Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-303/2024 10.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 etibarnamə üzrə nümayəndəsi “Zəfər” Vəkil Büosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxx 1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Nizami rayonu, Ə.Əzimzadə küçəsi ev 10, yataqxanada qeydiyyatda olan və Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 40, mənzil 129 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə 25 oktyabr 2022-ci il tarixdə müştəri qismində müraciət etmiş Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək satıcı işlədiyi "xxxx" MMC-yə məxsus «Nattuzi» mebel salonundan sonuncunun əldə etmək istədəyi divanı ucuz qiymətə satacağı, eləcədə 3 ay müddətinə ünvanına çatdıracağı barədə yalan vəd verməklə öz qulluq mövqeyindən istifadə edib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə ilkin olaraq 29 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu Babək prospekti 10 E ünvanında yerləşən «Nattuzi» mebel salonununun qarşısında Zərərçəkmiş şəxs2 2.800 manat, 04 noyabr 2022-ci il tarixdə Yasamal rayonu, H.B.ünvan 2 ünvanın yaxınlığında 3.000 manat, cəmi 5.800 manat nağd pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 5.800 (beş min səkkiz yüz) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə müştəri qismində 25 noyabr 2022-ci il tarixdə müraciət etmiş Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək satıcı işlədiyi "xxxx" MMC-yə məxsus «Nattuzi» mebel salonundan sonuncunun əldə etmək istədiyi kreslonu ucuz qiymətə satacağı, eləcədə 3 ay müddətinə ünvana çatdıracağı barədə yalan vəd verməklə öz qulluq mövqeyindən istifadə edib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 12 dekabr 2022-ci il tarixdə Xətai rayonu, Babək prospekti 10 E ünvanında yerləşən «Nattuzi» mebel salonun qarşısında Zərərçəkmiş şəxs1 1.341 manat nağd pul vəsaitini alıb ələ keçirməklə Zərərçəkmiş şəxs1 1.341 (min üç yüz qırx bir) manat miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respbulikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 13 sentyabr 2022-ci il tarixdən 05 yanvar 2023-cü il tarixədək Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 10 E ünvanında yerləşən "xxxx" MMC-yə məxsus «Natuzzi» mebel salonunda satıcı işləmiş, 2022-ci ilin oktyabr ayının son günlərində Zərərçəkmiş şəxs2 işlədiyi mebel salonuna gəlib bir ədəd divan bəyənmişdir. Həmin vaxt divanın qiyməti 6.500 manat olmuş, lakin Emini divanın qiyməti qane etmədiyinə görə çıxıb getmişdir. Bir neçə gün sonra Emin ona zəng vurub bəyəndiyi divanın qiymətində enidirim olub-olmadığını soruşmuşdur. O, həmin vaxt mağazada endirimlər olmadığını, endirim olacağı halda ona məlumat verəcəyini bildirmişdir. Bir neçə gün sonra o, Eminə zəng vurub bəyəndiyi divanı 5.800 manata gətizdirəcəyini bildirmişdir. Emin onunla razılaşmış və mağazaya gəlmişdir. Birlikdə Xətai rayonu, Babək prospekti 10 E ünvanında yerləşən «Natuzzi» mebel salonun qarşısında görüşüb, Emindən ilkin olaraq 2.800 manat pul almışdır. Emindən pul almağı barədə qəbz verməmiş və bildirmişdir ki, 3 ay ərzində divanı gətizdirəcək. Həmin vaxt Emin qalan pulu da 1 həftə ərzində ödəyəcəyini bildirdiyinə görə bir neçə gün sonra Eminə zəng vurub qalan pulu da ödəməyini xahiş etmişdir. Aralarında olan razılaşmaya əsasən o, Eminin işlədiyi Bakı şəhəri, Yasamal rayonu H.B.ünvan 3 ünvanda yerləşən iş yerinə getmiş və görüşərək qalan 3.000 manat pulu da almışdır. Pul almağı barədə yenidən qəbz verməmiş və söz vermişdir ki, 2023-cü ilin fevral ayınadək divanı gətizdirib təhvil verəcəkdir. Lakin Eminin ona verdiyi 5.800 manat pulu öz şəxsi ehtiyaclarına xərclədiyi üçün sifariş edə bilməmiş və bu barədə mağaza rəhbərliyinə məlumat verməmişdir. 2023-cü ilin yanvar ayında Zərərçəkmiş şəxs1 aldadaraq 1.341 manat pul aldığına görə sonuncunun şikayəti əsasında onu işdən azad etmişlər. Buna görədə işsiz olduğu üçün Eminin sifarişini yerinə yetirə bilməmiş və pulunu da qaytara bilməmişdir. Həqiqətən də Zərərçəkmiş şəxs2 ona divan gətizdirmək adı ilə 5.800 manat pul almış və divanı sifariş verməyərək həmin pulu öz ehtiyaclarına xərcləmişdir. Hazırda zərəri tam ödəmişdir. Ödənişlə bağlı qəbzləri məhkəməyə təqdim etmişdir. Bundan başqa Bakı şəhəri, Xətai rayonu Babək prospekti 10 E ünvanında yerləşən «Nattuzi» mebel salonunda satıcı işləyərkən 12 dekabr 2022-ci il tarixdə həmin salonda kreslo almaq istəyən Zərərçəkmiş şəxs1 2022-ci ilin noyabr ayında Xətai rayonu, Babək prospekti 10 E ünvanında yerləşən Natuzzi» mebel salonuna gedərək kreslolara baxarkən bir kreslodan xoşu gəlmiş, lakin qiyməti baha olduğuna görə ala bilməmişdir. 10 dekabr 2022-ci il tarixdə o, Eldanıza zəng vurub bildirmişdir ki, salonda mebellərə endirimlər var, istəyirsə gəlib baxa bilər. Eldanız “Natuzzi” mebel salonuna getmiş və kreslonun qiymətinin 737 evro həmin dövrün məzənnəsi ilə 1.341 manat olduğunu bildirmişdir. Eldanız onunla razılaşmış və bildirmişdir ki, kreslonu alacaqdır. Bundan sonra 12 dekabr 2022-ci il tarixdə Eldanız mağazanın qarşısına gedib ona zəng vurmuşdur. O, mağazadan çıxıb Eldanız ilə görüşmüş və 1.341 manat pulu vermişdir. O, Eldanıza bildirmişdir ki, hələlik kreslo nümunə kimi mağazada qalsın, yeni il qabağı gəlib götürərsən. Eldanız onunla razılaşmış, lakin bildirmişdir ki, alqı-satqı müqaviləsini göndərsin. 2022-ci ilin dekabr ayının sonlarında Eldanız ona zəng vurub kreslonu götürmək istədiyini bildirdikdə o, yenə də bir neçə gün mağazada qalmasını deyib yeni ildən sonra götürməyini xahiş etmişdir. Yeni ildən sonra Eldanız ona zəng vuranda artıq kreslonun defektli olduğunu deyib guya təmirə göndərdiyini bildirmişdir. Eldanız mağazaya gəldikdə onun orada deyil, mağazanın Nərimanov rayonundakı filialında işlədiyini bildirmişlər. Eldanız həmin filiala getmiş və alqı-satqı müqaviləsini salonun müdirinə göstərib kreslonu tələb etmişdir. Salonun müdiri isə onu çağırıb işdən azad etmişdir. Eldanız salonun müdirindən kreslonu tələb etdikdə sonuncu onun barəsində şikayət etməyi məsləhət görmüşdür. O, kreslonu Eldanızın ünvanına 3 ay müddətinə göndərəcəyini vəd etsə də göndərməmiş və ondan aldığı həmin pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir.. Təqsirləndirilən şəxs təqsirli olması özünün səmimi etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadəsi və işin digər halları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin səmimi etirafı nəzərə alınaraq məhkəmə iclasında iştirakı mümkün olmayan Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatlar Təqsirləndirilən şəxs ifadəsi ilə ziddiyyət təşkil etməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 etibarnamə üzrə nümayəndəsi Müdafiəçi1 məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona qarşı heç bir şikayət və tələbləri olmadığını, dəymiş ziyanın ödənildiyini bildirmiş, iş üzrə icraata xitam verilməsini xahiş etmişlər. İş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatlar Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlarla heç bir ziddiyyət təşkil etməmişdir. Məhkəmə iclasında Şahid ifadəsində göstərmişdir ki, 2008-ci ildən "xxxx" MMC şirkəti fəaliyyət göstərir. Həmin MMC-nin nəznində «Natuzzi» mebel salonu Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 10 E ünvanında fəaliyyətdədir. O, 17 yanvar 2023-cü il tarixdən "xxxx" MMC-nin direktoru vəzifəsində çalışır. "xxxx" MMC-nin təsisçisi X1r. Təqsirləndirilən şəxs ondan əvvəl 13 sentyabr 2022-ci il tarixdə işə göürülmüşdür. Təqsirləndirilən şəxs əvvəl Xətai rayonu, Babək prospekti 10 E ünvanında yerləşən «Natuzzi» mebel salonunda çalışmış, daha sonra isə Cavidin sonuncu iş yeri ünvan 4 ünvanında yerləşən «Lazzoni» mebel salonu olmuşdur. Təqsirləndirilən şəxs zərərçəkmişlər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qarşı dələduzuluq edərək pullarını aldadaraq almasından həm onun həm də şirkət olaraq rəhbərliyin məlumatı olmamışdır. Onda olan məlumata görə Təqsirləndirilən şəxs həmin şəxslərdən pulu mağazadan kənarda almış, 2023-cü ilin yanvar ayında Zərərçəkmiş şəxs1 adlı müştəri Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 42 A ünvanında yerləşən «Lazzoni» mebel salonuna yaxınlaşaraq Təqsirləndirilən şəxs tərəfindən verilən qəbzi təqdim edərək 1.341 manat pul ödəməsini və bunun müqabilində kreslonu almaq istədiyini bildirmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs müştəriyə qarşı dələduzluq etdiyini bildikdən sonra onu rəsmi olaraq işdən azad edib müştəriyə bununla bağlı polisə müraciət etməsini bildirmişlər. Cinayət işində olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulmuşdur. İş materiallarında olan 25 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan 12 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan yeni ittiham elan olunmuşdur. İş materiallarında olan 19 aprel 2024-cü il tarixli sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 178.2.4-cü maddəsindən həmin məcəllənin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. İş materiallarında olan Yasamal Rayon Məhkəməsinin 4(004)-71/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin edilməmiş və o, məhkəmə iclas zalından buraxılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdə "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş və Xətai RPİ MSY-dən azad edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il təvəllüdlü X2 adlı azyaşlı övladı var. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 1000 manat pulu məhkəmədə Zərərçəkmiş şəxs2 ödənilməsi üçün müstəntiq Cahid Musayevə vermiş, həmin tarixdə Zərərçəkmiş şəxs2 nümayəndəsi 1000 manat məbləğin zərərçəkmişə ödənilməsi üçün qəbul etmişdir. Bu xüsusatları öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan 23 mart 2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona qarşı dələduzluq edərək 1341 manat pulunu ələ keçirmişdir. İstintaq dövründə ona dəymiş maddi və mənəvi ziyan tam şəkildə ödənildiyi üçün şikayət və tələbi yoxdur. Ərizəsinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan qəbzlərin surətindən görünür ki, Zərərçəkmiş şəxs2 hesabına xx.xx.2024-cü il tarixdə 500 manat, xx.xx.2024-cü il tarixdə 500 manat ödəniş olunmuşdur. İş materiallarında olan qəbzdən görünür ki, Təqsirləndirilən şəxs dövlət hesabına 1786.00 manat ödəniş etmişdir. Zərərçəkmiş şəxs Eldaniz Askerov məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. İşi ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmiş, onun iştirakı olmadan qərar qəbul edərkən ərizəsini nəzərə almağı məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, özünü təqsirli bilir, dəymiş ziyanları tamamilə ödəmişdir, əməlindən peşmandır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Eldaniz Askerovla barışmağını və dövlət büdcəsinə ziyanın 25%-ni ödəməsini nəzərə alaraq cinayət işinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında göstərilmişdir ki, dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs dələduzluq cinayətinin üsulu kimi aldatma və etibardan sui-istifadədən istifadə etmiş, bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək zərərçəkmiş şəxsin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq cinayətini törətməsi, onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində zərərçəkmiş şəxslərə vurduğu ziyanı tam ödəmiş və zərərçəkmiş şəxslərlə barışıq əldə etmişdir. Məhkəmə hesab edir ki, qanunvericiliyin aşağıda sadalanan müddəalarına görə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə mülki iddia, maddi sübut, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə xərci yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-303/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-303/2024
10.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver