Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-309/2025 10.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, zərərçəkmiş şəxs və mülki iddiaçı –Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs və mülki cavabdeh - Təqsirləndirilən şəxs, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, 02 avqust 1983-cü ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs barədə verilmiş ittihama əsasən o, tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs "xxxx" ASC-yə aid kart hesabından oğurlanmış 3.600 (üç min altı yüz) manat məbləğində pulun yenidən kart hesabına bərpa olunmasına və Ali Məhkəmənin İnzibati Kollegiyasında kassasiya şikayəti əsasında aparılan məhkəmə araşdırması zamanı onun xeyrinə qərar qəbul olunmaqla əvvəlki vəzifəsinə təyin olunmasına köməklik göstərəcəyinə dair yalan vəd verib inandıraraq bu niyyətlə 24 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, A.Alicanov küçəsində yerləşən «Araz» marketdə quraşdırılmış «Milli Ön» ödəmə terminalı vasitəsi ilə istifadəsində olmuş "xxxx" ASC-yə aid 4169 7387 0791 4473 nömrəli kart hesabına köçürdüyü 200 (iki yüz) manat, 26 sentyabr 2023-cü il tarixdə ünvan 2 ünvanda yerləşən Ali Məhkəmənin inzibati binasının arxa hissəsində 5.800 (beş min səkkiz yüz) manat və 02 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94 ünvanında yerləşən “Abşeron” kafesində 5.000 (beş min) manat, yəni cəmi 11.000 (on bir min) manat məbləğində pulu vahid qəsdlə əhatə olunan niyyətlə alıb ələ keçirərək vədinə əməl etməyib Zərərçəkmiş şəxs ümumilikdə 11.000 (on bir min) manat məbləğində olmaqla xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs- mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, gördüyü qədəri ilə və Zərərçəkmiş şəxs danışıqları əsasında Şahid1 Zərərçəkmiş şəxs məxsus kart hesabından çıxarılmış 3.600 manat məbləğində pulun yenidən kart hesabına bərpa olunması və Heydər Əliyev adına Ali Hərbi İnstitutda işdən azad olunması ilə bağlı Ali Məhkəmədə olan işinin xeyrinə həll olunacağı və yenidən işə bərpa olunmasına köməklik göstərəcəyini vəd verib bir neçə dəfəyə hissə-hissə olmaqla ondan ümumilikdə 4.600 manat məbləğində pul alıb ələ keçirməsini bilmişdir. Qocanı lap çoxdan tanıyır. Bu işlə bağlı sadəcə bir dəfə Qoca ilə İsgəndərin pul verəndə yanlarında olmuşdur. Həmçinin o Zərərçəkmiş şəxs almış olduğu 4.600 manat məbləğində puldan ona hər hansı bir məbləğdə pul verməmişdir. Cəmi bir dəfəsində Zərərçəkmiş şəxs atası Şahid2 Şahid1 çatdırması üçün 500 manat məbləğində pulu ona vermiş, o da həmin 500 manat məbləğində pulu tam olaraq Şahid1lə görüşüb ona vermişdir. Zərərçəkmiş şəxs sadəcə Şahid1 ilə tanış etmiş, onları tanış etməkdə məqsədi Şahid1 bəzi vəzifəli şəxslərlə yaxın əlaqələrinin olmasını deməsinə görə Zərərçəkmiş şəxs həqiqətən də köməklik edə biləcəyini düşünməyi olmuşdur. Onları tanış etdikdən sonra aralarında olan danışıqlardan, razılaşmaların şərtlərindən, Şahid1 verdiyi vədləri necə və hansı formada həyata keçirəcəyindən tamamilə məlumatsız olmuşdur. Buna görə də Şahid1 Zərərçəkmiş şəxs aldatmaq niyyəti barədə əvvəlcədən məlumatlı olmamışdır. Şahid1 bununla bağlı ona hər hansı bir söz deməmişdir. Şahid1 olmadan da Zərərçəkmiş şəxs ilə aralarında olan danışıqlar zamanı və Şahid1 məsələdən məlumatlı olduqdan sonra da Zərərçəkmiş şəxs "xxxx"a aid kart hesabından oğurlanmış 3.600 manat məbləğində pulun yenidən kart hesabına bərpa olunmasına və Ali Məhkəmənin İnzibati Kollegiyasında kassasiya şikayəti əsasında aparılan məhkəmə araşdırması zamanı onun xeyrinə qərar qəbul olunmaqla əvvəlki vəzifəsinə təyin olunmasına köməklik göstərəcəyimə dair əvvəlcədən hər hansı bir vəd verməmişdir. Bununla bağlı Zərərçəkmiş şəxsla aralarında hər hansı bir danışıq və razılaşma olmamışdır. Ümumiyyətlə səs yazılarından da aydın olur ki, məbləğ 11.000 manat deyil 4900 manatdır. Həmin məbləğ də ona yox Şahid1 verilib. Barəsində olan ittihamla razı deyil. Təqsirsiz olduğu üçün cinayət işinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs- mülki iddiaçı Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2011-ci ildən etibarən Azərbaycan Respublikası Müdafiə Nazirliyində gizir olaraq hərbi xidmətə başlamışdır. 2017-ci ildən isə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin «Heydər Əliyev adına Hərbi İnstitut»unda baş təlimatçı vəzifəsində işləmişdir. 2016- cı ilin aprel döyüşləri və 2020-ci ildə baş tutan «Vətən müharibəsi» iştirakçısıdır. «Vətən müharibəsi iştirakçısı» medalına layiq görülmüşdür. 2022-ci ilin iyun ayında «Ali Hərbi İnstitut»dan hərbi qulluqçu adma ləkə gətirən hərəkətlər etməkdə günahlandırılıb işdən azad olunmuşdur. İşdən azad olunmağı qanunsuz olduğundan bu barədə əvvəlcə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İnzibati məhkəmədə əleyhinə qərar qəbul olunduqdan sonra apellyasiya şikayəti ilə Bakı Apellyasiya məhkəməsinə müraciət etmişdir. Apellyasiya instansiyası məhkəməsində aparılan araşdırma zamanı yenə də əleyhinə qərar qəbul olunmuşdur. Lakin Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə də razı olmadığına görə 09 iyun 2023-cü il tarixdə Ali Məhkəməyə kassasiya şikayəti ilə müraciət etmişdir. Bundan sonra Ali Məhkəmədən işi ilə bağlı ona məlumat verilməmişdir. 20 sentyabr 2023-cü il tarixdə ona məxsus "xxxx"a aid 4169 7388 0706 9632 nömrəli kartının hesabından elektron qaydada əməliyyat aparılmaqla 3.600 manat məbləğində pul çıxarılmışdır. O da bununla bağlı DİNin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Bir neçə dəqiqədən sonra Suraxanı RPİnin 33-cü PB-dən əlaqə saxlayıb onu bölməyə dəvət etmişlər. Bölmədə müraciəti əsasında ilkin araşdırma aparıldıqdan sonra bu faktla bağlı Suraxanı RPİ-nin İŞ-də cinayət işi başlanmışdır. Lakin bu günədək də 3.600 manat məbləğində pulu kartdan çıxaran şəxsin şəxsiyyəti müəyyən edilməmiş və işlə bağlı müsbət nəticə əldə edilməmişdir. Kartından elektron qaydada 3.600 manat məbləğində pul çıxarıldıqdan sonra təsadüfən yaşadıqları evin yaxınlığında yerləşən bərbərxanada bərbər işləyən Ələkbərin yanında olarkən bununla bağlı ona məlumat vermişdir. Ələkbəri təxminən 1 il müddət olar ki yaxından tanımış və yalnız bərbər xidmətinə ehtiyacı olduqda onun işlədiyi bərbərxanaya getmişdir. Onun kartla bağlı problemini eşidən Ələkbər ona Dövlət Təhlükəsizliyi Xidmətində işləyən Qoca adlı tanışının olmasını və həmin şəxsin bu işdə kartından çıxarılmış 3.600 manat məbləğində pulun qaytarılmasında köməklik edə biləcəyini bildirmişdir. Həmçinin bərbər xidmətləri ilə bağlı yalnız Ələkbərin işlədiyi bərbərxanaya getdiyindən o işdən azad olunmağı və bununla bağlı artıq apellyasiya instansiyası məhkəməsinin də əleyhinə qətnamə çıxarması barədə məlumatlı imiş. Həmin söhbət əsnasında işə bərpa məsələsi ilə də bağlı Qoca adlı şəxslə müzakirə etmələrini məsləhət etmişdir. O da Ələkbəri tanıdığına görə onunla razılaşmışdır. 23 sentyabr 2023-cü il tarixdə X9 qəsəbəsi, «D» yaşayış sahəsində yerləşən «Yaylaq» kafesində onu tanışı Qoca adlı şəxslə tanış etmişdir. Görüşdən əvvəl Ələkbər kart hesabından pulun çıxarılması və işdən azad olunmağı barədə Qoca ilə öz aralarında danışmışdırlar. Buna görə də o Qoca ilə bununla bağlı danışıq aparmadan birbaşa mətləbə keçib ona kart hesabından oğurlanmış 3.600 manat məbləğində pulun yenidən kart hesabına bərpa olunması və yenidən işə bərpa olunmağı məsələlərində ona köməklik göstərməsini xahiş etmişdir. Söhbət əsnasında Qoca adlı şəxs öz əlaqələri vasitəsilə qısa müddət ərzində kart hesabından oğurlanmış 3.600 manat məbləğində pulun kart hesabına geri qaytarılmasına köməklik edəcəyini bildirmişdir. Həmin vaxt Qoca adlı şəxsin Dövlət Təhlükəsizliyi Xidmətində işləməsini düşünüb həmçinin özünün işdən azad olunma məsələsi ilə də bağlı hal-hazırda Ali Məhkəmənin İnzibati Kollegiyasında kassasiya şikayəti əsasında araşdırma aparılmasını bildirmişdir. Qoca adlı şəxsdən məhkəmə işimin xeyrinə həll olunmasına köməklik edə bilib-bilməsini maraqlandıqda o Ali Məhkəmədə işləyən tanışının olmasını bildirib işə bərpa məsələsinin də həllinə köməklik edə biləcəyini vəd etmişdir. Qoca adlı şəxs görüş zamanı Dövlət Təhlükəsizliyi Xidmətinin Xətai rayon şöbəsində işləməsini bildirsə də konkret olaraq hansı vəzifədə işləməsini deməmiş və bununla bağlı ona hər hansı bir xidməti vəsiqə və ya rəsmi sənəd təqdim etməmişdir. Qoca adlı şəxs kart hesabından oğurlanmış 3.600 manat məbləğində pulun tam olaraq kart hesabına geri qaytarılması və Ali Məhkəmədə gedən işə bərpa məsələsinin xeyrinə həll olunması müqabilində vəd etmiş olduğu işləri həll etməsi üçün müəyyən şəxslərə verəcəyi adı ilə ondan 11.000 manat məbləğində pul istəmişdir. Həmin vaxt Ələkbər bununla bağlı ondan hər hansı bir məbləğdə pul istəməmişdir. O da ortada Ələkbərin olmasına və Qocanın Ələkbəri tanımasına görə işlərinin düzəlməsi xatirinə razılıq vermişdir. Bundan sonra Ələkbər və Qoca ilə görüşüb ayrılmışdır. 24 sentyabr 2023-cü il tarixdə axşam saatlarında Qoca adlı şəxs onunla telefon əlaqəsi saxlayaraq kart hesabından çıxarılmış 3.600 manat məbləğində pulun yenidən kart hesabına bərpa olunması məqsədilə Rabitə Nazirliyində işləyən bir nəfər tanışına hörmət olunması məqsədilə pul göndərilməsi üçün kart hesabına 200 manat məbləğində pul göndərməyini xahiş etmişdir. Bundan sonra Qoca adlı şəxs «Vhatsapp» ani mesajlaşma tətbiqi vasitəsilə istifadəsində olan "xxxx"a aid kart hesabının fotoşəklini ona göndərmişdir. O da həmin vaxt olduğu Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, A.Alicanov küçəsində yerləşən «Araz» marketdən Qocanın göndərdiyi kart hesabına 200 manat məbləğində pul göndərmişdir. Bir neçə dəqiqə sonra Qoca adh şəxs onunla telefon əlaqəsi saxlayaraq 200 manat məbləğində pulun kart hesabına gəlməsini bildirmişdir. Sonradan o və atası Şahid2 Qoca adh şəxsi tanımadıqlarına görə Ələkbərlə görüşüb onun kim olması və vermiş olduğu vədləri yerinə yetirə bilib-bilməməsi ilə bağlı maraqlandıqda Ələkbər Qocanı uşaqlıq yaşlarından etibarən tanımasını, hətta Qocanın onun bəzi işlərinin həll olunmasında köməklik göstərməsini bildirmişdir. O da Ələkbərə inandığına görə Qoca adh şəxsin işlərinin həll olunmasına və vermiş olduğu vədlərin yerinə yetirilməsinə köməklik edə biləcəyini düşünmüşdür. 26 sentyabr 2023-cü il tarixdə o və atası Şahid2 Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsində yerləşən Ali Məhkəmənin qarşısında Ələkbər və Qoca adlı şəxslə görüşmüşlər. Birlikdə Ali Məhkəmənin yanında olan avtomobil dayanacağına keçmişlər. Orada üzərimdə olan 5.000 manat məbləğində pulu Ələkbərə vermişdir. Ələkbər də pulu sayıb qəbul etmiş və pulun hamısını Qoca adlı şəxsə vermişdir. Qoca adlı şəxs onlardan kənarlaşıb yenidən Ali Məhkəmənin inzibati binasının qarşısına tərəf getmişdir. Təxminən 10-15 dəqiqədən sonra Qoca adh şəxs qayıdıb 5.000 manat məbləğində pulu Ali Məhkəmədə işləyən, anket məlumatlarını tam olaraq demədiyi Orxan adlı şəxsə verməsini bildirmiş və qısa zamanda işə bərpa olunma məsələsinin onun xeyrinə həll olunacağına söz vermişdir. Bundan sonra onlar görüşüb ayrılmışlar. Bir neçə gün sonra Qoca adlı şəxs onunla telefon əlaqəsi saxlayaraq kart hesabından oğurlanmış 3.600 manat məbləğində pul vəsaitinin yenidən kart hesabıvna bərpa olunması məsələsi ilə bağlı onu Dövlət Təhlükəsizliyi Xidmətinin Xətai rayon şöbəsinin inzibati binasına çağırmışdır. Lakin bir neçə dəqiqə sonra Qoca adlı şəxs yenidən onunla telefon əlaqəsi saxlayaraq onu Bakı şəhəri. Xətai rayonu, ünvan 4 ünvanda yerləşən «Abşeron» kafesinə dəvət etmişdir. O və Qoca ikilikdə «Abşeron» kafesində əyləşmişlər və kart hesabından oğurlanmış 3.600 manat məbləğində pul vəsaitinin bərpa olunması prosesi ilə bağlı danışmışlar. 02 oktyabr 2023-cü il tarixdə səhər saatlarında Ələkbər onunla telefon əlaqəsi saxlayaraq Qoca adh şəxsin qalan məbləği istəməsini bildirmişdir. O da qalan məbləğdə bir qədər çatışmazlıq olmasını bildirmiş, lakin bir neçə saat ərzində pulu tam olaraq toplayacağını demişdir. Həmin günü axşam saatlarında o, atası Şahid2 və Ələkbər birlikdə idarə etdiyi avtomobillə Bakı şəhəri, Xətai rayonu, ünvan 4 ünvanda yerləşən «Abşeron» kafesinə gəlmişlər. Kafedə olarkən o Qoca adlı şəxslə danışıb razılaşdığı 11.000 manat məbləğin qalan 5.800 manatını Ələkbərə vermişdir. Ələkbər də pulu sayıb qəbul etmişdir. Daha sonra isə Ələkbər həmin 5.800 manat məbləğində pulu tam olaraq Qocaya vermişdir. Bundan sonra onlar görüşüb Ələkbər və Qocadan ayrılmışlar. Həmin günü axşam saatlarında ***-***-**-** saylı mobil nömrədən istifadəsində olan mobil nömrəyə zəng gəlmişdir. Özünü Orxan adı ilə təqdim edən şəxs Ali Məhkəmədə işləməsini, işə bərpa olunma məsələsinin qısa zamanda xeyrinə həll ediləcəyini və bir neçə gündən sonra onu çağırıb bununla bağlı qətnaməni təqdim edəcəyini demişdir. O da bu xəbərdən sevincək olub həmin şəxsin növbəti zənglərini gözləmişdir. Hətta səhərisi günü Qoca adlı şəxs onunla da telefon əlaqəsi saxlayıb Ali Məhkəmədə onun xeyrinə məhkəmə qətnaməsinin çıxarılması barədə məlumat vermişdir. Lakin təxminən 10 gün gözlədikdən sonra o Orxan adlı şəxsdən xəbər çıxmadığını görüb həmin şəxslə telefon əlaqəsi saxladıqda həmin şəxs qətnamənin artıq çıxarılmasını və qətnamənin nüsxəsinin poçt vasitəsilə ünvanına göndəriləcəyini bildirmişdir. Bir müddət keçdikdən sonra da xəbər çıxmadıqda o Ali Məhkəmənin dəftərxanası ilə telefon əlaqəsi saxladıqda artıq işinə baxılmasını və əleyhinə qətnamə çıxarılmasını öyrənmişdir. Bundan sonra Ələkbər və Qoca adlı şəxslərin onları aldadaraq dələduzluq yolu ilə ona məxsus 11.000 manat məbləğində pulu alıb ələ keçirmələri məlum olmuşdur. Lakin həmin vaxtdan etibarən Ələkbər və Qoca adlı şəxslər müxtəlif bəhanələr gətirməklə pulunu qaytarmaqdan yayınmağa başlamışlar. Ələkbər və Qoca adlı şəxslərə vermiş olduğu 11.000 manat məbləğində puldan sonradan ona hər hansı bir məbləğdə pul qaytarmamışdırlar. Buna görə də Ələkbər və Qoca adlı şəxslərin onu aldatmalarını müəyyən edib bununla bağlı Xətai RPİ-nin 34-cü PŞ-yə ərizə ilə müraciət etmişdir. Telefon danışı zamanı Şahid1 ona 4900 manat qaytarması təklifini qəbul etmişdi, çünki istənilən məbləğin qaytarılmasına ehtiyacı var idi, həmçinin pulun qalanını nə vaxt qaytaracığını soruşmuşdur. Həmin məbləğə razı olması ümumi verdiyi məbləğin 4900 manat olması demək deyil. Hazırda Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənməmişdir. Təqsirləndirilən şəxs şikayətçi olduğunu və barəsində ən ağır cəzanın verilməsini xahiş etdi. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs doğma övladıdır. Oğlu onunla eyni vaxtda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin «Heydər Əliyev adına Ali Hərbi İnstitut»unda baş təlimatçı vəzifəsində işləmişdir. Lakin 2022-ci ilin iyun ayında oğlu İsgəndər İnstitutun rəhbərliyi tərəfindən əsaslı səbəb göstərilmədən işdən azad olunmuşdur. Oğlunun qanunsuz işdən azad olunmasına görə İsgəndər əvvəlcə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmişdir. İnzibati məhkəmədə oğlunun əleyhinə qərar qəbul olunduqdan sonra İsgəndər apcllyasiya şikayəti ilə Apellyasiya məhkəməsinə müraciət etmişdir. Apellyasiya instansiyası məhkəməsində aparılan araşdırma zamanı yenə də İsgəndərin əleyhinə qərar qəbul olunmuşdur. Məhkəmə araşdırması bu vəziyyətdə də qalmışdır. 20 sentyabr 2023-cü il tarixdə İsgəndərə aid "xxxx" aid 4169-7388-0706-9632 nömrəli kartının hesabından elektron qaydada əməliyyat aparılmaqla 3.600 manat məbləğində pul çıxarılmışdı. İsgəndər də bununla bağlı DİN-in 102 xidmətinə zəng vurub məlumat vermişdi. İsgəndərin məlumatı əsasında onu Suraxanı RPİ-nin 33-cü PB-yə dəvət etmişlər. Oğlunun müraciəti əsasında ilkin araşdırma aparılaraq sonradan Suraxanı RPİ-nin İŞ-də cinayət işi başlanmışdı. Lakin bu günədək də 3.600 manat məbləğində pulu kartdan çıxaran şəxsin şəxsiyyəti müəyyən edilməmiş və işlə bağlı müsbət nəticə əldə edilməmişdir. İsgəndər yaşadıqları evin yaxınlığında yerləşən bərbərxanada olarkən orada bərbər işləyən Ələkbərə bununla bağlı məlumat vermişdi. Ələkbər də X1 Xidmətində işləyən Qoca adlı tanışının olmasını və həmin şəxsin bu işdə pulun kart hesabına qaytarılmasında köməklik edə biləcəyini bildirmişdir. İsgəndər də Ələkbəri tanıdığına görə onunla razılaşmışdı. 23 sentyabr 2023-cü il tarixdə X9 qəsəbəsi, «D» yaşayış sahəsində yerləşən «Yaylaq» kafesində İsgəndəri tanışı Qoca adlı şəxslə tanış etmiş və Qoca adlı şəxsin öz əlaqələri vasitəsilə qısa müddət ərzində kart hesabından oğurlanmış pullarını geri qaytaracağını bildirmişdir. Həmin vaxt İsgəndər Qoca adlı şəxsin Dövlət Təhlükəsizliyi Xidmətində işləməsini düşünüb həmçinin özünün işdən azad olunması məsələsi barədə də onunla söhbət aparmış, hal-hazırda Ali Məhkəmədə bununla bağlı araşdırma aparılmasını bildirərək Qoca adlı şəxsdən məhkəmə işinin xeyrinə həll olunmasına köməklik edə bilib-bilməyəcəyini maraqlanmışdır. Qoca adlı şəxs də Ali Məhkəmədə işləyən tanışının olmasını bildirib işə bərpa məsələsinin də həllinə köməklik edə biləcəyini vəd etmişdir. Qoca adlı şəxs görüş zamanı X1 Xidmətində işləməsini bildirsə də bununla bağlı ona hər hansı bir xidməti vəsiqə və ya rəsmi sənəd təqdim etməmişdir. Qoca adlı şəxs İsgəndərin kart hesabından oğurlanmış 3.600 manat məbləğində pulun tam olaraq kart hesabına geri qaytarılması və Ali Məhkəmədə gedən işə bərpa məsələsinin xeyrinə həll olunması müqabilində vəd etmiş olduğu işləri həll etməsi üçün müəyyən şəxslərə verməsi üçün 11.000 manat məbləğində pul istəmiş, İsgəndər də işlərinin düzəlməsi xatirinə razılıq vermişdir. Bundan sonra onlar öz aralarında razılaşıb ayrılmışlar. 24 sentyabr 2023- cü il tarixdə İsgəndər ona Qoea adlı şəxsin kart hesabına Bakı şəhəri, Suraxanı rayonu, A.Alicanov küçəsində yerləşən «Araz» marketdən 200 manat məbləğində pul göndərməsi barədə məlumat vermişdir. O və İsgəndər bir neçə dəfə Ələkbərlə görüşərkən ondan Qoeanı tanımadıqlarına görə onun etibarlı şəxs olubolmaması ilə maraqlanmışlar. Ələkbər də Qocanı uşaqlıq yaşlarından etibarən tanımasını, hətta Qocanın onun bəzi işlərinin həll olunmasında köməklik göstərməsini bildirmişdir. Buna görə də İsgəndər Ələkbərə inandığına görə Qoca adlı şəxsin onun işlərinin həll olunmasına köməklik edə biləcəyini düşünmüşdür. 26 sentyabr 2023-cü il tarixdə o və İsgəndər Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsində yerləşən Ali Məhkəmənin qarşısında Ələkbər və Qoca adlı şəxslə görüşmüşlər. Birlikdə Ali Məhkəmənin yanında olan avtomobil dayanacağına keçmişlər. Orada İsgəndər özü ilə gətirdiyi 5.000 manat məbləğində pulu Ələkbərə vermişdir. Ələkbər də pulu sayıb qəbul etmiş və hamısını Qoca adlı şəxsə vermişdir. Qoca adlı şəxs onlardan kənarlaşıb yenidən Ali Məhkəmənin inzibati binasının qarşısına tərəf getmişdir. Təxminən 10-15 dəqiqədən sonra Qoca adlı şəxs qayıdıb 5.000 manat məbləğində pulu Ali Məhkəmədə işləyən, anket məlumatlarını tam olaraq demədiyi Orxan adlı şəxsə verməsini bildirmiş və qısa zamanda İsgəndərin işə bərpa olunma məsələsinin onun xeyrinə həll olunacağına söz vermişdir. Bundan sonra görüşüb ayrılmışlar. 02 oktyabr 2023-cü il tarixdə İsgəndər ona Qoca adlı şəxsin onunla əlaqə saxlayaraq Dövlət Təhlükəsizliyi Xidmətinin Xətai rayon şöbəsinin inzibati binasına çağırması barədə məlumat vermişdir. O da Qoca adlı şəxslə görüşmək üçün İsgəndərlə birlikdə getmək qərarına gəlmişdir. Hətta Ələkbər də onlarla birlikdə getmişdir. Yolda olarkən Qoca adlı şəxs İsgəndərlə telefon əlaqəsi saxlayıb Bakı şəhəri, Xətai rayonu, ünvan 4 ünvanda yerləşən «Abşeron» kafesinə gəlmələrini bildirmişdir. Onlar «Abşeron» kafesinə gəlib əyləşmişlər. Bir neçə dəqiqə sonra Qoca adlı şəxs də kafeyə gəlmişdir. Kafedə olarkən oğlu Qoca adlı şəxslə razılaşdırdığı 11.000 manat məbləğin qalan 5.800 manatını Ələkbərə vermişdir. Ələkbər də pulu sayıb qəbul etmiş və özündə saxlamışdır. Bundan sonra görüşüb Ələkbər və Qocadan ayrılmışlar. Həmin günü axşam saatlarında ***-***-**-** saylı mobil nömrədən İsgəndərin istifadəsində olan mobil nömrəyə zəng gəlmişdir. Özünü Orxan adı ilə təqdim edən şəxs Ali Məhkəmədə işləməsini, işə bərpa olunma məsələsinin qısa zamanda xeyrinə həll ediləcəyini və bir neçə gündən sonra İsgəndəri çağırıb bununla bağlı qətnaməni ona təqdim edəcəyini demişdir. İsgəndər də sevincək olub həmin şəxsin zənglərini gözləmişdir. Hətta səhəri günü Qoca adlı şəxs onunla də telefon əlaqəsi saxlayıb İsgəndərin xeyrinə məhkəmə qətnaməsinin çıxarılması barədə məlumat vermişdir. Uzun müddətdən sonra həmin şəxslə İsgəndər telefon əlaqəsi saxladıqda həmin şəxs qətnamənin artıq çıxarılmasını və qətnamənin nüsxəsinin poçt vasitəsilə ünvanına göndəriləcəyini bildirmişdir. Bir müddət keçdikdən sonra da xəbər çıxmadıqda İsgəndər Ali Məhkəmənin dəftərxanası ilə telefon əlaqəsi saxladıqda artıq onun işinə baxılmasını və əleyhinə qətnamə çıxarılmasım öyrənmişdir. Bundan sonra Ələkbər və Qoca adlı şəxslərin onları aldadaraq dələduzluq yolu ilə İsgəndərə məxsus 11.000 manat məbləğində pulu alıb ələ keçirmələri məlum olmuşdur. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs "xxxx"a aid kart hesabının balansından oğurlanmış 3.600 manat məbləğində pulun kart hesabına bərpa olunması və Ali Məhkəmənin İnzibati Kollegiyasında kassasiya şikayəti əsasında aparılan məhkəmə araşdırması zamanı məhkəmə prosesi nəticəsində onun xeyrinə qərar qəbul olunmasına, yəni iş yerinə bərpa olunmasına köməklik göstərəcəyini yalandan vəd edib bu məqsədlərlə ondan bir neçə dəfəyə və hissə-hissə olmaqla cəmi 4.900 manat məbləğində pul almışdır. Həmin işləri görəcəyi ilə bağlı Zərərçəkmiş şəxs aldadıb ondan 11.000 manat məbləğində pul almağı barədə göstərdiklərinin həqiqət olmadığını qeyd etmişdir. Zərərçəkmiş şəxs hər dəfəsində bütün pulları birbaşa onun özünə vermiş, bir dəfəsində isə 200 manat məbləğində pulu "xxxx"a aid kart hesabına göndərmişdir. Cəmi bir dəfə isə Ələkbər vasitəsilə çatdırması üçün ona 500 manat məbləğində pul göndərmiş, Ələkbər də onunla görüşərək həmin 500 manat məbləğində pulu ona vermişdir. Zərərçəkmiş şəxs almış olduğu 4.900 manat məbləğində pulu bir neçə nəfər şəxsə olan əl borcunun ödənilməsinə sərf etmişdir. Həmin məbləğin qalan hissəsini isə gündəlik şəxsi ehtiyaclarıma xərcləmişdir. Zərərçəkmiş şəxs ona verdiyi 4.900 manat məbləğində puldan Ələkbərə hər hansı bir məbləğdə pul verməmişdir. Ələkbəri iyirmi ildir tanıyır, dost münasibətindədirlər. Lakin Təqsirləndirilən şəxs onun verdiyi vədlərə əməl etmək imkanının olmamasını bilmirdi. Təqsirləndirilən şəxs sadəcə onu Zərərçəkmiş şəxs ilə tanış etmiş və onun həqiqətən də Zərərçəkmiş şəxs köməklik edə biləcəyini düşünmüşdür. Buna görə də Təqsirləndirilən şəxs həqiqətən də Zərərçəkmiş şəxs aldatmaq niyyətindən əvvəlcədən məlumatlı olmamışdır. Özü də bu barədə Təqsirləndirilən şəxs əvvəlcədən hər hansı bir formada məlumat verməmişdir. Təqsirləndirilən şəxs onu Zərərçəkmiş şəxsla tanış etdikdən sonra aralarında aparılmış danışıqlardan tamamilə məlumatsız olmuşdur. Təqsirləndirilən şəxs yalnız ən sonda Zərərçəkmiş şəxs aldatdığını öyrəndikdə əsl niyyətini və bu məqsədlə ondan aldığı pulun ümumi dəqiq məbləğini bilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 09 sentyabr 2024-cü il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılsın, ********* nömrəli cinayət işindən zəruri sənədlərin kserosurətləri çıxarılmaqla, ayırılmış ********* nömrəli cinayət işinə əlavə olunsun və Zərərçəkmiş şəxs həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. ********* nömrəli cinayət işi başlanılaraq, istintaqı davam etdirilmişdir. (cild 1, i.v.) - 09 sentyabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs yerini müəyyən edib məsuliyyətə cəlb etmək mümkün olmadığından, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi ayrılmış, ********* nömrəli cinayət işindən zəruri sənədlərin kserosurətləri çıxarılmaqla, ayırılmış ********* nömrəli cinayət işinə əlavə olunsun və Zərərçəkmiş şəxs həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild 3, i.v. 39-49) - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-130/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə (240086038 nömrəli cinayət işi üzrə) Şahid1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. (cild 4, i.v.15-26) - 24 noyabr 2023-cü il tarixli cinayət işinin başlanması və aidiyyatı üzrə göndərilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə Xətai Rayon Prokurorluğunda ********* nömrəli cinayət işi başlanılmış və RPİnin İstintaq Şöbəsinə göndərilmir. (cild 4, i.v. 97) - 27 noyabr 2023-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir. (cild 4, i.v. 110) - 28 noyabr 2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. (cild 4, i.v. 112) - 01 oktyabr 2024-cü il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi ********** saylı cinayət işi ilə birləşdirilmiş və istintaq ********** nömrəsi ilə davam etdirilmişdir. (cild 2, i.v. 45-47) - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən daxil olmuş 09 dekabr 2023-cü il tarixli tələbnamə sənədindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. (cild 1, i.v. 184) - AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən ünvan 8 ünvanda qeydiyyatda olan xx.xx.1983-cü il təvəllüdlü Təqsirləndirilən şəxs adında və ya etibarnamə ilə istifadəsində nəqliyyat vasitəsi qeydiyyatda yoxdur. (cild 1, i.v.210) - AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlak Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 25 yanvar 2024-cü il tarixli məktubundan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən Təqsirləndirilən şəxs adına dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. (cild 1, i.v. 230) - 01 oktyabr 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 178.2.1 və 178.2.4-cü maddələri ilə ittiham elan olunmuşdur. (cild 3, i.v. 50-51) - 01 oktyabr 2024-cü il tarixli təqsirləndirilən şəxsin ittiham elan edilməsi üçün tutulması və barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. (cild 3, i.v. 52) - 01 oktyabr 2024-cü il tarixli cinayət işinin icraatın dayandırılması haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır. (cild 3, i.v.53) - 07 oktyabr 2024-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün 20:00 radələrində tutulmuşdur. (cild 3, i.v. 54) - 07 oktyabr 2024-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işinin icraat təzələnmişdir. (cild 3, i.v.55) - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)-765/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 02 ay 08 gün müddətə, istintaq müddətinin sonunadək, yəni xx.xx.2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Həbsdə saxlama müddətinin əvvəli 07 oktyabr 2024-cü il tarixdən hesablanmışdır. (cild 3, i.v.82-88) - 11 noyabr 2024-cü il tarixli maddi sübut kimi tanımaq haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim olunmuş Şahid1 və Təqsirləndirilən şəxs ona vermiş olduqları vədlərlə bağlı aralarında aparılmış telefon danışıqlarının qeydə alındığı və "Votsap" mesaj mübadilə sistemi vasitəsilə göndərilmiş səs yazılarının olduğu 1 ədəd CD disk maddi sübut kimi tanınmışdır. (cild 3, i.v.153-154) - 10 dekabr 2024-cü il tarixli sübutların qiymətləndirilməsi və cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə başlanmış cinayət təqibinə xitam verilmişdir. (cild 3, i.v. 231-243) - 13 yanvar 2025-ci il tarixli sübutların qiymətləndirilməsi və cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın ləğv edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Xətai rayon Polis İdarəsinin İŞ-nin müstəntiqi polis mayoru İlkin Almazovun xx.xx.2024-cü il tarixli "Sübutların qiymətləndirilməsi və cinayət işi üzrə icraata xitam verilməsi haqqında” qərarı əsassız olduğundan ləğv edilmişdir. (cild 4, i.v.1-2) - 14 yanvar 2025-ci il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair olan ********* nömrəli cinayət işi icraata qəbul edilmişdir. (cild 4, i.v.5-6) - 14 yanvar 2025-ci il tarixli cinayət işinin icraatın dayandırılması haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır. (cild 4, i.v.8-9) - 12 may 2025-ci il tarixli cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* nömrəli cinayət işinin icraat təzələnmişdir. (cild 4, i.v.30-31) - 13 may 2025-ci il tarixli ibtidai istintaq müddətinin uzadılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 2 ay, 5 ayadək, yəni 16 iyul 2025-ci il tarixədək uzadılmışdır. (cild 4, i.v.40-41) - 21 may 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, ********* nömrəli üzrə Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan ittiham elan olunmuşdur. (cild 4, i.v.58-59) - 21 may 2025-ci il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri seçilmişdir. (cild 4, i.v.70-72) - İş materiallarına əlavə edilmiş elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs iki uşağı var: xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X3. - iş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs və mülki iddiaçı – Zərərçəkmiş şəxs iddia ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş zərərin əvəzi olaraq 11000 (on bir min) manatın alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı iş materiallarında olan 01 ədəd CD diskə və zərərçəkmiş şəxsin təqdim etdiyi 01 ədəd CD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, zərərçəkmiş şəxsin təqdim etdiyi diskdəki audio fayllar cinayət işinin materiallarında olan diskdə mövcuddur. Həmin fayllar iclas zalında tədqiq edilərkən məlum olmuşdur ki, danışıqlar beş faylda Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında digər fayllarda isə Zərərçəkmiş şəxs və Şahid1 arasında gedir. Həmin səs yazılarında Şahid1lə Zərərçəkmiş şəxs arasında Ali Məhkəmədə şikayəti əsasında aparılan məhkəmə araşdırması zamanı Orxan adlı tanışının vasitəsi ilə onun xeyrinə qərar qəbul ediləcəyi barədə vəd verməsinə dair danışıqlar, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında Şahid1 qeyd olunan məsələni həll edəcəyi, habelə Qocanın Şahid2 söhbətlərdə iştirakın etməsinə narazı olması, Şahid1 onu aldatması barədə danışıqlar, Şahid2la Təqsirləndirilən şəxs arasında oğlunun şikayəti əsasında Ali Məhkəmədə aparılan məhkəmə araşdırması zamanı oğlunun xeyrinə qərar qəbul edilməsi məsələsini Şahid1 həll etməsi barədə danışıqlar olması müəyyən edilmişdir. Belə ki, 01-ci faylda 1 dəqiqə 18 saniyəlik audio yazıda Şahid1 Təqsirləndirilən şəxs müraciət edərək işi həll edəcəyinə dair vədlər verməsi; 02- ci faylda 1 dəqiqə 06 saniyəlik audio yazıda Zərərçəkmiş şəxs ilə Şahid1 danışığı əks olunmuş və həmin danışıq zamanı Zərərçəkmiş şəxs pulu Ələkbərə verdiyini bildirmiş və onun da pulu Şahid1 verdiyini qeyd etmiş, həmçinin Şahid1 pulu verməsinə baxmayaraq işin nə üçün həll olunmadığını bildirmiş, Qocayevin də işə məktəbin və digər qurumun qarışdığını bildirir; 03-cü faylda 1 dəqiqə 05 saniyəlik audio yazıda Zərərçəkmiş şəxslə “Orxan” deyə müraciət etdiyi şəxs arasında danışıqlar əks olunmuş və həmin danışıqlar zamanı “Orxan” adlı şəxs onu valideyni ilə danışaraq və birisi gün Ali Məhkəməyə gəlməyə dəvət etmişdir; 04-cü faylda 05 dəqiqə 15 saniyəlik səs yazısında Şahid1 ilə Zərərçəkmiş şəxs arasında danışıq olması müəyyən edilmiş, həmin danışıq zamanı Zərərçəkmiş şəxs Şahid1 Orxan adlı şəxsin onu Ali Məhkəməyə çağırmasını bildirmiş və Şahid1 birisi gün onu saat 12 üçün görüşə çağırmış və işi həll edəcəyinə dair vədlər vermişdir. Məhkəmənin yaxın günlərdə keçiriləcəyini bildirir. Qərarın əsaslı olması üçün tələsməməyi tövsiyə edir. Birisi gün birlikdə ora gedəcəklərini söz verir və atasının nömrəsini istəyir; 05-ci faylda 5 dəqiqə 05 saniyəlik audio yazıda Zərərçəkmiş şəxslə Ələkbər arasında telefon danışığı olması müəyyən edilmiş, həmin danışıq zamanı Ələkbər Zərərçəkmiş şəxs atası Raisi sakitləşdirməsini istəmişdir; 06-cı faylda 05 dəqiqə 27 saniyəlik audio yazıda X5 Ələkbər arasında danışığın olması müəyyən edilmiş, həmin danışıq zamanı Ələkbərin Şahid1 məsələni həll edəcəyinə dair vədlər verməsi öz əksini tapmışdır; 07-ci faylda 14 dəqiqə 49 saniyəlik audio yazıda Zərərçəkmiş şəxs ilə Şahid1 arasında telefon danışığı olması müəyyən edilmiş, həmin danışıq ərzində Şahid1 Zərərçəkmiş şəxs işin həlli ilə bağlı vədlər verdiyi öz əksini tapmışdır; 08-ci faylda 03 dəqiqə 57 saniyəlik audio yazıda Zərərçəkmiş şəxslə Şahid1 arasında telefon danışığı olması və həmin danışıq zamanı Şahid1 işin həlli ilə məşğul olmasını bildirməsi öz əksini tapmış və yenə də işin həll olunmasına dair vədlər verdiyi məlum edilmişdir; 09-cu faylda 03 dəqiqə 02 saniyəlik audio yazıda Zərərçəkmiş şəxs Ələkbərlə arasında telefon danışıqları zamanı İsgəndər işin həll edilmədiyini Ələkbərə bildirmiş, Ələkbər isə Şahid1 ilə danışıb məsələyə aydınlıq gətirəcəyini bildirmişdir; 10-cu faylda 01 dəqiqə 29 saniyəlik audio yazıda Şahid1 Zərərçəkmiş şəxs bir həftə ərzində bank kartından çıxarılan pulu kartına bərpa edəcəyini bildirmişdir. Bank işi olduğu üçün tələsməməyi xahiş edir; 11-ci faylda 33 saniyəlik audio yazıda Şahid1 Zərərçəkmiş şəxs işin həlli ilə bağlı müxtəlif vədlər vermişdir; 12-ci faylda 42 saniyəlik audio yazıda Zərərçəkmiş şəxslə Ələkbər arasında olan danışıq öz əksini tapmış Səmədov bildirir ki, o Qocanı tanımadığı, Qocaya Ələkbərə görə etibar etdiyi və Ələkbərin həmin danışıq zamanı Şahid1 işi həll edəcəyinə dair Zərərçəkmiş şəxs arxayın etməsi əksini tapmışdır; 13-cü faylda 01 dəqiqə 17 saniyəlik audio yazıda Zərərçəkmiş şəxslə Ələkbər arasında olan danışıq öz əksini tapmış və Ələkbərin həmin danışıq zamanı Şahid1 işi həll edəcəyinə dair Zərərçəkmiş şəxs arxayın etməsi əksini tapmışdır. Məhkəmə iclası zamanı iş materiallarında olan Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd diskə baxış keçirilməsi zamanı müəyyən edilmişdir ki, həmin diskdə olan 01-ci 3 dəqiqə 30 saniyəlik audio faylda Şahid1 şikayətini geri götürməsi müqabilində Zərərçəkmiş şəxs aldığı pulu qaytarmağı təklif edərək, təkidlə həmin məbləğin 4.900 manat olmasını bildirir, İsgəndər isə pulun qalan hissəsinin necə həll olacağını soruşur; 02-ci 03 dəqiqə 17 saniyəlik audio faylda Şahid1 ilə Ələkbərin atası Hüseyn arasında olan danışıq öz əksini tapmış və həmin danışıqda Qoca pulu ona Ələkbərin deyil, İsgəndərin şəxsən verdiyini bildirir; eyni yerin iki müxtəlif kameralarla qeydə alınmış video görüntülərini əks etdirən iki video faylda Qoca, Ələkbər və İsgəndərin bir ictimai iaşə obyektində masa arxasında oturması, İsgəndərin Qocaya videodan məlum edilməsi mümkün olmayan nəsə verməsi, Qocanın isə onu cibinə qoyması görsənir (iclasda Zərərçəkmiş şəxs kartından pulu çıxaran dələduzun şəklinin və digər sənədlərin verildiyini demişdir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri zərərçəkmiş şəxs, şahidlərin ifadələri və işdə olan digər istintaq materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməməsi, yəni Zərərçəkmiş şəxs qarşı dələduzluq əməlini törətməməsi iş materiallarında olan sənədlər, səsyazıları və videogörüntülər, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə təkzib olunaraq məhkəmə tərəfindən özünü müdafiə xarakterli ifadə kimi qəbul edilərək əsassız sayılır. İş üzrə ifadə vermiş Şahid1 Təqsirləndirilən şəxs onu iyirmi ilə yaxın tanıması lakin buna baxmayaraq onun verdiyi sözlərə əməl etmək imkanının olmadığınından xəbərsiz olması inandırıcı görünmür. Həmçinin verilən məbləğin təqsirləndirilən şəxs tərəfindən 4900 manat olmasını zərərçəkənin səs yazısında etiraf etməsini bildirməsi də təkzib olunur. Belə ki, zərərçəkmiş şəxs həmin təklifdən sonra pulun qalan hissəsinin necə həll olacağını soruşur. Məhkəmə təqsirləndirilən şəxsin belə məzmunda ifadə verməsini və özünü ona qarşı elan olunmuş ittiham üzrə təqsirli bilməməsini onun hüququ kimi qəbul edir və təqsirləndirilən şəxsin dəlillərini əsaslı hesab etmir, onun həmin mövqeyinə münasibət bildirərək, hesab edir ki, təqsirləndirilən şəxsin bu mövqeyi əsassızdır və onunla razılaşmaq olmaz. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutur, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə onun ilk dəfə cinayət törətməsini, himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzasını yüngülləşdirən halların olmasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs onun təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərini təmin edə bilər. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə həmçinin onun tutulduğu müddət də daxildir. Bununla əlaqədar məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hökm çıxarılan anadək 07 oktyabr 2024-cü il tarixdən 10 dekabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı müddət cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 9 ünvanına təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddialara dair məhkəmə qeyd edir ki, CPM-in: Azərbaycan Respublikasının CPM-nin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikasının CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikasının CPM-nin 180.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. 150.0, 150.0.1, 150.0.2-cı maddələrinə əsasən iddia ərizəsinə cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri, dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən ayrılmış icraat üzrə təqsirləndirilən şəxsin (şəxslərin) barəsində cinayət işinə baxıldıqda məhkəmə verilmiş mülki iddia ilə əlaqədar onun (onların) üzərinə vurulmuş maddi ziyanı əvvəlki hökmə əsasən məhkum edilmiş (barəsində mülki iddia həll edilmiş) şəxslə müştərək qaydada ödəmək vəzifəsini qoya bilər. İştirakçılıqla törədilmiş cinayətlər nəticəsində vurulmuş maddi ziyan cinayətin iştirakçılarından Mülki Məcəllənin 1113-cü maddəsinə əsasən müştərək qaydada və yaxud mülki iddiaçının vəsatəti ilə və onun mənafeyi üçün hər bir iştirakçıdan məhkəmə tərəfindən müəyyən edilmiş hissələr (paylar) üzrə tutula bilər Həmin Qərara əsasən mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, mülki iddiaya iddia tələbini əsaslandıran hallarla bağlı zəruri sübutlar təqdim edilmədiyindən vurulmuş maddi zərərin real həcminin hazırkı cinayət işinin məhkəmə baxışı həddində müəyyən edilməsi mümkünsüzdür. Belə ki, mülki iddiaçı ərizəsində Təqsirləndirilən şəxs ona dəymiş 11000 (on bir min) manatın ödənilməsini xahiş etsə, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 11000 (on bir min) manatı tək yox, Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək əldə etmişdir. Bu səbəbdən həmin pul məbləğinin Təqsirləndirilən şəxs alınması və zərərçəkmiş şəxsə ödənməsi mümkün deyil. Həmçinin mülki iddiaya dair ərizə yalnız bir nüsxədə təqdim edilmişdir. Ödənilməli olan real məbləğlərin (payların) dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar (təqsirkarın cinayətin törədilməsində rolu, cinayət nəticəsində əldə etdiyi gəlir və s. müəyyən edilməsi) məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bilər. İddiaçı müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən sadalanan nöqsanları aradan qaldırmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, mülki iddia baxılmamış saxlanılmalı, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra Zərərçəkmiş şəxs mülki mühakimə icraatı qaydasında məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Göründüyü kimi, mülki iddiaya hazırkı cinayət mühakimə icraatı çərçivəsində təqdim edilmiş sübutlarla tam qiymət verilməsi mümkün olmamaqla, mülki iddiaya mülki mühakimə icraatı qaydasında baxılması və həll edilməsi həm, mülki iddiaçının həm də mülki cavabdehin mənafeyinə uyğundur. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 30 (otuz) saat iş saatına görə 330 (üç yüz otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat (29 aprel 2025-ci il tarixindən 11 manat) məbləğində müəyyən edilmişdir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə olduğu 02 (iki) ay 03 (üç) gün müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 04 (dörd) ay 06 (altı) gün azadlığın məhdudlaşdırılması cəzası kimi hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 07 (yeddi) 24 (iyirmi dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan 03 ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılsın. İş üzrə mülki iddia baxılmamış saxlanılsın və Zərərçəkmiş şəxs izah edilsin ki, mülki mühakimə icraatı qaydasında da iddia vermək hüququ vardır. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 330 (üç yüz otuz) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-309/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-309/2025
10.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver