Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-307/2025 17.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazidiyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda, satış məqsədi olmadan, qanunsuz olaraq, xeyli miqdarda 01 ədəd bükümdə, təmiz çəkisi 0,218 qram olan narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair daxil olmuş məlumat əsasında Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 18 mart 2025-ci il tarixdə, saat 13:27-də ünvan 2 ünvanın yaxınlığında saxlanılıb videoçəkilişdən istifadə edilməklə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli cins şalvarın sol yan cibindəki 01 ədəd kibrit qutusunun içərisindən 01 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükümdə, təmiz çəkisi 0,218 qram olan açıq qəhvəyi rəngli, tozşəkilli maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 18 mart 2025-ci il tarixdə saat 13:20 radələrində ünvan 2 ünvanın yaxınlığında piyada hərəkət edən zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş və ondan özünü təqdim etməyini tələb etmişlər. O da polis əməkdaşlarına hər hansı bir etiraz etmədən özünü təqdim edərək barəsində olan məlumatları onlara bildirmişdir. Daha sonra polis əməkdaşları ona hüquq və vəzifələrini izah etmişlər, o da polis əməkdaşlarına hüquq və vəzifələrinin aydın olduğunu söyləmişdir. Bundan sonra polis əməkdaşları saxlanıldığı yerdə üzərinə baxış keçiriləcəyini bildirmişlər. Buna görə də ondan üzərində qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı bir əşya və ya predmet olduğu təqdirdə könüllü təqdim etməyini tələb etmişlər. O da əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 1 ədəd kibrit qutusunu polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi 1 ədəd kibrit qutusu açıldıqda içərisindən 1 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş büküm aşkar edilmişdir. Polis əməkdaşları ondan təqdim etdiyi kibrit qutusunun içərisindəki bükümün içərisində olan kütlənin nə olmasını, kimdən və nə vaxt əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda o, həmin kütlənin narkotik vasitə olan heroin olduğunu və həmin kütləni 18 mart 2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 20 (iyirmi) manata əldə etdiyini bildirmişdir. Daha sonra onun üzərinə və əynində olan digər geyim paltarlarına axtarış keçirilmişdir. Həmin vaxt əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən özünə məxsus 1 ədəd ağ rəngli «Xiaomi» markalı mobil telefon, şalvarın sol yan cibindən isə 2 ədəd 1 manatlıq kağız pul əskinası aşkar edilmişdir. Mobil telefon polis əməkdaşları tərəfindən götürülmüş, 2 manat məbləğində pul isə ona qaytarılmışdır. Təqdim etdiyi 1 ədəd kibrit qutusunun içərisindəki 1 ədəd büküm elektron tərəzidə çəkilmiş və daha sonra içərisi boş olan 1 ədəd zərfin içərisinə qoyularaq qablaşdırılmışdır. Zərfin üzəri möhürlənmiş, o və polis əməkdaşları tərəfindən imzalanmışdır. Əməlindən peşmandır, bir daha belə hallara yol verməyəcək. Polis bölməsində ona qarşı hər hansı bir psixi və ya fiziki təzyiq göstərilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, 18 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra o, X2 və Şahid1 ilə birlikdə daxil olmuş əməliyyat məlumatı əsasında 18 mart 2025-ci il tarixdə saat 13:10-13:20 radələrində A.Səhhət küçəsi 70 saylı ünvanın qarşısına gəlmişlər. Bir neçə dəqiqədən sonra orada xarici görünüş əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən təxminən 25-30 yaşlarında olan bir nəfər şəxsin onlara tərəf piyada hərəkət etməsini görüb ona yaxınlaşmış və xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Daha sonra həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 1 ədəd kibrit qutusunu təqdim etmişdir. Kibrit qutusu açıldıqda içərisindən 1 büküm aşkar edilmişdir. Həmin bükümün içərisində qəhvəyi rəngli, toz halında olan kütlənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kibrit qutusunun içərisində nə olmasını, kimdən, nə vaxt və nə məqsədlə əldə etməsini soruşduqda o, bükümün içərisində heroin olmasını, həmin bükümü 18 mart 2025-ci il tarixdə səhər saatlarında NZS qəsəbəsində üzdən tanıdığı, lakin anket məlumatlarını və əlaqə vasitələrini bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 20 manat məbləğində nağd pula aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim büküm elektron tərəzidə çəkildikdə bükümün çəkisinin 0,27 qram olması müəyyən edilmişdir. Həmin büküm zərfin içərisinə qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxsə qarşı hər hansı bir psixi və ya fiziki təzyiq göstərilməmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, 18 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədilə tərəfindən şöbə rəhbərliyinə məruzə edilmişdir. Şöbə rəhbərliyinin göstərişindən sonra Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa olunması üçün əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Əməliyyat tədbirlərinin keçirilməsi üçün o, şöbənin əməliyyat müvəkkili, polis kapitanı X2 və şöbənin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Bundan sonra o, X2 və Şahid2 ilə birlikdə daxil olmuş əməliyyat məlumatı əsasında 18 mart 2025-ci il tarixdə saat 13:10-13:20 radələrində ünvan 2 ünvanın qarşısına gəlmişlər. Həmin yerdən mobil telefon vasitəsilə videoçəkiliş etməklə müşahidə aparmağa başlamışlar. Bir neçə dəqiqədən sonra orada qarşı istiqamətdən əməliyyat məlumatına əsasən xarici görünüş əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən təxminən 25-30 yaşlarında olan bir nəfər şəxsin onlara tərəf piyada hərəkət etməsini görüb ona yaxınlaşmış və xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Daha sonra həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü xx xxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, ünvan 1-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib hüquq və vəzifələrini, eləcə də saxlanıldığı andan müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququnun olduğunu izah etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan edilmiş və ya məhdudlaşdırılmış hər hansı bir əşya və ya predmet olarsa könüllü təqdim etməsini təklif etmişlər. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 1 ədəd kibrit qutusunu təqdim etmişdir. Kibrit qutusu açıldıqda içərisindən 1 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş büküm aşkar edilmişdir. Həmin bükümün içərisində qəhvəyi rəngli, toz halında olan kütlənin olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kibrit qutusunun içərisindən aşkar edilmiş bükümün içərisində olan kütlənin nə olmasını, kimdən, nə vaxt və nə məqsədlə əldə etməsini soruşduqda o, bükümün içərisində olan kütlənin narkotik vasitə olan heroin olmasını, həmin bükümü 18 mart 2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsində üzdən tanıdığı, lakin anket məlumatlarını və əlaqə vasitələrini bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 20 manat məbləğində nağd pula aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirildikdə əynindəki boz rəngli cins şalvarın sol yan cibindən 2 ədəd 1 manatlıq kağız pul əskinası, şalvarın sağ cibindən isə 1 ədəd ağ rəngli «Xiaomi Redmi» markalı mobil telefon aşkar edilmişdir. Onun üzəri və digər geyim paltarları yoxlanılsa da üzərindən digər hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kibrit qutusunun içərisindən aşkar edilmiş 1 ədəd büküm elektron tərəzidə çəkildikdə bükümün çəkisinin 0,27 qram olması müəyyən edilmişdir. Həmin büküm içərisi boş olan 1 ədəd zərfin içərisinə qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Videoçəkilişin davamı olaraq Təqsirləndirilən şəxs onlarla birlikdə getməsi üçün Xətai RPİnin 37-ci PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs buna etiraz etmədikdən sonra onu üzərindən aşkar edilmiş 1 (bir) ədəd büküm və digər maddi sübutlarla birlikdə Xətai RPİnin 37-ci PŞ-nə gətirib şöbənin təhqiqatçısı, polis kapitanı Bahadur Ənnağızadəyə təhvil vermişlər. X1 ilk olaraq Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs saxlanılması, üstünün yoxlanılması və üzərinə baxış keçirilməsinin videogörüntüsü olan bir ədəd diskə kompüterdə baxış keçirilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs bir daha üstünün yoxlanılması və üzərinə baxış keçirilməsinə heç bir narazılığının və etirazının olmadığını, üzərindən aşkar olunmuş, içərisində qəhvəyi rəngli, toz halında kütlə olan 1 ədəd bükümün ona məxsus olmasını bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd büküm zərfin içərisindən çıxarılıb bir daha elektron tərəzidə çəkildikdə bükümün içərisində olan kütlə ilə birlikdə çəkisinin 0,27 qram olması müəyyən edilmişdir. Həmin büküm təhqiqatçı tərəfindən yenidən həmin zərfin içərisinə qablaşdırılmış, zərfin üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sonda təhqiqatçı videoçəkilişin yekunlaşmasını bildirmişdir. Videoçəkilişə baxış keçirilməsi barəcə protokol tərtib olunmuşdur. Tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən protokolun tərtibatına dair hər hansı bir şikayət, etiraz və ya təklif olmadığından doğruluğu o və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 19 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v.1); əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və baxış keçirilməsinə dair 18 mart 2025-ci il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində olan boz rəngli cins şalvarın sol yan cibindən 1 (bir) ədəd kibrit qutusunu təqdim etmişdir. Həmin kibrit qutusu açıldıqda içərisində 1 (bir) ədəd şəffaf rəngli sellofan büküm aşkar olunmuşdur. Bükümün içərisi açıldıqda isə içərisində qəhvəyi rəngli tozşəkilli kütlə aşkar edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 2 (iki) ədəd 1 (bir) manatlıq kağız pul əskinası və sağ yan cibindən 1 (bir) ədəd “Xiaomi” markalı mobil telefon aşkar edilmişdir. Narkotik vasitəyə bənzər kütlə Çin istehsallı üzərində heç bir yazı olmayan elektron tərəzidə çəkilmiş, çəkisi 0.27 qram olması müəyyən edilmiş, sonra həmin kütlə içərisi boş olan zərfin içərisində qablaşdırılmış və zərfin üzəri möhürlənərək tədbir iştirakçıları, saxlanılan şəxs və təhqiqatçı tərəfindən imzalanmış və götürülmüşdür. Daha sonra şəxsin üzəri yoxlanılmış, sonuncunun üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya predmetə rast gəlinməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd şəffaf rəngli sellofan bükümdə qəhvəyi rəngli tozşəkilli kütlə və 1 (bir) ədəd mobil telefon sonuncudan götürülmüşdür və digər əşyalar sonuncuya geri qaytarılmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik vasitənin heroin olmasını və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirmişdir. Üstünü yoxlama və baxış ünvan 3 ünvanının qarşısında keçirilmişdir (i.v. 11-12); təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında 18 mart 2025-ci il tarixli protokoldan görünür ki, təqdim olunan zərfdə qablaşdırılmış 1 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümdə olan qəhvəyi rəngdə toz şəkilli narkotik maddəyə bənzər kütlə aşkar olunmuş və elektron tərəzidə çəkilərək çəkisinin qablaşdırma ilə birlikdə 0.27 qram olduğu müəyyən edilmişdir. Sonra həmin maddə yenidən qablaşdırılıb möhürlənmiş, daha sonra 1 ədədd DVD-yə Lenovo markalı kompüterdə baxış keçirilmişdir. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan qəhvəyi rəngdə toz şəkilli narkotik maddəyə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan həmin maddənin aşkar olunmasını bildirməsi əksini tapmışdır (i.v. 19-20); şübhəli şəxsin tutulması haqqında 18 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 13:27 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 31); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 mart 2025-ci il tarixli, 3-16-16/2-6/1150/2025 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: «Azərbaycan Respublikası DİN Zərflər üçün № 153»-li dairəvi möhür əksi, «Təqsirləndirilən şəxs (imza)» yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,218 qram açıq qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»in İ siyahısına daxildir (i.v. 43-46); diskdə olan videoyazıya baxış keçirilməsi haqqında 19 mart 2025-ci il tarixli protokollardan görünür ki, disklərdə olan həmin görüntülər, əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və baxış keçirilməsi, həmçinin təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında 18 mart 2025-ci il tarixli protokollara uyğun olmuşdur (i.v. 57-60); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 20 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 61-62); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(011)-158/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır (i.v. 79-83); maddi sübut kimi tanınma haqqında 24 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə vieoçəkiliş aparılmaqla üstünün yoxlanılması, üzərinə baxış keçirilməsi, üzərindən aşkar edilmiş əşya və predmetlərə baxış keçirilməsi və predmetlərin götürülməsi zamanı qeydə alınmış videogörüntülərin olduğu 02 ədəd “DVD-R” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir (i.v. 93); maddi sübut kimi tanınma haqqında 07 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.218 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.168 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmışdır (i.v. 101); Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 05 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü ildə cəza müddəti başa çatmışdır (i.v. 102-103); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 Şəxsinin xx.xx.2025-ci il tarixli, 1806 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F11.2 diaqnozu ilə dispanser qeydiyyatdadır (i.v. 143-144); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(011)-251/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 01 ay olmaqla, ümumilikdə 03 ayadək, yəni 18 iyun 2025-ci il tarixədək uzadılmışdır (i.v. 159-161); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 24 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.218 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.168 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Xətai RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, məhkəmə-kimyəvi və məhkəmənarkoloji ekspertizalarının rəyləri, əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və baxış keçirilməsinə dair protokol, təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında protokol, diskə baxış protokolu, maddi sübut kimi tanınma haqqında qərarlar iş üzrə sübut növü kimi qiymətləndirilmişlər (i.v. 183-191). Məhkəmə istintaqı zamanı birinci diskdə olan görüntüyə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində olan boz rəngli cins şalvarın sol yan cibindən 1 (bir) ədəd kibrit qutusunu çıxarıb təqdim edir. Həmin kibrit qutusu açıldıqda içərisində 1 (bir) ədəd şəffaf rəngli sellofan büküm aşkar olunur. Bükümün içərisi açıldıqda isə içərisində qəhvəyi rəngli tozşəkilli kütlə aşkar edilir. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 2 (iki) ədəd 1 (bir) manatlıq kağız pul əskinası və sağ yan cibindən 1 (bir) ədəd “Xiaomi” markalı mobil telefon aşkar edilir. Narkotik vasitəyə bənzər kütlə elektron tərəzidə çəkilir və çəkisinin 0.27 qram olması müəyyən edilir, sonra həmin kütlə içərisi boş olan zərfin içərisində qablaşdırılır və zərfin üzəri möhürlənərək tədbir iştirakçıları, saxlanılan şəxs və təhqiqatçı tərəfindən imzalanır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik vasitənin heroin olmasını və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirir. Məhkəmə istintaqı zamanı ikinci diskdə olan görüntüyə baxış keçirilmiş, təqdim olunan zərfdə qablaşdırılmış 1 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümdə olan qəhvəyi rəngdə toz şəkilli narkotik maddəyə bənzər kütlə aşkar olunur və elektron tərəzidə çəkilərək çəkisinin qablaşdırma ilə birlikdə 0.27 qram olduğu müəyyən edilir. Sonra həmin maddə yenidən qablaşdırılıb möhürlənir, daha sonra 1 ədədd DVD-yə Lenovo markalı kompüterdə baxış keçirilir. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan qəhvəyi rəngdə toz şəkilli narkotik maddəyə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan həmin maddənin aşkar olunmasını bildirməsi əksini tapır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən təmiz çəkisi 0.218 qram olan narkotik vasitə heroin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanı çəkmələri nəzərdə tutulmuşdur; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını (CM-nin-59.2) cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə 05 ay 26 gün müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2024-cü ildə cəza müddəti başa çatdığından azad edilmiş, lakin azad edildiyi vaxtdan 02 il keçmədən, yəni 18 mart 2025-ci il tarixdə hazırki cinayət əməlini törətmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən ona CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı (CM-65.2.), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), cəzasının əvvəli 18 mart 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.218 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.168 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd “DVD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), 114 (yüz on dörd) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 18 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Növbətçi Hissəsinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.218 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.168 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd “DVD- R” formatlı disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 114 (yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-307/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-307/2025
17.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver