Məhkəmə qərarları › İş №1(011)-303/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-303/2025

17.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-303/2025 17.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1980-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, fahişəliklə məşğul olmaq üçün mənzil sahəsi verməklə əxlaqsız yuva təşkil etmiş, saxlamış, eyni zamanda gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə cinayətlərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2025-ci ilin fevral ayının əvvəllərində ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs ilə mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq onu tanışı olan kişi müştəriləri ilə pul müqabilində cinsi əlaqədə olması üçün kirayədə yaşadığı, əvvəlcədən yataq otağını cinsi əlaqədə olmaq üçün çarpayı və yataq dəsti ilə təchiz etdiyi Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsi 42, ev 3, mənzil 88 ünvanında görüşdürərək 50 manat məbləğində gəlir əldə etmək məqsədi ilə 150 manat pul müqabilində cinsi əlaqədə olması barədə razılığını aldıqdan sonra, Şahid1 Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmaq üçün 100 manat, sonuncunu fahişəliyə cəlb etdiyinə və mənzil sahəsi təşkil etdiyinə görə 50 manat olmaqla, ümumilikdə 150 manat pul alıb qeyd olunan ünvanda cinsi əlaqədə olmalarını təşkil edərək tamah niyyəti ilə fahişəliklə məşğul olmaq üçün mənzil sahəsi verməklə əxlaqsız yuva təşkil etmiş və saxlamış, eləcə də Zərərçəkmiş şəxs orada fahişəliyə cəlb etmiş, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş idarəsinə daxil olmuş məlumat əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən 07 fevral 2025-ci il tarixdə saat 16:00-da ünvan 9nında keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı qeyd olunan mənzildə əxlaqsız yuva təşkil etmiş Təqsirləndirilən şəxs, fahişəliklə məşğul olan Zərərçəkmiş şəxs, onun müştərisi Şahid1 aşkar edilmiş, Təqsirləndirilən şəxs Şahid1 Zərərçəkmiş şəxs ilə qeyd olunan ünvanda cinsi əlaqədə olmağa görə verdiyi 150 manat pul, evin yataq otağından isə cinsi əlaqə zamanı istifadə edilmiş iki ədəd qoruyucu rezin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, maddi cəhətdən sıxıntıları olduğundan 2020-ci ildən etibarən tanış olduğu kişilərlə pul qarşılığında görüşüb cinsi əlaqədə olmuşdur. Cinsi əlaqədə olmağın müqabilində əldə etdiyi qazanc ilə maddi ehtiyaclarını qarşılamışdır. ünvan 9nında yerləşən iki otaqlı evdə kirayədə yaşamışdır. Həmin evdə kirayədə qalmaq üçün hər ay ev sahibi Emil adlı şəxsə 520 manat pul ödəmişdir. Zərərçəkmiş şəxs dayısının qızıdır. Onunla aralarında yaxşı münasibət olmuşdur. Xəyalə ilə davamlı olaraq zəng edib əlaqə saxlamış, sonuncu dəfə 2025-ci ilin fevral ayının əvvəllərində Xəyalə ilə telefonla danışdığı zaman o, maddi ehtiyaclarının olduğunu, həmçinin əri xəstə olduğunu bildirib borc pul istəmiş, pulunun olmadığını tezliklə pul tapıb onunla əlaqə saxlayacağını bildirmişdir. 06 fevral 2025-ci il tarixdə Xəyalə ilə mobil telefon vasitəsilə əlaqə saxlamış, söhbət əsnasında ona çoxlu kişi tanışlarının olduğunu, istədiyi təqdirdə pul qarşılığında cinsi əlaqədə olmaq üçün həmin şəxslərlə yaşadığı ünvan 9nında görüşdürə biləcəyini demiş, belə olan halda Xəyalə razılaşmışdır. Aralarında olan razılaşmaya əsasən Xəyaləni 150 manat pul müqabilində müştəriyə təqdim etməli, həmin puldan 100 manatını ona verməli, qalan 50 manat pulun isə 20 manatını müştəri ilə cinsi əlaqədə olmaq üçün mənzil təşkil etdiyinə və 30 manatını isə onu müştəriyə təqdim etdiyinə görə qazanc olaraq özünə götürməli olmuşdur. xx.xx.2025-ci il tarixdə əvvəlcədən tanıdığı Vadim adlı tanışı ona məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng edib qadınla cinsi əlaqədə olmaq istədiyini, onun üçün bir nəfər qadın və cinsi əlaqədə olmaq üçün bir neçə saatlıq mənzil təşkil etməyini xahiş etmiş. Vadimlə razılaşıb öz evində cinsi əlaqədə olmaq üçün Zərərçəkmiş şəxs təqdim edə biləcəyini demiş, həmçinin bunun müqabilində 150 manat pul verməli olduğunu bildirmişdir. Vadimlə razılaşdıqdan sonra xx.xx.2025-ci il tarixdə saat 12 radələrində Xəyaləyə zəng edərək kişi müştəri olduğunu, həmin müştəri ilə cinsi əlaqədə olacağı halda müştəridən 150 manat pul alacağını, pulun 100 manat ona verəcəyini, qalan pulu isə özünə götürəcəyini demiş, Xəyalə razılaşdıqdan sonra yaşadığı evə gəlmişdir. Bundan sonra Xəyaləni Vadimə təqdim edib ondan 150 manat pul almış, həmin gün təxminən saat 16 radələrində Vadim və Xəyalə evin yataq otağında cinsi əlaqədə olmuş, bir müddət sonra mülki geyimli şəxslər evin qapısını döymüş, qapını açdıqdan sonra onlar xidməti vəsiqələrini göstərərək polis əməkdaşı olduqlarını bildirmiş, daha sonra onlar mənzilə baxış keçirilməsi haqqında qərarı göstərib ona məxsus evə baxış keçirəcəklərini demişlər. Polis əməkdaşlarına etiraz etməmiş və hər şeyi olduğu kimi polis əməkdaşlarına bildirmiş, bundan sonra polis əməkdaşları Vadimdən aldığı 150 manat pulu təqdim etməyi təklif etmişlər. 150 manat pulu polis əməkdaşlarına təqdim etmişdir. Əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını və heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs dayısının qızıdır. Onunla aralarında yaxşı münasibətləri vardır. Aynurə ilə davamlı olaraq zəng edib əlaqə saxlamış, sonuncu dəfə 2025-ci ilin fevral ayının əvvəllərində Aynurə ilə telefonla danışdığı zaman maddi ehtiyaclarının olduğunu, həmçinin ərinin xəstə olduğunu bildirib ona borc pul verməsini demişdir. O, tezliklə əlaqə saxlayacağını demişdir. 06 fevral 2025-ci il tarixdə yaşadığı ünvan 3 ünvanında olan zaman Aynurə ilə mobil telefon vasitəsilə əlaqə saxlamış, söhbət əsnasında bildirmişdir ki, çoxlu kişi tanışları var, istəsə onu pul qarşılığında cinsi əlaqədə olmaq üçün həmin şəxslərlə yaşadığı evdə görüşdürə bilər. Həmin vaxt maddi cəhətdən sıxıntıları olduğundan onunla razılaşmış, aralarında olan razılaşmaya əsasən Aynurə 150 manat pul müqabilində müştərilərinə təqdim etməli, həmin puldan 100 manatını ona verməli, qalan 50 manat pulu isə müştəri ilə cinsi əlaqədə olmağı üçün mənzil təşkil etdiyinə görə və müştəriyə təqdim etdiyinə görə qazanc olaraq özünə götürməli olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 12 radələrində Aynurə zəng edərək kişi müştəri olduğunu, həmin müştəri ilə cinsi əlaqədə olacağı halda müştəridən 150 manat pul alacağını, pulun 100 manat ona verəcəyini, qalan pulu isə özünə götürəcəyini bildirmiş, bu təkliflə razılaşdıqdan sonra Aynurənin Bakı şəhəri, Xətai rayonu, X2 küçəsi 23, ev 42 V, mənzil 88 ünvanında yaşadığı evinə getmiş, həmin evdə Aynurə tanışı olan Vadim adlı şəxsə təqdim etmiş və Vadimdən 150 manat pul almışdır. İşin sonunda Aynurə həmin puldan 100 manatını ona verməli olmuş, qalan pulu isə Aynurə mənzil təşkil etdiyinə və onu müştəriyə təqdim etdiyinə görə qazanc olaraq özünə götürməli olmuşdur. Bundan sonra Vadim adlı şəxslə həmin evin yataq otağında cinsi əlaqədə olmuş, bir neçə dəqiqə sonra Aynurə bir neçə mülki şəxslə olduqları otağa gəlmiş, həmin şəxslər vəsiqələrini göstərərək polis əməkdaşı olduqlarını bildirmiş, polis əməkdaşları evə baxış keçirdikdən sonra bir qədər sorğu-sual etmiş, hər şeyi olduğu kimi polis əməkdaşlarına bildirmişlər. Təqsirləndirilən şəxslə barışmışdır, heç bir şikayəti yoxdur, dəymiş zərər ödənmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ünvan 9nında yerləşən iki otaqlı ev ona məxsusdur. Həmin evi 2023-cü ildə 91000 manata almışdır. Qeyd olunan evi alan zaman təmirli vəziyyətdə olmuş, həmin ev həyat yoldaşı Şahid3 adına sənədləşdirilmişdir. Evi aldıqdan təxminən bir il sonra kirayə vermək qərarına gəlmiş, bu məqsədlə evi 550 manat pul müqabilində kirayə vermək üçün “bina.az” saytında elan yerləşdirmişdir. 2024-cü ilin iyul ayında əvvəllər tanımadığı Təqsirləndirilən şəxs ona məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng vuraraq evi kirayəyə götürmək istədiyini demiş, Aynurə evə baxdıqdan sonra onunla razılığa gəlmiş, aralarında olan razılaşmaya əsasən Aynurə hər ay ona kirayə pulu olaraq 520 manat pul ödəməli olmuşdur. Aynurə ilə ünvan 9nında yerləşən iki otaqlı evi kirayəyə verməyinə dair müqavilə bağlamamış, Aynurə ona məxsus evdə ailəsi ilə birlikdə yaşayacağını demiş, keçən müddət ərzində Aynurə hər ay ona məxsus bank hesabına pulu ödəmişdir. Lakin bir müddət sonra kirayələri gecikdirmişdir. Polis bölməsindən çağırmışlar və belə hadisənin baş verdiyini demişlər. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bir neçə müddətdir ki, tanıyır. Onu pul qarşılığında qadınları fahişəliyə cəlb edən birisi kimi tanımış, o, həmin qadınları yaşadığı evdə fahişəliyə cəlb etmişdir. xx.xx.2025-ci il tarixdə qadınla görüşüb cinsi əlaqədə olmaq qərarına gəlmiş və bu məqsədlə Təqsirləndirilən şəxs zəng edib qadınla cinsi əlaqədə olmaq istədiyini, bir nəfər qadın və cinsi əlaqədə olmaq üçün bir neçə saatlıq mənzil təşkil etməsini xahiş etmiş, Aynurə də bu təkliflə razılaşıb ona öz evində cinsi əlaqədə olmaq üçün Zərərçəkmiş şəxs təqdim edə biləcəyini demişdir. Həmçinin bunun müqabilində 150 manat pul verməli olduğunu demiş, belə ki, həmin pulun 100 manatını Xəyaləyə verəcəyini, geriyə qalan 50 manatı isə qadın və mənzil təşkil etdiyi üçün özünə götürəcəyini bilmiş, bu barədə ona Aynurə özü demişdir. Belə olan halda onun təklifi ilə razılaşıb, Aynurənin Bakı şəhəri, Xətai rayonu. X2 küçəsi 23, ev 42 V, mənzil 88 ünvanında yerləşən evinə getmiş, əvvəlcədən razılaşdığı kimi Aynurəyə 150 manat pul vermiş, daha sonra evin yataq otağında Aynurənin tanışı Zərərçəkmiş şəxs adlı qadınla cinsi əlaqədə olmuşdur. Bir neçə dəqiqə sonra Aynurə bir neçə mülki şəxslə birlikdə onların olduğu otağa gəlmiş, həmin şəxslər vəsiqələrini göstərərək polis əməkdaşı olduqlarını bildirmiş, polis əməkdaşları evə baxış keçirdikdən sonra onları bir qədər sorğusual etmiş, onlar hər şeyi olduğu kimi polis əməkdaşlarına bildirmişlər. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 1 ildir ki, tanıyır. Aynurə ilə hazırda adını xatırlamadığı tanışı vasitəsilə tanış olmuşdur. Həmin vaxtdan etibarən onunla aralarında yaxşı münasibət yaranmışdır. Onun qadınları fahişəliyə cəlb etdiyini və müştəriləri ilə yaşadığı Bakı şəhəri. Xətai rayonu, X2 küçəsi 23, ev 42 V, mənzil 88 ünvanında görüşdürərək cinsi əlaqədə olmalarını təşkil etdiyini bilmişdir. 2025-ci ilin yanvar ayında Aynurə ilə anket məlumatlarında qeyd edilən ***-***-**-** mobil telefon nömrəsi ilə danışmış və ona bildirmişdir ki, cinsi əlaqədə olmaq üçün ona bir nəfər qadın təşkil etsin. Aynurə qadınları təşkil etməyin və yaşadığı evdə cinsi əlaqədə olmağın qiymətini hər bir qadın üçün 50 manat olduğunu bildirmiş, belə olan halda ona razılıq vermişdir. Bundan sonra Aynurənin yaşadığı Bakı şəhəri, Xətai rayonu, X2 küçəsi 23, ev 42 V, mənzil 88 ünvanına getmiş, bir nəfər adını xatırlamadığı qadın həmin evin yataq otağında onunla cinsi əlaqədə olmuş, bunun müqabilində Aynurəyə 50 manat pul ödəmiş, həmin vaxtdan etibarən onunla hər hansı bir əlaqəsi olmamışdır. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında dindirilmiş şahid İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməliyyat müvəkkili Şahid5 ifadəsində göstərmişdir ki, Baş İdarəyə Təqsirləndirilən şəxs kirayədə yaşadığı ünvan 9nında əxlaqsız yuva təşkil etməsi və qadınları fahişəliyə cəlb etməsi barədə məlumat daxil olmuşdur. 07 fevral 2025-ci il tarixdə saat 16:00-da ünvan 9nına gəlmiş, bundan sonra videoçəkiliş aparılmaqla mənzilin qapısını döymüş və qapını açan şəxsiyyəti sonradan məlum olmuş Təqsirləndirilən şəxs qarşılamışdır. Mənzilə baxış keçirilmiş və baxış zamanı evin iki otaqdan, bir mətbəx və bir hamam otağından ibarət olması müəyyən edilmiş, daha sonra evin bütün otaqlarına baxış keçirilmiş, baxış zamanı evin giriş hissəsində bir kişi və bir qadın aşkar olunmuş, həmin şəxslərlə sorğu-sual aparılarkən kişinin Şahid1, qadının isə Zərərçəkmiş şəxs olması müəyyən edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs hər şeyi etiraf edərək qeyd olunan evdə kirayədə yaşadığını, 07 fevral 2025-ci il tarixdə Şahid1 ona zəng edərək ondan cinsi əlaqədə olmağı üçün fahişəliklə məşğul olan bir qadın və həmin qadınla cinsi əlaqədə olması üçün mənzil istədiyini, o da Şahid1 razılıq verib onu yaşadığı evə dəvət etdiyin, həmin evdə Şahid1 150 manat pul qarşılığında Zərərçəkmiş şəxs təqdim etdiyini, həmin pulun 100 manatının Xəyaləyə çatdığını, 50 manat isə qadın və mənzil təşkil etdiyinə görə özünə götürdüyünü, Şahid1 qeyd olunan evin yataq otağında Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olduğunu bildirmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında dindirilmiş şahid İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Şahid6 ifadəsi Şahid5 və digər şahidlərin ifadələri ilə oxşarlıq təşkil edərək, onların göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid3 ifadəsində göstərmişdir ki, hazırda ailə üzvləri ilə birlikdə Bakı şəhəri, ünvan 8 ünvanında yaşayır. ünvan 9nında yerləşən iki otaqlı ev ona məxsusdur. Həmin evi 2023-cü ildə 91000 manata almışdır. Qeyd olunan evi alan zaman təmirli vəziyyətdə olmuş, həmin ev həyat öz adına sənədləşdirilmişdir. Belə ki, həmin evin daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı olmadığından payçı X1 ilə həyat yoldaşı arasında müqavilə bağlanmış, evi aldıqdan təxminən bir il sonra kirayə vermək qərarına gəlmiş, bu məqsədlə evi 550 manat pul müqabilində kirayə vermək üçün “bina.az” saytında elan yerləşdirmişdir. 2024-cü ilin iyul ayında əvvəllər tanımadığı Təqsirləndirilən şəxs ona məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng vuraraq evi kirayəyə götürmək istədiyini demiş, Aynurə evə baxdıqdan sonra onunla razılığa gəlmiş, aralarında olan razılaşmaya əsasən Aynurə hər ay ona kirayə pulu olaraq 520 manat pul ödəməli olmuşdur. Aynurə ilə ona məxsus ünvan 9nında yerləşən iki otaqlı evi kirayəyə verməyinə dair müqavilə bağlamamış, Aynurə ona məxsus evdə ailəsi ilə birlikdə yaşayacağını demiş, keçən müddət ərzində Aynurə hər ay ona məxsus bank hesabına pulu ödəmişdir. Eyni zamanda iş materiallarına əlavə olunmuş Şahid3 tərəfindən məhkəməyə göndərilmiş teleqramda qeyd olunmuşdur ki, iclasda ailə vəziyyəti ilə bağlı iştirak edə bilmir. Proseslərə iştirakı olmadan baxılmasını xahiş edir. İstintaqa verdiyi ifadəsini təsdiqləyir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 25 fevral 2025-ci il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.1-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. (i.v.1) - Cinayət işində olan diskə məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, mənzilə baxış keçirilən zaman həmin mənzilin 1 qonaq otağı, 1 yataq otağı, 1 mətbəx, 1 dəhliz və 1 hamam otağından ibarət olduğu müəyyən edildi. Mənzilin giriş hissəsində yerləşən dəhlizdə Təqsirləndirilən şəxs başqa 1 nəfər qadın və 1 nəfər kişi müşahidə olunmuşdur. Sorğular zamanı həmin şəxslərin 1995ci il təvəllüdlü Şahid1 və 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs olduqları müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, 07 fevral 2025-ci il tarixdə ona zəng vurmuş tanışı Şahid1 intim xidmətlər üçün qız təşkil etməyi təklif etmiş, təşkil edəcəyi qadının intim xidməti müqabilində Vadimdən 150 manat pul alacağını demiş, bu pulun 100 manatını təşkil etdiyi qıza verməyi, həmin qızı fahişəliyə cəlb etdiyinə və mənzili fahişəliklə məşğul olmaq üçün verdiyinə görə ümumilikdə 50 manat qazanc götürməyi planlaşdırmışdır. Təqsirləndirilən şəxs qeyd etdi ki, Vadimlə razılaşdıqdan sonra Zərərçəkmiş şəxs zəng vuraraq cinsi əlaqədə olmaq üçün müştərinin olduğunu, intim xidmət müqabilində ona 100 manat pul verəcəyini vəd edərək saat 15:00 da ünvan 10 ünvanına gəlməyini tapşırmışdır. Sorğu zamanı Zərərçəkmiş şəxs deyilənləri təsdiq edərək bildirdi ki, Təqsirləndirilən şəxs 07 fevral 2025-ci il tarixdə ona zəng edərək intim xidmət göstərmək üçün müştərinin olduğunu demiş, bunun müqabilində sonuncu Xəyalə Hümbətovaya 100 manat pul verəcəyini bildirmiş və saat 15:00-da ünvan 10 ünvanına gəlməyini tapşırmıdır. Sorğu zamanı Şahid1 bildirdi ki, xx.xx.2025-cü il tarixdə saat 13:00 radələrində Təqsirləndirilən şəxs zəng etmiş, söhbət əsnasında Təqsirləndirilən şəxs ona pul müqabilində cinsi əlaqədə olmaq üçün qadın və cinsi əlaqədə olmaq üçün mənzil təşkil edəcəyini bildirmiş, təşkil edəcəyi qadına görə 150 manat pul tələb etmiş, razılaşdıqdan sonra onu ünvan 10 ünvanında yerləşən mənzilə gəlməyini bildirmişdir. Şahid1 qeyd etdi ki, bu ünvana gələrək həmin mənzildə Təqsirləndirilən şəxs ilə görüşmüş, ona 150 manat pul təqdim etdikdən sonra mənzilin yataq otağına keçərək Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmuşdur.. Şəxslərə cinsi əlaqədə olduqları yataq otağını göstərmək təklif olundu, iştirakçılar birlikdə mənzilin yataq otağına keçərək cinsi əlaqədə olduqları yataq otağını və yataq dəstini göstərdilər. Yataq otağına baxış keçirilən zaman çarpayının solunda yerləşən tumbanın üzərində 1 ədəd istifadə olunmamış, 2 ədəd istifadə olunmuş rezin qoruyucu aşkar edildi. Aşkar edilmiş hər iki rezin qoruyucu götürülərək zərfə qoyulmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs təklif olundu ki, Şahid1 aldığı pulları təqdim etsin. Təqsirləndirilən şəxs könüllü olaraq 1 ədəd 100 manatlıq, 1 ədəd 50 manatlıq pul əskinaslarını təqdim etdi. Həmin pul əskinaslar zərfə qoyulmuşdur. (i.v 9-12) - Zərərçəkmiş şəxs qismində tanınma haqqında 19 mart 2025-ci il tarixli qərardan görünür ki, həmin cinayət işi üzrə Zərərçəkmiş şəxs maddi və mənəvi zərər vurulduğuna görə zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v 40) - Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. (i.v.51-52) - Cinayət işi üzrə icraatın dayandırılması haqqında 24 aprel 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. (i.v 61) - Cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında 08 may 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. (i.v 63) - Yasamal rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 32 saylı Mənzil-Kommunal İstismar sahəsinin xx.xx.2025-ci il tarixli, № 147 arayışından görünür ki, Təqsirləndirilən şəxs həqiqətən V.Əliyev küçəsi, ev 162-də qeydiyyatdadır. (i.v 87) - Yasamal rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 32 saylı Mənzil-Kommunal İstismar sahəsinin xx.xx.2025-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 2016-cı ildən göstərilən ünvanda daimi qeydiyyatdadır. Həmin ünvanda qeydiyyatda olduğu müddətdə onun haqqında 32 saylı MKİS-ə nə yazılı, nə də şifahi şikayət daxil olmamışdır. (i.v 88) - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il təvəllüdlü X4 adlı uşağı var. (i.v 89) - Nağd pulun maddi sübut kimi tanınaraq cinayət işi materiallarında saxlanılması və depozit hesabına təhvil verilməsi haqqında 19 may 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs götürülmüş 150 manat məbləğində pul vəsaitləri maddi sübut kimi tanınmış və cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. (i.v 94-95) - Sübutların qiymətləndirilməsi haqqında 20 may 2025-ci il tarixli qərardan görünür ki, 07 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs götürülmüş 150 manat məbləğində pul öz xüsusiyyətinə, əlamətlərinə və cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyinə görə maddi sübut kimi tanınması, Azərbaycan Respublikası CPM-in 129.2-ci maddəsinin tələblərinə əsasən saxlanılması üçün dövlət bankına təhvil verilməsi barədə qəbul edilmiş qərar nəzərə alınması, 07 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, X3 küçəsi 42, ev 3, mənzil 88 saylı evin yataq otağından götürülmüş Şahid1 və Zərərçəkmiş şəxs cinsi əlaqədə olan zaman istifadə etdikləri iki ədəd qoruyucu rezin öz xüsusiyyətinə, əlamətlərinə və cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyinə görə maddi sübut kimi tanınması və saxlanılması üçün İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin Növbətçi Hissəsinə təhvil verilməsi, Təqsirləndirilən şəxs yaşadığı, yataq otağını cinsi əlaqədə olmaq üçün çarpayı və yataq dəsti ilə təchiz etdiyi Bakı şəhəri, Xətai rayonu, X3 küçəsi 42, ev 3, mənzil 88 saylı ünvan bütün istintaq sənədlərində Bakı şəhəri, Xətai rayonu, X3 küçəsi 42, ev 3, mənzil 88 kimi tanınıb oxunması qərara alınmışdır. (i.v 97-103) - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 21 may 2025-ci il tarixli il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v.114-115) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsinə əsasən gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə - iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəlləsinin 244.1-ci maddəsinə əsasən fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə - iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət hadisəsi törətməsi, himayəsində bir azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə barışması, heç bir şikayət və tələbinin olmaması, dəymiş zərəri ödəməsi cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini və işin digər hallarını nəzərə alır və hesab edir ki, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasını təyin etməklə islah etmək mümkündür. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırkı halda, məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. 99-1.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. İş üzrə maddi sübut kimi tanımış iki ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılmalıdır. Əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs götürülmüş və DİN Maliyyə-Plan İdarəsinin depozit hesabında saxlanılan 150 manat pul əskinazları dövlət nəfinə xüsusi müsadirə olunmalıdır. İnsan Alverinə qarşı Mübarizə baş İdarəsinin Növbətçi hissəsində saxlanılan iki ədəd istifadə olunmuş qoruyucu rezin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) iş saatına görə 330 (üç yüz otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 11 manat məbləğində müəyyən edilmişdir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2500 (iki min beş yüz) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2500 (iki min beş yüz) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, cəzaların qismən toplanması yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3000 (üç min) manat miqdarda cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanımış iki ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılsın. Əməliyyat-axtarış tədbiri zamanı götürülmüş və DİN Maliyyə-Plan İdarəsinin depozit hesabında saxlanılan 150 manat pul əskinazları dövlət nəfinə xüsusi müsadirə olunsun. İnsan Alverinə qarşı Mübarizə baş İdarəsinin Növbətçi hissəsində saxlanılan iki ədəd istifadə olunmuş qoruyucu rezin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 30 (otuz) iş saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 (üç yüz otuz) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar