Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-312/2025 08.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi – Bakı Şəhəri 34 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 2003-cü ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, Laçın şəhəri, İ.Mirzəyev küçəsi, ev 11-də qeydiyyatda olmaqla və Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,923 qram narkotik vasitə heroin əldə edib saxlamaqla daşımış, 03 mart 2025-ci il tarixdə saat 19:00-də ünvan 2 ünvanında Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanılıb videoçəkilişlə şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 (bir) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,923 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, iki ay olar narkotik vasitə heroindən bir neçə dəfə istifadə etmişdir. Əvvəllər məhkum olunmuşdur. 03 mart 2025-ci il tarixdə axşam saat 17 radələrində Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində adını və anket məlumatlarını bilmədiyi şəxsdən 15 manat pul verməklə bir ədəd bükümdə narkotik vasitə heroin alaraq istifadə etmək məqsədi ilə əynində olan qara rəngli idman şalvarının sağ yan cibinə qoymuş və istifadə etmək üçün cibində saxlamışdır. Həmin gün saat 19:00-da şəxsi işləri ilə əlaqədar olaraq ünvan 4 ünvanında hərəkətdə olduğu zaman arxadan 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq saxladıqdan sonra özlərini polis əməkdaşları kimi təqdim edərək onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmağı barədə məlumat daxil olmasını bildirmişlər. Ona hüquq və vəzifələri həmçinin müdafiəçiyə malik olmaq hüququ izah edildikdən sonra üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşyalar olduğu halda onları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra o, əynindəki şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümü təqdim etmişdir. Sonra üstünə baxış keçirilərkən «Samsung» markalı mobil telefonu və 01 ədəd açar polis əməkdaşları tərəfindən götürülmüşdür. O həmin 1 ədəd bükümdə şəxsi istifadəsi üçün aldığı narkotik vasitənin heroin olmasını bildirmişdir. Həmin bükümdə olan maddə elektron tərəzidə çəkilmiş və məlum olmuşdur ki, həmin kütlənin çəkisi qablaşdırma ilə birlikdə 1,15 qramdır. Sonra isə birlikdə Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasına gəlmişdir və orada üzərinə baxış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Hazırda əməlindən peşmandır və barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, o, 03 mart 2025-ci il tarixdə Xətai RPİ-nin 34-cü PŞ-nə xx.xx.2003-cü ildə Abşeron rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı,subay, əvvəllər məhkum olunmamış, ünvan 5 ünvanında qeydiyyatda olan və ünvan 6a yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan narkotik vasitə əldə edib Bakı şəhəri Xətai rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduqdan sonra şöbə rəhbərliyinə məruzə olunmuş və Təqsirləndirilən şəxs ifşa edilməsi məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Təşkil edilmiş əməliyyat qrupunun tərkibinə o və PŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 və PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid3 daxil edilmişdir. Onlar Xətai RPİ-nin 34-cüPŞ-nin inzibati binasından çıxıb Bakı şəhəri, Xətai rayonu, X7 9 ünvanına yollanmışdırlar. Orada müşahidə mövqeyi tutaraq bir qədər gözlədikdən sonra saat 19:00-da həmin ünvanda zahiri görünüşünə görə Təqsirləndirilən şəxs bənzəyən şəxsin gəldiyini görüb ona yaxınlaşaraq özlərini təqdim etməklə saxlamışlar. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə Xətai RPİ-nin 34-cü PŞ-nə məlumat daxil olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunmuş, ona müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs üstünü yoxlamamışdan qabaq üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşyalar olduğu halda onları təqdim etmək təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümü çıxararaq təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs təqdim etdiyi həmin bükümdə olan maddə elektron tərəzidə çəkilmiş və çəkisinin 1,15 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan 1 ədəd kağız zərfdə qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış və üzərindən aşkar edilmiş 01 ədəd açar və 01 ədəd "Samsung" markalı mobil telefon götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş heroini tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə etmişdir. Bundan sonra saxlanılan şəxslə birlikdə PŞ-nin inzibati binasına gəlmiş və saxlanılan şəxsdən aşkar edilərək götürülmüş maddə və əşyalar həmçinin həmçinin Təqsirləndirilən şəxs saxlanılmasını özündə əks etdirən videogörüntülər təhqiqatçıya təqdim olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid3 ifadəsində şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun ifadə verərək onun dediklərini bir daha təsdiqləmişdir. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş şahid Xətai RPİ-nin 34-ci PŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 ifadəsi Şahid1 ifadəsi ilə oxşarlıq təşkil edərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işi başlamaq və icraata qəbul etmək barədə 04 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanmış, icraata götürülmüş və istintaqı aparılmışdır; (i.v.1) - 03 mart 2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə üstünü yoxlamağa başlanıldı. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra X2 əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən 1 (bir) ədəd gümüşü rəngli kağıza bükülü kəskin qoxulu, qəhvəyi rəngli toz şəkilli maddəni təqdim etdi. Sonra narkotik vasitəyə bənzəyən maddə elektron tərəzidə çəkilir, 1 (bir) ədəd ağ kağıza bükülü qəhvəyi rəngli toz şəkilli maddənin çəkisi 1.15 qram olması müəyyən edilir həmin kütlə tərəfimizdən qablaşdırıldı, saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalandı və götürüldü. Daha sonra şəxsin üzəri yoxlanıldı 1 ədəd açar və 1 ədəd "Samsung" markalı mobil telefon götürülmüşdür, sonuncunun üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya predmetə rast gəlinməmişdir; (i.v.12-13) - İş üzrə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin görüntüsü olan 02 ədəd DVD disk sübut əhəmiyyət kəsb etdiyindən, maddi sübut kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir; (i.v.18-19) - 03 mart 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 mart 2025-ci il tarixdə saat 19:00 dəqiqədən şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 30) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/946 nömrəli 04 mart 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №152" dairəvi möhür əksi olan, "Təqsirləndirilən şəxs.. (imza)" sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01 ədəd bükümdə təmiz çəkisi 0,923 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroinin təmiz çəkisi – 0,923 qram, tədqiqata sərf edildi – 0,05 qr., qalıq – 0,873 qr; (i.v.42-46) - 05 mart 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə nəzərdə tutulan ittiham elan edilmişdir; (i.v.54-55) - 05 mart 2025-ci il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan və məhkəmə iclasında diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, iki ədəd “DVD" formatlı diskin üzərində heç bir yazılar mövcud deyildir. Həmin disk Xətai RPİ-nin İŞ-də xidməti otaqda olan "HP" markalı kompüterin DVD oxuyucusu vasitəsilə açıldıqda hər diskdə 01 ədəd videofayl aşkar olundu. 1) 03 mart 2025-ci il tarixli, elektron məlumatların əks olunduğu 1 ədəd DVD diskdə Təqsirləndirilən şəxs 03 mart 2025-ci il tarixdə saat 19:00-da Bakı şəhəri Xətai rayonu X7 küçəsi 9 ünvanında Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən saxlanılıb videoçəkiliş aparılmaqla üzərinə baxış keçirilərkən əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən çıxan 01 ədəd gümüşü rəngli kağıza bükülü kəskin qoxulu qəhvəyi rəngli toz şəkilli maddəni polis əməkdaşlarına təqdim edir, sonra həmin maddə elektron tərəzidə çəkilir və çəkisinin 1,15 qram olması müəyyən edilir, həmin maddə qablaşdırılır, saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanır, daha sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılır və 01 ədəd açar və 01 ədəd "Samsung" markalı mobil telefon götürülür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirir ki, üzərindən aşkar edilmiş heroini tanımadığı şəxsdən əldə etmişdir və ona saxlanılan zaman polis əməkdaşları tərəfindən zor tətbiq edilməmişdir. 2) 03 mart 2025-ci il tarixli, elektron məlumatların əks olunduğu 1 ədəd DVD diskdə isə Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasında təhqiqatçı polis mayoru X1 xidməti otağında Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, PŞnin əməliyyat müvəkkili polis leytenantı Şahid3 və PŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 iştirakları ilə videogörüntülərə baxış keçirilir, baxış zamanı Təqsirləndirilən şəxs 03 mart 2025-ci il tarixdə saat 19:00-da ünvan 2 ünvanı yaxınlığında saxlanılması, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən kağıza bükülmüş maddə aşkar edilməsi, həmin maddənin tərəzidə çəkilən zaman çəkisinin 1,15 qram olması müəyyən edilir və zərfdə qablaşdırılmaqla möhürlənir. Həmçinin təhqiqata aşkar edilmiş maddənin olduğu bir ədəd zərf, 01 ədəd açar və 01 ədəd «Samsung A10» markalı mobil telefon təqdim edilir; (i.v.65) - 05 mart 2025-ci il tarixli vəsatətin müdafiəsindən imtina edilməsi haqqında qərardan görünür ki, Xətai RPİ-nin İstintaq şöbəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Xətai RPİ-nin İŞ-nin müstəntiqi Taleh Baxişevin 05 mart 2025-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs saxlandığı Xətai RPİ-nin MSY-dən dərhal azad edilmişdir; (i.v.71-72) - 05 mart 2025-ci il tarixli qətimkan tədbiri seçmək barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; (i.v.73-74) - 05 mart 2025-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, icraatda olan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs götürülməklə cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd Samsung A 10 markalı mobil telefon aparatına baxış keçirilmişdir. Mobil telefon aparatı Çin Respublikası istehsalı olmaqla 2 sim kartlı Samsung markalı mobil telefondur, üzərində ***-***-**-** saylı sim nömrə vardır. Telefona daxil olduqda telefon zəngləri və vatsap proqramında heç bir istintaq əhəmiyyətli məlumat aşkar edilməmişdir; (i.v.77) - 05 mart 2025-ci il tarixli Təqsirləndirilən şəxs tərəfindən yazılmış qəbzdən görünür ki, müstəntiq Taleh Baxişevdən ona məxsus Samsung A-10 markalı mobil telefonu və bir ədəd mənzil açarını təhvil almışdır; (i.v.78) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X6 28 mart 2025-ci il tarixli, 3-28-29/2-2994/2025 saylı məktubundan görünür ki, xx.xx.2003cü il təvəllüdlü, Laçın rayonu, Mollalar kəndində yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə Respublika Psixiatriya Xəstəxanasında müayinədə olmamışdır; (i.v.84) - "xxxx" MMC-nin 10 aprel 2025-ci il tarixli məktubundan görünür ki, "xxxx" MMC-nin elektron məlumat bazasında xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş nömrələr (hər hansı şəxsin adına nömrə qeydiyyatda olub-olmadığını yalnız hal-hazırda cari mövcud olan qeydiyyat məlumatına əsasən müəyyənləşdirmək mümkündür) aşkar edilməmişdir; (i.v.90) - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 28 aprel 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur; (i.v.94) - 28 aprel 2025-ci il tarixli təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş, tapıldıqda tutularaq Xətai RPİ-nin MSY-nə gətirilməsi təmin edilməsi qərara alınmışdır; (i.v.95) - 28 aprel 2025-ci il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə cinayət təqibi dayandırılmışdır; (i.v.96) - 13 may 2025-ci il tarixli axtarışda olan şəxsin könüllü istintaq şöbəsinə gəlməsi barədə protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* saylı cinayət işi üzrə barəsində 28 aprel 2025-ci il tarixdə axtarış elan edilmiş Təqsirləndirilən şəxs könüllü olaraq İstintaq şöbəsinə gəlmiş və bildirmişdir ki, barəsində elan olunmuş axtarış barədə məlumatı olmamış, bununla əlaqədar olaraq istintaq şöbəsinin çağırışlarına gələ bilməmişdir hazırda özü könüllü olaraq istintaqa gəlmişdir; (i.v.98) - 13 may 2025-ci il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* saylı cinayət işinin icraatı təzələnmiş və istintaqı davam etdirilmişdir; (i.v.99) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsinin xx.xx.2025-ci il tarixli 1781 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən məlum olur ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibbi müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür; (i.v.101-102) - "xxxx" MMC tərəfindən daxil olmuş 30 aprel 2025-ci il tarixli sorğuya cavabdan görünür ki, 1 ədəd CD disk iş materiallarına əlavə edilmişdir; (i.v.104-111) - 13 may 2025-ci il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan və məhkəmə iclasında diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, bir ədəd "CD" formatlı diskin üzərində heç bir yazılar mövcud deyildir. Həmin disk Xətai RPİ-nin İŞ-də xidməti otaqda olan "HP" markalı kompüterin DVD oxuyucusu vasitəsilə açıldıqda 04 ədəd fayl aşkar olundu. Həmin fayllardan 2-si SMS tarixçəsi, 1-i zənglərin detallaşması, digəri isə zənglərin məxsusluq tarixçələri adlanır. Həmin fayllar açıldıqda müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrə ilə müxtəlif şəxslərlə telefon danışıqları və sms yazışmalarının olması müəyyən edilmişdir. Həmin sms yazılarına baxış zamanı istintaq əhəmiyyətli heç bir sms müəyyən edilməmişdir. Həmçinin həmin nömrənin ilə sonuncu dəfə xx.xx.2025-ci il tarixdə aktiv olması müəyyən edilmişdir; (i.v.112) - "xxxx" MMC tərəfindən daxil olmuş 29 may 2025-ci il tarixli sorğuya cavabdan görünür ki, 1 ədəd CD disk iş materiallarına əlavə edilmişdir; (i.v.125-132) - 29 may 2025-ci il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan və məhkəmə iclasında diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, bir ədəd "CD" formatlı diskin üzərində heç bir yazılar mövcud deyildir. Həmin disk Xətai RPİ-nin İŞ-də xidməti otaqda olan "HP" markalı kompüterin DVD oxuyucusu vasitəsilə açıldıqda 04 ədəd fayl aşkar olundu. Həmin fayllardan 2-si SMS tarixçəsi, 1-i zənglərin detallaşması, digəri isə zənglərin məxsusluq tarixçələri adlanır. Həmin fayllar açıldıqda müəyyən olunur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrə ilə müxtəlif şəxslərlə telefon danışıqları və sms yazışmalarının olması müəyyən edilmişdir. Həmin sms yazılarına baxış zamanı istintaq əhəmiyyətli heç bir sms müəyyən edilməmişdir. Həmçinin sonuncu dəfə xx.xx.2025-ci il tarixdə 23:58-də ünvan 10 ünvanının anten dairəsində olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ***-***-**-** saylı nömrənin onun istifadəsində olmadığını dindirilərkən səhvən həmin nömrənin ona məxsus olduğunu ifadəsində göstərdiyini bildirmişdir; (i.v.133) - 29 may 2025-ci il tarixli toplanmış sübutların qiymətləndirilməsinə dair qərardan görünür ki, iş üzrə 05 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılmış və barəsində «başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilməsi nəzərə alınmışdır; (i.v.134-139) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən təmiz çəkisi 0,923 qram olan narkotik vasitə heroin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini və əməlindən peşman olmasını CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 03 mart 2025-ci il tarixdən 05 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin ediləcək cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai RPİ-də saxlanılan 01 ədəd bükümdə çəkisi 0,873 qram olan narkotik vasitə hereoin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 04 ədəd disk iş materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs məxsus Samsung A-10 markalı mobil telefonun və bir ədəd mənzil açarının sahibinə qaytarılması nəzərə alınmalı (CPM-132), 65 (altmış beş) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhəri, ünvan 1 ünvanında, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 34 saylı vəkil bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 10 (on) saat iş saatına görə 110 (yüz on) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 11 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 02 (iki) il 10 (on) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 02 (iki) gün həbsdə saxlama müddəti 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,873 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş dörd ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs məxsus Samsung A-10 markalı mobil telefonun və bir ədəd mənzil açarının sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 10 (on) saat hüquqi yardıma görə Bakı şəhəri 34 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 110 (yüz on) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-312/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-312/2025
08.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver