Məhkəmə qərarları › İş №1(011)-310/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-310/2023

17.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-310/2023 17.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş şəxs və mülki iddiaçı X4, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs və mülki cavabdeh Quliyeva (Məhərrəmova) Nazlı Vaqif qızının iştirakları ilə, xx.xx.1990-ci il tarixində Bakı şəhərində anadan olmuş, evli, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs Quliyeva (Məhərrəmova) Nazlı Vaqif qızının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmalarına dair xüsusi ittihamçı və mülki iddiaçı X4 xüsusi ittiham qaydasında şikayətinə Bakı şəhərində Xətai Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ağamirli Ülviyyə ərizə ilə müraciət edərək X20 Azərbayan Respublikası Cinayət məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılması və barəsində həqiqətə uyğun olmayan yalan və təhqiramiz sözlərin deməsi nəticəsində şərəf və ləyaqətinə xələl gətirən mənəviyyatına vurduğu psixoloji ziyana görə 10.000 manat məbləğində mənəvi təzminatın alınaraq ona verilməsi barədə müvafiq məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Xüsusi ittihsm qaydasinda şikayət ərizəsik onunla əsaslandırılmışdır ki, X11 2007ci ildə X27 ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Belə ki, xasiyyətləri uyğun gəlmədiyi üçün Suraxanı rayon məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuşdur. Hətta Xətai rayon məhkəməsinin qətnaməsi ilə birgə nikah dövründə əldə etdikləri əmlakdan paylar da müəyyən edilmişdir. Qardaşlarımla və eyni zamanda valideyinlərimlə məhkəmə çəkişmələri olan Nazı Məhərrəmova sonda mənimlə də ədavət aparmaq üçün müxtəlif yollara ǝl atmışdır.xx.xx.2023-cü ildə Nurlan Məhərrəmovun valideynləri Xətai rayon məhkəməsinin inzibati binasından çıxarkən Nazlı Məhərrəmova ictimai yerdə xuliqanlıq edərək atası X5 üstünə hücum çəkərək onu döymüş və atasına ciddi bədən xəsarətləri yetirmişdir. Nəticədə atası koma vəziyyətinǝ düşərək təcili olaraq xəstəxanaya yerləşdirilmişdir. Onun qanunsuz əməllərindən Azərbaycan Respublikası DİN-nin 102 məlumat mərkəzinə müraciət etdikdən sonra şikayət Xətai rayon Pİ-nin 34-ci PB-də araşdırılmışdır, Elə həmin günü valideynlərinə məxsus mənzildə azyaşlı övladı ilə birlikdə olan zaman Nazlı Məhərrəmova valideynlərinə məxsus mənzilə gələrək mənzilin giriş qapısının qıfılını sındırmaqla onlara 800 manat məbləğində maddi ziyan vurmuşdur. Nazlı Məhərrəmova həmin günü yüksək səslə X6 və valideynlərini nalayiq sözlərlə təhqir edərək şərəf və ləyaqətlərinə toxunan ifadələr işlətməklə onları təhqir etmişdir. (sübutlar əlavə olunur) Onun bu hərəkətlərindən azyaşlı övladları və Məhərrəmov Nurlan bərk qorxaraq ciddi ruhi həyacan və stress keçirmişlər. Onun bu hərəkətlərindən aidiyyatı üzrə Xətai rayon 35-ci PB-nə rəsmi şikayət ərizəsi ilə müraciət etmişdirlər. Bununla belə Nazlı Məhərrəmova xx.xx.2023-cü ildə saat 23:30 radələrində hazırda yaşadıqları Bakı şəhəri Xətai rayonu İ.İsmayılov küçəsi 44, 16 saylı mənzilə gələrək bir daha Məhərrəmov Nurlanı nalayiq küçə sözləri ilə təhqir edərək şərəfinə toxunan ifadələr işlətmişdir. Onun qanunsuz hǝrǝktlərindən Məhərrəmov Nurlan və azyaşlı övladı qorxudan ciddi ruhi həyacan keçirmişdirlər. Məhərrəmov Nurlan dərhal Xətai rayon 35-ci PB-nin (012) ***-**-** saylı növbətçi hissəsinə məlumat verdim. Belə ki, səhhəti ağırlaşdığı üçün xx.xx.2023-cü ildə TTY stansiyasına müraciət etmişdir. Quliyeva Nazlı yenə də gecənin bu vaxtı qonşuların eşidəcəyi yüksək səslə Məhərrəmov Nurlanı təhqir edərək ona hədə qorxular gəlmişdir. Bütün bunlarla yanaşı Nazlı Məhərrəmova müxtəlif vaxtlarda Nurlan Məhərrəmovun qaynanasına və həyat yoldaşına onun barəsində həqiqətə uyğun olmayan yalan, böhtan və nalayiq sözlər deməklə ailəsini dağıtmağa çalışməşdır. Hər dəfə Nazlı Məhərrəmova israrla Nurlan Məhərrəmova onun ailəsini hansı yolla olsa da dağıdacağını bildirmişdir. Nurlan Məhərrəmova atılan şər və böhtanlardan sonra ailəsində ciddi narazılıqlar və sözsöhbətlər yaranmışdır. Nazlı Məhərrəmovanın şər və böhtan xarakterli hərəkətlərindən valideynləri tərəfindən xüsusi ittiham qaydasında Xətai rayon məhkəməsinə şikayət verilmişdir. Nazlı Məhərrəmova illərdir ki, Nurlan Məhərrəmova qarşı qərəzli mövqe tutur. Nazlı Məhərrəmovun qanunsuz hərəkətlərindən bütün günü Nurlan Məhərrəmov əsəb gərginliyi və stress keçirdiyi üçün heç bir işdə işləyə bilməmişdir. Belə ki, Nurlan Məhərrəmovun şərəf və ləyaqəti Nazlı Məhərrəmova tərəfindən kobud surətdə pozulduğu üçün o, məcburiyyət qarşısında qalaraq xüsusi ittiham qaydasında Xətai rayon məhkəməsinə müraciət etmək qərarına gəlmişdir.Onu da bildirmək lazımdır ki, Nazlı Məhərəmova 261 saylı Liseydə müəllimə işləyir. O, müǝllimə adına yaraşmayan hərəkətlər edərək Nurlan Məhərrəmova müxtəlif şər və böhtanlar ataraq onun hüquqlarını kobud surətda pozmuşdur. Onun işi tədris deyil, yalnız böhtan xarakterli şikayət ərizələri ilə məhkəmələrə və polis idarələrinə şikayət etməkdən ibarətdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X15 şikayətə əlavə ərizə təqim edərək və şikayətin dəlillərinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, X27 onun yaşadığı evə gələrək yüksək səslə qışqıraraq “sən kimsən”, “mənim ərimdən xoşun gəlir”, “ərimə gözün düşüb”, “ərimi əlimdən almaq istəyirsən” kimi ifadələr işlədərək onu təhqir etmişdir. Nazlının bu sözlərini qonşularıda eşitmişdir. Qeyd etmişdir ki, o, Nazlının yeni ailə qurduğu ərinin ailəsinin yaşadığı “Ümid” qəsəbəsinə getmişdir. Sadəcə ondan maraq yaranmışdır ki, onu və ailəsini təhqir edən şəxs kimlə ailə qurmuşdur. Amma o nə Nazlının ərinin dostlarına, nə də, ərinin ata-anasına sonuncunun heç bir əxlaqsız şəkillərini göstərməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X27 özünü təqsirli bilməyərək göstərmişdir ki, o heç kim təhqir və ya böhtan amamışdır. Sadəcə olaraq Ülviyyənin qardaşı Məhərrəmov Nurlan onun keçmiş həyat yoldaşı olmuş və onlar uzun müddətdir ki, boşansalar da Nurlanın ailə üzvləri ondan əl çəkmirlər. Münqişənin yaranmasına səbəb, Nurlanın onun azyaşlı bacısı qızına qarşı seksual xarakterli hərəkətlər etməsi və onun bu barədə hüquq mühafizə orqanlarına müraciət etməsi olmuşdur. Onun heç vaxtı nə Ülviyyə, nə də Ülviyyənin ailəsi ilə işi olmamış, sonuncunu və ya onun ailə üzvlərindən heç vaxtı heç hara şikayət etməmişdir. Əksinə Nurlan və Nurlanın ailə üzvləri iki azyşalı uşağı ilə birlikdə onu soyuq havada evdən çıxararkən Ülviyənin yoldaşı Elmin onu və uşaqlarını evinə almışdır. O, keçmiş həyat yoldaşı və onun ailə üzvlərinin hərəkətləri nəticəsində psixoljik stres yaşamış, “AHƏNG” psixolgiya, reablitasiya inkişaf mərkəzində müalicə kursu keçmişdir. Ülviyyə özü atası və anasının qisasını almaq üçün onun barəsində xüsusi ititham qaydasında şikayət vermişdir. Belə ki, o, X11, X2 və X3 xüsusi ittiham qaydasında şikayət vermiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli qərarı ilə onun şikayəti icraata götürlməsə də, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli qərarı ləğv edilmiş, yenidən bxaılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmiş və hal-hazırda iş üzrə məhkəmə istintaqı gedir. Qeyd olunan hadisə ilə bağlı onu deyə bilər ki, buna səbəb xüsusi ittihamçı Ülviyyə Ağamirlinin onun hazırki həyat yoldaşının valideyinlərinin yaşadığı yaşayış massivinə gələrək onları axtarması, məqsədinin isə onun barəsində sonunculara rüsvayedici məlumatların verilməsi olmuşdur. O, Ülviyyənin yaşadığı ünvana gələrək sonuncuya nə üçün bu hərəkətləri etməsinin səbəbini soruşmuş və buna görə də onlar arasında mübahisə yaranmışdır. O, bu hadisəni telefon vasiktəsilə videolentə almışdır. Ülviyyəyə qarşı hər hansı təhqiredici ifadə işlətməmişdir. Bütün göstərilənlərə əsasən verilmiş şikayət əsassız olduğundan və onun heç bir təqsiri olmadığından ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 ifadəsində göstərmişdir ki, o, X15 onun qapı qonşusudur. Hadisə baş verən zaman o yatmışdır. Səs-küy eşidib yuxudan duraraq qapıya yaxınlaşan zaman eşitmişdir ki, qadınlar arasında mübahisə var. Ümumi ifadələr, yəni həyasız filan kimi sözlər eşitmiş, başqa heçnə eşitməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Xüsusi ititham qaydasında şikayət vermiş X15 tərəfindən təqdim edilmiş CD diskdə olan görüntülərə əsasən müəyyən olunur ki, qış geyimində 2 azyaşlı uşaq binanın pilləkənində oturmuş, X27 isə qapını döyərək, açılmasını tələb etmişdir. Lakin, göstərilən qapının tutacağının olmaması müəyyən olunmuşdur. Həmçinin həmin CD diskdə uşaq şəkilləri və bir qadının qapını və qapı kilidini çəkməsi görünülər müəyyən olunmuşdur. Xüsusi ititham qaydasında şikayət vermiş X15 tərəfindən təqdim edilmiş fotoşəkillərdən qapı kilidi və qapı əksi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs X27 tərəfindən təqdim edilmiş CD diskdə olan görüntülərdən müəyyən olunur ki, X1 Ülviyyənin yaşadığı evə gedərək sonuncunun nə üçün onun həyat yoldaşı Quliyev Xəyyamın valideyinlərinin yaşadığı “Ümid” qəsəbəsinə getməsini soruşmuş, ona “sən kimsən” ifadəsi işlətmişdir. Bundan sora videonuçəkən şəxs həmin ünvanı tərk etmişdir. Həmçinin həmin diskdə olan səs yazısından müəyyən olunur ki, X27 şəxsiyyəti müəyyən olunmayan şəxslə Ülviyənin hansı səbəbdən “Ümid” qəsəbəsinə getməsini bildirməsini irad bildirmişdir. 25 iyul 2022-ci il tarixli “Ahəng” psixologiya, reablitasiya inkişaf mərkəzindən təqdim edilmiş, həqiqətən də 8 iyul 2022-ci il tarixdə X7 İnkişaf Mərkəzinə müraciət edib və 3 psixoloji konsultasiyada iştirak edib. Müraciət edən zaman X8 həyəcan, təşviş pozuntusu müşahidə olunmuşdur. Konsultasiya zamanı aşkarlanmışdır ki, X21 ailə daxili münaqişəsi yaşayır və bununla bağlı stress keçirir. Müraciət edərkən bir neçə gün əvvəl güclü stress yaşamış və hal- hazırda emosional pozuntu, əl titrəmələri və səbrsiz davranışlar müşahidə olunur. xx.xx.2023-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, X12 qarşı X16 tərəfindən verilmiş şikayət üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qərarından görünür ki, X9 X2, X13, X17 barəsində verilmiş xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsi qərara alınmışdır. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X27 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı xüsusi ittihamçının gəldiyi nəticə əsassız olmaqla, X27 oğlunun törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli qeyd edilən maddələrlə düzgün tövsif edilməmiş, onun hərəkətlərində Cinayət Məcəlləsinin 148ci maddəsinin tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fıkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə, X20 əməlində Cinayət Məcəlləsinin 148-ci maddəsinin tərkibinin olması ilə də razılaşmır və hesab edir ki, həmin münaqişədə təhqir cinayətinin tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, həmin hadisə tərəflər arasında baş vermiş, kütləvi sujrətdə olmamış, kmütləvi çıxışlarda istifadə olunmamış, kütləvi nümayiş etgdirilərək təhqir cinayətinin törədilməsi şikayətə əlavə olunmuş dəlillərlə və məhkəmə iclasında ittiham tərəfinin təqdim etdiyi sübutlarla öz təstiqini tapmamışdır. Məhkəmə bu qənaətini aşağıdakılarla əsaslandırır: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin- 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təhqirlə bağlı məhkəmənin qiymətləndirməsi : Məhkəmə qeyd edir ki, təhqir cinayətinin bilavasitə obyekti şəxsiyyətin şərəf və ləyaqətidir. Obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmada ifadə olunur. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət başa düşülür. Məhkəmə qeyd edir ki, böhtan cinayətindən fərqli olaraq təhqir cinayətində şəxsin nüfuzu cinayətin obyektinə daxil edilməmişdir. Şəxsin nüfuzu dedikdə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Digər tərəfdən məhkəmə qeyd edir ki, təhqiredici hərəkətin nalayiq olması qiymətləndirilən anlayışdır və onun məzmununun nalayiq olub-olmaması cəmiyyətdə qəbul edilmiş mənəvi-əxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq müəyyən edilir. Həmçinin Azərbaycan Respublikasının 148-ci maddəsinin tərkib əlamətinin mövcud olması üçün təhqir kütləvi halda edilməlidir. Məhkəmənin qiymətləndirməsinə görə xüsusi ittiham qaydasında şikayət vermiş şəxs və təqsirləndirilən şəxs tərəfindən təqdim edilən sübutlara əsasən təhqiredici ifadə və qeyd edilən maddənin digər tərkib əlaməti olan kütləvilik müəyyən olunmamışdır. Belə ki, xüsusi ittiham qaydasında şikayət verən şəxs dediklərini təsdiq edilməsi məqsədi ilə məhkəmə iclas zalına dəvət olunmnuş şahid qismində dindirilmiş Kərimov Şahin sadəcə olaraq “həyasız” sözünü eşitdiyini başqa təhqiredici ifadə eşitmədiyini bildirmişdir. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olubolmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (bax, Fressoz və Ruar Fransaya qarşı (BP), § 45). Məhkəmə böhtan sayıla biləcək bəyanatların doğruluğunun sübut edilməsi məsələsi ətrafında geniş təcrübə formalaşdırmışdır. Diffamasiya ilə bağlı ilk Lingens Avstriyaya qarşı, 1986, Dyuldin və Kislov Rusiyaya qarşı, 2007, işində məhkəmə ərizəçi jurnalistin Federal Kansleri tənqid etmək üçün kobud ifadə istifadə etdiyi o cümlədən onu "rəzil opportunizm", "mənəviyyatsız" və "ləyaqətsiz" davranışda ittiham etdiyi vəziyyətlə üzləşmişdi. Avstriya məhkəmələri ərizəçini bəyanatlarının həqiqiliyini sübut edə bilmədiyi üçün təqsirli hesab etmişdir. Məhkəmə qeyd etmişdir ki, faktlarla bağlı bəyanatlar və rəylərlə bağlı bəyanatlar və ya subyektiv dəyərləndirmələrdə fərq mövcuddur: Məhkəmənin fikrincə faktlar və obyektiv qiymətləndirmələr diqqətli şəkildə fərqləndirilməlidir. Faktların mövcudluğu göstərilə bilər, halbuki obyektiv qiymətləndirilmələrin həqiqiliyi sübutetməyə həssas deyil. Subyektiv baxımdan bu tələbi yerinə yetirmək mümkün deyil və o, Konvensiyanın 10-cu Maddəsi ilə təmin edilən (mad. 10) hüququn mühüm hissəsi olan fikir azadlığını pozur. Bənzər olaraq silsilə saxtakarlıqlar haqqında məqaləni əhatə edən Dalban Rumıniyaya qarşı, 1999 işində Məhkəmənin Böyük Palatası qeyd etmişdir: Jurnalistin tənqidi fikirlərinin həqiqiliyini sübut etmədən onları ifadə etməsini qadağan etmək yolverilməz olardı. Məhkəmə ardıcıl olaraq milli hüququ sistemlərinin faktları və rəyləri fərqləndirməsinin və sonuncunun həqiqiliyinin sübutunu tələb etməməsinin zərurətini vurğulamışdır. Qorelişvili Gürcüstana qarşı, 2007 işində Məhkəmə diffamasiya işində ifadə azadlığı hüququnun pozulduğunu aşkarlamışdır, çünki yerli hüquq sistemi "eyni "məlumata" (cnobebi) istinadən, subyektiv fikirlər və faktların bəyan edilməsi arasında heç bir fərq qoymamışdı və cavabdeh tərəfin istənilən bu cür "məlumatın" həqiqiliyini sübut etməsini tələb etmişdi". Məhkəmə qeyd edir ki, işin mühüm əhəmiyyət kəsb edən halları baxımından hazırkı cinayət işi ilə Lingens Avstriyaya qarşı işi arasında olan bənzərlik həmin presedentin hazırki işə tətbiqini şərtləndirir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin; 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. İttihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: 9.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. 21.2-ci maddəsində nəzərdə tutulur ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz. 350.2-ci maddəsinə əsasən Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, bu şəxs təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğundur. Qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X10rşı 18 yanvar 1978-ci il tarixli məhkəmə qərarlarında, həmçinin bir sıra qərarlarda sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. Məhkəmə araşdırması zamanı ittiham tərəfi X18 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə irəli sürülmüş ittihamı sübuta yetirmək üçün, həmçinin ittihamın sübut olunmasında yaranan şübhələrin aradan qaldırılması üçün hər hansı bir mötəbər dəlil təqdim edə bilməmişdir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı, Mülki və siyasi hüquqlara dair Beynəlxalq Paktın 14-cü maddələrinə müvafiq olaraq hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz sayılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü əməldə cinayət tərkibi olmadıqda çıxarılır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin tələblərinə görə ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır (CPM-ni 351.2-ci maddə). Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna qiymət verərək Cinayət Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Quliyeva(Məhərrəmova) Nazlı Vaqif qızına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə istinad edilən ittiham üzrə bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 198.5-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında təqib olunan şəxsə bəraət verildikdə və ya xüsusi ittihamçı məhkəmədə ittihamın müdafiəsindən imtina etdikdə, məhkəmə bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş məhkəmə məsrəflərini tam və ya qismən xüsusi ittihamçının üzərinə qoymağa haqlıdır. Xüsusi ittiham qaydasında təqib olunan şəxslə xüsusi ittihamçı arasında əldə olunmuş barışıq nəticəsində cinayət təqibinə xitam verildiyi halda, məhkəmə həmin məsrəfləri tam və ya qismən cinayət prosesi tərəflərindən birinin və ya hər ikisinin üzərinə qoymağa haqlıdır. Həmçinin məhkəmənin gəldiyi qənaətə görə İş üzrə verilmiş mülki iddia baxaılmamış saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Quliyeva (Məhərrəmova) Nazlı Vaqif qızına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə verilmiş ittiham üzrə bəraət verilsin. Xüsusi ittihamçı X23 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Hacıyeva Sülhanə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar