Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-305/2023 11.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1, Zərərçəkmiş şəxs , Təqsirləndirilən şəxs, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş-məhkumluğu ödənilmiş, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qesebesi, Dirçəliş küçəsi, ev 13-də qeydiyyatda olan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təkrarən gizli olaraq yaşayış yerinə və saxlanc yerinə daxil olaraq özgənin əmlakını gizli olaraq talamış, həmçinin təkrarən binaya daxil olmaqla özgənin əmlakını gizli olaraq talamağa cəhd etməklə oğurluq cinayətini törətmişdir. Belə ki, o, , özgənin əmlakını talama məqsədilə 14 noyabr 2022-ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, ünvan 1 ünvanına pəncərəni əli ilə mexaniki təsir göstərib açaraq qanunsuz olaraq yaşayış sahəsi olan mənzilə daxil olmuş, menzildə Zərərçəkmiş şəxs məxsus 500 manat dəyərində bir ədəd qızıl üzüyü və 100 manat dəyərində bir tay qızıl sırğanı, həmçinin zərərçəkmiş Zərərçəkmiş şəxs oğlu Şahid1 məxsus pul kisəsindən 154 manat pulu gizli olaraq talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 754 manat miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını talama məqsədilə xx.xx.2023-cü il tarixdə saat 01 radələrində "Al-Market MMC-nin Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 9A ünvanında yerleşen 3793 saylı mağazanın qarşısına gəldikdən sonra, əli ilə mağazanın arxa giriş qapısına fiziki güc tətbiq tetbiq edib qapını açmaqla, binaya qanunsuz daxil olub, marketin saxlanc kimi istifadə edilən otağındakı dolabdan ümumi dəyəri 19,8 manat 9 aded «X25» siqaret qutusu, ümumi dəyəri 56 manat 28 aded «Argo KS Blue» siqaret qutusu, ümumi dəyəri 24 manat 12 aded «X37» siqaret qutusu, Ümumi dəyəri 42 manat 21 ədəd «Bakı Blue siqaret» siqaret qutusu, ümumi dəyəri 129 manat 129 ədəd «X31 500 ml» içkisi, ümumi dəyəri 105,6 manat 11 aded «Black Barrel viski 500 ml» içkisi, ümumi dəyəri 52 manat 13 ədəd «X13» siqaret qutusu, ümumi dəyəri 36 manat 15 ədəd «İmperial CLSC Silver Compact» siqaret qutusu ümumi dəyəri 19 manat 5 ədəd «Kent HD 8 Futura» siqaret qutusu, ümumi dəyəri 34,2 manat 9 ǝded «X26 01» siqaret qutusu, ümumi dəyəri 91,2 manat 24 ədəd «X32 04» siqaret qutusu, ümumi dəyəri 62 manat 31 ədəd «Kingstone Silver>> siqaret qutusu, ümumi dəyəri 108 manat 36 aded «LD X33» siqaret qutusu, Ümumi dəyəri 44 manat 20 aded «X18» siqaret qutusu, ümumi dəyəri 21,6 manat 8 ǝded «X22 Nights» siqaret qutusu, ümumi dəyəri 81 manat 30 ədəd «X36 Silver» siqaret qutusu, ümumi dəyəri 44 manat 20 ədəd «X27» siqaret qutusu, ümumi dəyəri 27 manat 10 ədəd «X14» siqaret qutusu, ümumi dəyəri 72,9 manat 27 ədəd «X23» siqaret qutusu, ümumi dəyəri 83,7 manat 31 ədəd «X15» siqaret qutusu, ümumi dəyəri 17,5 manat 7 ədəd «X34 Gold» siqaret qutusu, ümumi dəyəri 15 manat 6 ədəd «X34 Silver» siqaret qutusu, ümumi dəyəri 24 manat 6 aded «X7» siqaret qutusu, ümumi dəyəri 57,4 manat 14 ədəd «X19>> siqaret qutusu, ümumi dəyəri 32,8 manat 8 ədəd «X8» siqaret qutusu, ümumi dəyəri 37,4 manat 17 aded «X28» siqaret qutusu, ümumi dəyəri 50,6 manat 23 ǝdəd «X20» siqaret qutusu, dəyəri 2,5 manat 1 ədəd <<West Silver» siqaret qutusu, ümumi dəyəri 54 manat 20 ədəd «Winchester Comp. Blue>> siqaret qutusu, ümumi dəyəri 51,3 manat 19 ədəd «Winchester Comp. Silver» siqaret qutusu, ümumi dəyəri 56,7 manat 21 ədəd «X10» siqaret qutusu, ümumi dəyəri 82,8 manat 23 ədəd «X29» siqaret qutusu, ümumi dəyəri 82,8 manat 23 ədəd «X35 Silver» siqaret qutusunu, mağazanın seyfindən 148 manat 32 qəpik nağd pulu gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə cəmi 1866 manat 12 qəpik məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını talama meqsedile, xx.xx.2023-cü il tarixdə saat 02 radələrində "Al-Market MMC-nin Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 36 ünvanında yerləşən 3242 saylı mağazanın qarşısına gəldikdən sonra, əli ilə marketin pəncərəsini sındırıb, həmin pəncərədən keçməklə binaya qanunsuz daxil olub, marketin saxlanc kimi istifadə edilən otağındakı dolabdan dəyəri 2,2 manat 1 aded «X25» siqaret qutusu, ümumi dəyəri 20 manat 10 ədəd «Argo KS Blue» siqaret qutusu, ümumi dəyəri 20 manat 10 ədəd «X37» siqaret qutusu. Ümumi dəyəri 80 manat 20 ədəd «X13» siqaret qutusu, ümumi dəyəri 26,6 manat 7 ǝded «Kent HD 8 Futura» siqaret qutusu, ümumi dəyəri 30,4 manat 8 ədəd <<X26 01» siqaret qutusu, ümumi dəyəri 76 manat 20 ədəd «X32 04>> siqaret qutusu, ümumi dəyəri 22 manat 11 ədəd «Kingstone Silver» siqaret qutusu, ümumi dəyəri 60 manat 20 ədəd «LD X33» siqaret qutusu, ümumi dəyəri 86,4 manat 27 ədəd «LD X30» siqaret qutusu, ümumi dəyəri 35,2 manat 16 ədəd «X24>> siqaret qutusu, ümumi dəyəri 105,6 manat 48 ədəd «X18>> siqaret qutusu, ümumi dəyəri 29,7 manat 11 ədəd «X22 Nights» siqaret qutusu, ümumi dəyəri 75,6 manat 28 aded «X36 Silver» siqaret qutusu, ümumi dəyəri 66 manat 30 ədəd «X27» siqaret qutusu, ümumi dəyəri 56,7 manat 21 ədəd «X14» siqaret qutusu, ümumi dəyəri 35,1 manat 13 ədəd X23» siqaret qutusu, ümumi dəyəri 37,8 manat 14 ədəd «X15» siqaret qutusu, ümumi dəyəri 7,5 manat 3 ədəd «X34 Gold» siqaret qutusu, ümumi dəyəri 35 manat 14 aded «X34 Silver» siqaret qutusu, ümumi dəyəri 40 manat 10 ədəd «X7» siqaret qutusu, ümumi dəyəri 98,4 manat 24 ədəd «X19» siqaret qutusu, ümumi dəyəri 49,2 manat 12 ədəd «X8» siqaret qutusu, ümumi dəyəri 13,2 manat 6 əded <<X28» siqaret qutusu, ümumi dəyəri 33 manat 15 ədəd «X20» siqaret qutusu, ümumi dəyəri 50 manat 20 ədəd «West Silver» siqaret qutusu, ümumi dəyəri 8,1 manat 3 ədəd «Winchester Comp. Blue» siqaret qutusu, ümumi dəyəri 64,8 manat 24 ədəd Winchester Comp. Silver» siqaret qutusu, ümumi dəyəri 37,8 manat 14 ədəd «X10» siqaret qutusu, ümumi dəyəri 104,4 manat 29 ǝded «X29» siqaret qutusu, ümumi dəyəri 39,6 manat 11 ədəd «X35 Silver» siqaret qutusunu, mağazanın seyfinden 318 manat 12 qəpik nağd pulu gizli yolla talayaraq zərərçəkmiş hüquqi sexs "xxxx" MMC-yə cəmi 1764 manat 42 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgəsinin əmlakını talama məqsədilə, xx.xx.2023-cü il tarixdə saat 22:50-də "xxxx" MMC-nin Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 32 ünvanında yerləşən filialının qarşısına gəldikdən sonra, əli ilə marketin arxa giriş qapısına fiziki güc tətbiq edib, qapını açmaqla binaya qanunsuz daxil olaraq, maketin saxlanc kimi istifade edilen otağındakı seyfdən 1283 manat nağd pulu gizli olaraq talayıb, marketin arxa qapısından çıxdığı zaman müqavilə əsasında mülkiyyətçinin emlakının və təhlükəsizliyinin mühafizəsi işini təşkil edilməsi məqsədi ilə müəssisədə quraşdırılmış siqnalizasiya sistemindən Azərbaycan Respublikası DİN-nin Xətai Rayon Mühafizə İdarəsinə daxil olan "Həyəcan" siqnalı əsasında həmin idarənin əməkdaşları tərəfindən saxlandığından, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə məxsus 1283 (min iki yüz səksən üç) manat pulun gizli olaraq talanmasından ibarət hərəkətlərini öz iradəsindən asılı olmayan səbəbdən başa çatdıra bilməyərək, oğurluğa cəhd etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri iş üzrə toplanmış istintaq sübutlanı: özünün etirafedici ifadələri, zərərçəkmiş şəxslərin, zərərçəkmiş hüquqi şəxslərin nümayəndələrinin və şahid ifadələri, hadisə yerinə baxış protokollan ilə, hadisə yerindən götürülmüş əl izlərinə dair məhkəmə-daktiloskopik ekspertizası rəyi, bioloji mənşəli materiallara dair DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin məktubu, ifadənin yerində yoxlanılması protokolları ilə, DVD-R disklərə baxış protokolları ilə, işin digər hallan ile sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 13 noyabr 2022-ci il tarixdə xəstə uşaqları üçün dərman almağa pulu olmadığına görə maddi imkanı olmamışdır. 14 noyabr 2022-ci il tarixdə saat 03 radələrində Lökbatan qəsəbəsində gəzərkən oğurluq etmək məcburiyyətində qalmışdır. Ona görə ünvanını bilmədiyi həyət evinin qarşısından keçərkən işıqların sönülü olduğunu görüb oradan oğurluq etmək qərarına gəlmişdir. Daha sonra evin pəncərəsinə yaxınlaşmış, pəncərəni əli ilə itələyib açmışdır. Sonra pəncərədən mətbəxə daxil olmuş, mətbəxdən addımlayaraq qonaq otağına keçmiş, qonaq otağında olarkən şkafın gözlərini açıb bir-bir baxmış, daha sonra isə şüşəli şkafı açdıqda orada olan qabın içində bir ədəd üzük görüb götürmüşdür. Daha sonra stolun üstündə 2 ədəd 20 manatlıq və 2 ədəd 5 manatlıq əskinaz olmaqla 50 manat pul götürüb gəldiyi kimi pəncərədən çıxıb oradan uzaqlaşmışdır. Oğurladığı həmin qızıl üzüyü sonradan itirmiş, əldə etdiyi 50 manatı uşağına dərman alınmasına xərcləmişdir. Hal-hazırda zərərçəkmiş şəxsə dəymiş zərəri ödəmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 01:30 radələrində ünvan 5 ünvanında yerləşən "xxxx" MMC-nin Nargilə dairəsi filialının arxasında yerləşən aynabəndin plastik qapısına yaxınlaşaraq onun bağlı olmamasını aşkar etmiş qapıya bir neçə dəfə ayaq ilə zərbə vurduqdan sonra qapı açılmışdır. İçəriyə daxil olaraq marketin daxilində kassanın yanına yaxınlaşmış, kassa aparatının ətrafında pulların olmamasını aşkar etdikdən sonra bağlanmamış ağ rəngli plastik qapını açaraq marketin saxlanc otağına daxil olmuşdur. Oğurluq zamanı qara rəngli əlcəklərdən istifadə etmişdir. Saxlanc otağına daxil olan anda orada təxminən 1,8 metr hündürlüyü olan ağ rəngli dəmirli dolabı görmüş, dolabın qapıları bağlı olmamışdır. Dolabın 3-cü rəfində tütün məmulatl siqaret bloklarını aşkar etmişdir. Həmin siqaret blokları arasında "Kingston", "Prima", "Kent" markalı və digər siqaret brendləri olmuşdur. Həmin siqaret bloklarını elə həmin dolabda olan göy rəngli sellofan pakete yığaraq, marketə daxil olan üsulla çölə çıxmışdır. Oğurladığı siqaret bloklarından 5- 6 siqaret paçkasını özündə saxlamış, qalanlarını isə satmaq niyyəti ilə növbəti gün, yəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında "8 km bazarı" kimi tanınan yerdə, üzdən tanımadığı və anket məlumatlarını bilmədiyi bir şəxsə təxminən 400 manat müqabilində satmışdır. Əldə olunmuş pulları uşaqlarına dərmanların alınmasına və ev üçün yemək məmulatlarının alınmasına xərcləmişdir. xx.xx.2023-cü il tarixdə saat 02:00 radələrində Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 36 ünvanında yerləşən "xxxx" MMC-nin marketin çöl aynabənd tipli pəncərəsini sağ əli ilə güclü zərbə vurmaqla sındıraraq pəncərədə yaranmış dəlikdən istifadə edərək marketin daxili foyesinə girmişdir. Marketin içində kassanın yanından keçdikdən sonra, bağlanmamış vəziyyətdə olan ağ plastik qapını açmış və marketin saxlanc otağına daxil olmuşdur. Həmin otaqda 2 metrlik ağ rəngli dəmir dolabın qapısını açaraq, həmin dolabın aşağı rəfində olan sayını dəqiq xatırlamadığı "Sobraniye", "Kingston", "Prima" və digər markalı tütün məmulatlarını götürərək, siqaret bloklarının yanında aşkar etdiyi qara rəngli sellofan paketin içərisinə doldurmuşdur. Həmçinin 01 ədəd ağ rəngli sellofan paketinin içində təxminən 50 manata yaxın miqdarda olan qəpikləri götürmüşdür. Daha sonra isə, marketə daxil olduğu üsulla çölə çıxmışdır. Oğurladığı tütün məmulatlarından 6 siqaret paçkasını özündə saxlamış, qalan blokları isə növbəti gün Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən "8 km bazarı" kimi tanınan yerdə, əvvəllər tanımadığı və anket məlumatlarını bilmədiyi bir şəxsə texminən 300 (üç yüz) manat müqabilində satmışdır. Əldə olunmuş pulları kirayə qaldığı evin aylıq kirayə haqqını ödəmək məqsədilə istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə yaşadığı evdən çıxaraq Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 32 ünvanında yerləşən "xxxx" MMC-nin filialının arxasına gələrək marketin işıqlarının sönməsini görmüşdür. Həmin vaxt üzərində bir cüt qara rəngli markasız krasovkalar, xaki rəngində şalvar, metallik (boz) rəngdə canlıq gödəkçə, qara rəngli qırmızı latın əlifbası ilə yazılar olan idman gödəkçəsi, boz rəngli uzunboğazlı sviter olmuşdur. xx.xx.2023-cü il tarixdə təxminən 22:50 radələrində Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 32 ünvanında yerləşən "xxxx" MMC-nin marketinə daxil olmaq məqsədilə həmin marketin arxa hissəsində olan yerdə qoyulmuş kondisioner mühərrikini qabağa sürütləyərək, arxa aynabəndli qapını 1 dəfə əli ilə güclü itələyərək içəriyə daxil olmuşdur. Daxil olandan sonra saxlama otağına yaxınlaşmış və əli ilə onu açdıqda mühafizə siqnalizasiyası işə düşmüşdür. Saxlanc yerə daxil olaraq, nəzarət-müşahidə kameraları və marketin seyfinin yerləşdiyi balaca otağa daxil olmuşdur. Həmin otağa daxil olan məqamda otağın işıqlandırılması avtomatik yanmışdır. Otaqda seyfi görəndən sonra, seyfin açarını tapmaq məqsədilə kompyuterin yerləşdiyi masanı və onun dolablarını axtarmağa başlamış və stolun dolabında qara rəngli seyf açarını aşkar etmişdir. Seyfin açarı ile seyfin dəmir qapısını açdıqda, orada pullar olan zərfi, açıq formada səyfə qoyulan zədələnmiş "1 AZN" pul əskinazlarını götürərək, üstündə olan metallik rəngli canlıq gödəkçənin sağ yan cibinə qoymaq istədikdə, həmin zərfin ve pulların oraya yerləşməməsini aşkar etmişdir. Nəticədə zərfi və pulları geyindiyi xaki rangli şalvarın sağ yan cibinə yerləşdirərək otaqda quraşdırılmış nəzarət kamerasını aşkar edərək, işə salınan siqnalizasiya sisteminin səsgücləndiricinin həmin kameranın altında olmasını görmüşdür. Siqnalizasiya sistemindən gələn gurultulu səslərə görə bir anlıq özünü itirərək, sağ əli ilə müşahidə kamerasına zərbə vurmuşdur. Daha sonra seyf olan otaqdan çıxan məqamda, mühafizə polisinin hadisə yerinə gəlməsini aşkar etmişdir. İnsanların və polis əməkdaşların toplaşmasını gördükdən sonra tamamilə özünü itirərək, istənilən üsulla marketdən çıxmaq istəmiş marketə daxil olduğu yol ilə çölə çıxdıqda, polis əməkdaşları tərəfindən saxlanılmışdır. Hadisə ilə bağlı səmimi peşmandır, oğurluq etməyinin səbəbi ailəsində hökm sürən maddi imkansızlıq vəziyyəti olmuşdur. Oğurluğa cəhd zamanı tək olmuş, həmçinin də, tərəfindən vətəndaşlar və ya polis əməkdaşlarına qarşı heç bir zorakılıq hərəkətləri edilməmişdir. "xxxx" MMC-yə vurulmuş zərər ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Törətdiyi əməllərdən səmimi peşmandır. Himayəsində 2 azyşalı uşağı vardır. Ona aşağı həddə cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstermişdir ki, Bakı şəhəri, ünvan 1 ünvanda oğlu Ramil ilə birlikdə yaşayır. 14 noyabr 2022-ci il tarixdə təxminən saat 04:33 radələrində yaşadığı evdə səs-küy eşitmiş, səs-küyün oğlu tərəfindən edildiyini və oyaq olduğunu zənn etmişdir. Səs-küyün davam etdiyini gördükdə yataqdan durub mətbəxə getmiş ve tanımadığı bir şəxsin dəhlizdə yerdə oturub dəhlizdəki dolabı açıb içini qarışdırdığını görmüşdür. Qorxusundan qışqırmış, həmin şəxs dərhal ayağa durub pəncərədən tullanaraq qaçıb getmişdir. Oğlu və qonşular səs-küyə gelmişlər. Qonağ otağında dolabın qapıları ve siyirmələri açıq vəziyyətdə, əşyalar evə dağıdılmış vəziyyətdə olmuşlar. Şkafda qabın içərisinə qoyduğu 500 manat dəyərində qızıl üzüyün və 100 manat dəyərində bir ədəd qızıl sırğanın, oğlu Ramilin yatdığı otaqda olan pul qabında olmuş 154 manat pulun oğurlanmasını aşkar etmişdir. Cəmi ona 754 manat məbləğində maddi ziyan dəymişdir. Sonra DİN-in 102 xidmətinə zəng etmiş və o, özü həyacanlı vəziyyətdə olduğu üçün hadisə yerinə gəlmiş polis əməkdaşlarına oğlu ərizə ilə müraciət etmişdir. Qaranlıq olduğu üçün oğurluq etmiş şəxsin sifətini görməmiş, yalnız görmüşdür ki, hündür boyludur ve üzü saqqalıdır. Hadisə yerinə baxış keçirilərək əz izləri aşkar edilərək götürülmüşdür. Ona dəymiş zərər ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-in nümayəndəsi Nümayəndə1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə naməlum şəxs tərəfindən Bakı şəhəri, Zığ yolu, 9A ünvanında yerləşən «Al Market≫ mağazalar şəbəksinin filialında oğurluq hadisəsi baş vermişdir. Həmin mağazadan bir çox çeşiddə siqaretlər və 148,32 nağd pul oğurlanmış, ümumi oğurlanmış əşyaların və pulun dəyəri 1866 manat 12 qəpik təşkil etmişdir. xx.xx.2023-cü il tarixdə naməlum şəxs tərəfindən Bakı şəhəri, Zığ yolu, 36 ünvanında yerləşən "xxxx" mağazalar şəbəksinin filialında oğurluq hadisəsi baş vermişdir. Həmin mağazadan bir çox çeşiddə siqaretlər və 318,12 nağd pul oğurlanmış, ümumi oğurlanmış əşyaların və pulun dəyəri 1764 manat 42 qəpik təşkil etmişdir. Hüquqi şəxsə dəymiş zərər ödənilməmişdir. "xxxx" MMC təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə istintaqında zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 iştirak etməmiş, məhkəməyə məktub ünvanlayaraq "xxxx" MMC-nin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, bildirmişdir ki, 2020-ci ildən başlayaraq "xxxx" MMC-də hüquqşunas vəzifəsində çalışır. 31 yanvar 2023-cü il tarixdə "xxxx" MMCye məxsus Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 32 ünvanda yerləşən mağazada Təqsirləndirilən şəxs tərəfindən mağazanın saxlanc otağında olan seyfden 33 ədəd 10, 12 ədəd 20, 01 ədəd 50, 07 ədəd 100 mantalıq əskinazlar, həmçinin yararsız vəziyyətdə olan 25 ədəd 01 manatlıq əskinazlanını, yəni ümumilikdə 1283 manat məbləğində pul vəsaitini oğurlamağa cəhd etmiş, lakin polis əməkdaşlan tərəfindən saxlanılaraq Xətai RPİ-nin 36cı PB-nə təhvil verilmişdir.(cild1, i.v 133-135) Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 31 yanvar 2023-cü il tarixdə saat 23:00 radələrində ərazi üzrə 2659 saylı avtomarşrutda polis nəfərləri Şahid3 və Şahid2 ilə birlikdə xidmət edirmiş. Bu zaman Xətai rayonu Zığ yolu, 32 ünvanda yerləşən "xxxx"-də qanunsuz daxil olma barədə həyacan siqnalı xidmət etdikləri avtopatrula daxil olmuşdur. Həmin ünvana gətdikdə marketə qanunsuz daxil olmuş şəxsi həmin marketin içərsindən çıxan kimi yaxalayıb yaxınlıqda yerləşən Xətai RPİ-nin 36-cı PB-nə aparıb təhvil verərək bu barədə raportla məruzə etmişlər. Məlum olmuşdur ki, həmin mağazaya qanunsuz daxil olan şəxs xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs Olifağa oğludur, "xxxx" də olan seyfdən pulu qanunsuz götürmüş, lakin onlar tərəfindən yaxalandığı üçün mağazadan çıxıb uzaqlaşa bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 oxşar ifadə verərək Şahid4 ifadəsini təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 01 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 177.2.2, 177.2.3, 29,177.2.2 ve 29,177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir (cild1, i.v. 01-02); Hadisə yerinə baxış keçirilməsi haqqında» 01 fevral 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 32 ünvanda yerləşən «Oba Market MMC-yə məxsus mağazadır. Mağazanın çöl tərəfində olan kondisiner mühərriyi yerinddən kənara çəkilmiş vəziyyətdədir. Baxış zamanı hadisə yerindən bir ədəd ayaqqabı, bir ədəd papaq, bir ədəd siqret qutusu, bir ədəd alışqan, bir ədəd mətbəx bıçağı, əl izləri və videogörüntülər götürülmüşdür. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir.(cild 1, i.v 5-10) Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşlarının raportundan görünür ki, xx.xx.2023cü il tarixdə saat 23:00 radələrində ərazi üzrə xidmət aparan 2659 saylı avtomarşrutda həyacan siqnalı daxil olmuşdur. Mühafizə İdarəsinin əməkdaşları həmin həyacan siqnalına əsasən Bakı şəhəri, Zığ yolu, 32 ünvanda yerləşən "xxxx"e gəldikdə oğurluq edən şəxsi yaxalayaraq yaxınlıqda olan Xətai RPİ-nin 36-c PB-nə təhvil vermişlər. Polis bölməsində həmin şəxsin xx.xx.1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. (cild 1, i.v 13) Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə apanlan tibbi müayinənin 2/3113 nömrəli xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur.(cild 1, i.v 15) Xətai RPİ-nin 36-cı PB-nin təhqiqatçısı, polis mayoru Vüqar Həsənov tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli təqdim etmə haqqında protokoldan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs 33 ədəd 1 manatlıq, 21 ədəd 5 manatlıq, 13 ədəd 10 manatlıq, 12 ədəd 20 manatlıq, 1 ədəd 50 manatlıq, 7 ədəd 100 manatlıq əskinazlanı, ümumlikdə 1258 manat pulu ve 25 manat yararsız 1 manatlıq əskinazlanı təqdim edərək həmin pulları xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 32 ünvanda yerləşən «Oba market den gizli üsulla ələ keçirdiyini bildirmişdir.(cild 1, i.v 16) «Hadisə yerinə baxış keçirilməsi haqqında» 18 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 36 ünvanda yerləşən "xxxx" MMC-yə məxsus mağazadır. Mağazanın plastikdən olan pəncərəsi sınmış vəziyyətdədir, həmin yerdə mağazanın içerisinde olan mallar dağıdılmışdır. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir.(cild 1, i.v 27-30) «Hadisə yerinə baxış keçirilməsi haqqında» 11 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 9A ünvanda yerləşən "xxxx" MMC-yə məxsus mağazadır. Mağazanın plastikdən olan giriş qapısı sındırılmış vəziyyətdədir. Baxış zamanı hadisə yerindən əl izləri və videogörüntülər götürülmüşdür. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir.(cild 1, i.v 36-40) 01 fevral 2023-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 01 fevral 2023-cü il tarixində, saat 22:45-də Xətai RPİ İŞ-də tutulmuşdur.(cild1, i.v 50-51) 02 fevral 2023-cü il tarixli ifadənin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurluq etdiyi "xxxx" MMC-nin Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 36 ünvanında və "xxxx" MMC-nin Bakı şəhəri Xətai rayonu, Zığ yolu 32 və Zığ yolu 9A ünvanlarında yerləşən filiallarında ifadəsində bildirdiklərini bir daha təsdiq etmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir.(cild1, i.v 65-75) 02 fevral 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 02 fevral 2023-cü il tarixində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir.(cild1, i.v76-77) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 03 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətmikan tədbiri seçilmiş, həbsetmənin əvvəli 01 fevral 2023-cü il tarixdən hesablanması qərara alınmışdır.(cild1, i.v 102-105) Cinayət işi üzrə "xxxx" MMC-den alınmış xx.xx.2023-cü il tarixli HŞ630 nömrəli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 32 ünvanında yerləşən mağazanın saxlanc hissəsinə daxil olmaqla nağd pul qanunsuz olaraq götürmüşdür. "xxxx" MMC-dən alınmış xx.xx.2023-cü il tarixli HŞ631 nömrəli məktubundan görünür ki, Xətai RPİ-nin İstintaq şöbəsi tərəfindən apanlan ********* nömrəli cinayət işi ilə əlaqədar olaraq hüquqi şəxsin nümayəndəsi kimi Nümayəndə2 Mayıs oğlunun tanınması xahiş olunur. Bundan başqa, Nümayəndə2 adına "xxxx" MMC-ni təmsil edilməsi və etibarlılığı 1 il müddətində olan xx.xx.2022-ci il tarixli HS 1549 nömrəli etibarnamə verilmişdir.(cild 1,i.v 112-114) 09 fevral 2023-cü il tarixli qərarla "xxxx" MMC zərərçəkmiş hüquqi şəxs qismində tanınmışdır(cild 1, i.v 123-124) 09 fevral 2023-cü il tarixli qərarla Nümayəndə2 zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmışdır.(cild 1, i.v 125-126) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 17 dekabr 2015-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirli bilinib 04 il 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəlinin 17 sentyabr 2015-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm olunmuşdur.(cild1, i.v 137-146) DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-11/2- 2376/2023 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Zığ yolu, 32 ünvanında yerləşən "xxxx"də baş vermiş oğlurluq faktı ilə əlaqədar hadisə yerindən götürülmüş 01 ədəd bıçaq, 01 ədəd idman ayaqqabısı ve 01 ədəd papaq Xətai RPİ-nin xx.xx.2023-cü il tarixli 3- 13-55/2- 3976/2023, 3-13-55/2-3977/2023, 3-13-55/2-3978/2023 nömrəli məktubları ilə tədqiqata təqdim edilmişdir. Aparılmış müqayisəli molekulyar-genetik tadqiqat nəticəsində müəyyən oldundu ki, 01 ədəd idman ayaqqıbısı və 01 ədəd papaq üzərində bioloji mənşəli materiallar Təqsirləndirilən şəxs məxsusdur. 01 ədəd bıçaq üzərində müqayisəli DNT tədqiqatının keçirilməsi üçün kiyayət qədər yararlı bioloji mənşəli material aşkar edilmədi.(cild 1, i.v 151) «Hadisə yerinə baxış keçirilməsi haqqında» 14 noyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, ünvan 1 ünvanda yerləşir. Baxış zamanı hadisə yerinden 05 ədəd əl izləri aşkar edilərək götürülmüşdür. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir.(cild 1, i.v 160-162) 10 dekabr 2022-ci il tarixli zərərçəkmiş şəxs qismində tanınmaq haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır.(cild1,i.v 167) Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən Bakı şəhəri Xətai rayon Məhkəməsinin 17 dekabr 2015-cu il tarixli hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 04 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının qaran ile xx.xx.2016-cı il tarixdə azadlıqdan məhrum etmə cəzası 03 il 06 aya qədər endirilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir.(cild1,i.v 229-230) "xxxx" MMC-dən alınmış xx.xx.2023-cü il tarixli 0603 nömrəli məktubundan görünür ki, "xxxx" MMC-yə məxsus Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 9A ünvanında yerləşən 3793 saylı mağazadan xx.xx.2023-cü il tarixdə aşağıda göstərilən mal çeşidləri oğurlanmışdır: ümumi dəyəri 19,8 manat 9 ədəd «X25» siqaret qutusu, ümumi dəyəri 56 manat 28 ədəd «Argo KS Blue» siqaret qutusu, ümumi dəyəri 24 manat 12 ədəd «X37» siqaret qutusu, ümumi dəyəri 42 manat 21 aded «Bakı Blue siqaret» siqaret qutusu, ümumi dəyəri 129 manat 129 ədəd «X31 500ml» içkisi, Ümumi dəyəri 105,6 manat 11 ədəd «Black Barrel viski 500ml» içkisi, ümumi dəyəri 52 manat 13 ədəd «X13» siqaret qutusu, ümumi dəyəri 36 manat 15 ədəd İmperial CLSC Silver Compact» siqaret qutusu, ümumi dəyəri 19 manat 5 ǝded «Kent HD 8 Futura» siqaret qutusu, ümumi deyəri 34,2 manat 9 ǝded «X26 01» siqaret qutusu, ümumi dəyəri 91,2 manat 24 ədəd «X32 04» siqaret qutusu, ümumi dəyəri 62 manat 31 ədəd «Kingstone Silver» siqaret qutusu, ümumi dəyəri 108 manat 36 ədəd «LD X33» siqaret qutusu, ümumi dəyəri 44 manat 20 aded «X18» siqaret qutusu, ümumi dəyəri 21,6 manat 8 aded «X22 Nights» siqaret qutusu, ümumi dəyəri 81 manat 30 aded «X36 Silver» siqaret qutusu, ümumi dəyəri 44 manat 20 ədəd «X27» siqaret qutusu, ümumi dəyəri 27 manat 10 ədəd «X14» siqaret qutusu, ümumi dəyəri 72,9 manat 27 ədəd «X23» siqaret qutusu, ümumi dəyəri 83,7 manat 31 ədəd «X15» siqaret qutusu, ümumi dəyəri 17,5 manat 7 adad «X34 Gold» siqaret qutusu, ümumi dəyəri 15 manat 6 ədəd «X34 Silver» siqaret qutusu, Ümumi dəyəri 24 manat 6 ədəd «X7» siqaret qutusu, ümumi dəyəri 57,4 manat 14 ədəd «X19» siqaret qutusu, ümumi dəyəri 32,8 manat 8 ədəd «X8» siqaret qutusu, ümumi dəyəri 37,4 manat 17 ədəd X28» siqaret qutusu, ümumi dəyəri 50,6 manat 23 ədəd «X20 siqaret qutusu, dəyəri 2,5 manat 1 ədəd «West Silver» siqaret qutusu, ümumi dəyəri 54 manat 20 ədəd «Winchester Comp. Blue» siqaret qutusu, ümumi dəyəri 51,3 manat 19 aded Winchester Comp. Silver» siqaret qutusu, ümumi dəyəri 56,7 manat 21 ədəd X10» siqaret qutusu, ümumi dəyəri 82,8 manat 23 ədəd «X29» siqaret qutusu, ümumi dəyəri 82,8 manat 23 ədəd «X35 Silver» siqaret qutusu. Seyfdən 148,32 manat nağd pul oğuranmışdır. Ümumi zərər 1866, 12 manat təşkil etmişdir. Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 2954-cü məhəllə ünvanında yerləşən 3242 saylı mağazadan xx.xx.2023-cü il tarixdə aşağıda göstərilən mal çeşidləri oğurlanmışdır: dəyəri 2,2 manat 1 ədəd «X25» siqaret qutusu, ümumi dəyəri 20 manat 10 ədəd «Argo KS Blue» siqaret qutusu, ümumi dəyəri 20 manat 10 ədəd «X37» siqaret qutusu, ümumi dəyəri 80 manat 20 ədəd «X13» siqaret qutusu, ümumi deyen 26,6 manat 7 ədəd «Kent HD 8 Futura» siqaret qutusu, ümumi dəyəri 30,4 manat 8 əded «X26 01» siqaret qutusu, ümumi dəyəri 76 manat 20 aded «X32 04» siqaret qutusu, ümumi dəyəri 22 manat 11 aded «Kingstone Silver> siqaret qutusu, ümumi dəyəri 60 manat 20 ədəd «LD X33» siqaret qutusu, Ümumi dəyəri 86,4 manat 27 ədəd «LD X30» siqaret qutusu, ümumi dəyəri 35,2 manat 16 aded «X24» siqaret qutusu, ümumi dəyəri 105,6 manat 48 ədəd «X18» siqaret qutusu, ümumi dəyəri 29,7 manat 11 aded «X22 Nights» siqaret qutusu, ümumi dəyəri 75,6 manat 28 ədəd «X36 Silver siqaret qutusu, ümumi dəyəri 66 manat 30 ədəd «X27» siqaret qutusu, ümumi dəyəri 56,7 manat 21 ədəd «X14» siqaret qutusu, ümumi dəyəri 35,1 manat 13 ədəd «X23» siqaret qutusu, ümumi dəyəri 37,8 manat 14 ədəd «X15» siqaret qutusu, ümumi dəyəri 7,5 manat 3 ədəd «X34 Gold» siqaret qutusu, ümumi dəyəri 35 manat 14 ədəd «X34 Silver» siqaret qutusu, ümumi dəyəri 40 manat 10 ədəd «X7» siqaret qutusu, ümumi dəyəri 98,4 manat 24 ədəd «X19» siqaret qutusu, ümumi dəyəri 49,2 manat 12 ədəd «X8» siqaret qutusu, ümumi dəyəri 13,2 manat 6 oded «X28» siqaret qutusu, ümumi dəyəri 33 manat 15 ədəd X20» siqaret qutusu, ümumi dəyəri 50 manat 20 adad <West Silver>> siqaret qutusu, ümumi dəyəri 8,1 manat 3 ədəd «Winchester Comp. Blues siqaret qutusu, Ümumi dəyəri 64,8 manat 24 ədəd «Winchester Comp. Silver» siqaret qutusu, ümumi dəyəri 37,8 manat 14 oded «X10» siqaret qutusu, ümumi dəyəri 104,4 manat 29 ədəd «X29» siqaret qutusu, ümumi dəyəri 39,6 manat 11 ədəd «X35 Silver» siqaret qutusu. Seyfdən 318,12 manat pul oğuranmışdır. Ümumi zərər 1764,42 manat təşkil etmişdir.(cild1, i.v 237-239) 13 mart 2023-cü il tarixli qərarla "xxxx" MMC zərərçəkmiş hüquqi şəxs qismində tanınmışdır(cild1, i.v 246-247) 13 mart 2023-cü il tarixli qərarla Nümayəndə1 zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmışdır.(cild 1, i.v 248-249) Məhkəmə-daktiloskopik ekspertizası üzrə DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-11/2-2723/2023 nömrəli rəydən görünür ki, xx.xx.2022-ci il tarixdə ünvan 15 ünvanında yaşayan vat. X3 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülərək tədqiqata təqdim edilmiş 04 ədəd yapışqanlı lent kasiklərinin üzərində olan 03 ǝded ovuc ve 02 ədəd əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır.
2. Tədqiqata taqdim edilmiş vətəndaş Təqsirləndirilən şəxs əl-barmaq və ovuc aksləri (daktiloskopik xəritə) müqayiəsli tədqiqat üçün yararlıdır.
3. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan əl izlərindən 03 ədədi xx.xx.1996-ci ile Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin ovuc (3 dəfə) eksləri ilə eynilik müəyyən etmişdir.
4. Qalan digər şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 02 ədəd əl-barmaq izi DİN-in KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin, o cümlədən vət. Təqsirləndirilən şəxs elifağa oğlunun al-barmaq əksləri ilə eynilik müəyyən edilməmişdir.(cild 2, i.v 1-9) Diskə baxış keçirilməsi barədə 07 aprel 2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC mağazasından götürülmüş diskə baxış Təqsirləndirilən şəxs elifağa oğlunun və onun müdafiəçinin iştirakı ilə keçirilmiş, diskdən görünür ki, 11 yanvar 2023-cü il tarixdə baş vermiş mağazaya daxil olan Təqsirləndirilən şəxs oxşar şəxs Bakı şəhəri, Xətai rayonu, Zığ yolu 9a, ünvanda yerləşən "xxxx" MMC-yə məxsus 3793 saylı mağazanın içərisində gəzir, oğurlumaq üçün mal və pul axtar, eynində açıq rəngli gödəkçə vardır. Digər faylda 18 yanvar 2023-cü il tarixdə baş vermiş mağazaya daxil olma görüntüsündə vaxt 01:33 radələrini göstərir. Görünür ki, Təqsirləndirilən şəxs oxşar şəxs Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 2954-cü məhəllə ünvanda yerləşən "xxxx" MMC-yə məxsus 3242 saylı mağazanın içərisində gəzir, kassanı açıb kassadan pul götürür. Əynində açıq rəngli gödəkçə vardır. Təqsirləndirilən şəxs bildirmişdir ki, görüntüdə olan şəxs o, özüdür.(cild 2, vərəqə:22-24) Digər diskə baxış keçirilməsi barədə 07 aprel 2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC mağazasından götürülmüş diskə baxış Təqsirləndirilən şəxs və onun müdafiəçinin iştirakı ilə keçirilmişdir. Diskdə olan videogörüntülərdən görünür ki, 31 yanvar 2023-cü il tarixdə, saat 22:51:52-də Təqsirləndirilən şəxs oxşar şəxs Bakı şəhəri, Xətai rayonu, 32 ünvanda yerləşən "xxxx" MMC-yə məxsus mağazanın arxa qapısından içəriyə daxil olur ve mağazadan pul oğurlamağa cəhd edir. Videogörüntülərdə polis əməkdaşlarının həyacan siqnalına əsasən hadisə yerinin qarşısına gəlmələri müşahidə olunur. Videogörüntülərdə saat 23:01:15 saniyəyə qədər Təqsirləndirilən şəxs mağazada olur və mağazanın giriş qapısını açıb çıxmaq istəyir, lakin qapı açılmır. Ona görə də mağazaya daxil olduğu yerdən bayıra çıxmalı olur. Təqsirləndirilən şəxs bildirmişdir ki, görüntüdə olan şəxs o, özüdür.(cild 2, i.v 22-24) 07 aprel 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, ünvan 1 ünvanda Zərərçəkmiş şəxs evindən oğurluq faktına göre epizod hazırki iş üzrə ittihama əlavə olunmaqla Təqsirləndirilən şəxs cəmi 4 epizod üzrə Azərbaycan Respublikası CMnin 177.2.2, 177.2.3, 29,177.2.2 və 29, 177.2.3-cü maddələri ilə yeni məzmunlu ittiham elan olunması, xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə baş vermiş oğlurluq hadisələri barədə "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 0603 nömrəli məktubunda göstərilmiş oğurlanan əşyaların çeşidləri və dəyəri, oğurlanmış nağd pulun miqdarı və yetirilmiş ümumi zərər Təqsirləndirilən şəxs elan olunmalı yeni məzmunlu ittihamda göstərilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 29,177.2.1, 180 və 181-ci maddələri ilə cinayət işinin başlanılması rədd edilməsi, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən məhkumluğu ödənilmiş şəxs hesab edilməsi, Təqsirləndirilən şəxs təqdim etdiyi 1283 manat pul, "xxxx" MMC və "xxxx" MMC-dən götürülmüş 2 ədəd "DVD- R" disklər iş üzrə maddi sübut kimi tanınması, 1283 manat pul istintaq materialları ilə tanış edilmə istintaq hərəkətləri keçirildikdən sonra saxlanılması üçün "xxxx" MMC hüquqi şəxsin nümayəndəsinə qaytarılması, 2 ədəd "DVD-R" disklər isə cinayət işinə əlavə edilməsi, əl izləri hadisə yerində aşkar olunmuş "xxxx"MMC-nin satıcısı X6 və daimi müştərisi X1 barələrində cinayət işinin başlanması rədd edilməsi, Təqsirləndirilən şəxs ifadələri toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, Zərərçəkmiş şəxs ifadəsi, habelə şahid qismində dindirilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndələri Nümayəndə1 və Nümayəndə2 ifadələri, şahidlər Şahid1, Şahid4 Nizamioviç, Şahid3 Təşəkkür oğlu və Şahid2 ifadələri, Təqsirləndirilən şəxs təqdim etdiyi 1283 manat pul, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 0603 nömrəli və "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli HŞ630 nömrəli məktubları, hadisç yerlərinə baxış keçirilməsi barədə xx.xx.2022-ci il, xx.xx.2023cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli protokollar ve fotocədvəllər, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması barədə xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli protokollar ve fotocədvəllər, xx.xx.2022-ci il tarixdə hadisə yerində aşkar edilmiş və götürülmüş əl izrei və həmin əl izlərinə dair məhkəmə- daktiloskopik ekpertizası üzrə DİNin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli 23/165R nömrəli rəyi, DİN-in bioloji mənşədi materiallar barəsində DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli 3-13-11/2-2376/2023 nömrəli məktubu, "xxxx" MMC və "xxxx" MMCdən götürülmüş 2 ədəd DVD disklər və həmin disklərə xx.xx.2023-cü il tarixli baxış protokollan iş üzrə sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır. Qeyd edilən qərarın təsviri əsaslandırıcı hissəssindən görünür ki, Bundan başqa, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, sonuncunun oğlu şahid X4 ifadələrindən görünür ki, zəzərsəkmiş şəxs oğurluq hadisəsi baş verdiyi vaxt səs eşidərək evinin dəhlizinə yaxınlaşmış və dəhlizdə olan dolabda nə isə axtaran şəxsi, yəni Təqsirləndirilən şəxs qaranlıq səbəbindən üzünü və əlində nə olmasını görməmiş, həmin anda sonuncunun nə ilə məşğul olmasını anlamamışdır. Sonuncu Zərərçəkmiş şəxs yaxınlaşmasını görən kimi qaçaraq evdən çıxmış və hadisə yerinden uzaqlaşmışdır. Yəni, Təqsirləndirilən şəxs oğurluq edlərkən zərərçəkmiş şəxsin yaxınlaşmasını gördükdə ona heç bir müqavimət göstərmədən, zərərçəkmiş şəxsə qarşı başqa bir hərəkət etmədən hadisə yerindən qaçmışdır. Bu da onu göstərir ki, Təqsirləndirilən şəxs oğurluq hərəkətləri soyğunçuluğa və ya quldurluğa keçməmişdir” (cild2, i.v 25-35) Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2021-ci il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X5 adlı övladları vardır. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, HŞ3096 saylı məktubundan görünür ki, “OBA Market" MMC-nin "OBA Kombinat 2" mağazasında xx.xx.2023-cü il tarixində oğurluq etmiş Təqsirləndirilən şəxs istintaq dövründə dəymiş ziyan 1281 manat məbləğini tam şəkildə ödəmişdir. Dəymiş ziyan təqsirləndirilen şəxs tərəfindən ödənildiyi üçün həmin şəxs barəsində hər hansı bir şikayətimiz və iddiamız yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun qismən etirafedici ifadəsi,ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidin ibtidai araşdırma zamanı vermiş olduğu ifadəsinə, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Məhkəmə təqsirləndirilən şəxsin yalnız qızıl üzüyü oğurlaması və digər qızıl-zinət əşyalarını isə oğurlamaması ilə bağlı vermiş olduğu ifadəsinə tənqidi yanaşır və onun bu ifadəsini məsuliyyətdən azad olmaq cəhdi kimi qiymətləndirilir. Belə ki, cinayət işi materillarından görünür ki, təqsirləndirilən şəxs ifadəsini müdafiəçisinin iştirakı ilə vermiş və imzası ilə təsdiq etmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin, şahidin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin ona elan edilmiş müvafiq maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-ci maddəsinə görə xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyşalı uşağının olması(CM59.1.4), Zərərçəkmiş şəxs və "xxxx"MMC-yə vurulmuş zərərin tam olaraq ödənilməsini(CM59.1.13) onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır.. Təqsirləndirilən şəxsxx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunduğu tarixdən 02 il müddət keçdikdən sonra, yəni məhkumluğu ödənildiyindən, onun əməlində cinayətin residivi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş olsa da, əvvəllər məhkum olunması onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirilməlidir. Nəzərə alınmalıdır ki, iş üzrə zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-yə vurulmuş ziyan ödənilmədiyindən, sonuncu təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması, ağırllaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, iş üzrə maddi sübut olan "xxxx" MMC-dən götürülmüş 01 ədəd “DVD-R” disk və "xxxx" MMC-dən götürülmüş 01 ədəd “DVD-R” disk, cəmi 02 ədəd “DVD-R” disklər cinayət işi materiallarında saxlanılmalıdır (CM-56.1.3.). İş üzrə mülki iddia və müsadirə ediləcək əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29,177.2.2 və 29,177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 01 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut qismində tanınmış "xxxx" MMC-dən götürülmüş 01 ədəd “DVD- R” disk və "xxxx" MMC-dən götürülmüş 01 ədəd “DVD-R” disk, cəmi 02 ədəd “DVD-R” disklər cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs təqdim "xxxx" MMC-dən oğurlamağa cəhd etdiyi 1283 manat pulun saxlanılması üçün "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə2 qaytarılması nəzərə alınsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Sədrlik edən: Sülhanə Hacıyeva