Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-310/2025 08.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1982-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2şayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək guya sonuncuya Abşeron rayonu, Saray qəsəbəsi, Nəsibə Zeynalova küçəsində onun mülkiyyətində olmayan və bununla bağlı hər hansı sənədə malik olmadığı 0.02 ha torpaq sahəsini alıb 110 kv.metrlik dörd otaqlı fərdi yaşayış evini inşa edib 2023-cü ilin avqust ayında Zərərçəkmiş şəxs təhvil verəcəyi barədə yalan vəd verib aldadaraq bu məqsədlə Zərərçəkmiş şəxs 19 dekabr 2022-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsində alqı-satqı ofisində 500 manat, 27 dekabr 2022-ci il tarixdə Sumqayıt şəhəri, 2-ci mikrorayondakı 2 saylı notariat kontorunda 19.000 manat, 10 mart 2023-cü il tarixdə saat 14:31-də ünvan 3 ünvanında Xəzər TV-nin baş ofisində “eManat” ödəniş terminalı vasitəsi ilə onun istifadəsində olan 4098 5844 5084 1992 nömrəli “Leobank” kart hesabına köçürülmüş 200 manat, 19 aprel 2023-cü il tarixdə saat 09:31-də həmin ünvanda eyni qaydada köçürülmüş 250 manat və 17 may 2023-cü il tarixdə saat 14:55-də həmin ünvanda eyni qaydada köçürülmüş 250 manat, cəmi 20.200 manat pul vəsaitini vahid qəsdlə əhatə olunan niyyətlə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs ümumilikdə 20.200 (iyirmi min iki yüz) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs verilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs 2022-ci ilin sonlarından tanıyır. Abşeron rayonu ərazisində evlərin və torpaq sahələrinin alqı satqısı, həmçinin evlərin təmir tikintisi ilə məşğul olmuşdur. Bundan başqa torpaq sahəsi alaraq torpaq sahəsində fərdi yaşayış evi tikmək istəyən, ancaq bunun üçün kifayət qədər pulları olmayan şəxslər olanda, həmin şəxslərin xahişi ilə etdikləri müəyyən qədər ödəniş müqabilində torpaq sahəsi alıb, həmin şəxslərin istədikləri ölçüdə evləri tikərək həmin şəxslərə təhvil vermişdir. Sonradan isə həmin şəxslər borclu qaldıqları pulu hissə- hissə ödəmişdirlər. Həmin şəxslərdən biridə Zərərçəkmiş şəxs olmuşdur. 2022-ci ilin sonlarında Kamalə mobil nömrəsini sosial şəbəkədən əldə edərək zəng vurmuşdur. Sonradan isə yanında bir neçə nəfərə qeyd olunan tarixdə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində işlədiyi ofisə gəlmişdir. Bundan sonra Abşeron rayonu, Saray qəsəbəsi ərazisində torpaq sahəsi alaraq kürəkəni və qızı üçün ev tikdirmək istədiyini bildirmişdir. Aralarında razılığa gəldikdən sonra Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən bir neçə torpaq sahəsi göstərmişdir. Abşeron rayonu, Saray qəsəbəsi, Nəsibə Zeynalova küçəsində yerləşən təxminən 0,02 ha ölçüdə olan torpaq sahəsini bəyənmişdirlər. Bundan sonra aralarında həmin torpaq sahəsini Kamalənin adına sənədləşdirib, 2023-cü ilin avqust ayına kimi həmin torpaq sahəsində 4 otaqdan ibarət kürsülü, təxminən 110 kv.metr ölçüdə ev tikərək ona təhvil verməsi barədə razılığa gəlmişdirlər. Bunun müqabilində Zərərçəkmiş şəxs ümumilikdə 72000 manat ödəniş etməli olmuşdur. Razılaşmaya əsasən həmin pulun 20000 manatını əvvəlcədən, qalan pulu isə ayda 500 manat olmaqla 8 il müddətinə Zərərçəkmiş şəxs tərəfindən ödənilməli olmuşdur. Kamalə həmin vaxt əvvəlcədən 500 manat beh vermişdir. Qalan pulu isə bir neçə gün ərzində verəcəyini bildirmişdir. Bundan sonra Kamalə pul verməsi ilə bağlı aralarında borc müqaviləsi bağlanması barədə təklif etmişdir. 2022-ci ilin dekabr ayının 27-də Kamalə və qızının baldızı Şahid1 ilə birlikdə Sumqayıt şəhəri ərazisində yerləşən 4 saylı notariat kontorunda görüşmüşdür. Daha sonra Kamalə ilə arasında borc müqaviləsi bağlanmışdır. Həmin vaxt Kamalə 20000 manat pulu tam düzəldə bilmədiyindən cəmi 19000 manat pul vermişdir. Pulu aldıqdan sonra işə başlayıb torpaq sahəsində müəyyən işlər görmüşdür. Evin kürsüsünü tikdirib hazırlatmışdır. Ancaq bu müddətdə Kamalə aylıc 500 manat ödəniş edəcəyinə söz verməsinə baxmayaraq cəmi iki dəfə 250 manat, bir dəfə isə 200 manat ödəniş etmişdir. Bundan başqa tikdiyi evin ölçüləri ilə razılaşmayaraq, evin ölçülərinin kiçik olduğunu bildirmişdir. Bu səbəbdən aralarında narazılıq yaranmışdır. Bundan sonra Kamalə verdiyi pulu geri qaytarmağı tələb etmişdir. Ancaq həmin pulu gördüyü digər tikinti işlərinə sərf etdiyindən, həmçinin ev tikib təhvil verdiyi şəxslər ödənişlərini gecikdirdiklərindən Zərərçəkmiş şəxs aldığı pulu geri qaytara bilməmişdir. Sonda isə Zərərçəkmiş şəxs barəsində şikayət ərizəsi yazmışdır. Etdiyi əməldən səmimi olaraq peşmandır. Beləliklə o, hal-hazırda törətdiyi cinayət əməli nəticəsində zərərçəkmiş şəxslərə vurduğu ziyanı tam olaraq ödədiyini, zərərçəkmiş şəxslə barışdığını və onun şikayət və tələbinin olmadığını, həmçinin, vurulmuş ziyanın 25%-i həcmində dövlət büdcəsinə ödəniş etdiyini bildirərək barəsində başlanmış iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2022-ci ilin dekabr ayının ortalarında Abşeron rayonu, Saray qəsəbəsində torpaq sahəsi alaraq, daxilində ev tikilməsi üçün etibarlı birini axtaran zaman təsadüfən İnstagram sosial şəbəkəsində Rauf adlı şəxslə tanış olmuşdur. Sosial şəbəkədə Raufun işlətdiyi profil hesabında olan 055 ***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamışdır. Bu zaman Samir adlı özünü təqdim edən şəxslə danışaraq torpaq sahəsi alaraq içərisində ev tikilərək təhvil verilməsi üçün müraciət etdiyini bildirmişdir. Bundan sonra həmin şəxs Abşeron rayonu, Saray qəsəbəsində yerləşən ofislərinə dəvət etmişdir. Bu zaman qızının baldızı Şahid1, həmçinin kürəkəni Ruslan və qızı İnalə ilə birlikdə həmin ofisə getmişdir. Həmin vaxt ofisdə Samir adlı şəxs, həmçinin onun yanında olan hazırda müraciət etdiyi Təqsirləndirilən şəxs və Rüfət adlı şəxs onu qarşılamışlar. Ofisdə olan zaman Rauf adlı şəxs özünü müdir kimi təqdim edərək yaxından kömək edə biləcəyini qeyd etmişdir. Daha sonra həmin şəxsə Saray qəsəbəsində torpaq sahəsi axtardığını bildirdikdə Saray qəsəbəsində yerləşən bir neçə torpaq sahəsi ilə tanış etmiş, sonda isə Nəsibə Zeynalova küçəsində yerləşən təxminən 2 ha ölçüdə olan torpaq sahəsini bəyənmişdir. Rauf həmin torpaq sahəsini adına alacağı və 2023-cü ilin avqust ayına kimi həmin torpaq sahəsində 4 otaqdan ibarət olan təxminən 110 kv.metr ölçüdə ev tikərək təhvil verəcəyini təklif etmişdir. Təklifi ilə razılaşmışdır. Bundan sonra ofisinə getmiş və ilkin olaraq Raufa beh olaraq 500 manat əlbəəl pul vermişdir. Bu isə 2022-ci ilin dekabr ayının 19-na təsadüf etmişdir. Daha sonra Rauf adlı şəxsə işin ümumi görülməsi üçün tam olaraq ödəniş edə bilməyəcəyini qeyd etmiş, ilkin olaraq işlərin görülməsi üçün 20.000 manat pul lazım olacağını, sonradan isə tam işlərin yekunu üçün əlavə olaraq 52.000 manat da pul verilməli olduğunu bildirmişdir. Daha sonra bir neçə gün sonra notariat kontoruna gedərək aralarında 20 manat pulun verilməsi üçün borc müqaviləsi bağlanması barədə aralarında razılıq yaranmışdır. 2023-cü ilin avqust ayında isə bütün işlər yekunlaşdıqdan sonra yeni borc müqaviləsi bağlanılması və qalan 50.000 manat pulu ayda 500 manatdan olmaqla 8 il müddətində ödənilməsi barədə razılaşmışdırlar. 2022ci ilin dekabr ayının 27-də qızının baldızı Şahid1 ilə birlikdə Sumqayıt şəhəri ərazisində yerləşən 4 saylı notariat kontorunda Raufla görüşmüş, Raufla arasında borc müqaviləsi bağlanmışdır. Qeyd etdiyi 20.000 manat pulu toparlaya bilməmiş, buna səbəb isə evdə olan əşyaları və qızıl-zinət əşyalarını sataraq 19.000 manat pul toplaması olmuşdur. Rauf isə həmin pulun verilməsinə etiraz etməmişdir. Daha sonra 19.000 manat pulun borc olaraq verilməsinə dair Raufla aralarında müqavilə bağlanmış və həmin pulu vermişdir. Daha sonra Rauf 2023-cü ilin avqust ayına kimi olan müddət ərzində aylıq 500 manatdan olmaqla da pul ödənilməli olduğunu demişdir. Buna imkan olmadığını bildirdiyindən sonda aylıq 250 manat ödəniş olunmasına dair razılıq əldə etmişdir. 2023-cü ilin fevral ayından başlayaraq Raufun verdiyi kart hesabına 250, 250 və 200 manat olmaqla ümumilikdə 700 manat da pul ödənişi etmişdir. Bundan sonra bir neçə dəfə həmin torpaq sahəsinə gedərək işlərin hansı mərhələdə olduğunu maraqlanmaq istədikdə heç bir iş görülmədiyini görmüşdür. Raufla dəfələrlə əlaqə saxlayaraq nə səbəbdən iş görülmədiyini maraqlandıqda hər dəfə müxtəlif bəhanələr gətirməyə başlamışdır. Bundan sonra hazıradək olan müddət ərzində pulu qaytaracağını gözləsə də lakin heç bir nəticə olmamış və məsələyə hüquqi müstəvidə qiymət verilməsi üçün Sumqayıt ŞPİ-nə müraciət etmişdir. Həmçinin o, məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qardaşının qaynanasıdır. 2022-ci ilin dekabr ayında Abşeron rayonu, Saray qəsəbəsində torpaq sahəsi alınaraq daxilində ev tikdirmək istədiyini və İnstagram sosial şəbəkəsində Rauf adlı şəxslə tanış olduğunu bildirmişdir. Daha sonra həmin şəxs barəsində maraqlanmış və bəzi insanlar onun yalançı, bəziləri isə normal iş görən şəxs olduqlarını bildirmişdirlər. Sonda isə həmin şəxslə iş görməyi qərara almışdır. Daha sonra Kamalə, qardaşı və gəlinləri ilə birlikdə həmin şəxsin ofisinin yerləşdiyi Abşeron rayonu, Saray qəsəbəsinə getmişdir. Həmin vaxt ofisdə Samir adlı şəxs həmçinin onun yanında olan Təqsirləndirilən şəxs və Rüfət adlı şəxs qarşılamışdır. Ofisdə olan zaman Rauf adlı şəxs özünü müdir kimi təqdim edərək yaxından kömək edə biləcəyini qeyd etmişdir. Daha sonra Kamalə həmin şəxsə Saray qəsəbəsində torpaq sahəsi axtardığını bildirdikdə Saray qəsəbəsində yerləşən bir neçə torpaq sahəsi ilə tanış etmiş, sonda isə Nəsibə Zeynalova küçəsində yerləşən təxminən 2 ha ölçüdə olan torpaq sahəsini bəyənmişdirlər. Bu zaman Rauf həmin torpaq sahəsini Kamalə xanımın adına alacağını və 2023-cü ilin avqust ayına kimi həmin torpaq sahəsində 4 otaqdan ibarət olan təxminən 110 kv.m ölçüdə ev tikərək təhvil verəcəyini bildirmişdir. Bu zaman Kamalə təklif ilə razılaşmışdır. Bundan sonra ofisinə getmiş və Kamalə ilkin olaraq Raufa beh kimi 500 manat əlbəəl pul vermişdir. Həmin vaxt isə Rauf adlı şəxsə haqqında maraqlandığını və bəzi şəxslərin onun barəsində heç də yaxşı fikir bildirmədiklərini qeyd etmişdir. Daha sonra Rauf adlı şəxsə işin ümumi görülməsi üçün tam olaraq ödəniş edilə bilməyəcəyi qeyd edilmiş, Rauf isə ilkin olaraq işlərin görülməsi üçün 20.000 manat pul lazım olacağını, sonradan isə tam işlərin yekunu üçün əlavə olaraq 52.000 manat da pul verilməli olduğunu bildirmişdir. Daha sonra onlar bir neçə gün sonra notariat kontoruna getmək və aralarında 20.000 manat pulun verilməsi üçün borc müqaviləsi bağlanmasına dair razılıq əldə olunmuşdur. 2023-cü ilin avqust ayında bütün işlər yekunlaşdıqdan sonra yeni bir borc müqaviləsi bağlanılması və qalan 52.000 manat pulu ayda 500 manatdan olmaqla 8 il müddətində ödəmək barədə razılıq yaranmışdır. 2022-ci ilin dekabr ayının 27-də Kamalə ilə birlikdə Sumqayıt şəhəri ərazisində yerləşən 4 saylı notariat kontorunda Raufla görüşmüşdür. Daha sonra Kamalə ilə Rauf arasında borc müqaviləsi bağlanmış və Kamalə həmin şəxsə evdə olan əşyaları və qızıl-zinət əşyalarını sataraq topladığı 19.000 manat pulu vermişdir. Daha sonra isə Rauf 2023-cü ilin avqust ayına kimi olan müddət ərzində aylıq 500 manatdan olmaqla da pul ödənilməli olduğunu bildirmişdir. Kamalə isə buna imkan olmadığını bildirdiyindən sonda aylıq 250 manat ödəniş olunmasına dair razılıq əldə etmişdirlər. Sonradan isə Kamalə Rauf adlı şəxsin kart hesabına 2023-cü ilin fevral ayından başlayaraq 250, 250 və 200 manat olmaqla ümumilikdə 700 manat da pul ödənişi etməsi, lakin həmin şəxsin heç bir iş görməməsi məlum olmuşdur. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, Zərərçəkmiş şəxs qaynanasıdır. Evinin olmaması səbəbindən ailəsi ilə danışıb, torpaq sahəsi alaraq ev tikmək qərarına gəlmişdir. Bununla bağlı qaynanası köməklik göstərəcəyinə söz vermişdir. Təxminən 2022-ci ilin dekabr ayının ortalarında qaynanası Abşeron rayonu, Saray qəsəbəsində torpaq sahəsi alaraq daxilində ev tikdirmək istədiyini və İnstagram sosial şəbəkəsində Rauf adlı şəxslə tanış olduğunu bildirmişdir. Bundan sonra həmin şəxs barəsində maraqlanmışdır. Həmin şəxsin barəsində həm xoş sözlər, həm də mənfi fikirlər söyləyənlər olmuşdur. Sonda isə həmin şəxslə iş görməyi qərara almışdırlar. Daha sonra qayanası Kamalə, bacısı Vüsalə və həyat yoldaşı İnalə ilə birlikdə həmin şəxsin ofisinin yerləşdiyi Abşeron rayonu, Saray qəsəbəsinə getmişdir. Həmin vaxt ofisdə Samir adlı şəxs, həmçinin onun yanında olan sonradan anket məlumatlarını öyrəndiyi Təqsirləndirilən şəxs və Rüfət adlı şəxs qarşılamışdır. Ofisdə olan zaman Rauf adlı şəxs özünü ofisin rəhbəri kimi təqdim edərək yaxından kömək edə biləcəyini qeyd etmişdir. Daha sonra qaynanası Kamalə həmin şəxsə Saray qəsəbəsində torpaq sahəsi axtardığını bildirdikdə Saray qəsəbəsində yerləşən bir neçə torpaq sahəsi ilə tanış elmiş, sonda isə Nəsibə Zeynalova küçəsində yerləşən təxminən 2 ha ölçüdə olan torpaq sahəsini bəyənmişdir. Bu zaman Rauf həmin torpaq sahəsini Kamalə xanımın adına alacağını və 2023-cü ilin avqust ayına kimi həmin torpaq sahəsində 4 otaqdan ibarət olan təxminən 110 kv.m ölçüdə ev tikərək təhvil verəcəyini bildirmişdir. Bu zaman təklif ilə razılaşmışdırlar. Bundan sonra ofisə getmiş və orda qayanası Kamalə ilkin olaraq Raufa beh kimi 500 manat əlbəəl pul vermişdir. Daha sonra Rauf adlı şəxsə işin ümumi görülməsi üçün tam olaraq ödəniş edilə bilməyəcəyini bildirmiş, Rauf isə ilkin olaraq işlərin görülməsi üçün ən azı 20.000 manat pul lazım olacağını, sonradan isə tam işlərin yekunu üçün əlavə olaraq 52.0 manat da pul verilməli olduğunu bildirmişdir. Bundan sonra bir neçə gün sonra notariat kontoruna gedərək aralarında 20.000 manat pulun verilməsi üçün borc müqaviləsi bağlanması barədə razılıq əldə olunmuşdur. 2023-cü ilin avqust ayında isə bütün işlər yekunlaşdıqdan sonra yeni bir borc müqaviləsi bağlanılması və qalan 52.000 manat pulu ayda 500 manatdan olmaqla 8 il müddətində ödəmək barədə razılıq əldə olunmuşdur. Bundan sonra xx.xx.2022-ci il tarixdə qaynanası Kamalə və bacısı Vüsalə Sumqayıt şəhəri ərazisində yerləşən 4 saylı notariat kontorunda Raufla görüşüb, qaynanası Kamalə ilə Rauf arasında borc müqaviləsi bağlandıqdan sonra qaynanası Kamalə Raufa 19.000 manat pulu vermişdir. Rauf isə aldığı pulun müqabilində 2023-cü ilin avqust ayına qədər müddətdə söz verdiyi torpaq sahəsini alıb həmin torpaq sahəsində dörd otaqlı ev tikib bizə təhvil verməyi ödəsinə götürmüşdür. Bunun müqabilində 2023-cü ilin avqust ayınadək yəni ev tikilib bizə təhvil verilənədək aylıq 500 manat pul ödəməli olduğundan qaynanası Kamalə buna imkanını olmadığını bildirmişdir. Aylıq 250 manat ödəniş edə biləcəyini bildirdikdə Rauf adlı şəxs bununla razılaşmışdır. Bundan sonrakı müddətdə Rauf adlı şəxsin verdiyi kart hesabına 2023-cü ilin fevral ayından başlayaraq 250, 250 və 200 manat olmaqla ümumilikdə 700 manat da pul ödənişi etmişdir. Lakin Rauf adlı şəxs heç bir iş görməmişdir. Bundan sonra aldığı pulu geri qaytarmasını tələb etdikdə isə pulu geri qaytarmamışdır. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, Zərərçəkmiş şəxs anasıdır. Evi olmadığından ailəsi ilə danışıb, torpaq sahəsi alaraq ev tikmək qərarına gəlmişdir. Bununla bağlı anası köməklik göstərəcəyinə söz vermişdir. 2022-ci ilin dekabr ayının ortalarında anası Abşeron rayonu, Saray qəsəbəsində torpaq sahəsi alaraq daxilində ev tikdirmək istədiyini və İnstagram sosial şəbəkəsində bu işlə məşğul olan Rauf adlı şəxslə tanış olduğunu bildirmişdir. Bundan sonra aralarında danışıb razılaşaraq həmin şəxslə iş görməyi qərara almışdır. Daha sonra anası Kamalə, baldızı Vüsalə və həyat yoldaşı Vüsal ilə birlikdə həmin şəxsin ofisinin yerləşdiyi Abşeron rayonu, Saray qəsəbəsinə getmişdir. Həmin vaxt ofisdə Samir adlı şəxs, həmçinin onun yanında olan sonradan anket məlumatlarını öyrəndiyi Təqsirləndirilən şəxs və Rüfət adlı şəxs qarşılaşmışdır. Ofisdə olan zaman Rauf adlı şəxs özünü ofisin rəhbəri kimi təqdim edərək işlə özünün məşğul olacağını bildirmişdir. Daha sonra anası Kamalə həmin şəxsə Saray qəsəbəsində torpaq sahəsi axtardığını bildirdikdə Saray qəsəbəsində yerləşən bir neçə torpaq sahəsi ilə tanış etmiş, sonda isə Nəsibə Zeynalova küçəsində yerləşən təxminən 2 ha ölçüdə olan torpaq sahəsini bəyənmişdir. Bu zaman Rauf həmin torpaq sahəsini anası Kamalənin adına alacağını və 2023-cü ilin avqust ayına kimi həmin torpaq sahəsində 4 otaqdan ibarət olan təxminən 110 kv.m ölçüdə ev tikərək təhvil verəcəyini bildirmişdir. Bundan sonra ofisinə getmiş və orada anası Kamalə ilkin olaraq Raufa beh kimi 500 manat əlbəəl pul vermişdir. Daha sonra Rauf adlı şəxsə işin ümumi görülməsi üçün tam olaraq ödəniş edilə bilməyəcəyini bildirmiş, Rauf isə ilkin olaraq işlərin görülməsi üçün ən azı 20.000 manat pul lazım olacağını, sonradan isə tam işlərin yekunu üçün əlavə olaraq 52.000 manat da pul verilməli olduqlarını bildirmişdir. Bundan sonra aralarında onlar bir neçə gün sonra notariat kontoruna gedərək aralarında 20 manat pulun verilməsi üçün borc müqaviləsi bağlanması, 2023-cü ilin avqust ayında isə bütün işlər yekunlaşdıqdan sonra yeni bir borc müqaviləsi bağlanılması və qalan 52.000 manat pulu ayda 500 manatdan olmaqla 8 il müddətində ödənilməsi barədə razılıq əldə olunmuşdur. Bundan sonra xx.xx.2022-ci il tarixdə anası Kəmalə və baldızı Vüsalə Sumqayıt şəhəri ərazisində yerləşən 4 saylı notariat kontorunda Raufla görüşmüş, anası Kamalə ilə Rauf arasında borc müqaviləsi bağlandıqdan sonra Kamalə Raufa 19.000 manat pulu vermişdir. Rauf isə aldığı pulun müqabilində 2023-cü ilin avqust ayına qədər müddətdə söz verdiyi torpaq sahəsini alıb həmin torpaq sahəsində dörd otaqlı ev tikib təhvil verməyi öhdəsinə götürmüşdür. Bunun müqabilində 2023-cü ilin avqust ayınadək yəni ev tikilib təhvil verilənədək aylıq 500 manat pul ödəməli olduğundan anası Kamalə buna imkanının olmadığını bildirmişdir. Aylıq 250 manat ödəniş edə biləcəyini bildirdikdə Rauf adlı şəxs bununla razılaşmışdır. Bundan sonrakı müddətdə Rauf adlı şəxsin verdiyi kart hesabına 2023-cü ilin fevral ayından başlayaraq 250, 250 və 200 manat olmaqla, ümumilikdə 700 manat da pul ödənişi olmuşdur. Lakin Rauf adlı şəxs heç bir iş görməmişdir. Bundan sonra ondan aldığı pulu geri qaytarmasını tələb eldikdə isə pulu geri qaytarmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 08 yanvar 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış icraata qəbul edilmişdir (i.v. 1); Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında bağlanmış 27 dekabr 2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs 19000 manat məbləğində pul vəsaitini xx.xx.2023-cü il tarixədək ödəməyi öz öhdəliyinə götürmüşdür (i.v. 11); baxış keçirilməsi haqqında 27 noyabr 2024-cü il tarixli protokoldan görünür ki, baş vermiş cinayət hadisəsi ilə əlaqədar olaraq Abşeron rayonu, Saray qəsəbəsi, Nəsibə Zeynalova küçəsində yerləşən torpaq sahəsinə baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v. 14-15); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi xx.xx.2024-cü il tarixdə məhkəməyə göndərilmişdir (i.v. 31-32); zərərçəkmiş şəxs qismində tanınma haqqında 08 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 33); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 23 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir (i.v. 51-52); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 11 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 82-84); 11 fevral 2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs bir-birilərinin iştirakı ilə ibtidai istintaq zamanı verdikləri ifadələrini bir daha təsdiq etmişlər (i.v. 86-89); baxış keçirilməsi haqqında 03 mart 2025-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş ödəniş qəbzlərinə baxış keçirilərkən **** **** 5084 1992 saylı bank kartının hesabına ünvan 3, Xəzər TV və Baş ofisdə quraşdırılmış “eManat” ödəniş terminalı vasitəsilə xx.xx.2023-cü il tarixdə saat 14:31də 200 manat, xx.xx.2023-cü il tarixdə saat 09:31-də 250 manat və xx.xx.2023-cü il tarixdə saat 14:55-də 250 manat, ümumilikdə isə 700 manat ödəniş edildiyi müəyyən edilmişdir (i.v. 90-91); təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında 03 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir (i.v. 94-95); təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinin nəzərə alınması haqqında 03 mart 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CMnin 178.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır (i.v. 106-107); axtarışda olan şəxsin tutulması haqqında 29 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 09:00-da Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirləndirilən şəxs qismində tutulmuşdur (i.v. 141); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 30 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilərək saxlandığı Xətai RPİnin MSY-dən azad edilməsi qərara alınmışdır (i.v. 164-165); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 30 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilmişdir (i.v. 166-167); cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında 18 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, 03 ədəd ödəniş qəbzi maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri iş üzrə sübut növü kimi qiymətləndirilmişdir (i.v. 170-179); “Elektron Məhkəmə İnformasiya Sistemin”dən əldə edilmiş portaldan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 vardır; Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilən ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələb yoxdur, ona dəymiş ziyanın tam şəkildə ödənilmişdir; "xxxx" ASC-nin 08 sentyabr 2025-ci il tarixli ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə onun tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyanın 25%-i olaraq 5050 manat məbləğində pul vəsaitini dövlət büdcəsinə ödəmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə iclasında müdafiə tərəfi, yəni Təqsirləndirilən şəxs məhkəməyə müraciət edərək hal-hazırda törətdiyi cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə vurduğu ziyanı tam olaraq ödədiyini, onun şikayət və tələbinin olmadığını, həmçinin, vurulmuş ziyanın 25%-i həcmində dövlət büdcəsinə ödəniş etdiyini bildirərək barəsində başlanmış cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın məbləği 20200 manat təşkil etmiş, həmin məbləğ təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə tam şəkildə ödənilmiş və Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarı təşkil edən 5050 (beş min əlli) manat məbləğində pul vəsaiti dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışması ilə əlaqədar xitam verilməsinə razılılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını və dəymiş ziyanı tamamilə ödədiyini, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında hissəsini dövlət büdcəsinə ödədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə cinayət təqibinə xitam verilməli və o, həmin maddələr üzrə cinayət məsuliyyətindən azad edilməli, iş üzrə maddi sübut kimi tanınmış 03 ədəd ödəniş qəbzinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır (CPM-132). Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri xitam olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir iş üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39-41, 43, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4cü maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut əhəmiyyəti kəsb edən 03 ədəd ödəniş qəbzinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-310/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-310/2025
08.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver