirmişdirlər. O, polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmiş, bölmədə olan zaman videoçəkilişdən istifadə edilməklə şəxsi axtarışına başlanmış, həmin vaxt o, polis əməkdaşlarının təklifinə əsasən könüllü olaraq əynindəki göy rəngli gödəkçənin sol iç cibindən kibrit qutusunun içərisinə qoyduğu 02 (iki) ədəd bükümdəki narkotik vasitə heroini, 07 (yeddi) ədəd kibrit qutularındakı narkotik vasitə qurudulmuş marixuananı çıxarıb polis əməkdaşlarına təqdim etmiş, səmimi etiraf edib bildirmiş ki, həmin narkotik vasitələri Cəlilabad rayonu Üçtəpə qəsəbəsində tanımadığı şəxsdən almış, bundan sonra polis əməkdaşı tərəfindən şəxsi axtarışı keçirilmiş, əynində olan gödəkçənin sol yan cibindən 01 (bir) ədəd elektron tərəzi, gödəkçənin sağ yan cibindən daxilində ***-***-**-** mobil nömrəsi olan 01 (bir) ədəd «Nokia» markalı mobil telefon aşkar edilib götürülmüşdür. Bundan əlavə üstündən aşkar edilərək götürülmüş narkotik vasitə heroin və qurudulmuş marixuananı yalnız özü qəbul etmək məqsədi ilə üzərində saxlamış, heç vaxt heç kimə narkotik vasitə satmamış və ümumiyyətlə heç kimə istifadə etməkdən ötrü narkotik vasitə verməmiş, nakotik vasitə əldə etdiyi zaman onların satışını həyata keçirmək niyyəti olmamışdır. Daimi olaraq narkotik vasitə olan heroin istifadə etsədə, marixuananıda almasının səbəbi heroin olmadığı təqdirdə marixuana istifadə etmək olmuşdur. Üzərində həm narkotik vasitə olan heroinin, həm də marixuananın gəzdirməsinin səbəbini izah edə bilmədiyini, elektron tərəzini üstündə gəzidməyinə səbəb isə yalnız narkotik vasitə heroini qəbul etdiyi zaman onun miqdarını müəyyən etməkdən olmuşdur. İbtidai istintaq zamanı üzərindən aşkar edilmiş mobil telefonun daxilində nömrənin olmaması qeyd edilsədə, həmin mobil telefonun daxilində təxminən 01 (bir) il 06 (altı) ay bundan əvvəl aldığı ***-***-**-** mobil nömrə olmuş və bu barədə o polis əməkdaşlarına bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in BNMİ-in baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Şahid1 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs Xətai rayonu ərazisində narkotik vasitələrdən istifadə etməsi, üzərində gəzdirməsi barədə əməliyyat məlumatı əldə etmiş, məlumatın yoxlanılması məqsədi ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi zərurəti yarandığından tərəfindən rəsmi olaraq raportla ərazi aidiyyatı üzrə Xətai RPİ-in 35-ci PB-ə müraciət edilmiş və birgə əməliyyat tədbirinin keçirilməsinə dair qərar qəbul edilmişdir. xx xxxxxx 2019-cu ildə əməliyyat tədbirinin keçirilməsi məqsədilə 35-ci PB-in əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və həmin polis bölməsinin sahə inspektoru, polis leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat tədbiri zamanı xx xxxxxx 2019-cu il tarixdə, saat 21 radələrində ünvan 2 ünvanın qarşısında narkotik vasitələrin qəbulunda şübhəli bilinən Nəsrəddin adlı şəxs saxlanılıb polis bölməsinə gətirilmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən öncə sonuncuya üzərində gəzdirməsi, saxlanılması qanunla qadağan olunan hər hansı bir əşya və ya alətin olub-olmaması soruşulmuş, olduğu təqdirdə onları təqdim etməsi təklif edilmişdir. Nəsrəddin narkotik vasitələrin aludəçisi olduğunu, narkotik vasitələri anket məlumatlarını bilmədiyi müxtəlif şəxslərdən aldığını bildirərək könüllü olaraq əynində olmuş göy rəngli gödəkçənin sol iç cibindən 08 (səkkiz) ədəd kibrit qutusu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kibrit qutusunun birində 2 ədəd bükülüdə narkotik vasitə olan heroin, qalan 7 ədəd kibrit qutusunun içərisində isə narkotik vasitə olan qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin bildirmişdir ki, həmin narkotik vasitələri təxminən 2 ay əvvəl Cəlilabad rayonu Üçtəpə qəsəbəsində olarkən üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən özü istifadə etmək üçün alıb üzərində gəzdirib saxlamışdır. Bundan sonra təhqiqatçı Müşfiq Cəbrayılov tərəfindən Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş və onun əynində olan gödəkçənin sol yan cibindən 01 ədəd elektron tərəzi, gödəkçəsinin sağ yan cibindən 01 ədəd «Nokia» markalı mobil telefon və əynində olan qara rəngli şalvarının sol yan cibindən 01 qutu «Kent» siqareti aşkar edilib götürülmüşdür. Müşfiq Cəbrayılovun «Siz hansı məqsədlə üzərinizdə elektron tərəzi gəzdirirsiniz?» sualına Nəsrəddin narkotik vasitənin çəkisini dəqiqləşdirməkdən ötrü üzərində elektron tərəzi gəzdirdiyini, həmin tərəzi ilə sonuncu dəfə Cəlilabad rayonu Üçtəpə qəsəbəsində tanımadığı şəxsdən heroini alarkən çəkdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş elektron tərəzi və Nəsrəddin tərəfindən 8 ədəd kibrit qutusunun içərisində təqdim edilmiş narkotik vasitələr Müşfiq Cəbrayılov tərəfindən müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş, protokolun doğruluğu Təqsirləndirilən şəxs, onun və axtarışda iştirak edən şəxslər tərəfindən imzalarla təsdiq olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xətai RPİ-in 35-ci PB-in sahə inspektoru Şahid3 digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi faktları və halları eynilə təsdiq etmişdir. Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, onun iştirakı olmadan işə baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi faktları və halları eynilə təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs uşaqlıq vaxtlarından tanıdığını, məhəllə adamı kimi Nəsrəddinlə aralarında daim yoldaşlıq münasibətləri olduğunu, Təqsirləndirilən şəxsla qonşu olduğundan onun narkotik vasitələrdən istifadə etməsini bilmiş, dəfələrlə narkotik vasitələrdən istifadənin onun üçün zərərli nəticələr doğuracağı izah edib, narkotik vasitələrdən istifadəni dayandırması ilə bağlı söhbətlər etmiş, bu halı aradan qaldırmağa çalışmış, lakin mütəmadi edilən bu kimi cəhdləri uğursuzluqla nəticlənmiş, Nəsrəddin narkotik vasitələrdən istifadəni davam etdirmişdir. Bununla belə o, heç vaxt Nəsrəddinin üstündə narkotik vasitə saxlamasını bilməmiş, onun nə vaxtsa, kiməsə narkotik vasitələrin satmasını görməmiş, ümumiyyətlə bu barədə eşitməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən üç ilə yaxındır ki, çay evlərinin birində tanıyaraq yoldaşlıq münasibələri yaradaraq tez-tez görüşmüşlər, söhbət edərkən Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitədən istifadə etdiyini bilmişdir. Nəsrəddinlə yoldaşlıq münasibətində olduğu üçün dəfələrlə narkotik vasitələrdən istifadəni dayandırmasını xahiş etmiş, bununla bağlı ona bir çox iradlar bildirmiş, lakin müsbət nəticəyə nail ola bilməmiş, bununla belə o, heç vaxt Nəsrəddinin kiməsə narkotik vasitə satmasını görməmiş və eşitməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən iki ilə yaxın müddətdir ki, tanımış, aralarında yoldaşlıq münasibətləri olmuşdur. Təqsirləndirilən şəxsla mütəmadi olaraq görüşüb əlaqə saxladığı üçün, onun narkotik vasitədən istifadə etdiyini barədə məlumatım olmuşdur. Lakin o, heç vaxt Nəsrəddinin hər hansı şəxsə narkotik vasitə satmasını görməmiş, eşitməmiş, onun bu kimi əməllərə yol verə biləcəyinə ehtimal belə verməmişdir. Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamının şöbəsinin prokuroru Dövlət ittihamçısı məhkəmə baxış iclasında vəsatət verərək göstərmişdir ki,Həmin cinayət işi, xx xxxxxx 2019-cu il tarixdə Xətai RPİ-nin 35-ci PB-nin təhqiqatçısı, polis mayoru Müşfiq Cəbrayılov tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanılmış və həmin tarixdə istintaq aidiyyəti üzrə Xətai RPİ-nin İstintaq şöbəsinə göndərilmişdir. xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində Xətai RPİ-nin 35-ci PB-nin təhqiqatçısı, polis mayoru Müşfiq Cəbrayılov tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2019-cu il tarixdə cinayət işi Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Rəşad Bəşirov tərəfindən icraata qəbul edilib istintaq aparılmışdır. xx.xx.2019-cu il tarixdə cinayət işi üzrə əməl müstəntiq Rəşad Bəşirov tərəfindən CM-nin 234.1-ci maddəsindən CM-nin 234.4.3-cü maddəsinə tövsif edilmişdir. xx.xx.2019-cu ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş ittiham elan edilmiş, barəsində Xətai rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmşdir. xx.xx.2020-ci ildə cinayət işi Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Araz Məhərrəmovun icraatına qəbul edilib istintaq aparılmışdır. xx.xx.2020-ci ildə müstəntiq Araz Məhərrəmov tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilmişdir. xx.xx.2020-ci ildə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan görünür ki, o, satış məqsədi olmadan, qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda əldə etdiyi, 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,221 qr və 1,229 qr, ümumi çəkisi 2,350 qr olan tiryəkdən kustar üsulla hazırlanmış kimyəvi tərkiblərinə görə eyni olan narkotik vasitə olan heroni və 07 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 2,876 qr, 2, 127 qr, 3,515 qr, 4,667 qr, 3,293 qr, 3,937 qr, 4,287 qr, ümumi çəkisi 24,702 qr, bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan, çətənə bitkisindən kustar üsulla hazırlanmış, tərkiblərinə görə eyni olan narkotik vasitə qurudulmuş marixuananı üzərində saxlayaraq daşımış, xx.xx.2019-cu ildə saat 21.00-da DİN-nin BNMİ-nin və Xətai RPİ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 nömrəli binanın qarşısında saxlanılaraq Xətai RPİ-nin 35-ci PB-nə gətirilmiş, Xətai rayonu G.Şıxlinski küçəsi 49 ünvanında yerləşən polis bölməsində xidməti otaqların birində üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli gödəkçənin sol iç cibindən 01 ədəd kibrit qutusunda 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,221 qr və 1,229 qr, ümumi çəkisi 2,350 qr olan tiryəkdən kustar üsulla hazırlanmış kimyəvi tərkiblərinə görə eyni olan narkotik vasitə olan heroni və 07 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 2,876 qr, 2, 127 qr, 3,515 qr, 4,667 qr, 3,293 qr, 3,937 qr, 4,287 qr, ümumi çəkisi 24,702 qr, bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan, çətənə bitkisindən kustar üsulla hazırlanmış, tərkiblərinə görə eyni olan narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. İş üzrə ittiham aktı xx xxxxx 2020-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xətai rayonunun sabiq prokuroru, baş ədliyyə müşaviri Yusif İldırımzadə tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Xətai rayon məhkəməsinə göndərilmişdir. Məhkəmənin hazırlıq iclası zamanı dövlət ittihamçısı vəsatət verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməsini və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını, eyni zamanda yol verilmiş qanun pozuntuları ilə əlaqədar ibtidai istintaqı aparmış Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X5 barəsində xüsusi qərar çıxarılmasını təklif etmişdir. Xətai rayon məhkəməsinin ( hakim İbrahim İbrahimli) xx xxxx 2020-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilmiş və iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmış, eyni zamanda yol verilmiş qanun pozuntuları ilə əlaqədar ibtidai istintaqı aparmış Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru X5 barəsində xüsusi qərar çıxarılmışdır. İş üzrə ittiham aktı xx xxxxxx 2020-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xətai rayonun prokuroru, baş ədliyyə müşaviri Sərdar İmanov tərəfindən təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Xətai rayon məhkəməsinə göndərilmişdir. Qeyd edilən cinayət işi üzrə məhkəmənin hazırlıq iclası xx xxxxxxxx 2020ci il tarixdə məhkəmənin hazırlıq iclası keçirilərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkəməyə verilmişdir. Cinayət işi tərəfindən öyrənilərkən Təqsirləndirilən şəxs əməlində daha ağır cinayətin, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətlərinin olması müəyyən edilmişdir. Belə ki, iş materiallarında olan, Xətai RPİ-nin 35-ci PB-nin təhqiqatçısı, polis mayoru X1 tərtib etdiyi “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2019-cu il tarixli protokoldan görünür ki, xx.xx.2019-cu il tarixdə saat 22.50-dən saat 23.05-ə qədər olan müddətdə Xətai RPİ-nin 35-ci PB-də şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan gödəkçənin iç cibindən, 7 kibrit qutusunda içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar əşya, 1 kibrit qutusunda 2 ədəd bükümdə narkotik vasitə olan heroinə oxşar maddə aşkar edilərək götürülmüşdür. Bundan başqa, şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən Nokia markalı mobil telefon, sol yan cibindən 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Araz Məhərrəmovun tərtib etdiyi xx.xx.2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən aşkar edilmiş Nokia markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Nokia markalı mobil telefonun İMEİ kodu **********5127-dir. Telefonun daxilində SİM kart mövcud deyil. Mobil telefon işlək vəziyyətdədir. İş materiallarında olan, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli 30221 nömrəli rəyindən görünür ki, 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 1,221 qr və 1,229 qr, ümumi çəkisi 2,350 qr olan madddələr tiryəkdən kustar üsulla hazırlanmış kimyəvi tərkiblərinə görə eyni olan narkotik vasitə olan heron və 07 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 2,876 qr, 2, 127 qr, 3,515 qr, 4,667 qr, 3,293 qr, 3,937 qr, 4,287 qr, ümumi çəkisi 24,702 qr, bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış, tərkiblərinə görə eyni olan narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş 1 ədəd elektron tərəzinin üzərində heroin izləri vardır. İş materiallarında olan, DİN-nin BƏSİİ-nin Təqsirləndirilən şəxs barəsində tərtib etdiyi xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, o, ACDİÜ AR-nin Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə CM-nin 234.4.3-cü maddəsi ilə 09 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə 07 ay cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə saat 21 radələrində ünvan 3 saylı ünvanın qarşısından keçərkən ona polis əməkdaşları saxlayıb Xətai RPİ-nin 35-ci PB-nə gətirmişlər. Orada üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan gödəkçədən içərisində qurudulmuş marixuana olan 7 ədəd kibrit qutusu, habelə, içərisində 2 qr heroin olan 1 ədəd kibrit qutusu cəmi 8 kibrit qutusu aşkar edilərək götürülmüşdür. O həmin narkotik vasitələri 2 ay bundan əvvəl Cəlilabad rayonunda tanımadığı şəxsdən aldığını göstərmişdir. O həmin narkotik vasitələri satmaq məqsədi ilə deyil, özünün şəxsi istehlakı üçün almış, ümumiyyətlə heç kimə narkotik vasitə satmamışdır. Üzərində elektron tərəzi gəzdirməkdə məqsədi satıcılardan narkotik vasitə alarkən çəkidə aldanmaması üçün, həm də inyeksiya yolu ilə heroini dozadan artıq qəbul etməməsi üçün həmin tərəzidən istifadə etmək olmuşdur. Bundan başqa, üzərində aşkar edilmiş mobil telefonda təqribən 1 il bundan əvvəl hazırda xatırlamadığı mobil nömrə olmuş, bundan sonra heç bir mobil nömrədən istifadə etməmiş, mobil telefonu nömrəsiz üstündə gəzdirmişdir. Təqsirləndirilən şəxs ifadəsində üzərindən şəxsi axtarış zamanı aşkar edilmiş 2 bükümdə külli miqdarda narkotik vasitə olan heroini, 7 bükümdə qurudulmuş marixuananı satış məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün üstündə gəzdirməsi, elektron tərəzidən satıcılardan narkotik vasitə alarkən çəkidə aldanmaması üçün, həm də inyeksiya yolu ilə heroini dozadan artıq qəbul etməməsi üçün istifadə etməsini göstərməsi işin obyektiv hallarına uyğun olmadığından özünü müdafiə xarakteri daşımaqla yalan ifadə vermə kimi qiymətləndirilməlidir. Göründüyü kimi təqsirləndirilən şəxsin üzərindən şəxsi axtarış zamanı iki növ narkotik vasitənin aşkar edilməsi (heroin və qurudulmuş marixuana) narkotik maddənin külli miqdarda olması (2,350 qram olan heroin), heroin və qurudulmuş marixuananın çəkilib xırda bağlamalara bükülməsi, elektron tərəzinin olması, təqsirləndirilən şəxsin əvvəllər külli miqdarda narkotik vasitənin qanunsuz olaraq satmasına görə cinayət məsuliyyəti nəzərdə tutulan CM-nin 234.4.3-cü maddəsi ilə məhkum olunması, təqsirləndirilən şəxsin şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə, sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olmasına dəlalət edən hallardır. Belə olan halda, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətləri vardır. Lakin müstəntiq Araz Məhərrəmov Təqsirləndirilən şəxs əməlinə düzgün hüquqi qiymət verməyərək tam, hərtərəfli, obyektiv araşdırma aparılmadan, Təqsirləndirilən şəxs əməlində CM-nin 234.4.3-cü maddəsi deyil, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddənin tərkib əlamətləri olması barədə işin faktiki hallarına uyğun olmayan əsassız yekun nəticəyə gəlmiş, sonuncunun əməlini düzgün tövsif etməmişdir. Bundan başqa, ibtidai istintaq zamanı CPM-nin 8.0.3-ci maddəsinin tələbləri pozularaq cinayət işi üzrə tam,hərtərəfli, obyektiv araşdırma aparılmamışdır. Belə ki, şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş Nokia markalı mobil telefona baxış zamanı onun İMEİ kodu yəni **********5127 saylı olması müəyyən edilsə də, həmçinin Təqsirləndirilən şəxs ifadəsində həmin mobil telefonda 1 il bundan əvvəl mobil nömrə istifadə etdiyini, lakin hazırda nömrəni xatırlamadığını göstərsə də, müstəntiq istintaqa artıq bəlli olan İmei kodlu Nokia markalı mobil telefonda cinayət törədilən vaxta kimi hansı mobil nömrələr işlədilib-işlədilməməsini müvafiq mobil operatorlara sorğu verməklə müəyyən etməmiş, təqsirləndirilən şəxsin mobil nömrə ilə apardığı mobil telefon danışıqları mobil operatorlardan götürülüb təhlil edilməmiş, əlaqə zəng sahibləri istintaqa çağırılıb işin mahiyyəti üzrə dindirilməmiş, təqsirləndirilən şəxsin narkotik vasitəni satdığı şəxslər, qabaqcadan əlbir olduğu bir qrup şəxslər müəyyən edilib ifşa edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 3-cü bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-nin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144 -146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-nin 138.1-ci maddəsinə əsasən sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Qanun hər bir sübutun yuxarıda qeyd olunan 3 meyar (mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi) əsasında qiymətləndirilməsini tələb edir. Sübutların mötəbərliliyi anlayışı isə zəruri şərt kimi cinayət işi üzrə toplanmış və tədqiq edilmiş hər bir sübutun digərinə uyğun olmasını, onu təsdiq etməsini və anti sübutlar tərəfindən təkzib edilə bilməməsini tələb edir. Azərbaycan Respublikası CPM-nin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarının 9-cu bəndinə əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə ki, Təqsirləndirilən şəxs əməlində daha ağır cinayətin, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətlərinin olması müəyyən edildiyinə görə, təqsirləndirilən şəxsə həmin maddə ilə ağır ittiham irəli sürülməsi üçün məhkəmə tərəfindən cinayət işinin baxılmasına xitam verilməklə, həmin iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə iclasında Müdafiəçi məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını, Təqsirləndirilən şəxs dövlət ittihamçısının vəsatətinin əsassız olduğunu bildirmişlər. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək beləhesab edir ki, Dövlət ittihamçısı Təqsirləndirilən şəxs hərəkətlərində daha ağır cinayətin, yəni Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətlərinin olması müəyyən edildiyinə görə, ona CM-nin həmin maddəsi ilə ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair vəsatəti təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsiilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli vəişibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, cinayət işinin 48-51-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 30221 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “....Aslanov.N....” sözləri və imzalar olan bir ədəd zərfdəki 02 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri – 1,221 qram; 1,129 qram; ümumi çəkisi – 2,350 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər və onlar xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər, 07 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri – 2,876 qram, 2,127 qram; 3,515 qram; 4,667 qram; 3,293 qram; 3,937 qram; 4,287 qram; ümumi çəkisi 24,702 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 07 (yeddi) ədəd kibrit qutularındakı marixuanalar tərkibinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş bir ədəd elektron tərəzinin üzərində heroin izləri vardır. İz şəkilində olduğu üçün tədqiqata təqdim olunmuş heroinlərlə müqayisəili tədqiqat aparmaq (eynilik) mümkün deyildir. Heroinin ümumi çəkisi – 2,350 qram çəkisi, cəmi tədqiqata sərf olundu – 0,1 qr, qalıq 2,250 qr.; Marixuananın təmiz çəkisi – 24,702 qram, tədqiqata sərf edildi - 0,14 qram, qalıq 24,562 qramdır. Göründüyü kimi, təqsirləndirilən şəxsin üzərindən şəxsi axtarış zamanı iki növ narkotik vasitənin aşkar edilməsi (heroin və qurudulmuş marixuana) narkotik maddənin külli miqdarda olması (2,350 qram olan heroin), heroin və qurudulmuş marixuananın çəkilib xırda bağlamalara bükülməsi, elektron tərəzinin olması, təqsirləndirilən şəxsin əvvəllər külli miqdarda narkotik vasitənin qanunsuz olaraq satmasına görə cinayət məsuliyyəti nəzərdə tutulan CM-nin 234.4.3-cü maddəsi ilə məhkum olunması, təqsirləndirilən şəxsin şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə, sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olmasına dəlalət edən hallardır. Belə olan halda, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin tərkib əlamətləri vardır. Lakin müstəntiq İsa Həbibzadə Təqsirləndirilən şəxs əməlinə düzgün hüquqi qiymət verməyərək tam, hərtərəfli, obyektiv araşdırma aparılmadan, Təqsirləndirilən şəxs əməlində CM-nin 234.4.3-cü maddəsi deyil, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddənin tərkib əlamətləri olması barədə işin faktiki hallarına uyğun olmayan əsassız yekun nəticəyə gəlmiş, sonuncunun əməlini düzgün tövsif etməmişdir. Beləliklə, təqsirləndirilən şəxsin üzərindən iki növ narkotik maddənin aşkar edilməsi (heroin və qurudulmuş marixuana), narkotik maddənin külli miqdarda olması, elektron tərəzinin olması və ekspert rəyləri ilə təqsirləndirilən şəxsin külli miqdarda narkotik maddələrin satışı ilə məşğul olması kimi qiymətləndirir. Bundan başqa, ibtidai istintaq zamanı CPM-nin 8.0.2-ci maddəsinin tələbləri pozularaq cinayət işi üzrə tam, hərtərəfli, obyektiv araşdırma aparılmamışdır. Belə ki, şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Nokia” markalı mobil telefona baxış zamanı onun İMEİ kodu yəni **********5127 saylı olması müəyyən edilsə də, həmçinin Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində həmin mobil telefonda 1 il bundan əvvəl mobil nömrə istifadə etdiyini, lakin hazırda nömrəni xatırlamadığını göstərsə də, müstəntiq istintaqa artıq bəlli olan İmei kodlu “Nokia” markalı mobil telefonda cinayət törədilən vaxta kimi hansı mobil nömrələr işlədilibişlədilməməsini müvafiq mobil operatorlara sorğu verməklə müəyyən etməmiş, təqsirləndirilən şəxsin mobil nömrə ilə apardığı mobil telefon danışıqları mobil operatorlardan götürülüb təhlil edilməmiş, əlaqə zəng sahibləri istintaqa çağırılıb işin mahiyyəti üzrə dindirilməmiş, təqsirləndirilən şəxsin narkotik vasitəni satdığı şəxslər, qabaqcadan əlbir olduğu bir qrup şəxslər müəyyən edilib ifşa edilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmə iclasında üzərindən aşkar edilmiş “Nokia” markalı mobil telefonda ***-***-**-** mobil nömrəsinin olduğunu və ibtidai istintaq zamanıda bunu qeyd etdiyini bildirmişdir. Bununla yanaşı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrdə ziddiyyətlər olmuş, belə ki, Təqsirləndirilən şəxs ilkin olaraq ifadəsində Cəlilabad rayonu, Üçtəpə qəsəbəsindən tanımadığı şəxsdən aldığı və saxlanılan zaman üzərindən aşkar edilmiş narkotik vasitələrin miqdarını bir bükülüdə 02 (iki) qram heroin və 07 (yeddi) ədəd kibrit qutusunda marixuana kimi qeyd etsə də, sonrakı ifadəsində Cəlilabad rayonu, Üçtəpə qəsəbəsindən tanımadığı şəxsdən hər bükümdə 01 (bir) qram olmaqla, 05 (beş) büküm heroin və 10 (on) ədəd kibrit qutusunda marixuana adlığını, saxlanıldığı vaxtadək həmin narkotik vasitələrin bir hissəsini istifadə etdiyini bildirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.2-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, dövlət ittihamçısının vəsatəti əsasında məhkəmə irəli sürülmüş ittiham üzrə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu barədə zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin vəsatəti əsasında məhkəmə bu maddədə nəzərdə tutulmuş qaydada qərar çıxara bilər. Qanunun həmin tələbindən göründüyü kimi məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə dövlət ittihamçısının vəsatəti imperativ normadır. Belə ki, məhkəmə qanunvericiliyin tələblərinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə əsaslandırılmış qərar çıxarır. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayətişinin baxılmasına xitam verilməli və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün iş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri qüvvəsində saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.2 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin baxılmasına xitam verilsin və təqsirləndirilən şəxsə başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün işibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvəsində saxlanılsın. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilməz. Sədrlik edən Rəşid Rzayev
Məhkəmə qərarları › İş №1(011)-302/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-302/2020
27.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver