Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-31/2023 07.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X7, Zərərçəkmiş şəxs Ələkpər oğlunun və onun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs və müdafiəçisi 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1983-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-50/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və üzərində 01 il 02 ay 19 gün çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzası qalmış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-436/2023 saylı 05 iyul 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 263-1.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, 16 iyun 2022-ci il tarixdə saat 20:30 dəqiqədə Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi ilə C.Həsənov küçəsi istiqamətində “AB № 477863” nömrəli “BC" kateqoriyalı sürücülük vəsiqəsi ilə texniki cəhətdən saz vəziyyətdə olan etibarnamə əsasında atası X2 məxsus ağ mirvari rəngli “Hyundai Sonata” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobili 80 km/saat sürətlə narkotik vasitənin təsiri altında idarə edərək Cavanşir küçəsi 11 ünvanında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu, yəni Zərərçəkmiş şəxs Ələkpər oğlunun nizamlanmayan piyada keçidinə yaxınlaşarkən avtomobilin sürətini hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi həddə qədər azaltmalı, piyada keçidinə daxil olmuş piyadaya yol verməli və bundan sonra hərəkətin təhlükəsizliyinin təmin olunacağına əmin olaraq hərəkətini davam etdirməli olduğu halda, həmin təhlükəsizlik tələblərinə riayət etməyib yolun sağ tərəfindən sol tərəfinə keçmək istəyən piyada Zərərçəkmiş şəxs Ələkpər oğlunu avtomobilin qabaq sol hissəsi ilə vuraraq, ehtiyatsızlıqdan sonuncuya ağrı simptomu, hərəkət məhtudluğu və İİİ dərəcəli travmatik şok (Aİqover indeksinə əsasən) ilə qeyd olunan çox saylı travma, sağ qamış sümüyünün aşağı 1/3-nin qapalı, qəlpəli oynaqdaxili yerdəyişən sınığı, sağ incik sümüyünün orta, aşağı 1/3-nin qapalı, yerdəyişən sınığı, sağ ayaq darağı sümüklərinin, ayaq darağı arxası sümüklərinin çox saylı, çox qəlpəli yerdəyişən sınıqları, sümük və dəri deffekti, sağ pəncənin nekrektomiyası (nekrilik sahələrin götürülməsi) ilə müşayiət olunan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə yol-nəqliyyat hadisəsi törətmiş və hadisə yerindən qaçmışdır. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq bir ədəd tiyəsinin uzunluğu 147 mm, orta hissədən eni 38 mm, maksimal qalınlığı 3,8 mm, dəstəyi qara, boz xətli, ebonitəoxşar materialdan hazırlanmış, dəstəyin uzunluğu 123 mm, orta hissədən eni 23 mm, qalınlığı 20 mm, zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, ümumi təyinatı ov üçün olan soyuq silah hesab edilən bıçağı əldə edib üzərində saxlamaqla avtomobilinə daşımış, 17 iyun 2022-ci il tarixdə, saat 06:50 dəqiqədə Bakı şəhəri, Xətai rayonu ərazisində yolun kənarında idarə etdiyi “Hyundai Sonata” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobildə, yol-nəqliyyat hadisəsi törətməkdə şübhəli şəxs qismində həmin ərazidə təyin olunmuş marşrut üzrə xidmət aparan Xətai RPİ-nin Post Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən saxlanılaraq ünvan 3 ünvanında yerləşən Xətai RPİ-nin dayanacağına gətirilərək orada videoçəkilişdən istifadə edilməklə avtomobilində axtarış və götürmə aparılan zaman avtomobilin arxa oturacağının üzərindən həmin bıçaq aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.4, 263-1.2 və 264-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur və “Bolt” şirkəti ilə çalışır, lakin “Bolt” şirkətində ilk işləyənlərdən olduğundan, onunla müqavilə bağlanmamışdır. Bir dəfə narkomaniyadan əziyyət çəkdiyindən müalicə almışdır. Hadisə iyun ayının 16-sı Cavanşir küçəsində baş vermişdir, lakin hadisənin baş verdiyi saatı dəqiq xatırlamır. Avtomobilindən aşkar olunmuş narkotik vasitəni onlayn şəkildə “İnstagram” üzərindən Famil adlı şəxsdən almışdır. Narkotik vasitəni satan xatırlamadığı obyektin qarşısında həmin narkotik vasitəni atmışdır. O da oradan narkotik vasitəni Famil adlı şəxsin “İnstagram” sosial şəbəkəsində açıq şəkildə qeyd olunmuş nömrəsinə zəng vuraraq onlayn sifariş vermişdir. Ödənişi onun kartına köçürməklə həyata keçirmişdir. Ödəniş etdikdən sonra, o, dəqiq götürmüşdür. Maştağada yerləşən narkoloji dispanserdən hadisə baş verməmişdən bir gün qabaq çıxmış, “Opium” adlı dərman preparatı ona çıxmamışdan bir gün əvvəl vurulmuşdur. Hadisə baş verən günü binanın başından tanışı Elnuru avtomobili ilə götürmüşdür. Bir ağsaqqal kişinin yolu keçdiyini görmüş və o da onun arxasından keçmişdir. Təxminən 30-40 metr məsafə getdikdən sonra keçdikdən sonra güzgüdən baxarkən həmin kişinin yerə yıxıldığını görmüşdür. Qarşı yoldan gələn bir avtomobil ona əl hərəkətləri etdikdən sonra nəsə olduğunu düşünüb geri qayıtmışlar. Həmin zaman vurduğu kişinin oğlunun orada olduğunu görmüşdür. Onlara zərərçəkmiş şəxsin kim olması barədə məlumat verildikdə, Elnur onu tanıdığını və həmin şəxsin onun qonşusu olduğunu bildirmişdir. O, həmin şəxsin oğlu ilə telefon vasitəsi ilə əlaqə saxlamış və sonuncu ondan axşam saatlarında onun dediyi kafeyə gəlməyini istəmişdir. Axşam həmin kafedə onunla söhbət etdikdə, o, ona müəyyən bir məbləğdə xərcinin çıxdığını bildirmişdir. Həmin günü bibisi rəhmətə getdiyindən, atası rayonda yas mərasimində olmuş, atası ilə telefonla əlaqə saxlayaraq, hadisəni danışmış və ondan gəlməsini istəmişdir. Avtomobilində aşkar olunan bıçağı evdən götürmüşdür. Onu avtomobilində saxlamaqda məqsədi şunurları kəsmək və digər bunun kimi avtomobilin təmirində lazım olacaq şəkildə istifadə etməkdən ibarət idi. Bıçaq avtomobilin nasosunun içərisində olmuşdur. İbtidai istintaq zamanı qeyd olunan ifadə onun sözlərindən yazılmamışdır. İbtidai istintaq zamanı ondan izahat alınarkən, orada vəkil iştirak etmiş, lakin üzərindən həmin əşyalar çıxarılarkən, orada vəkil olmamışdır. O, 20 gün müddətinə həbs olunduqdan sonra ifadədə həmin əşyaların üzərindən çıxdığı qeyd olunmuşdur. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, hadisə günü Elnuru Fəhlə prospektində yerləşən evinə çatdırmaq üçün avtomobili ilə hadisənin baş verdiyi yerindən təxminən 20-30 metr aralı məsafədən götürmüşdür. O, həmin şəxsi avtomobillə vurduğunu hiss etməmişdir. Qarşıdan gələn avtomobil faralarını yandırıb, ona arxaya baxmağı üçün işarə verdiyində, geriyə dönmüşdür. Hadisənin baş verdiyini başa düşdükdən sonra, dərhal hadisə yerinə qayıtmışdır. Oraya çatdıqda, zərərçəkmiş şəxsin oğlu hadisə yerindən getmişdir. Onlar hadisə yerində olarkən Elnur ona zərərçəkmiş şəxsin onun qonşusu olduğunu və onun oğlunun adının Əkbər olduğunu bildirmişdir. Onlar da elə hadisə yerindən “Modern Hospital”-a yollanmışlar. İlk olaraq klinikaya gələn zaman zərərçəkmiş şəxsin yanına qalxmamışdır, aşağıda gözləmişdir. Daha sonra onun “Modern Hospital”-da olduğunu öyrəndikdə, oraya getmişdir. Elnur həmin gün xəstəxanada zərərçəkmiş şəxsin yanına qalxıb geri qayıtdıqdan sonra, hadisə yeni baş verdiyindən beyniqanlı olduqlarını demiş və o, atası ilə əlaqə saxlayıb ondan gəlməsini istəmişdir. Xəstəxanada polis əməkdaşları olmamışdır. Axşam radələrində Əkbərin kafesində vurduğu şəxsin oğlu ilə görüşdükdə, o, ona atasının müalicəsinə 1800 manat məbləğində pul vəsaiti xərclədiyini demişdir. O, polisə hadisə ilə bağlı məlumat verməmişdir. Üzərindən çıxan bıçaq arxası izolentlə sarılmış kiçik mətbəx bıçağı idi. Bıçaq avtomobilin baqajında nasosun içində idi. Polis əməkdaşları tərəfindən axtarış aparılarkən, onun avtomobilinə xeyli ziyan vurulmuşdur. Avtomobilin mühərriki parçalara ayrılmış və podpresi zədələnmişdir. Folqanın üzərində olan narkotik vasitəni özü təqdim etmişdir. Tibbi müayinə aparılan zaman qanında aşkar olunan “opium” xəstəxanada müalicə üçün təyin edilən dərman vasitəsidir. Xəstəxanadan hadisə baş verməmişdən bir həftə əvvəl çıxdığından həmin vasitə daha sonra onun qanında aşkar olunmuşdur. Lakin həmin dərmandan başqa heç bir narkotik vasitə qəbul etməmişdir. İbtidai istintaq zamanı qeyd olunan ifadədə onun dediklərinin əksi yazılmışdır. Onun ilk dəfə izahatını təhqiqatçı almışdır və orada qeyd olunanlar onu sözləri əsasında yazılmışdır. Onu 20 günlüyünə həbs etdikdən sonra, müstəntiq ona zərərçəkmiş şəxslə barışıq əldə edildiyini demiş və ifadəni ona təqdim edib, onun altından qol çəkməyini bildirmişdir. İfadədə qeyd olunduğu kimi bıçağı bazardan almamışdır, onu mətbəxdən götürmüşdür. Onun avtomobilində saxladığı bıçaq arxası qara izolentlə sarılmış bıçaq idi, iş materiallarına fotoşəkilləri əlavə olunan bıçaqla eyni deyil. O, maşın ustası olduğundan, bıçağı avtomobilində müxtəlif işləri görmək üçün saxlamışdır. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində özünü tam təqsirli bilmiş və qeyd etmişdir ki, “Hyundai Sonata” minik markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə 2021-ci ildən BC kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə etmişdir. Həmin avtomobil özlərinə məxsusdur, belə ki, atası avtomobili idarə etməsi üçün ona almışdır. İlkin olaraq avtomobil sahibinin adında olmuş, lakin sonradan avtomobili atasının adına keçirmişlər. Həmin avtomobili daima özü idarə etmişdir. Avtomobili idarə etməsi üçün sürücülük vəsiqəsi və etibarnaməsi vardır. Zərərçəkmiş şəxs Ələkpər oğlunu əvvəllər tanımamış, sonuncunu sonradan tanımış, həmin şəxs ilə arasında narazılıq, ədavət və düşmənçilik olmamışdır. Özü narkotik vasitə və psixotrop maddələrin müxtəlif növlərini istifadə etmiş, narkoloji dispanserdə qeydiyyatı olmuş və orada müalicə almışdır. Əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuşdur. Sonuncu dəfə isə 2022-ci ilin əvvəllərində Xətai Rayon Məhkəməsinin qərarı ilə 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və cəzasını çəkməkdə davam edir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında idarə etdiyi avtomobillə tanışı Elnuru götürüb yaşadığı mənzilə gəlməyə başlamışdır. Avtomobili özü idarə etmiş, Elnur isə qabaq sağ oturacaqda əyləşmişdir. Həmin günü saat 22 radələrində avtomobili Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi ilə C.Həsənov küçəsi istiqamətində saatda 80 km sürətlə idarə etmişdir. Hərəkətdə olduğu zaman piyada zolağından keçən bir nəfər şəxsi görmüşdür. Həmin şəxs 55-60 yaşında olmuşdur. Həmin şəxsin yanından ötüb keçib getmişdir. Lakin avtomobilin həmin şəxsə dəyməsini hiss etmişdir. Belə ki, avtomobil nisbətən titrəyən kimi olmuşdur. Lakin həmin şəxsi vurmadığını zənn etmişdir. Daha sonra Elnur öz oturduğu yerin güzgüsündən baxaraq arxa tərəfdə bir kişinin yıxıldığını və qayıdaraq geri baxmağını bildirmişdir. Lakin geri qayıtmamış və avtomobili idarə edib getmişdir. Avtomobillə həmin yerdən uzaqlaşıb Elnur adlı şəxsi düşürüb geri qayıtmışdır. Avtomobilini bir kənarda saxlayıb orada olanlarla maraqlanmış və avtomobillə vurduğu şəxsin Əkbər adlı şəxsin atasının olduğunu öyrənmişdir. Gecə saatlarını keçmişdir ki, Əkbər və qardaşlarının işlətdiyi Cavanşir küçəsi ilə C.Həsənov küçəsinin kəsişməsində yerləşən obyektinə getmişdir. Orada Əkbərlə söhbət etmiş, söhbət zamanı sonuncu atasının müalicəsi üçün 1.800 ABŞ dolları xərcinin çıxacağını və ödənilməli olduğunu xahiş etmişdir. Əkbərə atasının yanına xəstəxanaya gələcəyini və bu məsələni həll edəcəyini bildirib üzr istəmişdir. Bundan sonra isə oradan çıxıb getmişdir. Saat 06 radələrində Kənd Əhmədli qəsəbəsində avtomobillə hərəkətdə olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq Xətai RPİ-nə gətirilmişdir. İdarədə müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, lakin üzərindən qanunsuz əşya aşkar olunmamışdır. Daha sonra idarə etdiyi **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitə “kakos” olduğunu polis əməkdaşlarına bildirmişdir. Bundan sonra avtomobilinə baxış keçirilmiş və avtomobilinin sürət qutusunun yaxınlığında bir ədəd gümüşü rəngli kağıza bükülmüş narkotik vasitə 0.035 qram heroin aşkar olunmuşdur. Daha sonra Xətai Rayon Məhkəməsinə göndərilmidir. Xətai Rayon Məhkəməsinin qərarı ilə 20 gün inzibati həbs olunmuşdur. Azad olunduqdan sonra isə yol nəqliyyat hadisəsinə görə polis əməkdaşları Xətai RPİ-nə gətirmişlər. Əlavə olaraq o, bildirmişdir ki, Zərərçəkmiş şəxs Ələkpər oğlunu vurmamışdan əvvəl görmüş, sonuncu yolu keçmək istəmiş, lakin həmin vaxt aralarında neçə metr məsafə olmasını bilməmişdir. Hadisə baş verməzdən əvvəl spirtli içki qəbul etməmiş, lakin narkotik vasitə qəbul etmişdir. Qəbul etdiyi narkotik vasitənin bir qismini də avtomobilində gizlətmişdir. Narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmişdir. Narkotik vasitəni xatırlamadığı tarixdə tanımadığı şəxsdən pulla almışdır. Narkotik vasitənin heç vaxt satışı ilə məşğul olmamış, yalnız şəxsi istifadəsi üçün tanımadığı şəxslərdən pulla almışdır. Avtomobilindən aşkar edilmiş tapançanı xx.xx.2022-ci il tarixdə Maştağa qəsəbəsində yerləşən xəstəxananın qarşısında olarkən yerdən tapmışdır. Tapança xoşuna gəldiyi üçün götürərək avtomobilinə qoymuşdur. Belə ki, tapançanın odlu silah olmadığını fikirləşmişdir. Avtomobilindən aşkar edilmiş bıçaq özünə məxsusdur, həmin bıçağı bir neçə ay əvvəl bazardan almış və avtomobilində saxlamışdır. Bıçağı almaqda və avtomobilində saxlamaqda məqsədi avtomobili təmir etmək və hər hansı bir əşyanı kəsmək olmuşdur. İlkin ifadəsində düzgün göstərməmiş, belə ki, özünü müdafiə etmişdir. Lakin sonradan problem yaranacağını fikirləşib ona görə də ərizə ilə müraciət etmişdir ki, yenidən dindirilsin. İlkin olaraq hadisənin ciddi olmasını bilməmiş, belə ki, avtomobillə Qayıb Qayıblının yanından ötüb keçməsini və yaxud adi toxunmasını fikirləşmiş, lakin sonradan görmüşdür ki, həmin şəxsin ayağından vurmuşdur. Qorxduğudan və narkotik vasitənin təsiri altında olduğundan avtomobili idarə edib getmişdir. Elnur tanışıdır, sonuncunu uzun zamandır ki, görmür, Elnurun yalnız adını bilmiş və haqqında başqa məlumata sahib olmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Ələkpər oğlu ifadəsində bildirmişdir ki, onun ürəyində stend olması səbəbilə həkim hər gün 5-6 kilometr qədər məsafəni gəzməyini tövsiyə etmişdir. O da bir yoldaşla bərabər hər axşam yeməyindən sonra öncədən cızdığı marşrut üzrə gəzintiyə çıxmışdır. Hadisə baş verən yolun yuxarı tərəfində kafe yerləşir, aşağı tərəfində isə park var. Həmin yolda “zebradan” sol tərəfə keçmişdir. Kafenin yanından təxminən 7-8 metr qədər məsafədən sonra həyətə yol vardır. Təqsirləndirilən şəxs Neyrocərrahiyə Xəstəxanası tərəfdən gəlmiş, həmin yoldan gələn maşınlar yolun sağ tərəfi ilə hərəkət etmişlər. Təqsirləndirilən şəxs isə onu yolun sol tərəfində səkinin dibində vurmuşdur. Maşın iti sürətlə hərəkət etmiş və ayağının arxa tərəfindən vurduğunu və maşının arxa təkəri ilə üstündən keçildiyini hiss etmişdir. İki oğlu da həmin vaxt kafenin qarşısında oturub çay içmişlər. Onun zərbə nəticəsində yıxılıb yerə oturduğunu gördükdən sonra dərhal onun yanına gəlmişər. Xeyli müddət huşunu itirməmişdir. Təqsirləndirilən şəxs hadisədən sonra maşını saxlamış, hadisə baş verən əraziyə baxmış və maşına oturub hadisə yerindən uzaqlaşmışdır. Onu “Modern Hospital”-a çatdıranda, nə də sonra təqsirləndirilən şəxs klinikaya gəlməmiş, yalnız dostu Elnur adlı şəxs gəlib onu görüb çıxıb getmişdir. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, maşının qabaq buferi ilə vurulmuş və sonra da arxa təkəri ilə ayağının üstündən keçmişdir. Onu vuran şəxs öz yolundan çıxmışdır, o, yolun sağ tərəfi ilə hərəkət etməli idi. Hadisə baş verən ərazidə xeyli adam olmuş, moykanı işlədən oğlan onu vuran avtomobili kraskalanmış disklərindən tanımış və onun kimə məxsus olduğu barədə məlumat vermişdir. Həmin yol kifayət qədər enli olmuş və yolun hərəkət hissəsində bir neçə avtomobilin keçməsi nəzərdə tutulmuşdur. Oğulları və moykanı işlədən oğlan hadisəyə şahidlik etmişlər. Övladları onu maşına qoyub hadisə yerindən xəstəxanaya çatdırmışlar. O, hadisə zamanı aldığı zərbə nəticəsində 2,5 litrə qədər qan itirmişdir, ona vurulan qanın 300 qramı 350-400 manatdır. Ümumilikdə ona vurulmuş ziyan təxminən 20000- 25000 manat təşkil etmişdir. Dizindən aşağı hissəyə qoyulan implantın qiyməti 4000 manatdır və həmin hissənin aşağısında olan sınıq sümükləri şuruplarla yığılmışdır. Ümumilikdə 5 dəfə əməliyyat olunmuşdur. Barışığın əldə olunması ilə bağlı söhbət etmək üçün təqsirləndirilən şəxsin atası gəlmişdir. O, ilk olaraq 2000 manat, daha sonra 3000 manat, ən son isə 5000 manat məbləğində pul vəsaitini ona təklif etmişdir. O da ona bu qədər ağrı və əziyyət çəkdiyini demişdir. Lakin təqsirləndirilən şəxslə barışmışdır, ona dəymiş ziyan tam olaraq ödənilmişdir, sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şаhid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, atası ürəyində olunan əməliyyatdan sonra hər axşam yeni açılan parkda gəzintiyə çıxırdı. Hadisə Cavanşir küçəsi 11 ünvanında baş vermişdir, həmin vaxt atalarının yolun sağından soluna keçdiyini və evə tərəf getdiyini görmüşlər. Həmin yolda silinmiş piyada zolağı vardır və onun üzərindən bir çox adam hərəkət etmişdir. Sol tərəfdən, yəni bazar istiqamətindən Neyrocərrahiyə xəstəxanasına tərəf gələn sürücü avtomobili saxlamışdır. Ağ rəngdə avtomobilin yüksək sürətlə idarə olunduğunu və atasını vurduğunu görmüşdür. Atasını vuran maşın yüksək sürətlə gəlmiş və atasını vurub yerə yıxmış, atası zərbə nəticəsində yerə oturmuşdur. Atası yolun sonuna qədər keçmiş və həmin vaxt maşın onun arxasından keçmişdir. Atasının yerdə oturduğunu gördükdən sonra dərhal ona tərəf getmiş və əynində olan qara köynəyi çıxararaq onun ayağını bağlamışdır. Bundan sonra da qardaşı ilə atalarını maşına əyləşdirib “X17”-ya aparmışlar və orada ona ilkin təcili tibbi yardım göstərilmişdir. Atasının qanaxması dayandırılmış, bundan sonra ayağı ilə bağlı olaraq onu “Travmatologiya”ya aparmışlar. Atasının müalicəsi hələ də davam edir. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, oradan təxminən 20 metrlik məsafədə yerləşən avtoyuyucunun sahibi, həmin avtomobilin bir neçə dəfə təqsirləndirilən şəxs tərəfindən həmin obyektə gətirildiyini və onun kimə məxsus olduğunu bildirmişdir. Atası xəstəxanada olan zaman Elnur adlı şəxs onlara yaxınlaşmışdır. Hadisə günü təqsirləndirilən şəxsi saat 4-5 radələrində görmüşdür. O, avtomobili yaxınlıqda olan ərazidə saxlamış və avtomobilin üstündə qeydiyyat nömrələri olmamışdır. Təqsirləndirilən şəxs həmin günü hadisəni onun törətmədiyini sübut etməyə çalışırdı. Hadisə baş verdikdən 10 saniyə sonra atasını maşınla xəstəxanaya çatdırmaq üçün avtomobilə əyləşdirmişlər. Təqsirləndirilən şəxsin hadisədən dərhal sonra ora qayıdıb-qayıtmamasını görməmişdir. Hadisə yerindən xəstəxanaya qədər beş dəqiqəlik məsafə vardır. Onlar xəstəxanada olarkən Elnur adlı şəxs ona zəng edərək, atasını maşın vurduğunu eşitdiyini demiş və ondan onu hansı xəstəxanaya apardıqlarını öyrənmişdir. Elnurla telefonla danışanda, o, hadisəni törədən şəxsin onun dostu Rüstəm olduğunu ehtimal etdiyini bildirmişdir. Elnur xəstəxanaya gəldikdə onlara hər hansı yardımın göstərilməsini və ya kömək etməsi ilə əlaqədar olaraq bir təklif etməmişdir. Sadəcə içəri daxil olub, atasının səhhətinin necə olduğunu öyrənmiş və onun ayağının hansı vəziyyətdə olduğunu öz gözləri ilə görmüşdür. O, Təqsirləndirilən şəxs avtomobili hansı səbəbdən qeydiyyat nömrələri olmadan idarə etdiyini soruşduqda, o, anasının və övladının xəstəxanada olduğunu, avtomobilin adına ödənməmiş cərimələr olduğundan, avtomobili nömrəsiz sürdüyünü demişdir. O, özü də sürücü olduğundan, təqsirləndirilən şəxs tərəfindən hadisə törədildikdən sonra onun adam vurduğunu hiss etməməsi qeyri-mümkün olan bir haldır. Belə ki o, atasının ayağının üstündən avtomobilin arxa təkərləri ilə keçmişdir. Məhkəmə iclasında şаhid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, Xətai RPİ-nin Post Patrul Xidməti Bölüyündə manqa komandiri vəzifəsində işləyir və polis baş serjantı rütbəsindədir. 16 iyun 2022-ci il tarixdə inzibati ərazidə xidmət apararkən “Xaldan” efir vasitəsilə bildirilmişdir ki, ağ rəngli, “Hyundai Sonata” markalı avtomobil piyadanı vuraraq hadisə yerindən yayınmışdır. 17 iyun 2022-ci il tarixdə iş yoldaşı, polis serjantı Şahid3 ilə ərazidə xidmət aparan zaman saat 06:50 dəqiqədə ağ rəngli, “Hyundai Sonata” markalı avtomobili görmüşlər. Avtomobilin dövlət qeydiyyat nişanı üzərində olmamışdır. Onlar həmin avtomobilin yol-nəqliyyat hadisəsi törətdikdən sonra hadisə yerindən yayınmış avtomobil olmasından şübhələnmiş və həmin avtomobilə yaxınlaşmışlar. Avtomobilin içərisində bir nəfər şəxs olmuşdur. Həmin şəxs avtomobilin qapısını açmış və onlar sonuncuya xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Lakin sürücü onlardan yayınmaq istəmiş, buna baxmayaraq onlar çətinliklədə olsa sürücünü saxlamışlar. Həmin şəxsdən avtomobilə və özünə aid sənədləri istəmişlər. Sürücü sənədləri onlara təqdim etdikdə məlum olmuşdur ki, avtomobil ağ rəngli, “Hyundai Sonata” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlıdır. Artıq bəlli olmuşdur ki, həmin avtomobil piyadanı vurub hadisə yerindən yayınan avtomobildir. Bundan sonra həmin şəxsə onlarla birlikdə Xətai RPİ-nə getməli olmasını bildirmişlər və sonuncunu idarəyə dəvət etmişlər. Lakin həmin şəxs onların fikrini yayındırmaq üçün həqiqətə uyğun olmayan ifadələr işlətmişdir. Həmin şəxsin danışıqlarından hiss etmişlər ki, sonuncu narkotik vasitə təsiri altındadır. Sonra həmin şəxsin yol-nəqliyyat hadisəsi törətməkdə və narkotik vasitə istifadə etməsində şübhəli olmasına görə sonuncunu RPİ-nə gətirib növbətçi hissəyə təhvil vermişlər. Növbətçi hissədə məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Onlar raport yazıb idarə rəisinə məruzə etmişlər. İdarədə təhqiqatçı tərəfindən bir sıra prosessual hərəkətlər icra olunduqdan sonra vəkil dəvət olunmuşdur. Bundan sonra xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilməklə vəkilin iştirakı ilə videoçəkiliş etməklə onun üzərində şəxsi axtarış aparılmağa başlanılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz hər hansı bir əşyanın olub-olmaması barədə sual verilmiş və olduğu halda onu təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs isə üzərində qanunla qadağan olunmuş əşya olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildə narkotik vasitə olmasını bildirmişdir. Bundan sonra idarənin yaxınlığında olan avtomobil dayanacağında saxlanılmış ağ rəngli, “Hyundai Sonata” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobildə vəkilin iştirakı ilə videoçəkiliş etməklə axtarış aparılmağa başlanılmışdır. Axtarış zamanı avtomobilin salonunda musiqi mərkəzinin disk qoyulan yerində bir ədəd gümüşü rəngli büküm aşkar edilmişdir. Həmin büküm açılaraq içərisinə baxılmış və içərisində qəhvəyi rəngli maddə olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə “kakos” olmasını demişdir. Bundan sonra axtarış zamanı avtomobilin arxa oturacağının üzərində bir ədəd qara rəngli parça qulunun içərisindən bir ədəd qara rəngli plastik tutacağı və kəsici hissəsi gümüşü rəngli olan bıçaq aşkar edilmişdir. Avtomobildən başqa heç bir əşya aşkar edilməmişdir. Aşkar edilmiş maddə və bıçaq ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, üzərində qeydlər apanlaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra bu barədə protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, məzmununa dair ərizə və şikayət daxil olmamış, iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şаhid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, həmin gün gecə növbəsində ərazidə olan zaman, onlar xidməti efir vasitəsi ilə Nargilə istiqamətində qeydiyyat nişanı olmayan avtomobilin idarə oldunduğu bildirilmişdir. Bu barədə məlumat idarəyə verildikdən sonra, idarədən həmin avtomobilin piyada vurma halında şübhəli olduğu qeyd olunmuş və onlara həmin avtomobili təqib etməkləri tapşırılmışdır. Onların köməyi ilə həmin avtomobil Əhmədli ərazisində saxlanılmışdır. Avtomobilin sürücüsü avtomobildən düşmüş və onlara müalicə aldığını və xəstə olduğunu bildirmişdir. Həmin vətəndaş onların tərəflərindən idarəyə çatdırılmışdır. Nəqliyyat vasitəsi tərpənmədiyindən idarənin həyətinə evakuasiya edilmişdir. Avtomobilə baxış idarənin əməliyyat qrupunun rəhbərliyi sayəsində keçirilmişdir. Qonşu postun əməkdaşı idarəyə qeydiyyat nişanı olmayan avtomobilin hərəkətdə olduğunu bildirmişdir. Raport təxminən 04:30 radələrində tərtib edilmişdir. Avtomobildə axtarış hərəkətləri aparılarkən onlar kənardan dayanıb müşahidə etmişlər. Axtarışda iştirak etmişdir və həmin protokolu imzalamışdır. Avtomobilin arxa oturacağının üstündən məişət bıçağının çıxdığını xatırlayır. Məhkəmə iclasında əlavə şаhid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, hadisə günü təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs onu idarə etdiyi avtomobil vasitəsi ilə binanın başında götürmüşdür. Binanın sonuna çatan zaman, Rüstəm avtomobil vasitəsi ilə zərərçəkmiş şəxsin ayağının üstündən keçmişdir. Həmin gün maşında yüksək səslə mahnıya qulaq asdıqlarından və heç bir tappıltı səsi gəlmədiyindən, onu maşınla vurduqlarını hiss etməmişlər. Zərərçəkmiş şəxs həmin vaxt yolun onların getdiyi hissəsi ilə hərəkət edərək keçidi keçmişdir, onlar isə maşınla onun arxasından keçmişlər. Tam olaraq yol onların olmamış, orta zolaqda olmuşlar və zərərçəkmiş şəxsin onun səkiyə çatmasına 2-3 metrlik məsafə qalmışdır. Həmin əraziyə çox yaxın məsafədə yerləşən “Qaçqınlar bazarı” adlanan əraziyə çatdıqda, başqa bir avtomobil vasitəsinin sürücüsü maşını onların yanına verərək, onların adam vurduqlarını demişdir. Hadisə zərərçəkmiş şəxsin oğluna məxsus olan kafenin qarşısında baş vermiş və bu səbəbdən də o, dərhal atasını maşına əyləşdirib xəstəxanaya aparmışdır. Onlar hadisə yerinə geri qayıdanda, onun oğlu Əkbər maşının qapısını bağlayırdı. Onlar Əkbəri bir neçə dəfə səsləmişlər, o isə avtomobillə oradan uzaqlaşmışdır. Rüstəm xəstəxanadan yeni çıxdığından nasaz idi. Buna görə də, o, ondan xəstəxanaya getməyini istəmişdir. O da başqa avtomobilə əyləşib, maşını Əkbərin arxasınca sürmüşdür. Həmin gün o, xəstəxanada zərərçəkmiş şəxsin yanında olmuşdur. Təxminən 30-40 dəqiqə qədər dayandıqdan sonra, vəziyyətin yaxşı olmadığını görmüş və oradan getmişdir. Verilmiş suallara cavab olaraq o, bildirmişdir ki, o, ibtidai istintaqda ifadə verməmişdir. Hadisə zamanı Rüstəmin yanında ondan başqa heç kim yox idi. Hadisə yerinə təxminən 2 dəqiqədən sonra qayıtmışlar. O, başqa şəxsə məxsus maşına əyləşib, maşını Əkbərin arxasınca sürmüşdür. Rüstəm də öz avtomobilində onların arxasınca gəlmişdir. Yolda onları itirdiyindən, telefon vasitəsi ilə əlaqə saxlamış və harada olduqlarını öyrənmişdir. Sonra da xəstəxananın həyətinə gəlmişdir. O, təxminən səhər saat 4-5 radələrinə qədər Rüstəmin yanında olmuşdur. Rüstəmin avtomobilinin qeydiyyat nişanını hansı səbəbdən çıxardığını bilmir. Rüstəm xəstəxananın həyətində gözləmiş və içəri daxil olmamışdır. Rüstəmlə aralarında dostluq münasibətləri vardır və eyni zamanda onunla bir məhəllədə yaşayırlar. Hadisə günü Rüstəm yeni xəstəxanadan çıxmış və o, onu 20 gün idi ki görməmişdir. Onunla görüşən zaman, onun hər hansı maddənin təsiri altında olduğundan xəbərdar olmamışdır. Yolda olduqları müddətdə, Rüstəmin vəziyyətinin yaxşı olmadığını başa düşmüşdür. Yolda olan zaman Əkbərlə əlaqə saxlamış və Rüstəmin bu hadisəni törətməsi ehtimalının olmasını bildirmişdir. Əkbər və Azərlə danışdıqda, onlara hadisənin Rüstəm tərəfindən törədilməsinin məlum olduğunu başa düşmüşdür. Xəstəxanada olan müddətdə zərərçəkmiş şəxsin qohumlarının Rüstəmlə problem yaşaya biləcəklərini ehtimal edərək, bundan qorxduqlarından, Rüstəmi onlarla görüşdürməmişlər. O, Əkbərə tək olacağı bir vaxtda Rüstəmlə görüşdürəcəyi ilə bağlı söz vermişdir. Əkbərə məxsus olan kafeyə Rüstəmlə birlikdə getmişdir. Orada olarkən Rüstəm zərərçəkmiş şəxsi onun vurmadığını deyirdi. Əkbər də ona kamera görüntülərinin olduğunu bu bunun əsasında Rüstəmin vurduğunu sübut edəcəyini demişdir. Daha sonra həmin kamera görüntüləri aşkar olunmamışdır. Məhkəmə iclasında əlavə şаhid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, moykada avtomobillərin yuyulması ilə məşğul olan zaman zərərçəkmiş şəxsin yerə yıxıldığını görmüşlər. Təxminən 2-3 dəqiqə sonra Rüstəm hadisə yerinə gəlmiş, kimin maşınla vurulduğunu soruşmuş və zərərçəkmiş şəxsin nömrəsini istəmişdir, onlar isə onun oğlu Əkbərin nömrəsini ona vemişlər. Hadisənin necə baş verməsini tam olaraq görməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata götürülməsi haqqında 07 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1 və 264-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanmış və istintaq aparılması üçün icraata götürülmüşdür (i.v. 1); yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında 16 iyun 2022-ci il tarixli protokoldan və sxemdən görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi ünvan 5 ünvana baxış keçirilmiş və sxem tərtib olunaraq protokola əlavə olunmuşdur(i.v. 6-12); sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən xx.xx.2012-ci il tarixdə 10 il müddətinə «BC» kateqoriyalı AB 477863 nömrəli sürücülük vəsiqəsi verilmişdir. Sürücülük vəsiqəsi xx.xx.2022ci il tarixədək etibarlı oilmuşdur(i.v. 20); şübhəli şəxsin tutulması haqqında 17 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 06:50-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur(i.v. 30- 31); şəxsi axtarış və götürmə aparılması haqqında 17 iyun 2022-ci il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş hər hansı əşya və maddə olmadığını bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi **-VH-*** dövlət qeydiyyat nişanlı “Hyundai Sonata” markalı avtomobilin salonunda narkotik vasitə “kakos” olmasını bildirmişdir(i.v. 43-45); nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında 17 iyun 2022-ci il tarixli protokolun surətindən görünür ki, baxış zamanı “Hyundai Sonata” markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda musiqi mərkəzinin disk qoyulan yerində bir ədəd gümüşü rəngli bükülü aşkar edilmiş və Təqsirləndirilən şəxs həmin bükülüdəki maddənin narkotik vasitə “kakos” olduğunu bildirmişdir. Eyni zamanda həmin bükümdəki maddə ilə bir yerdə qara rəngli bərkimiş halda maddə aşkar olunmuşdur. Bundan əlavə arxa oturacağın üzərində 01 ədəd qara rəngli rəngli parça qutusunda olan 01 ədəd qara rəngli plastik tutacağı və kəsici hissəsi gümüşü rəngli metaldan 14 sm uzunluğunda olan bıçaq aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə bənzər maddə bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 155 nömrəli möhürü ilə möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 49-52); xx.xx.2023-cü il tarixli, 2372 saylı narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında aktdan görünür ki, Təqsirləndirilən şəxs sidiyində narkotik vasitə olan OPİ, BZO, THC və MOP aşkar olunmuşdur (i.v. 59); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 iyun 2022-ci il tarixli, 6/3400 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün Nº155"-li dairəvi möhür əksi, “Təqsirləndirilən şəxs” yazısı və imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,035 qram tünd qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Həmin bükümdəki tozşəkilli maddə ilə bir yerdə qablaşdırılmış təmiz çəkisi 0,281 qram qara rəngli bərkimiş maddənin tərkibində narkotik maddələrin, psixotrop və güclü təsir edən maddələrin komponentləri yoxdur. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir (i.v. 60-63); narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhkəmə ekspertizasının aparılması zamanı maddi sübutların qəbul edilməsi, tədqiqat üçün nümunələrin götürülməsi və qalan nümunələrin geri qaytarılmasına dair 18 iyun 2022-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin heroin olması müəyyənləşdirildikdən sonra 0,015 qram çəkidə qalıq qalmış narkotik vasitə xx.xx.2022-ci il tarixdə saat 13:00-da geri qaytarılmışdır (i.v. 64); MSY-dən azad edilməsi barədə 18 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Xətai RPİ-nin MSY-dən azad edilmişdir (i.v. 69); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-2139/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20 gün müddətinə inzibati həbs tətbiq edilmişdir (i.v. 71-73); axtarış aparılması haqqında 04 iyul 2022-ci il tarixli protokolun surətindən görünür ki, axtarış zamanı “Hyundai Sonata” markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ oturacağının ayaqaltı hissəsindən bir ədəd qara rəngli tapança aşkar edilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur (i.v. 83-89); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyul 2022-ci il tarixli, 8/1647 saylı rəyindən görünür ki, 1-2. istintaq tərəfindən təqdim edilən məlumatlara əsasən “Hyundai Sonata” markalı, 90VH018 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (i.v. 92-95); 07 iyul 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs Şahid1 arasında baş vermiş hadisə ilə əlaqədar olaraq üzləşdirmə istintaq hərəkəti keçirilmişdir (i.v. 104-106); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 07 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 263-1.1 və 264-cü maddələri ilə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 109-110); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 07 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 136-138); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyul 2022-ci il tarixli, 3/927 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd tapança zavod üsulu ilə istehsal edilmiş, pnevmatik (sıxılmış hava təzyiqi) iş prinsipinə malik, “19B01115” Nº-li, 4,5 mm kalibrli, əlim-məşq təyinatlı pnevmatik tapançadır, odlu, qaz, soyuq silah hesab edilmir, təyinatı üzrə istifadəyə yararlıdır (i.v. 145-147); zərərçəkmiş şəxs qismində tanınma haqqında 29 iyul 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Ələkpər oğlu ********* saylı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 150-151); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 03 avqust 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Əli Bayramlı Şəhər Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 62-ci maddəsi tətbiq olunmaqla aylıq qazancının 20% tutulmaqla 02 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir; Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə barəsində olan ********* saylı cinayət işi üzrə Xətai RPİ-nin İŞ-nin xx.xx.2020-ci il tarixli qərarı ilə CPMnin 39.2, 41, 85, 124-127, 138-134, 143-146, 174, 223-225, 280-ci maddələrinə əsasən CMnin 234.4.3-cü maddəsinə xitam verilmiş və o, azad edilmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir (i.v. 161-163); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-50/2022 saylı xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, X6 şübhəli şəxs qismində saxlandığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır (i.v. 164-168); Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X10 22 iyul 2022-ci il tarixli, 809 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs Ələkpər oğlunun bədənində müəyyən edilmiş xəsarətlər-ağrı simptomu, hərəkət məhtudluğu və İİİ dərəcəli travmatik şok (Alqover indeksinə əsasən) ilə qeyd olunan çox saylı travma, sağ qamış sümüyünün aşağı 1/3-nin qapalı, qəlpəli, oynaqdaxili, yerdəyişən sınığı, sağ incik sümüyünün orta, aşağı 1/3-nin qapalı, yerdəyişən sınığı, sağ ayaq darağı sümüklərinin, ayaq darağı arxası sümüklərinin çox saylı, çox qəlpəli, yerdəyişən sınıqları, sümük və dəri deffekti, sağ pəncənin nekrektomiyası (nekritik sahələrin götürülməsi) və cərrahi əməliyyatlardan sonrakı vəziyyət küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və xəstəlik tarixlərinin kserosurətlərində qeyd olunan xx.xx.2022-ci il tarixdə və şəraitdə, yəni piyada qismində hərəkətdə olan minik avtomobilinin qabarıq hissələrinin təsirindən əmələ gələ bilərdilər və ümumilikdə dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddirlər (i.v. 169-172); nümayəndə qismində tanınma haqqında 08 avqust 2022-ci il tarixli qərardan görünür ki, Nümayəndə ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs Ələkpər oğlunun nümayəndəsi kimi tanınmışdır (i.v. 179); “DVD” diskə baxış keçirilməsi haqqında 25 avqust 2022-ci il tarixli protokollardan görünür ki, iki ədəd “DVD-R” disklərdə olan görüntülər, şəxsi axtarış və götürmə aparılması haqqında 17 iyun 2022-ci il tarixli protokola və nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında 17 iyun 2022-ci il tarixli protokola uyğun olmuşlar (i.v. 203-203A); təqsirləndirilən şəxsin dindirilməsi haqqında 02 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, o, xx.xx.2022-ci il tarixdə axşam saatlarında idarə etdiyi avtomobillə tanışı Elnuru götürüb yaşadığı mənzilə gəlməyə başladığını, həmin günü saat 22 radələrində avtomobili Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi ilə C.Həsənov küçəsi istiqamətində saatda 80 km sürətlə idarə etdiyini, hərəkətdə olduğu zaman piyada zolağından keçən bir nəfər 55-60 yaşında şəxsi gördüyünü, həmin şəxsin yanından ötüb keçib getdiyini, lakin avtomobilin həmin şəxsə dəyməsini hiss etdiyini və avtomobilin nisbətən titrəyən kimi olduğunu, lakin həmin şəxsi vurmadığını zənn etdiyini, daha sonra Elnurun öz oturduğu yerin güzgüsündən baxaraq arxa tərəfdə bir kişinin yıxıldığını və qayıdaraq geri baxmağını bildirdiyini, buna baxmayaraq avtomobillə həmin yerdən uzaqlaşıb Elnuru düşürdükdən sonra geri qayıtdığını, hadisə zamanı narkotik vasitənin təsiri altında olduğunu, ilkin ifadəsində göstərdiklərini özünü müdafiə etmək üçün verdiyini etiraf etmiş və “ifadəmə əlavəm yoxdur, sözlərimlə doğru yazılıb, oxudum, doğruluğunu imzamla təsdiq edirəm” qeyd edərək imzalamışdır (i.v. 210- 213); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 sentyabr 2022-ci il tarixli, 3/1230 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq, zavod üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir (i.v. 218-221); sübutların qiymətləndirilməsi haqqında 12 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263-1.1 və 264cü maddələrindən həmin Məcəllənin 228.4, 263-1.2 və 264-cü maddələrinə tövsif edilmiş və ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmışdır, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə-kimyəvi ekspertizasının 18 iyun 2022-ci il tarixli 6/3400 saylı rəyi, məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 05 iyul 2022-ci il tarixli 8/1647 saylı rəyi, məhkəmə-ballistik ekspertizasının 19 iyul 2022-ci il tarixli 3/927 saylı rəyi, məhkəmə-tibbi ekspertizasının 22 iyul 2022-ci il tarixli 809 saylı rəyi, yol-nəqliyyat hadisəsi yerinə, disklərə baxış, şəxsi axtarış və götürmə, nəqliyyat vasitəsinə baxış və üzləşdirmə protokolları sübut növü kimi qiymətləndirilmişlər, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs idarə etdiyi “Hyundai Sonata” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilin maddi sübut kimi tanınması və məhkəmə hökmü qanuni qüvvəsini alanadək sahibinə təhvil verilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından qalıq qalmış 0,015 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmamış və saxlanılması üçün RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını əks etdirən 01 ədəd “DVD-R” disk sübut kimi tanınmamış və cinayət işinə əlavə edilmişdir, Təqsirləndirilən şəxs idarə etdiyi və yol-nəqliyyat hadisəsini törətdiyi “Hyundai Sonata” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobildə axtarış aparılmasını əks etdirən 01 ədəd “DVD-R” disk sübut kimi tanınmamış və cinayət işinə əlavə edilmişdir, Təqsirləndirilən şəxs idarə etdiyi və yol-nəqliyyat hadisəsini törətdiyi “Hyundai Sonata” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş 01 ədəd bıçaq maddi sübut kimi tanınmış və məhkəmə hökmü qanuni qüvvəsini alanadək Xətai RPİ-nin müvəqqəti saxlama yerinə təhvil verilmişdir, Təqsirləndirilən şəxs idarə etdiyi və yol-nəqliyyat hadisəsini törətdiyi “Hyundai Sonata” markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş 01 ədəd tapança maddi sübut kimi tanınmamış və saxlanılması üçün RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir (i.v. 222-238); təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 12 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamın məzmununa əlavələr, dəyişikliklər edilərək Azərbaycan Respublikası CM-nin 228.4, 263-1.2 və 264-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələr ilə yenidən ittiham elan edilmişdir (i.v. 240-242); təqsirləndirilən şəxsin dindirilməsi haqqında 12 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, o, xx.xx.2022-ci il tarixdə axşam saatlarında idarə etdiyi avtomobillə tanışı Elnuru götürüb yaşadığı mənzilə gəlməyə başladığını, həmin günü saat 22 radələrində avtomobili Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi ilə C.Həsənov küçəsi istiqamətində saatda 80 km sürətlə idarə etdiyini, hərəkətdə olduğu zaman piyada zolağından keçən bir nəfər 55-60 yaşında şəxsi gördüyünü, həmin şəxsin yanından ötüb keçib getdiyini, lakin avtomobilin həmin şəxsə dəyməsini hiss etdiyini və avtomobilin nisbətən titrəyən kimi olduğunu, lakin həmin şəxsi vurmadığını zənn etdiyini, daha sonra Elnurun öz oturduğu yerin güzgüsündən baxaraq arxa tərəfdə bir kişinin yıxıldığını və qayıdaraq geri baxmağını bildirdiyini, buna baxmayaraq avtomobillə həmin yerdən uzaqlaşıb Elnuru düşürdükdən sonra geri qayıtdığını, hadisə zamanı narkotik vasitənin təsiri altında olduğunu, ilkin ifadəsində göstərdiklərini özünü müdafiə etmək üçün verdiyini etiraf etmiş və “ifadəmə əlavəm yoxdur, sözlərimlə doğru yazılıb, oxudum, doğruluğunu imzamla təsdiq edirəm” qeyd edərək imzalamışdır (i.v. 251- 254); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Məhkəməsinin 4(011)-436/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində əvvəli 03 iyul 2023-cü il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir; Zərərçəkmiş şəxs Ələkpər oğlu məhkəməyə təqdim etdiyi ərizəsində Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş maddi zərər qismən ödənildiyi üçün aralarında barışıq əldə olunduğunu, təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur; 2 saylı Bakı şəhəri “ASAN xidmət” mərkəzi tərəfindən verilmiş AZ-İV seriyalı 187574 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2018-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası Təqsirləndirilən şəxs, anası isə X1r; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X10 28 dekabr 2022-ci il tarixli, xx/xx-16864 saylı sorğuya cavab məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə aparılan müayinənin nəticəsində aşkar edilmiş psixoaktiv və psixotrop maddələrdən yalnız BZO qrupu müalicə zamanı istifadə edilə bilər. Aşkar edilmiş digər maddələrin dövriyyəsi qadağan olunmuş narkotiklər siyahısına aiddir; Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X10 05 noyabr 2022-ci il tarixli, xx/xx-14432 saylı sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə qeyd olunan mərkəzdə könüllü surətdə stasionar müalicədə olmuşdur. Təqsirləndirilən şəxs müalicə zamanı sintetik opium qrupuna aid olan Tramadol preparatını qəbul etmişdir. Ümmunoxromatoqrafik test üsulu ilə Tramadol preparatının sidikdə aşkarlanma müddəti təxminən 72 saatdır; Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2023cü il tarixli 21-1/3-15846/7 saylı sorğuya cavab məktubundan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-50/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı Şəhər Probasiya İdarəsinə qeydiyyata düşmüş, cəzasından 01 il 03 ay 07 gün çəkmiş və onun 01 il 02 ay 19 gün çəkilməmiş cəzası qalmışdır; Doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2018-ci il təvəllüdlü övladı vardır. Məhkəmə, Təqsirləndirilən şəxs CM-nin 228.4, 263.1.2 və 264-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməməsi barədə ifadələrinə tənqidi yanaşır. Müdafiə hüququnun təməl insitutu kimi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4, 263-1.2 və 264-cü maddələri ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsinin cinayət məsuliyyəti yaratmadığını nəzərə alır və hesab edir ki, belə ifadə verməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayınmağa çalışır. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, taksi fəaliyyəti ilə məşğul olur və “Bolt” şirkəti ilə çalışır, lakin “Bolt” şirkətində ilk işləyənlərdən olduğundan, onunla müqavilə bağlanmamışdır. Bir dəfə narkomaniyadan əziyyət çəkdiyindən müalicə almışdır. Hadisə iyun ayının 16-sı Cavanşir küçəsində baş vermişdir, lakin hadisənin baş verdiyi saatı dəqiq xatırlamır. Avtomobilindən aşkar olunmuş narkotik vasitəni onlayn şəkildə “İnstagram” üzərindən Famil adlı şəxsdən almışdır. Narkotik vasitəni satan xatırlamadığı obyektin qarşısında həmin narkotik vasitəni atmışdır. O da oradan narkotik vasitəni Famil adlı şəxsin “İnstagram” sosial şəbəkəsində açıq şəkildə qeyd olunmuş nömrəsinə zəng vuraraq onlayn sifariş vermişdir. Ödənişi onun kartına köçürməklə həyata keçirmişdir. Ödəniş etdikdən sonra, o, dəqiq götürmüşdür. Maştağada yerləşən narkoloji dispanserdən hadisə baş verməmişdən bir gün qabaq çıxmış, “Opium” adlı dərman preparatı ona çıxmamışdan bir gün əvvəl vurulmuşdur. Hadisə baş verən günü binanın başından tanışı Elnuru avtomobili ilə götürmüşdür. Bir ağsaqqal kişinin yolu keçdiyini görmüş və o da onun arxasından keçmişdir. Təxminən 30-40 metr məsafə getdikdən sonra güzgüdən baxarkən həmin kişinin yerə yıxıldığını görmüşdür. Qarşı yoldan bir avtomobil keçdikdən sonra hadisə yerinə qayıtmışlar. Həmin zaman vurduğu kişinin oğlunun orada olduğunu görmüşdür. Onlara zərərçəkmiş şəxsin kim olması barədə məlumat verildikdə, Elnur onu tanıdığını və həmin şəxsin onun qonşusu olduğunu bildirmişdir. O, həmin şəxsin oğlu ilə telefon vasitəsi ilə əlaqə saxlamış və sonuncu ondan axşam saatlarında onun dediyi kafeyə gəlməyini istəmişdir. Axşam həmin kafedə onunla söhbət etdikdə, o, ona müəyyən bir məbləğdə xərcinin çıxdığını bildirmişdir. Həmin günü bibisi rəhmətə getdiyindən, atası rayonda yas mərasimində olmuş, atası ilə telefonla əlaqə saxlayaraq, hadisəni danışmış və ondan gəlməsini istəmişdir. Avtomobilində aşkar olunan bıçağı evdən götürmüşdür. Onu avtomobilində saxlamaqda məqsədi şunurları kəsmək və digər bunun kimi avtomobilin təmirində lazım olacaq şəkildə istifadə etməkdən ibarət idi. Bıçaq avtomobilin nasosunun içərisində olmuşdur. İbtidai istintaq zamanı qeyd olunan ifadə onun sözlərindən yazılmamışdır. İbtidai istintaq zamanı ondan izahat alınarkən, orada vəkil iştirak etmiş, lakin üzərindən həmin əşyalar çıxarılarkən, orada vəkil olmamışdır. O, 20 gün müddətinə həbs olunduqdan sonra ifadədə həmin əşyaların üzərindən çıxdığı qeyd olunmuşdur. Məhkəmə ilk növbədə Təqsirləndirilən şəxs avtomobili idarə edərkən narkotik vasitənin təsiri altında olmaması ilə bağlı ifadəsinə münasibətdə qeyd edir ki, Təqsirləndirilən şəxs ifadəsində Maştağada yerləşən narkoloji dispanserdən hadisə baş verməmişdən bir gün qabaq çıxdığını, “Opium” adlı dərman preparatının ona çıxmamışdan bir gün əvvəl vurulduğunu göstərmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi hazırki cinayət əməlləri 16 iyun 2022-ci il tarixdə baş vermişdir. Lakin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X10 05 noyabr 2022-ci il tarixli, xx/xx-14432 saylı sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə qeyd olunan mərkəzdə könüllü surətdə stasionar müalicədə olmuşdur. Təqsirləndirilən şəxs müalicə zamanı sintetik opium qrupuna aid olan Tramadol preparatını qəbul etmişdir. Ümmunoxromatoqrafik test üsulu ilə Tramadol preparatının sidikdə aşkarlanma müddəti təxminən 72 saatdır. Göründüyü kimi, təqsirləndirilən şəxs müalicə müəssisəsində “Opium” adlı dərman preparatının ona vurulduğunu göstərsə də, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” X10 məktubundan ona tramadol preparatı verildiyi göstərilmişdir. xx.xx.2023-cü il tarixli, 2372 saylı narkotik sərxoşluq vəziyyətinin narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi məqsədi ilə tibbi müayinənin keçirilməsi haqqında aktdan görünür ki, Təqsirləndirilən şəxs sidiyində narkotik vasitə olan OPİ, BZO, THC və MOP aşkar olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs müayinə zamanı təkcə opium qrupuna aid olan maddələr deyil, narkotik vasitə hesab edilən digər maddələr də aşkar edilmişdir. Bundan başqa, hadisə zamanı Təqsirləndirilən şəxs avtomobilindən şəxsi istehlak miqdarında olan 0,035 qram narkotik vasitə heroin aşkar edilmişdir. Belə ki, bu faktla bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-2139/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 20 gün müddətinə inzibati həbs tətbiq edilmişdir Həmçinin, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə axşam saatlarında idarə etdiyi avtomobillə tanışı Elnuru götürüb yaşadığı mənzilə gəlməyə başladığını, həmin günü saat 22 radələrində avtomobili Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi ilə C.Həsənov küçəsi istiqamətində saatda 80 km sürətlə idarə etdiyini, hərəkətdə olduğu zaman piyada zolağından keçən bir nəfər 55-60 yaşında şəxsi gördüyünü, həmin şəxsin yanından ötüb keçib getdiyini, lakin avtomobilin həmin şəxsə dəyməsini hiss etdiyini və avtomobilin nisbətən titrəyən kimi olduğunu, lakin həmin şəxsi vurmadığını zənn etdiyini, daha sonra Elnurun öz oturduğu yerin güzgüsündən baxaraq arxa tərəfdə bir kişinin yıxıldığını və qayıdaraq geri baxmağını bildirdiyini, buna baxmayaraq avtomobillə həmin yerdən uzaqlaşıb Elnuru düşürdükdən sonra geri qayıtdığını, hadisə zamanı narkotik vasitənin təsiri altında olduğunu, ilkin ifadəsində göstərdiklərini özünü müdafiə etmək üçün verdiyini etiraf etmiş və “ifadəmə əlavəm yoxdur, sözlərimlə doğru yazılıb, oxudum, doğruluğunu imzamla təsdiq edirəm” qeyd edərək imzalamışdır (i.v. 210-213); Yuxarıda göstərilənlər hadisə zamanı Təqsirləndirilən şəxs narkotik vasitənin təsiri altında olmasını bir daha təsdiq edir. Eyni zamanda Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 264-cü maddəsi ilə də özünü təqsirli bilməmişdir. Azərbaycan Respublikası CM-nin 264-cü maddəsinin qeydinə əsasən zərərçəkmiş şəxsə kömək göstərilməsi ilə əlaqədar yol nəqliyyat hadisəsi yerini tərk etmiş şəxs bu maddə ilə cinayət məsuliyyətinə cəlb edilməkdən azad olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 aprel 2012-ci il tarixli qərarında göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin mənasına görə yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır. Bu öhdəliyə riayət etməklə nəqliyyat vasitəsini idarə edən şəxsin yol-nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması hadisə yerindən qaçma kimi qiymətləndirilə bilməz. Təqsirləndirilən şəxs ifadəsində hadisədən sonra avtomobillə təxminən 30-40 metr məsafə getdikdən sonra güzgüdən baxarkən həmin kişinin yerə yıxıldığını gördüyünü, qarşı yoldan gələn avtomobil ona əl hərəkətləri etdikdən sonra nəsə olduğunu düşünüb geri qayıtdıqlarını, həmin zaman vurduğu kişinin oğlunun orada olduğunu, zərərçəkmiş şəxsi avtomobilə mindirərək apardığını gördüyünü göstərmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi kimi hadisə yerinə qayıtması qəbul edilsə də belə, o şəxsiyyəti ilə bağlı məlumatları hər hansı vasitə ilə zərərçəkmiş şəxsə vermə öhdəliyini yerinə yetirməmişdir. Bu hal əlavə şаhid qismində dindirilmiş X5 ifadəsi ilə də öz təsdiqini tapmışdır.Belə ki şahid X5 ifadəsində bildirmişdir ki, moykada avtomobillərin yuyulması ilə məşğul olan zaman zərərçəkmiş şəxsin yerə yıxıldığını görmüşlər. Təxminən 2-3 dəqiqə sonra Rüstəm hadisə yerinə gəlmiş və kimin maşınla vurulduğunu soruşmuş, zərərçəkmiş şəxsin nömrəsini istəmişdir, onlar isə zərərçəkmiş şəxsin oğlu Əkbərin nömrəsini ona vemişlər. Hadisənin necə baş verməsini tam olaraq görməmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs özü haqqında məlumatları hadisə yerində olmuş şahid X3 verməmiş, hətta özü tərəfindən zərərçəkmiş şəxsin vurulduğunu belə bildirməmişdir. Bundan əlavə, Təqsirləndirilən şəxs hadisə yerinə qayıtdıqdan sonra, polisə hadisə barədə məlumat verməmiş, eləcə də hadisə yerində gözləməmişdir. Təqsirləndirilən şəxs ifadəsində hadisə yerindən zərərçəkmiş şəxsin aparıldığı klinikaya getdiyini göstərsə də bu hal zərərçəkmiş şəxs və şahid ifadəsi ilə təkzib olunmuşdur. Belə ki, zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Ələkpər oğlu ifadəsində bildirmişdir ki, onun ürəyində stend olması səbəbilə həkim hər gün 5-6 kilometr qədər məsafəni gəzməyini tövsiyə etmişdir. O da bir yoldaşla bərabər hər axşam yeməyindən sonra öncədən cızdığı marşrut üzrə gəzintiyə çıxmışdır. Hadisə baş verən yolun yuxarı tərəfində kafe yerləşir, aşağı tərəfində isə park var. Həmin yolda “zebradan” sol tərəfə keçmişdir. Kafenin yanından təxminən 7-8 metr qədər məsafədən sonra həyətə yol vardır. Təqsirləndirilən şəxs Neyrocərrahiyə Xəstəxanası tərəfdən gəlmiş, həmin yoldan gələn maşınlar yolun sağ tərəfi ilə hərəkət etmişlər. Təqsirləndirilən şəxs isə onu yolun sol tərəfində səkinin dibində vurmuşdur. Maşın iti sürətlə hərəkət etmiş və ayağının arxa tərəfindən vurduğunu və maşının arxa təkəri ilə üstündən keçildiyini hiss etmişdir. İki oğlu da həmin vaxt kafenin qarşısında oturub çay içmişlər. Onun zərbə nəticəsində yıxılıb yerə oturduğunu gördükdən sonra dərhal onun yanına gəlmişər. Xeyli müddət huşunu itirməmişdir. Təqsirləndirilən şəxs hadisədən sonra maşını saxlamış, hadisə baş verən əraziyə baxmış və maşına oturub hadisə yerindən uzaqlaşmışdır. Onu “Modern Hospital”-a çatdıranda, nə də sonra təqsirləndirilən şəxs klinikaya gəlməmiş, yalnız dostu Elnur adlı şəxs gəlib onu görüb çıxıb getmişdir. Şаhid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, hadisə baş verdikdən 10 saniyə sonra atasını maşınla xəstəxanaya çatdırmaq üçün avtomobilə əyləşdirmişlər. Təqsirləndirilən şəxsin hadisədən dərhal sonra ora qayıdıbqayıtmamasını görməmişdir. Hadisə yerindən xəstəxanaya qədər beş dəqiqəlik məsafə vardır. Onlar xəstəxanada olarkən Elnur adlı şəxs ona zəng edərək, atasını maşın vurduğunu eşitdiyini demiş və ondan onu hansı xəstəxanaya apardıqlarını öyrənmişdir. Elnurla telefonla danışanda, o, hadisəni törədən şəxsin onun dostu Rüstəm olduğunu ehtimal etdiyini bildirmişdir. Elnur xəstəxanaya gəldikdə onlara hər hansı yardımın göstərilməsini və ya kömək etməsi ilə əlaqədar olaraq bir təklif etməmişdir. Sadəcə içəri daxil olub, atasının səhhətinin necə olduğunu öyrənmiş və onun ayağının hansı vəziyyətdə olduğunu öz gözləri ilə görmüşdür. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs sərbəst ifadəsində hadisə yerinə qayıdarkən həmin zaman vurduğu kişinin oğlunun orada olduğunu, zərərçəkmiş şəxsi avtomobilə mindirərək apardığını gördüyünü göstərmiş, lakin verilmiş suallara cavab olaraq hadisənin baş verdiyini başa düşdükdən sonra, dərhal hadisə yerinə qayıtdığını, həmin vaxt zərərçəkmiş şəxsin oğlunun hadisə yerində olmadığnı göstərmişdir. Eyni məhkəmə iclasında təqsirləndirilən şəxsin bu cür ziddiyyətli ifadələr verməsi onun ifadəsinin özünü müdafiə xarakterli olduğunu bir daha sübut edir. Məhkəmə qeyd edir ki, zərərçəkmiş və şahidlərə bilə-bilə yalan ifadə vermək barədə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş və yalnız bundan sonra həmin şəxslər dindirilmişdir. Həmin şəxslərin ifadəsi ilə Təqsirləndirilən şəxs ifadəsi istisna edilmişdir. Həmçinin məhkəmə istintaqı zamanı tədqiq olunmuş iş materialları ilə də Təqsirləndirilən şəxs ifadəsi istisna olunmaqla digər ifadələr tam təsdiq olunmaqla üst-üstə düşmüşdür. Eyni zamanda Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 228.1-ci maddəsi ilə özünü təqsirli bilməməsi ilə bağlı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ifadəsində avtomobilində aşkar olunan bıçağı evdən götürdüyünü, onu avtomobilində saxlamaqda məqsədi şunurları kəsmək və digər bunun kimi avtomobilin təmirində lazım olacaq şəkildə istifadə etməkdən ibarət olduğunu, bıçağın avtomobilin nasosunun içərisində olduğunu, onun avtomobilində saxladığı bıçaq arxası qara izolentlə sarılmış bıçaq olduğunu, iş materiallarına fotoşəkilləri əlavə olunan bıçaqla eyni olmadığını bldirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vermiş olduğu ifadəsində avtomobilindən aşkar edilmiş bıçağın özünə məxsus olduğunu, həmin bıçağı bir neçə ay əvvəl bazardan aldığını və avtomobilində saxladığını, bıçağı almaqda və avtomobilində saxlamaqda məqsədi avtomobili təmir etmək və hər hansı bir əşyanı kəsmək olduğunu göstərmişdir. Nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında 17 iyun 2022-ci il tarixli protokolun surətindən görünür ki, baxış zamanı “Hyundai Sonata” markalı **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda musiqi mərkəzinin disk qoyulan yerində bir ədəd gümüşü rəngli bükülü aşkar edilmiş və Təqsirləndirilən şəxs həmin bükülüdəki maddənin narkotik vasitə “kakos” olduğunu bildirmişdir. Eyni zamanda həmin bükümdəki maddə ilə bir yerdə qara rəngli bərkimiş halda maddə aşkar olunmuşdur. Bundan əlavə arxa oturacağın üzərində 01 ədəd qara rəngli rəngli parça qutusunda olan 01 ədəd qara rəngli plastik tutacağı və kəsici hissəsi gümüşü rəngli metaldan 14 sm uzunluğunda olan bıçaq aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitəyə bənzər maddə bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 155 nömrəli möhürü ilə möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır. Baxış zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur . Məhkəmə istintaqı zamanı nəqliyyat vasitəsinə keçirilmiş baxış zamanı qeydə alınmış videogörüntüyə baxış keçirilmiş, videogörüntüdə olan bıçağın iş materiallarında olan fotoşəkillərdəki bıçaqla eyni olduğu müəyyən olunmuşdur. Həmçinin videoçəkiliş zamanı Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş bıçağın ona məxsus olmadığını bildirməmiş, bununla bağlı etirazı olmamışdır. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin və istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 228.4-cü maddəsinə əsasən qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla — üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda -üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263-1.2-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına, yaxud ümumi istifadədə olan nəqliyyat vasitəsinin idarə edilməsi zamanı ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda dörd ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 264-cü maddəsinə əsasən bu Məcəllənin 263-cü və ya 263-1-ci maddələrində nəzərdə tutulmuş nəticələrin baş verdiyi hallarda nəqliyyat vasitəsini idarə edən və yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarını pozan şəxsin yol nəqliyyat hadisəsi yerindən qaçması- üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 263-1.2 və 264-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 66.4-cü maddələrinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir; 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını(CM-59.1.4), zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı ödəməsini (CM-59.1.12-59.1.13) nəzərə alır onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Əli Bayramlı Şəhər Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-50/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü üzrə olan məhkumluqları azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluq olduğundan CM-nin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarında olan Bakı Şəhər Probasiya İdarəsinin sorğuya cavab məktubuna əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-50/2022 saylı xx.xx.2022-ci il tarixli hökmünün 11 fevral 2022-ci il tarixdə qanuni qüvvəyə minməsini, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 228.4, 263-1.2 və 264-cü maddələrində nəzərdə tutulan cinayət əməlini 16 iyun 2022-ci il tarixində törətməsini nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 67-ci maddəsinin tələblərinə uyğun olaraq hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının islah təsirinin yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4, 263-1.2 və 264-cü maddələri ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs hazırki hökm üzrə təyin edilmiş əsas və əlavə cəzalar qismən toplanılmaqla ona cəza təyin edilməli, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-50/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 02 ay 19 gün hissəsi azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla (CM 68.1.1-1), hökmlərin məcmusu üzrə cəza təyin edilməli (CM 67.1), ona qəti olaraq təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası qəti olaraq təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına birləşdirilməli, onun ibtidai istintaq zamanı 17 iyun 2022-ci il tarixdən 18 iyun 2022ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.2), cəzasının əvvəli 07 iyul 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli, Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs idarə etdiyi «Hyundai Sonata» markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə qaytarılmalı və ibtidai istintaq zamanı həmin avtomobilin sahibinə saxlanılması üçün verilməsi nəzərə alınmalı (CPM-132), iş üzrə maddi sübut Xətai RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə 242 (iki yüz qırx iki) manat məbləğində ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə ödənilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.4, 263-1.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinərək ona 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə təqsirli bilinərək ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəza Azərbaycan Respublikası CMnin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-50/2022 saylı xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 01 (bir) il 02 (iki) ay 19 (on doqquz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CMnin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla 07 (yeddi) ay 09 (doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası qəti olaraq təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına birləşdirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 iyun 2022-ci il tarixdən 18 iyun 2022-ci il tarixədək tutulub saxlandığı 02 (iki) gün müddət ona təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il (06) altı ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 iyul 2023-cü il tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 07 iyul 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut – «Hyundai Sonata» markalı, **-VH-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə geri qaytarılsın və həmin avtomobilin ibtidai istintaq zamanı sahibinə saxlanılması üçün verilməsi nəzərə alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmiş 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 242 (iki yüz qırx iki) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-31/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-31/2023
07.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver