Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-306/2022 24.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxxxx 1990-cı ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Qazax rayonu, Xanlıqlar kəndində qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, Daş karxanası ünvanında yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, saxtalaşdırılmaqla qanunsuz olaraq, hazırlanmış hüquqverən rəsmi sənədlərdən istifadə etməklə, «X13» Bakı filialından 10000 (on min) manat məbləğində kredit götürmək məqsədi ilə, X6 ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bir qrup şəxs halında birləşmiş, bu məqsədlə qrup üzvləri Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları olmadıqları halda, o, şəxsiyyəti istintaqla araşdırlan şəxslər tərəfindən saxtalaşdırılmaqla, qanunsuz olaraq hazırlanmış, iç tərəfində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə aid olan möhür əksi, Təqsirləndirilən şəxs xüsusi geyim formasında fotoşəkili, «kapitan» hərbi rütbəsində, N №-li hərbi hissədə bölük komandiri olması barədə həqiqətə uyğun olmayan məzmunlu məlumatlar daxil edilmiş hüquqverən rəsmi sənəd hesab edilən saxta «ZH №004619» nömrəli xidməti vəsiqəni, habelə saxtalaşdırılmaqla qanunsuz olaraq hazırlanmış, "xxxx" ASC-dən əmək haqqı almasına dair həqiqətə uyğun olmayan məzmunlu məlumatlar daxil edilmiş hüquqverən rəsmi sənəd hesab edilən - saxta 510307******5940 nömrəli ödəniş kartı üzrə çıxarışı, qrupun digər üzvü - Təqsirləndirilən şəxs kreditin götürülməsi üçün zamin qismində çıxış edən X4 aid olan saxtalaşdırılmaqla qanunsuz olaraq hazırlanmış, iç tərəfində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə aid olan möhür əksi, Aslan Mürsəlovun xüsusi geyim formasında fotoşəkili, «leytenant» hərbi rütbəsində, N N saylı hərbi hissədə tağım komandiri olması barədə həqiqətə uyğun olmayan məzmunlu məlumatlar daxil edilmiş hüquqverən rəsmi sənəd hesab edilən saxta «ZH №004830» nömrəli xidməti vəsiqəni, habelə saxtalaşdırılmaqla qanunsuz olaraq hazırlanmış, "xxxx"dan əmək haqqı almasına dair həqiqətə uyğun olmayan məzmunlu məlumatlar daxil edilmiş, hüquqverən rəsmi sənəd hesab edilən saxta 510307******6237 nömrəli ödəniş kartı üzrə çıxarışı xx.xx.2021ci il tarixdə, saat 14 radələrində Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 23 ünvanında fəaliyyət göstərən «X13» Bakı filialının yaxınlığında, Şahid1 əldə edib, həmin gün bir qədər sonra, bilə-bilə həmin saxta sənədlərdən istifadə edərək, onları «X13»ın Bakı filialına təqdim edib 10000 (on min) manat məbləğində kredit götürmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Şahid2 tanıyır, onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Şahid3 isə əvvəllər də tanımış, Elvin də kafel-metlax ustasıdır. Şahid2la 2021-ci ilin noyabr ayında təsadüfən «20 Yanvar» metrostansiyasının yaxınlığında yerləşən çayxanaların birində tanış olmuşdur. Həmin vaxt söhbət kreditdən düşmüşdür. Elmirə maddi imkanının zəif olduğunu, rəsmi olaraq heç bir yerdə işləmədiyini və kredit götürmək istədiyini bildirmişdir. Elmir isə bir nəfər şəxsin saxta sənədlər düzəldib, verə biləcəyini və həmin saxta sənədlər əsasında bankdan kredit götürə biləcəyini demişdir. Elmir saxta sənədləri hazırlayan şəxsə bankdan götürəcəyi pulun 40 faizini verməli olduğunu bildirmiş və o, bu təkliflə razılaşmışdır. Təxminən iki-üç gün sonra, Elmir zəng edərək, fotoşəklini çəkdirib, ona göndərməyi demişdir. Fotoşəkil saxta sənədin hazırlanması üçün lazım olmuşdur. O, fotoşəklini çəkdirib, Elmirə göndərmişdir. Elmir guya Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin əməkdaşı olduğunu təsdiq edən xidməti vəsiqənin və guya aldığı əmək haqqı barədə bankdan çıxarışın veriləcəyini, adından Xətai rayonu ərazisində yerləşən «X13»ın Bakı filialına kredit almaq üçün «online» müraciətin ediləcəyini, bank əməkdaşının işi ilə bağlı zəng edərək, suallar verəcəyini bildirmişdir. Kredit götürmək üçün zamin lazım olmuş və zamin olaraq Aslan Mürsəlov adlı şəxsi Şahid3 tapmışdır. Aslana zamin durduğuna görə, 200 manat pul verməli idi. 11 noyabr 2021-ci il tarixdə, səhər saatlarında «X13» Bakı filialının bir əməkdaşı zəng edərək, suallar vermiş, sualları cavablandırdıqdan sonra, bank əməkdaşı gəlib bankdan kredit götürə biləcəyini demişdir. Üç il müddətinə 19 faizlə 10000 manat kredit götürmək istəmiş və hər ay banka təxminən 370 manat pul ödəməli idi. Bank əməkdaşının zəng etməsi ilə bağlı Elmirə məlumat vermişdir. Həmin gün, günorta saatlarında «20 Yanvar» metrostansiyasının çıxışının yaxınlığında görüşmüşlər. Zamin duran Aslan adlı şəxs görüşə ayrı gəlmiş, Elmir isə adını sonradan bildiyi Kənan adlı şəxslə gəlmişdir. Kənanı və Aslanı birinci dəfə idi ki, görürdü. Elmir Kənanı təqdim edərək, bütün işlərin Kənan tərəfindən görüldüyünü bildirmişdir. Orada qərarlaşmışlar ki, dördü də banka getsin, belə ki, Kənan saxta sənədləri bankın yaxınlığında verəcəyini və pulu bankdan götürüb çıxan kimi, saxta sənədləri bankın yanında geri götürəcəyini demişdir. Aslanla birlikdə bankın yaxınlığına getmiş, Elmir isə Kənanla birlikdə bankın yaxınlığına getmişdir. Orada Aslan adlı şəxslə birlikdə Kənanın idarə etdiyi avtomobilə əyləşmişlər. Avtomobildə Kənan saxta xidməti vəsiqə və saxta "xxxx" ASC-yə aid olan «ödəniş kartı üzrə çıxarış» vermişdir. Çıxarış guya aldıqları əmək haqqını özündə əks etdirmişdir. Aslana da, saxta hərbçi vəsiqəsi verilmiş, guya eyni hərbi hissədə xidmət aparırlar. Sonra, Aslanla birlikdə banka daxil olmuşlar. Bankda kreditlə bağlı aidiyyəti əməkdaşa yaxınlaşıb, saxta xidməti vəsiqələri və ödəniş kartı üzrə çıxarışları həmin əməkdaşa təqdim etmişlər. Bank əməkdaşı təqdim etdikləri sənədlərin surətlərini çıxarıb əsillərini qaytarmış, anket məlumatlarını və iş yerini dəqiqləşdirdikdən sonra, imzalamaq üçün sənədlər vermiş, sənədləri imzalayandan sonra, bank əməkdaşı bir kağız vermiş, həmin kağızla bankın kassasına yaxınlaşıb, oradan 10000 manat pul götürmüş və Aslanla birlikdə bankı tərk etmişdir. Bankın yaxınlığında gözləyən Kənanın idarə etdiyi avtomobilə əyləşmişlər. Avtomobildə Kənan onlardan saxta olan xidməti vəsiqələri və ödəniş kartı üzrə çıxarışları götürmüşdür. Bankdan götürdüyü 10000 manat puldan Kənana 3800 manat pul vermiş, halbuki ona 4000 manat verməli idi. Belə ki, Kənangil əvvəlcə onlara məbləğin 35 faizini verməli olduğunu demişlər, sonradan faizi qaldırıb 40 etmişlər. 200 manatı isə Aslana vermişdir. 11 dekabr 2021-ci il tarixdə isə «X13»ın Bakı filialına aylıq ödəniş etmiş, lakin sonradan, imkansızlıqdan banka ödəniş edə bilməmişdir. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qohumu Şahid3 vasitəsilə tanımışdır. Belə ki, 2021-ci ilin noyabr ayında Elvin dostu olan Təqsirləndirilən şəxs bankdan kredit göturmək istdədiyini, Ayaza Bakı qeydiyyatında olan zaminin lazım olduğunu və zamin durmağı qarşılığında Ayazın 200 manat pul verəcəyini demişdir. Heç bir yerdə işləmədiyi üçün və maddi vəziyyəti ağır olduğu üçün, Elvinin təklifini qəbul etmişdir. Elvin 3x4 ölçüdə olan fotoşəklini və şəxsiyyət vəsiqəsinin fotoşəklini çəkib, göndərməyini demişdir. Elvin rəsmi iş yeri olmadığı üçün, guya Sərhəd Qoşunlarında xidmət etməsi və yüksək əmək haqqı alması barədə adına saxta sənədlərin hazırlanacağını və həmin saxta sənədlər əsasında bankda zamin dura biləcəyini demişdir. O, etiraz etməmiş və 3x4 ölçüdə olan fotoşəklini və şəxsiyyət vəsiqəsinin fotoşəklini Elvinə göndərmişdir. 10 noyabr 2021-ci il tarixdə Ayaz zəng edərək, növbəti gün, yəni 11 noyabr 2021-ci il tarixdə bankdan kredit götürəcəyini və günorta saatlarında arxasınca gələcəyini bildirmişdir. Növbəti gün, günorta saatlarında Ayaz və Elvin Ayazın idarə etdiyi avtomobillə yaşadığı ünvana gəlmişlər və oradan «20 Yanvar» adlanan əraziyə getmişlər. Orada Kənan və Elmir adlı şəxslərlə görüşmüşlər. Kənan adlı şəxsin əlində sənədlər olmuşdur. Özü, Ayaz, Kənan, Elmir və Elvin Ayazın idarə etdiyi avtomobillə Xətai rayonu ərazisində yerləşən «X13»ın Bakı filialının yaxınlığına getmişlər. Ayaz krediti həmin bankdan götürməli idi. Ayaz avtomobili bir az kənarda saxlamışdır. Avtomobildə Kənan ona və X9 Xidmətinin xidməti vəsiqəsini və "xxxx" ASC-yə aid olan ödəniş kartı üzrə çıxarışı təqdim etmişdir. Xidməti vəsiqədə xüsusi geyim formasında fotoşəkli olmuş və guya hansısa hərbi hissədə zabit kimi xidmət etməsi göstərilmişdir. Ödəniş kartı üzrə çıxarışda isə yüksək məbləğdə əmək haqqı alması göstərilmişdir. Özü və Ayaz sənədləri götürəndən sonra, banka daxil olmuşlar. Kənan, Elvin və Elmir Ayazın avtomobilində qalmışlar. Banka daxil olandan sonra, özü və Ayaz Kənanın verdiyi saxta sənədləri bankın əməkdaşına təqdim etmişlər. Bankın əməkdaşı sənədlərə baxandan sonra, onların surətlərini çıxardıb qaytarmışdır. Bir qədər sonra isə, bankın əməkdaşı imzalamaq üçün bir neçə sənəd vermiş və bankın sənədlərini imzaladıqdan sonra, Ayaz bankın kassasına gedib oradan 10000 manat məbləğində kredit götürmüşdür. Pulu götürəndən sonra, qayıdıb avtomobilə əyləşmişlər. Avtomobildə Kənan verdiyi saxta sənədlərin əsillərini geri almış, Ayaz isə avtomobildə Kənana 3500 manat pul vermişdir. Sonra oradan «20 Yanvar» metrostansiyasına qayıtmışlar. Orada Elmir və Kənan avtomobildən düşmüşlər. «20 Yanvar»dan isə Ayaz və Elvinlə yaşadığı ünvana getmişlər. Yaşadığı ünvanın qarşısında Ayaz ona zamin durduğuna görə, 200 manat pul vermiş və Ayaz krediti vaxtında ödəyəcəyinə dair söz vermişdir. İş üzrə şahidlər Şahid1, Şahid2, Şahid3 və Şahid5 məhkəmə iclasında iştirak etməmişdirlər. Eyni zamanda, Şahid1 məhkəməyə müraciət edərək, məhkəmə iclaslarında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirib, ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini göstərmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, qeyd olunan şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs Şahid2 vasitəsilə 2021-ci ilin noyabr ayının əvvəlində tanımışdır. Belə ki, Elmir Təqsirləndirilən şəxs «X13»ın Bakı filialından saxta sənədlər əsasında 10000 manat məbləğində kredit götürmək istədiyini bildirmiş və bu işdə Ayaza köməklik göstərməyi xahiş etmişdir. Saxta sənədləri göndərən Akif adlı şəxslə əlaqə saxlamış və bir nəfər şəxsin «X13»ın Bakı filialından 10000 manat məbləğində kredit götürmək istədiyini bildirmişdir. Akif Ayazın 3x4 ölçüdə fotoşəklini və şəxsiyyət vəsiqəsinin fotoşəklini istəmişdir. Bu haqda Elmirə demiş, Elmir də Ayazın 3x4 ölçüdə fotoşəklini və şəxsiyyət vəsiqəsinin fotoşəklini göndərmiş, o, isə onları Akifə göndərmişdir. Təqsirləndirilən şəxs Aslan adlı şəxs zamin durmuşdur. Aslan üçün də saxta sənədlər hazırlanmalı idi. Elmir Aslanın da 3x4 ölçüdə olan fotoşəklini və şəxsiyyət vəsiqəsinin fotoşəklini göndərmişdir. Onları da Akifə göndərmişdir. Ayazın adından «X13»ın Bakı filialına «online» müraciət ediləndən sonra, 11 noyabr 2021-ci il tarixdə həmin bankın əməkdaşı Ayaza zəng edərək, onu kredit vermək üçün banka dəvət etmişdir. Elmir bu haqda demiş, özü isə Akiflə əlaqə saxlayıb demişdir. Akif saxta sənədləri göndərəcəyini demişdir. Həmin gün, saat 13 radələrində Akifin göndərdiyi Ayaz və Aslanın adına tərtib edilmiş saxta sənədləri götürəndən sonra, «20 Yanvar» metrostansiyasının yaxınlığında Elmir, Ayaz və Aslanla görüşmüşdür. Oradan Xətai rayonu ərazisində yerləşən «X13»ın Bakı filialına getmişlər. Bankın yaxınlığında avtomobildə Ayaza və Aslana onların adlarına tərtib edilmiş saxta xidməti vəsiqələri və saxta ödəniş kartı üzrə çıxarışları vermişdir. Xidməti vəsiqələrdə guya Ayazın və X8 Xidmətinin N saylı hərbi hissəsində zabit kimi xidmət etmələri göstərilmişdir, ödəniş kartı üzrə çıxarışlarda isə onların aldıqları əmək haqları barədə məlumatlar əks edilmişdir. Ayaz və Aslan saxta sənədləri götürüb banka getmişlər. Təxminən 30 dəqiqədən sonra Ayaz və Aslan qayıtmışlar. Ayaz bankdan götürəcəyi məbləğin 35 faizini verməli idi. Ayaz 10000 manat məbləğində kredit götürdüyünü bildirmiş və saxta xidməti vəsiqələri və ödəniş kartı üzrə çıxarışları qaytarmışdır. Belə ki, bank əməkdaşı həmin sənədlərin surətlərini çıxarıb onları Ayaza qaytarmışdır. Ayaz 3500 manat pul verib getmişdir. Akiflə aralarında olan danışığa əsasən, 10000 manatın 25 faizi ona çatmalı idi, qalan məbləğ isə Elmirlə aralarında iki yerə bölünməli idi. 3500 manatdan Akifə çatası 2500 manat pulu ayırmış, yerdə qalan 1000 manat pulu isə Elmirlə aralarında iki bərabər hissəyə bölmüşlər. Akifə çatası 2500 manat pulu və saxta sənədləri həmin gün Akifin göndərdiyi taksi sürücüsünə vermişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Ayazı dostu Şahid3 görə tanımışdır. 2021-ci ilin noyabr ayının əvvəlində Elvin və Ayazla birlikdə «20 Yanvar» metrostansiyasının yaxınlığında olan çayxanaların birində çay içib söhbət etmişlər. Elvinlə «X13»dan kredit götürməkdə köməklik göstərən Kənan haqda söhbət edəndə, Ayaz maddi imkanının zəif olduğunu, rəsmi iş yeri olmadığından bankdan kredit götürə bilmədiyini deyib, «X13»dan kredit götürmək istədiyini demişdir. Ayaza Kənan adlı şəxsin ona saxta sənədlər düzəltdirib verə biləcəyini və həmin saxta sənədlər əsasında, bankdan kredit götürə biləcəyini demişdir. Ayaz nə qədər kredit götürə biləcəyini soruşmuş, Ayaza 10000 manata qədər kredit götürə biləcəyini demişdir. Ayaz 10000 manat kredit götürmək istədiyini demişdir. Ayaza bankdan götürəcəyi pulun 35 faizini Kənana verməli olduğunu demiş, Ayaz da razılaşmışdır. Sonra bu haqda Kənana demiş, Kənan saxta sənədləri hazırlayan şəxslə danışıb, məlumat verəcəyini bildirmişdir. Bir qədər sonra, Kənan zəng edərək, Ayazın adına guya onun Dövlət Sərhəd Xidmətinin əməkdaşı olması haqda saxta vəsiqə və saxta ödəniş kartı üzrə çıxarışın hazırlanacağını və bunun üçün Ayazın 3x4 fotoşəklinin lazım olduğunu bildirmişdir. Bu haqda Ayaza demiş və ondan 3x4 fotoşəklini istəmişdir. Ayaz da həmin fotoşəkli çəkdirib göndərmişdir. Ayazın fotoşəklini və Ayazın şəxsiyyət vəsiqəsinin fotoşəklini Kənana göndərmişdir. Saxta sənədləri hazırlayan şəxs Ayazın adından kredit götürmək üçün, «X13»ın Bakı filialına «online» müraciət etməli idi. Həmin müraciət ediləndən sonra, 11 noyabr 2021-ci il tarixdə, səhər saatlarında həmin bankın əməkdaşı Ayaza zəng edərək, bir neçə sual vermiş və gəlib kredit götürə biləcəyini demişdir. Ayaz isə bu haqda dedi, öz növbəsində Kənana demişdir. Ayaza bankdan kredit götürmək üçün zamin lazım idi, Ayaz üçün zamini Şahid3 tapmışdır. Ayaza zamin duran Elvinin qohumu Aslan adlı şəxs olmuşdur. Ayaz bunun müqabilində Aslana 200 manat pul verməli idi. Aslan üçün eyni qaydada saxta sənədlər hazırlanmışdır. Həmin gün, günorta saatlarında Kənan, Ayaz və Aslanla «20 Yanvar» metrostansiyasının yaxınlığında görüşüb, oradan Xətai rayonu ərazisində yerləşən «X13»ın Bakı filialına gəlmişlər. X12 və Aslana onların adlarına hazırlanmış DSX-nin saxta xidməti vəsiqələrini və "xxxx" ASC-ə aid olan saxta ödəniş kartı üzrə çıxarışları vermişdi. Ayaz və Aslan saxta sənədləri götürüb banka daxil olmuşlar. Özü və Kənan onları bankın yaxınlığında gözləmişlər. Təxminən 30 dəqiqədən sonra Ayaz və Aslan bankdan çıxmışlar. Ayaz 10000 manat məbləğində kredit götürdüyünü bildirmiş və Kənana saxta xidməti vəsiqələri və ödəniş kartı üzrə çıxarışları qaytarmışdır. Belə ki, bank əməkdaşı həmin sənədlərin surətlərini çıxarıb, onları Ayaza qaytarmışdır. Ayaz Kənana 3500 manat pul vermişdir. Ayazı müştəri kimi tapdığı üçün, Kənan həmin puldan 350 manat pul vermişdi. Onu da qeyd etmişdir ki, Kənan saxta sənədləri Ayaza verəndə ona bankın kreditini vaxtlı-vaxtında ödəmək lazım olduğunu bildirmişdir ki, sonra saxta sənədlərlə bağlı hər hansı bir problem çıxmasın. Ayaz da krediti vaxtında ödəyəcəyini demişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid3 Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid5 göstərmişdir ki, 2014-cü ildən «X13» Bakı filialının Hüquq və kredit departamentinin rəisi vəzifəsində işləyir. 09 noyabr 2021-ci il tarixdə bankın bmibaku.az internet saytı vasitəsilə Təqsirləndirilən şəxs adından 10000 manat məbləğində kreditin alınması ilə bağlı banka müraciət daxil olmuşdur. Müraciət edən iş yerini Sərhəd qoşunları, zabit olmasını və bölük komandiri vəzifəsində xidmət etdiyini, rəsmi gəlirin 1490 manat, əlavə gəlirin isə 200 manat kimi göstərmişdir. Müraciət edən krediti mənzil təmiri ilə bağlı götürmək istədiyini göstərmişdir. Müraciət edən krediti illik 18% olmaqla, 36 ay müddətinə götürmək istəmişdir. Daxili prosedura əsasən, müraciət edənin kredit tarixçəsi öyrənildikdən sonra, zəruri sənədlər toplanılır və təsdiq olunması üçün bankın kredit komitəsinə təqdim edilir. Kredit Komitəsi kreditin verilməsini təsdiq etdikdən sonra, bankın əməkdaşı kreditlə bağlı müraciət edən şəxsə zəng edərək, ona bu haqda məlumat verir və müştərinin kredit almaq üçün banka nə vaxt gələ biləcəyini dəqiqləşdirir. Daxili qaydaya əsasən, kredit götürmək istəyən müştəri Bakı qeydiyyatı olan iki zamin təqdim edərsə, ona 15000 manat məbləğində kredit verilə bilər, bir zamin təqdim edildikdə isə, müştəriyə 10000 manatdan artıq kredit verilmir. Təqsirləndirilən şəxs da bu prosedurdan keçmiş, ona kreditin verilməsi təsdiq edildiyi üçün, bankın əməkdaşı ona zəng edərək kredit götürmək üçün banka dəvət etmişdi. 11 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ona zamin duran X6 ilə birlikdə Bankın Bakı filialına gəlmiş, həmin şəxslər kredit almaq üçün bankın kredit üzrə mütəxəssisinə ayrı-ayrılıqda, üzərində «Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti» sözləri əks olunmuş iki ədəd xidməti vəsiqə və "xxxx"a aid olan iki ədəd ödəniş kartı üzrə çıxarış təqdim etmişlər. Qeyd edilən sənədlərdə möhür və imzalar olduğu üçün, həmin sənədlərin həqiqiliyi bankın kredit üzrə mütəxəssisində şübhə doğurmamış, Təqsirləndirilən şəxs və Aslan Mürsəlovun banka təqdim etdikləri sənədlərin surətləri çıxarılmış, əsilləri isə özlərinə qaytarılmışdır. Təqsirləndirilən şəxs və ona zamin durmuş Aslan Mürsəlov müvafiq sənədləri imzaladıqdan sonra, Təqsirləndirilən şəxs bankın kassasından 10000 manat məbləğində pul vəsaitini götürmüşdür. Təqsirləndirilən şəxs götürdüyü 10000 manat kreditə görə cəmi bir ayın ödənişini, yəni 367 manat pulu 15 noyabr 2021-ci il tarixdə banka ödəmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri etirafı ilə yanaşı aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs və X2 Dövlət Sərhəd Xidmətində zabit, gizir, müddətdən artıq həqiqi hərbi xidmətdə olması (işləməsi) barədə məlumat yoxdur. İş materiallarında olan "xxxx" ASC tərəfindən verilmiş arayışa əsasən, Təqsirləndirilən şəxs adına 510307******5940 nömrəli plastik kart hesabı aşkar olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs “X13”ın Bakı filialına təqdim etdiyi Dövlət Sərhəd Xidmətinə aid saxta xidməti vəsiqənin surəti və "xxxx" ASC-yə aid saxta ödəniş kartı üzrə çıxarışın surəti iş üzrə maddi sübut kimi tanınaraq, cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Şahid1 barəsində başlanmış cinayət təqibinin hərtərəfli, tam və obyektiv aparılması, üzərində “Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti” sözlər əks olunmuş iki ədəd xidməti vəsiqəni, iki ədəd ödəniş kartı üzrə çıxarışı, Təqsirləndirilən şəxs və ona zamin durmuş X2 istifadə etdikləri saxta xidməti vəsiqələri və ödəniş kartları üzrə çıxarışları saxtalaşdırmaqla, qanunsuz hazırlamış şəxsin şəxsiyyətini müəyyən etmək, “X13”ın Bakı filialının müdiri A.K.Najafimarganmaskanın 06 dekabr 2021-ci il tarixli, 2021/1470 nömrəli, 04 fevral 2022-ci il tarixli 2022/113 nömrəli və 06 aprel 2022-ci il tarixli, 2022/402 nömrəli məktublarında göstərilmiş xüsusatların araşdırılması üçün ********* nömrəli cinayət işinin materiallarından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1, 320.2 və 32.5, 320.2-ci maddələri ilə ayrıca icraata başqa cinayət işinin ayrılması qərara alınmışdır. İş materiallarından görünür ki, olduğu yer məlum olmadığından, 24 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarından görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən 19 aprel 2022-ci il tarixdə tutularaq, Xətai RPİ-nin MSY-yə təhvil verilmişdir. İş materiallarından görünür ki, 21 aprel 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, saxlandığı Xətai RPİ-nin MSY-dən azad olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Orucov X5-Qubadlı Hərbi Məhkəməsinin 24 noyabr 2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs təyin edilmiş 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin və ona 1 (bir) il sınaq müddəti təyin edilmişdir. Göründüyü kimi, hazırda Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında qeyd olunur ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, həmin cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini etiraf etməsini və əməlindən peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Eyni zamanda, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 19 aprel 2022-ci il tarixdən 21 aprel 2022-ci il tarixədək həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən, həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən, məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 20-ci bəndində göstərilir ki, Cinayət Məcəlləsinin 69.4-cu maddəsinə görə məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma cərimə, yaxud müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Qanunun bu norması imperativ xarakter daşıyır və müvafiq hallarda mütləq tətbiq olunmalıdır. Belə hallarda cəzanın yüngülləşdirilməsi və ya cəzadan tamamilə azad olunma CM-nin 69.4-cü maddəsinə istinad etməklə hökmün təsviri-əsaslandırıcı hissəsində əsaslandırılmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan - Təqsirləndirilən şəxs “X13”ın Bakı filialına təqdim etdiyi Dövlət Sərhəd Xidmətinə aid saxta xidməti vəsiqənin surəti və "xxxx" ASC-yə aid saxta ödəniş kartı üzrə çıxarışın surəti cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılmalıdır. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 2000 (iki min) manat miqdarda cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 2 (iki) gün həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla, ona təyin edilmiş 2000 (iki min) manat miqdarda cərimə cəzası yüngülləşdirilərək, ona qəti olaraq 1500 (bir min beş yüz) manat miqdarda cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan - Təqsirləndirilən şəxs “X13”ın Bakı filialına təqdim etdiyi Dövlət Sərhəd Xidmətinə aid saxta xidməti vəsiqənin surəti və "xxxx" ASC-yə aid saxta ödəniş kartı üzrə çıxarışın surəti cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov
Məhkəmə qərarları › İş №1(011)-306/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-306/2022
24.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver