Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-304/2020 01.12.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı oğlunun, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və onların müdafiəçiləri – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi4, Müdafiəçi3 və Müdafiəçi2 iştirakları ilə, xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, məhkumluğu olmayan, Bakı şəhəri Nizami rayonu, B.Nuriyev küçəsi ev 24 A, mənzil 9-da qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, Bakı şəhəri, Nizami rayonu, B.Nuriyev küçəsi, ev 24 A, mənzil 9-da qeydiyyatda olan və yaşayan, xx.xx.2015-ci ildə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, xx.xx.2015-ci il tarixdə Suraxanı Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl cəzadan şərti azad edilmiş, məhkumluğu ödənilmiş, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə, xx.xx.1979-cu ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, işsiz, xx.xx.2012-ci ildə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsi 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş. xx.xx.2013-cü il tarixli amnistiya qərarına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu ödənilmiş, Bakı şəhəri Xətai rayonu, N.Tusİ küçəsi, ev 18, mənzil 81-də qeydiyyatda olan, İ.Məmmədov küçəsi ev 1-də yaşayan, barəsində “həbs" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə və xx.xx.1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, məhkumluğu olmayan, Bakı şəhəri Nizami rayonu, İ.Məmmədov küçəsi ev 2, mənzil 44-də qeydiyyatda olan və yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 cinayət işi üzrə ittiham irəli sürülmüşdür ki, onlar, qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq oğurlamışlar. İstintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs2 tamah məqsədilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını talamaq niyyəti ilə qardaşı Təqsirləndirilən şəxs3, tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və şəxsiyyəti istintaqa məlum olmayan Habil adlı şəxslə ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında birləşib xx.xx.2019-cu il tarixdə saat 15 radələrində, Bakı şəhəri, Xətai rayonu Babək prospekti 62/2 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus “Avto Enerji” mağazasının qarşısındakı küçə vitrininə qoyulmuş, dəyəri 126 manat olan bir ədəd Ukrayna istehsallı “Armada” markalı akkumulyatoru və dəyəri 108 manat olan bir ədəd ABŞ istehsallı akkumulyatoru gizli talayıb oğurlayaraq zərərçəkmiş şəxsə ümumilikdə 234 manat ziyan vurmuşdur. Təqsirləndirilən şəxs3 tamah məqsədilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını talamaq niyyəti ilə qardaşı Təqsirləndirilən şəxs2 və tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və şəxsiyyəti istintaqa məlum olmayan Habil adlı şəxslə ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında birləşib xx.xx.2019cu il tarixdə saat 15 radələrində, Bakı şəhəri, Xətai rayonu Babək prospekti 62/2 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus “Avto Enerji” mağazasının qarşısındakı küçə vitrininə qoyulmuş, dəyəri 126 manat olan bir ədəd Ukrayna istehsallı “Armada” markalı akkumulyatoru və dəyəri 108 manat olan bir ədəd ABŞ istehsallı akkumulyatoru gizli talayıb oğurlayaraq zərərçəkmiş şəxsə ümumilikdə 234 manat ziyan vurmuşdur. Təqsirləndirilən şəxs1 tamah məqsədilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını talamaq niyyəti ilə tanışları Təqsirləndirilən şəxs3, X2, Təqsirləndirilən şəxs4 və şəxsiyyəti istintaqa məlum olmayan Habil adlı şəxslə ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında birləşib xx.xx.2019-cu il tarixdə saat 15 radələrində, Bakı şəhəri, Xətai rayonu Babək prospekti 62/2 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus “Avto Enerji” mağazasının qarşısındakı küçə vitrininə qoyulmuş, dəyəri 126 manat olan bir ədəd Ukrayna istehsallı “Armada” markalı akkumulyatoru və dəyəri 108 manat olan bir ədəd ABŞ istehsallı akkumulyatoru gizli talayıb oğurlayaraq zərərçəkmiş şəxsə ümumilikdə 234 manat ziyan vurmuşdur. Təqsirləndirilən şəxs4 tamah məqsədilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını talamaq niyyəti ilə tanışları X2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan Habil adlı şəxslə ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında birləşib xx.xx.2019-cu il tarixdə saat 15 radələrində, Bakı şəhəri, Xətai rayonu Babək prospekti 62/2 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus “Avto Enerji” mağazasının qarşısındakı küçə vitrininə qoyulmuş, dəyəri 126 manat olan bir ədəd Ukrayna istehsallı “Armada” markalı akkumulyatoru və dəyəri 108 manat olan bir ədəd ABŞ istehsallı akkumulyatoru gizli talayıb oğurlayaraq zərərçəkmiş şəxsə ümumilikdə 234 manat ziyan vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini qeyd edərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 onun doğma qardaşıdır. Təqsirləndirilən şəxs4 və Habili uşaq yaşlarından, Təqsirləndirilən şəxs1 isə 8 ildir ki, tanıyır. Hər biri ilə aralarında həmişə yaxşı münasibətləri olmuşdur. xx.xx.2019-cu il tarixdə təxminən saat 15 radələrində qardaşı Təqsirləndirilən şəxs3, tanışları, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Habil adlı şəxslə birlikdə Anara məxsus "Kia Sportage" markalı ** GP *** dövlət qeydiyyat nişanlı avtomobillə xəngəl yemək üçün şəhərdə bir qədər gəzmişlər. Sonra Xətai rayonu Babək prospektinə getmiş və həmin prospektdə 62/2T ünvanında yerləşən minik və yük avtomobilləri akkumulyatoru satılan "Avto Enerji" mağazasının qarşısına çatan zaman, Anar mağazanın qarşısındakı bulaqdan su içmək üçün avtomobili saxlamışdır. Anarla, Aydın və Habil də avtomobildən düşüb su gətirmişlər. Həmin vaxt onlar üzbəüz yerləşən mağazanın qarşısında küçə vitrinində olan iki yararsız akkumulyatorları görüb, onları götürüb metalloma verib yemək pulun çıxarmaq qərarına gəlmişlər. Beləcə hər biri həmin akkumulyatorları oğurlamaq barədə razılaşdıqdan sonra, Anar avtomobili həmin dükanın yanına sürmüş, o və Habil götürüb avtomobilin qabaq oturacağına qoymuşlar. Bu zaman avtomobildən yalnız ikisi o və Habil düşmüş, digərləri, yəni Tural, Aydın və Anar isə avtomobildə oturub onları gözləmişlər. O və Habil akkumulyatorları götürüb avtomobilə qoyduqdan sonra, sükan arxasındakı Anar avtomobili sürmüş və onlar oradan uzaqlaşmışlar. Beləcə onlar oradan “Xalqlar Dostluğu” metro stansiyasının yaxınlığına gəlib, orada yerləşən çayxanalardan birində çay içmişlər. Həmin vaxt Anar çayxananın yanında yerləşən metal qəbulu elanında olan mobil nömrəyə zəng edib həmin şəxsi çayxananın yanına çağırmış, bir qədər sonra isə Abbas adlı şəxs çayxananın yanında olan metal qəbul etdiyi obyektə gəlib hər birini 22 manat olmaqla, cəmi 44 manata Abbas adlı şəxsə satmışlar. Oğurladıqları akkumulyatorun satışından əldə etdikləri qazancla çayxanada xəngəl yemişlər. Sonra oradan çıxıb, hər biri öz evinə getmişdir. Daha sonra Təqsirləndirilən şəxs2 törətdikləri inzibati xətaya görə əməlindən peşman olduğunu, zərərçəkmişlə barışdıqlarını nəzərə alaraq barələrində ədalətli qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun doğma qardaşıdır. Təqsirləndirilən şəxs4 və Habili isə uşaq yaşlarından tanıyır. Təqsirləndirilən şəxs1 isə 8 ildir ki, tanıyır. xx.xx.2019-cu il tarixdə təxminən saat 15 radələrində qardaşı Təqsirləndirilən şəxs2, tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Habil adlı şəxslə birlikdə Anara məxsus "Kia Sportage" markalı ** GP *** dövlət qeydiyyat nişanlı avtomobillə xəngəl yemək üçün şəhərdə görüşmüş, bir qədər gəzişdikdən sonra Xətai rayonu Babək prospektinə getmişlər. Anar avtomobili Babək prospekti 62/2T ünvanında yerləşən minik və yük avtomobilləri akkumulyatoru satılan "Avto Enerji" mağazasının qarşısındakı bulaqdan su içmək üçün saxlamışdır. Daha sonra Aydın və Habil avtomobildən düşüb su gətirmişlər. Bir qədər sonra onlar üzbəüz yerləşən mağazanın qarşısında küçədəki vitrində olan akkumulyatoru görüb, onları gizli götürmək qərarına gəlmişlər. Həmin akkumulyatoru Habil və qardaşı Elmar vitrindən götürüb Anarın idarə etdiyi avtomobilə yerləşdirmişlər. Onlar avtomobillə “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında yerləşən çayxanaya gedib orada çay içməyə başlamışlar. Həmin vaxt Anar çayxanaın yanında yerləşən metal qəbulu elanında olan mobil nömrəyə zəng edib həmin şəxsi çayxananın yanına çağırmış və oraya gələn Abbas adlı şəxsə akkumulyatorların hər birini 22 manat olmaqla cəmi 44 manata satmışlar. Əldə edilən pulla xəngəl yemişlər. Daha sonra Təqsirləndirilən şəxs3 törətdikləri inzibati xətaya görə əməlindən peşman olduğunu, zərərçəkmişlə barışdıqlarını nəzərə alaraq barələrində ədalətli qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs1 özünü inzibati xəta törətməkdə təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs3 Eldar oğlu ilə təxminən 8 il əvvəl, yəni o, Nizami rayonunda yerləşən "Vasmoyun" bazarı deyilən yerdə işlədiyi vaxt tanımış və aralarında yaxşı münasibətləri yaranmışdır. Anar və Habil adlı şəxsləri isə tanışları Tural və Elmar qardaşları vasitəsilə tanımışdır. Əvvəllər heç biri ilə ədavəti və ya hər hansı düşmənçiliyi olmamışdır, xx.xx.2019-cu il tarixdə təxminən saat 15 radələrində tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 və Habil adlı şəxslə birlikdə Anara məxsus "Kia Sportage" markalı ** GP *** dövlət qeydiyyat nişanlı avtomobillə xəngəl yemək üçün görüşmüş və şəhərdə bir qədər gəzişmişlər. Onlar Bakı şəhəri Xətai rayonu Babək prospekti ilə gedən zaman həmin prospektdə yerləşən minik və yük avtomobilləri akkumulyatoru satılan "Avto Enerji" mağazasının qarşısındakı bulaqdan su içmək üçün Anar avtomobili saxlamışdır. Bu zaman o və Tural avtomobildən düşüb su içmiş və avtomobildə olan digər şəxslərə də su gətirmişlər. Onlar avtomobildə su içərkən avtomobilin dayandığı yerdə, üzbəüz yerləşən mağazanın qarşısında küçədəki yararsız akkumulyatorlar diqqətlərini çəkmişdir.Onları metalloma təhvil verib yemək pulu qazanmaq qərarına gəlmişlər. Bu barədə təklifi ilk olaraq Habil və Anar irəli sürmüş, o və avtomoildə olan digərləri də razılaşmışlar. Beləcə o, Anar və Tural avtomobildə gözləmiş, Habil və Elmar isə akkumulyatoruları götürmüşlər. Daha sonra Habil akkumulyatorlardan birini götürüb avtomobilin qabaq oturacağına qoymuşdur.Habildən bir neçə saniyə sonra isə Elmar digər akkumulyatoru götürüb avtomobilin arxa oturacağına yəni Turalın oturduğu yerə qoymuşdur. Sonra Anar avtomobili idarə edərək oradan uzaqlaşmış və onlar “Xalqlar Dostluğu” metro stansiyasının yaxınlığında yerləşən çayxanalardan birinə getmişlər. Orada çay içdikləri ərəfədə Anar çayxananın yanında yerləşən metal qəbulu elanında olan mobil nömrəyə zəng edib, telefonda danışdığı şəxsi çayxananın yanına çağırmışdır. Bir qədər sonra isə adının Abbas olduğunu öyrəndiyi şəxs çayxananın yanında olan metal qəbul etdiyi obyektə gəlib akkumulyatorların hər birini 22 manata almışdır. Akkumulyatorların satışından əldə edilmiş cəmi 44 manat puldan onlar çayxanada xəngəl yemişlər və siqaret almışlar. Daha sonra Təqsirləndirilən şəxs1 törətdikləri inzibati xətaya görə əməlindən peşman olduğunu, zərərçəkmişlə barışdıqlarını nəzərə alaraq barəsində ədalətli qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs4 inzibati xəta törətdiyinin, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilmədiyini qeyd edərək ifadəsində göstərmişdir ki, sümük xərçəngi xəstəliyindən uzun müddətdir ki, əziyyət çəkir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qardaşları, eləcə də Habil adlı şəxslə uşaq yaşlarından tanışdır, Təqsirləndirilən şəxs1 isə Tural və Elmar qardaşları vasitəsi ilə tanımışdır. Əvvəllər heç biri ilə ədavəti və ya hər hansı düşmənçiliyi olmamışdır. xx.xx.2019-cu il tarixdə təxminən saat 15 radələrində o tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Habil adlı şəxslə birlikdə xəngəl yemək üçün görüşmüş və idarə etdiyi "Kia Sprotage" markalı ** GP *** dövlət qeydiyyat nişanlı avtomobillə şəhərdə bir qədər gəzişmişlər. Onlar Bakı şəhəri Xətai rayonu Babək prospekti ilə gedən zaman həmin prospektdə yerləşən akkumulyator satılan "Avto Enerji" mağazasının qarşısındakı bulaqdan su içmək üçün avtomobili saxlamışdır. Aydın və Habil avtomobildən düşüb su içmiş və onlara da su gətirmişlər. Onlar avtomobildə su içərkən avtomobili saxladığı yer ilə üzbəüz yerləşən mağazanın qarşısında küçədəki yolun kənarına qoyulmuş yararsız akkumulyatorlar diqqətlərini çəkmişdir. Həmin akkumlyatorları metalloma təhvil verib yemək pulu qazanmaq qərarına gəlmişlər.Bu barədə təklifi ilk olaraq Habil irəli sürmüş, o və avtomoildə olan digərləri də razılaşmışlar. Avtomobildə qabaq sağ oturacaqda oturan Aydın qapını açıq qoymuş, həmin vaxt Habil səkidən götürdüyü akkumulyatorlardan birini həmin tərəfə qoymuşdur. Daha sonra Elmar götürdüyü ikinci akkumulyatoru götürüb avtomobilin arxa oturacağına yəni qardaşı Turalın oturduğu yerə qoymuşdur. Habillə Elmar avtomobilə oturan kimi avtomobili idarə edərək oradan uzaqlaşmış və onlar “Xalqlar Dostluğu” metro stansiyasının yaxınlığında yerləşən çayxanalardan birinə getmişlər. Orada çay içdikləri ərəfədə yaxınlıqda yerləşən metal qəbulu elanında olan mobil nömrəsini görüb, həmin nömrəyə zəng edib, telefonda danışdığı şəxsi çayxananın yanına çağırmışdır. Bir qədər sonra isə adının Abbas olduğunu öyrəndiyi şəxs çayxananın yanında olan metal qəbul etdiyi obyektə gəlib akkumulyatorların hər birini 22 manata almışdır. Akkumulyatorların satışından əldə edilmiş cəmi 44 manat puldan onlar çayxanada xəngəl yemişlər və siqaret almışlar. Daha sonra Təqsirləndirilən şəxs4 törətdikləri inzibati xətaya görə əməlindən peşiman olduğunu, zərərçəkmişlə barışdıqlarını nəzərə alaraq barəsində ədalətli qərar verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Babək prospekti 62/2T ünvanında yerləşən minik və yük avtomobillərinin akkumulyatoru satılan "Avto Enerji" mağazasını işlədir. Həmin mağazada müxtəlif ölkələrin istehsalı olan müxtəlif amperlik minik və yük avtomobilləri akkumulyatorlarının satışı ilə məşğul olur. Mağazanın şüşə vitrinində olan akkumulyatorlardan başqa, o, həmçinin daha çox müştəri cəlb etmək üçün iki ədəd işlənmiş akkumulyatoru da mağazanın çölündə səkidə olan kiçik ölçülü dəmir vitrinə qoyur. 2019-cu ilin dekabr ayının 12-də təxminən saat 15 radələrində o, iş yerində müştəriləri qəbul edən zaman işçisi Azər Süleymanov ona çöldə vitrinə qoyulan iki ədəd işlənmiş akkumulyatorların yerində olmadığını bildirmişdir. Bundan sonra o, mağazanın nəzarət kamerasına baxış keçirmiş, bu zaman “Kia Sportage” markalı **-CT-*** dövlət qeydiyyat nişanlı avtomobil mağazaya yaxınlaşdığını, avtomobildən düşən üç nəfər şəxsin ətrafa baxdıqdan sonra, vitrindəki iki ədəd işlənmiş akkumulyatoru avtomobilə qoyub apardıqlarını görmüşdür. Bundan sonra o, Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Hadisə yerinə gələn polis əməkdaşları tərəfindən baxış keçirilmiş, o oğurluq barədə ərizə və ilkin izahat verərək ona hadisə nəticəsində cəmi 100 manat ziyan dəyməsini göstərmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs sualları cavablandıraraq bildirmişdir ki, oğurlanan əşyalardan birinin ABŞ istehsallı 105 amperlik akkummulyator, digərinin isə 90 amperlik Almaniya istehsallı işlənmiş akkumulyatorlar olmuşdur və istintaqa ona cəmi 100 manat ziyan dəydiyini yazılı olaraq vermişdir. Həmin oğurlanmış akkumulyatorlar tapıldıqdan sonra ona tanınmaya təqdim edilməmişdir. Akkumulyatorlar onun istifadəsinə qaytarılmamışdır. Buna baxmayaraq təqsirləndirilən şəxslərin üzrxahlıq etmələrini qəbul edərək onlarla barışmış və onlara qarşı heç bir şikayət və tələbi olmadığına dair ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri “Xalqlar Dostluğu” metrostansiyası yaxınlığındakı “Lotos” ticarət mərkəzinin arxasında metal qəbul sexində işləyir. xx.xx.2019-cu il tarixdə tanımadığı şəxs onun mobil nömrəsinə zəng edərək iki ədəd işlənmiş akkumulyator satmaq istədiyini demişdir. O, akkumulyatorlara baxmaq istədiyini bildirdikdə, ona sexin yaxınlığında çayxanada olduğunu demişdir. O, telefonda danışdığı şəxsin dediyi yerə getmiş, “KİA Sportage” markalı avtomobildə iki ədəd akkumulyatorları görüb, onları yoxladıqdan sonra istismar müddətinin keçdiyini görüb metal qəbulu kimi hər birini 22 manata almağı təklif etmişdir. Həmin akkumulyatoru satan şəxs və yanında olan adlarını bilmədiyi digərləri razılaşdıqdan sonra cəmi 44 manat pulu onlara vermişdir. Bir neçə gün sonra isə Xətai RPİ-nin 37-ci bölməsindən çağırılanda ona məlum olmuşdur ki, aldığı akumlyatorlar oğurluq əmlakdır. Halbuki, alarkən o həmin əmlakların oğurluq olduğunu bilməmişdir. Əgər bunu əvvəlcədən bilsəydi onları almazdı. Daha sonra şahid bildirmişdir ki, akkumulyatorları polisə təqdim etmişdir. Məhkəmə iclasında sualları cavablandıran yeganə Şahid1 sözügedən akkumulyatorları aldıqdan bir gün sonra metalloma verib əritdiyini istintaqa verdiyi ifadəsində söyləməsinin səbəbini açıqlaya bilməmişdir. Məhkəmə iclasında əlavə şahid kimi dindirilən polis mayoru Şahid2 istintaqını apardığı ********* nömrəli cinayət işində oğurluq nəticəsində aşkar edilmiş akkumulyatorların tapıldıqdan sonra götürülməsini təsdiq edən götürmə protokolunun, həmçinin götürüldükdən sonra zərərçəkmiş şəxsə tanınmaya təqdim edilməli olan tanınma protokolunun iş materiallarında olmaması səbəbini bu istintaq hərəkətlərinin keçirilməməsi ilə izah etmişdir. Tapıldıqdan sonra götürülmüş akkumlyatorların foto və ya videoçəkilişinin aparılmamasının, akkumlyatorların maddi sübut kimi tanınmaması və nəticədə həmin akkumulyatorların hazırda harda olması səbəbini məhkəməyə açıqlaya bilməmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə-əmtəəşünaslıq ekspertizası “ərzaq və sənaye mallarının əmtəəşünaslıq tədqiqi” ekspertinin xx.xx.2020-ci il tarixli 31960 nömrəli rəyindən görünür ki, bir ədəd Ukrayna istehsallı “Armada” 6CT-12V-90A markalı akkumulyatorun dəyəri 126 manat, bir ədəd ABŞ istehsallı, 12 V və 90 A ölçülü akkumulyatorun dəyəri 108 manat təşkil edir. İş materiallarından məlum olur ki, xx xxxxxx 2020-ci il tarixdə Zərərçəkmiş şəxs şikayət ərizəsi əsasında Xətai RPİ-nin 37-ci Polis Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı Şahmar Qurbanov tərəfindən Bakı şəhəri, Xətai rayonu Babək prospekti 62/2 ünvanında yerləşən “Avto enerji” akkumulyator satışı və təmiri mağazasına baxış keçirilmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs ona məxsus mağazanın qarşısında küçədə quraşdırdığı vitrinə qoyduğu akkumulyatorların olduğu yeri əyani olaraq proses iştirakçılarına göstərmişdir. Həmin istintaq hərəkəti protokolla rəsmiləşdirilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. İş materiallarından görünür ki, xx xxxx 2020-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu Babək prospekti 62/2 ünvanında yerləşən “Avto enerji” adlı akkumulyator satışı və təmiri mağazasında qurlaşdırılmış video müşahidə kamerasına baxış keçirilmişdir. Müşahidə kamerasının yaddaş kartından götürülmüş, hadisə günü olan xx.xx.2019-cu il tarixli görüntülər bir ədəd DVD diskə köçürülərək götürülmüşdür. Bu istintaq hərəkətinin nəticəsi protokolla rəsmiləşdirilmiş, video görüntülərin əks olunduğu DVD isə protokola əlavə edilmişdir. Oğurluq cinayət hadisəsinin video görüntülərinin əks olunduğu həmin DVD disk iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan (iş vərəqi 4) Zərərçəkmiş şəxs xx xxxxxx 2019-cu il tarixli şikayət ərizəsindən, iş vərəqi 6-da olan xx xxxxxx 2019-cu il tarixli Zərərçəkmiş şəxs izahatından, iş vərəqi 19-da olan təhqiqatçı Şahmar Qurbanovun xx.xx.2019-cu il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs hadisə nəticəsində ona cəmi 100 manat ziyan dəyməsini göstərmişdir. Məhkəməyə daxil olan ********* nömrəli cinayət işinin 239 səhifəsində, sözügedən akkumulyatorların tapıldıqdan sonra götürülməsini təsdiq edən götürmə protokolu aşkar edilməmişdir. Həmçinin götürüldükdən sonra zərərçəkmiş şəxsə tanınmaya təqdim edilməsinə dair protokol aşkar edilməmişdir. Götürülmüş akkumulyatorların foto və ya video çəkiliş aparılmasına dair heç bir protokol və yaxud foto və video çəkilişin özü aşkar edilməmişdir. Keçirilmiş ekspertizadan sonra sözü gedən akkumulyatorların taleyi haqqında, yəni maddi sübut kimi tanınması, saxlanılması, mühafizəsi haqqında qərarlar, qəbzlər aşkar edilməmişdir. İş materiallarından görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 məhkəmə hazırlıq iclasına gəlmədiklərindən onlar barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmiş, onlar barəsində həbs qətimkan tədbiri seçilmiş, onlar barəsində axtarış elan edilərək cinayət işi üzrə icraat dayandırılmışdır. Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə və Təqsirləndirilən şəxs4 isə xx.xx.2020-ci il tarixdə tutulmuşlar. xx.xx.2020-ci il tarixdə cinayət işi üzrə icraat təzələnmişdir. xx.xx.2020-ci il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs4 ağır onkoloji xəstəlikdən əziyyət çəkdiyinə görə barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilmişdir. Məhkəmə ittiham tərəfinin sübutlarını aşağıdakı qaydada təhlil edərək qiymətləndirmişdir. Belə ki, iş materiallarından məlum oldu ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə verdiyi ittihamı yalnız zərərçəkmiş şəxsin ifadəsi və ekspert rəyi üzərində qurmuşdur. Sübutlara nəzər saldıqda (təqsirləndirilənlərin səmimi ifadələri, hadisə yerini əks etdirən video görüntü, zərərçəkmiş şəxsin və şahidin ifadəsi) özgənin əmlakının, yəni iki işlənmiş akkumulyatorların təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 tərəfindən talanması (xırda talama İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi) tam sübuta yetirilmişdir. Lakin istintaq orqanı hadisədən sonra tapılaraq götürülmüş akkumulyatorların mühafizəsini təmin edə bilməmiş, onları maddi sübut kimi tanınmamış, ekspertizaya göndərməmişdən qabaq əşyanı götürmə və zərərçəkmiş şəxsə əşyanı tanınma kimi bir sıra istintaq hərəkətlərini etməmişdir. Nəticədə həmin akkumlyatorların taleyi bu günə kimi qaranlıq qalmışdır. Azərbaycan Respublikası CPM-nin 125.2-ci maddəsindən görünür ki, aşağıdakı hallarda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir: 125.2.7. istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda; 125.2.8. sənədi və ya digər əşyanı tanımağa qadir olmayan, onun həqiqiliyini, mənbəyini, əldə olunma hallarını təsdiq edə bilməyən şəxsdən alındıqda. Azərbaycan Respublikası CPM-nin 125.3-cü maddəsinin imperativ göstərişindən aydın görünür ki, bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onlar ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Azərbaycan Respublikası CPM-nin 127.3-cü maddəsinə görə ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Cinayət işi üzrə ekspertizaya təqdim edilmiş - haradan və nəyə əsasən götürülməsi məlum olmayan, zərərçəkmiş şəxsə tanınmaya təqdim edilməyən iki ədəd işlənmiş akkumulyatorların məhz zərərçəkmiş şəxsə məxsus olmasını təsdiq edən heç bir istintaq hərəkəti aparılmaması səbəbindən məhkəmə iş materiallarında olan cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə-əmtəəşünaslıq ekspertizası “ərzaq və sənaye mallarının əmtəəşünaslıq tədqiqi” ekspertinin xx.xx.2020-ci il tarixli 31960 nömrəli rəyini sübut kimi qəbul etmir. Zərərçəkmiş şəxsin ifadəsinə münasibətdə isə onu qeyd etmək olar ki, o, ilk gündən ərizə və izahatlarında ona cəmi 100 manat ziyan dəydini (iş vərəqi 4 və 6) dəfələrlə göstərmiş və məhkəmə iclasında bunu bir daha təsdiqləmişdir. Belə ki, məhkəmə iclasında dindirilən zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs bildirmişdir ki, oğurlanan əşyalardan birinin ABŞ istehsallı 105 amperlik akkumulyator, digərinin isə 90 amperlik Almaniya istehsallı işlənmiş akkumulyatorlar olmuşdur və istintaqa ona cəmi 100 manat ziyan dəydiyini yazılı olaraq verdiyini qeyd etmişdir. Həmin oğurlanmış akkumulyatorlar tapıldıqdan sonra ona tanınmaya təqdim edilməmiş və onun istifadəsinə qaytarılmamışdır. Buna baxmayaraq təqsirləndirilən şəxslərin üzrxahlıq etmələrini qəbul edərək onlarla barışmış və onlara qarşı heç bir şikayət və tələbləri yoxdur. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs ona cəmi 100 manat ziyan dəyməsini və təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı heç bir şikayət və tələblərinin olmamasına dair ərizəsini məhkəməyə təqdim etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın miqdarı zərərçəkmiş şəxsin həm ilkin ərizəsi və izahatı (iş vərəqi 4,6), həmçinin məhkəməyə təqdim etdiyi ərizəsi nəzərə alınaraq 100 manat kimi qəbul edilməlidir. İş üzrə yeganə şahidin ifadəsi isə məhkəmə üçün daha diqqət çəkmişdir. Belə ki, şahid qismində dindirilmiş Şahid1 (iş vərəqi 48-49) ibtidai istintaq zamanı xx xxxxx 2020-ci il tarixdə verdiyi ifadəsində göstərmişdir ki, sözügedən akkumulyatorları aldıqdan bir gün sonra metalloma verib əritmişdir. Təəccüblüsü isə budur ki, işi istintaq edən müstəntiq Şahid2 sual yaranmamışdır ki, əgər bu akkumulyatorlar hadisədən bir gün sonra əridilmişdirsə, onda ekspertizaya təqdim edilmiş akkumlatorlar haradan götürülmüşdür. Göründüyü kimi ittiham tərəfi izahatları sübut kimi qəbul edir, lakin hansı əsasa və hansı digər sübutla bu nəticəyə gəlməsini açıqlamır, təhlil etmir, yoxlamır və qiymətləndirmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin tərkibini yaranması üçün qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin əmlakını gizli olaraq talaması mövcud olmalıdır. Lakin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin qeyd hissəsində aydın göstərilmişdir ki, Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, şahidlərin ifadələrinin, sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 oğlunun, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onların əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx xxxx 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 139.0, 139.0.2 və 139.0.4-cü maddələrinə əsasən, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi - cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Cinayət prosesində sübutların qiymətləndirilməsi vahid prinsiplər əsasında həyata keçirilir. Cinayət mühakimə icraatının müxtəlif mərhələlərində sübutların qiymətləndirilməsinin bir-birindən fərqi onların xarakterində deyil, qiymətləndirmənin məqsədində, qiymətləndirilən sübutların sayında, onların əsasında çıxarılmış nəticələrdə və onların cinayət işi və ya digər materiallar üzrə əhəmiyyətində ifadə olunur. Sübutların qiymətləndirilməsinin üsulu kimi təhqiqatçının, müstəntiqin, prokurorun, məhkəmənin daxili inamı çıxış edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi üzrə fəaliyyət aşağıdakı tələblərə cavab verməlidir: a) sübutlar təhqiqatçının, müstəntiqin, prokurorun, məhkəmənin öz daxili inamı əsasında azad surətdə qiymətləndirilməlidir. Bu, o deməkdir ki, sübutlar heç kimdən və heç nədən asılı olmadan sərbəst surətdə qiymətləndirməlidir, sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsinin olmaması haqqında qayda müəyyən etməklə yanaşı, cinayət-prosessual qanunvericilik müstəntiqin və məhkəmənin qanunu və öz vicdanını rəhbər tutmasını tələb edir; b) sübutların qiymətləndirilməsinin üsulu və nəticəsi kimi təhqiqatçının, müstəntiqin, prokurorun, hakimin daxili inamı sübutların bir hissəsinin məcmusuna (cinayət işi və ya digər materiallar üzrə aralıq qərarların qəbul edilməsi üçün sübutların məhdud məcmusunun qiymətləndirilməsi hallarında), yaxud toplanmış bütün sübutların məcmusuna əsaslanmalıdır; c) təhqiqatçı, müstəntiq, prokuror, hakim tərəfindən sübutların qiymətləndirilməsi cinayət-prosessual qanunvericilikdə nəzərdə tutulmuş formalarda (ittiham aktında, yekun protokolunda, qərarlarda, məhkəmənin hökmündə) həyata keçirilməlidir. Sübutların qiymətləndirilməsi prosesində onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi aydınlaşdırılmalıdır. Sübutların mənsubiyyəti məlumatların elə məcburi xüsusiyyətidir ki, (həmin xüsusiyyət olmadan sübut da yoxdur) bu xüsusiyyət cinayət prosesində tədqiq edilən hadisə ilə əlaqədar olaraq təzahür edir. Sübutların mümkünlüyü dedikdə, sübutların mənəviyyat normalarına, həqiqətə habelə məlumatın mənbəyi və toplanılması üsuluna dair cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun olması başa düşülür. Şərh olunan maddədə cinayət mühakimə icraatında sübutların qiymətləndirməsinin əsas prinsipləri nəzərdə tutulmuşdur. Həmin prinsiplərə daxildir: təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutmaqla sübutları qiymətləndirməlidir; təhqiqatçı, müstəntiq, prokuror, hakim öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Sübutların mötəbərliyinin qiymətləndirilməsi dedikdə, müəyyən edilmiş halların gerçəkliyə uyğun olub-olmamasının, toplanmış sübutların cinayət işi və ya digər materiallar üzrə əhəmiyyət kəsb edən halları düzgün əks etdirib-etdirmədiyinin aydınlaşdırılması başa düşülür. Bu zaman təhqiqatçı, müstəntiq, prokuror, hakim faktiki halların əldə edildiyi mənbənin mötəbərliyini (keyfiyyətini) yoxlamalıdırlar. Sübutların mötəbər olması haqqında nəticəyə gəldikdən sonra təhqiqatçı, müstəntiq, prokuror, hakim sübutetmə materialının tamlığını müəyyən etməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim öz daxili inamına görə sübutların qiymətləndirməsi aşağıdakılarda ifadə olunur: a) icraatında cinayət işi və digər materiallar olan şəxs sübutların qiymətləndirilməsində prosessual müstəqilliyə və müstəsna səlahiyyətə malikdir; təhqiqatçı, müstəntiq, prokuror, hakim sübutlara hər hansı şəxs tərəfindən verilmiş qiyməti rəhbər tutmaq hüququna malik deyillər və belə bir vəzifə daşımırlar. Onlar həmçinin sübutları qiymətləndirmək vəzifəsini və məsuliyyətini digər şəxsin üzərinə qoya bilməzlər; b) formal əlamətlərə görə heç bir sübut digər sübutlarla müqayisədə üstüntlüyə malik deyil; c) sübutların qiymətləndirilməsi şübhə doğurmayan həqiqi nəticələrə gəlinməsi ilə başa çatmalıdır. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən, cinayət mühakimə icraatı həyata keçirilərkən, Cinayət-Prosessual Məcəlləsinin 125 və 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikası CPM-in 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 32.2.3-cü maddəsinə əsasən, ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Təsvir olunanlardan görünür ki, ittiham tərəfi məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslərin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsinin tərkibinin olmasını təsdiq edən heç bir mötəbər sübut təqdim etməmişdir. Təqsirsizlik prezumpsiyasını müəyyən edən Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ bəndinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Həmin maddənin İİİ bəndinə görə cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməsinə dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Qeyd olunan normaların mənasından göründüyü kimi, heç bir sübut, o cümlədən ekspert rəyi məhkəmə üçün preyudisial əməmiyyətə malik deyil və alınma mənbəyindən, növündən asılı olmayaraq hər bir sübut hərtərəfli, tam və obyektiv yoxlanılmalı, iş üzrə toplanmış digər sübutlarla müqayisəli şəkildə qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan işin halları və qanunvericilik normalarından görünür ki, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibinin olması sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.2-cü maddələrinə əsasən, məhkəmə baxışı nəticəsində şəxsin əməlində cinayət tərkibi olmadığı müəyyən edildikdə onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 42.2 və 42.2.2-cü maddələrinə əsasən, Cinayət-Prosessual Məcəllənin 42.1.2-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin əməlində cinayət tərkibi olmadığı müəyyən edildikdə bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin Məcəllənin 8.0.5-ci maddəsi ilə cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifələrindən biri kimi müəyyən olunmuşdur. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1.-ci maddəsinin tərkibi olmadığından təqsirləndirilən şəxslərə istinad edilən ittiham üzrə bəraət verilməli və barələrində seçilmiş qətimkan tədbirləri ləğv edilməlidir. Təqsirləndirilən şəxs1 dərhal məhkəmə iclas zalından həbsdən azad edilməlidir. Hökm qanuni qüvvəsini aldıqdan sonra təqsirləndirilən şəxslərin əmməllərinə Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş məsuliyyət məsələsinin həll edilməsi üçün (Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi) material prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməlidir. Azərbaycan Respublikası CPM-in 56.0.1-cı maddəsinə əsasən, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdirlər. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış hadisə yerini əks etdirən DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi 75 (yetmiş beş) manat Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak və mülki iddia yoxdur. Yuxarıda şərh edilənlərə əsasən və Azərbacan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42 , 344-347, 349, 350, 356 və 383-385-ci maddələrini rəhbər tutuaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirsiz bilinsin və ona bəraət verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa verə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirsiz bilinsin və ona bəraət verilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa verə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirsiz bilinsin və ona bəraət verilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirsiz bilinsin və ona bəraət verilsin. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin. Bəraət hökmü qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 əməlində Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə məsuliyyət məsələsinin həll edilməsi üçün material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Xətai Rayon Prokuroruna göndərilsin. İş üzrə maddi sübut kimi tanınmış DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi 75 (yetmiş beş) manat Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. İş üzrə xüsusi müsadirə olunmalı əmlak və mülki iddia yoxdur. Hökmdən, elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən 20 gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-304/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-304/2020
01.12.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver