Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-31/2024 21.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, xüsusi ittiham qaydasında barəsində şikayət verilən – X3, onun müdafiəçisi “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xüsusi ittiham qaydasında "xxxx" ASC-nin direktoru HHH İsmiyevin şikayətinə məhkəmənin iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair "xxxx" ASC-nin direktoru HHH İsmiyev tərəfindən xüsusi ittiham qaydasında şikayət verilmişdir. Şikayətdə göstərilmişdir ki, “XXXXX" ASC Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa Komissiyası, X5 və TACİS proqramları kimi tanınmış beynəlxalq maliyyə institutları tərəfindən maliyələşdirilən layihələrin həyata keçirilməsində iştirak edir. Azərbaycandan başqa, şirkət ölkə xaricində keçirilən inşaat və montaj işlərində fəal iştirak edir. X1 “XXXXX’’ ASC-nin nəqliyyat vasitələri və texnikaları onun inzibati ərazisi hesab olunan və Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən “Mexanizasiya və Avtonəqliyyat Departament” adlanan bazada saxlanılır. Həmin bazada saz və nasaz nəqliyyat vasitələri və texnikaları "xxxx"xxxx"xxxx" ASC-nin əməkdaşı X4 şirkətin qeyd olunan bazasında telefon vasitəsilə gizli çəkiliş aparmış, şirkətin işçilərini və onların danışıqlarını videoya çəkmişdir. Bundan sonra X4 həmin videoların üzərinə şirkət barəsində böhtan xarakterli məlumatlar yazaraq “Tiktok” sosial şəbəkəsində ona aid olan “anar_veliyev14” istifadəçi adlı profilində paylaşmışdır. O, xx.xx.2023-cü ildə tiktok sosial şəbəkəsində “XXXXX" ASC-nin “Mexanizasiya və Avtonəqliyyat Departamentində çəkdiyi 4 ədəd video paylaşmışdır. Həmin videoların açıqalama hissəsində “XXXXX qarajında özbaşınalıq”, “XXXXX şirkətində sürücülərə qarşı rəhbərliyin özbaşınalığı” ifadələrini qeyd etmişdir. Qeyd olunan bu ifadələr “XXXXX" ASC-nin işgüzar nüfuzuna zərər vuracaq ifadələrdir. “XXXXX" ASC-də çalışmaq istəyən təcrübəli kadrlara, habelə onunla əməkdaşlıq etmək istəyən fiziki və hüquqi şəxslərə psixoloji cəhətdən təsir göstərə bilər. Həmçinin “XXXXX" ASC-nin iştirak etdiyi dövlət satınalmalarında onun qalib olmaq şansını azalda bilər. Ona görə də xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlib. Qeyd olunanlara əsasən X3 AR CM-nin 147.1 maddəsi ilə cinayət məsuliyyətinə cəlb edərək, onlara həmin maddənin sanksiyasında nəzərdə tutulmuş ən ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Həmin xüsusi ittiham qaydasında şikayət üzrə Xətai Rayon Məhkəməsinin 1(011)- 403/23 saylı, 24 iyun 2023-cü il tarixli qərarı ilə X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair "xxxx" ASCnin direktoru HHH İsmiyev tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət məhkəmənin icraatına qəbul edilmişdir. Həmin iş üzrə xüsusi ittihamçı və nümayəndəsi üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmişdir. Belə ki, məhkəmə iclasları xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixlərə təyin edilsə də, bu barədə xüsusi ittihamçı məlumatlandırılsa da, məhkəmə iclasına üzrlü səbəb olmadan təkrarən gəlməmiş, məhkəmə iclasına gəlməməyin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, bu səbəblərin həqiqətən üzürlü olmasını təsdiq edən sübutları məhkəməyə göndərməmişdir. CPM-nin 38.4-cü maddəsinə əsasən cinayət təqibi cinayət məsuliyyətini istisna edən hallar aşkar edilənədək və ya bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada dövlət ittihamçısı, yaxud xüsusi ittihamçı cinayət təqibindən imtina edənədək həyata keçirilməlidir. CPM-nin 41.7-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılıdır. Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir. CPM-nin 43.2-ci maddəsinə əsasən xüsusi ittihamçının üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməməsi və ya gəlməməsinə üzrlü səbəb olduğu barədə məhkəməyə məlumat verməməsi öz hüquqi əhəmiyyətinə görə cinayət təqibindən imtina etməyə bərabər tutulur. Beləliklə, xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılı olduğundan, bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməli olduğundan, cinayət təqibi xüsusi ittihamçının cinayət təqibindən imtina edənədək həyata keçirilməli olduğundan, xüsusi ittihamçının məhkəmə iclasına təkrarən gəlməməsi və ya gəlməməsinə üzrlü səbəb olduğu barədə məhkəməyə məlumat verməməsi öz hüquqi əhəmiyyətinə görə cinayət təqibindən imtina etməyə bərabər tutulduğundan, cinayət təqibinə xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmələrinə dair "xxxx" ASC-nin direktoru HHH İsmiyev tərəfindən xüsusi ittiham qaydasında şikayət üzrə cinayət təqibinə xitam verilsin. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-31/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-31/2024
21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver