Məhkəmə qərarları › İş №1(011)-308/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-308/2021

30.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-308/2021 30.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1994-cü ildə Ağstafa rаyоnunda anadan olmuş, Аzərbаycаn Rеspublikаsı вətəndаşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Qazax rаyоnu, Hüseynbəyli ərazi dairəsi, Canalı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlаkını tаlаmа məqsədilə 15 aprel 2021-ci il tаriхdə, sааt 12 rаdələrində Bаkı şəhəri, Хətаi rаyоnu, M.Hadi küçəsi 2 saylı ünваndа yеrləşən «Niloya» mаğаzаsınа müştəri qismində daxil olduqdan sonra mağazada olan kreslonun üzərindən Zərərçəkmiş şəxs məxsus 10 manat qiymətində ***-***-**-** mobil nömrə ilə istifadə edilən 2.300 manat qiymətində 01 ədəd “İphone 11” markalı mobil telefonu gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 2.310 manat ziyаn vurmаqlа оğurluq еtmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda satış məqsədi olmadan 01 ədəd bükümdə təmiz çəkisi 0,249 qram ağ rəngli, kristal şəkilli kütlə kustar üsulla hazılanmış psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə təmiz çəkisi 0,352 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üstündə saxlamaqla daşımış, Хətаi RPİ-nin 34-cü Polis şöbəsinin əməkdaşları tərəfindən kеçirilmiş əməliyyаt ахtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 22 aprel 2021-ci il tаriхdə, sааt 22 radələrində Bаkı şəhəri, Хətаi rаyоnu, NZS qəsəbəsi, ünvan 2 ünvanın qarşısında oğurluq cinayətini törətməkdə şübhəli şəxs kimi saxlanılaraq Bаkı şəhəri, Хətаi rаyоnu, M.Rüstəmov küçəsi 6/4 saylı ünvanda yerləşən Xətai RPİ-nin 34-cü polis şöbəsinin inzibаti binаsınа gətirilərək videoçəkilişdən istifadə edilməklə üzərində şəхsi ахtаrış kеçirilən zаmаn əynində оlаn qara rəngli “Nike” gödəkçənin sol yan cibindən şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,249 qram psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə təmiz çəkisi 0,352 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən istifadə edir. Narkotik vasitəni almağa pulu olmadığına görə 15 aprel 2021-ci il tarixdə saat 12 radələrində ünvan 4 ünvanda yerləşən “Niloya” uşaq geyimləri mağazasına daxil olmuş, mağazada olan yumşaq sarı rəngli kreslonun üzərində satıcının açıq göy rəngli “İphone 11” markalı mobil telefonunu enerji yığarkən görüb onu oğurlamaq niyyətində olmuşdur. Satıcının fikrini yayındırmaq üçün uşaq oyuncağı olan maşınlarla maraqlandıqda satıcının fikri yayınarkən tez həmin telefonu götürüb mağazanı tərk etmişdir. 12 aprel 2021-ci il tarixdə Bakı şəhəri Beynalxalq avtovağzalda bir iki dəfə müştəri kimi avtomobilinə əyləşdiyi sonradan adını bildiyi Azər adlı şəxsə 15 aprel 2021-ci il tarixdə oğurluq hadisəsini törətdikdən sonra mobil nömrəsinə zəng edərək yanına gəlmək üçün sifariş etdiyi taksiyə 5 manat pul vermək lazım olduğunu bildirmişdir. Azər ona etiraz etməmişdir. Azərlə avtovağzalda görüşüb oğurladığı açıq göy rəngli “İphone 11” markalı mobil telefonu ona göstərərək anasının “Covid 19” xəstəsi olduğu üçün və telefon koda düşdüyündən istifadəsi mümkün olmadığını bildirmiş, telefonu satmaqda ona köməklik göstərməsini xahiş etmişdir. Azər ondan telefona aid qutu və sənədlərini soruşduqda o ona evdən təcili çıxdığı üçün gətirə bilmədiyini lakin satıldıqdan sonra gətirib verəcəyini bildirmişdir. Azər yaxınlıqda olan Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində yerləşən telefon mağazasına daxil olmiş, o, isə Azərin avtomobilində gözləmişdir. Mağazada telefona baxıb kodda olduğunu gördükdən sonra, qeyd olunan telefonu ehtiyyat hissələrinə bölərək satmaq məqsədi ilə 120 manat ala biləcəklərini Azərə bildirdikdə sonuncu gəlib ona bu barədə məlumat vermişdir. Həmin telefonu almaq üçün sənəd istədikdə Azər ondan şəxsiyyətini təsdiq edən sənədini istəmişdir. O, Azərə şəxsiyyət vəsiqəsini itirdiyini bildirmişdir. Azərə öz sənədi ilə telefonu 120 manata satmağı xahiş etmişdir. Azər ona inandığı üçün öz sənədi ilə telefonu 120 manata satmışdır. O, Azərə bildirmişdir ki, həmin telefonun qutusunu 2 gün ərzində gətirib çatdıracaqdır. Azər ona 120 manat pulu verdikdən sonra o, həmin pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan sonra 21 aprel 2021-ci il tarixdə saat 20 radələrində Bakı şəhər, Nizami metrostansiyasının yaxınlığında adını bilmədiyi şəxsdən həmin puldan 50 manatına narkotik vasitə olan (kakos) heroin və psixotrop maddə olan (şüşə) metamfetamin almışdır. Həmin narkotik vasitə olan (kakos) heroin və psixotrop maddə olan (şüşə) metamfetamini istifadə etmək üçün öz üzərində gəzdirmişdir. 22 aprel 2021-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Mingəçevir küçəsində olan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim etdikdən sonra ondan şəxsiyyətini təsdiq edən sənədini soruşmuşlar. Lakin onun üzərində şəxsiyyət vəsiqəsi olmadığı üçün əllərini ciblərinə salmağa imkan verməyərək polis əməkdaşlarının avtomobilinə əyləşdirib yaxınlıqda olan Хətаi RPİ-nin 34-cü Pоlis şöbəsinə aparmışlar. O, polis əməkdaşları ilə birlikdə 34-cü PŞ-nin xidməti otaqlarının birində ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə huquq və vəzifələri izah olunduqdan sonra üzərinə şəxsi axtarış keçirmişlər. İştirakçıların iştirakı ilə üzərinə şəxsi axtarış keçirilərkən əynində оlаn qara rəngli “Nike” idman gödəkçəsinin sol cibindən 01 ədəd şəffaf sellofanı çıxardaraq təqdim etmişdir. Bükümlərdən biri siqaretin gümüşü kağızına digər isə sellofan kəsiyinə bükülmüşdür. Siqaretin gümüşü kağıza bükülmüş maddənin ağ rəngli toz şəkilli spesifik iyə malik olan psixotrop maddə metafetaminə bənzər maddə olması, sellefon kəsiyinə bükülmüş maddənin isə spesifik iyi olan qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddəni təqdim etmişdir. Sorğu zamanı o, bildirmişdir ki, həmin bükümün içərisində olan maddə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindir. Məhkəmə iclasında zərərçəkmiş şəхs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2021-ci ildən ünvan 4 ünvanda yerləşən “Niloya” uşaq oyuncaqları mağazasını icarə əsasında işlədir. Mağazada həm satıcı həm də icarədardır. Həmin mağazada ondan başqa satıcı yoxdur. Həmin günü mağazanı saat 09:00 radələrində açmış, evdən işə gələrkən özü ilə 2020-ci ilin sentyabr ayının 20-də qızı X1 "xxxx" MMC mağazasından kreditə ümumilikdə qiyməti 2.257 manata olan, lakin ilkin ödəniş kimi 400 manat ödəməklə onun ad gününə hədiyyə olaraq verdiyi açıq göy rəngli “İphone 11” markalı 3568 1711 3023 524 İMEİ kodlu üzərində ***-***-**-** nömrəsi olan mobil telefonunu mağazaya gətirmişdir. Telefonunun enerjisi az olduğu üçün onun elektrik enerjisi yığması məqsədi ilə mağazada olan kreslonun üzərinə qoymuşdur. Təxminən saat 12 radələrində mağazada tək olduğu müddət ərzində mağazaya bir nəfər 35-40 yaşlı səliqəli geyimdə müştəri daxil olmuşdur. Həmin müştəri uşaq oyuncağı olan maşınlarla maraqlanmışdır. Onun diqqətini oyuncaqlara cəlb edərək kreslonun üzərinə qoyduğu mobil telefonunu oğurlayaraq mağazanı təxminən 5 dəqiqədən sonra tərk etmişdir. Həmin şəxs mağazanı tərk etdikdən təxminən 3-4 dəqiqədən sonra mobil telefonunun kreslonun üzərində olmadığını gördükdə onun arxasınca çıxmışdır. Lakin həmin şəxs oradan uzaqlaşmışdır. O, dərhal DİN-nin 102 zəng mərkəzi xidmətinə digər nömrəsi ilə zəng edərək məlumat vermişdir. 22 aprel 2021-ci il tarixdə onu polis şöbəsinə dəvət etdikdə o, şöbəyə gedərək 15 aprel 2021-ci il tarixdə mağazadan mobil telefonunu oğurlayan şəxsi polis şöbəsində görüb onu tanımışdır. Həmin şəxsin Təqsirləndirilən şəxs olduğu bildirilmişdir. Məhkəmə iclasında şаhid qismində dindirilmiş Хətаi RPİ-nin 34-cü PŞ-nin bаş əməliyyаt müvəkkili pоlis kapitanı Şahid4 оğlu ifаdəsində göstərdi ki, Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi ərazisində kirayədə yaşayan, Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməsi, saxlaması, gəzdirməsi və oğurluq hadisəsinin törədilməsində şübhəli olması barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə 22.04.2021-ci il tarixdə Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili vəzifəsində çalışan və polis leytenantı Şahid5 ibarət əməliyyat qrupu yaradaraq birlikdə Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi Mingəçevir küçəsinə getmişdir. Həmin gün saat 22 radələrində şübhəli bilinən şəxsə yaxınlaşaraq özünü təqdim etmişdir. Həmin şəxsə özlərini təqdim edərək şəxsiyyət vəsiqəsini soruşduqda Təqsirləndirilən şəxs özünü təqdim edərək üzərində vəsiqəsi olmadağını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin saxlanmasında, daşınmasında, gəzdirilməsində və oğurluq hadisəsinin törədilməsində şübhəli olduğunu bildirərək əllərini ciblərinə salmağa imkan verməyərək onu şübhəli şəxs qismində Xətai rayon Polis İdarəsinin 34-cü PŞ-nə gətirmişlər. Təqsirləndirilən şəxs polis şöbəsinə gətirdikdə şöbənin inzibati binasında olan zaman ona hüquqlarını müdafiə etmək üçün vəkil dəvət olunmuşdur. Vəkil X2 polis şöbəsinə gəldikdən sonra xidməti otaqda Təqsirləndirilən şəxs huquq və vəzifələri izah olunaraq üzərinə videoçəkiliş ilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunla qadağan olunmuş əşya və ya predmet varsa təqdim etsin, bu zaman Təqsirləndirilən şəxs əynində оlаn qara rəngli “Nike” idman gödəkçəsinin sol cibindən bir ədəd şəffaf sellofanı çıxardaraq təqdim etmişdir. Bükümlərdən biri siqaretin gümüşü kağızına digər isə sellofan kəsiyinə bükülmüşdür. Siqaretin gümüşü kağıza bükülmüş ağ rəngli toz şəkilli spesifik iyə malik olan psixotrop maddə hesab edilən metafetamin olmasını, sellofan kəsiyinə bükülmüş maddənin isə spesifik iyi olan qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddə olmasını bildirərək təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümün içərisində olan maddə narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindir. Həmin heroini və metamfetamini 1 gün əvvəl Bakı şəhəri, Nizami metrosunun yaxınlığında üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 50 manat müqabilində alıb və üzərində gəzdirməyə başlamışdır. Əlavə olaraq Təqsirləndirilən şəxs üzəri axtarılsa da qanunla qadağan edilmiş başqa heç nə aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş büküllər qablaşdırılmışdır. Daha sonra bu barədə protokol tərtib olunmuşdur. Tərtib olunmuş protokol və götürülən narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin qablaşdırılıb iştirakçılar tərəfindən imzalarla təsdiqlənmişdir. Məhkəmə iclasında şаhid qismində dindirilmiş Хətаi RPİ-nin 34-cü PŞ-nin əməliyyаt müvəkkili, pоlis lеytеnаntı Şahid5 оğlu şаhid Şahid4 оğlu ilə eyni məzmunlu ifаdələr веrərəkhəmin xüsusatları bir daha tаm təsdiq еtmişdir. Məhkəmə iclasında şаhid qismində dindirilmiş Şahid1 оğlu ifаdəsində göstərdi ki, 34 ilə yaxındır ki, ailəsini dolandırmaq məqsədi ilə taksilik fəaliyyəti ilə məşğul olur. Binəqədi rayonunda yerləşən Beynalxalq Avtovağzalda etibarnamə əsasında idarə etdiyi “Kia” markalı avtomobil ilə dayanıb müştəri gözləyir. 12 aprel 2021-ci il tarixdə saat 13 radələrində Bakı şəhəri Beynalxalq avtovağzalda olarkən bir iki dəfə müştəri kimi avtomobilinə əyləşən bir nəfər şəxs sonradan adını bildiyi Ruslan adlı şəxslə söhbət əsnasında ona əlində olan qara rəngli telefonunu göstərərək özünə məxsus olduğunu bildirib ehtiyacı olduğu üçün satmaq istədiyini bildirmişdir. Onunla birlikdə Biləcəri qəsəbəsində olan telefon mağazasına daxil olaraq həmin telefonu 50 manata satılmasında ona köməklik etmişdir. Həmin 50 manatı Təqsirləndirilən şəxs satıcıdan özü almışdır. Bundan sonra 15 aprel 2021-ci il tarixdə Ruslan onun mobil nömrəsinə zəng edərək yanına gəlmək üçün sifariş etdiyi taksiyə 5 manat pul vermək lazım olduğunu bildirmişdir. Ona etiraz etməyərək gəlməsini bildirmişdir. Ruslan onunla avtovağzalda görüşmüşdür. O, çox səliqəli və görkəmli formada hətta qalustuk taxaraq onun yanına gəlmişdir. Ruslan ona açıq göy rəngli “İphone 11” markalı mobil telefonu göstərərək anasının telefonu olduğunu və həmin telefonu anasının “Covid 19” xəstəsi olduğu üçün və telefonun koda düşərək istifadə etmək mümkün olmadığını görə satmaq niyyətləri olduğunu bildirmişdir. Ondan telefona aid qutu və sənədlərini soruşduqda Ruslan ona evdən təcili çıxdığı üçün gətirə bilmədiyini lakin satılarsa gətirib verəcəyini bildirmişdir. O, Ruslana inanıb həmin telefonu yaxınlıqda olan Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, R.İsmayılov küçəsində yerləşən tanışı Elxan adlı şəxsə göstərməyə apararkən Ruslan onun avtomobilindən enməyərək bədənində olan ağrılara görə gəlmək istəmədiyini bildirmişdir. Şahid3 telefona baxıb kodda olduğunu və qeyd olunan telefonu yalnız ehtiyat hissələrinə bölərək satmaq məqsədi ilə 120 manat ala biləcəyini bildirmişdir. O, Ruslana bu barədə bildirdikdə sonuncu ona 120 manat satılmasına etiraz etməmişdir. O, Elxana gəlib Ruslanın razı olduğunu bildirdikdə Elxan ondan telefonu 120 manat almışdır. Həmin pulu Ruslana gətirib vermişdir. Ruslan ona xahiş etmişdir ki, onu Bakı şəhəri, Xətai rayonu, “Xəzər” televiziyasinin yaxınlığına aparsın. O, Ruslanı öz avtomobili ilə dediyi yerə düşürdərək geri evinə qayıtmışdır. Bundan bir neçə gün sonra polis əməkdaşları ona zəng edərək həmin telefonun oğurluq olmasını bildirdib şöbəyə dəvət etmişlər. Şаhid qismində dindirilmiş Şahid2 оğlu ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifаdəsində göstərmişdir ki, 2 ilə yaxındır ki, ailəsini dolandırmaq məqsədi ilə Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar dairəsi kimi adlanan ərazidə səyyar formada işlənmış telefonların ehtiyyat hissələrinin alqı-satqısı ilə məşğul olur. 15 aprel 2021-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində telefon mağazasında işləyən Elxan adlı şəxs onun mobil nömrəsinə zəng edərək ehtiyyat hissəsi kimi satılası “İphone 11” markalı mobil telefon olduğunu bildirmişdir. O, Elxanla görüşüb telefona baxdıqda telefonun açıq göy rəngli “İphone 11” markalı mobil telefon olduğunu görüb neçə manata satdığını soruşduqda sonuncu ona 210 manat satdığını bildirmişdir. Lakin o, Elxana 190 manat pul verə biləcəyini bildirmişdir. O, həmin telefona 190 manat pul verib aldıqdan sonra Elxana həmin telefonu ehtiyyat hissələrinə bölərək satacağını bildirmişdir. Elxan ona etiraz etməmişdir. O, həmin telefonu ehtiyat hissəsinə bölərək internet vasitəsi ilə satmışdır. Bir neçə gündən sonra ona məlum olmuşdur ki, həmin telefon oğurluq telefon olmuşdur(i.v.80-82); Şаhid qismində dindirilmiş Şahid3 оğlu ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində göstərmişdir ki, 7 ilə yaxındır ki, ailəsini dolandırmaq məqsədi ilə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində telefon mağazasını icarə əsasında işlədir. Binəqədi rayonunda yerləşən Beynalxalq Avtovağzalda “Kia” markalı avtomobili idarə edən taksi sürücüsü kimi Azər adlı şəxsi tanıyır. 15 aprel 2021-ci il tarixdə Azər ona açıq göy rəngli “İphone 11” markalı mobil telefonu göstərərək tanışı Ruslanın anasının telefonu olduğunu və həmin telefonu sonuncunun anasının “Covid 19” xəstəsi olduğu üçün satdığını bildirmişdir. O, Azərə inanıb həmin telefona baxıb kodda olduğunu bildirmişdir. Bundan sonra həmin telefonu tanışı olan və telefon alqı satqısı ilə məşğul olan Qoşqar adlı şəxsə aparıb göstərmişdir. Qoşqarda həmin telefonu ondan almışdır. Bundan sonra polis əməkdaşları zəng edərək həmin telefonun oğurluq olmasını bildirmişlər(i.v. 74- 76); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 23 aprel 2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilmişdir (i.v.01); şübhəli şəxsin tutulması haqqında 22.04.2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 22:10-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur (i.v. 18); şəxsi axtarış və götürmə aparılması haqqında 22 aprel 2021-ci il tarixli protokoldan görünür ki, polis əməkdaşları və müdafiəçinin iştirakları ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmiş, bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli “Nike” idman gödəkçəsinin sol cibindən bir ədəd şəffaf sellofanı çıxardaraq təqdim etdi. Həmin şəffaf sellofanın içərisindən 02 ədəd büküm aşkar olundu. Bükümlərdən biri siqaretin gümüşü kağızına, digəri isə sellofan kəsiyinə bükülmüşdür. Siqaretin gümüşü kağızına bükülmüş maddənin ağ rəngli toz şəkilli spesifik iyə malik olan psixotrop maddə metafetaminə bənzər maddə olması, sellofan kəsiyinə bükülmüş maddənin isə spesifik iyi olan qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddənin olması müəyyən edilmiş və həmin maddələr aşkar edilərək götürülmüşdür.Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş maddələrin nədən ibarət olması haqqında soruşularkən bildirdi ki, siqaretin gümüşü kağızına bükülmüş maddə metafetamin, digər sellofan kağıza bükülmüş maddə isə heroindir. Həmin maddələri dünən axşam saat 20 radələrində Bakı şəhəri Nizami metrostansiyasının yaxınlığında adını bilmədiyi şəxsdən öz şəxsi istifadəsi üçün 50 manat pul ödəyərək almışdır.Qeyd olunan narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin elektron tərəzidə çəkildi, bir ədəd kağız zərfə qoyularaq qablaşdırılaraq möhürləndi. Şəxsi axtarış və götürmə aparılarkən videoçəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə olundu(i.v. 28-29); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi еkspеrtizаsı təyin еdilmiş, еkspеrtizаnın 23.04.2021-ci il tаriхli, 6/1611 saylı rəyindən görünür ki, tədqiqаtа təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs aşkar edilərək şəxsi axtarış və götürmə protokolu ilə götürülmüş...” yazısı olan zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi 0,249 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazılanmış psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə təmiz çəkisi 0, 352 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir(i.v.38-42); hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 15.04.2021-ci ildə Bakı şəhəri, Xətai rayonu Məhəmməd Hadi 2 ünvanında yerləşən Nilya kids oyuncaq mağazasına baxış keçirilmiş, bu barədə protokol tərtib olunaraq fotoşəkillər çəkilmişdir(51- 52); zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, 13.04.2021-ci il tarixdə Zərərçəkmiş şəxs qismində tanınmışdır(i.v.61); diskə baxış keçirilməsi haqqında 23.04.2021-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisəsinin qeydə alındığı videogörüntüyə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçrilən zaman Təqsirləndirilən şəxs bildirdiki, görüntüdə olan şəxs onun özüdür. 15 aprel 2021-ci il tarixdə saat 12 radələrində ünvan 4 ünvanda yerləşən “Niloya” mağazasına əynində qara rəngli idman gödəkcəsi, tünd rəngli cins şalvarla daxil olan şəxs özüdür. Mağazaya daxil olaraq yumşaq sarı rəngli kreslonun üzərində satıcının açıq göy rəngli “İphone 11” markalı mobil telefonunu enerji yığarkən (adaptırı) ilə birlikdə oğurlayıb mağazadan çıxdıqdan sonra yolun kənarında dayanmış “Mercedes-benz” markalı avtomobilə yaxınlaşan şəxsin özü olduğunu bildirdi(i.v.71); təqsirləndirilən şəxs qismində cəlb etmə barədə 24 aprel 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 84-85); Bakı şəhəri Xətai rayon məhkəməsinin 24.04.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir(i.v.98-99); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 24.04.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 07.02.2013-cü il tarixli hökmü ilə CM-nin 335.1-ci maddəsi ilə təqsirli bilinərək N ay intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsinə əsasən N ay sınaq müddəti ilə şərti hesab edilmişdir(i.v.109-110); təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs оğlunun ifаdəsi yеrində yохlаnılmış вə ifаdəsində qeyd etdiyi хüsusаtlаrı hаdisə yеrində əyаni оlаrаq göstərmişdir(i.v.114-117); Аzərbаycаn Rеspublikаsı Səhiyyə Nаzirliyinin Rеspublikа Nаrkоlоji X4 Şəхsi Аmbulаtоr Məcburi-Nаrkоlоji Tibbi Yохlаmаnın 05 may 2021-ci il tаriхli, 1370 nömrəli rəyindən аydın оlur ki, müayinə zamanı Təqsirləndirilən şəxs оğlundа tiryək аlkоlоidlərini tərkibində sахlаyаn mаddələrdən sui-istifаdə еdilməsi ilə nəticələnən nаrkоmаniyа хəstəliyi аşkаr оlunur. Nаrkоmаniyаdаn məcburi müаlicəyə еhtiyаcı ваrdır. Ərаzi nаrkоlоji dispаnsеrində qеydiyyаtа аlınmаsı məsləhət görülür(119-120); sübutların qiymətləndirilməsi haqqında 02 iyun 2021-ci il tarixli qərarın surətindən görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvədə saxlanılmış, barəsində həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmış,iş üzrə zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması, hadisə yerinə baxış keçirilməsi, diskə baxış keçirilməsi və ifadənn yerində yoxlanılması protokolları, məhkəmə-kimyəvi ekspertizasının 6/1611 saylı, 23 aprel 2021-ci il tarixli, məhkəmə-narkoloji ekspertizasının 1370 saylı, 05 may 2021-ci il tarixli ekspert rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmişdir. (i.v.131-136); Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2017-ci il təvəllüdlü Yaqub, 2018-ci il təvəllüdlü Dürdanə adlı 2 azyaşlı övladı var. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin məhkəmədə verdiyi və iş materiallarında olan ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, ekspert rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama – üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,352 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz çəkisi 0,249 qram psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən himayəsində 2 azyaşlı uşağının olmasını, əməlini etiraf edərək səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində olan 07.02.2013-cü il tarixli hökm üzrə məhkumluğu ödənildiyindən CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə təqsirli bilinərək barəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu 22.04.2021-ci il tarixdən hesablanmalı (CPM-158.2.1, 158.6), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-56.1.2). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan 01 ədəd bükümdə təmiz çəkisi 0,249 qram psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə təmiz çəkisi 0,352 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 2 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdırlar. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri – 109,90 (yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Cinayət işi üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358, 381, 383-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 22 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs”qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-cü maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan 01 ədəd bükümdə təmiz çəkisi 0,249 qram psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə təmiz çəkisi 0,352 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 2 ədəd “DVD” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri 109,90 (yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin nəfinə ödənilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar