Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-308/2020 12.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Hüseyn oğlunun, Təqsirləndirilən şəxs1 və müdafiəçisi –Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxxxx 1994-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 mənzil 24 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə və xx xxxxxx 1987-ci ildə ermənistan respublikası Kalinin rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası ƏN-nin Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin xeyli miqdarda əmlakını gizli yolla talayıb oğurluq etmişdir. Belə ki, o,özgənin əmlakını talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında xx xxxx 2020-ci il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs Hüseyn oğlunun yaşadığı Bakı şəhəri Xətai rayonu S.Ə.Şirvani küçəsi 9 saylı binanın 57 nömrəli mənzilinin qarşısına gələrək orada qapını açar seçmə yolu ilə açmış, aralarında olan razılaşmaya görə o, bayırda gözləmiş, Təqsirləndirilən şəxs2 isə qanunsuz yaşayış sahəsinə daxil olub yataq otağındakı dolabın içərisində saxlanc yeri hesab olunan sandıqcadan sonuncuya məxsus 02 ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları və “750” əyar damğası əks olunmuş, metalı 750 əyarlı qızıla uyğun, 11,07 qram çəkidə, 1016 manat qiymətində brilyant qaşlı üzükləri, 01 ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları və “585” əyar damğası əks olunmuş, metalı 585 əyarlı qızıla uyğun, 2,59 qram çəkidə, qaşları qiymətli qaşlara aid olmayan 168 manat qiymətində üzüyü, 01 ədəd sarı rəngli metaldan, üzərində “585” əyar damğası əks olunmuş, metalı 585 əyarlı qızıla uyğun, 2,46 qram çəkidə, 160 manat qiymətində üzüyü, 01 ədəd sarı rəngli metaldan, üzərinə “585” əyar damğası əks olunmuş, metalı 585 əyarlı qızıla uyğun, 4,96 qram çəkidə, 322 manat qiymətində, 01 ədəd sarı rəngli metaldan, üzərində “750” əyar damğası əks olunmuş, metalı 750 əyarlı qızıla uyğun, çəkisi 4,80 qram, 408 manat qiymətində bir cüt 480 manat qiymətində 750 əyarlı ağ qızıldan sırğanı, 05 ədəd 700 manat qiymətində 585 əyarlı sarı qızıldan kulonları, 01 ədəd 100 manat qiymətində üzərində göz muncuğu olan “585” əyarlı sarı qızıldan boyunbağını, 03 ədəd 582 manat qiymətində “585” əyarlı sarı qızıldan boyunbağıları, 01 ədəd 550 manat qiymətində brilyant qaşlı “750” əyarlı sarı qızıldan kişi üzüyünü, 01 ədəd 500 manat qiymətində “585” əyarlı sarı qızıldan kişi üzüyünü, 01 ədəd 70 manat qiymətində “585” əyarlı sarı qızıldan sancağı, 01 ədəd 250 manat qiymətində “585” əyarlı sarı qızıldan beşliyi, 01 ədəd 170 manat qiymətində “585” əyarlı sarı qızıldan uşaq qolbağını, 01 ədəd 300 manat qiymətində “585” əyarlı sarı qızıldan qolbağını və 01 ədəd 280 manat qiymətində “585” əyarlı sarı qızıldan qadın qolbağısını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 6056 (altı min əlli altı) manat məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında razılşamaya uyğun olaraq xx xxxx 2020-ci il tarixdə saat 17 radələrində Zərərçəkmiş şəxs Hüseyn oğlunun yaşadığı Bakı şəhəri Xətai rayonu S.Ə.Şirvani küçəsi 9 saylı binanın 57 nömrəli mənzilinin qarşısına gəlmiş, orada Təqsirləndirilən şəxs1 qapını açar seçmə yolu ilə açmış və bayırda gözləmiş, o isə qanunsuz yaşayış sahəsinə daxil olub yataq otağındakı dolabın içərisində saxlanc yeri hesab olunan sandıqcadan sonuncuya məxsus 02 ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları və “750” əyar damğası əks olunmuş, metalı 750 əyarlı qızıla uyğun, 11,07 qram çəkidə, 1016 manat qiymətində brilyant qaşlı üzükləri, 01 ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları və “585” əyar damğası əks olunmuş, metalı 585 əyarlı qızıla uyğun, 2,59 qram çəkidə, qaşları qiymətli qaşlara aid olmayan 168 manat qiymətində üzüyü, 01 ədəd sarı rəngli metaldan, üzərində “585” əyar damğası əks olunmuş, metalı 585 əyarlı qızıla uyğun, 2,46 qram çəkidə, 160 manat qiymətində üzüyü, 01 ədəd sarı rəngli metaldan, üzərinə “585” əyar damğası əks olunmuş, metalı 585 əyarlı qızıla uyğun, 4,96 qram çəkidə, 322 manat qiymətində, 01 ədəd sarı rəngli metaldan, üzərində “750” əyar damğası əks olunmuş, metalı 750 əyarlı qızıla uyğun, çəkisi 4,80 qram, 408 manat qiymətində bir cüt 480 manat qiymətində 750 əyarlı ağ qızıldan sırğanı, 05 ədəd 700 manat qiymətində 585 əyarlı sarı qızıldan kulonları, 01 ədəd 100 manat qiymətində üzərində göz muncuğu olan “585” əyarlı sarı qızıldan boyunbağını, 03 ədəd 582 manat qiymətində “585” əyarlı sarı qızıldan boyunbağıları, 01 ədəd 550 manat qiymətində brilyant qaşlı “750” əyarlı sarı qızıldan kişi üzüyünü, 01 ədəd 500 manat qiymətində “585” əyarlı sarı qızıldan kişi üzüyünü, 01 ədəd 70 manat qiymətində “585” əyarlı sarı qızıldan sancağı, 01 ədəd 250 manat qiymətində “585” əyarlı sarı qızıldan beşliyi, 01 ədəd 170 manat qiymətində “585” əyarlı sarı qızıldan uşaq qolbağını, 01 ədəd 300 manat qiymətində “585” əyarlı sarı qızıldan qolbağını və 01 ədəd 280 manat qiymətində “585” əyarlı sarı qızıldan qadın qolbağısını gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 6056 (altı min əlli altı) manat məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamlar üzrə cinayət əməlini törətməkdə təqsirli olmaları, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxslərin izahatları, istintaqı zamanı vermiş olduqları ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-trosoloji və materialların məhkəmə ekspertizası, məhkəmə-iqtisad ekspertizasının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittihamda təqsirli bilərək göstərmişdir ki, anası ilə birlikdə yaşayır, heç yerdə işləmir və əvəllər heç bir cinayət törətməmişdir. Təqsirləndirilən şəxs2 təxminən 3-4 ay olar ki, tanımış, tanışlıq zamanı Punhan heç yerdə işləmədiyini bildirmişdir. Sonradan maddi vəziyyətlərində çətinliklər yarandığına görə Pünhanla oğurluq etmək qərarına gəlmişdir. xx xxxx 2020-ci il tarixdə təxminən saat 16:30 radələrində Pünhan ilə Bakı Metropolitenin Nəsimi rayonu ərazisində yerləşən “Memar Əcəmi” metrostansiyası yaxınlığında görüşmüş, söhbət zamanı Pünhanla Xətai rayonu Əhmədli qəsəbəsinə getməyi razılaşmışlar. Həmin günü Xətai rayonu S.Ə.Şirvani küçəsinə gəlmiş və orada olan yaşayış binalarının qapısını açıb mənzillərdən oğurluq etməyə razılaşmışlar. Bu məqsədlə özlərində mənzillərin qapısını açmaq üçün nəzərdə tutulmuş xüsusi açar olmuşdur. Pünhan ilə birlikdə doqquz mərtəbəli yaşayış binasının yanına gəlmiş, həmin binada olan ikinci mərtəbədəki mənzilin işıqlarının yanmadığını görmüş, həmin mənzildə heç kəsin olmadığını fikirləşmişlər. İkisi də birlikdə binanın ikinci mərtəbədə yerləşən mənzilin qiriş qapısının yanına gəlmiş, özündə olan açarla mənzilin qapısını açmış və Pünhan mənzilə daxil olmuşdur. Gələn olacağı halda xəbər vermək üçün mənzilin qapısının qarşısında dayanmış, Pünhan mənzilin qapısından içəri daxil olmuş, bir qədər keçdikdən sonra Pünhan mənzildən çıxmış və onun əlində qızıl-zinət əşyaları olmasını görmüşdür. Qızıl-zinət əşyalarını götürüb Pünhan birlikdə oradan uzaqlaşmış, həmin qızılzinət əşyalarını Pünhan özündə saxlamışdır. Sonradan bilmişdir ki, oğurladığı qızıl-zinət əşyalarının bir qismini Pünhan tanımadığı şəxsə 400 manata satmış, qalan qızılları isə özündə saxlamışdır. xx xxxx 2020-ci il tarixdə Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən Pünhan ilə birlikdə saxlanılaraq polis şöbəsinə gətirilmişlər. Polis şöbəsində Pünhan ilə törətdiyi oğurluq əməlini səmimi olaraq etiraf etmişdir. Bundan başqa heç bir cinayət hadisəsi törətməmişdir. Həmin cinayət hadisəsini törədən zaman onları kənardan heç kim görməmişdir. Həmin mənzildən Pünhanla birlikdə oğurladıqları qzıllara fikir vermədiyindən, qızılların əlamətlərini, formasını və ölçülərini bilməmişdir. Həmin cinayət hadisəsini Pünhan ilə birlikdə etmiş, ikisindən başaq heç kim olmamışdır. Qızılları satdıqları şəxsin əlamətlərinə fikir verməmiş və sonuncu haqqında heç bir məlumata sahib olmamışdır. Qızılları satdıqları şəxsə qızılların özlərinə məxsus olmasını deyərək bir qismini satmışlar. Mənzildən Pünhanla oğurladığı qızıllardan bir qismini Pünhanla satmış, əldə olunan 400 manat puldan sonuncu ona 200 manat pul vermişdir. Törətdiyi əməldən səmimi peşmandır. Əvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Tərəflərindən Zərərçəkmiş şəxs Hüseyn oğluna dəymiş maddi ziyan tamamilə ödənilmiş və zərərçəkmiş şəxslə aralarında barışıq əldə olunmuşdur. Anası onkoloji xəstədir. Bütün bunların nəzərə alınmasını və ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittihamda təqsirli bilərək göstərmişdir ki, anası, atası, qardaşı və qardaşının ailə üzvləri ilə birlikdə yaşayır və heç bir yerdə işləmir. Əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasını çəkib qurtardığına görə xx.xx.2018-ci il tarixdən azadlığa buraxılmış və azadlığa buraxıldıqdan sonra da heç yerdə işləməmişdir. Təqsirləndirilən şəxs1 təxminən 3-4 aydır ki, tanımış, tanışlıq zamanı Coşqun heç yerdə işləməməsini bildirmişdir. Sonradan maddi vəziyyətləri çətin olduğuna görə Coşqunla oğurluq etmək qərarına gəlmişdir. xx xxxx 2020-ci il tarixdə təxminən saat 16:30 radələrində Coşqunla Nəsimi rayonunun ərazisində yerləşən Bakı Metropolitenin “Memar Əcəmi” metrostansiyası yaxınlığında görüşmüş, oğurluq etmək məqsədi ilə Xətai rayonunun Əhmədli qəsəbəsinə getməyi qərarlaşaraq Xətai rayonu S.Ə.Şirvani küçəsinə gəlmişlər. Bu məqsədlə özlərində mənzillərin qapısını açmaq üçün nəzərdə tutulmuş xüsusi açar olmuşdur. Daha sonra Coşqun ilə doqquz mərtəbəli yaşayış binasının yanına gəlmiş və binaya baxdıqda həmin binanın ikinci mərtəbəsində olan mənzilin işıqlarının yanmadığını görmüşlər. Həmin mənzilin sahibinin evdə olmadığını fikirləşmiş, Coşqunla həmin mənzilin qapısını açıb mənzilə daxil olmağı planlaşdırmış və ikisi də binanın ikinci mərtəbəsində yerləşən mənzilin qiriş qapısının qarşısına gəlmişlər. Coşqun özündə olan açarla mənzilin qapısını açmış, o, mənzilə daxil olmuş, Coşqun isə, gələn olsa xəbər etməklə birlikdə oradan qaçaraq uzaqlaşsınlar deyə mənzilin qapısının ağzında dayanmışdır. Tək mənzilin otağına daxil olmuş, mənzil iki otaqdan ibarət olmuş, mənzilin otağında olan dolabın içərisinə baxan zaman, dolabın içərisində olan sandığın içərisində qızıl-zinət əşyalarının olduğunu görmüş, qızılları götürüb Coşqunla oradan uzaqlaşmışdır. Həmin qızılları özündə saxlamış, oğurladıqları qızılların bir qismini tanımadığı şəxsə 400 manata satmış və qalan qızıları isə özündə saxlamışdır. xx xxxx 2020-ci il tarixdə Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən Coşqunla birlikdə saxlanılaraq polis şöbəsinə gətirilmiş, Coşqunla törətdiyi oğurluq əməlini səmimi olaraq etiraf etmiş və oğurluğa girdiyi mənzildən cinayət yolu ilə ələ keçirdiyi qızılların bir qismini polis əməkdaşlarına təqdim etmişdir. Həmin mənzilə oğurluğa daxil olan zaman heç kim görməmişdir. Həmin oğurluğu Coşqunla birlikdə etmiş, ikisindən başaq heç kim olmamışdır. Coşqunla oğurladığı qızıllardan bir qismini satdıqdan sonra əldə etdiyi 400 manat puldan 200 manat pul sonuncuya vermişdir. Törətdiyi əməldən səmimi peşmandır. Tərəflərindən Zərərçəkmiş şəxs Hüseyn oğluna dəymiş maddi ziyan tamamilə ödənilmiş və zərərçəkmiş şəxslə aralarında barışıq əldə olunmuşdur. Bunların nəzərə alınmasını və ədalətli cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs Hüseyn oğlu ifadə verərək göstərmişdir ki, xx xxxxx 2018-ci il tarixdən Bakı şəhəri Xətai rayonu S.Ə.Şirvani küçəsi 9 saylı evin 57 nömrəli mənzilində yaşayır, yaşadığı mənzil 9 mərtəbəli binanın ikinci mərtəbəsində yerləşir, 2 otaqdan ibarətdir, mənzildə arvadı və bir azyaşlı uşağı ilə birlikdə yaşayır. xx xxxx 2020-ci il tarixdə saat 07:35 radələrində yaşadığı evdən çıxıb işə getmiş, axşam saat 19-20 radələrində işdən evə gəlmişdir. Evə gələn zaman arvadı ilə qaynanasının həyətdə dayandığını görmüş, həmin vaxt məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər yaşadığı mənzilə daxil olub evdən qızıl-zinət əşyalarını oğurlamışlar. Özü evə daxil olub mənzilə baxış keçirən zaman naməlum şəxs və ya şəxslərin mənzilin qapısını açaraq mənzilə daxil olub mənzilin yataq otağında olan böyük dolabın içərisindəki sandıqcadan bir cüt 480 manat qiymətində ağ qızıl sırğa, 05 ədəd 700 manat qiymətində qızıl kulon, 01 ədəd 100 manat qiymətində üzərində göz muncuğu olan boyunbağı, 04 ədəd 1000 manat qiymətində qızıl boyunbağı, 01 ədəd 550 manat qiymətində brilyant qaşlı kişi qızıl üzüyü, 01 ədəd 550 manat qiymətində brilyant qaşlı qadın qızıl üzüyü, 01 ədəd 500 manat qiymətində qızıl kişi üzüyü, 01 ədəd 500 manat qiymətində qızıl qadın üzüyü, 01 ədəd 70 manat qiymətində qızıl sancaq, 01 ədəd 250 manat qiymətində qızıl beşlik, 01 ədəd 170 manat qiymətində qızıl uşaq qolbağı, 01 ədəd 300 manat qiymətində qızıl kişi qolbağı, 01 ədəd 300 manat qiymətində qadın qızıl qolbağı, 01 ədəd 280 manat qiymətində qadın qızıl qolbağı, 01 ədəd 140 manat qiymətində qızıl uşaq üzüyü, 01 ədəd 110 manat qiymətində qızıl qadın üzüyünün oğurlamasını aşkar etmişdir. Hadisə barədə arvadı Şahnaz DİN-nin 102 xidmətinə məlumat vermiş, Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları gəlib hadisə yerinə baxış keçirmiş və evdən oğurluq olması barədə ərizə ilə müraciət etmişdir. Məhkəmə əmtəəşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli, 6/1482-9/2863 saylı rəyi ilə tam razıdır və özünə məxsus ekspertiza rəyində göstərilən qızıl-zinyət əşyalarının dəyərinin rəydə göstərilən qiymətlərlə əsas götürülməsinə etiraz etmir. Yaşadığı evdən oğurluq olduqdan sonra 02 ədəd briliyant qaşlı 750 əyarlı üzüklər, 01 ədəd sadə qaşlı 585 əyarlı üzük, 01 ədəd üzərində qaşları olmayan 585 əyarlı üzük, 01 ədəd 585 əyarlı qolbağı və 01 ədəd 750 əyarlı boyunbağı tapılmışdır. Bundan başqa evdən bir cüt 480 manat qiymətində 750 əyarlı ağ qızıldan sırğa, 05 ədəd 700 manat qiymətində 585 əyarlı sarı qızıldan kulon, 01 ədəd 100 manat qiymətində üzərində göz muncuğu olan 585 əyarlı sarı qızıldan boyunbağı, 03 ədəd 582 manat qiymətində 585 əyarlı sarı qızıldan boyunbağı, 01 ədəd 550 manat qiymətində brilyant qaşlı 750 əyarlı sarı qızıldan kişi üzüyü, 01 ədəd 500 manat qiymətində 585 əyarlı sarı qızıldan kişi üzüyü, 01 ədəd 70 manat qiymətində 585 əyarlı sarı qızıldan sancaq, 01 ədəd 250 manat qiymətində 585 əyarlı sarı qızıldan beşlik, 01 ədəd 170 manat qiymətində 585 əyarlı sarı qızıldan uşaq qolbağı, 01 ədəd 300 manat qiymətində 585 əyarlı sarı qızıldan qolbağı və 01 ədəd 280 manat qiymətində 585 əyarlı sarı qızıldan qadın qolbağı oğurlanmışdır. Qızılların çəkisini bilməmiş, həmin qızılların hamısı özünə məxsus olmuş və hadisə nəticəsində də ona maddi ziyan dəymişdir. Ümumilikdə baş vermiş hadisə nəticəsində 6056 (altı min əlli altı) manat maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş maddi ziyan tamamilə ödənildiyindən aralarında barışıq əldə olunmuş və onlara qarşı hər hansı şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs2 barəsində CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işi başlanılmış və ibtidai istintaqın aparılması üçün icraata qəbul edilmişdır (i.v. İ cild 01); xx.xx.2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokolundan görünür ki, hadisə Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsi 9 saylı binanın 57 nömrəli mənzilində baş vermiş hadisə ilə əlaqədar baxış keçirilmiş və hadisə yerinin fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v. İ cild 17-18); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Hüseyn oğlu iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. İ cild 20); şübhəli şəxsin tutulması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il tarixdə saat 19:05 radələrində şübhəli şəxs qismində tutulmuşdur (i.v. İ cild 35); şübhəli şəxsin tutulması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxx 2020-ci il tarixdə saat 21:05 radələrində şübhəli şəxs qismində tutulmuşdur (i.v. İ cild 51); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutlmuş ittiham elan edilmişdir (i.v. İ cild 58-59); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutlmuş ittiham elan edilmişdir (i.v. İ cild 67-68); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(011)-400/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində ev dustağlığı qətimkan tədbiri seçilmiş, ev dustağlığı qətimkan tədbirinin müddəti 03 (üç) ay müddətinə müəyyən edilmiş və əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmış, Təqsirləndirilən şəxs1 məhəkəmə iclas zalından azad edilmişdir (i.v. İ cild 91-93); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(011)-401/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə olma müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır (i.v. İ cild 94-96); ifadənin yerində yoxlanması haqqında xx.xx.2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1, Zərərçəkmiş şəxs Hüseyn oğlunun yaşadığı Bakı şəhəri Xətai rayonu S.Ə.Şirvani küçəsi 9 saylı evin 57 saylı mənzilində oğurluq etməsi ilə bağlı bütün xüsusatları hadisə yerində göstərmişdir (i.v İ cild 97-98); ifadənin yerində yoxlanması haqqında xx.xx.2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs Hüseyn oğlunun yaşadığı Bakı şəhəri Xətai rayonu S.Ə.Şirvani küçəsi 9 saylı evin 57 saylı mənzilində oğurluq etməsi ilə bağlı bütün xüsusatları hadisə yerində göstərmişdir (i.v İ cild 99-100); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə hökmü dəyişdirilərək, CM-nin 62-ci maddəsi tətbiq edilməklə cəzası 01 (bir) il 06 (altı) aya endirilmiş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-nin 180.2.1 və 180.2.2-ci maddələri ilə ilə təqsirli bilinərək 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 10 ay 08 gün şərti olaraq vaxtından əvvəl azad edilmişdir (i.v İ cild 120-122); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və X3sorğu kortatekasında heç bir məlumat yoxdur (i.v.İ cild 123); Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxx 2014-cü il tarixli, 1(101)-474/2014 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 CM-nin 180.2.1 və 180.2.2-ci maddələri ilə ilə təqsirli bilinərək 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i.v. İ cild 200-208); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 3/717 nömrəli məhkəmə-trosoloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 saylı daktilolentlərin səthlərindəki “a” əl-barmaq izi, 2 saylı daktilolentlərin səthlərindəki əl-barmaq izi, 3 saylı daktilolentlərin səthlərindəki “A” əlbarmaq izi müqayisəli tədqiqat üçün yararlıdır, tədqiata təqdim edilmiş 1 saylı daktilolentlərin səthlərindəki “a” əl-barmaq izi, 2 saylı daktilolentlərin səthlərindəki əlbarmaq izi, 3 saylı daktilolentlərin səthlərindəki “a” əl-barmaq izi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən deyil, başqa şəxs (şəxslər) tərəfindən qalmışdır, tədqiqata təqdim edilmiş 1 saylı daktilolentlərin səthlərindəki “b” əl-barmaq izi, 3 saylı daktilolentlərin səthlərindəki “b” papilyar naxış izi, 4-6 saylı daktilolentlərin səthlərindəki yayılmış əl-barmaq və papilyar naxış izləri yayıldığına, tam və aydın əks olunmadığına görə, habelə kifayət qədər əlamətlərə malik olmadığından şəxsiyyətin eyniləşdirilməsi yararsız olmuşdur. Aparılmış tədqiqatın dəyəri 55 manat hesablanmışdır (i.v. İ cild 214- 217); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 3/716 nömrəli məhkəmə-trosoloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş silindrik mexanizmin səthində, açar yuvalarının kənarlarında və daxili detalları üzərində kənar predtmetin təsirindən yaranmağa xarakterik olan iz və zədələr yoxdur, həmin silindrik mexanizmin konstruksiyasını nəzərə almaqla onun ştat açarı, ona uyğunlaşdırılmış açarla və ya alət ilə, o cümlədən, kənar predtmetlə (məs kilidaçanla) izqoymadan açılması mümkün hesab edilmişdir. Aparılmış tədqiqatın dəyəri 64 manat hesablanmışdır (i.v. İ cild 220-223); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 6/1482-9/2863 nömrəli materialların məhkəmə ekspertizası, məhkəmə-iqtisad ekspertizasının rəyindən görünür ki, təqdim edilən 02 ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan üzük - üzərində “750” əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, ümumi çəkisi 11,07 qramdır, qaşları brilyantdır, 12 ədədinin hər birinin ölçüsü 0,006 karat, 13 ədədinin hər birinin ölçüsü 0,004 karat, 3/3 keyfiyyətlidirlər - 1016,0 manat; 01 ədəd gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan üzük - üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 2,59 qramdır, qaşları qiymətli qaşlara aid deyil - 168,0 manat; 01 ədəd sarı rəngli metaldan üzük - üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 2,46 qramdır - 160,0 manat; 01 ədəd sarı rəngli metaldan qolbaq - üzərinə “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 4,96 qramdır – 322,0 manat; 01 ədəd sarı rəngli metaldan boyunbağı – üzərində “750” əyar damğası həkk olunmuşdur, metalı 750 əyarlı qızıla uyğundur, çəkisi 4,80 qramdır – 408,0 manat olmaqla aparılmış fiziki-kimyəvi tədqiatın nəzicələri nəzərə alınmaqla həmin məmulatların orta bazar qiyməti ümumən təxminən 2074 manat müəyyən edilmişdir. Aparılmış tədqiqatın dəyəri 109,50 manat hesablanmışdır (i.v. İ cild 224-229); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 3/944 nömrəli məhkəmə-trosoloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş silindrik mexanizmin səthində, açar yuvasının kənarlarında və daxili detalları üzərində kənar predmetin təsirindən yaranmağa xarakterik olan iz və zədələr yoxdur, bununla belə silindrik mexanizmin ştat açarı və ya ştat açarına uyğunlaşdırılmış açarla açılması mümkün hesab edilmişdir. Aparılmış tədqiqatın dəyəri 64 manat hesablanmışdır (i.v. İ cild 243-246); Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 1(001)-321/2020 sayıə hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 CM-nin 234.1-ci maddəsində nəzərdə tutlmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən onun xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət, həbsdə saxlanmanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə, ona təyin edilmiş cəzasının əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır (i.v. İ cild 248-251); sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə yeni məzmunda ittiham elan edilmiş, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustağlığı, Təqsirləndirilən şəxs2 isə barəsində seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmış, X1 əvvəlki cəzası residiv kimi qiymətləndirilməmiş, CM-in 61.1.1-ci maddəsinin tələbinə əsasən X4 Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirli bilinərək məhkum edildiyi 05 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdən sonra CM-nin 177-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilməməsi və bu halın məhkəmə baxışı zamanı nəzərə almmaması qərara alınmış, X2 barəsində CM-nin 194.1ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, qəbul edilmiş qərar və toplanmış material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmiş, Həsənov X6 rayon polis əməkdaşları tərəfindən saxlanılan zaman ona təzyiq olunmasını və polislərin ona qarşı zor tətbiq etməsi nəticəsində ünvan 3 A mənzil 8 ünvanından cinayət hadisəsi törətməsini etiraf etməsini bildirməsi xüsusatı ilə bağlı cinayət təqibinin başlanması rədd edilmiş, qəbul edilmiş qərar və toplanmış material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət yolu ilə ələ keçirdiyi Zərərçəkmiş şəxs Hüseyn oğluna məxsus və müəyyən edilərək götürülmüş 02 ədəd briliyant qaşlı 750 əyarlı üzüklər, 01 ədəd sadə qaşlı 585 əyarlı üzük, 01 ədəd üzərində qaşları olmayan 585 əyarlı üzük, 01 ədəd 585 əyarlı qolbağı və 01 ədəd 750 əyarlı boyunbağı iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, Təqsirləndirilən şəxs2 Binəqədi rayon məhkəməsinin hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edildiyi 01 il 05 ay 29 gün azalıqdan məhrum etmə cəzası cinayətlərin residivi kimi qiymətləndirilməməsi, CM-in 61.1.1-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs2 Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edildiyi 01 il 05 ay 29 gün müddətində azadlıqdan məhrum edilməsi onun cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilməməsi və bu halın məhkəmə baxışı zamanı nəzərə alınması qərara alınmış, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işindən ayrılmış və ********* nömrəli cinayət işi üzrə cinayət hadisəsinin Binəqədi rayonu ərazisində baş verməsini nəzərə alıb həmin cinayət işi istintaqının aparılması üçün Binəqədi RPİ-nə qaytarılmış, zərərçəkmiş şəxs, şahid ifadələri, hadisə yerlərinə, götürmə, tanımaya təqdim etmə, ifadələrin yerində yoxlanılması protokolları və ekspertiza rəyləri iş üzrə sübut növü kimi qəbul olunmuşdur (i.v. İİ cild 01-16); təqsirləndirilən şəxsə yeni məzmunda ittiham elan etmə haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində yenidən cəlb edilmiş və ona CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutlmuş yeni məzmunda ittiham elan edilmişdir (i.v. İİ cild 22-23); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində yenidən cəlb edilmiş və ona CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutlmuş yeni məzmunda ittiham elan edilmişdir (i.v. İİ cild 41-42); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(011)-568/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti 15 (on beş) gün olmaqla 03 (üç) ay 15 (on beş) günədək, yəni xx xxxxxxx 2020-ci il tarixədək uzadılmışdır; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(011)-567/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti 15 (on beş) gün olmaqla 03 (üç) ay 15 (on beş) günədək, yəni xx xxxxxxx 2020-ci il tarixədək uzadılmışdır; iş materiallarına əlavə edilmiş tibbi sənədlrdən görünür ki, Təqsirləndirilən şəxs1 anası X5 onkoloji xəstədir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi oğurluq əməlləri CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri, Təqsirləndirilən şəxs2 törətdiyi oğurluq əməli isə CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşmançılıq çəkməsini, gənc olmasını, anasının onkoloji xəstə olmasını (CM-59.2), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini və ona dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini (CM-59.1.12, 59.1.13) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşmançılıq çəkməsini (CM-59.2), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini və ona dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini (CM-59.1.12, 59.1.13) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi, əvvəllər məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hallar kimi nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətləri, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs Həsənov X9 Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, Təqsirləndirilən şəxs1 ev dustaqlığında saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbirinə dəyişdirilməli və «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 mənzil 24 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətləri, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri (CM-58.3.) az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyalarında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq cəza təyin edilməli (CM-66.5), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, təyin ediləcək cəzanın ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edilməli (CM-56.1.3), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut – 02 (iki) ədəd briliyant qaşlı 750 əyarlı üzüklərin, 01 (bir) ədəd sadə qaşlı 585 əyarlı üzüyün, 01 (bir) ədəd üzərində qaşları olmayan 585 əyarlı üzüyün, 01 (bir) ədəd 585 əyarlı qolbağının və 01 (bir) ədəd 750 əyarlı boyunbağının zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalı (CPM-132.), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 CMnin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri, Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx xxxx 2020-ci il tarixdən xx xxxxxxx 2020-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 03 (üç) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 07 (yeddi) ay 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 04 (dörd) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 yaşadığı ünvan 1 mənzil 24 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs1 üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1(001)-321/2020 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 01 (bir) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökm üzrə təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla ona qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – 02 (iki) ədəd briliyant qaşlı 750 əyarlı üzüklərin, 01 (bir) ədəd sadə qaşlı 585 əyarlı üzüyün, 01 (bir) ədəd üzərində qaşları olmayan 585 əyarlı üzüyün, 01 (bir) ədəd 585 əyarlı qolbağının və 01 (bir) ədəd 750 əyarlı boyunbağının zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 292,5 (iki yüz doxsan iki, beş) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(011)-308/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-308/2020
12.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver