Məhkəmə qərarları › İş №1(011)-304/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-304/2021

14.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-304/2021 14.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Hacıqabul rayonundan anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2ında nömrəsiz evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, 14 mart 2021-ci il tarixdə, saat 22 radələrində X1 məxsus ünvan 3 ünvanına hasardan tullanaraq həyətə daxil olmuş mənzilin giriş qapısının açıq olmasından istifadə edərək mənzilə qanunsuz daxil olaraq oradan 01 ədəd 150 manat dəyərində “WAİNER”, markalı qol saatını, bir dəst ümumi dəyəri 1000 manat olan almaz qaşlardan qızıl komplekt, 01 cüt dəyəri 300 manat olan mirvari qaşlardan ibarət qızıl sırğanı, 01 ədəd mirvarı qaşlardan ibarət olan dəyəri 500 manat olan qızıl boyunbağı, 01 cüt 583 əyyarlı dəyəri 205 manat qızıl sırğanı, 01 ədəd dəyəri 10 manat 1 qadın çantasını, 01 ədəd dəyəri 10 manat olan Koton markalı qara rəngli gödəkçəni, 1 cüt dəyəri 6.5 manat olan üzərində ümumilikdə 4 ədəd rəngsiz, şəffaf qaş və 2 ədəd ağ rəngli, kürə formalı muncuq olan sarı rəngli sırğanı, 1 ədəd dəyəri, 15 manat olan üzərində 1 ədəd çəhrayı rəngli və bir neçə ədəd rəngsiz, şəffaf qaş olan gümüşü rəngli kulonu, 01 ədəd dəyəri 7 manat olan üzərində1 ədəd çəhrayı rəngli və bir neçə ədəd rəngsiz, şəffaf qaş olan gümüşü rəngli məlumat hissəsini, 01 ədəd dəyəri 13 manat olan gül formalı, gümüşü rəngli 1 ədəd kulonu, 01 ədəd dəyəri 1.5 manat olan üzərində rəngsiz, şəffaf qaşlar olan qırmızımtıl-sarı rəngli köməkçi hissədən və gümüşü rəngli kiliddən ibarət sırğa hissəsini (qırıntı) gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs 2218 manat ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, maddi vəziyyəti pis olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. 14 mart 2021-ci il tarixdə ünvan 4 ünvanının qarşısına gəlmiş, həmin evin tanışı Nurlananın dayısına məxsus olduğunu bilmişdir. Belə ki, Nurlana bir dəfə söhbət əsnasında ona həmin evin dayısına məxsus olduğunu, həmin evdə böyüdüyünü bildirmişdir. O da kənardan dayanıb evdə hər hansısa bir şəxs və ya şəxslərin olub olmamasını müşahidə etmişdir. O, həmin evin hasarından tullanaraq evin həyətinə daxil olmuşdur. Evin həyətində olan zaman mənzilin giriş qapısının dəstəyinə əl atdığı zaman qapının açıq olduğunu görmüşdür. Qapının açıq olduğunu gördükdən sonra evdə hər hansısa şəxs və ya şəxslərin olacağından ehtiyat etmiş və hasardan yola doğru geri qayıtmışdır. Evdən bir qədər aralıda dayanıb evi baxan zaman evdə heç kəsin olmadığından əmin olmuş və yenidən evdən oğurluq etmək qərarına gəlmişdir. O, hasardan evin həyətinə düşmüş və mənzilin giriş qapısını açaraq mənzilə daxil olmuşdur. Mənzilə daxil olduqdan sonra o evdə pul və qızıl-ziynət əşyaları axtarmağa başlamışdır. Evin birinci mərtəbəsində olan yataq otağına daxil olduqdan sonra oradan 01 ədəd Vorner markalı qol saatını, bir dəst almaz qaşlardan ibarət olan qızıl komplekt, 01 cüt qızıl sırğa, 01 ədəd mirvarı qaşlardan ibarət olan qızıl boyunbağı, 01 cüt mirvari qaşlardan ibarət qızıl sırğa və 01 ədəd qara rəngli qadın çantası götürmüşdür. Daha sonra o evin dəhlizində olan qara rəngli gödəkçəni götürərək əyninə geyinmişdir və dərhal oradan uzaqlaşmışdır. O, həmin qızıl ziynət əşyalarının qızıl hissəsini çıxardaraq lom kimi satmışdır. Həmin qızıl ziynət əşyalarından 01 cüt qızıl sırğanı 28 May metrostansiyası tərəfdə lombarda girov qoyaraq pul götürmüşdür. Qalan qızıl ziynət əşyalarının qızıl hissəsi çıxarıldıqdan sonra qalan hissəsi, 01 ədəd qol saatı, qadın çantası və kişi gödəkçəsi üzərində olmuşdur. Üzərində olan əşyaları şübhəli şəxs qismində dindirildikdən sonra istintaqa könüllü olaraq təqdim etmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman onlar tərəfindən ona heç bir fiziki və psixi zor tətbiq edilməmişdir. Həmin evdən oğurluq etməsi barədə Şahid2 heç bir məlumatı olmamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 14 mart 2021-ci il tarixdə yoldaşının ad gününü qeyd etmək məqsədi ilə yoldaşı, özü və oğlu yaşadıqları mənzildən çıxaraq şəhərin mərkəzində yerləşən restoranların birinə getmişlər. Təxminən saat 00:10 radələrində yaşadıqları mənzilə geri qayıdan zaman mənzilin giriş qapısını açıb içəri daxil olanda ona məlum olmuşdur ki, mənzilin içərisində olan əşyalar və paltarlar dağınıq vəziyyətdədir. Baş vermiş hadisə ilə bağlı DİN-in 102 zəng mərkəzinə zəng edərək məlumat vermişdir. Hadisə yerinə polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları gəldikdən sonra o, evdəki əşyalara diqqətlə baxdıqdan sonra müəyyən etmişdir ki, naməlum şəxs və ya şəxslər ona məxsus mənzildən 01 ədəd 1100 manat dəyərində Vorner markalı qol saatını, bir dəst ümumi dəyəri 1000 manat olan almaz qaşlardan qızıl komplekt, 01 cüt dəyəri 500 manat dəyərində olan qızıl sırğa , 01 ədəd mirvarı qaşlardan ibarət olan dəyəri 500 manat olan qızıl boyunbağı, 01 cüt mirvari qaşlardan ibarət dəyəri 300 manat qızıl sırğa, 01 ədəd 30 manat dəyərində qadın çantası və 20 manat dəyərində kişi gödəkçəsi oğurlanmışdır. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 3.450 manat maddi ziyan dəymişdir. Evin giriş qapısının açarı ondan başqa heç kəsdə olmamışdır. Ona təqdim olunmuş əşyalardan üzərində rəngsiz şəffaf qaşlar olan gümüşü rəngli 3 ədəd məlumat hissəsi kimi göstərilən əşyalar zərərçəkmiş şəxs kimi ifadəsində göstərdiyi bir dəst almaz qaşlardan qızıl komplektin hissələridir. Həmin hissələrə baxan zaman ona məlum olmuşdur ki, qaşları çıxarılaraq qızıl hissəsi qopardılmışdır. Təqdim olunmuş ipə düzülmüş 32 ədəd ağ rəngli və 32 ədəd sarı rəngli metal kürəcik, ipə düzülmüş 13 ədəd ağ rəngli muncuq və 12 ədəd sarı rəngli metal kürəcik də həmçinin göstərdiyi bir dəst almaz qaşlardan qızıl komplektin hissələridir. Belə ki həmin əşyalardan 32 ədəd ağ rəngli və 32 ədəd sarı rəngli metal kürəcik həmin komplektin boyunbağısı, düzülmüş 13 ədəd ağ rəngli muncuq və 12 ədəd sarı rəngli metal kürəcik isə həmin komplektin qolbağıdır. Qolbağın və boyunbağıda həmçinin qaşları çıxarılaraq qızıl hissəsi qopardılmışdır. Üzərində ümumilikdə 2 ədəd rəngsiz, şəffaf qaş olan qırmızımtıl sarı rəngli 1 cüt sırğa ifadəsində göstərdiyi 01 cüt dəyəri 500 manat dəyərində olan qızıl sırğadır. Üzərində rəngsiz, şəffaf qaşlar olan 1 ədəd qol saatı, Qol saatının siferblatının iç tərəfində “WAİNER, SAPPHİRE CRYSTAL, SWİSS MADE, 5ATM WR WA 11068 “ yazıları olan qol saatı ifadəsində göstərdiyi 01 ədəd 1100 manat dəyərində Vorner markalı qol saatıdır. İstifadədə olmuş üzərində markalanmasına dair heç bir məlumat olmayan qadın çantası ifadəsində göstərdiyi qadın çantasıdır. İstifadədə olmuş üzərində “Koton Men” sözləri olan M ölçülü kişi gödəkçəsi isə ifadəsində göstərdiyi kişi gödəkçəsidir. Təsirləndirilən şəxslə barışmamışdır və onun barəsində qanunamüvafiq qaydada cəza tədbiri tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs bir aya yaxın müddətdir ki, tanımışdır. Zərərçəkmiş şəxs onun dayısıdır. Nurlana Xəlişin dayısına məxsus evdən oğurluq etməsi barədə əvvəlcədən məlumatı olmamışdır. Dayısına məxsus evdən oğurluq olması barədə 15 mart 2021-ci il tarixdə günorta radələrində məlumatı olmuşdur. Xəlişin isə dayısına məxsus evdən oğurluq etməsi barədə məlumatı 23 mart 2021-ci il tarixdə məlumatı olmuşdur. Xəlişin həmin evin dayısına məxsus olması barədə məlumatı omuşdur. O qeyd etmişdir ki, Xəliş ilə söhbət edən zaman danışıq əsnasında Xəlişə bu ev barədə məlumat verə bilərdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, ünvan 5 ünvanında yəni 28 Mall ticarət mərkəzinin yanında Lombard mağazasının sahibidir. İş prinsiplərinə əsasən müştərilərdən girov və ya alqı satqı yolu ilə qızıl ziynət əşyaları və ya mobil telefon qəbul edirlər. Girov zamanı müştərilərdən tərtib edilən girov bileti ilə qızıl ziynət əşyasını və ya mobil telefonu qəbul edirlər. Girov biletinə əsasən girova qəbul etdikləri tarixi, həmin şəxsdən aldıqları qızıl ziynət əşyasının qramlarını, həmin qızılı və qızılları neçəyə girova götürdüyüklərini və girov müqabilində hər ay onlara nə qədər məbləğdə pul ödənilməsini yazdiqlarını və girov qoyan şəxsdə həmin sənədi imzalayırlar. Tərtib edilmiş girov biletində qeyd olaraq bildirilir ki, əgər girov qoyan şəxs girov qoyduğu əşyaya təyin edilmiş aylıq məbləği 1 ay 10 gün müdətində ödəməsə bir qayda olaraq həmin əşya satışa çıxarılacaqdır. Təqsirləndirilən şəxs adlı şəxsi əvvəllər tanımamış və onunla heç bir münasibəti olmamışdır. Sadəcə həmin şəxsi Asif işlətdiyi lombard mağazasınıa qızıl girov qoyan zaman tanişlıqları yaranmışdır. Bir dəfə həmin şəxsi 15 mart 2021-ci il tarixdə 2.7 qramlıq bir cüt qızıl sırğa gətirmişdir, həmin qızıl sırğanı girov qoymaq istədiyini bildirmişdir və bu zaman onlarin tanışlığı yaranmışdır. O, həmin şəxslə söhbət etdikdən sonra Təqsirləndirilən şəxs ona 100 manat lazım olduğunu bildirmişdir. Asif də ona qızıl sırğanın 100 manat müqabilində girov qoya biləcəyini, girova görə hər aya 10 manat ödəniş etməli olduğunu bildirmişdir. Bundan sonra o adəti üzrə qızılı ondan girov götürən zaman girov bileti tərtib etmişdir. Həmin girov bileti qızılı neçəyə girov etdiklərini qızılın qramı və nə vaxt girov edildiyi barədə qeydlər apardıqdan sonra Təqsirləndirilən şəxs həmin sənədi imzalamışdır. Təxminən bu hadisədən 3-4 gündən sonra Təqsirləndirilən şəxs yenidən Asifin sahibi olduğu lombard mağazasına gələrək girov qoyduğu qızıl sırğaya görə əlavə 35 manat da pul istədiyini bildirmişdir. Asif də həmin vaxtı Təqsirləndirilən şəxs bunun mümkün olduğunu ona əlavə 35 manat pul ödədikdə aylıq girov xidmətinin 11 manat olacağını bildirmişdir. Təqsirləndirilən şəxs onun etdiyi təklif ilə razılaşdığı üçün oda ona əlavə olaraq 35 manat pul ödəmişdir. 23 mart 2021-ci il tarixdə polis əməkdaşları Xəliş ilə Asif işlətdiyi lombard mağazasına yaxınlaşıb Xəlişin onun dükanına girov etdiyi qızılın cinayət yolu ilə əldə edildiyini bildirmişlər. Asif də girov zamanı aldığı qızılı girov bileti ilə aldığına görə dükanda axtarış etmişdir və həqiqətən də Təqsirləndirilən şəxs ona qızıl girov etməsi barədə tərtib edilmiş girov biletini tapmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 23 mart 2021-ci il tarixli qərardan görünür ki, fakt üzrə CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır ( i.v. 01); Baxış keçirilməsi haqqında 15.03.2021-ci il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi ünvan 6 ünvanına baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilməklə iş materiallarına əlavə edilmişdir (i.v. 05-11); Zərərçəkmiş şəxs qismində tanınma haqqında 23 mart 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır ( i.v.17-18); Cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında 23 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutlmuşdur (i.v. 39); Könüllü təqdim etmə, götürmə və baxış keçirilməsi haqqında protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi 01 ədəd qara rəngli kişi gödəkçəsi, 01 ədəd qadın çantası, ipə düzülmüş 32 ədəd ağ rəngli və 32 ədəd sarı rəngli metal kürəcik, ipə düzülmüş 13 ədəd ağ rəngli muncuq və 12 ədəd sarı rəngli metal kürəcik, 04 ədəd rəngsiz şəffaf qaş və 02 ədəd ağ rəngli kürə formalı muncuq olan sarı rəngli 1 cüt sırğa, üzərində 01 ədəd çəhrayı rəngli və bir neçə ədəd rəngsiz şəffaf qaş olan gümüşü rəngli 01 ədəd kulon, üzərində 01 ədəd çəhrayı rəngli və bir neçə ədəd rəngsiz, şəffaf qaş olan gümüşü rəngli 1 ədəd məlumat hissi, gül formalı gümüşü rəngli 1 ədəd kulon, üzərində rəngsiz şəffaf qaşlar olan gümüşü rəngli 3 ədəd məlumat hissəsi, üzərində rəngisz, şəffaf qaşlar olan qırmızımtıl-sarı rəngli köməkçi hissədən və gümüşü rəngli kiliddən ibarət 01 ədəd sırğa hissəsi, üzərində rəngsiz şəffaf qaşlar olan 01 ədəd qol saatı götürülmüşdür(i.v.55-56); İfadənin yerində yoxlanması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsini bir daha təsdiqləyərək hadisənin yerini göstərib, hadisənin necə baş verməsini əyani təsvir etmişdir(i.v.59-62); Könüllü təqdim etmə, götürmə və baxış keçirilməsi haqqında protokoldan görünür ki, istintaq zamanı Şahid1 15.03.2021-ci il tarixdə Təqsirləndirilən şəxs ona məxsus lombarda girov qoyduğu 01 cüt qızıl sırğanı və həmin sırğanı girov qoyan zaman tərtib edilmiş 15.03.2021-ci il tarixli “067702” nömrəli girov biletinin A4 formatlı kağız üzərində olan surətini istintaqa təqdim etmişdir. Şahid1 təqdim etdiyi “067702” nömrəli girov biletinin surəti bir ədəd A4 formatlı kağızda tərtib edilmişdir. Sənədin yuxarı sol hissəsində Fiziki şəxsin məlumatları VÖEN və qeydiyyat ünvanı barədə məlumatlar vardır. Sənədin VÖEN və qeydiyyat ünvanı barədə məlumatlar hissəsinin aşağısında sənədin tərtib edildiyi vaxt yəni 15 mart 2021-ci il öz əksini tapmışdır. Daha sonra isə malı satan şəxsin anket məlumatları və 583 əyyarlı 2.7 qram çəkidə olan qızıl üzüyün 100 manat müqabilində girov qoyulması vardır. Sənədin aşağı hissəsində isə satıcı və alıcının ad soya və atı və həmin şəxslərin imzaları öz əksini tapmışdır(i.v.69-70); Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 25 mart 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (i.v.91-92); Bakı şəhəri Xətai rayon məhkəməsinin qərarından görünür ki, 25.03.2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir(i.v.90-92); Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və qərardan görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 07.05.2014-cü il tarixli hökmü ilə CM-nin 177.3.2-ci maddəsi ilə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Xəzər rayon məhkəməsinin 18.01.2016-cı il tarixli hökmü ilə CM-nin 317-2.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsinə əsasən 07 il 05 ay müddətinə azadlıqdn məhrum etmə cəzasına məhkum edilmiş, 02.02.2018-ci il tarixdə Bakı şəhəri Xətai rayon məhkəməsinin qərarı ilə AR CM-də dəyişiklik edilməsi haqqında 20.10.2017-ci il tarixli qanun tətbiq edilərək CM-nin 177.3.2-ci maddəsi CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsinə tövsif edilərək CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış və cəzasının sonu ilə azad olunmuşdur(i.v.104-105, 107-108); Kompleks məhkəmə kimyəvi və əmtəəşünaslıq ekspertizasının 17 may 2021-ci il tarixli, 6/1589-8/2496 nömrəli rəyindən görünür ki, № Metal, Kütləsi Qiyməti, Məlumatın adı, damğası əyarı qr Qaşların man növü

1. Üzərində ümumilikdə 2 ədəd rəngsiz, şəffaf qaş olan qırmızımtıl sarı rəngli Qızıl 2,74 Qiymətsiz 205 1 cüt sırğa.Sırğa cütütnün kilidində 583/585 “.9DL”,”*583” və “42” damğaları vardır.

2. İpə düzülmüş32 ədəd ağ rəngli Sarı rəngli metal muncuq və32 ədəd sarı rəngli kürəciklər 88,86 ------ 190

3. İpə düzülmüş 13 ədət ağ rəngli Sarı rəngli metal 33,63 ------ 80 muncuq və 12 ədət sarı rəngli metal kürəciklər qızıl kürəcik. 583/585

4. Üzərində ümumilikdə 4 ədəd rəngsiz, Mis əsaslıərinti 4,38 Qiymətsiz 6,50 şəffaf qaş və 2 ədəd ağ rəngli, kürə formalı muncuq olan sarı rəngli 1 cüt sırğa

5. Üzərində 1 ədəd çəhryı rəngli və bir Qiymətsiz 15 neçə ədəd rəngsiz, şəffaf qaş olan Gümüş, 4,14 Çəhrayı gümüşü rəngli 1 ədəd kulon. Kulonun 925 qaş üzərində “925” damğası vardır və korund. rəngi aşınmışdır,

6. Üzərində 1 ədəd çəhryı rəngli və bir Qiymətsiz 7 neçə ədəd rəngsiz, şəffaf qaş olan Gümüş, 3,81 Çəhrayı gümüşü rəngli 1 ədəd məlumat 925 qaş hissəsi, Məlumat hissəsinin üzərində korund. “925” damğası vardır, 1 ədəd qaş yeri boşdur və rəngi aşınmışdır (qırıntılı)

7. Gül formalı, gümüşü rəngli 1 ədəd Gümüş, 3,20 ------ 13 kulon. Kulonun rəngi aşınmışdır. 925

8. Üzərində rəngsiz, şəffaf qaşlar olan Gümüş, 2,57 Qiymətsiz 5 gümüşü rəngli 3 ədəd məlumat 925 hissəsi. Məlumat hissələrinin bəzi qaş yerləri boşdur, rəngləri aşınmışdır və deformasiyaya uğrayıblar, (qırıntılı)

9. Üzərində rəngsiz, şəffaf qaşlar olan Kilid gümüş, 0,72 Qiymətsiz 1,50 qırmızımtıl-sarı rəngli köməkçi 925, hissədən və gümüşü rəgli kiliddən Qaşlarıözündə ibarət 1 ədəd sırğa hissəsi. (qırıntı) saxlayan köməkçi hissə mis əsaslı ərinti

10. Üzərində rəngsiz, şəffaf qaşlar olan 1 Titan və Xrom 90,83 Qiymətsiz 150 ədəd qol saatı, Qol saatının əsaslı ərinti siferblatının iç tərəfində “WAİNER, SAPPHİRE CRYSTAL, SWİSS MADE, 5ATM? WR WA 11068 “ yazıları vardır

CƏMİ: 673,0

№ Malların adları Miqdarı 1 ədədinin Ümumi qiyməti Dəyəri (manatla) (Manatla) 1 İstifadədə olmuş üzərində 1 10 10 markalanmasına dair heç bir məlumat olmayan qadın çantası 2 İstifadədə olmuş üzərində “Koton Men” 1 10 10 sözləri olan M ölçülü kişi gödəkçəsi CƏMİ: 20.0

(i.v.111-115); Məhkəmə-daktiloskopik ekspertizasının 30 aprel 2021-ci il tarixli, 21/285R nömrəli rəyindən görünür ki, 14.03.2021-ci il tarixdə ünvan 3 ünvanında yaşayan vətəndaş Zərərçəkmiş şəxs mənzilində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürələrək tədiqaqata təqdim edilmiş 24 ədəd yapışqan lent kəsikləri üzərlərində olan əl izlərindən 03 ədəd əl barmaq və 03 ədəd ovuc izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. 2.Şəxsiyyətin eynilədiriməsi üçün yararlı olan əl izlərindən 02 ədədi xx.xx.1993-cü ildə Hacıqabul rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin böyük (02 dəfə) barmağının əksi ilə eynilik müəyyən edilmişdir. 3.Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yaralı olan 01 ədəd əl-barmaq və 03 ədəd ovuc idi DİN KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin əl-barmaq əksləri ilə eynilik müəyyən edilməmişdir(i.v.117-123); Əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 2 ədəd rəngsiz, şəffaf qaş olan qırmızımtıl sarı rəngli 1 cüt sırğa, ipə düzülmüş 32 ədəd ağ rəngli muncuq və32 ədəd sarı rəngli ipə düzülmüş 13 ədəd ağ rəngli muncuq və 12 ədəd sarı rəngli metal kürəcik, üzərində ümumilikdə 4 ədəd rəngsiz, şəffaf qaş və 2 ədəd ağ rəngli, kürə formalı muncuq olan sarı rəngli 1 cüt sırğa, üzərində 1 ədəd çəhrayı rəngli və bir neçə ədəd rəngsiz, şəffaf qaş olan gümüşü rəngli 1 ədəd kulon, üzərində1 ədəd çəhrayı rəngli və bir neçə ədəd rəngsiz, şəffaf qaş olan gümüşü rəngli 1 ədəd məlumat hissəsi, gül formalı, gümüşü rəngli 1 ədəd kulon, üzərində rəngsiz, şəffaf qaşlar olan gümüşü rəngli 3 ədəd məlumat hissəsi,üzərində rəngsiz, şəffaf qaşlar olan qırmızımtıl-sarı rəngli köməkçi hissədən və gümüşü rəgli kiliddən ibarət 1 ədəd sırğa hissəsi,üzərində rəngsiz, şəffaf qaşlar olan 1 ədəd “WAİNER, markalı qol saatı, İstifadədə olmuş üzərində markalanmasına dair heç bir məlumat olmayan qadın çantası və İstifadədə olmuş üzərində “Koton Men” sözləri olan M ölçülü kişi gödəkçəsi zərər çəkmiş Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş və tanınma zamanı Zərərçəkmiş şəxs həmin əşyaları markasından, işlənmə dərəcəsindən, rəngindən tanıdığını bildirmişdir(i.v.125-128); Sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında 27.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə yenidən ittiham elan edilmiş və barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır, zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus 2 ədəd rəngsiz, şəffaf qaş olan qırmızımtıl sarı rəngli 1 cüt sırğa, ipə düzülmüş 32 ədəd ağ rəngli muncuq və32 ədəd sarı rəngli ipə düzülmüş 13 ədəd ağ rəngli muncuq və 12 ədəd sarı rəngli metal kürəcik, üzərində ümumilikdə 4 ədəd rəngsiz, şəffaf qaş və 2 ədəd ağ rəngli, kürə formalı muncuq olan sarı rəngli 1 cüt sırğa, üzərində 1 ədəd çəhrayı rəngli və bir neçə ədəd rəngsiz, şəffaf qaş olan gümüşü rəngli 1 ədəd kulon, üzərində1 ədəd çəhrayı rəngli və bir neçə ədəd rəngsiz, şəffaf qaş olan gümüşü rəngli 1 ədəd məlumat hissəsi, gül formalı, gümüşü rəngli 1 ədəd kulon, üzərində rəngsiz, şəffaf qaşlar olan gümüşü rəngli 3 ədəd məlumat hissəsi,üzərində rəngsiz, şəffaf qaşlar olan qırmızımtıl-sarı rəngli köməkçi hissədən və gümüşü rəgli kiliddən ibarət 1 ədəd sırğa hissəsi,üzərində rəngsiz, şəffaf qaşlar olan 1 ədəd “WAİNER, markalı qol saatı, İstifadədə olmuş üzərində markalanmasına dair heç bir məlumat olmayan qadın çantası və istifadədə olmuş üzərində “Koton Men” sözləri olan M ölçülü kişi gödəkçəsi maddi sübut kimi tanınmış və sahibinə geri qaytarılmışdır, Şahid1 15.03.2021-ci il tarixdə Təqsirləndirilən şəxs ona məxsus lombarda girov qoyduğu 01 cüt qızıl sırğanı və həmin sırğanı girov qoyan zaman tərtib edilmiş 15.03.2021-ci il tarixli “067702” nömrəli girov biletinin surəti sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (i.v.133-142); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin, şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməli Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, vurulmuş ziyanın qismən ödənilməsini CM-nin 59.1.14 və 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 07.05.2014-cü il tarixli hökmü üzrə olan məhkumluğu CM-nin 83.3.3-cü maddəsinə əsasən ödənildiyindən, Bakı şəhəri Xəzər rayon məhkəməsinin 18.01.2016-cı il tarixli hökmü üzrə olan məhkumluğu CM-nin 83.3.2-1-ci maddəsinə əsasən ödənildiyindən, eləcə də böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğundan hazırkı cinayət işi üzrə cinayətin residivi kimi nəzərə alına bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1 və 18.4.3-cü maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər və götürülmüş, ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, azadlıqdan məhrum etmə cəzasının başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM- 158.2.1, 158.6), azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut kimi tanınan zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus 2 ədəd rəngsiz, şəffaf qaş olan qırmızımtıl sarı rəngli 1 cüt sırğa, ipə düzülmüş 32 ədəd ağ rəngli muncuq və 32 ədəd sarı rəngli ipə düzülmüş 13 ədəd ağ rəngli muncuq və 12 ədəd sarı rəngli metal kürəcik, üzərində ümumilikdə 4 ədəd rəngsiz, şəffaf qaş və 2 ədəd ağ rəngli, kürə formalı muncuq olan sarı rəngli 1 cüt sırğa, üzərində 1 ədəd çəhrayı rəngli və bir neçə ədəd rəngsiz, şəffaf qaş olan gümüşü rəngli 1 ədəd kulon, üzərində1 ədəd çəhrayı rəngli və bir neçə ədəd rəngsiz, şəffaf qaş olan gümüşü rəngli 1 ədəd məlumat hissəsi, gül formalı, gümüşü rəngli 1 ədəd kulon, üzərində rəngsiz, şəffaf qaşlar olan gümüşü rəngli 3 ədəd məlumat hissəsi,üzərində rəngsiz, şəffaf qaşlar olan qırmızımtıl-sarı rəngli köməkçi hissədən və gümüşü rəgli kiliddən ibarət 1 ədəd sırğa hissəsi,üzərində rəngsiz, şəffaf qaşlar olan 1 ədəd “WAİNER, markalı qol saatı, İstifadədə olmuş üzərində markalanmasına dair heç bir məlumat olmayan qadın çantası və istifadədə olmuş üzərində “Koton Men” sözləri olan M ölçülü kişi gödəkçəsinin sahibinə qaytarılması nəzərə alınmalı, 15.03.2021-ci il tarixli “067702” nömrəli girov biletinin surəti cinayət işinin materiallarında saxlanılmalıdır (CPM-132). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə 90 (doxsan) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq,

hökm e t d i:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 23 mart 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 90 (doxsan) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübutlar –zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus 2 ədəd rəngsiz, şəffaf qaş olan qırmızımtıl sarı rəngli 1 cüt sırğa, ipə düzülmüş 32 ədəd ağ rəngli muncuq və 32 ədəd sarı rəngli ipə düzülmüş 13 ədəd ağ rəngli muncuq və 12 ədəd sarı rəngli metal kürəcik, üzərində ümumilikdə 4 ədəd rəngsiz, şəffaf qaş və 2 ədəd ağ rəngli, kürə formalı muncuq olan sarı rəngli 1 cüt sırğa, üzərində 1 ədəd çəhrayı rəngli və bir neçə ədəd rəngsiz, şəffaf qaş olan gümüşü rəngli 1 ədəd kulon, üzərində1 ədəd çəhrayı rəngli və bir neçə ədəd rəngsiz, şəffaf qaş olan gümüşü rəngli 1 ədəd məlumat hissəsi, gül formalı, gümüşü rəngli 1 ədəd kulon, üzərində rəngsiz, şəffaf qaşlar olan gümüşü rəngli 3 ədəd məlumat hissəsi,üzərində rəngsiz, şəffaf qaşlar olan qırmızımtıl-sarı rəngli köməkçi hissədən və gümüşü rəgli kiliddən ibarət 1 ədəd sırğa hissəsi,üzərində rəngsiz, şəffaf qaşlar olan 1 ədəd “WAİNER, markalı qol saatı, istifadədə olmuş üzərində markalanmasına dair heç bir məlumat olmayan qadın çantası və istifadədə olmuş üzərində “Koton Men” sözləri olan M ölçülü kişi gödəkçəsinin sahibinə qaytarılması nəzərə alınsın, 15.03.2021-ci il tarixli “067702” nömrəli girov biletinin surəti cinayət işinin materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar