Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-304/2023 18.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1973-cü ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xətai rayonu, ünvan 2şayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək qərarına gəlib bu məqsədlə tanışı Zərərçəkmiş şəxs 10.000 AZN müqabilində 2 ay müddətində 2-ci qrup əlillik dərəcəsini bərpa etdirəcəyinə dair yalan vəd verib aldadaraq 13 oktyabr 2020-ci il tarixdə ünvan 3 ünvanda onun cinayətkar niyyətindən xəbərsiz olan tanışı Şahid2 vasitəsi ilə 10.000 AZN məbləğində pul vəsaitini almış, Zərərçəkmiş şəxs sözügedən məsələnin həll olunmadığını görüb ondan pulunu tələb etdikdə, 2022-ci ilin mart ayında həmin məbləğdən 2000 AZN pul vəsaitini qaytarıb, qalan 8000 AZN pul vəsaitini ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs xeyli miqdar hesab edilən 8.000 AZN məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə elan olunmuş ittihamla özünü tam təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqləyərək göstərmişdir ki, 2020-ci ilin oktyabr ayında rəfiqəsi Şahid2 qeyri-rəsmi nikahda olduğu Şahid1 ilə Şahid3 söhbət zamanı sonuncu Şahid1 bildirmişdir ki, atası Zərərçəkmiş şəxs 2-ci qrup əlillik dərəcəsi 3-cü qrupa dəyişdirilmişdir. Zərərçəkmiş şəxs əlillik dərəcəsinin haqsız olaraq dəyişdirildiyini güman etdiyi üçün bir neçə dəfə Dövlət Sosial Müdafiə Fonduna müraciət etmiş, lakin müraciəti cavabsız qaldığından həmin tarixdə oğlu Emillə əlaqə saxlamışdır. Emil bu barədə tanışı Şahid1 məlumat verdikdə sonuncu onunla əlaqə saxlamışdır. Şahid1 ona bu barədə ətraflı məlumat verdikdə o, ilk öncə Zərərçəkmiş şəxs sənədlərini təqdim etməsini bildirmişdir. Zərərçəkmiş şəxs sənədlərinə baxdıqdan sonra köməklik etmək imkanının olduğunu bildirmişdir. Bundan sonra Şahid1 Zərərçəkmiş şəxs oğlunun yanında onunla danışarkən təqaüdün bərpa olunmasına görə nə qədər pul lazım olduğunu soruşduqda o, Vüsala 10.000 manat lazım olacağını bildirmişdir. Emil atası ilə məsləhətləşdikdən sonra dəqiq söz deyəcəyini bildirib. Şahid1 onun mobil nömrəsini Şahid3 vermişdir. Emil ona zəng edərək həmin pulu atasının Bakı səhərində verə biləcəyini bildirmişdir. Bir müddət keçdikdən sonra xx.xx.2020-ci il tarixdə Bakı şəhərindən kənarda olduğu üçün Şahid2 zəng edərək Zərərçəkmiş şəxs ilə görüşüb pulu sonuncudan götürməsini bildirmişdir. Şahid2 Zərərçəkmiş şəxs ilə Bakı şəhəri Xətai rayonunda F.Bayramov küçəsi 1130 ünvanında yerləşən “Bazarstore" mağazasının qarşısında görüşüb 10.000 manat pulu götürmüşdür. Şahid2 həmin 10.000 manat pulu ona vermişdir. O, pulu aldığı gündən Ehtiramın təqaüdü ilə bağlı maraqlanmağa başlamışdır. Lakin müsbət nəticələr ala bilməmişdir. Sonradan təqaüdünün yenidən 2-ci qrupa keçirtmək çətin olduğunu öyrəndikdə Ehtiramın pulunu geri qaytarmaq qərarına gəlmişdir. Lakin onun pulunun bir hisssəsini şəxsi ehtiyaclarına xərclədiyi üçün yalnız həmin 10.000 manat puldan 2000 manatını 2022-ci ilin mart ayında qaytara bilmişdir. Qalan 8.000 manatını isə qaytaracağına söz vermişdir.Bir müddət sonra 4000 manat ödəniş etdiyini ,ödənilməmiş qalan 4000 manatı qısa müddətdə ödəyəcəyini qeyd etmişdir. Son sözündə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 1997ci ildən 2020-ci il tarixədək ikinci qrup əlil kimi təqaüd almışdır. 2020-ci il tarixdə isə əlillik qrupu Dövlət Sosial Müdafiə Fondu tərəfindən dəyişdirilərək üçüncü qrupa keçirilmişdir. O, əlillik dərəcəsinin haqsız olaraq dəyişdirilməsi üçün bir neçə dəfə Dövlət Sosial Müdafiə Fonduna rəsmi müraciət etmişdir, lakin müraciətinə verilən cavablar onu qane etmədiyi üçün həmin tarixdə oğlu Şahid3 bu barədə bildirmişdir. Oğlu ona bu işlə bağlı maraqlanacağını bildirmişdir. Oğlu Gəncə şəhərində yaşadığı üçün 2020-ci ilin sentyabr ayının sonlarında mobil telefon vasitəsi ilə zəng edərək ona bildirmişdir ki, dostu Şahid4 ilə bu barədə danışmış və sonuncunun Şahid1 adlı tanışının olduğunu bildirmişdir. Oğlu, Şahid4 və Şahid1 birlikdə Gəncə şəhərində görüşüb söhbət edərkən sonuncu təqaüd məsələsində tanışının köməklik edə biləcəyini bildirmişdir. Bundan sonra oğlu onunla əlaqə saxlayaraq bir nəfər şəxsin zəng edəcəyini və onunla Bakı şəhərində görüşərək 10.000 manat pul verməyini bildirmişdir. Oğlu ona bildirmişdir ki, Şahid1 tanışı Mehriban adlı şəxs Dövlət Sosial Müdafiə Fondunda yüksək vəsilədə işləyib. O, oğluna inandığı üçün Mehribanın kim olduğunu maraqlanmamışdır. xx.xx.2020-ci il tarixdə oğlu ona zəng edərək gəlib ondan bir nəfər şəxsin pul götürəcəyini bildirmişdir. xx.xx.2020-ci il tarixdə saat 12 radələrində yaşadığı evdə olan zaman bir nəfər qadın səsli şəxs ona zəng edərək oğlu Eminin dediyi şəxs olduğunu bildirmişdir. O, həmin şəxsə ünvan 4 ünvanda yerləşən “Bazarstore” mağazasının qarşısına gəlməsini bildirmişdir. Həmin Nərminə adlı şəxslə görüşmüş və 10.000 manat pulu Nərminəyə vermişdir. Nərminəyə ona bu işlərlə Təqsirləndirilən şəxs məşğul olduğunu bildirmişdir. Bundan sonra həmin ərəfələrdə Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng edərək əlaqə saxlayıb işi onun həll edəcəyini və işin alınması üçün yaşayış yerindən arayış lazım olduğunu bildirmişdir. O, yaşadığı ərazidən arayış götürüb Təqsirləndirilən şəxs ilə ünvan 5 ünvanında yerləşən “Bazarstore” mağazasının qarşısında görüşərək həmin sənədi ona təqdim etmişdir. Görüş zamanı Təqsirləndirilən şəxs 10.000 manat pulun ona verildiyini işin 20 gün ərzində düzələcəyini bildirmişdir. Mehribanın dediyi vaxtda işin həll olunmadığını görüb pulunu geri tələb etmişdir. Mehriban təqaüdünün bərpa olunmasının mümkünsüz olduğunu bildirərək pulunu tezliklə geri qaytaracağını bildirmişdir. O, Mehribandan pulunu tələb eldikdə sonuncu ona şikayət etməmişdən əvvəl təxminən 2022-ci ilin mart ayında 2.000 manat pul qaytarmış, lakin pulunun 8.000 manatını isə tez bir müddətdə qaytaracağını bildirmişdir.Daha sonra Mehriban 4000 manat ödəniş etmiş, qalan 4000 manat isə bügünədək ödənilməmişdir. Pulu qısa müddətdə ödəyəcəyinə dair Mehribanla razılaşmışlar. Mehribanla barışmasa da ondan şikayətçi deyil. Cəza təyin edərkən nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə Şahid2 vasitəsi ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evə gəlib gedərkən onu tanıyıb və münasibətləri yaranmışdır. 2020-ci ilin oktyabr ayının əvvəllərində tanışı Şahid4 onunla əlaqə saxlayaraq tanışının atasının təqaüdünün bərpa olunmasına görə tanış axtardığını bildirmişdir. Birlikdə Gəncə şəhərində yerləşən çayxanaların birində əyləşib çay içib söhbət edən zaman, o əvvəllər Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Gəncə regional şöbəsində işlədəyini bildiyi Mehriban adlı tanışının olduğunu bildirib Emilin yanında Mehribana zəng etmişdir. Mehriban da öz növbəsində sənədlərə telefon vasitəsi ilə baxdıqdan sonra təqaüdün bərpa olunmasında köməklik edə biləcəyini bildirmişdir. O, Mehribandan telefonda bu işin neçəyə başa gəldiyini soruşduqda sonuncu təxminən 10.000 manata Zərərçəkmiş şəxs təqaüdünün bərpa olunmasını həll edə biləcəyini bildirmişdir. O, bu barədə Emilə məlumat vermişdir. Bir neçə vaxtdan sonra hətta Mehriban öz nömrəsini Emilə verməyini bildirmişdir. Onlar öz aralarında danışıqlara başlamışlar. Emil ilə görüşən zaman ona bildirmişdir ki, atası ilə Mehriban Bakı şəhərində görüşəcəklər. xx.xx.2020-ci il tarixdə Mehriban Nərminəyə zəng edərək Bakı şəhərindən kənarda olduğunu və Emilin atası Ehtiram ilə Bakı şəhərində görüşüb 10.000 manat pulu götürmək lazım olduğunu bildirmişdir. Həmin günü Nərminə ilə Zərərçəkmiş şəxs Bakı şəhəri, Xətai rayonu F.Bayramov küçəsində yerləşən “Bazarstore” mağazasının qarşısında görüşüb Mehribana çatacaq 10.000 manat pulu Nərminəyə vermişdir. Nərminə Ehtiramla qeyd olunan ünvanda görüşüb 10.000 manat pulu götürdükdən sonra axşam tərəfi Mehriban ilə Bakı şəhərində Nəsimi rayonu ərazisində görüşüb pulları Mehribana vermişdir. Mehriban da pulları sayaraq götürmüşdür. Bundan sonra baş verənlərdən məlumatı olmamışdır. Lakin həmin 10.000 manat puldan 2000 manat pulu 2022-ci ilin mart ayında Mehriban Ehtirama qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2013-cü ildə bankda işlədiyi müddət ərzində müştəri kimi tanımışdır. Təqsirləndirilən şəxs ilə tanış olduqdan sonra rəfiqə kimi münasibətləri yaranmışdır.Həmin vaxtlarda Şahid1 ilə qeyri-rəsmi ər-arvad münasibəti qurmuşdur. Vüsal ilə 6 ilə yaxındır ki, evlidir. Mehriban onun yaşadığı evə gəlib gedərkən Vüsalı tanıyıb və onunla da münasibəti yaranmışdır. 2020-ci ilin oktyabr ayın əvvəllərində Vüsalın tanışı Şahid4 Vüsal ilə əlaqə saxlayaraq Şahid4 tanışının təqaüdünün bərpa olunmasına görə tanış axtardığını bildirmişdir. Bir neçə dəfə Emil Vüsala zəng edərək maraqlanmışdır. Vüsal Mehribanın əvvəllər Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Gəncə regional şöbəsində işlədəyini bildiyi üçün Mehribanla bu barədə zəng edərək maraqlanmışdır. Mehriban da öz növbəsində təqaüdün bərpa olunmasında köməklik edə biləcəyini bildirmişdir. xx.xx.2020ci il tarixdə Mehriban ona zəng edərək Bakı şəhərindən kənarda olduğunu və Emilin atası Ehtiram ilə Bakı şəhərində görüşüb 10.000 manat pulu götürmək lazım olduğunu bildirmişdir. O, Zərərçəkmiş şəxs zəng edərək Mehribanın dediyi şəxs olduğunu və harada görüşmələrini soruşmuşdur. Zərərçəkmiş şəxs ona ünvan 7 ünvanda yerləşən “Bazarstore” mağazasının qarşısında görüşməyi bildirmişdir. Onlar qeyd olunan ünvanda görüşərkən Ehtiram təqaüd məsələsinin düzəlməsi bağlı ona sual verdikdə o, Ehtirama bildirmişdir ki, Mehriban bu işlərlə məşğul olacaq. Ehtiram 10.000 manat pulu ona vermişdir. Həmin günü axşam tərəfi Təqsirləndirilən şəxs ilə Bakı şəhərində Nəsimi rayonu ərazisində görüşüb pulları ona vermişdir. Bundan sonrasından isə xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid1 ifadəsinə oxşar ifadə vermişdir. Cinayət işi üzrə Şahid3 məhkəməyə telefonoqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, işi ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında onun istintaq zamanı verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş, ifadəsi zərərçəkmiş şəxsin ifadəsinə oxşar olmuşdur. İş materiallarında olan 28 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 8000 manat puldan 4000 manatını Zərərçəkmiş şəxs təqdim etmişdir. İş materiallarında olan Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi təqsirli bilinərək qəti olaraq 08 il 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə cinayət əməli Azərbaycan Respublikası CMnin 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələrinə tövsif olunaraq 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 03 ay 14 gün şərti olaraq vaxtından əvvəl azad edilmiş və məhkumluğu ödənilmişdir. İş materiallarında olan 06 aprel 2023-cü il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Məhkəmə hökmü əsaslandırarkən hesab edir ki, hökmün əsaslı olması üçün məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 5-ci bəndində məhkəmələrə izah edilmişdir ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, təqsirləndirilən şəxsin səmimi etirafı, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tamamilə sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza «talion» prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xaraketerizə edən amillərdəndir. Zərərçəkmiş Zərərçəkmiş şəxs çıxışında zərərçəkmiş şəxslə razılıq əldə etdiyi üçün təqsirləndirilən şəxsə nisbətən yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir cəza təyin edilərkən zərərçəkmiş şəxsin xahişi nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasa Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ziyanı qismən ödəməsini, zərərçəkmiş şəxslə razılıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə razılıq əldə etməsini, eləcə də törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, səmimi etirafını nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid etmədən, yaşayış yeri üzrə onun azadlığını məhdudlaşdırmaqla islah etmək mümkündür. Məhkəmə, bu səbəbdən Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini günün müəyyən vaxtı tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197- 198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, yaşayış yerini gecə saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək və elektron nəzarət vasitəsini gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-304/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-304/2023
18.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver