Məhkəmə qərarları › İş №1(011)-307/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-307/2023

07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-307/2023 07.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçi – “Kiçikbəyov və Partnyorları” Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, məhkum olunmuş və məhkumluğu ödənilmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2vanında yaşamış, barəsində Xətai rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli talama məqsədi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus saxlanc yeri hesab edilən mənzilin giriş qapısını həmin mərtəbənin yanğınsöndürmə üçün avadanlıqların olduğu qutuda tapdığı açardan istifadə edərək qapını açaraq qanunsuz içəri daxil olub, mənzildə olan bir ədədinin dəyəri 120 manat olan 240 manat dəyərində 02 ədəd divar unitazı, bir metrinin dəyəri 8 manat olan 60 metr uzunluğunda 480 manat dəyərində 5sm-lik plintusları, bir ədədinin dəyəri 4 manat olan 22 ədəd 30X30sm ölçüdə 88 manat dəyərində asma tavan hissələri, bir ədədinin dəyəri 125 manat olan 1X0,6 metr olçüdə 05 ədəd 625 manat dəyərində mətbəx mebelinin şüşəli qapıları, bir ədədinin dəyəri 100 manat olan 1x0,6 metr ölçüdə 04 ədəd 400 manat dəyərində mətbəx mebelinin şüşəsiz qapıları, bir ədəd 90x50x40 sm ölçüdə 50 manat dəyərində mətbəx dolabının bir hissəsini, bir ədədinin dəyəri 300 manat olan 0,90X2,20 metr ölçüdə 05 ədəd 1500 manat dəyərində ağ rəngli təklaylı otaq qapısını, bir ədəd 600 manat dəyərində 1,80x4,40 metr ölçüdə cütlaylı otaq qapısını, 01 ədəd 800 manat dəyərində “LG” markalı paltaryuyan maşını, 01 ədəd 1000 manat dəyərində “Berger” markalı kombi aparatı, 01 ədəd 250 manat dəyərində aspiratoru, 01 ədəd 50 manat dəyərində smistiteli, 01 ədəd 250 manat dəyərində qaz plitəsini, 01 ədəd 350 manat dəyərində qaz sobasını, 01 ədəd 30 manat dəyərində elektrikli çayniki, 01 dəst 70 manat dəyərində çörək qabını, bir ədədinin dəyəri 700 manat olan 02 ədəd 1400 manat dəyərində moydadırı, bir ədədinin dəyəri 180 manat olan 02 ədəd 360 manat dəyərində duşu, bir ədədinin dəyəri 200 manat olan 02 ədəd 400 manat dəyərində eyvan qapılarını, bir ədədinin dəyəri 250 manat olan 03 ədəd 750 manat dəyərində radiatoru, 1200 manat dəyərində “Panasonic” elektrik qoşucuları, bir ədədinin dəyəri 24 manat olan 50 ədəd 1200 manat dəyərində spotları, 1200 manat dəyərində elektrik naqillərini və 01 ədəd 350 manat dəyərində elektrik şitini vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hissə gizli talayaraq ümumilikdə Zərərçəkmiş şəxs 13643 (on üç min altı yüz qırx üç) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahid ifadələri, habelə cinayət işinin materiallarında olan işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Аzərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək törətdiyi cinayət əməlini etiraf etmiş, öz müdafiəsi üçün heç bir dəlil gətirmədən ifadəsində göstərmişdir ki, əvvəllər oğurluq cinayəti törətdiyinə görə məhkum olunmuşdur. xx.xx.2022-ci il tarixdə oğurluq etmək məqsədilə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən 2944 nömrəli binanın blokuna daxil olmuşdur. Binanın 16-cı mərtəbəsindəki yanğınsöndürmə şitinin içinə baxanda oradan bir ədəd açar tapmışdır. Həmin açarı eyni mərtəbədəki evlərin qapılarına taxıb yoxlayanda mənzillərdən birinin qapısı açılmışdır. O, həmin mənzilə girib baxanda mənzilin yenicə təmirdən çıxdığını, lakin yaşayış olmadığını görmüşdür. Evdən heçnə götürmədən qapını bağlayıb çıxıb getmişdir. xx.xx.2022-ci il tarixdə yenidən həmin evə gəlib qapısını açarla açaraq mətbəxdən paltaryuyan maşını götürüb aparmışdır. xx.xx.2022-ci il tarixdə yenə həmin evə gəlib mətəxdən duxovka və qaz peçini söküb aparmışdır. xx.xx.2022-ci il tarixdə yenidən həmin evə gəlib balkonda quraşdırılmış kombini söküb aparmışdır. Bundan sonra 2023-cü ilin yanvar ayının əvvəlindən 30-dək olan müddət ərzində həmin evdə gecələməyə başlamışdır. Bu müddət ərzində evdəki otaq qapılarını, mətbəx mebelini, hamam otaqlarındakı tavanları, 2 ədəd unitazı, 2 ədəd moydadırı, smistitelləri, elektrik kabellərini, elektrik şitini, elektrik yuvalarını, elektrik çaynikini, çörək qabını, 2 ədəd eyvan qapılarını, plintusları, tavandakı spotları, kombi aparatını, radiatorları və bir sıra digər əşyaları sökərək evdən çıxarıb hissə-hissə satmışdır. Əldə etdiyi pulları öz şəxsi ehtiyacları üçün xərcləmişdir. xx.xx.2023-cü il tarixdə axşam saatlarında yaşadığı evdə olarkən polis əməkdaşları gələrək onu polis bölməsinə dəvət etmişlər. O, könüllü olaraq onlarla polis bölməsinə getmiş və törətdiyi hadisəni səmimi etiraf etmişdir. O, evdən oğurladığı əşyaların demək olar ki, bir hissəsini yaşadığı evin yaxınlığında ev alqı-satqısı ofisində işləyən Rövşən adlı şəxsə hissə-hissə satmışdır. Belə ki, 02 ədəd unitazı, plintusları, asma tavanın hissələrini, mətbəx mebelinin hissələrini, 05 ədəd tək laylı və 01 ədəd cüt laylı qapıları hissə-hissə daşıyaraq ümumilikdə iki həftə ərzində hissə-hissə pul almaqla ümumilikdə 2700 manat pul müqabilində Rövşənə satmışdır. Bundan başqa oğurladığı əşyalardan paltaryuyan maşını 150 manata, duxovkanı 100 manata, qaz peçini 50 manata, kombini 200 manata, elektrik yuvalarını 20 manata, spotları 40 manata, 2 ədəd moydadırı 100 manata, duş və smistitelləri 30 manata, elektrik şitini 20 manata, elektrik kabellərini 20 manata və digər əşyaları Sabunçu rayonu ərazisində yerləşən “Rus bazarı” adlanan bazarda tanımadığı şəxslərə satmışdır. Eyvan qapılarına pul verən olmadığından zibilliyə atmışdır. Rövşənə satdığı malların xalasına məxsus yeni tikili evin sökülməsi ilə bağlı satıldığını bildirmişdir. Bundan başqa bildirmişdir ki, törətdiyi oğurluq hadisəsini tək törətmiş, törətdiyi cinayət əməlindən başqa heç kimin məlumatı olmamışdır. Son olaraq əməlindən səmimi peşman olduğunu və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, biznes fəaliyyəti ilə bağlı tez-tez Rusiya Federasiyası və Çin Xalq Respublikasına gedib-gəlmişdir. 2015-ci ildə ünvan 4 ünvanında yeni tikilmiş binadan özünə 119 kv.m. sahəsi olan 3 otaqlı mənzil almışdır. Aldığı mənzil təmirsiz olduğundan 2021-ci ilin yay aylarında tanışı Müşfiq adlı şəxsə evi təmir etdirməyi tapşırmışdır. 2022-ci ilin dekabr ayında mənzilin təmiri yekunlaşmışdır. Təmir üçün o, Müşfiqə hissə-hissə ümumilikdə 41 500 manat məbləğində pul vermişdir. O, ailəsini Gədəbəy rayonundan götürüb təmiri yekunlaşmış evinə köçmək istəmişdir. Bu məqsədlə xx.xx.2023-cü il tarixdə axşam saat 21 radələrində ünvan 5 ünvanındakı evinə gəlib baxan zaman evinin qarət olunduğunu aşkar etdim. Evindən 800 manata aldığı “LG” markalı paltaryuyan, 1000 manat dəyərində “Berger” markalı kombi, ümumi dəyəri 2800 manat olan mətbəx mebelinin yarısı, yəni 1800 manat dəyərində olan şüşəli hissəsi, 250 manat dəyərində aspirator, 50 manat dəyərində mətbəx smistiteli, 250 manat dəyərində qaz peçi, 350 manat dəyərində duxovka, 30 manat dəyərində elektrik çayniki, 70 manat dəyərində çörək qabı dəsti, hər biri 350 manat olan 2 ədəd unitaz, hər biri 700 manat olan 2 ədəd moydadır, ümumi dəyəri 750 manat olan hamam otağının taxma tavanları (podvesnoy), hər birinin dəyəri 180 manat olan 2 ədəd duş, hər biri 500 manat olan 6 ədəd otaq qapıları, hər biri 200 manat olan eyvan qapıları, hər biri 250 manat olan 3 ədəd radiator, ümumi dəyəri 1200 manat olan “Panasonic” markalı elektrik qoşucuları, ümumi dəyəri 1200 manat təşkil edən 50 ədəd spot, 1200 manat dəyərində elektrik kabelləri, 350 manat dəyərində elektrik şiti və 820 manat dəyərində plintusun oğurlandığını aşkar etmişdir. Baş vermiş hadisə barədə dərhal polisə məlumat vermişdir. Baş vermiş hadisə ilə bağlı şübhələndiyi heç kim yoxdur. Onun evindən ümumilikdə 16730 (on altı min yeddi yüz otuz) manat dəyərində əmlakı oğurlanmışdır. O, ilkin ərizədə oğurlanmış əmlakının qiymətini təxmini olaraq yazmışdır. Sonradan aldığı əmlakının qiymətini və sayını dəqiqləşdirdikdə məbləğin artıq olduğunu müəyən etmişdir. O, sonuncu dəfə mənzilinə 2022-ci ilin iyun ayında gəlib baxmışdır. Həmin vaxt evində təmir işləri tamamlanmışdır. Bundan sonra xx.xx.2023-cü il tarixdə evinə gələn zaman qarət olunduğunu aşkar etmişdir. Hazırda ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxsə qanuni cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, ünvan 6 ünvanında yerləşən binanın birinci mərtəbəsində ev alqı-satqısı ofisində fərdi qaydada makler kimi fəaliyyət göstərir. Təqsirləndirilən şəxs uzun müddətdir ki, işlədiyim ofisin yaxınlığında yaşayan şəxs və fəhlə kimi tanımışdır. 2022-ci ilin dekabr ayının sonlarında, Həsən onun işlədiyi ofisə yaxınlaşaraq bildirmişdir ki, xalasının şəhərdə olan həyət evi sökülür, yeni təmirdən çıxan ev olduğuna görə, evin bəzi tikinti materialları və mebel hissələri satılır. Daha sonra özünə məxsus mobil telefonda həmin əşyaların fotoşəkillərini göstərmiş, o da, onunla ümumi şəkildə qiymətləşərək razılaşmışdır. Daha sonra Həsən ofisə bir ədəd otaq qapını nümunə kimi gətirib göstərmiş, o da, onunla razılaşdığı kimi, ümumilikdə təqdim olunan 02 ədəd unitaza, plintuslara, asma tavanın hissələrinə, mətbəx mebelinin hissələrinə, 05 ədəd tək laylı və 01 ədəd cüt laylı qapılara görə 2700 manat məbləğində pulu Həsənə hissə-hissə təxminən iki həftə ərzində vermişdir. Pulu Həsənə nağd şəkildə, o, satdığı ev əşyalarını gətirdikcə vermişdir. Daha sonra həmin əldə etdiyi əşyaları ünvan 7 ünvanında yerləşən avtomobil üçün nəzərdə tutulmuş qaraja yükləmişdir. Daha sonra əşyalar yer tutduğuna görə onları yük avtomobili ilə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən bağ evinə aparmışdır. Əşyaları orada saxlayırdı. Daha sonra təxminən 08 fevral 2023-cü il Xətai RPİ-nin 36-cı polis bölməsinin əməkdaşları işlədiyi ofisə yaxınlaşaraq Təqsirləndirilən şəxs barədə sorğu-sual etmişlər. Aralarında olan alqı-satqını olduğu kimi polis əməkdaşlarına bildirmiş, əldə etdiyi əşyaları saxladığı da, yeri də polis əməkdaşlarına göstərmiş, daha sonra isə həmin əşyalar cinayət işi üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyinə görə götürülmüşdür. Həmin əşyaların oğurluq yolu ilə əldə edilməsi barədə heç bir məlumatı olmamış, həmin malların oğurluq olduğunu yalnız sonradan bilmiş, artıq polis əməkdaşları tərəfindən məlumat veriləndə. Təqsirləndirilən şəxs bildiyinə görə keçmiş idmançıdır və fiziki cəhətdən çox güclüdür, bu səbəbdən də o, bütün malları tək, üzərində daşımaqla hissəhissə gətirmişdir. Həmin malları hər hansı avtomobildən istifadə etmədən özü gətirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, özü müxtəlif evlərin təmirini prorab kimi həyata keçirməklə məşğuldur. Zərərçəkmiş şəxsı iki ilə yaxın müddətdir ki, tanımış, 2021-ci ilin iyun ayının əvvəllərində Arzuman ona bildirmişdir ki, ona məxsus ünvan 8 ünvanında yerləşən evini təmir etdirmək istəmişdir. Onunla təmirin qiymətini 43000 manata razılaşmışlar. Bundan sonra evin təmirinə başlamışdır. 2022-ci ilin iyul ayında təmir işləri tamamlanma ərəfəsində Arzuman hissə-hissə olmaqla ümumilikdə 41500 manat məbləğində pul ödəmişdir. 1500 manat isə borclu qalmışdır. Evdə olan avadanlıqları o, Arzumanla birlikdə almışdır. xx.xx.2023-cü il tarixdə axşam saatlarında Arzuman ona zəng edərək bildirmişdir ki, onun evi tamamilə qarət olunmuşdur. O, tez bir zamanda evə gəlib baxanda ümumi dəyəri təxminən 16000 manat olan paltaryuyan, kombi, 3 ədəd radiator, 5 ədəd təklaylı, 1 ədəd cütlaylı qapıları, 2 ədəd eyvan qapıları, 2 ədəd unitaz, 2 ədəd moydadır, hamam otaqlarının taxma tavanı, 2 ədəd duş, smistitellər, elektrik şiti, elektrik yuvaları, elektrik kabelləri, plintuslar və sair əşyalar oğurlanmışdır. Həmçinin bildirmişdir ki, baş vermiş hadisə ilə bağlı şübhələndiyi hər hansı şəxs yoxdur, birinci dəfədir ki, belə bir hadisə ilə rastlaşmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 07 fevral 2023-cü il tarixli qərardan örünür ki, Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işi başlanılaraq icraata qəbul edilib istintaqı aparılmışdır (i.v. 1-2). Cinayət işinin başlanılmasına əsas və səbəb – naməlum şəxsin Zərərçəkmiş şəxs məxsus ünvan 9 ünvanındakı mənzilə gizli yolla daxil olaraq ümumi dəyəri 15000 manat olan məişət əşyalarının gizli yolla talayaraq oğurlaması və bu barədə xx.xx.2023-cü il tarixdə Xətai RPİ-nin 36-cı PB-yə daxil olmuş ərizə əsasında toplanmış material olmuşdur (i.v. 3-19). 08 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 39). 10 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilıən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan edilməklə həmin tarixdə barəsində Xətai rayon Məhkəməsi tərəfindən həbsetmənin əvvəli 08 fevral 2023-cü il tarixdən hesablanmaqla barəsində 02 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i.v. 58-59, 74-77). 10 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur (i.v. 115-117). Cinayət işi üzrə aparılmış istintaq zamanı xx.xx.2023-cü il tarixdə iş üzrə şübhəli şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs iştirakı ilə ifadənin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş və o, törətdiyi cinayət əməlini bir daha əyani şəkildə göstərmişdir. Bu barədə tərtib edilmiş protokol və istintaq hərəkətinin fotoşəkilləri çəkilərək cinayət işinin istintaq materiallarına əlavə edilmişdir (i.v. 51-57). Cinayət işinin istintaq materiallarına əlavə edilmiş Xətai RPİ-nin 36-cı PB-nin təhqiqatçısı, polis mayoru Ramil İsmayılov tərəfindən tərtib edilmiş baxış keçirilməsi və götürmə aparılması haqqına protokollardan məlum olmuşdur ki, Şahid1 Təqsirləndirilən şəxs aldığı ümumilikdə 02 ədəd unitaz, 60 metr uzunluğunda plintuslar, taxma tavanın hissələri, mətbəx mebelinin şüşəli və şüşəsiz qapıları, mətbəx şkafının bir hissəsi, 05 ədəd təklaylı, 01 ədəd cütlaylı otaq qapılar ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evinin boş yataq otağından və ünvan 11 ünvanında yerləşən avtomobilin saxlanılması üçün nəzərdə tutulmuş bir ədəd dəmir qarajdan aşkar edilərək götürülmüşdür. Bu barədə tərtib edilmiş protokollar və çəkilmiş fotoşəkillər cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyinə görə cinayət işinin istintaq materiallarına əlavə edilmişdir (i.v. 15-18). Cinayət işinin istintaq materiallarına əlavə edilmiş əşyanın tanınmaya təqdim edilməsi istintaq hərəkəti zamanı, Şahid1 göstərdiyi ünvanlardan aşkar edilərək götürülmüş məişət əşyaları, yəni 02 ədəd divar unitazı, 60 metr uzunluğunda 5sm-lik plintuslar, 04 ədəd 30x30sm ölçülü asma tavanın hissələri, 05 ədəd 1x0,6 metr ölçülü mətbəx mebelinin şüşəli qapıları, 04 ədəd 1x0,6 metr ölçülü mətbəx mebelinin şüşəsiz qapıları, 90x50x40 sm ölçülü mətbəx şkafı, 05 ədəd 0,90x2,20 metr ölçülü, ağ rəngli təklaylı otaq qapıları və 01 ədəd 1,80x4,40 metr ölçülü bir ədəd cütlaylı otaq qapısı iş üzrə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs təqdim olunmuş və o, həmin əşyaları tanıyaraq ona məxsus olduğunu bir daha təsdiq etmişdir. Bu barədə tərtib edilmiş xx.xx.2023-cü il tarixli protokol və istintaq hərəkətinin fotoşəkilləri çəkilərək cinayət işinin istintaq materiallarına əlavə edilmişdir (i.v. 47-49). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iqtisad ekspertizaları şöbəsinin baş ekspertinin 9/2153 nömrəli 30 mart 2023-cü il tarixli rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 02 ədəd divar unitazının bir ədədinin qiyməti 120 manat, iki ədədinin qiyməti 240 manat; 60 metr uzunluğunda 5sm-lik plintusların bir metrinin qiyməti 8 manat olmaqla, ümumi qiyməti 480 manat; 30x30sm ölçülü asma tavanın hissələrinin bir ədədinin qiyməti 22 manat olmaqla, 04 ədədinin qiyməti 88 manat; 1x0,6 metr ölçülü mətbəx mebelinin şüşəli qapılarının bir ədədinin qiyməti 125 manat olmaqla, 05 ədədinin qiyməti 625 manat; 1x0,6 metr ölçülü mətbəx mebelinin şüşəsiz qapılarının bir ədədinin qiyməti 100 manat, 04 ədədinin qiyməti 400 manat; 90x50x40 sm ölçülü mətbəx şkafının qiyməti 50 manat; 0,90x2,20 metr ölçülü, ağ rəngli təklaylı otaq qapılarının bir ədədinin qiyməti 300 manat olmaqla, 05 ədədinin qiyməti 1500 manat və 1,80x4,40 metr ölçülü bir ədəd cütlaylı otaq qapısının qiyməti 600 manat olmaqla, ümumilikdə ekspertiza tədqiqatına təqdim edilmiş malların 2022-ci ilin dekabr – 2023-cü ilin yanvar aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 3983,00 manat müəyyən edilir (i.v. 78-81, 97-99). Cinayət işi üzrə aparılmış istintaq zamanı DİN BƏSİİ-dən iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs tələbnaməsi alınmış və müəyyən olmuşdur ki, o, Xətai rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.3, 177.2.4 və 69.4-cü maddələri ilə təqsirli bilinib, 3500 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Xətai rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cərimə cəzası 11 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş hesab olunmuşdur (i.v. 86-96). Cinayət işi üzrə aparılmış istintaq zamanı aşkar edilərək götürülmüş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin iqtisad ekspertizaları şöbəsinin baş ekspertinin 9/2153 nömrəli 30 mart 2023-cü il tarixli rəyində qeyd olunan 02 ədəd divar unitazı, 60 metr uzunluğunda 5sm-lik plintuslar, 04 ədəd 30x30sm ölçülü asma tavanın hissələri,05 ədəd 1x0,6 metr ölçülü mətbəx mebelinin şüşəli qapıları,04 ədəd 1x0,6 metr ölçülü mətbəx mebelinin şüşəsiz qapıları, 90x50x40 sm ölçülü mətbəx şkafı, 05 ədəd 0,90x2,20 metr ölçülü, ağ rəngli təklaylı otaq qapılarıvə 01 ədəd 1,80x4,40 metr ölçülü bir ədəd cütlaylı otaq qapısı cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyinə görə iş üzrə maddi sübut kimi tanınmış və cinayət işi üzrə təqsirləndirilən şəxsin istintaq materialları ilə tanış olma mərhələsindən sonra saxlanılması üçün iş üzrə Zərərçəkmiş şəxs təhvil verilmişdir (i.v. 104-110). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan törətdiyi cinayət əməlləri cinayət işi üzrə toplanmış sübutların məcmusu, özünün səmimi etirafedici ifadələri, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, hadisə yerinə baxış keçirilməsi haqqında və ifadənin yerində yoxlanılması haqqında protokollar, məhkəməəmtəəşünaslıq ekspertizasının rəyi, maddi sübutlar və digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Belə ki, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən, xeyli miqdarda ziyan vurmaqla törədildikdə CM-nin 177.2.4-cü maddəsinə əsasən cinayət hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair ” 09 iyun 2011-ci il tarixli Qərarında Plenum CM-in 177.2.3-cü maddəsində əksini tapan “başqa saxlanc yerləri” və həmin “saxlanc yerlərinə qanunsuz daxil olma” ifadələrinə aydınlıq gətirərək qeyd etmişdir ki, “daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Nəzərə alınmalıdır ki, daxil olmaya, həmçinin şəxsin bilavasitə nəzərdə tutulmuş yerlərə girmədən müxtəlif vasitələrdən (qarmaqdan, maqnitdən, öyrədilmiş heyvanlardan, habelə anlaqsız, azyaşlı və ya vicdanlı surətdə yanılmış şəxslərdən) istifadə etməklə binada, anbarda, habelə digər saxlanc yerlərində olan əşyaları götürməsi də aiddir. Daxil olma məqsəd deyil, təqsirli şəxsin götürmək istədiyi əşyaları əldə etmək üçün bir vasitədir. Şəxsin yuxarıda göstərilən yerlərdən maddi nemətləri götürmək niyyəti həmin yerlərə daxil olmaqdan əvvəl yaranmalıdır, əks təqdirdə daxil olma əlaməti yaranmayacaqdır. Başqa saxlanc yerlərinə dəyəri olan maddi nemətlərin xarab olmaqdan, məhv olmaqdan, talanmaqdan, təbiət hadisələrindən qorunması məqsədi ilə daimi və yaxud müvəqqəti saxlanılması üçün nəzərdə tutulmuş xüsusi qurğu, yer və ya ərazi sahəsi aid edilir. Başqa saxlanc yerlərinə, eləcə də hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş seyflər, vaqonlar və ya başqa cür mühafizə ilə təmin edilmiş, mülkiyyət formasından asılı olmayan yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri və s. aiddir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında Plenum qərara almışdır ki:”… Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir..... Təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir.... Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər, CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır.” Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan – 08 fevral 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri də hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan -02 ədəd divar unitazı, 60 metr uzunluğunda 5sm-lik plintuslar, 04 ədəd 30x30sm ölçülü asma tavanın hissələri, 05 ədəd 1x0,6 metr ölçülü mətbəx mebelinin şüşəli qapıları, 04 ədəd 1x0,6 metr ölçülü mətbəx mebelinin şüşəsiz qapıları, 90x50x40 sm ölçülü mətbəx şkafı, 05 ədəd 0,90x2,20 metr ölçülü, ağ rəngli təklaylı otaq qapıları və 01 ədəd 1,80x4,40 metr ölçülü bir ədəd cütlaylı otaq qapısı cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyinə görə iş üzrə maddi sübut kimi tanınmış və cinayət işi üzrə təqsirləndirilən şəxsin istintaq materialları ilə tanış olma mərhələsindən sonra saxlanılması üçün iş üzrə Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirəyə məruz olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4cü maddələri ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 08 fevral 2023-cü il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan - 02 ədəd divar unitazı, 60 metr uzunluğunda 5sm-lik plintuslar, 04 ədəd 30x30sm ölçülü asma tavanın hissələri, 05 ədəd 1x0,6 metr ölçülü mətbəx mebelinin şüşəli qapıları, 04 ədəd 1x0,6 metr ölçülü mətbəx mebelinin şüşəsiz qapıları, 90x50x40 sm ölçülü mətbəx şkafı, 05 ədəd 0,90x2,20 metr ölçülü, ağ rəngli təklaylı otaq qapıları və 01 ədəd 1,80x4,40 metr ölçülü bir ədəd cütlaylı otaq qapısı cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyinə görə iş üzrə maddi sübut kimi tanınmış və cinayət işi üzrə təqsirləndirilən şəxsin istintaq materialları ilə tanış olma mərhələsindən sonra saxlanılması üçün iş üzrə Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınan – hadisə yerindən görüntüləri əks etdirən bir ədəd DVD-R diski cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar