Məhkəmə qərarları › İş №1(011)-303/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-303/2020

23.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-303/2020 23.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi ilə, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs Sadıqlı Əlövsət Əhəd oğlunun, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 müdafiəçisi X6, Vasif Həsənlinin müdafiəçisi X1 və X7 müdafiəçisi X3 iştirakları ilə, X10, Vasif Həsənlinin və X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair Sadıqlı Əlövsət Əhəd oğlunun xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sadıqlı Əlövsət Əhəd oğlu xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X10, Vasif Həsənlinin və X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə hazırlıq iclasına barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X10, Vasif Həsənli və X14 gəlməmişdir. Məhkəmə, hazırlıq iclasını X4, Vasif Həsənlinin və X7 iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Sadıqlı Əlövsət Əhəd oğlu xüsusi ittiham qaydasında şikayətini onunla əsaslandırmışdır ki, insan haqq və azadlıqları üzrə hüquq müdafiəçisi qismində ictimai fəaliyyətlə məşğuldur. Dövlət qeydiyyatlı "X2" ictimai birliyinin və həmin təşkilatın "X11"nın sədridir. Həmçinin "X12 Mərkəzi (SMMM) və "Repressiya və X9"nin üzvüdür. Cəmiyyətdə hüquq müdafiəçisi kimi tanınır, kifayət səviyyədə nüfuz və hörmət sahibidir. İnsan haqlarının müdafiəsinə dair bir neçə hesabatın müəllifi və ya həmmüəllifidir. Fəaliyyət istiqamətinə uyğun olaraq, hazırda məhkəmə istintaqı altında olan məhbus, jurnalist Polad Aslanovun hüquqlarının ictimai müdafiəsi ilə də məşğuldur və "Polad Aslanov işi" adlı hesabat üzərində işləyir. Polad Aslanov həm yerli, həm də beynəlxalq hüquq-müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb, bir neçə beynəlxalq hesabatlarda adı çəkilir. Bununla əlaqədar onun məhkəmə proseslərində iştirak edir, müvafiq iş üzrə monitorinq aparır. KİV orqanlarına açıqlamalar verməklə müşahidələrini ictimailəşdirir. O cümlədən, xx.xx.2020-ci il tarixli növbəti məhkəmə iclasından sonra da "Polad Aslanov işi" barədə müşahidələrini KİV orqanlarına açıqlamışdır. Səhərisi gün - xx.xx.2020-ci il tarixdə özünü ictimai vəkil adlandıran X10 41 il əvvəl dünyasını dəyişmiş valideyni (atası) və haqqında şərəf və ləyaqəti alçaldan, həmçinin ictimai nüfuzuna ciddi ziyan vuran məqalə hazırlayaraq "Azərbaycana xəyanət edənləri bulvardakı saat qülləsindən assınlar..." — Vəkil xarici kəşfiyyat üçün casusluq edən Polad Aslanovdan YAZDİ" başlığı ilə "demokrat.az" xəbər saytında, "Vəkil Polad Aslanov haqda: "Bulvardakı qüllədən assınlar" başlığı altında "reportyor.info" saytında və ünvanı və əlaqə vasitələri məlum olmayan digər saytlarda dərc etdirmişdir. X20 həsr edilsə də, əsas məqsəd haqqında (valideyni haqda) şərəf və ləyaqəti alçaldan, ictimai nüfuzuna zərbə vuran böhtan, təhqir və şantaj xarakterli informasiyanı publik şəkildə yaymaqla onu Polad Aslanovun hüquqlarının ictimai müdafiəsindən çəkindirmək olmuşdur. Məqalədə haqqında getmiş aşağıdakı sitatda bu mövqe tam açıqlığı ilə ifadə olunur: SİTAT: ... "Odur ki, bu gün Vətənə xəyanətə görə məhkum edilənləri və Azərbaycana qarşı məkirli niyyətdə olan düşmənlərimizlə əməkdaşlıq edənləri müdafiə etmək və onlara haqq qazandırmaq xalqımızın tarixinə, mənəvi dəyərlərinə, amal və əqidəsinə qarşı olunan ən böyük hörmətsizlikdir. Bu mühakimə hazırda vətənə xəyanətdə ittiham olunan Polad Aslanovun anti-milli mənafeyini müdafiə etməyi özünə rəva bilən-hüquq müdafiəçisi Əlövsət Sadıqova münasibətdə aktualdır. Görəsən, bu məcburiyyətin səbəbi nədir?! Xülasə, görünür, bu kimi insanları şirinlikləndirib ortaya atan qüvvələr var və onların da ifşa edilməsi yerinə düşərdi. Bəlkə də, hələ xəyanət zəncirinin açılmamış halqaları da qalır. Xatırladım ki, Əlövsət Sadıqovun atası Əhəd Sadıqov 1951-ci ildə azyaşlı qızı zorladığına sörə azadlıqdan məhrum edilib və layiqli cəza alıb". "Demokrat.az" xəbər saytının rəhbəri Həsənli Vasif və reportyor.info saytının baş redaktoru X14 isə yazıda böhtan, təhqir, şantaj, şərəf və ləyaqətin alçaldılması, ictimai nüfuza ziyan vurulması faktının qabarıq şəkildə görünməsinə baxmayaraq, bilərəkdən, məqsədli şəkildə həmin yazını dərc etmişlər. Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanovanın bildirdiyinə görə, "Demokrat.az" xəbər saytının rəhbəri Həsənli Vasif əvvəllər bir neçə dəfə onlara zəng edərək, Polad Aslanovun rəhbəri olduğu "xeberman.com" saytından hansısa yazının "hörmət" müqabilində silinməsini xahiş edib və rədd cavabı aldığı üçün onlardan incik düşüb. X13 və X14 isə, təxminən, 2 (iki) ildir ki, Polad Aslanov və onun ailəsi ilə intriqadadırlar, aralarında çoxsaylı xoşagəlməz söhbətlər olub. Hazırda da sonuncu hər iki şəxs Polad Aslanovun əleyhinə şahid qismində tanınır və ifadə veriblər. Beləliklə, X10 yalan olduğunu bilə-bilə valideyninin və onun şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatları hazırlayaraq kütləvi informasiya vasitəsində və internet informasiya ehtiyatında dərc etdirmiş, Həsənli Vasif və X14 isə yalan olduğunu bilə-bilə valideyninin və onun şərəf və ləyaqətini ləkələyən və nüfuzdan salan məlumatları rəhbəri olduqları elektron KİV-lər vasitəsilə yaymış və hər 3 (üç) şəxs Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsinin təsir dairəsinə düşən cinayət törətmişlər.Həmçinin X10 "Xülasə, görünür, bu kimi insanları şirinlikləndirib ortaya atan qüvvələr var və onların da ifşa edilməsi yerinə düşərdi. Bəlkə də, hələ xəyanət zəncirinin açılmamış halqaları da qalır" ifadəsi ilə onu hansısa qüvvələrə işləməkdə və hansısa xəyanətdə suçlamağa cəhd edib. Bildirmişdir ki, hər iki sayt rəhbəri ilə telefon əlaqəsi saxlamağına, məqalənin böhtan və şantaj xarakterli olması, şərəf və ləyaqətin alçaldılmasına yönəlmiş olmasını bildirməyinə, həmçinin e- mail ünvanlarına müvafiq məktub göndərərək məqalənin silinməsini və üzr istənməsini tələb etməyinə baxmayaraq, bu istiqamətdə heç bir tədbir görülməmişdir. Odur ki, məhkəmə qaydasında hüquqlarımı qorumaq məcburiyyətindədir. xx.xx.1994-cü ildə anadan otmuş, ünvan 1 ünvanda daimi qeydiyyatda olmaqla həmin ünvanda yaşayan X4, ünvan 2 ünvanda qeydiyyatda olan "Demokrat.az" xəbər saytının rəhbəri Həsənli Vasifin, Tovuz rayonu, Aşağı Öyüslü kəndində daimi qeydiyyatda olan, faktiki olaraq Abşeron rayonu, Qurtuluş 93, bina 5, mənzil 41-də yaşayan, reportyor.info saytının baş redaktoru X7 barəsində xüsusi ittiham qaydasında cinayət təqibi üzrə icraat başlanması və onları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilmələri barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hazırlıq iclasında məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması üçün ilkin dinləmələr keçirilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş Sadıqlı Əlövsət Əhəd oğlu şikayətdə göstərilənləri müdafiə edərək, X10, Vasif Həsənlinin və X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəlari ilə cinayət məsuliyyətinə cəlb edilmələri haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 müdafiəçisi X15 şikayətin əsassız olduğu üçün məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Vasif Həsənlinin müdafiəçisi X5 şikayətin əsassız olduğu üçün məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 müdafiəçisi X8 şikayətin əsassız olduğu üçün məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. İş materiallarında olan şikayətdən görünür ki, Sadıqlı Əlövsət Əhəd oğlu şikayətdə X4 təvəllüdü “xx.xx.1994” kimi qeyd edilmişdir. Halbuki xx.xx.1994-ci il təvəllüdlü X10 adlı insan mövcud deyil. Bundan başqa şikayətdə Vasif Həsənlinin ata adı, doğum tarixi, həmçinin X7 doğum tarixləri qeyd edilməmişdir. Məhkəmə hazırlıq iclasında təqdim edilmiş sübutların ərizədə göstərilən xüsusatları əks etdirib-etdirilməməsi yoxlanılmışdır. Sadıqlı Əlövsət Əhəd oğlu tərəfindən X10, Vasif Həsənlinin və X7 Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsini təsdiq edən kifayət qədər sübutlar iş materiallarına əlavə edilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən, xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.3-cü maddəsinə əsasən, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən, böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.7-ci maddəsinə əsasən, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X10, Vasif Həsənlinin və X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərar qəbul edilməsinə dair Sadıqlı Əlövsət Əhəd oğlunun xüsusi ittiham qaydasında verdiyi şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.3, 302.1.3, 302.2.3 və 384.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X10, Vasif Həsənlinin və X7 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələri barədə qərar qəbul edilməsinə dair Sadıqlı Əlövsət Əhəd oğlunun xüsusi ittiham qaydasında verdiyi şikayəti məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar