Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-313/2024 09.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1967-ci il tarixində Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib, saxlayaraq daşımış və satmışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və şəxsdən satış məqsədi ilə qanunsuz olaraq ümumilikdə təmiz çəkisi -221,01 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib bir hissəsini üzərində, qalan hissəsini yaşadığı ünvan 2 ünvanına daşımaqla saxlamış və onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 06 fevral 2024-cü il tarixdə saat 15:30-da keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xətai rayonu M.Hadi küçəsi ev 73 ünvanın yaxınlığında saxlanılıb ünvan 3-nin 36-cı PB-nin inzibati binasına gətirilərək videoçəkilişlə müdafiəçinin iştirakı ilə şəxsi-axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5,17 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələri olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qrudulmuş marixuana aşkar edildikdən sonra, əməliyyat tədbirlərinin davamı olaraq həmin gün saat 18:30-da onun yaşadığı Xətai rayonu M.Hadi küçəsi ev 73 mənzil 29 ünvanında videoçəkilişlə müdafiəçinin iştirakı ilə keçirlən baxış zamanı yataq otağından yaşıl rəngli sellofan bağlamada olan 02 (iki) ədəd sellofan torbada ayrı-ayrılıqda təmiz çəkiləri 85,0 qram, 110 qram, 12 (on iki) ədəd qəhvəyi rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 2,47 qram, 3,01 qram, 3,59 qram, 1,15 qram, 3,0 qram, 2,13 qram, 0,90 qram, 1,03 qram, 0,17 qram, 1,23 qram, 0,23 qram, 0,53 qram, 02 (iki) ədəd gümüşü rəngli kağız bükümlərdə və 01 (bir) ədəd sellofan bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri - 0,35 qram, 023 qram və 0,82 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış tərkiblərinə görə eyni olan narkotik vasitə qurudulmuş marixuana və üzərində cüzi miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuananın hissəcikləri olan 02 (iki) ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, evindən çıxan narkotik vasitələr ona məxsusdur. Sadəcə kolleksiya məqsədi ilə həmin narkotik vasitələri saxlamışdır. Daha sonra təqsirləndirilən şəxs bildirmişdir ki, ona verilən ittihamda özünü təqsirli bilir və ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq edir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında zidddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir.Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilmiş və ifadəsində göstərmişdir ki. 06 fevral 2024-cü il tarixdə saat 15:30-da Bakı şəhəri, Xətai rayonu M.Hadi küçəsi ev 73 ünvanın yaxınlığında piyada hərəkət edən zaman iki nəfər mülki geyimli şəxs yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək ona qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmiş, sonra xidməti vəsiqələrini göstərərək barəsində əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış etmiş və onu Xətai RPİ-nin 36-cı PŞ-nin inzibati binasına dəvət etmiş, orada dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri elan olunmuş və bildiriş təqdim edilmiş, bundan sonra üzərinə şəxsi axtarış aparılmağa başlanılmış, şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa çıxarıb təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01(bir) ədəd kibrit qutusunda açıq yaşıl rəngli, narkotik vasitə olan qurudulmuş marixuana kütləsini təqdim edərək masanın üzərinə qoymuş, sonra şəxsi axtarış zamanı əynində olan həmin gödəkçənin iç sol cibindən 01(bir) ədəd açar, 01(bir) ədəd içərisində ***-***-**-** sim kart nömrəsi olan «Redmi» markalı mobil telefon, 01(bir) ədəd özünə aid şəxsiyyət vəsiqəsi, 03(üç) ədəd **********655823, **********234638, 41697388 5165 9122 nömrəli plastik bank kartları və 1.139(bir min yüz otuz doqquz) manat pul aşkar olunaraq götürülmüş, daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmiş, sonra təqdim etdiyi qurudulmuş marixuana kütləsi elektron tərəzidə çəkilmiş və çəkisi 6(altı) qram olmuş, aşkar olunmuş həmin kütlə və pul içərisi boş olan ağ rəngli kağız zərflərə qoyularaq qablaşdırılmış, AR DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri özü, müdafiəçi və təhqiqatçı tərəfindən imzalanmış, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01(bir) ədəd “Redmi” markalı mobil telefon, 01(bir) ədəd özünə aid şəxsiyyət vəsiqəsi, 03(üç) ədəd **********655823, **********234638, 41697388 5165 9122 nömrəli plastik bank kartları bu barədə izah verildikdən sonra götürülmüş, 01(bir) ədəd açar isə geri qaytarılmış, verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni tanımadığı şəxsdən Bakı şəhəri, Xətai rayonu ərazisində 03 (üç) gün əvvəl istifadə etmək məqsədi ilə əldə etdiyini, bunun müqabilində sonuncuya 1.500 (bir min beş yüz) manat pul verdiyini, heç kimə narkotik vasitə satmadığını, lakin dost-tanışa bağışladığını qeyd etmiş, sonra üzərindən başqa yaşadığı ünvan 5 ünvanında narkotik maddə olduğunu, həmin mənzilə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş, üzərinə şəxsi axtarış aparıldıqdan sonra müdafiəçi və polis əməkdaşları ilə birlikdə yaşadığı ünvan 5 ünvanında yerləşən mənzilə getmiş, bundan sonra qardaşı, müdafiəçisi və polis əməkdaşları ilə birlikdə mənzilə baxış keçirilmiş, mənzilə baxış zamanı yaşadığı mənzilin yataq otağında saxladığı 01(bir) ədəd yaşıl rəngli torbanı təqdim etmiş, həmin torbanın içərisindən 02 (iki) ədəd sellofanda və 14 (ön dörd) ədəd bükümdə açıq yaşıl rəngli, spesifik iyli narkotik vasitə olan qurudulmuş marixuana kütlələrini və 02 (iki) ədəd elektron tərəzini təqdim etmiş, sonra həmin kütlələr elektron tərazidə çəkilmiş və qurudulmuş marixuana kütlələrinin çəkisi 255 (iki yüz əlli bes) qram olmuş, daha sonra həmin kütlələr və elektron tərəzilər qablaşdırılmış, AR DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri qardaşı müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmış, sonra yaşadığı mənzilin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilməmişdir. Mənzilindən aşkar olunmuş kütlənin özünə məxsus olmasını, həmin kütləni tanımadığı şəxsdən Bakı şəhəri, Xətai rayonu ərazisində 3 (üç) gün əvvəl istifadə etmək məqsədi ilə əldə etdiyini, bunun müqabilində sonuncuya 1.500 (bir min beş yüz) manat pul verdiyini, heç kimə narkotik vasitə satmadığını, lakin dost- tanışa bağışladığını bildirmiş, başqa heç bir yerdə narkotik maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini, yaşadığı mənzilə daha əvvəl baxış keçirilmədiyini və mənzildə aşkar olunan qanunla qadağan edilmiş vasitələrdən heç kimin xəbəri olmadığını bildirmiş, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq tətbiq edilməmiş, narkotik vasitə istifadə edən zaman aşkar olunaraq götürülmüş tərəzilərdən istifadə etdiyi narkotik vasitənin miqdarını müəyyən etmək məqsədi ilə evində saxlamış, üzərindən aşkar olunmuş 1.139 manat pulu özünə məxsus olmuş, həmin pulu heç bir narkotik vasitələrin satışından və ya qanunusz yolla əldə etməmiş, şəxsi vəsaitidir. (i.v.82-85); Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, polis əməkdaşları evə baxış keçirərkən heç bir qərar, icazə olmamışdır. Evdə baxış keçirildikdən sonra ərizə yazmışdır. Qeyd etmişdir ki, narkotik vasitələr evdən çxımışdır. Lakin onun xəbəri olmamışdır. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahidin əvvəllər vermiş olduğu ifadə ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında zidddiyyətlər olduğundan şahid ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir.Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs böyük qardaşıdır və onunla birlikdə Bakı şəhəri Xətai rayonu M.Hadi küçəsi, ev 73, mənzil 29-da yaşayır, Vaqif orta təhsillidir, subaydır, heç bir yerdə işləmir və əvvəllər məhkum olunmuşdur. 06 fevral 2024-cü il tarixdə saat 19 radələrində yaşadığı ünvanda olan zaman polis əməkdaşları gəlmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmiş, həmin vaxt qardaşı Vaqif də onlarla birlikdə olmuş və qoluna qandal vurlumuş, polis əməkdaşları ona qardaşı Vaqif qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və satma cinayətinə görə şübhəli şəxs kimi tutulmasını, üzərinə baxış zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01(bir) ədəd kibrit qutusunda açıq yaşıl rəngli, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmasını, sorğu zamanı qardaşı Vaqifın yaşadığı mənzildə də narkotik vasitə saxladığını bildirdiyinə görə mənzilə baxış keçirilməsi üçün ünvana gəlmələrini bildirmiş. polisləri dinlədikdən sonra buna etiraz etməmiş və həmin baxış da özü də iştirak etmişdir. Mənzilə baxış keçirilən zaman qardaşı Təqsirləndirilən şəxs mənzilin hansı hissəsində narkotik vasitə və ya qanunsuz əşya saxlaması sorşulmuş və könüllu olaraq təqdim etməsi bildirilmiş, bu təklifdən sonra qardaşı Vaqif yataq otağında saxladığı 01 (bir) ədəd yaşıl rəngli torbanı təqdim etmiş, həmin torbanın içər İçərisindən 02 (iki) ədəd sellofanda və 14 (ön dörd) ədəd bükümdə açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər ət kütləsini və 02 (iki) ədəd elektron tərəzini təqdim etmiş, həmin kütlələr elektron tərəzidə çəkilmiş və çəkisinin 255 (iki yüz əlli beş) qram olması müəyyən edilmiş, daha sonra həmin kütlələr və elektron tərəzilər təhqiqatçı tərəfindən qablaşdırılmış, AR DİN-in 7 saylı möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmış, sonra mənzilin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar aşkar edilməmiş. təhqiqatçı tərəfindən verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunaraq götürülmüş qurudulmuş ot kütləsinin narkotik vasitə olan qurudulumuş marixuana olmasını, həmin ot kütləsinin özünə məxsus olmasını və tanımadığı şəxsdən Bakı şəhəri, Xətai rayonu ərazisində 3 (üç) gün əvvəl istifadə etmək məqsədi ilə 1.500 (bir min beş yüz) manata almasını, heç kimə narkotik vasitə satmadığını, lakin dost-tanışlarına bağışlamasını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən bu barədə protokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Qardaşı Təqsirləndirilən şəxs polislər tərəfindən saxlanılarkən ona hər hansı bir formada fiziki güc tətbiq edilməmiş, qardaşı Təqsirləndirilən şəxs yaşadığıqları mənzildə narkotik vasitə saxlamasını bilməmiş, daha doğrusu Vaqif ona bu barədə bildirməmiş, Vaqifin narkotik vasitənin satışı ilə məşğul olub-olmaması barədə isə heç bir məlumatı yoxdur.(i.v.145-147); Məhkəmə iclasında şahid qismində dindirilmiş, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 bildirmişdir ki, xidmət etdiyi idarəyə etimad doğuran, məlum, qərəzsiz mənbədən daxil olmuş məlumatda xx xxxxxx 1967-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 6 ünvanda ev yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bakı şəhəri Xətai rayonu ərazisində dövriyyəsi ilə məşğul olması göstərilmiş, həmin məlumatın əməliyyat yolu ilə yoxlanılması, Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması, cinayət törədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin və psixotrop maddələrin vaxtında aşkar edilərək götürülməsi məqsədi ilə 06 fevral 2024-cü il tarixdə saat 15:30-da tərəflərindən keçirilmiş əməliyyat tədbirləri zamanı ünvan 7 ünvanın yaxınlığında əməliyyat məlumatında göstərilən əlamətlərlə uyğun gələn Təqsirləndirilən şəxs piyada hərəkət edən zaman tərəflərindən saxlanılmış, özlərini təqdim edərək barəsində keçirilən əməliyyat tədbiri barədə olan qərarla tanış etmiş, sonra hava və əməliyyat şəraiti, o, cümlədən təhlükəsizlik tədbirləri nəzərə alınaraq Təqsirləndirilən şəxs Xətai RPİ-nin 36-cı PŞ-nin inzibati binasına gətirilmişdir. Keçirilmiş tədbir barədə idarə rəsinə məruzə edərək Təqsirləndirilən şəxs üzərində, paltarında, əşyalarında, bədənində, yaşadığı ünvanda ehtimal edilən narkotik vasitələrin, psixotrop maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayətin izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı aidyəti üzrə göstəriş verməsi barədə raportla müraciət etmiş, daha sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiaqtçısı, polis mayoru X4 tərəfindən Xətai RPİ. nin 36-cı PŞ-də şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq, hüquqlarının qorunması üçün dövlət hesabına müdafiəçi dəvət edilmiş va şübhəli şəxs qismində tutulmış, sonra onların və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilmiş, həmin vaxt təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində olan qeyri-qanunu əşyaları çıxarıb masanın üzərinə qoymaq təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd kibrit qutusunda açıq yaşıl rəngli, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan həmin gödəkçənin iç sol cibindən 01 (bir) ədəd açar, 01(bir) ədəd içərisində ***-***-**-** sim kart nömrəsi olan «Redmi» markalı mobil telefon, 01 (bir) ədəd özünə məxsus şəxsiyyət vəsiqəsi, 03 (üç) ədəd **********655823, **********234638, 41697388 5165 9122 nömrəli plastik bank kartları və 1.139 (bir min yüz otuz doqquz) manat pul aşkar olunaraq götürülmüş, sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş qurudulmuş marixuanaya bənzər ət kütləsi elektron tərəzidə çəkilmiş və çəkisinin 6 (altı) qram olması müəyyən edilmiş, aşkar olunmuş həmin kütlə və pul içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, AR DİN-in 7 saylı möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmış, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün 01 (bir) ədəd «Redmi» markalı mobil telefon, 01 (bir) ədəd şəxsiyyət vəsiqəsi, 03 (üç) ədəd **********655823, **********234638, 41697388 5165 9122 nömrəli plastik bank kartları təhqiqatçı tərəfindən götürülmış, lakin 01 (bir) ədəd açar Təqsirləndirilən şəxs qaytarılmış, təhqiqatçı tərəfindən verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olmasını, həmin kütləni tanımadığı şəxsdən Bakı şəhəri, Xətai rayonu ərazisində 3 (üç) gün əvvəl 1.500 manat pul verərək istifadə etmək məqsədi ilə əldə etməsini, heç kimə narkotik vasitə satmadığını, lakin dost-tanışına bağışladığını bildirmiş, daha sonra təhqiqatçı tərəfindən bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuşdur. Bundan sonra sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan qurudulmuş marixuanadan başqa yaşadığı ünvan 8 ünvanında da narkotik maddə saxladığını və həmin mənzilə baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş, sonra əməliyyat qurupu və müdafiəçi ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 8 ünvana getmiş, orada Təqsirləndirilən şəxs qardaşı Şahid3 da mənzilə baxış keçirilməsində iştirak etmiş, təhqiqatçı tərəfindən ona mənzildə axtarışın səbəbləri izah edilmiş, təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs mənzilin hansı hissəsində narkotik vasitə və ya qanunsuz əşya saxlaması soruşulmuş və könüllü olaraq təqdim etməsi bildirilmiş, bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs yataq otağında saxladığı 01 (bir) ədəd yaşıl rəngli torbanı təqdim etmiş, həmin torbanın İçərisindən 02 (iki) ədəd sellofanda və 14 (ön dörd) ədəd bükümdə açıq yaşıl rəngli, spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər ot kütləsini və 02(iki) ədəd elektron tərəzini çıxarıb təqdim etmiş, sonra həmin kütlələr elektron tərəzidə çəkilmiş və çəkisinin 255 (iki yüz əlli beş) qram olması müəyyən edilmiş, daha sonra həmin kütlələr və elektron tərəzilər təhqiqatçı tərəfindən qablaşdırılmış, AR DİN 7 saylı möhürü ilə möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs yaşadığı mənzilin digər hissələrinə baxış keçirilmiş və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar aşkar edilməmişdir. Təhqiqatçı tərəfindən verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar olunaraq götürülmüş qurudulmuş ot kütləsinin narkotik vasitə olan qurudulmuş olmasını, həmin ot kütləsinin özünə məxsus olmasını və tanımadığı şəxsdən Bakı şəhəri, Xətai rayonu ərazisində 3 (üç) gün əvvəl istifadə etmək məqsədi ilə 1.500 (bir min beş yüz) manata almasını, heç kimə narkotik vasitə satmadığını, lakin dosttanışlarına bağışlamasını, bundan başqa heç bir yerdə narkotik maddə saxlamadığını, yaşadığı mənzildən aşkar olunan marixuanadan heç kimin xəbəri olmadığını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən bu barədə protokol tərtib edilmiş. iştirakçılar tərəfindən imzalarla təsdiq olunmuş, şəxsi axtarış və götürmə prosesini və mənzilə baxış keçirilməsini əks etdirən 01 ədəd CD disk isə protokola əlavə edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən və Xətai RPİ-nin 36-cı PŞ-nə aparılarkən ona hər hansı bir formada fiziki güc tətbiq edilməmişdir. Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu Şahid2 vermiş olfduğu ifadəsi ilə eyni məzmunlu ifadəsi elan edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işi başlanmaq və icraata götürmək barədə 07 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır (i.v. 01); 06 fevral 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 fevral 2024-cü il tarixində, saat 16:15-də tutulmuş, tutulmanın əvvəli azadlığının faktiki məhdudlaşdırıldığı həmin tarixdən, saat 15:30-dan hesablanmışdır.(i.v 33) şəxsi axtarış və götürmə aparılması haqqında 06 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Həsənov Şahid2, barəsində şəxsi axtarış və götürmə aparılan Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 22 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə şəxsi axtarış və götürülmə aparılmış, bu barədə müvafiq protokol tərtib olunmuşdur. Şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı “Sony” markalı videokameradan istifadə edilməklə video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edilmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim edilməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd kibrit qutusunda açıq yaşıl rəngli, narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni təqdim edərək masanın üzərində qoydu. Şəxsi axtarış zamanı sonuncunun əynində həmin gödəkçənin iç sol cibindən 1 ədəd açar, 1 ədəd içərisində ***-***-**-** sim kart nömrəsi olan “Redmi” markalı mobil telefonu, 1 ədəd özünə aid şəxsiyyət vəsiqəsi, 3 ədəd **********655823, **********234638, **********659122 nömrəli plastik bank kartları və 1139 manat pul aşkar olunaraq götürülmüşdür.Daha sonra şəxsi axtarış zamanı sonuncunun üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilmədi. Daha sonra Vaqif Muradocun təqdim etdiyi qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkildi. Qurudulmuş marixuanaya bənzər kütlənin çəkisi 6 qram oldu və həmin kütlə pul içərisi boş olan ağ rəngli kağız zərflərə qoyularaq qablaşdırıldı. “Redmi” markalı mobil telefonu, 1 ədəd özünə aid şəxsiyyət vəsiqəsi, 3 ədəd **********655823, **********234638, **********659122 nömrəli plastik bank kartları iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüş, 1 ədəd açar isə Təqsirləndirilən şəxs geri qaytarılmışdır. (i.v. 42-43); Təqsirləndirilən şəxs tərəfindən imzalanmış ərizədən görünür ki, o yaşadığı ünvan 9 ünvanına polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmir.(i.v 45) Təqsirləndirilən şəxs qardaşı Şahid3 Vaqif oğlu tərəfindən özünün əl yazısı ilə vermiş olduğu ərizəsindən görünür ki, Şahid3 Vaqif oğlu ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır və həmin mənzildə polis əməkdaşları tərəfindən bxaış keçirilməsinə heç bir etiraz yoxdur.(i.v 47) 06 fevral 2024-cü il tarixli mənzilə baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Həsənov Şahid2, barəsində şəxsi axtarış və götürmə aparılan Təqsirləndirilən şəxs, müdafiəçi Bakı şəhəri 22 saylı vəkil bürosunun vəkili X2 və Şahid3 iştirakları ilə ünvan 1 ünvanında baxış və götürülmə aparılmışdır. Baxış və götürmə aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək sözü gedən evdə olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağında saxladığı 1(bir) ədəd yaşıl rəngli torbanı təqdim etdi. Həmin rəngli torbanın içərisindən 2(iki) ədəd sellofanda və 14(ön dörd) ədəd bükümdə açıq yaşıl rəngli, spesifik iyli narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələri və 2 (iki) ədəd elektron tərəzini təqdim etdi. Sonra həmin kütlələr elektron tərəzidə çəkildi. Qurudulmuş marixuanaya bənzər kütlələrin çəkisi 255(iki yüz əlli beş) qram oldu. Daha sonra həmin kütlələr və elektron tərəzilər qablaşdırıldı, DİN-in 7 saylı möhürü ilə möhürləndi və üzəri şübhəli şəxs, iştirakçı müdafiəçi və tərəfimdən imzalandı. Sonra Təqsirləndirilən şəxs yaşadığı evin digər hissələrinə baxış keçirildi və narkotik vasitə, psixotrop maddə, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər aşkar edilmədi Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq aşkar olunmuş kütlənin özünə maxsus olduğunu, həmin kütləni tanımadığı şəxsdən Bakı şəhəri, Xətai rayonu ərazisində 3(uç) gun avval istifadə etmək məqsədi ilə əldə etdiyini, bunun müqabilində sonuncuya 1500(min beş yüz) manat pul verdiyini, heç kimə narkotik vasitə satmadığını, lakin dost tanışa bağışladığını qeyd etmişdir. Başqa heç bir yerdə narkotik maddə saxlamadığını, verilən sualları tam başa düşdüyünü, ona qarşı polis əməkdaşları tərəfindən fiziki və psixi zor tətbiq edilmədiyini, yaşadığı mənzilə daha əvvəl baxış keçirilmədiyini və mənzildə aşkar olunan qanunla qadağan edilmiş vasitələrdən heç kimin xəbərinin olmamasını bildirmişdir.Şahid3 ona verilən suallara cavab olaraq, mənzildə aşkar olunmuş kütlələrdən xəbərsiz olduğunu qeyd etmişdir (i.v 49-50) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16-2-7/202 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş, Tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs üzərindən..." yazısı və imzalar olan kağız paketdəki 01(bir) ədəd kibrit qutusunda təmiz çəkisi-5,17qram və ağ kağız üzərində "Təqsirləndirilən şəxs yaşadığı ünvandan..." yazısı və imzalar olan yaşıl rəngli sellofan bağlamdakı 02(iki) ədəd sellofan torbada ayrı-ayrılıqda təmiz çəkiləri: 85,0qram; 110qram, 12(on iki) ədəd qəhvəyi rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 2,47qram; 3,01qram; 3,59qram; 1,15qram; 3,0qram; 2,13qram; 0,90qram; 1,03qram; 0,17qram; 1,23qram; 0,23qram; 0,53qram, 02(iki) ədəd gümüşü rəngli kağız bükümlərdə və 01(bir) ədəd sellofan bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,35qram; 0,23qram; 0,82qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuanaların ümumi çəkisi-221,01qramdır. Təqdim edilmiş marixuanalar tərkiblərinə görə eynidirlər. -Tədqiqata təqdim edilmiş həmin yaşıl rəngli sellofan bağlamadakı 02(iki) ədəd elektron tərəzinin üzərində cuzi miqdarda çətənə (kannabis) bitkisindən kustar üssulla hazırlanmış narkotik vasitə marixuananın hissəcikləri vardır. Həmin marixuana cuzi miqdarda olduğu üçün onun cəkisini müəyyən etmək və müqayisəli tədqiqat mümkün olmadı..( i.v.58-60);(ekspertiza xərci 78 manat) 08 fevral 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş “Redmi” markalı mobil teıefona aparatının daxili yaddaşına baxış keçirilmiş və istintaq üçün əhəmiyyətli olan heç bir zəng, şəkil və SMS məlumatları aşkar edilməmişdir.(i.v 70-70a) 08 fevral 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur.(i.v 71-72) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-100/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 06 fevral 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Həmin qərardan görünür ki, təqsirləndirilən şəxs məhkəmə iclas zalında bildirmişdir ki, mütəmadi olaraq narkotik satışı ilə məşğul olmur. Onkolji xəstələrə onların daha uzun yaşaması üçün narkotik vasitə satır. Himayəsində yaşlı xəstə anası var, Barəsində həbs qətimkan tədbirinin seçilməməsini xahiş etmişdir.(i.v 97-102) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1, 234.1 və 237.1, 29.3 317-2.1-ci maddələri nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək həmin məcəllənin 66.2-ci maddəsinə əsasən 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixində cəzasının sonu ilə azad olunmuşdur. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdna məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 03 ay 14 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad olunmuşdur.(i.v.127-130); Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-64/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının əvvəlinin 14 sentyabr 2022-ci il tarixdən hesablanması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsindən çəkməsi hökm olunmuşdur.(i.v 131-137) 26 aprel 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, “Azerfon MMC”-dən daxil olmuş 25 aprel 2024-cü il tarixli AZF/LGL-721/24 saylı məktuba əlavə edilmiş 01 ədəd CD diskə baxış keçirilmiş və iş üçün əhəmiyyət kəsb edən hər hansısa bir zəng və sms məlumat aşkar edilmədi.(i.v 161-173) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsin Ambulator X1 haqqında xx.xx.2024-cü il tarixli, 1525 saylı rəyinə əsasən, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabioidlərin və OPİOİDLƏRİN birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.174-175); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 xx.xx.2024-cü il tarixli, 989 saylı rəyindən görünür ki, Yekun hissəsi. Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş suallan aşağıdakı kimi cavablandırır. 1-ci sual: Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müşahidə olunurmu? Əgər müşahidə olunursa, o ictimai təhlükəli əməli törətdiyi zaman xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmişdirmi və ya onu idarə edə bilmişdirmi? 2-ci sual: Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu müşahidə olunurmu? 1-ci və 2-ci suallara cavab: Təqsirləndirilən şəxs Üzvi şəxsiyyət pozuntusu, anamnezində narkotik maddələrin qəbulu ilə müəyyən edilir. Təqsirləndirilən şəxs hazırda ifadəli şəxsiyyət dəyişikləri, ağıl zəifliyi və psixi fəaliyyətin müvəqqəti hesab edilən düşüncə pozuntusu əlamətləri müəyyən olunmadığı üçün o, ittiham olunan əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əmələ görə anlaqlı hesab olunmalıdır. 3-cü sual: Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21 və ya 22-ci maddələrinin təsiri altına düşürmü? Cavab: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır, prosessual fəaliyyət qabiliyyətlidir. (i.v 176-179) Sübutların qiymətləndirilməsi haqqında haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, cinayət işi üzrə toplanmış sübutların məcmusu əsasında, Təqsirləndirilən şəxs 08 fevral 2024-cü il tarixdə tərəfimdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən öz qüvvəsində saxlanılsın və həmin tarixdə onun barəsində Xətai rayon məhkəməsinn hakimi Sülhanə Hacıyeva tərəfindən seçilmiş həbs qətimkan tədbiri nəzərə alınması, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, cinayət işi üzrə maddi sübut əhəmiyyəti kəsb edən 221,01 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 02 ədəd elektron tərəzi maddi sübut kimi tanınması, qalıq qalmış 220,11 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana və 02 ədəd elektron tərəzi saxlanılması üçün Xətai RPİ-nin saxlancına verilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərinə səxsi axtarış və götürmə aparılması prosesinin video görüntüsünün əks olunduğu 01 ədəd CD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, cinayət işi üzrə Təqsirləndirilən şəxs yaşadığı mənzilə baxış keçirilməsi prosesinin video görüntüsünün əks olunduğu 01 ədəd CD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, cinayət işi üzrə Təqsirləndirilən şəxs narkotik vasitə olan qurudulmuş marixuananı satmış şəxs barədə material ayrılması və aidiyyəti üzrə araşdırılması üçün Xətai RPİ-nin 36-ci PŞ-nə göndərilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, cinayət işi üzrə "xxxx" MMC-dən daxil olmuş, 25 aprel 2024-cü il tarixli, AZF/LGL-721/24 saylı məktuba əlavə edilmiş 01 ədəd CD diskə sübut əhəmiyyəti daşımadığından sübut növü kimi qiymətləndirilməməsi və cinayət işinin materiallarına əlavə edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi baxış keçirilən zaman aşkar olunaraq götürülmüş «Redmi» markalı mobil telefon aparatı sübut əhəmiyyəti kəsb etmədiyindən Xətai RPİ-nin saxlancına verilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi baxış keçirilən zaman aşkar olunaraq götrülmüş 03(üç) ədəd **********655823, **********234638, 41697388 5165 9122 nömrəli plastik bank kartlarında olan məlumatların götürülməsi barədə Xətai rayon məhkəməsinin qərarı Kapital» bank və "xxxx" ASC-yə təqdim edilsə də istintaqın hazırki mərhələsinədək bank məlumatlarını əldə etməmk mümkün olmadığı nəzərə alınması, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi baxış keçirilən zaman aşkar olunaraq götrülmüş 1.139 (bir min yüz otuz doqquz) manat nağd pul vəsaiti sübut əhəmiyyəti kəsb etmədiyindən Təqsirləndirilən şəxs saxlancına verilməsi nəzərə alınması, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, cinayət işi üzrə toplanmış sübutların məcmusu əsasında Şahid3 əməlində Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin əlamətləri olmadığından onun barəsində cinayət təqibinin başlanması rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkumluğunun ödənilmədiyi və onun cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən,ağırlaşdıran hal kimi cinayətlərin residivi olması nəzərə alınması, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, cəzasının yüngülləşdirən halların müəyyən edilmədiyi nəzərə alınması, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, cinayət işi üzrə təyin edilərək əldə edilmiş məhkəmə-kimyəvi ekspertizasının 07 fevral 2024-cü il tarixli, 3-16-16-2- 7/202 saylı rəyinə əsasən narkotik vasitə olan qurudulmuş marixuananın ümumi təmiz çəkisi 221,01 qram hesab edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, cinayət işi üzrə təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, şübhəli şəxsin üzərinə şəxsi axtarış və götürmə aparılması, eləcə də yaşadığı mənzilə baxış keçirilməsi və götürmə aparılması, həmin prosesləri əks etdirən videodiskə baxış keçirilməsi haqqında protokollar, məhkəməkimyəvi, ambulator məcburi-narkoloji və ambulator məhkəmə-psixiatrik ekspertizalarının rəyləri işin faktiki hallarına uyğun gəldikləri və iş materialları ilə tamamlandığı üçün sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır. (i.v.187-200); “Çinar” Azərbaycan İstehsal Birliyi qəzetinin 08 aprel 1992-ci il tarixli buraxılışında dərc edilmiş məqalədən və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs X3 iştirakçısı olmuşdur. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, məhkəmə-ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, Təqsirləndirilən şəxs narkotik satmaması barədə məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır və özünün barəsində həbs qətimkan tədbirnin seçilməsi barədə məhkəmə iclas zalında səmimi olaraq vermiş olduğu ifadəsi, şahid ifadələri, onun yaşadığı mənzildən bükümlərdə aşkar edilmiş narkotik vasitələr və 2 ədəd tərəzi onun narkotik vasitə satmasını təsdiq edən mötəbər sübutlardır və təqsirləndirilən şəxsin narkotik satışı ilə məşğul olmaması ilə bağlı vermiş olduğu ifadəsini təkzib edir. Məhkəmə Şahid3 polis əməkdaşlarının evə baxış keçirilərkən icazə olmadan girib baxış keçirməsi ilə bağlı məhkəmə iclas zalında vermiş olduğu ifadəsinə tənqidi yanaşır və hesab edir ki, şahidin həmin ifadəsi qardaşı Təqsirləndirilən şəxs məsuliyyətdən kənar qoymağa xidmət edir. Belə ki, iş materiallarına əlavə edilmiş Şahid3 öz əl yazısı ilə yazılmış ərizəsi və şahidin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi onun məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsini təkzib edir. Həmçinin mənzilə baxış keçirilərkən Şahid3 iştirak etməsi, heç bir şikayət və ya vəsatət bildirməməsi müəyyən edilmişdir. Şahid3 Təqsirləndirilən şəxs qardaşı olduğundan onun barəsində bilə-bilə yalan ifadə verməyə görə cinayət tərkibinin olub-olmaması ilə bağlı aidiyyatı üzrə məlumat verilməsi məqsədə müvafiq hesab edilmir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarın 9-cu bəndindən görünür ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspertiza rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin onlara elan edilmiş müvafiq maddə ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Belə ki, təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə iclas zalında narkotik vasitəni satmasını bildirməsi, həm evində baxış keçirilərkən narkotik vasitələrin bükümlərdə olması, həmçinin 02 ədəd tərəzinin aşkar edilməsi onun narkotik vasitəni satmasını təsdiq edir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda təhlükəli residiv hesab edilir. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 67.1. Hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir; 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma — üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs İ Qarabağ Müharibəsində iştirak etməsi onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə az ağır cinayət törətməyə görə məhkum olunmuş və həmin hökm üzrə təyin edilmiş cəzadan xx.xx.2022-ci il tarixində azad edilmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından xx.xx.2023-cü il tarixində şərti olaraq azad çəkilməmiş hissəsindən azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hər iki hökm üzrə yaranmış məhkumluq müddəti ödənilmədən və ya götürülmədən, yenidən az ağır cinayət törətdiyindən, o, əvvələr iki dəfə az ağır cinayət törətməyə görə məhkum edilmiş şəxs hesab edilməlidir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal cinayətin təhlükəli residivinin olmasıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal, ağırlaşdıran halların olması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01(bir) il 06(altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 03(üç) ay 14(on dörd) gün hissəsindən şərti olaraq azad olunması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən ləğv olunmalı, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 03 ay 14 gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki höküm ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına birləşdirilməli və qəti olaraq azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə olan marixuana və 2 ədəd tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 2 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Sübutların qiymətləndirilməsi haqqında haqqında xx.xx.2024-cü il tarixli qərar ilə "xxxx" MMC-dən daxil olmuş, 25 aprel 2024-cü il tarixli, AZF/LGL-721/24 saylı məktuba əlavə edilmiş 01 ədəd CD diskə sübut əhəmiyyəti daşımadığından sübut növü kimi qiymətləndirilməmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, "xxxx" MMC-dən daxil olmuş, 25 aprel 2024-cü il tarixli, AZF/LGL- 721/24 saylı məktuba əlavə edilmiş 01 ədəd CD diskə sübut əhəmiyyəti daşımasa da, cinayət işi materiallarında saxlanılmalıdır. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 40 (qırx) saat üçün nəzərdə tutulan 240 (iki yüz qırx) manat pul ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 04 (dörd) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01(bir) il 06(altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 03(üç) ay 14(on dörd) gün hissəsindən şərti olaraq azad olunması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən ləğv olunsun. Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01(bir) il 06(altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 03(üç) ay 14(on dörd) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökm ilə təyin edilmiş 04 (dörd) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilsin və onun üzərində qəti olaraq 04 (dörd) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 06 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 220,11 qram çəkidə qurudulmuş marixuana və 02 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 78 (yetmiş şəkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 02 ədəd disk iş materiallarında saxlanılsın. "xxxx" MMC-dən daxil olmuş, 25 aprel 2024-cü il tarixli, AZF/LGL-721/24 saylı məktuba əlavə edilmiş 01 ədəd CD disk sübut əhəmiyyəti daşımasa da, cinayət işi materiallarında saxlanılsın. Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 40 (qırx) saat üçün nəzərdə tutulan 240 (iki yüz qırx) manat pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-313/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-313/2024
09.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver