Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-309/2023 18.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxslər – Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs1 və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs2 və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1994-cü ildə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Salyan rayonu, Qaraçala qəsəbəsində qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi xx xxxx 1997-ci ildə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Salyan rayonu, Qaraçala qəsəbəsində qeydiyyatda olan, ünvan 1 ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 ittiham elan olunmuşdur ondan ötrü ki, o, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, qardaşı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq edilən hərəkətlərlə 29 oktyabr 2022-ci il tarixdə saat 24 radələrində Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanın qarşısından sürücüsü eləcə də dövlət qeydiyyat nişanı məlum olmayan taksi kimi fəaliyyət göstərən «Opel» markalı avtomobildə Zərərçəkmiş şəxs2 qardaşı Zərərçəkmiş şəxs1 və qonşuları Zərərçəkmiş şəxs3 ilə birlikdə yaşadıqları ünvan istiqamətinə gedərkən Təqsirləndirilən şəxs2 idarə etdiyi «Mercedcs-benz» markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobili yolun hərəkət hissəsini bağladığı üçün taksi avtomobilinin oradan keçməsinin məhdudlaşdırılması səbəbindən Təqsirləndirilən şəxs1 və onun qardaşı Təqsirləndirilən şəxs2 irad bildirən Zərərçəkmiş şəxs2 və qardaşı Zərərçəkmiş şəxs1 arasında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs1 ictimai qaydam kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərini davam etdirərək yumruq zərbələri ilə Zərərçəkmiş şəxs1 sifət nahiyəsinə bir neçə dəfə vuraraq ona sol qaş nahiyəsinin əzilmiş yarası, sol gözətrafı nahiyənin dərialtı hematoması, sağ diz oynağı nahiyəsinin sıyrığından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər, qardaşı Təqsirləndirilən şəxs2 isə yumruqla bir neçə dəfə Zərərçəkmiş şəxs2 vuraraq ona sol təpə və ənsə nahiyələrinin zəif şişkinlik halında əzilmələri, üst dodağın iç səthinin qansızması, sol qaş, sol gözaltı, üst dodaq və sağ diz nahiyələrinin sıyrıqlarından ibarət sağlamlığa zərərvurmayan, Zərərçəkmiş şəxs3 da sifət nahiyəsindən bir neçə dəfə yumruqla vuraraq ona burun nahiyəsinin şişkinliyi halında qançırı, sol gözaltı nahiyənin qançırından ibarət sağlamlığa zərərvurmayan xəsarətlər yetirməklə qərəzli xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 ittiham elan olunmuşdur ondan ötrü ki, o, bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, qardaşı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq edilən hərəkətlərlə 29 oktyabr 2022-ci il tarixdə saat 24 radələrində Bakı şəhəri, Xətai rayonu, ünvan 2 ünvanın qarşısından sürücüsü eləcə də dövlət qeydiyyat nişanı məlum olmayan taksi kimi fəaliyyət göstərən «Opel» markalı avtomobildə Zərərçəkmiş şəxs2 qardaşı Zərərçəkmiş şəxs1 və qonşuları Zərərçəkmiş şəxs3 ilə birlikdə yaşadıqları ünvan istiqamətinə gedərkən o, idarə etdiyi «Mercedes-benz» markalı **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobili yolun hərəkət hissəsini bağladığı üçün taksi avtomobilinin oradan keçməsinin məhdudlaşdırılması səbəbindən ona və qardaşı Təqsirləndirilən şəxs1 irad bildirən Zərərçəkmiş şəxs2 və qardaşı Zərərçəkmiş şəxs1 arasında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs1 ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərini davam etdirərək yumruq zərbələri ilə Zərərçəkmiş şəxs1 sifət nahiyəsinə bir neçə dəfə vuraraq ona sol qaş nahiyəsinin əzilmiş yarası, sol gözətrafı nahiyənin dərialtı hematoması, sağ diz oynağı nahiyəsinin sıyrığından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər, o, isə yumruqla bir neçə dəfə Zərərçəkmiş şəxs2 vuraraq ona sol ləpə və ənsə nahiyələrinin zəif şişkinlik halında əzilmələri, üst dodağın iç səthinin qansızması, sol qaş, sol gözaltı, üst dodaq və sağ diz nahiyələrinin sıyrıqlarından ibarət sağlamlığa zərərvurmayan, Zərərçəkmiş şəxs3 da sifət nahiyəsindən bir neçə dəfə yumruqla vuraraq ona burun nahiyəsinin şişkinliyi halında qançırı, sol gözaltı nahiyənin qançırından ibarət sağlamlığa zərərvurmayan xəsarətlər yetirməklə qərəzli xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu Babək prospektində yerləşən “Arzu” şadlıq sarayında əmisi oğlu Yalçın Abıyevin toy məclisi idi. xx.xx.2022-ci il tarixdə saat 00:00-da Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 34 ünvanında yerləşən “Arzu” şadlıq sarayından toydan çıxıb yol kənarında idarə etdiyi “Daewoo Nexia” markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilindən əşyaları qardaşı Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mercedes-benz" markalı **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobilinə daşıyırdı. Qardaşı Təqsirləndirilən şəxs2 avtomaşınında anası Şahid1 və bibisi Şahid2 olmuşdur. Bu zaman qara rəngli “Opel" markalı taksi onun avtomobilinin yanında saxlamış və avtomobilin qabaq oturacağından bir nəfər kişi (Zərərçəkmiş şəxs2) başını pəncərədən çıxarıb qışqıraraq söyüşlə “Ay eşşək, burada maşın saxlama” demişdir. O isə adının sonradan Zərərçəkmiş şəxs2 olduğunu bildiyi həmin şəxsə "Buradan tank keçər, əgər dönmüsənsə keç get” bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 avtomobildən enərək ona yaxınlaşmış və aralarında sözlə mübahisə baş vermişdir. Mübahisə zamanı “Opel” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı taksi avtomobilinin arxa oturacağından iki nəfər də (Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1) enib ona yaxınlaşmışdırlar. Həmin vaxt birinci ona yaxınlaşan Zərərçəkmiş şəxs2 yumruqla onun sol gözündən vurmuşdur. Bu zaman hadisəni görən qardaşı – Təqsirləndirilən şəxs2a, anası – Şahid1 və bibisi – Şahid2 münaqişəni sakitləşdirmək məqsədilə dərhal onun yanına gəlmişlər. Qardaşı Təqsirləndirilən şəxs2 zərər çəkmiş şəxslərə içkili olduqlarını bildirib özlərini normal aparmalarını irad kimi bildirmişdir. Lakin, zərər çəkmiş şəxslər buna heç bir məhəl qoymamış və öz zorakı hərəkətlərini davam etdirmişlər. Daha sonra isə Zərərçəkmiş şəxs2 onun anasını və bibisini itələmiş və nəticədə onlar yerə yıxılmışdır. Qarşılıqlı olaraq biri birilərinə zərbələr yetirərək dava dalaş etməyə başlamışlar. O və qardaşı avtomobilə minib oranı tərk etmək istəsələr də zərər çəkmiş şəxslər avtomobilin qapısından tutaraq mane törətməyə cəhd göstərmişlər. Lakin, buna baxmayaraq onlar oradan avtomobili sürüb getmişlər. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə əvvəllər vermiş olduğu (məhkəməyədək icraat zamanı) və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu Babək prospektində yerləşən “Arzu” şadlıq sarayında əmisi oğlu Yalçın Abıyevin böyük toy məclisi idi. xx.xx.2022-ci il tarixdə saat 00:00 dəqiqədə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 34 ünvanında yerləşən “Arzu” şadlıq sarayından toydan çıxıb yol kənarında idarə etdiyi “Daewoo Nexia” markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilindən əşyaları qardaşı Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mercedes- benz" markalı **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobilinə qoyurdu. Qardaşı Təqsirləndirilən şəxs2 avtomaşınında anası Şahid1 və bibisi Şahid2 var idi. Bu zaman qara rəngli “Opel" markalı taksi maşını qardaşı Abdullanın avtomobilinin qarşısında saxlamış və avtomobilin qabaq oturacağından bir nəfər kişi başını pəncərədən çıxarıb qardaşı Abdullaya söyüşlə “burada maşın saxlama” demişdir. O, da həmin şəxsə buradan "tank keçər, dönmüsən keç get” sözünü bildirmişdir. Bundan sonra həmin şəxs avtomobildən enərək ona yaxınlaşmış və aralarında sözlə mübahisə baş vermişdir. Mübahisə zamanı “Opel” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı taksi avtomobilinin arxa oturacağından iki nəfər də enib ona yaxınlaşmışdır. Həmin vaxt birinci ona yaxınlaşan Zərərçəkmiş şəxs2 yumruqla sol gözündən vurmuşdur. Bu zaman anası Şahid1 avtomobildən enərək onları ayırmaq istəyəndə ehtiyatsızlığından yerə yıxılmışdır. Bundan sonra qardaşı Təqsirləndirilən şəxs2 əsəbləşərək həmin şəxslərə içkili olduqlarını bildirib özlərini normal aparmalarını irad kimi bildirmişdir. Qarşılıqlı olaraq biri birilərinə zərbələr endirərək dava etməyə başlamışlar. O, Zərərçəkmiş şəxs1 göz və bədənin müxtəlif nahiyələrinə əli ilə vuraraq xəsarət yetirmiş, qardaşı Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 əli ilə baş və bədənlərinin müxtəlif nahiyələrinə vuraraq xəsarət yetirmişdir. Anası Şahid1 və bibisi Şahid2 onları ayırmışdır. Onlar öz avtomobilinə minib getmək istəsələr də lakin qarşı tərəf onların avtomobilinin qapısından tutaraq getməyə imkan verməmişdir. Lakin onlar oradan avtomobilini sürüb getmişlər. Bundan başqa dava zamanı Zərərçəkmiş şəxs2 ona yumruqla sol gözündən vurarkən əsəbləşərək ona əl-qol atarkən Opel markalı avtomobildən Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 ona yaxınlaşaraq vurmaq istədikdə qardaşı Zərərçəkmiş şəxs2 onu müdafiə etmək üçün onların hər ikisini əlləri ilə üz və bədənlərinin müxtəlif nahiyələrinə zərbələr vurmuşdur. Həmin vaxtı ətrafda olan şəxslər hadisəyə müdaxilə etməsələr də lakin ictimai qayda pozulmuş, cəmiyyətə açıqca hörmətsizlik nümayiş olunmuşdur. Restorandan çıxan və ətrafda olan şəxslər onların davasına tamaşa etmişlər. Həmin vaxt anası Şahid1 və bibisi Şahid2 onları ayırmışdır. O və qardaşı qarşı tərəfin sərxoş olduğunu bilib onlardan ayrılmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu Babək prospektində yerləşən “Arzu” şadlıq sarayında əmisi oğlu Yalçın Abıyevin toy məclisi idi. xx.xx.2022-ci il tarixdə saat 00:00-da Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 34 ünvanında yerləşən “Arzu” şadlıq sarayından toydan çıxıb yol kənarında idarə etdiyi “Mercedes-benz" markalı **-MR-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yeməkləri daşıyırdılar. Avtomaşınında anası Şahid1 və bibisi Şahid2 olmuşdur. Bu zaman qara rəngli “Opel" markalı taksi qardaşının avtomobilinin yanında saxlamış və taksi avtomobilinin qabaq oturacağından bir nəfər kişi (Zərərçəkmiş şəxs2) başını pəncərədən çıxarıb qışqıraraq söyüşlə “Ay eşşək, burada maşın saxlama” demişdir. Vurğun isə buradan Zərərçəkmiş şəxs2 "Buradan tank keçər, əgər dönmüsənsə keç get” bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 avtomobildən enərək Vurğuna yaxınlaşmış və aralarında sözlə mübahisə baş vermişdir. Mübahisə zamanı “Opel” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı taksi avtomobilinin arxa oturacağından iki nəfər də (Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1) enib Vurğuna yaxınlaşmışdırlar. Həmin vaxt birinci Vurğuna yaxınlaşan Zərərçəkmiş şəxs2 yumruqla onun sol gözündən vurmuşdur. Bu zaman hadisəni görən anası – Şahid1 və bibisi – Şahid2 ilə birlikdə münaqişəni sakitləşdirmək məqsədilə dərhal Vurğunun yanına gəlmişlər. Zərər çəkmiş şəxslərə içkili olduqlarını bildirib özlərini normal aparmalarını irad kimi bildirmişdir. Lakin, zərər çəkmiş şəxslər buna heç bir məhəl qoymamış və öz zorakı hərəkətlərini davam etdirmişlər. Daha sonra isə Zərərçəkmiş şəxs2 onun anasını və bibisini itələmiş və nəticədə onlar yerə yıxılmışdır. Qarşılıqlı olaraq biri birilərinə zərbələr yetirərək dava dalaş etməyə başlamışlar. O və qardaşı avtomobilə minib oranı tərk etmək istəsələr də zərər çəkmiş şəxslər avtomobilin qapısından tutaraq mane törətməyə cəhd göstərmişlər. Lakin, buna baxmayaraq onlar oradan avtomobili sürüb getmişlər. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin ona Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə əvvəllər vermiş olduğu (məhkəməyədək icraat zamanı) və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu Babək prospektində yerləşən “Arzu” şadlıq sarayında əmisi oğlu Yalçın Abıyevin toy məclisi idi. Həmin toy məclisinə anası Şahid1, bibisi Şahid2 ilə birlikdə getmişlər. Həmin toya qardaşı Təqsirləndirilən şəxs1 özünə məxsus “Daewoo Nexia” markalı avtomobili ilə gəlmişdir. xx.xx.2022-ci il tarixdə saat 00:00-da Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 34 ünvanında yerləşən “Arzu” şadlıq sarayından toydan çıxıb yol kənarında qardaşı Təqsirləndirilən şəxs1 idarə etdiyi “Daewoo Nexia” markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilindən əşyaları götürüb onun idarə etdiyi “Mercedes-benz” markalı **-MP- *** dövlət qeydiyyat nişanlı avtomobilə qoyurmuşlar. Onun avtomaşınında anası Şahid1 və bibisi Şahid2 olmuşdur. Onlar toydan götürdükləri yeməkləri avtomobilinə qoyan zaman qara rəngli “Opel” markalı taksi avtomaşını onun avtomobilinin arxasında saxladıqda həmin taksi sürücüsünün yanında əyləşən şəxs əli ilə ondan yol istədiyini işarə etmişdir. O, da əli ilə işarə edərək yol olduğunu və keçə biləcəyini bildirmişdir. Taksi sürücüsü onun avtomobilinin qarşısında saxladıqda həmin qabaq oturacaqda əyləşən təxminən 60 yaşlı bir kişi avtomobildən düşüb ona nalayiq sözlər dedikdə qardaşı Təqsirləndirilən şəxs1 həmin şəxsə “buradan tank keçər dönmüsən keç get” deyə bildirmişdir. Bundan sonra həmin şəxs qardaşı Təqsirləndirilən şəxs1 yaxınlaşmış və aralarında sözlə mübahisə baş vermişdir. Mübahisə zamanı həmin şəxs sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 qardaşı Vurğunun sol gözündən vurmuşdur. Onların arasında dava baş vermişdir. Dava zamanı “Opel” markalı avtomobildən iki nəfər də aşağı düşüb qardaşı Vurğuna yaxınlaşmışlar. Həmin vaxt birinci qardaşı Vurğuna yaxınlaşan sonradan adını Zərərçəkmiş şəxs2 kimi bildiyi şəxs yumruqla sol gözündən vurmuşdur. Bu zaman anası Şahidə və bibisi Mətanət avtomobildən düşərək onları ayırmaq istəyərkən anası ehtiyatsızlığından yerə yıxılmışdır. Bundan sonra o, əsəbləşərək həmin şəxslərə içkili olduqlarını bildirib özlərini normal aparmamalarını irad tutmuşdur. Həmin şəxslər o, və qardaşı Təqsirləndirilən şəxs1lə dalaşmağa başlamışlar. Dava zamanı o, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 qardaşı Təqsirləndirilən şəxs1 isə Zərərçəkmiş şəxs1 əli vuraraq xəsarət yetirmişlər. Anası Şahidə və bibisi Şahid2 onları ayırmışdır. Onlar öz avtomobillərinə minib getmək istəsələr də lakin onlar avtomobilinin qapısından tutaraq getməyə imkan verməmişlər. Lakin onlar hadisə yerindən avtomobillərini sürüb getmişlər. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə qardaşı qızı X1 toy məclisi idi. Həmin günü saat 00 radələrində qardaşı Zərərçəkmiş şəxs2 və qonşusu Zərərçəkmiş şəxs3 ilə birlikdə restoranın qarşısında dayanmış dövlət qeydiyyat nişanını bilmədiyi və tanımadığı taksi sürücüsü ilə yaşadıqları evə gələn zaman Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “Arzu” şadlıq sarayının yanından sağa küçələrinə doğru dönmək istəyərkən “Mercedes-benz” markalı **-MP-*** dövlət qeydiyyat nişanlı və digər dövlət qeydiyyat nişanını, markasını bilmədiyi avtomobillər yolun ortasında saxlayaraq söhbət etmişlər. Qardaşı Zərərçəkmiş şəxs2 taksidə qabaq oturacaqda əyləşmişdir. Zərərçəkmiş şəxs2 avtomobilin sağ qapısının şüşəsini açıb həmin şəxslərə yolu bağlamalarını irad bildirmişdir. Bu zaman hər iki avtomobilin sürücüsü və sərnişinləri qardaşı Abdullaya yaxınlaşaraq avtomobildə oturduğu yerdə “sən nə deyirsən” deyərək yumruqla sifətindən vurmuşdur. Bundan sonra o, qonşusu Zərərçəkmiş şəxs3 ilə taksidən düşüb onları aralamaq istəyən zaman həmin 8 nəfər şəxs təpik və yumruq zərbələri ilə onları vuraraq döymüşlər. Bundan sonra onlar öz avtomobillərinə əyləşib hadisə yerindən qaçmışlar. O, dərhal DİN-nin 102 zəng mərkəzi xidmətinə məlumat vermişdir. Hadisə yerinə gələn polis əməkdaşları onları 37-ci PŞ-yə dəvət etmişlər. Polis şöbəsində olan zaman təcili tibbi yardımla 3 saylı Sabunçu xəstəxanasına gedərək ilkin tibbi yardım aldıqdan sonra evlərinə getmişlər. Təqsirləndirilən şəxslərin barəsində ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Abdurəhman oğlu ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə qardaşı qızı X2 toy məclisi idi. Həmin günü saat 00 radələrində qardaşı Zərərçəkmiş şəxs1 və qonşusu Zərərçəkmiş şəxs3 ilə birlikdə restoranın qarşısında dayanmış dövlət qeydiyyat nişanını bilmədiyi və tanımadığı taksi sürücüsü ilə yaşadıqları evə gələn zaman Bakı şəhəri. Xətai rayonu, Babək prospektində yerləşən “Arzu” şadlıq sarayının yanından sağa küçələrinə doğru dönmək istəyən zaman “Mersedes-benz” markalı **-MP-*** dövlət nömrə nişanlı və dövlət qeydiyyat nişanını və markasını bilmədiyi avtomobillər yolun ortasında avtomobili saxlayaraq söhbət edirmişlər. O, taksidə qabaq oturacaqda oturmuşdur. Avtomobilin şüşəsini açıb həmin şəxslərə yolu bağlamalarını irad bildirmişdir. Bu zaman sonradan adını bilmədiyi Təqsirləndirilən şəxs2 ona yaxınlaşaraq “sən nə deyirsən" deyərək yumruqla dodağından vurmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs2 yanında olan tanımadığı 8 nəfər şəxs üstünə gəldikdə qardaşı Əli Abıyev və qonşusu Zərərçəkmiş şəxs3 taksidən düşüb onları aralamaq istəyən zaman həmin şəxslər hər üçünü təpik və yumruq zərbələri ilə vuraraq döymüşlər. Təqsirləndirilən şəxs2 anası və bibisi onları ayırmaq istəyərkən öz ehtiyatsızlığından yerə yıxılmışdır. Bundan sonra dava sakitləşdikdə onlar öz avtomobillərinə əyləşib hadisə yerindən qaçmışlar. O, dərhal DİNnin 102 zəng mərkəzi xidmətinə məlumat vermişdir. Hadisə yerinə gələn polis əməkdaşları onları şöbəyə dəvət etmişdir. Polis şöbəsində olan zaman təcili tibbi yardımla 3 saylı Sabunçu xəstəxanasına gedərək ilkin tibbi yardım aldıqdan sonra evə qayıtmışlar. Həmin hadisə zamanı ona xəsarəti Təqsirləndirilən şəxs2 yetirdiyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 24 radələrində yaşadığı evə gələn zaman Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 34 ünvanında yerləşən “Arzu” şadlıq sarayının yaxınlığında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə aralarında olan münaqişə zamanı Vurğun və qardaşı Abdulla tərəfindən o, qardaşı Əli və qonşusu Zərərçəkmiş şəxs3 döyülərkən onlar ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edib, oradakı vətəndaşların gözləri qarşısında söyüşlər söyməklə təhqir etmiş, ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib üzərlərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə, öz şəxsiyyətlərini digər şəxslərin şəxsiyyətlərinin fövqünə qoyub, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirərək, Təqsirləndirilən şəxs2 onun sol təpə və ənsə nahiyələrinə, üst dodağına, sol qaş, sol gözaltı, üst dodağına və sağ diz nahiyəsinə, Zərərçəkmiş şəxs3 isə burun nahiyəsinə və sol gözaltı nahiyəsinə əli və ayağı ilə zərbələr yetirmişdir. Vurğun və Abdullanın anası və bibisi onları ayırmışdır. Təqsirləndirilən şəxslərin barəsində ağır cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə qonşunun övladının toy məclisinə getmişdir. xx.xx.2022-ci il tarixdə saat 00:00-da qonşuları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Abdurəhman oğlu ilə birlikdə tanımadığı taksi ilə yaşadığı evə gələn zaman Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “Arzu” şadlıq sarayının yanından sağa küçələrinə dönmək istəyən zaman “Mercedes-benz” markalı **-MP-*** dövlət nömrə nişanlı və dövlət qeydiyyat nişanını və markasını bilmədiyi avtomobillər yolun ortasında avtomobili saxlayaraq söhbət edirmişlər. Qonşusu Zərərçəkmiş şəxs2 taksidə qabaq sağ oturacaqda əyləşmişdir. Zərərçəkmiş şəxs2 avtomobilin şüşəsini açıb həmin şəxslərə yolu bağlamalarını irad bildirmişdir. Bu zaman hər iki avtomobilin sürücüsü və sərnişinləri Zərərçəkmiş şəxs2 yaxınlaşaraq "sən nə deyirsən" deyərək onlardan sonradan adını bildiyi Təqsirləndirilən şəxs2 yumruqla Zərərçəkmiş şəxs2 sifətindən və bədən nahiyəsindən vurmuşdur. Bundan sonra o, qonşusu Zərərçəkmiş şəxs1 ilə birlikdə taksidən düşüb onları ayırmaq istəyən zaman həmin şəxslər təpik vo yumruq zərbələri ilə onları vuraraq döymüşlər. Bundan sonra onlar öz avtomobillərinə əyləşib hadisə yerindən qaçmışlar. Zərərçəkmiş şəxs1 dərhal DİN-nin 102 zəng mərkəzi xidmətinə məlumat vermişdir. Hadisə yerinə gələn polis əməkdaşları onları şöbəyə dəvət etmişlər. Polis şöbəsində olan zaman təcili tibbi yardımla 3 saylı Sabunçu xəstəxanasına gedərək ilkin tibbi yardım alıb evlərinə qayıtmışlar. Həmin hadisə zamanı ona xəsarəti Təqsirləndirilən şəxs2 yetirdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu Babək prospektində yerləşən “Arzu” şadlıq sarayında qaynı oğlu Yalçın Abıyevin toy məclisi idi. xx.xx.2022-ci il tarixdə saat 00:00-doqiqədə Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən “Arzu” şadlıq sarayında toydan çıxıb yol kənarında oğlu Təqsirləndirilən şəxs1 idarə etdiyi “Daewoo Nexia” markalı **-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilindən yeməkləri qardaşı Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mercedes-benz” markalı **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobilinə qoyurdu. Oğlu Təqsirləndirilən şəxs2 avtomaşınında isə baldızı Şahid2 olmuşdur. Bu zaman “Opel” markalı taksi maşını oğlu Vurğunun avtomobilinin qarşısında saxlamış və “Opel” markalı taksi avtomobilin qabaq otaracağından bir nəfər kişi (Zərərçəkmiş şəxs2) başını şüşədən çıxardıb oğlu Vurğuna söyüşlə “ay eşşək burada maşın saxlama" demişdir. Oğlu Vurğun həmin şəxsə “buradan tank keçər, əgər dönmüsənsə keç get” bildirmişdir. Bundan sonra həmin şəxs oğlu Vurğuna yaxınlaşaraq aralarında sözlə mübahisə etmişdir. Mübahisə zamanı “Opel” markalı taksi avtomobilinin arxa oturacaqdan iki nəfər də (digər zərər çəkmiş şəxslər) düşüb onlara yaxınlaşmışdır. Həmin vaxt birinci oğlu Vurğuna yaxınlaşan adını sonradan Zərərçəkmiş şəxs2 kimi bildiyi şəxs yumruqla Vurğunun sol gözündən vurmuşdur. Bu zaman o, avtomobildən düşərək onları ayırmaq istəmişdir. Bundan sonra digər oğlu Təqsirləndirilən şəxs2 bundan əsəbləşərək həmin şəxslərə içkili olduqlarını bildirib özlərini normal aparmalarını irad bildirmişdir. Həmin şəxslər oğlanları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2lə dalaşmağa başlamışlar. O, baldızı Şahid2 ilə onları ayırmışdır. Onlar öz avtomobillərinə minib getmək istələr də qarşı tərəf (zərər çəkmiş şəxslər) avtomobillərinin qapısından tutaraq getməyə imkan verməmişlər. Lakin hadisə yerindən avtomobillərinə minib uzaqlaşmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində əlavə olaraq onu da bildirdi ki, Zərərçəkmiş şəxs2 onu və baldızı Şahid2 itələyərək yerə yıxmışdır. Oğulları – Vurğun və Abdulla özlərini dava zamanı müdafiə etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu Babək prospektində yerləşən “Arzu” şadlıq sarayında qardaşı oğlu Yalçın Abıyevin toy məclisi idi. xx.xx.2022-ci il tarixdə saat 00:00-da Bakı şəhəri, Xətai rayonu, Babək prospektində yerləşən 'Arzu” şadlıq sarayında toydan çıxıb yol kənarında qardaşı oğlu Təqsirləndirilən şəxs1 idarə etdiyi “Daewoo Nexia” markalı Az-**-ZT-*** dövlət qeydiyyat nişanlı avtomobilindən yeməkləri qardaşı Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mercedes- benz” markalı **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobilinə qoyurdu. Qardaşı oğlu Təqsirləndirilən şəxs2 avtomaşınında Şahidə və o olmuşdur. Həmin vaxtı “Opel” markalı taksi maşını qardaşı oğlu Vurğunun avtomobilinin qarşısında saxlamış və “Opel” markalı taksi avtomobilinin qabaq oturacağından bir nəfər kişi (Zərərçəkmiş şəxs2) qardaşı oğlu Abdullaya söyüşlə “ay eşşək burada maşın saxlama” demişdir. Vurğun həmin şəxsə “buradan tank keçər əgər dönmüsənsə keç get” demişdir. Bundan sonra həmin şəxs Vurğuna yaxınlaşmış aralarında sözlə mübahisə baş vermişdir. Mübahisə zamanı “Opel” markalı taksi avtomobilindən iki nəfər də (digər zərər çəkmiş şəxslər) düşüb Vurğuna yaxınlaşdı. Həmin vaxt birinci Vurğuna yaxınlaşan adını sonradan Zərərçəkmiş şəxs2 kimi bildiyi şəxs yumruqla Vurğunun sol gözündən vurmuşdur. Bu zaman o, Şahidə ilə avtomobildən düşərək onları ayırmaq istəmişdir. Təqsirləndirilən şəxs2 əsəbləşərək həmin şəxslərə içkili olduqlarını bildirib özlərini normal aparmalarını irad bildirmişdi. Həmin şəxslər Vurğun .Abıyev və Təqsirləndirilən şəxs2lə dalaşmağa başladılar. Onlar öz avtomobillərinə minib getmək istəsələr də qarşı tərəf (zərər çəkmiş şəxslər) avtomobillərinin qapısından tutaraq getməyə imkan verməmişlər. Lakin buna baxmayaraq avtomobillərinə minib hadisə yerindən uzaqlaşmışlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində əlavə olaraq onu da bildirdi ki, Zərərçəkmiş şəxs2 onu və Şahidə Abiyevanı itələyərək yerə yıxmışdır. Qardaşı oğulları – Vurğun və Abdulla özlərini dava zamanı müdafiə etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında 18 yanvar 2023-cü il tarixli qərardan görünür ki, X9 və qeyrilərinin müraciəti əsasında fakt üzrə Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanılmış və Xətai RPİ-yə göndərilmişdir; hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə Bakı şəhəri, Xətai rayonu Babək prospektində yerləşən “Arzu” şadlıq sarayının qarşısında baş vermiş və hadisə yerinin yaxınlığında heç bir videomüşahidə kamerası mövcud deyil. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 X14 31 oktyabr 2022-ci il tarixli 1241 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində müəyyən edilmiş xəsarətlər-sol qaş nahiyəsinin əzilmiş yarası, sol gözətrafı nahiyənin dərialtı hematoması, sağ diz oynağı nahiyəsinin sıyrığı bərk küt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2022-ci il tarixdə kənar şəxslər tərəfindən törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs1 aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyalarına görə özü-özünə yetirməsi eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inkar olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 X14 31 oktyabr 2022-ci il tarixli 1243 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində müəyyən edilmiş xəsarətlər-sol təpə və ənsə nahiyələrinin zəif şişkinlik halında əzilmələri, üst dodağın iç səthinin qansızması, sol qaş, sol gözaltı, üst dodaq və sağ diz nahiyələrinin sıyrıqları bərk küt əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2022-ci il tarixdə kənar şəxslər tərəfindən törənə bilərdi, dərəcəsinə görə sağlamlığa zərərvurmayan xəsarətlərə aiddir. Zərərçəkmiş şəxs2 aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyalarına görə özü-özünə yetirməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inkar olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 X14 31 oktyabr 2022-ci il tarixli 1242 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədənində müəyyən edilmiş xəsarətlər-burun nahiyəsinin şişkinliyi halında qançırı, sol gözaltı nahiyənin qançırı bərk kül əşya(lar) təsirindən törənmişlər, qərarda göstərildiyi kimi xx.xx.2022-ci il tarixdə kənar şəxslər tərəfindən törənə bilərdi, dərəcəsinə görə sağlamlığa zərərvurmayan xəsarətlərə aiddir. Zərərçəkmiş şəxs3 aşkar edilmiş xəsarətlərin xarakter və lokalizasiyalarına görə özü-özünə yetirməsi, eləcə də öz boyu hündürlüyündən yıxılması nəticəsində əmələ gəlməsi inkar olunur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 X14 02 noyabr 2022-ci il tarixli 1257 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 sol gözətrafı nahiyənin dərialtı hemotoması, sol gözün ağlı qişasına qansıxma müəyyən edilmişdir. Xəsarət bərk küt əşya(lar) təsirindən törənmişdir, qərarda göstərildiyi kimi xx.xx.2022-ci il tarixdə kənar şəxslər tərəfindən törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 X14 02 noyabr 2022-ci il tarixli 1258 saylı rəyindən görünür ki, Şahid1 sol diz oynağının yumşaq toxumalarının şişkinliyi halında əzilməsi, sıyrığı və hərəkət məhdudluğu müəyyən edilmişdir. Xəsarət bərk küt əşya(lar) təsirindən törənmişdir, qərarda göstərildiyi kimi xx.xx.2022-ci il tarixdə kənar şəxslər tərəfindən törənə bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aiddir. materialın istintaq aidiyyəti üzrə göndərilməsi barədə xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Şahid1 şikayətləri əsasında toplanmış material Xətai RPİ-nin İstintaq Şöbəsinə göndərilmişdir. sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu əməl Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində həmin məcəllənin 221.2.1-ci maddəsinə tövsif edilmiş, cinayət işi üzrə müvafiq məhkəmə-tibbi ekspertizasının rəyləri, cinayət prosesi iştirakçılarının dindirmə protokolları sübut qismində qiymətləndirilmişdir. Həmçinin, Zərərçəkmiş şəxs2 əməlində Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsinin tərkibi olduğu üçün barəsində həmin maddə ilə cinayət təqibinin aparılmasından ötrü hazırkı cinayət işindən Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə ********* saylı cinayət işinin ayrılması və istintaqı aparılıması qərara alınmışdır. cinayət işinin ayrılması haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirləndirilmələrinə dair cinayət işi materiallarından Zərərçəkmiş şəxs2 barəsində Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmışdır. şahidin dindirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid1 mübahisə edən tərəfləri ayırmaq istədikdə özünün ehtiyatsızlığı səbəbindən yıxıldığını qeyd etmişdir. şahidin dindirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şahid2 Şahid1 mübahisə edən tərəfləri ayırmaq istədikdə özünün ehtiyatsızlığı səbəbindən yıxıldığını qeyd etmişdir. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 dair əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikasının CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikasının CPM-nin 39.1.11-ci maddəsinə əsasən xitam verilmişdir. AZ İV seriyalı, 881558 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2023-cü il təvəllüdlü X4 atası Təqsirləndirilən şəxs2dur. AZ İV seriyalı, 693368 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X5 atası Təqsirləndirilən şəxs1dur. İ-17233, İ-15681, İ-6252 və İ-3282 nömrəli vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxslərin onlara elan edilmiş ittihamda özlərini təqsirli bilməmələrinə dair ifadələrinə tənqidi yanaşır və hesab edir ki, onların ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Bundan əlavə, məhkəmə Şahid1 təqsirləndirilən şəxslərin valideyni, digər Şahid2 isə təqsirləndirilən şəxslərin bibisi olmasını, məhkəmə istintaqı zamanı həqiqəti tam əks etdirməyən ifadələr verməsini nəzərə alaraq şahidlərin verdiyi ifadələrin qeyri-mötəbər olmasına inanır və həmin ifadələr iş materiallarında olan digər sübutlarla uzlaşmır, bununla yanaşı işin faktiki hallarına uyğun gəlmir. Belə ki, cinayət işi üzrə materiallarına əsasən müəyyən edilir ki, təqsirləndirilən şəxslərin və şahidlərin vermiş olduğu ifadələr qeyri-dəqiq olmaqla həqiqəti pərdələyən xarakter daşımaqdadır. Təqsirləndirilən şəxslərin və şahidlərin ifadələrində zərər çəkmiş şəxslərə xəsarət vurulması bildirilsə də, bunun ictimai qaydanı pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyəti ilə deyil, təqsirləndirilən şəxslərin özlərini müdafiə etməsi ilə əlaqələndirirlər, o cümlədən təkidlə qeyd edirlər ki, mübahisə təqsirləndirilən şəxslərin təşəbbüsü ilə deyil, məhz zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 təşəbbüsü ilə başlamışdır. İş materiallarında olan şahidlərin dindirmə protokollarından o da müəyyən edilir ki, Şahid1 xəsarət almasına onun özünün ehtiyatsızlıqdan yıxılıması səbəb olmuşdur. Lakin, məhkəmə istintaqı zamanı şahidlərin hər ikisi bildirmişdir ki, Zərərçəkmiş şəxs2 onların hər ikisini itələmiş və xəsarət yetirmişdir. Məhkəməyədək icraat zamanı Şahid1 və Şahid2 dindirilməsinə dair protokollara əsasən isə yalnız Şahid1 xəsarət alması müəyyən edilir, Şahid2 isə ümumiyyətlə özünün xəsarət alması ilə bağlı qeydlər etməmişdir. Habelə, hər ikisi də ifadələrində (məhkəməyədək icraat zamanı) Şahid1 xəsarət almasının səbəbini onun özünün ehtiyatsızlıqdan yıxılması kimi qeyd edir. Dindirmə protokollarından o da görünür ki, protokollar tərtib edildikdən sonra müvafiq olaraq Şahid1 və Şahid2 imza etməklə ifadələrini təsdiq etmişlər. Məhkəmə, şahidlərin məhkəmə iclasında məhkəməyədək icraat zamanı vermiş olduqları ifadələrini qismən qəbul etməmələri (Zərərçəkmiş şəxs2 tərəfindən onlara xəsarət yetirilməsi xüsusatı) hissəsində inandırıcı hesab etmir. Odur ki, yuxarıda qeyd edilənlərə əsasən təqsirləndirilən şəxslərin zərər çəkmiş şəxslərə müxtəlif xəsarətlər yetirməsi müəyyən edilir, o cümlədən məhkəmə mübahisənin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 tərəfindən başlanılması qənaətinə gəlmir. Əlavə olaraq qeyd edilməli xüsusatlardan da biri odur ki, təqsirləndirilən şəxslərin və şahidlərin mübahisənin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 tərəfindən başlanılmasını bildirməsi birbaşa olaraq məhz təqsirləndirlən şəxslərin ictimai qaydanı pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin pərdələnməsi ilə əlaqəlidir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2004-cü il tarixli Plenumunun qərarının 1-ci bəndinə əsasən, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə, təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Həmin Qərarın 2-ci bəndinə əsasən, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli qərarına əsasən, cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2022-ci il tarixli qərardadının təsviri-əsaslandırıcı hissəsində göstərilən hallara əsasən, cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən əməlin xırda xuliqanlıqdan fərqli olaraq ictimai təhlükəliliyi ictimai qaydanın məhz kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan, şəxslər üzərində zor tətbiqi və ya hədəsi, yaxud əmlakın məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan hərəkətlərdən ibarətdir. Bu cinayətin obyektiv cəhəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik nümayiş etdirən, şəxslər üzərində zor tətbiqi və ya zor tətbiqi hədəsi və ya özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdə ifadə olunur. Qeyd olunmalıdır ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər isə təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətlər kimi müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, subyektiv cəhətin müstəqil əlamətləri kimi motiv və məqsəd yalnız qəsdən törədilən cinayətlər zamanı, yəni qanunla qorunan ictimai dəyər, maraq və ya sərvətlərə zərər vurmaq meyli və niyyətinin olduğu hallarda mövcud olur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq zərərçəkmiş şəxslərin ifadələrinin, ekspert rəylərinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməli Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər – min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin məcəllənin 221.2-ci maddəsinə əsasən, eyni əməllər: 221.2.1. bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşağın olmasını (CM-nin 59.1.4cü) və Vətən Müharibəsi iştirakçısı olmasını (CM-nin 59.2-ci) cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların mövcudluğu və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəza təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 təyin edilmiş islah işləri cəzasının icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməli və cəzaçəkmə müddətinin əvvəli hökmün icraya yönəldiyi və qazancından tutulmaların aparıldığı tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşağın olmasını (CM-nin 59.1.4cü) cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs2 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrlərinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona aylıq qazancından 20 (iyirmi) faiz dövlət nəfinə pul tutulmaqla 02 (iki) il müddətinə islah işləri cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli hökmün icraya yönəldiyi və qazancından tutulmaların aparıldığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu, Mağaza küçəsi, 1 saylı evi axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs2 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-309/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-309/2023
18.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver