Məhkəmə qərarları › İş №1(011)-302/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-302/2023

25.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-302/2023 25.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Təhməzov Nəcməddin Azər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi “Kiçikbəyov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Suqovuşanın azad olunmasına görə medal və Cəsur döyüşçü medalı ilə təltif edilən, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 21 radələrində ünvan 2 ünvanda yerləşən «Məkan» kafesində tanışı Zərərçəkmiş şəxs onu mobil telefonu ilə görüntüyə almasına irad bildirdikdə aralarında yaranmış mübahisə zamanı sonuncunun guya ona kobud söz deməklə kobud davrandığını özü üçün yəqin edib bunun qarşılığını vermək üçün 02 mart 2023-cü il tarixdə saat 11:00 radələrində ünvan 3 ünvanın yaxınlığında Zərərçəkmiş şəxs tanışı X2 ilə dayanıb söhbət etdiyini gördükdə bir neçə gün əvvəl Zərərçəkmiş şəxs ona qarşı kobud rəftarını bəhanə edərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən, uzunluğu 143 mm, orta hissədə eni 9,5 mm, maksimal qalınlığı 2.5 mm olan suvenir bıçaqdan silah qismində istifadə edərək Zərərçəkmiş şəxs üzərinə səs-küylə hücüm edib ünvanına nalayiq sözlər deməklə ətrafda olan şəxslərin narahatlığına səbəb olaraq həmin bıçaqla Zərərçəkmiş şəxs sifət nahiyəsinə 2 dəfə vuraraq ona sol almacıq nahiyəsinin kəsilmiş yaraları, üzün sol yarısının geniş hematoması, sol yanağın və alt dodağın selikli qişasına qansızma ilə müşayiət olunan həm ümumilikdə, həm də ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuraraq xuliqanlıq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə olan ittihamda özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs qonşuluqda yaşadığna görə yaxından tanıyır. Zərərçəkmiş şəxs qardaşı Şahid1 Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi 41 ünvanında “Məkan”adlı kafesi var. Sonuncu dəfə 28 fevral 2023-cü il tarixdə saat 21:00 radələrində həmin kafeyə daxil olaraq masaların birində əyləşmişdir. Həmin vaxtı onunla üzbəüz masada Zərərçəkmiş şəxs əyləşmişdir. Bir nəfər tanımadığı anket məlumatlarını bilmədiyi şəxs ilə eyni masada əyləşmişdir. Bir neçə dəqiqə söhbət etdikdən sonra aralarında sözlə mübahisələri yaranmışdır. Zərərçəkmiş şəxs onu mobil telefonuna çəkməsini görüb, yaxınlaşaraq videonu silməsini bildirib Zərərçəkmiş şəxs ona telefonunu göstərərək çəkmədiyini bildirmişdir. O, kafedən tanımadığı həmin şəxs ilə birlikdə çıxmışdır. Təxminən 15 dəqiqədən sonra yenidən kafeyə qayıdaraq Zərərçəkmiş şəxs əyləşdiyi masaya yaxınlaşıb əlində olan “Goo” spirtli içkisini və xəncəri masanın üzərinə çırparaq həmin şəxsin hara getdiyini soruşmuşdur. Zərərçəkmiş şəxs əsəbiləşərək ona “bu nə alçaqlıqdı” edirsen demiş və təhqirlə kafeni tərk etməyini ona bildirmişdir. Zərərçəkmiş şəxs qardaşı Şahid1 onu kafedən çölə çıxartmışdır. O, heç bir mübahisə etmədən çıxıb getmişdir. 02 mart 2023-cü il tarixdə saat 11 radələrində Zərərçəkmiş şəxs ünvan 3 ünvanda yerləşən H.Əliyev adına ali hərbi məktəbin qarşısında tanışı Sərxan adlı şəxslə birlikdə avtomobil yolunun kənarında dayanıb söhbət edərkən o, Zərərçəkmiş şəxs arxadan yaxınlaşaraq əlindəki xəncər ilə gözləmədiyi anda Rəhimin sifətinin sol hissəsinə iki dəfə vuraraq xəsarət yetirmişdir.Səs küyə ətrafdakılar gəlmiş və onu sakitləşdırmişlər. Sonradan özü könüllü olaraq 35-ci PB-nə gedərək baş vermiş hadisəni onun tərəfindən törədilməsini bildirmişdir. Daha sonra əməlindən peşman olduğunu, səmimi etirafını, zərərçəkmiş şəxslə barışmasını, ona qarşı heç bir tələb və şikayətin olmamasını, ilk məhkumluğunu nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə iclasında ifadə verən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdi ki, Təqsirləndirilən şəxs ilə eyni ərazidə yaşayırlar. Təqsirləndirilən şəxs bir neçə dəfə qardaşı Şahid1 Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi 41 ünvanında yerləşən “Məkan” adlı kafesinə gəlib çay və yemək yemişdir. O və qardaşı Nazim Seymurun kasıb olduğunu bildiklərinə görə ondan dəfələrlə pul almamışlar. Münasibətləri normal olmuş hətda sonuncu ona bu səbəbdən “əmi” demişdir. Sonuncu dəfə 28 fevral 2023-cü il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə kafeyə gələrək masaların birində əyləşmişdir. O da həmin vaxtı onunla üzbəüz masada əyləşmişdir. Təqsirləndirilən şəxs bir nəfər tanımadığı şəxs ilə eyni masada əyləşmişdir. Təqsirləndirilən şəxs həmin şəxs ilə sözlə mübahisəsi olmuşdur. Təqsirləndirilən şəxs onun tərəfindən mobil telefonu ilə görüntüyə aldığını düşünüb ona yaxınlaşaraq bildirmişdir ki, həmin çəkdiyi kadrı telefonundan silsin. O, Təqsirləndirilən şəxs telefonunu göstərərək çəkmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs kafedə əyləşdiyi tanımadığı şəxs ilə birlikdə yenidən mehriban şəkildə bir-birlərinə əl verərək çıxıb getmişlər. Təxminən 15 dəqiqədən sonra Seymur yenidən kafeyə qayıdaraq onun əyləşdiyi masaya yaxınlaşıb əlində olan “Goo” spirtli içkini və xəncəri masanın üzərinə çırparaq həmin şəxsin hara getdiyi soruşmuşdur. Təqsirləndirilən şəxs “Goo” spirtli içkini masaya çırparkən onun üstünə spirtli içkinin suyu sıçramışdır. O, əsəbiləşərək Təqsirləndirilən şəxs “bu nə alçaqlıqdı” edirsən deyərək” spirtli içkilərimdə götürüb kafeni tərk etməsini bildirmişdir. Seymurun sərxoş olduğunu qardaşı Şahid1 nəzərə alaraq kafedən çölə çıxartmışdır. Seymur mübahisə etmədən çıxıb getmişdir. 02 mart 2023-cü il tarixdə saat 11 radələrində o, ünvan 3 ünvanda yerləşən H.Əliyev adına ali hərbi məktəbin qarşısında tanışı Sərxan Məmmədovu görüb avtomobilini saxlayaraq sükan arxasından aşağı enib ona yaxınlaşmışdır. Sərxan ilə avtomobil yolunun kənarında dayanıb söhbət edən zaman onun arxasından piyada gələn Təqsirləndirilən şəxs əlindəki qeyd etdiyi xəncər ilə gözləmədiyi anda sifətinin sol hissəsinə iki dəfə vuraraq xəsarət yetirmişdir.Ətrafdakılar səs kuyə gəlmiş və onları aralamışlar. O, aldığı xəsarət ilə bağlı Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsində yerləşən “Zığ” sağlamlıq mərkəzinə müraciət etmişdir. Orada ilkin tibbi yardım edildikdən sonra evə buraxılmışdır. Daha sonra o, Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonüu kimi tanıyır. Təqsirləndirilən şəxs bir neçə dəfə Bakı şəhəri, Xətai rayonu, Polad Həşimov küçəsi 41 ünvanında yerləşən ona məxsus olan “Məkan” adlı kafesinə gəlib çay və yemək yemişdir. Sonuncu dəfə 28 fevral 2023-cü il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə kafeyə gələrək masaların birində əyləşmişdir. Həmin vaxtı Rəhim onunla üzbəüz masada əyləşmiş, o da digər stolda əyləşmişdir. Təqsirləndirilən şəxs bir nəfər tanımadığı şəxs ilə eyni masada əyləşərkən həmin şəxs ilə aralarında sözlə mübahisələri olmuşdur. Təqsirləndirilən şəxs qardaşı Rəhimin onu mobil telefonuna görüntüyə aldığını düşünüb Rəhimə yaxınlaşaraq nə səbəbdən çəkiliş etdiyini soruşmuşdur. Rəhim ona telefonunu göstərərək çəkmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs eyni masada əyləşdiyi şəxs ilə birlikdə kafedən çıxıb getmişdi. Təxminən 15 dəqiqədən sonra Seymur yenidən kafeyə qayıdaraq Rəhimin əyləşdiyi masaya yaxınlaşıb əlində olan “Goo” spirtli içkisini və xəncəri masanın üzərinə çırparaq həmin şəxsin hara getdiyi soruşmuşdur.Rəhim əsəbiləşərək Təqsirləndirilən şəxs “bu nə alçaqlıqdı” deyərək kafeni tərk etməsini bildirmişdir. Seymurun sərxoş olduğunu nəzərə alıb onu sakit formada kafedən çölə çıxartmışdır. Seymur mübahisə etmədən çıxıb getmişdir. 02 mart 2023-cü il tarixdə saat 11 radələrində qardaşı Rəhimin Seymur tərəfindən bıçaqla vurulduğunu eşitmişdir. Şahid X2 məhkəməyə telefonoqram ünvanlayaraq işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, istintaq zaman verdiyi ifadəsini təsdiqlədiyini bildirmişdir. Məhkəmə şahidin ifadəsini elan edərək tədqiq etmiş, onun ifadəsi təqsirləndirilən və zərər çəkmiş şəxsin ifadəsinə oxşar olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X4 tərəfindən verilmiş xx.xx.2023cü il tarixli 215 saylı rəyindən məlum olur ki, Zərərçəkmiş şəxs sol almacıq nahiyəsinin kəsilmiş yaraları, üzün sol yarısının geniş hematoması, sol yanağın və alt dodağın selikli qişasına qansızma aşkar edilmişdir. Qeyd olunan xəsarətlərdən kəsilmiş yaralar iti kənarlı əşya təsirindən, digər xəsarət isə bərk küt əşya təsirindən törənmişdir, törənmə müddətləri qərarda göstərilmiş xx.xx.2023-cü il tarixdə və şəraitdə əmələ gəlməyə uyğun gəlir və dərəcələrinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus xəncər Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş, o bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə ünvan 4 ünvanda Təqsirləndirilən şəxs tərəfindən 3-cü sıraya qoyulan suvenir bıçaqla ona xəsarət yetirmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 29 mart 2023-cü il tarixli 3/459 nömrəli rəyinə əsasən tədqiqata təqdim edilmiş tivə və dəstək zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən suvenir bıçağın tiyəsi və dəstəyidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi bir bıçaq maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü X1 təhvil verilmişdir. İş materiallarında olan 03 mart 2023-cü il tarixli tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 mart 2023-cü il tarixdə saat 18:50-də tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 mart 2023-cü il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalı və “Cəsur döyüşçü” medalı ilə təltif edilmişdir. İş materiallarına əlavə edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin verdiyi ifadələri, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri, ekspert rəyi ilə və digər iş materialları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli olması tam sübuta yetirildi. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş və şahidlərin ifadələrindən məlum oldu ki, Təqsirləndirilən şəxs “Məkan” kafesində baş vermiş mübahisəyə görə bildirilmiş iradı özünə təhqir və alçalma kimi qəbul etmiş və bunu bəhanə edərək bir neçə gün sonra zərərçəkmişlə qarşılaşıb suvenir xəncər ilə onun sifət nahiyəsindən xəsarət yetirmişdir. Bu xüsusat məhz onun özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini güman etməyi ehtiva edir. Belə ki, zərərçəkmiş şəxslə onun arasında heç bir şəxsi münasibət zəmininin olmadığı müəyyən olunur. Hadisə zamanı yaranmış mübahisə təqsirləndirilən şəxsin öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu bir daha təsdiq edir. Yuxarıda sadalanan faktlara əsasən məhkəmə hesab edir ki, baş vermiş hadisəni şəxsi münasibətlər zəminində törədilmiş cinayət kimi qiymətləndirmək düzgün olmaz. Bu səbəbdən məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, səmimi etirafını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ilk məhkumluğunu, cəzanı yüngülləşdirən hal, habelə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakaterizə edən amillərdəndir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsində təyin olunacaq cəzanın şəxsin ailəsinin həyat şəraitinə təsirinin nəzərə alınması qeyd edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini,zərərçəkmişlə barışıq əldə etməsini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs həbsdə saxlandığı 02 (iki) ay 22 (iyirmi iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin ediləcək cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməli, ona sınaq müddəti təyin edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və onun başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Maddi sübut kimi tanınmış Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmiş 1 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası dəyəri 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197- 198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs həbsdə saxlandığı 02 (iki) ay 22 (iyirmi iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 08 (səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilsin və ona 01 (bir) il sınaq müddəti müəyyən edilməklə hökmlə təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay 08 (səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilsin. Təqsirləndirilən şəxs üzərində nəzarəti həyata keçirilməsi yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilsin. Sınaq müddəti ərzində probasiya idarəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək Təqsirləndirilən şəxs bir vəzifə olaraq tapşırılsın. Müəyyən olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin, o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və onun başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut kimi tanınmış Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmiş 1 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası dəyəri 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar