Məhkəmə qərarları › İş №1(011)-305/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-305/2020

13.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-305/2020 13.11.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Muradov Orxan Rüstəm oğlunun katibliyi, dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 2001-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 mənzil 153 ünvanında yaşayan, Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə barəsində oğurluq faktlarına əsasən gedən digər (İş № 200110373)cinayət işi üzrə barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜ Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə tanışı qeyrisi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, xx xxx 2020-ci il tarixdə saat 05 radələrində Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsində yerləşən yarım tikili vəziyyətdə olan mağazaya birlikdə açıq qapıdan daxil olub oradan Zərərçəkmiş şəxs məxsus qapıpəncərə hazırlanması üçün nəzərdə tutulmuş 1 metri 6 manat olmaqla, hər biri 6 metr uzunluğunda 20 ədəd 720 manat dəyərində tünd göy rəngli alüminim materialdan hazırlanmış profilləri, 1 metri 6 manat olmaqla, hər biri 6 metr uzunluğunda 15 ədəd 540 manat dəyərində gümüşü rəngli alüminium materialdan hazırlanmış profilləri, 1 metri 5,50 manat olmaqla, hər biri 6 metr uzunluğunda 3 ədəd 99 manat dəyərində alüminium materialdan hazırlanmış profilləri gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1359 (bir min üç yüz əlli doqquz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmişin, şahidin ifadələri, maddi sübut (DVD disk) ,ekspert rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, iş olduqda Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən “Fəridə” şadlıq sarayında ofisiant kimi işləmişdir. Lakin, bununla yanaşı maddi vəziyyəti ağır olmuşdur. X1 5 aya yaxındır tanımışdır. Elşad onların məhəllələrinin yaxınlığındakı məhəllədə yaşamışdır. Elşadla dostluq münasibətləri vardır.Bir müddət sonra Elşadın narkotik vasitələrdən istifadə etməsi ona məlum olmuşdur. xx xxx 2020-ci il tarixdə saat 04 radələrində evdə olduğu zaman Elşad onun istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edərək harada olduğunu soruşmuşdur. O, Elşada evdə olduğunu və heç bir işinin olmadığın bildirmişdir. Elşad onunla işi olduğunu, sonra yanına gələcəyini bildirmişdir. Elşad ilə telefon danışığından sonra binanın qarşısına düşüb gəzişərək Elşadı gözləməyə başlamışdır. Təxminən yarım saat sonra Elşad ona yaxınlaşmış və bir az söhbət etdikdən sonra Elşad ona maddi vəziyyətinin yaxşı olmadığını, maddi xərclərini qarşılamaq üçün oğurluq etməyi təklif etmişdir. O da Elşadla razılaşmış və sonuncudan haradan oğurluq edəcəkləri ilə maraqlanmışdır. Elşad ona Xətai rayonu, S.Ə.Şirvani küçəsində yerləşən yarım tikilidə dəmir profillərinin olduğunu, həmin dəmir profillər baha olduğunu və profilləri satmaq üçün yer tanıdığını bildirmişdir. O, Elşadla birlikdə piyada həmin yarım tikilinin yerləşdiyi Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsinə getmişdir. Həmin yerə çatdıqda o, həmin tikilinin bir mərtəbəli və giriş qapısının olmadığını görmüşdür. Həmin tikilinin divarları şüşə materialdan olmuş və içərisinə daxil olmaq üçün çoxlu boşluqlar olmuşdur. Səhər saatları olduğundan hava yenicə işıqlanmış və yollar boş olmuşdur. Yaxınlıqda heç kimin olmadığını görüb həmin yerə Elşadla birlikdə daxil olmuşdur. Həmin yarım tikilinin içərisində çoxlu sayda təsərrüfat və tikinti materialları olmuş və həmi materiallar səliqəsiz şəkildə olmuşdur. Elşad həmin tikilinin içərisinə daxil olduqdan sonra birbaşa divarın tinində yerdə uzadılmış vəziyyətdə olan dəmir profillərə yaxınlaşmış, həmin profilləri göstərərək ona profilləri oğurlamalı olduqlarını bildirmişdir. O da Elşadla birlikdə həmin alüminium profillərin bir hissəsini götürüb sürütləyərək yaxınlıqda olan yaşayış binasının arxasına aparıb yerə qoymuşlar. Daha sonra yenidən geri qayıtmış, həmin alüminium profillərin digər hissəsini götürmüş və onları da oğurladıqları alüminium profillərin yanma sürütləyərək aparmışlar. Orada olarkən o, Elşaddan həmin oğurladıqları profilləri hara saatcıqlarım soruşduqda Elşad ona alüminium profilləri təzə olduğuna görə heç kim qəbul etməyəcəyini bildirmişdir. Ona görə də Elşad ona həmin alüminium profilləri əzməyi və yararsız hala gətirməyi tapşırmışdır. O, Elşada bu işi bacarmayacağını bildirdikdə Elşad həmin profilləri özü ayağı ilə əzməyə başlamışdır. Alüminium profillərin hamısını əzdikdən sonra Elşad ona həmin profilləri bağlamağı tapşırmışdır. Elşad oğurladıqları profilləri özü aparıb, tanımadığı yerə satacağmı bildirmiş və əldə edilmiş pulu yarı böləcəyinə söz vermişdir. Bundan sonra Elşad yaxınlıqda yerləşən yaşıllığın arasında həmin profilləri gizlətmiş və profilləri hissə-hissə satıb ona pul verəcəyini bildirmişdir. Daha sonra o, həmin yeri tərk edərək yaşadığı mənzilə getmişdir. Həmin gün günorta saatlarında Elşad ona zəng edib görüşmək istədiyini bildirdiyi üçün Elşadla görüşmüşdür. Həmin vaxt Elşad cibindən 13 manat məbləğində pulu çıxarıb ona verərək oğurladıqları profilləri ümumi olaraq 33 manata satdığını və verdiyi pulun onun payı olduğunu bildirmişdir. O isə pulu cibinə qoyub yaşadığı mənzilə getmişdir. Oğurluq nəticəsində əldə etdiyi pulu öz şəxsi ehtiyaclarını ödəmək üçün xərcləmişdir. X3 ilə birlikdə oğurladıqları dəmir profillərin uzunluğu təxminən 5 metr, alüminium materialdan, təxminən 20-25 ədəd olmuş və Elşadın dəmir profilləri hara satması barədə onun məlumatı olmamışdır. ünvan 3 ünvanda olan köşkdən oğurluq etdiyinə görə barəsində həbs seçilmişdir və hazırda istintaq aparılır.Daha sonra əməlindən peşman olmasını, səmimi etirafını, ilk məhkumluğunu, zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 19 ildir ki, qapı-pəncərə ustası kimi çalışmışdır. İstifadəsində sex olmadığı üçün adətən yaşayış binalarının tikintisi zamanı qapı-pəncərə hazırlayıb işin nəticəsinə görə pul qazanmışdır. Təxminən 20 gün əvvəl Bakı şəhəri, Xətai rayonu, S.Ə. Şirvani küçəsində yerləşən yarım tikili vəziyyətdə olan Vidadi adlı şəxsə məxsus mağazanın qapı və pəncərələrini hazırlamaq üçün sonuncu ilə razılığa gəlmişdir. Razılığa əsasən o, materialı öz pulu hesabına əldə edib qapı və pəncərələri hazırlayıb quraşdırıb təhvil verməli olmuşdur. Bundan sonra gördüyü işə görə Vidadi onun pulunu razılaşdıqları miqdarda ödəməli olmuşdur. Razılaşmadan sonra o, köməkçisi Orxan adlı şəxslə həmin yarım tikili vəziyyətdə olan mağazaya avadanlıqları ilə birlikdə getmişdir. Müvafiq ölçmə işləri apardıqdan sonra Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən “Azalsan” adlı şirkətə getmiş, oradan ümumi çəkisi 384 kq, alüminium materialdan, qiyməti 4750 manat məbləğində olan profilləri əldə edib, həmin mağazaya gətirmişdir. Həmin profilləri işlədiyi mağazada iş bitənədək saxlayıb istifadə etmək qərarına gəlmişdir. Həmin yarım tikili mağazanın qapısı olmamışdır. Mağazanın qarşı divarı metal profillər və şüşə materialdan ibarət olmuşdur. Həmin profilləri o, mağazanın içərisində ön hissə ilə üzbəüz divarın tinində yerə uzadılmış vəziyyətdə yığmışdır. Mağazanın içərisinə doğru dərinlik 14 metr olduğundan qapı olmasa belə, küçədən keçən şəxslər həmin profilləri görə bilməmişlər. xx xxx 2020-ci il tarixdə yaşadığı mənzildən idarə etdiyi avtomobillə köməkçisi Orxanı Xalqlar metrostansiyasının yanından götürüb işlədiyi həmin mağazaya gəlmişdir. Mağazaya daxil olub həmin profilləri götürüb işləmək istəyərkən profillərin bir hissəsinin yerində olmadığını aşkar etmişdir. Hesablamasına görə 1 metri 6,50 manat, cəmi isə 780 manat olan 20 ədəd qapaq adlanan alüminium materialdan, tünd göy rəngli, uzunluğu 6 metr olan profillər, 1 metri 7 manat, cəmi isə 630 manat olan 15 ədəd qapaq altı adlanan alüminium materialdan, gümüşü rəngli uzunluğu 6 metr olan profillər, metri 4.30 manat, cəmi isə 77 manat olan 3 ədəd alüminium materialdan olan 6 metrlik, tünd göy rəngli, profillər oğurlanmışdır. Oğurluq hadisəsi barədə o, Bakı şəhəri, Xətai RPİ-nin 34-cü PŞ-nə ərizə ilə müraciət etmişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 1487 manat məbləğində maddi ziyan dəymişdir. Hal-hazırda o, təqsirləndirilən şəxsi bağışladığını, ona qarşı şikayət və tələbinin olmamasını cəza təyin edərkən nəzərə almağı məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Şahid ifadəsi elan edilərək tədqiq edilmişdir. İfadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 4 il olar ki, tanımışdır. Niyaməddin alüminium profillərlə qapı-pəncərə hazırlamış və o, Niyaməddinə bu işdə pul müqabilində köməklik göstərmişdir. Təxminən 20 gün əvvəl Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsində yerləşən yarım tikili vəziyyətdə olan mağazaya qapı-pəncərə hazırlamaq üçün sifariş almışlar. Niyaməddin bu barədə mağazanın sahibi Vidadi adlı şəxslə razılığa gəlmişdir. Həmçinin razılığa əsasən Niyaməddin profil materialı öz pulu hesabına əldə edib qapı və pəncərələri hazırlayıb quraşdırıb təhvil verməli olmuşdur. Bundan sonra gördüyü işə görə Vidadi ona pulunu razılaşdıqları miqdarda ödəməli olmuşdur. Sifariş aldıqdan sonra o, Niyaməddin ilə birlikdə dəzgahları həmin yarım tikili mağazaya aparıb işə başlamışlar. İki gün sonra Niyaməddin “Azalsan” şirkətindən çoxlu sayda alüminium profillər alıb mağazaya gətirmişdir. Həmin profilləri mağazanın içərisində yerə uzadılmış vəziyyətdə yerləşdirmişlər. xx xxx 2020-ci il tarixdə səhər saatlarında Niyaməddin onu Xalqlar metrostansiyasının yanından götürüb işlədikləri mağazaya aparmışdır. Mağazaya daxil olub profilləri götürüb işləmək istəyərkən profillərin bir hissəsini yerində olmadığını aşkar etmişlər. Həmin vaxt onlar həmin profillərin oğurlandığını başa düşmüşlər. Niyaməddin bu barədə polisə məlumat vermişdir. Daha sonra polis əməkdaşları hadisə yerinə gəlmiş və hadisə yerini müayinə etmişlər. Həmin vaxt işlədikləri yarım tikilidən 20 ədəd qapaq adlanan alüminium materialdan olan, tünd göy rəngli, uzunluğu 6 metr olan profillər, 15 ədəd qapaq altı adlanan alüminium materialdan olan, gümüşü rəngli uzunluğu 6 metr olan profillər, 3 ədəd alüminium materialdan olan 6 metrlik, tünd göy rəngli, profillər oğurlanmışdır. İş materiallarında olan DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı iki nəfər əynində tünd göy rəngli gödəkcə və qara rəngli şalvar, digərinin əynində qara rəngli gödəkcə və ağ rəngli şalvar olan şəxsin əlində bir neçə dəfəyə müxtəlif sayda dəmir profilləri aparmaları aşkar olunmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs videogörüntüdə əks olunmuş əynində tünd göy rəngli gödəkcə və qara rəngli şalvar olan şəxsin özü olmasını, digər şəxsin isə tanışı X3 olmasını, xx xxx 2020-ci il tarixdə saat 05 radələrində tanışı Elşad Əsədullayevlə birlikdə ünvan 4 ünvanında yerləşən yarım tikili vəziyyətdə olan mağazada olan dəmir profilləri bir neçə dəfə daşıyaraq oğurladıqlarını bildirmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2020-ci il tarixli 260 nömrəli rəyində göstərilmişdir ki, nəzəri hesablama yolu ilə alüminium materialdan hazırlanmış 5x15 sm ölçülü rənglənmiş və rənglənməmiş profillərin ümumi dəyəri 2020-ci ilin may ayına təxminən 1359,00 manat müəyyən edilmişdir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli qərarı əsasən Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmiş və onun barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ********* nömrəli cinayət işi üzrə əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan məlum olur ki, xx.xx.2020-ci il tarixdə baş vermiş oğurluq hadisəsinin videogörüntüləri köçürülmüş 02 ədəd “CD” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, təqsirləndirilən şəxsi bağışladığını, ona qarşı şikayət və tələbinin olmamasını cəza təyin edərkən nəzərə almağı məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün istintaq və məhkəmə baxışı zamanı verdiyi ifadələri, zərərçəkmiş şəxsin, şahidin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə, digər iş materialları ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etməsi tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun zərəri ödəməsini və zərərçəkmişlə barışmasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar Təqsirləndirilən şəxs əməlində müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini,cinayət işi yekunlaşmadan polisin nəzrəti altında olduğu müddətdə başqa oğuruq faktına görə həbs edilməsini eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkün deyildir, ona görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs başqa cinayət işi üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən xx.xx.2020-ci il tarixdən həbsdədir. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış xx.xx.2020-ci il tarixdə baş vermiş oğurluq hadisəsinin video görüntüləri köçürülmüş 02 ədəd “CD” formatlı disk hökm qanuni qüvvəyə mindikdən sonra iş materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri - 100 (yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 344- 347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1-ci mad-dəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış xx.xx.2020-ci il tarixdə baş vermiş oğurluq hadisəsinin video görüntüləri köçürülmüş 02 ədəd “CD” formatlı disk hökm qanuni qüvvəyə mindikdən sonra iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri - 100 (yüz)manatTəqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsn. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar