Məhkəmə qərarları › İş №1(011)-308/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-308/2024

22.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-308/2024 22.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1(mülki iddiaçı), Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, təqsirləndirilən şəxs(mülki cavabdeh) Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşayan, iş üzrə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş,- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki , o, özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə tanışı Qusar rayonu Xurel kənd orta məktəbində müəllim işləyən Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək sonuncu ilə həyat yoldaşı Şahid1 müəllimlərin sertifıkasiya imtahanından keçirilməsində köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 09 sentyabr 2022-ci il tarixdə saat 20:48-də Qusar şəhəri, Nurəddin Şərifov küçəsində yerləşən avtovağzalda quraşdırılmış ödəmə terminalından onun "xxxx" ASC-nin son səkkiz rəqəmi 6063-4056 olan kart hesabına Zərərçəkmiş şəxs1 tərəfindən köçürülmüş 1.000 manat, 10 sentyabr 2022-ci il tarixdə saat 16:24-də Qusar şəhəri, 3 saylı orta məktəbin yaxınlığında yerləşən “Pioner” mağazasındakı ödəmə terminalından həmin kart hesabına köçürülmüş 3.000 manat, 12 sentyabr 2022-ci il tarixdə saat 13:53- də Qusar şəhəri, Nurəddin Şərifov küçəsində yerləşən avtovağzalda quraşdırılmış ödəmə terminalından onun həmin kart hesabına köçürülmüş 2.500 manat, cəmi 6.500 manat pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirib Zərərçəkmiş şəxs1 ümumilikdə 6.500 (alt min beş yüz) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs1 tanışı Zərərçəkmiş şəxs4 X2nun təhsil aldığı Azərbaycan Respublikası Dənizçilik Akademiyasında imtahanlarda almış olduğu qeyri-kafi qiymətlərin yenidən imtahan verilib müsbət qiymətlər alınmasında köməklik göstərəcəyi barədə Zərərçəkmiş şəxs1 vasitəsi ilə Zərərçəkmiş şəxs4 etibarından sui-istifadə edərək yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə X14 Nəzirova vermiş olduğu 2.000 manat pulu sonuncunun 13 sentyabr 2022-ci il tarixdə saat 18:04-də Qusar şəhərində istintaqla müəyyən edilməyən ödəmə terminalından onun istifadəsində olan "xxxx" ASC-nin son səkkiz rəqəmi 6063-4056 nömrəli kart hesabına köçürülmüş həmin məbləğ pulu və 14 sentyabr 2022-ci il tarixdə saat 10:51-də Qusar şəhərində istintaqla müəyyən edilməyən ödəmə terminalından həmin kart hesabına köçürülmüş 2.000manat, cəmi 4.000 manat pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirməklə zorərçəkmiş şəxs Zərərçəkmiş şəxs4 ümumilikdə 4.000 manat (dörd min) miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs1 tanışı Zərərçəkmiş şəxs2 qohumu Sahil Kəlbixanovu Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin müvafiq yerli orqanlarında xidmətə qəbul etdirəcəyinə köməklik göstərəcəyi barədə Zərərçəkmiş şəxs1 vasitəsi ilə Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs1 vermiş olduğu 5.000manat pulu sonuncunun 03 noyabr 2022-ci il tarixdə saat 17:59-da Qusar şəhərində istintaqla müəyyən edilməyən ödəmə terminalından onun istifadəsində olan "xxxx" ASC-nin son səkkiz rəqemi 6063-4056 nömrəli kart hesabına köçürülmüş həmin məbləğ pulu və 03 noyabr 2022-ci il tarixdə saat 18:01-də Qusar şəhərində istintaqla müəyyən edilməyən ödəmə terminalından həmin kart hesabına köçürülmüş 1.000 manat, 06 noyabr 2022-ci il tarixdə saat 14:56-da Qusar şəhərində istintaqla müəyyən edilməyən ödəmə terminalından həmin kart hesabına köçürülmüş 2.500 manat, cəmi 8.500 manat pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirməklə Zərərçəkmiş şəxs2 ümumilikdə 8.500 manat (səkkiz min beş yüz) xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs1 tanışı Zərərçəkmiş şəxs3 əlilliklə bağlı dövlət təqaüdü düzəldilməsinə köməklik göstərəcəyi barədə Zərərçəkmiş şəxs1 vasitəsi ilə Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs1 vermiş olduğu 6.200 manat pul vəsaitini sonuncudan 2022-ci ilin noyabr ayının ortalarında Bakı şəhəri, Xətai rayonu Zığ şossesi 29/1 ünvdanda alıb vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirməklə Zərərçəkmiş şəxs3 cəmi 6.200 manat (altı min iki yüz) xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilib ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, X4 vurulmuş zərərin tam olaraq ödənildiyini, həmin zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını, digər Zərərçəkmiş şəxs1 isə 6.500 manat zərəri ödəyəcəyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2022-ci ilin sentyabr ayında Təqsirləndirilən şəxs ilə yaşadığı kənddə toy məclisində tanış olmuş, toy məclisində eşitmişdir ki, guya Namiq dövlət qurumlarında vəzifəli şəxslər vasitəsi ilə bəzi məsələləri həll etmək qabiliyyətinə malikdir. Bununla bağlı Namiqlə söhbət etmiş Qusar rayonu Xurel kəndində müəllim işlədiyini və sertifikasiya imtahanı ilə bağlı apellyasiya məhkəməsinə müraciət etməyində köməklik edə biləcəyini soruşmuşdur. Bu vaxt Namiq həmin məsələni həll edə biləcəyini və bunun müqabilində 6500 manat pul tələb olunduğunu demişdir. Həmin pulla Namiq həm ona həm də həyat yoldaşı Zeynəbin işinə də kömək edəcəkmiş, çünki Zeynəb də məktəbdə olmuşdur. Namiq işi təxminən 2 ay ərzində, 2022-ci ilin noyabr ayında həll edəcəyini bildirmişdir. Namiq ondan ilkin olaraq 4.000 manat pul istəmişdir. O, həmin məbləğdə pulu Namiqə 2 gün ərzində hissə-hissə vermiş xx.xx.2022-ci il tarixdə axşam radələrində 1.000 manat pulu Qusar şəhəri Avtovağzal ərazisində yerləşən tərminaldan, xx.xx.2022-ci il tarixdə isə 3.000 manat pulu Qusar şəhər 3 saylı tam orta məktəbin yanında yerləşən «Pioneer» mağazasında olan terminaldan Namiqin adma olan «LeoBank» kart hesabına köçürmüşdür. Həmin gün axşam radələrində tələbə yoldaşı Laura ona zəng edib, Azərbaycan Respublikası Dənizçilik Akademiyasında təhsil alan oğlu Teymur Məmmədəliyevin 2022-ci ilin yay aylarında keçirilmiş dövlət imtahanından kəsildiyini bildirib və həmin məsələni həll etmək üçün kömək istəmişdir. O bununla bağlı Namiqə zəng edib soruşmuş Namiq ona 2-3 günə xəbər verəcəyini bildirmiş, həmçinin onun işinin də qısa müddətə həll olunacağını qalıq 2.500 manat pulu da 1-2 günə göndərməyi tapşırmış, o da razı olmuşdur. xx.xx.2022-ci il tarixdə günorta vaxtı Qusar şəhəri Avtovağzal ərazisində yerləşən terminaldan Namiqin adına olan «LeoBank» kartına 2.500 manat pulu köçürmüşdür. Həmin gün axşam Namiq zəng edib, Azərbaycan Respublikası Dənizçilik Akademiyasında təhsil alan tələbənin kəsr məsələsini həll edə biləcəyini və bunun üçün 4.000 manat pul lazım olduğunu bildirmişdir. O tələbə yoldaşı Lauraya zəng edib bu barədə demişdir. Həmin gün Lauranın qayınatası Adil adlı şəxslə telefonla danışmışdır. Növbəti gün kartına 4.000 manat pul köçürmüşdür. Növbəti gün kartından pulu çıxartmaq istəyən zaman bankomatda 2.000 manat pul olmuşdur. xx.xx.2022-ci il tarixdə həmin pulu çıxartmış və Qusar şəhərində yerləşən terminallardan biri ilə Namiqə məxsus «LcoBank» bank kartına 2.000 manat pul köçürmüş və zəng edib məsələni izah etmişdir. xx.xx.2022-ci il tarixdə isə səhər Qusar şəhərinə gəlib kartından 2.000 manat pulu da çıxarıb Qusar şəhərində yerləşən terminallardan biri ilə Namiqə məxsus «LeoBank» bank kartına köçürmüşdür. Həmin vaxt Namiq məsələnin əvvəl 2022-ci ilin oktyabr-noyabr aylarında, sonradan isə 2022- ci ilin dekabr ayında həll olunacağına səz vermişdir. 2022-ci ilin təxminən noyabr ayının əvvəllərində bibisi oğlu Qusar şəhər sakini, X8 ona tanış vasitəsi ilə Xudat şəhərində yaşayan dostu Elxanın qohumunu FHN-nə işə düzəltməyi xahiş etmişdir. Bu barədə Namiqə zəng edib demiş və Namiq həmin məsələni də həll edə biləcəyinə söz vermiş və işin həlli üçün 8.500 manat pul istəmişdir. Bu barədə Zahirə demişdir. xx.xx.2022-ci il tarixdə Zahir 5.000 və 1.000 manat pulu Namiqin «LeoBank» bank kartına Qusar şəhərində ycrləşcn terminalardan biri ilə köçürmüş qalan 2.500 manat pulu isə təxminən 2-3 gün sonra Zahir ona əlbə-əl vermişdir. O, Namiqə zəng edib həmin pulu göndərmək istəyən zaman Namiq ondan borc istədiyi üçün 650 manat öz pulunu Zahirin verdiyi 2.500 manatla birlikdə ümumilikdə 3150 manat Qusar şəhərində yerləşən terminallardan biri ilə Namiqə məxsus «LeoBank» bank kartına köçürmüşdür. 2022-ci ilin noyabr ayında həmkəndlisi Zərərçəkmiş şəxs3 əlillik pensiyasının bərpası üçün müraciət etmişdir. Həmin məsələ ilə bağlı Namiqə müraciət etmişdir. Namiq ona həmin işin 7.000 manata həll olunacağını bildirmişdir. O Dairə bunu demiş və Dair əlində 6.200 manat pul olduğunu bildirmişdir. O, təkrar Namiqə zəng edib Dairin vəziyyətini izah etmiş və həmin məsələni 6.200 manata həll etməsini xahiş etmiş. Namiq də razılaşmışdır. Bundan sonra Dair ona 6.200 manat pul vermişdir. Həmin pulu bir neçə gün özündə saxlamış, 2022-ci ilin noyabr ayının ortalarında Bakı şəhəri. Xətai rayonu, Əhmədli qəsəbəsində Namiqlə üzbə-üz görüşüb əlbə-əl vermişdir. Həmin vaxt Bakıya öz şəxsi işləri ilə bağlı gəlmiş, həmçinin Namiqlə görüşüb öz sertifakasiya və digər məsələlərlə bağlı danışmaq istəmişdir. Həmin vaxt Namiq bütün məsələləri qısa müddət ərzində həll edəcəyini söz vermiş, o da Namiqə etibar edib inanmışdır. Zərərçəkmiş şəxs3 əlillik pensiyası məsələsi Namiqə müraciət etdiyi ən son məsələ olmuşdur. Bir müddət sonra o, Qusar təhsil şöbəsinə yaxınlaşaraq apcllyasiya şikayətinin bərpa olunub-olunmamasını soruşmuş və ona bildirilmişdir ki, “sizin barənizdə hər-hansı məktub təhsil şöbəsinə daxil olmayıb”. O, Namiqə zəng edərək bu barədə soruşmuş və Namiq yaxın vaxtda düzələcəyinə söz vermişdir. Daha sonra onunla əvvəllər tanımadığı Ziya adlı şəxs telefonla əlaqə saxlayaraq, işi ilə tanış olduğunu və Qusar şəhərində görüşmək istədiyini bildirmişdir. O, Ziya və adını Emil kimi təqdim edən şəxslə Qusar şəhərində yerləşən “Xıdır” restoranında görüşmüş və Ziya şəriki Turalın işi həll edə bilmədiyini demişdir. Turalın kim olduğunu soruşmuş və Ziya cavab olaraq Quba şəhər sakini Tural ilə birgə işlədiyini, onlara çatan pul məbləğinin isə Tural tərəfindən torpaq sahəsi satıldıqdan sonra qaytaracaqlarını söz vermişdir. Həmin vaxt məlum olmuşdur ki, Namiq sertifıkasiya və tələbə yoldaşı Lauranın övladının dövlət imtan kəsr işlərini Tural və Ziya adlı şəxslər vasitəsi ilə həll etmək istəmiş Namiqə verdiyi məbləğin bir hissəsini özündə saxlamaqla, digər hissəni Ziya və Turala vermişdir. O, bu barədə Namiqə zəng edib demiş və Namiq Ziya ilə görüşə nə üçün dəvət edilməməsini, Ziya ilə Turaldan heç-bir məbləğ götürməməsini, çünki, Ziya ilə Turalın işi həll edə bilməyəcəkləri təqdirdə pulun iki qatını qaytaracaqlarına dair söz verdiklərini demişdir. Daha sonra Namiq onu yenə inandırmışdır ki, iş həll olunacaq və yenə hansı məsələni həll etmək lazımdırsa buna hazır olduğunu demişdir. Bir müddət keçdikdən sonra məlum olmuşdur ki, Namiq tərəfindən heç-bir iş həll olunmamış və pul verən şəxslər öz pullarını ondan tələb etməyə başlamışlar. O dələlərlə Namiqə zəng edərək, verdiyi pulları geri tələb etməyə başlamış və Namiq müxtəlif bəhanələr gətirməklə pulu qaytarmaqdan yayınmışdır. Xudat şəhər sakini Elxan adlı şəxs. Namiqin yaşadığı ünvanını öyrənib onun evinə getmiş və bu barədə Namiqin anasına bildirmişdir. Bu barədə Namiqə məlum olduqda Elxana zəng edərək, ünvanına gəlməsi ilə bağlı narazılığını bildirərək telefondan hədə-qorxu gəlmişdir. Ona məlum olduqda ki, Namiq onu aldadıb dəfələrlə zəng edib barəsində şikayət edəcəyini demiş və Namiq ona demişdir ki, “get, hara istəyirsən şikayət et, mən pulu qaytarmayacağam”. 2023-cü ilin yanvar ayında Təqsirləndirilən şəxs və Ziya ilə Bakı şəhərində kafedə görüşmüşdür. Həmin vaxt Namiq söz vermişdir ki, pulun hamısını qaytaracaq. Bundan sonra ona məlum olmuşdur ki, Namiq onun və yoldaşının sertifikasiya işinə görə ondan 6.500 manat alsa da, həmin işi görmək üçün Ziya və Turala 4000 manat pul vermiş, təbb yoldaşı Lauranın övladın dövlət imtahan məsələsinə görə isə 4000 manat almasına baxmayaraq həmin işi görmək üçün Tural adlı şəxsə 2.500 manat pul vermişdir. Tural və Ziya adlı şəxslər həmin işləri həll edə bilmədikləri üçün ona Namiq tərəfindən verilən cəmi 6.500 manat pulu qaytarmışlar. Namiq isə ona 900 manat pul qaytarmışdır. Bundan başqa Namiq 2022-ci ilin oktyabr- noyabr aylarında müxtəlif vaxtlarda ondan cəmi 3800 manat pulu isə borca almışdır. Dəfələrlə Namiqdən digər görülməli işləri üçün göndərilən pulların geri qaytarılmasını tələb etsə də, Namiq hər dəfə müxtəlif bəhanələr gətirərək qaytarmamışdır. O, 2023-cü ilin fevral ayında Zərərçəkmiş şəxs4 4.000 manat pulu özü qaytarmışdır. O, Zahir Əlimətova 8.500 manat qaytarmaqdan ötrü xx.xx.2023-cü il tarixdə, «Rabitə Bank» dan kredit alıb pulu qaytarmışdır. 2023-cü ilin iyul ayında tanışlardan borca pul götürüb Zərərçəkmiş şəxs3 6.200 manat pulu qaytarmışdır. Bütün bunları nəzərə alaraq Təqsirləndirilən şəxs məsuliyyətdən yayındığını görüb 2023-cü ilin avqust ayında DİN-nin rəhbərliyinə şikayət etmişdir. Təqsirləndirilən şəxs barəsində Qusar RPŞ-də cinayət işi başlanılmış barəsində həbs qətimkan tədbiri seçilmişdir. Həmin vaxt Namiqin qardaşı Orxan 6.500 manat pul qaytarmış və Namiq ev dustağlığına buraxılmışdır. Bundan sonra Namiq əlavə 500 manat pul qaytarmışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir. Mülki iddia ərizəsinin təmin edilməsini, Təqsirləndirilən şəxs 6500 manat məbləğində maddi ziyanın tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun gəlini Laura Məmmədəliyeva ilə birgə texnikumda oxumuş, yəni tələbə yoldaşı olmuşlar. Həmin vaxtdan tələbə yoldaşı kimi münasibətləri qalmışdır. Nəvəsi X1 Akedemiyasında şturman ixtisasında oxuyur. 2022-ci ilin yay ayında Teymur dövlət imtahanından kəsilmişdir. Babası olaraq Teymura kömək etmək istəmiş və soraqlaşmağa başlamış, lakin, adam tapıb işi həll edə bilməmişdir. 2022-ci ilin sentyabr ayının ortalarında gəlini Laura ona bildirmişdir ki, tələbə yoldaşı Qusar rayon sakini Elxanla danışıb və Elxanın Teymurun işini həll edəcək tanışı var. İşin həlli üçün 4.000 manat pul lazımdır. O, həmin məbləğdə pulu Lauraya vermiş, Laura da həmin pulu Elxanın bank kartına göndərmişdir. Pulu göndərməzdən əvvəl həm o, həm də Laura bir neçə dəfə Elxanla danışmış, Elxan onlara Bakı şəhərində həmin işi həll edəcək dostu olduğunu, həmin dostunun Təhsil Nazirliyində vəzifəli şəxslərlə əlaqəsi olduğunu bildirmişdir. Bu səbəbdən onlar Elxana inanmışlar. 2022-ci iiln sentyabr ayının ortalarında Laura, Elxanın bank kartına 4000 manat pulu köçürmüş, Elxan həmin pulu Bakı şəhərində yaşayan dostunun bank karlına köçürdüyünü onlara bildirmişdir.Bundan bir neçə ay keçməsinə baxmayaraq Teymurun işi həll olunmadığından, o, Zərərçəkmiş şəxs1 mütamədi zəng etmişdir. Hər dəfə Elxan işin qısa vaxtda həll olunacağına söz vermişdir. O işin həll olunmadığını görüb pulunu geri tələb etmişdir. 2023-cü ilin fevral ayında o, Zərərçəkmiş şəxs1la Qusar şəhərində görüşmüş və Elxan ona 4.000 manat pulu geri qaytarmışdır.Pulu aldıqdan sonra Elxanla görüşməmiş və əlaqə saxlamamışdır. Ziyan ödənildiyi üçün şikayət etməmişdir. Hal-hazırda da Zərərçəkmiş şəxs1 hər-hansı şikayəti və tələbi yoxdur. Ümumiyyətlə bu məsələ ilə bağlı kimsədən şikayət və tələbi qalmamışdır. Pul verilməsi məsələsində nəvəsi Teymur Məmmədəliyevin təşəbbüsü olmamış və özbaşına bu hərəkəti etmişdir. Hal-hazırda nəvəsi Qubadlı rayonu ərazisində hərbi xidmətdədir, imtahan məsələsi də olduğu kimi qalmışdır. Hal-hazırda təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, ona vurulmuş zərər tam olaraq ödənilmiş, təqsirləndirilən şəxslə barışmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 həmkəndlisidir və həmkəndli kimi münasibətləri həmişə yaxşı olmuşdur. 2022-ci ilin təxminən noyabr ayında Zərərçəkmiş şəxs1 ona demişdir ki, Bakı şəhərində Namiq adlı dostu var və Namiq lazım olan işləri həll edə bilir. O, Elxana əlilliklə bağlı pensiya almaq istədiyini demişdir. Həmin vaxt Zərərçəkmiş şəxs1 dostu Namiqlə danışıb xəbər edccəyini demişdir. Bir neçə gün sonra Zərərçəkmiş şəxs1 ona demişdir ki, dostu Namiqlə danışıb və Namiq deyib ki, əlillik pensiyasını həll etmək üçün 7000 manat pul lazımdır.O, Elxana cəmi 6.200 manat pul verə biləcəyini demişdir. Elxan təkrar Namiqlə danışıb xəbər edəcəyini bildirmişdir. Bir neçə gün sonra Elxan onunla əlaqə saxlayıb demişdir ki, Namiq 6200 manata həmin işi həll etməyə razılıq verib. Bundan sonra 2022-ci ilin təxminən noyabr ayının ortalarında o, Zərərçəkmiş şəxs1la Qusar rayonu, Xurcl kəndində görüşüb 6.200 manat pulu vermişdir ki, pensiya məsələsini həll etmək üçün dostu Namiqə çatdırsın. Elxan ona bildirmişdir ki, bir neçə gün sonra Bakı şəhərinə gedəcək və həmin pulu əlbə-əl dostu Namiqə çatdıracaq. Bundan bir müddət sonra Elxan ona bildirmişdir ki, Bakı şəhərinə gedib Xətai rayonu Əhmədli qəsəbəsində Namiqlə görüşüb, həmin 6.200 manat pulu Namiqə əlbə-əl vermişdir. Həmin vaxtdan sonra bir neçə ay keçməsinə baxmayaraq istədiyi məsələ həllini tapmadığından o, dəfələrlə Zərərçəkmiş şəxs1la görüşmüş, zəngləşmiş və işinin nə yerdə qaldığını soruşmuşdur. Hər dəfə o, Zərərçəkmiş şəxs1 işini soruşanda Elxan “tələsmə, düzələcək, az qalıb” demişdir. Amma aylar keçməsinə baxmayaraq məsələ düzəlməmişdir. Bunu başa düşüb 2023-cü ilin iyul ayında Zərərçəkmiş şəxs1la görüşüb işin düzəlmədiyini deyərək pulunu geri tələb etmişdir. Elə həmin ay Zərərçəkmiş şəxs1 6.200 manat pulu ona geri qaytarmışdır. Hal-hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur, ona vurulmuş zərər tam olaraq ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, 2022-ci ilin noyabr ayında dostu Zahir Əlimətov ona demişdir ki, dayısı oğlu Zərərçəkmiş şəxs1 demişdir ki, Bakı şəhərində yaşayan dostu Təqsirləndirilən şəxs istənilən şəxsi Fövqəladə Hallar Nazirliyinə işə düzəldə bilir. Söhbət zamanı o Zahirə Elxanla görüşmək istədiyini demişdir. Həmin ay onlar Qusar şəhərində görüşmüş və Zərərçəkmiş şəxs1 ona dostu Təqsirləndirilən şəxs əvvəllər bir neçə işini həll etdiyini etibarlı şəxs oğlduğunu, Namiqlə toy məclisində görüşdüyünü demişdir. Bu zaman Zərərçəkmiş şəxs1 inanmış və razılaşmışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə Qusar şəhərində Zahir Əlimətovla görüşmüş və 6.000 manat pulu Zahirə vermişdir ki, Zahir həmin pulu Elxana, Elxan da öz növbəsində işinin həlli üçün Təqsirləndirilən şəxs çatdırsın. Həmin gün Zahir ona zəng edib pulu Təqsirləndirilən şəxs kart hesabına köçürdüyünü demişdir. Bir neçə gün sonra Qusar şəhərində yenidən Zahirlə görüşüb 2.500 manat pulu Zərərçəkmiş şəxs1 çatdırması, eyni zamanda həmin pulun Təqsirləndirilən şəxs çatdırılması üçün vermişdir. Sonra Zahir zəng edib pulu çatdırdığını demişdir. O 8.500 manat məbləğdə pulu qohumu X15 Nazirliyində işə düzəldilməsi məqsədi ilə vermişdir. Verilən pulları özünə məxsus olmuşdur. Bundan sonra dəfələrlə Zərərçəkmiş şəxs1la əlaqə saxlayıb işin nə yerdə olmasını soruşmuşdur. Eyni zamanda bir dəfə Təqsirləndirilən şəxsla əlaqə saxlayıb işin həllini soruşduqda Namiq ondan pul almadığını onu tanımadığını Elxanı tanıdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana Bakı şəhərinə gəlsə də ünvanda heç kim olmadığından bir xəbər öyrənə bilməmişdir. 2023-cü ilin iyun ayında Zərərçəkmiş şəxs1 bankdan kredit çəkərək ona dəymiş naddi ziyanı 8.500 manat olmaqla tam şəkildə ödəmişdir. Bundan sonra Namiqin Elxandan aldığı pulu qaytarıbqaytarmaması barədə maraqlanmamışdır. Ona vurulmuş zərər tam olaraq ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur və barışmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış Şahid2 məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini və onun iştirakı olmadan iclasın keçirilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 02 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Qusar rayon Polis şöbəsinin İstintaq bölməsində araşdırılan HK-1/686 saylı materialda Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutlan cinayətlərin tərkib əlamətlərinə real əsaslı sübhələr olduğundan həmin materal üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsilə cinayət işinin başlanması qərara alınmışdır. (cild İ, i.v.1); xx.xx.2023-cü il tarixli vətəndaş Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, Namiq adlı şəxs ona 21600 manat məbləğində dəyərində maddi zərər vurmuşdur, qanuni tədbir görülməsini xahiş etmişdir.(cild İ, i.v 6-8) zərərçəkmiş şəxs qismində tanınma haqqında 02 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild İ, i.v. 44); zərərçəkmiş şəxs qismində tanınma haqqında 03 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild İ, i.v. 52); zərərçəkmiş şəxs qismində tanınma haqqında 04 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild İ, i.v. 73); zərərçəkmiş şəxs qismində tanınma haqqında 05 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild İ, i.v. 78); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alnmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə məhkum olunmuş və Azərbaycan Respublikası CM- nin 221.1-ci maddəsi ilə təqsirli bilinib 01 il islah işləri cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CMnin 83-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Belə olan halda Təqsirləndirilən şəxs məhkumluğu olmayan hesab edilmişdir.( cild İ, i.v 89-90) 14 noyabr 2023-cü il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi Azərbaycan Respublikası CM-nin 178.1 maddəsindən, həmin məcəllənin 178.2.2, 178.2.4-cü maddələrinə tövsif edilməsi qərara alımışdır. (cild İ, i.v 110- 111) 15 noyabr 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamın ona elan olunması qərara alınmışdır. (cild İ, i.v 112-113) 10 noyabr 2023-cü il tarixli Bakı Şəhər Narkoloji Mərkəzi publik hüquqi şəxsin məktubundan görünür ki, Təqsirləndirilən şəxs BŞNM-də qeydiyyatda yoxdur. (cild İ, i.v 122) 23 noyabr 2023-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhərində saxlanmışdır. (cild İ, i.v 123) Qusar Rayon Məhkəməsinin 4(029)-32/2023 saylı, 24 noyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı istintaq Təcridxanasında saxlanılmaqla həbs qətimkan tədbiri seçilməsi, həbsdə saxlama müddəti 01 ay 15 gün həddində müəyyən edilməsi, həbsetmənin əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan-yəni 23 noyabr 2023-cü il tarixdən hesab edilməsi qərara alınmışdır (cild İ, i.v 149-154) Qusar Rayon Məhkəməsinin 4(029)-35/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilmişdir.(cild İ, i.v 157-163) Qusar Rayon Məhkəməsinin 4(029)-38/2023 saylı, 29 dekabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ev dustaqlığında saxlama müddəti 02 ay müddətinə yəni 08 mart 2024-cü il tarixə kimi uzadılması qərara alınmışdır. (cild İ, i.v 180-184) 30 yanvar 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs “Excel” faylının terminal vasitəsi ilə aparılan əməliyyatlarında xx.xx.2022-ci il tarixdə saat 20:48-də 1.000 manat, xx.xx.2022-ci il tarixdə saat 16:24-də 3.000 manat, xx.xx.2022-ci il tarixdə saat 13:53-də 2.500 manat pul Təqsirləndirilən şəxs məxsus son səkkiz rəqəmi 60634056 olan "xxxx" kartına mədaxil edilmişdir. - Təqsirləndirilən şəxs “Excel” faylının terminal vasitəsi ilə aparılan əməliyyatlarında xx.xx.2022-ci il tarixdə saat 18:04-də 2.000 manat, xx.xx.2022-ci il tarixdə saat 10:51-də 2.000 manat pul Təqsirləndirilən şəxs məxsus son səkkiz rəqəmi 60634056 olan "xxxx" kartına mədaxil edilmişdir. -Təqsirləndirilən şəxs “Excel” faylının terminal vasitəsi ilə aparılan əməliyyatlarında xx.xx.2022-ci il tarixdə saat 17:59-da 5.000 manat, xx.xx.2022-ci il tarixdə saat 18:01-də 1.000 manat, xx.xx.2022-ci il tarixdə saat 14:56-da 3.150 manat pul Təqsirləndirilən şəxs məxsus son səkkiz rəqəmi 60634056 olan "xxxx" kartına mədaxil edilmişdir.İş üzrə İş üzrə Unibank ASC-dən daxil olmuş Təqsirləndirilən şəxs məxsus son səkkiz rəqəmi 60634056 olan plastik bank kartına xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan əməliyyatlara dair 01 ədəd disk maddi sübut kimi tanınmış və iş materialına əlavə edilmişdir. (cild İ, i.v 209-212) 12 fevral 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə yeni məzmunda yenidən ittiham elan olunması qərara alınmışdır. (cild İ, i.v 228-229) 13 fevral 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və əlavə edilmiş foto cədvəldən görünür ki, Təqsirləndirilən şəxs Qusar rayon sakini Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək həmkəndlisi Zərərçəkmiş şəxs3 əlillik pensiyası düzəldəcəyini yalandan vəd etməklə etibarından sui-istifadə edərək, 6.200 manat məbləğində pulu Zərərçəkmiş şəxs1 əlbə-əl aldığı Bakı şəhəri, Xətai rayonu Zığ Şosesi ərazisi olmaqla “Flora” gül salonu ilə üzbəüz “Tac Mahal” restoranından təxminən 200-300 metr məsafədə yerləşən yeri əyani surətdə göstərmişdir. (cild İ, i.v 237-239) 08 mart 2024-cü il tarixli qətimkan tədbirinin seçlməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir.(cild İİ i.v 9-10) 22 noyabr 2011-ci il tarixli Xətai Rayon Məhkəməsinin hökmündən görünür ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsilə təqsirli bilinib, aylıq qazancının 20 faizi dövlət nəfinə tutumaqla, 01 il müddətinə islah işləri cəzasına məhkum olunmuşdur. ( cild İİ, i.v 19B-19C) 10 aprel 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 18.2.4cü maddələri ilə yenidən ittiham elan edilməsi, aparılmış istintaq əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsinin tərkib əlamətlərinin olması müəyyən edilmədiyindən X9 barəsində həmin maddə ilə cinayət təqibinin başlanmasının rədd edilməsi və bu barədə olan sənədlərin surəti saxlanması üçün Xətai rayon prokuroruna göndərilməsi,aparılmış istintaq əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1 maddəsinin tərkib əlamətlərinin olması müəyyən edilmədiyindən Şahid2 və Şahid3 barəsində həmin maddə ilə cinayət təqibinin başlanmasının rədd edilməsi və bu barədə olan sənədlərin surəti saxlanması üçün XətaiRayon Prokurorluğuna göndərilməsi, aparılmış istintaqla Zərərçəkmiş şəxs1 tərəfindən Təqsirləndirilən şəxs 650 manat pulun borc qismində müəyyən edildiyindən sonuncu barəsində həmin hissədə cinayət təqibinin başlanmasının rədd edilməsi və bu barədə olan sənədlərin surəti saxlanması üçün Xətai rayon Prokurorluğuna göndərilməsi, iş üzrə Unibank ASC-dən daxil olmuş Təqsirləndirilən şəxs məxsus son 8 rəqəmi 60634056 olan plastik bank kartına xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan əməliyyatlara dair 01 ədəd disk maddi sübut kimi tanınması və iş materiallarına əlavə edilməsi, iş materiallarına əlavə edilmiş Zahir Əlimatov tərəfindən xx.xx.2022-ci il tarixdə saat 17:59-da Qusar rayonu,N.Şərifov küçəsi, “Eynar” marketdəki milli ön ödəmə terminalı vasitəsilə Təqsirləndirilən şəxs məxsus Leobank kart hesabına köçürülmüş 5.000 manat və saat 18:01 -də köçürülmüş 1.000 manat pullara dair çeklərin maddi sübut kimi tanınması, iş üzrə zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri,baxış protokolları işin faktiki hallarına uyğun olduğu üçün sübut növü kimi qiymətləndirilməsi , qərarın surətinin ibtidai araşdırmaya prossesual rəhbərliyi həyata keçirən Xətai rayon prkuroruna gödərilməsi qərara alınmışdır.(cild İİ i.v 20-32) 23 aprel 2024-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur (cild İİ i.v 50-52) 24 may 2024-cü il tarixli Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurmuş olduğu maddi ziyanı tam ödəmiş,ona qarşı heç bir şikayət və tələbi yoxdur. 12 iyun 2024-cü il tarixli Zərərçəkmiş şəxs3 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona vurmuş olduğu maddi ziyanı tam ödəmiş,ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia ərizəsindən görünür ki, mülki cavabdeh Təqsirləndirilən şəxs 6500 manat məbləğində maddi ziyanın tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Odur ki, yuxarıda qeyd olunan xüsusatlardan,məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ilkin araşdırma materialları, üzləşdirmə protokolu və digər istintaq sənədləri ilə təsdiq edilərək tam sübuta yetirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144- 146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə və ya xeyli miqdarda ziyan vurmaqla törədildikdə—dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə uyğun olaraq, Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.14-cü maddəsinə uyğun olaraq, cinayət nəticəsində dəymiş ümumilikdə 25.200( iyirmi beş min iki yüz) manat maddi ziyandan 18.700(on səkkiz min yeddi yüz) manat ödənilməsi qismən ödənilməsi Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, həbsdə və ev dustaqlığında olduğu müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, iş üzrə maddi sübut kimi tanınmış ödəniş çekləri və 01 ədəd disk iş materiallarında cinayət işi materillarında saxlanılmalı, zərər çəkmiş şəxsə vurulmuş zərərin məbləği verilmiş ittiham üzrə Zərərçəkmiş şəxs1 vurulmuş və ödənilməmiş 6.500 manat pul təqsirləndirilən şəxsdən tutularaq zərər çəkmiş şəxsə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə müvafiq olaraq ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin nomalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər.Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Qeyd olunanlarla əlaqədar təqsirləndirilən şəxsə qarşı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia tam təmin edilməli, cinayət nəticəsində vurulmuş maddi zərərə görə Təqsirləndirilən şəxs 6500 manat pul tutularaq Zərərçəkmiş şəxs1 ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52- 1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 40 (qırx) saat üçün nəzərdə tutulan 240 (iki yüz qırx) manat pul ödənilməlidir. İş üzrə məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında olduğu 03 (üç) ay 15 (on beş) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 07(yeddi) ay müddət ona təyin olunmuş 03(üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq Təqsirləndirilən şəxsnın üzərində 02 (iki) il 05 (beş) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxsnın üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxsnın yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxsnın cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia tam təmin edilsin. Cinayət nəticəsində vurulmuş maddi zərərə görə Təqsirləndirilən şəxs 6.500(altı min beş yüz) manat pul tutularaq Zərərçəkmiş şəxs1 ödənilsin. Təqsirləndirilən şəxsnın məhkəmədə hüquqlarını müdafiə etmiş 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 40 (qırx) saat üçün nəzərdə tutulan 240 (iki yüz qırx) manat pul ödənilsin. İş üzrə maddi sübutlar– ödəniş çekləri və 01 ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar