Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-314/2020 19.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 nümayəndəsi və vəkili X6, tərcüməçi – X2, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1 və müdafiəçisi –Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs2 və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxxxx 1972-ci il tarixdə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında kirayənişin yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası ƏN-nin Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə və xx xxxxxx 1975-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsili, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Xətai rayonu Zeytun küçəsi 152 saylı evdə qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası ƏN-nin Penitensiar Xidmətin Bakı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin xeyli miqdarda əmlakını gizli yolla talayıb təkrar oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını talamaq məqsədi ilə xx xxx 2020-ci il tarixdə gecə saat 04 radələrində ünvan 3 saylı ünvanda yerləşən Zərərçəkmiş şəxs3 məxsus yaşayış evinin küçə darvazasının kilidini sındırmaqla və evin pəncərəsini açmaq yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olub oradan 01 ədəd 900 manat dəyərində “Samsung” markalı televizoru, 01 ədəd 20 manat dəyərində qadın eynəyi, 01 ədəd 1200 manat dəyərində olan videokameranı, 01 ədəd 250 manat dəyərində taxta materialdan qabı olan təsbehi, 01 ədəd 30 manat dəyərində qol saatını, 70 manat dəyərində qabqacaq dəstini, 01 ədəd 1800 manat dəyərində komplekt qaz sobasını, bir ədədinin qiyməti 70 manat dəyərində olan 02 ədəd laqondanı, 02 ədəd birinin dəyəri 45 manat olan drelləri, 01 ədəd 25 manat dəyərində olan ətçəkən maşını, 01 ədəd 20 manat dəyərində olan dairəvi metrəni gizli talayıb, zərərçəkmiş şəxs X4 cəmi 4545 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talamaq məqsədi ilə xx xxxx 2020-ci il tarixdə saat təxminən 06 radələrində ünvan 4 saylı ünvanda yerləşən Zərərçəkmiş şəxs2 yaşadığı həyət evinə pəncərənin dəmir barmaqlığının aralamaqla, qanunsuz olaraq mənzilə daxil olub, mənzilin yataq otağındakı paltar şkafından paltarların arasından pul kisəsindəki 400 manat və həmin paltar şkafında bankada yığılmış 0,50 qəpiklərdən ibarət cəmi 35 manat təşkil edən nəğd pul vəsaitlərini gizli talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs2 cəmi 435 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o təkrarən tamah niyyəti ilə özgənin əmlakını talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan Əli adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birinci dəfə 2020-ci ilin iyun ayının əvvəlində, ikinci dəfə xx xxxx 2020-ci il tarixdə və sonuncu dəfə xx xxxx 2020-ci il tarixdə gecə saatlarında Bakı şəhəri Xətai rayonu Zeytun küçəsi 154 A ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus yaşayış evinin arxa tərəfində olan pəncərəsinə vurulmuş dəmir barmaqlıqların nəfəsliyinə bağlanmış asılı qıfılı dəmir parçasından istifadə etməklə yerindən qopartmaqla sındıraraq yaşayış sahəsinə qanunsuz daxil olub oradan vahid niyyətlə əhatə olunan qəsdlə hissə-hisə olmaqla 01 ədəd 2500 manat dəyərində “Mitsubisi” markalı 80kv/m Kondisioner, 01 ədəd 1200 manat dəyərində “LC- 107” ekran televizor, evin salonundan 1100 manat dəyərində stol, stul dəsti, 02 ədəd, bir ədədinin qiyməti 25 manat olmaqla 50 manat dəyərində çanaq anten aparatı, 01 ədəd 100 manat, bir ədədi 350 manat dəyərində olan lüstralar, 02 ədəd biri 50 manat olmaqla, cəmi 100 manat dəyərində olan divar saatları, 06 ədəd biri 20 manat olmaqla, cəmi 120 manat dəyərində olan divan üstündə olan kiçik yastıqlar, bir dəst 500 manat dəyərində olan, Çexoslavakiya istehsalı nahar dəsti, 150 manat dəyərində kofe dəsti, 200 manat dəyərində çay dəsti, 02 ədəd biri 100 manat olmaqla, 200 manat dəyərində “Baqema” kompot qabı, 01 ədəd 250 manat dəyərində “Samsung” markalı nömrəsiz telefon, 01 ədəd 50 manat dəyərində “Nokia” markalı telefon, 01 ədəd 100 manat dəyərində “Samsung” markalı nömrəsiz mobil telefon, 01 ədəd 50 manat dəyərində markasını bilmədiyi mobil telefon, 10 ədəd cəmi 1000 manat dəyərində təzə masa örtüyü (süfrə), 01 ədəd 180 manat dəyərində ev telefonu, 01 ədəd 50 manat dəyərində modem, 01 ədəd 150 manat dəyərində markasını bilmədiyi kiçik ekran televizor, 01 ədəd 100 manat dəyərində markasını bilmədiyi “AUDİO VİDEO” aparatı, 01 ədəd 150 manat dəyərində “DVD diski”, 01 ədəd 200 manat dəyərində televizor altı, 02 ədəd biri 150 manat olmaqla cəmi 300 manat dəyərində tumbalar, 87 ədəd qiymətini bilmədiyi vauçer çekləri, üzərində və içərisində cəmi 400 manat dəyərində müxtəlif əşyalar, aksesuarlar və parfumeriya olan 01 ədəd 500 manat dəyərində termo, 1000 manat dəyərində müxtəlif kişi üst geyimləri, 1500 manat dəyərində müxtəlif qadın üst paltarları, 500 manat dəyərində müxtəlif dəsmallar, 10 ədəd 1000 manat dəyərində olan yataq dəstləri, 01 ədəd 500 manat dəyərində xalça, cəmi 700 manat dəyərində 03 çomadan qadın və kişi üst geyimləri, bir dəst 100 manat dəyərində yazı masası, 01 ədəd 150 manat dəyərində tikiş maşını, 01 ədəd 100 manat dəyərində elektrik enerjisi ilə işləyən istilik radiatoru, 01 ədəd 400 manat dəyərində yataq çarpayısı, 01 ədəd cəmi 150 manat içərisində dırnaq aksesuarları olan qara rəngli tumba, 01 ədəd 120 manat dəyərində fen, iki qutu 300 manat dəyərində dırnaq aksesuarları, 01 ədəd 150 manat dəyərində markasını xatırlmadığı tozsoran, 500 manat dəyərində qadın üçün müxtəlif üst geyim paltarları, 300 manat dəyərində qadın üçün müxtəlif şalvar, koftalar, 02 ədəd cəmi 100 manat dəyərində çarpayı örtüyü, 150 manat dəyərində kranla birlikdə smestitel, 01 ədəd 200 manat dəyərində “Mikrovalnovka”, bir dəst 50 manat dəyərində çaydan və çaynik, 01 ədəd 50 manat dəyərində elektrik çayniki, 01 ədəd 150 manat dəyərində elektrik ətçəkən maşın, 01 ədəd 80 manat dəyərində mikser, 01 ədəd 50 manat dəyərində blender, 02 ədəd biri 50 manat olmaqla cəmi 100 manat dəyərində kül qabılar, 01 ədəd 40 manat dəyərində muncuqlu gül aksessuarı, 01 ədəd 150 manat dəyərində stolüstü qaz sobası, 01 ədəd 300 manat dəyərində mətbəx masası və oturacaqla birlikdə, ümumi dəyəri 1500 manat olan müxtəlif qab-qacaq dəstləri, 500 manat dəyərində müxtəlif stəkan dəstləri, 1500 manat dəyərində qaşıq və çəngəl dəstləri, 01 ədəd 150 manat dəyərində şirəçəkən apparat, 800 manat dəyərində “Paşa bahçe” firmasına məxsus xrustal qablar, 02 ədəd biri 50 manat dəyərində cəmi 100 manat olan istifadədə olmuş ütülər, 08 ədəd biri 500 manat dəyərində olan xalçalar, təxminən 3000 manat dəyərində müxtəlif (palto, gödəkçə, don, yupka, köynək və s.) qadın geyim əşyaları, 2000 manat dəyərində müxtəlif növ kişi geyim əşyaları, 1000 manat dəyərində qadın üçün müxtəlif növ ayaqqabı və çəkmələr, 500 manat dəyərində kişi üçün müxtəlif ayaqqabı və çəkmələr, 1000 manat dəyərində on dəst cehizlik yataq dəstləri, 500 manat dəyərində istifadədə olmuş yataq dəstləri, 01 ədəd 80 manat dəyərində hamam otağında cakkuzi vannasının motoru, 01 ədəd 300 manat dəyərində yataq, 01 ədəd 150 manat dəyərində odun somavarı, 01 ədəd 50 manat dəyərində gecə işiğı, 01 ədəd 300 manat dəyərində “zinger” markalı istifadə edilməmiş tikiş maşını, 01 ədəd 200 manat dəyərində kombi üçün kiçik ölçülü transformator, 01 ədəd 55 manat hamama məxsus su gidroforu, 02 ədəd biri 400 manat dəyərində yorğanlar istifadə edilməmiş, 01 ədəd 300 manat dəyərində ətçəkən maşın istifadə edilməmiş, 01 ədəd 280 manat dəyərində şirəçəkən maşın istifadə edilməmiş, iki dəst biri 150 manat dəyərində elektrik çaydanlar istifadə edilməmiş, 04 ədəd biri 100 manat dəyərində vazalar istifadə edilməmiş, 04 ədəd biri 50 manat dəyərində padnos istifadə edilməmiş, ümümi dəyəri 120 manat olan 12 ədədlik çay dəsmalı dəsti istifadə edilməmiş, ümumi dəyəri 600 manat təşkil edən 08 ədəd müxtəlif ölçülü sürələr istifadə edilməmiş, ümumi dəyəri 350 manat olan 02 ədəd yataq üzlüyü istifadə edilməmiş, bir dəst 300 manat dəyərində gümüşü qazan dəsti istifadə edilməmiş, bir dəst 280 manat dəyərində mor rəngli qazan dəsti istifadə edilməmiş, ümumi dəyəri 250 manat olan 04 ədəd qrafinlər istifadə edilməmiş, bir dəst 1500 manat dəyərində “Luminak” firmasına məxsus yemək dəsti istifadə edilməmiş, iki dəst 250 manat dəyərində bıçaq dəstləri istifadə edilməmiş, 01 ədəd 150 manat və 01 ədədi 100 manat dəyərində olan 02 ədəd ütülər istifadə edilməmiş, 01 ədəd 200 manat dəyərində mikser-blender istifadə edilməmiş, 01 ədəd 80 manat dəyərində saç üçün ütü feni istifadə edilməmiş, 01 ədəd 150 manat dəyərində saç feni istifadə edilməmiş, bir dəst 2000 manat dəyərində “Madonna” servis istifadə edilməmiş, 01 ədəd 300 manat dəyərində fotokamera, 01 ədəd 100 manat dəyərində “Palaroid” markalı fotoaparat, 01 ədəd 350 manat dəyərində “Boshc” firmasına məxsus drel dəsti, cütü 5 manat dəyərində dörd cüt çəkələk, 02 ədəd biri 30 manat dəyərində kiçik ölçülü divar saatları, 01 ədəd 80 manat dəyərində divar saatı, ümumilikdə 150 manat dəyərində 4 ədəd istifadə edilmiş qadın çantaları gizli talayıb, zərərçəkmiş şəxsə ümumilikdə xeyli miqdarda 46345 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan Əli adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birinci dəfə 2020-ci ilin iyun ayının əvvəlində, ikinci dəfə xx xxxx 2020-ci il tarixdə və sonuncu dəfə xx xxxx 2020-ci il tarixdə gecə saatlarında Bakı şəhəri Xətai rayonu Zeytun küçəsi 154 A ünvanında yerləşən Zərərçəkmiş şəxs1 məxsus yaşayış evinin arxa tərəfində olan pəncərəsinə vurulmuş dəmir barmaqlıqların nəfəsliyinə bağlanmış asılı qıfılı dəmir parçasından istifadə etməklə yerindən qopartmaqla sındıraraq yaşayış sahəsinə qanunsuz daxil olub oradan vahid niyyətlə əhatə olunan qəsdlə hissəhisə olmaqla 01 ədəd 2500 manat dəyərində “Mitsubisi” markalı 80kv/m Kondisioner, 01 ədəd 1200 manat dəyərində “LC- 107” ekran televizor, evin salonundan 1100 manat dəyərində stol, stul dəsti, 02 ədəd, bir ədədinin qiyməti 25 manat olmaqla 50 manat dəyərində çanaq anten aparatı, 01 ədəd 100 manat, 01 ədəd 350 manat dəyərində olan lüstralar, 02 ədəd biri 50 manat olmaqla, cəmi 100 manat dəyərində olan divar saatları, 06 ədəd biri 20 manat olmaqla, cəmi 120 manat dəyərində olan divan üstündə olan kiçik yastıqlar, bir dəst 500 manat dəyərində olan, Çexoslavakiya istehsalı nahar dəsti, 150 manat dəyərində kofe dəsti, 200 manat dəyərində çay dəsti, 02 ədəd biri 100 manat olmaqla, 200 manat dəyərində “Baqema” kompot qabı, 01 ədəd 250 manat dəyərində “Samsung” markalı nömrəsiz telefon, 01 ədəd 50 manat dəyərində “Nokia” markalı telefon, 01 ədəd 100 manat dəyərində “Samsung” markalı nömrəsiz mobil telefon, 01 ədəd 50 manat dəyərində markasını bilmədiyi mobil telefon, 10 ədəd cəmi 1000 manat dəyərində təzə masa örtüyü (süfrə), 01 ədəd 180 manat dəyərində ev telefonu, 01 ədəd 50 manat dəyərində modem, 01 ədəd 150 manat dəyərində markasını bilmədiyi kiçik ekran televizor, 01 ədəd 100 manat dəyərində markasını bilmədiyi “AUDİO VİDEO” aparatı, 01 ədəd 150 manat dəyərində “DVD diski”, 01 ədəd 200 manat dəyərində televizor altı, 02 ədəd biri 150 manat olmaqla cəmi 300 manat dəyərində tumbalar, 87 ədəd qiymətini bilmədiyi vauçer çekləri, üzərində və içərisində cəmi 400 manat dəyərində müxtəlif əşyalar, aksesuarlar və parfumeriya olan 01 ədəd 500 manat dəyərində termo, 1000 manat dəyərində müxtəlif kişi üst geyimləri, 1500 manat dəyərində müxtəlif qadın üst paltarları, 500 manat dəyərində müxtəlif dəsmallar, 10 ədəd 1000 manat dəyərində olan yataq dəstləri, 01 ədəd 500 manat dəyərində xalça, cəmi 700 manat dəyərində 03 çomadan qadın və kişi üst geyimləri, bir dəst 100 manat dəyərində yazı masası, 01 ədəd 150 manat dəyərində tikiş maşını, 01 ədəd 100 manat dəyərində elektrik enerjisi ilə işləyən istilik radiatoru, 01 ədəd 400 manat dəyərində yataq çarpayısı, 01 ədəd cəmi 150 manat içərisində dırnaq aksesuarları olan qara rəngli tumba, 01 ədəd 120 manat dəyərində fen, iki qutu 300 manat dəyərnidə dırnaq aksesuarları, 01 ədəd 150 manat dəyərində markasını xatırlmadığı tozsoran, 500 manat dəyərində qadın üçün müxtəlif üst geyim paltarları, 300 manat dəyərində qadın üçün müxtəlif şalvar, koftalar, 02 ədəd cəmi 100 manat dəyərində çarpayı örtüyü, 150 manat dəyərində kranla birlikdə smestitel, 01 ədəd 200 manat dəyərində “Mikrovalnovka”, 01 dəst 50 manat dəyərində çaydan və çaynik, 01 ədəd 50 manat dəyərində elektrik çayniki, 01 ədəd 150 manat dəyərində elektrik ətçəkən maşın, 01 ədəd 80 manat dəyərində mikser, 01 ədəd 50 manat dəyərində blender, 02 ədəd biri 50 manat olmaqla cəmi 100 manat dəyərində kül qabılar, 01 ədəd 40 manat dəyərində muncuqlu gül aksessuarı, 01 ədəd 150 manat dəyərində stolüstü qaz sobası, 01 ədəd 300 manat dəyərində mətbəx masası və oturacaqla birlikdə, ümumi dəyəri 1500 manat olan müxtəlif qab-qacaq dəstləri, 500 manat dəyərində müxtəlif stəkan dəstləri, 1500 manat dəyərində qaşıq və çəngəl dəstləri, 01 ədəd 150 manat dəyərində şirəçəkən aparat, 800 manat dəyərində “Paşa bahçe” firmasına məxsus xrustal qablar, 02 ədəd biri 50 manat dəyərində cəmi 100 manat olan istifadədə olmuş ütülər, 08 ədəd biri 500 manat dəyərində olan xalçalar, təxminən 3000 manat dəyərində müxtəlif (palto, gödəkçə, don, yupka, köynək və s.) qadın geyim əşyaları, 2000 manat dəyərində müxtəlif növ kişi geyim əşyaları, 1000 manat dəyərində qadın üçün müxtəlif növ ayaqqabı və çəkmələr, 500 manat dəyərində kişi üçün müxtəlif ayaqqabı və çəkmələr, 1000 manat dəyərində on dəst cehizlik yataq dəstləri, 500 manat dəyərində istifadədə olmuş yataq dəstləri, 01 ədəd 80 manat dəyərində hamam otağında cakkuzi vannasının motoru, 01 ədəd 300 manat dəyərində yataq, 01 ədəd 150 manat dəyərində odun somavarı, 01 ədəd 50 manat dəyərində gecə işiğı, 01 ədəd 300 manat dəyərində “zinger” markalı istifadə edilməmiş tikiş maşını, 01 ədəd 200 manat dəyərində kombi üçün kiçik ölçülü transformator, 01 ədəd 55 manat hamama məxsus su gidroforu, 02 ədəd biri 400 manat dəyərində yorğanlar istifadə edilməmiş, 01 ədəd 300 manat dəyərində ətçəkən maşın istifadə edilməmiş, 10 ədəd 280 manat dəyərində şirəçəkən maşın istifadə edilməmiş, iki dəst biri 150 manat dəyərində elektrik çaydanlar istifadə edilməmiş, 04 ədəd biri 100 manat dəyərində vazalar istifadə edilməmiş, 04 ədəd biri 50 manat dəyərində padnos istifadə edilməmiş, ümümi dəyəri 120 manat olan 12 ədədlik çay dəsmalı dəsti istifadə edilməmiş, ümumi dəyəri 600 manat təşkil edən 08 ədəd müxtəlif ölçülü sürələr istifadə edilməmiş, ümumi dəyəri 350 manat olan 02 ədəd yataq üzlüyü istifadə edilməmiş, bir dəst 300 manat dəyərində gümüşü qazan dəsti istifadə edilməmiş, bir dəst 280 manat dəyərində mor rəngli qazan dəsti istifadə edilməmiş, ümumi dəyəri 250 manat olan 04 ədəd qrafinlər istifadə edilməmiş, 01 dəst 1500 manat dəyərində “Luminak” firmasına məxsus yemək dəsti istifadə edilməmiş, 02 dəst 250 manat dəyərində bıçaq dəstləri istifadə edilməmiş, 01 ədəd 150 manat və 01 ədədi 100 manat dəyərində olan 02 ədəd ütülər istifadə edilməmiş, 01 ədəd 200 manat dəyərində mikser-blender istifadə edilməmiş, 1 ədəd 80 manat dəyərində saç üçün ütü feni istifadə edilməmiş, 01 ədəd 150 manat dəyərində saç feni istifadə edilməmiş, bir dəst 2000 manat dəyərində “Madonna” servis istifadə edilməmiş, 01 ədəd 300 manat dəyərində fotokamera, 01 ədəd 100 manat dəyərində “Palaroid” markalı fotoaparat, 01 ədəd 350 manat dəyərində “Boshc” firmasına məxsus drel dəsti, cütü 5 manat dəyərində dörd cüt çəkələk, 02 ədəd biri 30 manat dəyərində kiçik ölçülü divar saatları, 01 ədəd 80 manat dəyərində divar saatı, ümumilikdə 150 manat dəyərində 04 ədəd istifadə edilmiş qadın çantaları gizli talayıb, zərərçəkmiş şəxsə ümumilikdə xeyli miqdarda 46345 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamlar üzrə cinayət əməlini törətməkdə təqsirli olmaları, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxslərin izahatları, istintaqı zamanı vermiş olduqları ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-trosoloji və materialların məhkəmə ekspertizası, məhkəmə-iqtisad ekspertizasının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittihamda təqsirli bilərək göstərmişdir ki, 2020-ci ilin may ayında maddi vəziyyəti aşağı olduğundan oğurluq edərək pul əldə etmək qərarına gəlmişdir. xx xxx 2020-ci il tarixdə saat təxminən 04 radələrində Bakı şəhəri Xətai rayonu Naximov küçəsi ərazisində gəzərək hər hansı bir mənzildən oğurluq etmək üçün ev axtararkən, Naximov küçəsi döngə 2 ev 16B saylı ünvanda yerləşən mənzilin işıqlarının yanmadığını görüb evdə heç kəsin olmayacağını başa düşmüş və həmin evin həyətinə daxil olmaq üçün qapının qıfılını özündə olan dəmirlə sındıraraq darvazanı açıb həyətə girmişdir. Sonra həmin evin plastik pəncərəsinin qıfılını açaraq həmin pəncərədən mənzilə daxil olmuş, həmin mənzildə ikinci mərtəbədə yerləşən mətbəxdən 01 ədəd “SAMSUNG” markalı televizor, həmin mətbəxdəki şkafdan 01 ədəd qadın eynəyi, ikinci mərtəbədə foyedəki şkafdan videokamera, həmin şkafın daxilindan taxta materialdan qabı olan təsbeh və 01 ədəd qara rəngli və mavi rəngli əqrəbi olan qol saatı, bundan başqa evin zirzəmisindən qab-qacaq dəsti, qaz sobası, zirzəmidən həmçinin laqonda, direl, ətçəkən maşın, metrəni götürüb həyətə yığmışdır. Daha sonra isə səhər saatlarında həmin evin yaxınlığından tanımadığı yol taksisi ilə həmin əmlakları oradan 8-ci km bazarına apararaq, bir hissəsini tanımadığı şəxslərə satmışdır. Həmin mənzildən oğurladığı 01 ədəd qabda olan təsbeh, 01 ədəd saat, 01 ədəd qadın eynəyi və metrəni sata bilmədiyindən özü ilə Hövsan qəsəbəsində kirayədə yaşadığı evə gətirərək orada saxlamışdır. Tutulduqdan sonra evində saxladığı digər əşyalarla birlikdə həmin əşyalar da polis tərəfindən götürülmüşdür. Bundan başqa xx xxxx 2020-ci il tarixdə gecə səhər saatlarına yaxın Bakı şəhəri Naximov küçəsi ilə gəzərək, hər hansı bir mənzildən oğurluq etmək qərarına gəlmiş və həmin küçə ilə hərəkət edərək, yaşayış olmayacaq bir evə daxil olmaq üçün mənzil axtarmışdır. Saat təxminən 06 radələrində həmin küçədə 16H saylı ünvanın qarşısından keçərkən evin həyətinin giriş qapısının bağlı olduğunu görmüş və həmin evin həyətinə boylandıqda, evdə işıq olmadığını və sakit olduğunu görüb, evdə heç kimin olmayacağını düşünmüş və hasardan evin həyətinə tullanmışdır. Həmin vaxt evin həyət qapısının çöldən bağlı olduğunu müəyyən etmiş və evdə heç kəsin olmadığına əmin olmuş, kiminsə gələ biləcəyini düşünərək, gələn olsa içəri girə bilməsin deyə evin həyət qapısının arxa tərəfdən kilidini bağlamış və həyətdəki mənzilə daxil olmaq məqsədi ilə mənzilin pəncərəsinin dəmir barmaqlığını dəmir alətlə aralayıb mənzilə daxil olmuşdur. Mənzilə daxil olduqdan sonra otaqlarda hər hansı bir pul və qiymətli əşyalar axtarmış və mənzilin yataq otağındakı şkafda paltarların arasından 01 ədəd pul kisəsi tapmış və pul kisəsini açdıqda içərisindən 400 manat pulu götürmış, daha sonra isə həmin şkafdan balonun içərisində qəpiklərin olduğunu görüb, balonu açaraq içindəki qəpikləri götürüb, sellofana yığaraq mənzili tərk etmişdir. Sonradan həmin qəpikləri saydıqda təxminən 30-35 manat pul olmasını bilmiş və həmin mənzildən etdiyi oğurluq nəticəsində əldə etdiyi pulları isə öz ehtiyaclarına xərcləmişdir. Həmin oğurluğu törətməsini isə heç kəs bilməmiş, bu barədə Əli və ya Dmitriyə bildirməmiş və onların bundan xəbəri olmamışdır. Bundan başqa, o, növbəti dəfə maddi durumu aşağı olduğundan mənzillərdən oğurluq etmək üçün təxminən 4-5 ildir ki, tanıdığı Dmitriydən hansı mənzildən oğurluq edə biləcəkləri ilə bağlı soruşduqda, Dmitriy cavabında ona, qonşusunun evinə girib oğurluq edə biləcəklərini bildirmişdir. Həmçinin Dmitri həmin evdə heç kimin yaşamadığını və həmin mənzildən müxtəlif əşyaları hissə-hissə oğurlaya biləcəklərini qeyd etmişdir. Belə ki, Dmitrinin ona 600 manat pul borcu olmuş, həmin oğurluqda əldə olunan qazancdan onun borcunun bağlanacağına razılaşmışlar. Təxminən 2020-ci ilin iyun ayının əvvəllərində onlar Dmitrinin bildirdiyi həmin mənzildən oğurluq etməyə razılaşıb, gecə saatlarında o, Əli və Dmitri Bakı şəhəri Xətai rayonu Zeytun küçəsi 154 A ünvanındakı həyət evinin həyətinə Dmitrinin həyətinə gəlmiş, həmin vaxt o və Əli Dmitrinin həmin evin həyəti ilə qonşu olan hasarının üstündən qonşunun həyətinə keçmiş və həmin həyət evinin arxa tərəfində olan pəncərənin dəmir barmaqlıqların üzərində olan nəfəsliyə bağlanmış asılı qıfılı özündə olan dəmir parçasıyla sındırmış, o, Əli ilə birlikdə həmin pəncərədən mənzilə daxil olmuş, Dmitri isə evin arxa tərəfində həyətdə dayanıb onları gözləmiş və həmçinin gələn olsa onlara xəbər vermək üçün ətrafa baxmışdır. O, həmin vaxt evdə olan əşyalardan əllərinə nə keçsə götürüb daşıyaraq Dmitrinin də köməkliyi ilə Dmitriyə məxsus “VAZ 2108” minik markalı, ** EM *** dövlət nömrə nişanlı avtomobilə yığmışlar. Həmin vaxt evdə çoxlu sayda oğurlanası əşyalar olduğunu görüb, öz aralarında mənzildə olan əşyaları hissə-hissə 10- 15 gün ərzində oğurlayıb aparmağa razılaşmışlar. Bundan sonra, yenə də, həmin mənzildə heç kim yaşamadığını bildiklərindən, həmin mənzildən qalan əşyaları da oğurlamaq məqsədi ilə təxminən xx xxxx 2020-ci il tarixdə həmin mənzilə eyni olaraq Əli ilə birlikdə Dmitrinin həyətindən hasardan keçməklə daxil olmuş və mənzildən müxtəlif əşyaları yenə də götürüb Dmitrinin avtomobilinə onun köməkliyi ilə yığaraq, oradan kirayədə yaşadığı Hövsan qəsəbəsində yerləşən evinə aparmışlar ki, sonra həmin evə bir daha gələrək evdə olan başqa əşyaları da oğurlayıb, ümumilikdə qazanc əldə də bilsinlər. Çünki, Dmitri həmin ev sahibinin rayonda yaşadığını bildirdiyindən, onlar ümumilikdə həmin evdən çox əşya oğurlaya bilmək üçün növbəti dəfə həmin evdə qalan əşyaları da oğurlamaq məqsədi ilə Dmitri, o və Əli xx xxxx 2020-ci il tarixdə gecə saatlarında səhərə yaxın eyni olaraq Dmitrinin həyətindən həmin evin həyətinə keçərək, həmin mənzildən yenidən ev əşyalarını oğurlamaq məqsədi ilə həmin evin həyətinə gəlib mənzilə daxil olmuşlar. Onlar mənzildən müxtəlif əşyaları Dmitrinin köməkliyi ilə daşıyıb onun avtomobilinə yığmış və Dmitri də adətən kənarda durmaqla hər hansı bir şəxsin gələcəyi təqdirdə ona xəbər vermək üçün köməklik etmişdir. Gecə saat təxminən 05 radələrinə kimi onlar həmin evdə olan müxtəlif əşyaları daşıyaraq Dmitrinin avtomobilinə Dmitri ilə birlikdə yığmış, daha sonra isə mənzildə olduğu zaman səslərinə qonşulardan kimsə mənzildən oğurluq olmasından şübhə edərək, səsləndiyindən tutulmamaq üçün qaçmağa cəhd etmişlər. Əli və Dmitriy oradan qaçmış, o isə evin damına çıxıb qaçmaq istəmiş, lakin həmin vaxt o damdan yerə yıxılmış və ayağı əzilmişdir. Ayağından xəsarət aldığından qaça bilməmiş və onu görən qonşular bununla bağlı polisə məlumat vermiş, Dmitriy və Əli isə oradan qaça bilmişlər. Sonradan hadisə yerinə polis əməkdaşları gələrək onun həmin mənzildən oğurluq etdiyini bilib, onu oradan 35-ci polis bölməsinə aparmı, o, sağ ayağından xəsarət aldığına görə onu polis əməkdaşları Sabunçu 3 saylı şəhər klinik xəstəxanasına apararaq orada ona ilkin tibbi yardım göstərməklə, onun sağ ayağını sarımış və onlar yenidən Xətai RPİ-nin 35-ci polis bölməsinə gəlmişlər. Polis bölməsində onunla sorğu aparıldıqda o, həmin mənzildən Dmitriy və Əli ilə birlikdə həmin mənzildən oğurluq etdiklərini etiraf etmişdir. Həmçinin polis əməkdaşları sonradan Dmitrini də idarə etdiyi avtomobildəki oğurladıqları əşyalarla birlikdə saxlayaraq polis bölməsinə gətirmiş və həmin oğurluq əmlaklar avtomobildə qalmışdır. Bundan sonra, o da oğurladıqları əşyalardan yaşadığı evdə olduğundan, bu barədə polis əməkdaşlarına bildirmiş və onun iştirakı ilə kirayədə yaşadığı mənzildə olan əşyalarda polis əməkdaşları tərəfindən götürülmüşdür. O, Əli və Dmitriy həmin mənzildən 2020-ci ilin iyun ayının əvvəlindən başlayaraq, üç dəfə həmin mənzilə daxil olaraq oradan ev, geyim və müxtəlif məişət əşyalarını oğurlamışlar. Həmin əşyaların bir hissəsini 8-ci km bazarında tanımadıqları şəxslərə satmış, qalan əşyaların bir hissəsi onun kirayədə yaşadığı mənzildən aşkar edilmişdir. Törətdiyi əməldən səmimi peşmandır. Mülki iddianı tam etiraf edir və təmin edilməsinə etiraz etmir. Bunların nəzərə alınmasını və ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə elan edilmiş ittihamda təqsirli bilərək göstərmişdir ki, Bakı şəhəri Xətai rayonu Zeytun küçəsi 152 ünvanında ailəsi ilə birlikdə yaşayır, uşağı yoxdur. Özünə məxsus “VAZ 2101” minik markalı, **-EM-*** dövlət qeydiyyat nişanlı avtormobili vardır. Təxminən 4-5 ildir ki, Rövşən və Əli adlı şəxslərlə tanış olmuş və münasibətləri vardır. 2020-ci ilin iyun ayının əvvəllərində üçü birlikdə söhbət edərkən maddi durumlarının aşağı olduğundan və Rövşənə 600 manat pul borcu olduğundan və həmin borcu qaytara bilmədiyindən, birlikdə hər hansı bir oğurluq etmək qərarına gəlmiş, ilk əvvəl bunu Rövşən təklif etdiyindən, onun təklifini qəbul edib razılaşmışdır. Həmin vaxt onunla qonluşuqda yerləşən, lakin daim rayonda olduqları üçün mənzildə heç kəs olmayan qonşusu Nursənin evinə oğurluq üçün girə biləcəyi ağlına gəlmiş və bu barədə Rövşənlə Əliyə bildirmiş, onlar da bununla razılaşmış və iyun ayının əvvəllərində üçü birlikdə onun həyətinə getmişlər. Həmin evdə heç kim yaşamadığını, rayonda olduqlarını, hərdən bir gəlibgetdiklərini, sonuncu dəfə də 2020-ci ilin mart ayında evdə olduqlarını və sonra çıxıb rayona getdiklərini bilmişdir. Həmin evdən hissə-hissə bir neçə gün ərzində xeyli sayda əşya oğurlaya biləcəklərinə razılaşmış və ilkin olaraq 2020-ci ilin iyun ayının əvvəlində həmin gün o, Əli və Rövşən onun yaşadığı həyət evinin daş hasarından tullanıb qonşunun həyət evinə girmək məqsədi ilə qonşu həyətə keçib evin arxa tərəfindən pəncərənin dəmir barmaqlıqların üzərində olan nəfəsliyə bağlanmış asılı qıfılı dəmir parçasıyla sındırmış, Rövşən Əli ilə mənzilə girmiş, o isə evin arxa tərəfində bayırda dayanıb Rövşən və Əlini gözləmiş, həm də gələn olsa onlara xəbər etsin deyə ətrafa nəzər salmışdır. Sonra həmin gecə Əli və Rövşənin həmin evdən çıxardığı ev əşyalarını avtomobilinə yığaraq, oradan 8ci km bazarına aparmış və əşyaların bir hissəsini tanımadıqları şəxslərə satmış, qalan əşyaları isə Rövşənin Hövsan qəsəbəsində yerləşən kirayədə yaşadığı evə aparıb yığmışlar. Bundan sonra ikinci dəfə həmin mənzildən daha çox əmlak və əşya oğurlaya bilmək üçün eyni qaydada onun həyətindən Əli və Rövşən həyətə girmiş, onların mənzildən oğurladıqları müxtəlif ev əşyalarını o, avtomobilinə yığmış, sonra yenidən həmin əşyaları avtomobili ilə səhər saatlarında 8-ci km bazarına apararaq orada tanımadıqları şəxslərə satmış, yenə də sata bilmədikləri əşyaları Rövşənin kirayədə yaşadığı evə gətirmişlər. Sonuncu dəfə isə xx xxxx 2020-ci il tarixdə gecə saat 05 radələrində yenə də üçü birlikdə həmin mənzildə qalan əşyalardan da oğurlamaq üçün həmin həyət evinə girib oğurluq etmək istəyərkən səs-küylərinə qonşu oyandığından və qonşunun həyətə gəlməsini hiss etdiklərinə görə qaçmış, o, evinə getmiş, Rövşən isə damın üstünə çıxıb oradan qaçmaq istədikdə damdan yerə yıxılaraq sağ ayağından xəsarət almışdır. Səs-küyə gələn qonşu Rövşəni tutub saxlayaraq DİN “102” xidmətinə məlumat vermiş, dərhal polis əməkdaşları hadisə yerinə gələrək Rövşəni və sonra da onu evdən çağırıb Xətai RPİ-nin 35-ci polis bölməsinə aparmış, Əli isə oradan qaçıb getmişdir. Törətdiyi əməldən səmimi peşmandır. Mülki iddianı etiraf edir və təmin edilməsinə etiraz etmir. Bunların nəzərə alınmasını və ədalətli cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadə verərək göstərmişdir ki, arvadı X12 ilə birlikdə yaşayır, təqaüdçüdür, bununla yanaşı mütəxəssis kimi regionlarda dövlət tərəfindən məktəblərin tikintisinə cəlb edilir və ona görə də müxtəlif vaxtlarda respublikanın ayrı-ayrı regionlarında uzun müddət arvadı ilə birlikdə yaşayır. Sonuncu dəfə yaşadığı mənzildən xx xxx 2020-ci il tarixdə arvadı ilə birlikdə Mingəçevir şəhərində 13 saylı orta məktəbin tikintisi ilə əlaqədar getmiş, Mingəçevir şəhərində 20 yanvar küçəsi ev 51, mənzil 1-də kirayə yaşamışlar. xx xxx 2020ci il tarixdə yaxın qonşusu Məsim ona mobil telefon vasitəsi ilə zəng edərək evinin darvazasının açıq vəziyyətdə olduğunu bildirmiş, o, işi ilə əlaqədar həmin gün gələ bilmədiyindən Məsimə darvazanı bağlamasını və özünün sonra gələcəyini bildirmişdir. xx xxx 2020-ci il tarixdə Bakı şəhərinə gəlmiş və evində oğurluğun baş verdiyini aşkar etmişdir. Darvazanın qapısı açılmış və qıfılın kilidi isə sındırılmış vəziyyətdə olmuş, ikinci mərtəbədə foyenin plastik materialdan olan pəncərəsi sındırılma izləri olmadan açılmışdır. O, bu barədə 102 Zəng Mərkəzinə məlumat vermiş və polis əməkdaşları gələrək hadisə yerini müayinə etmiş və o, bu barədə ərizə yazmışdır. Sonra evinə baxış keçirmiş və ikinci mərtəbədə yerləşən mətbəxdən 01 ədəd qiyməti 900 manat olan “SAMSUNG” markalı televizorun, həmin mətbəxdəki şkafdan qiyməti 20 manat olan 01 ədəd qadın eynəyinin, ikinci mərtəbədə foyedəki şkafın aşağı daxılında 01 ədəd qiyməti 1200 manat olan videokameranın, həmin şkafın daxılından qiyməti 250 manat olan 01 ədəd taxta materialdan qabı olan təsbeh və qiyməti 30 manat olan 01 ədəd qara rəngli və mavi rəngli əqrəbi olan qol saatının, bundan başqa evin zirzəmisində saxladığı qiyməti 70 manat olan qab-qacaq dəsti, 01 ədəd qiyməti 1800 manat olan komplekt qaz sobasının, zirzəmidən həmçinin 02 ədəd hər birinin qiyməti 70 manat olan laqondanın, 02 ədəd hər birinin qiyməti 45 manat olan direlin, 01 ədəd qiyməti 25 manat olan ətçəkən maşının, qiyməti 20 manat olan 01 ədəd dairəvi formalı 20 metrlik metrənin oğurlandığını müəyyən etmişdir. Evin zirzəmisinin qapısı həmişə açıq vəziyyətdə olmuşdur. Hesablamalar apardıqdan sonra ona dəymiş maddi ziyanın 4545 manat məbləğində olması müəyyən edilmişdir. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan ödənilməmişdir. Ona dəymiş ziyanın tam olaraq ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, hazırda ünvan 4 saylı ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. xx xxxx 2020-ci il tarixdə saat 19 radələrində işdən çıxıb yaşadığı evə gəlmiş və həyətin qapısını bayırdan qıfılını açıb həyətə girmək istəmiş, lakin qıfılı açsa da, həyətin qapısını aça bilməmiş, qapının arxadan kilidləndiyini başa düşmüşdür. Məhəllədə cavan uşaqlardan birindən xahiş edib, hasardan keçməklə qapının arxadan kilidini açdırmış, sonra özü həyətə daxil olmuş, həyətə daxil olduqda, mənzilinin pəncərəsinin dəmir barmaqlığının aralandığını görmüş və mənzilinə kiminsə oğurluq üçün daxil olduğunu başa düşərək mənzilin qapısını açıb içəri daxil olmuşdur. İçəriyə daxil olduqda, mənzildəki əşyalarının dağıdılmış vəziyyətdə olduğunu, hər yerin axtarıldığını görmüş, dərhal özünə məxsus işləyib yığdığı otaqdakı paltar şkafında paltarların arasında gizlətdiyi pul kisəsindəki 400 manat pulun yerində olub-olmadığını öyrənmək istəmiş, lakin pul kisəsini tapsa da, pulların yerində olmadığını aşkar etmişdir. Bundan başqa, həmin paltar şkafında saxladığı adətən 0,50 qəpikləri yığdığı bankanın da açıldığını və içərisindəki təxminən 35 manat pulun oğurlandığını aşkar etmiş, bununla bağlı qızı Mehribana zəng edərək məlumat vermişdir. Bundan sonra, Mehriban evlərindən oğurluq olduğunu ondan öyrənərək bu barədə özü DİN-nin 102 xidmətinə zəng edib məlumat vermiş, Mehribanın zəngindən bir qədər sonra evinə polis əməkdaşları gələrək baş vermiş oğurluq hadisəsi ilə bağlı hadisə yerinə baxış keçirərək sənədləşmə aparmış və orada oğurluqla bağlı şikayət ərizəsi yazmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona cəmi 435 manat məbləğində maddi ziyan dəymiş, mənzilindən 400 manat kağız pul və 35 manat qəpiklərdən başqa hər hansı bir əşya oğurlanmamışdır. Hazırda təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan ödənilməmişdir. Ona dəymiş ziyanın tam olaraq ödənilməsini tələb edir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 məhkəməyə gəlməmiş, məhkəmə iclaslarında nümayəndəsi və vəkili X13 iştirak etmişdir. Zərərçəkmiş şəxs1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Zərərçəkmiş şəxs1 həmin ifadəsində göstərmişdir ki, ünvan 5 mənzil 50 ünvanında qeydiyyatda olmaqla, ünvan 6 ünvanında yaşayır, evlidir, himayəsində iki azyaşlı uşaqları vardır. Bakı şəhəri Xətai rayonu Zeytun küçəsi 154A ünvanında yerləşən həyət evi onun valiydenlərinin adınadır, lakin həmin evdə olan əşyalar ona məxsusdur. Onun valiydenləri X7 Urenqoy şəhərində yaşayırlar. O, rayonda yaşadığına görə hərdənbir Bakı şəhərinə gələndə gəlib həmin evdə qalmış və sonra yenə çıxıb Yevlax şəhərinə getmişlər. xx xxxx 2020-ci il tarixdə ünvan 8 A ünvanında xx xxxx 2020-ci il tarixə kimi qalmış və xx xxxx 2020-ci il tarixdə evdən çıxıb qapıları bağlayıb getmiş, evin açarları onda olmuş, başqa şəxsə verməmişdir. Qeyd olunan yaşayış evi ümumi dörd otaqdan, mətbəxdən, hamam və tualetdən ibarətdir. xx xxxx 2020-ci il tarixdə səhər təxminən 10-11 radələrində ona Bakı şəhəri Xətai rayonu Zeytun küçəsi 154 A ünvanında yerləşən yaşayış evindən oğurluq hadisəsinin baş verməsi və oğruların qonşular tərəfindən tutulduğu barədə məlumat verilmiş, buna görə də Yevlax şəhərindən həyat yoldaşı Sahib Musayev ilə birlikdə Bakı şəhərinə gəlmişlər. O, əri Sahib Musayevlə birlikdə Bakı şəhərinə gələndən sonra polis əməkdaşları ilə birlikdə evə gedib baxmış və evin darmadağın vəziyyətdə olduğunu, evin giriş qapısı seyf olmaqla həmin qapının açıldığını, qapının üzərində zədələr olduğunu görmüşlər. O, evdən 01 ədəd 2500 manat dəyərində “Mitsubisi” markalı 80kv/m Kondisioner, 01 ədəd 1200 manat dəyərində LC- 107 ekran televizor, evin salonundan 1100 manat dəyərində stol, stul dəsti, 02 ədəd, bir ədədinin qiyməti 25 manat olmaqla 50 manat dəyərində çanaq anten aparatı, 01 ədəd 100 manat, 01 ədəd 350 manat dəyərində olan lüstr, 02 ədəd biri 50 manat olmaqla, cəmi 100 manat dəyərində olan divar saatları, 06 ədəd biri 20 manat olmaqla, cəmi 120 manat dəyərində olan divan üstündə olan kiçik yastıqlar, bir dəst 500 manat dəyərində olan, Çexoslavakiya istehsalı nahar dəsti, 150 manat dəyərində kofe dəsti, 200 manat dəyərində çay dəsti, 02 ədəd biri 100 manat olmaqla, 200 manat dəyərində «Baqema» kompot qabı, 01 ədəd 250 manat dəyərində «Samsung» markalı nömrəsiz telefon, 01 ədəd 50 manat dəyərində «Nokia» markalı telefon, 01 ədəd 100 manat dəyərində «Samsung» markalı nömrəsiz mobil telefon, 01 ədəd 50 manat dəyərində markasını bilmədiyi mobil telefon, 10 ədəd cəmi 1000 manat dəyərində təzə masa örtüyü (süfrə), 01 ədəd 180 manat dəyərində ev telefonu, 01 ədəd 50 manat dəyərində modem, 01 ədəd 150 manat dəyərində markasını bilmədiyi kiçik ekran televizor, 01 ədəd 100 manat dəyərində markasını bilmədiyi «AUDİO VİDEO» aparatı, 01 ədəd 150 manat dəyərində «DVD diski», 01 ədəd 200 manat dəyərində televizor altı, 02 ədəd biri 150 manat olmaqla cəmi 300 manat dəyərində tumbalar, 87 ədəd qiymətini bilmədiyi vauçer çekləri, üzərində və içərisində cəmi 400 manat dəyərində müxtəlif əşyalar, aksesuarlar və parfumeriya olan 01 ədəd 500 manat dəyərində termo, 1000 manat dəyərində müxtəlif kişi üst geyimləri, 1500 manat dəyərində müxtəlif qadın üst paltarları, 500 manat dəyərində müxtəlif dəsmallar, 10 ədəd 1000 manat dəyərində olan yataq dəstləri, 01 ədəd 500 manat dəyərində xalça, cəmi 700 manat dəyərində 03 çamadan qadın və kişi üst geyimləri, bir dəst 100 manat dəyərində yazı masası, 01 ədəd 150 manat dəyərində tikiş maşını, 01 ədəd 100 manat dəyərində elektrik enerjisi ilə işləyən istilik radiatoru, 01 ədəd 400 manat dəyərində yataq çarpayısı, 01 ədəd cəmi 150 manat içərisində dırnaq aksesuarları olan qara rəngli tumba, 01 ədəd 120 manat dəyərində fen, iki qutu 300 manat dəyərində dırnaq aksesuarları, 01 ədəd 150 manat dəyərində markasını xatırlmadığı tozsoran, 500 manat dəyərində qadın üçün müxtəlif üst geyim paltarları, 300 manat dəyərində qadın üçün müxtəlif şalvar, koftalar, 02 ədəd cəmi 100 manat dəyərində çarpayı örtüyü, 150 manat dəyərində kranla birlikdə smestitel, 01 ədəd 200 manat dəyərində «Mikrovalnovka», bir dəst 50 manat dəyərində çaydan və çaynik, 01 ədəd 50 manat dəyərində elektrik çayniki, 01 ədəd 150 manat dəyərində elektrik ətçəkən maşın, 01 ədəd 80 manat dəyərində mikser, 01 ədəd 50 manat dəyərində blender, 02 ədəd biri 50 manat olmaqla cəmi 100 manat dəyərində kül qabılar, 01 ədəd 40 manat dəyərində muncuqlu gül aksessuarı, 01 ədəd 150 manat dəyərində stolüstü qaz sobası, 01 ədəd 300 manat dəyərində mətbəx masası və oturacaqla birlikdə, ümumi dəyəri 1500 manat olan müxtəlif qab-qacaq dəstləri, 500 manat dəyərində müxtəlif stəkan dəstləri, 1500 manat dəyərində qaşıq və çəngəl dəstləri, 01 ədəd 150 manat dəyərində şirəçəkən apparat, 800 manat dəyərində «Paşa bahçe» firmasına məxsus xrustal qablar, 02 ədəd biri 50 manat dəyərində olan istifadədə olmuş ütülər, 08 ədəd biri 500 manat dəyərində olan xalçalar, təxminən 3000 manat dəyərində müxtəlif (palto, gödəkçə, don, yupka, köynək və s.) qadın geyim əşyaları, 2000 manat dəyərində müxtəlif növ kişi geyim əşyaları, 1000 manat dəyərində qadın üçün müxtəlif növ ayaqqabı və çəkmələr, 500 manat dəyərində kişi üçün müxtəlif ayaqqabı və çəkmələr, 1000 manat dəyərində on dəst cehizlik yataq dəstləri, 500 manat dəyərində istifadədə olmuş yataq dəstləri, 01 ədəd 80 manat dəyərində hamam otağında cakkuzi vannasının motoru, 01 ədəd 300 manat dəyərində yataq, 01 ədəd 150 manat dəyərində odun somavarı, 01 ədəd 50 manat dəyərində gecə işiğı, 01 ədəd 300 manat dəyərində «zinger» markalı istifadə edilməmiş tikiş maşını, 01 ədəd 200 manat dəyərində kombi üçün kiçik ölçülü transformator, 01 ədəd 55 manat hamama məxsus su gidroforu, 02 ədəd biri 400 manat dəyərində istifadə edilməmiş yorğanlar, 01 ədəd 300 manat dəyərində istifadə edilməmiş ətçəkən maşın, 01 ədəd 280 manat dəyərində istifadə edilməmiş şirəçəkən maşın, iki dəst biri 150 manat dəyərində istifadə edilməmiş elektrik çaydanlar, 04 ədəd biri 100 manat dəyərində istifadə edilməmiş vazalar, 04 ədəd biri 50 manat dəyərində istifadə edilməmiş padnos, ümümi dəyəri 120 manat olan 12 ədədlik istifadə edilməmiş çay dəsmalı dəsti, ümumi dəyəri 600 manat təşkil edən 08 ədəd müxtəlif ölçülü istifadə edilməmiş süfrələr, ümumi dəyəri 350 manat olan 02 ədəd istifadə edilməmiş yataq üzlüyü, bir dəst 300 manat dəyərində istifadə edilməmiş gümüşü qazan dəsti, 01 dəst 280 manat dəyərində istifadə edilməmiş mor rəngli qazan dəsti, ümumi dəyəri 250 manat olan 04 ədəd istifadə edilməmiş qrafinlər, bir dəst 1500 manat dəyərində «Luminak» firmasına məxsus istifadə edilməmiş yemək dəsti, iki dəst 250 manat dəyərində istifadə edilməmiş bıçaq dəstləri, 01 ədəd 150 manat və 01 ədəd 100 manat dəyərində olan istifadə edilməmiş 02 ədəd ütülər, 01 ədəd 200 manat dəyərində istifadə edilməmiş mikser-blender, 01 ədəd 80 manat dəyərində istifadə edilməmiş saç üçün ütü feni, 01 ədəd 150 manat dəyərində istifadə edilməmiş saç feni, bir dəst 2000 manat dəyərində istifadə edilməmiş «Madonna» servis, 01 ədəd 300 manat dəyərində fotokamera, 01 ədəd 100 manat dəyərində «Palaroid» markalı fotoaparat, 01 ədəd 350 manat dəyərində «Boshc» firmasına məxsus drel dəsti, cütü 5 manat dəyərində dörd cüt çəkələk, 02 ədəd biri 30 manat dəyərində kiçik ölçülü divar saatları, 01 ədəd 80 manat dəyərində divar saatı, ümumilikdə 150 manat dəyərində 04 ədəd istifadə edilmiş qadın çantalarının oğurlandığını aşkar etmişdir. Onlar evlərindən oğurluq olması barədə məlumat alıb Bakı şəhərinə gələndən sonra danışıqlardan eşitmişdir ki, evlərindən oğurluq edən evlərinin arxa tərəfində yaşayan Borisov Dmitri və başqaları olmuşlar. Borisov Dmitrini bir qonşu kimi tanıyır, onunla heç bir qohumluğu və ədavəti olmamışdır. Dmitri santexnik ustasıdır, evdə nə isə xarab olanda onu çağırıb düzəltdirmişlər. Onların suyunun əsas xətti də Dmitrinin həyətindəndir, rayondan Bakıya gələndə ona deyib suyu açırlar, yenə rayona qayıdanda da ona deyib suyu bağlayırlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 iş üzrə zərərçəkmiş şəxs anası Zərərçəkmiş şəxs2 ifadəsinə oxşar ifadə vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmış Şahid2 məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişdir. Şahid2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid2 həmin ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat təxminən 05:30 radələrində o, yaşadığı evin həyətində olduğu zaman qonşuları Nursənin evinin içərisindən səs gəldiyini eşitmiş, onların həmin evdə yaşamadıqlarını və adətən rayonda olduqlarını bildiyindən şübhələnmiş və onların evinə tərəf getdikdə içəridən bir neçə kişi səsinin gəldiyini eşitmişdir. Bu zaman həyətin arxa tərəfindən bir nəfərin qaçdığını görmüş, daha sonra isə mənzildən qaçmaq istəyən şəxsin evin damına çıxdığını və oradan qaçmaq məqsədi ilə tullanarkən yıxıldığını hiss etmişdir. O, artıq həmin şəxslərin Nursənə məxsus mənzilə oğurluq məqsədi ilə daxil olduqlarını başa düşərək dərhal bununla bağlı DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş, sonra polis əməkdaşları gəlmiş və həmin vaxt onlara məlum olmuşdur ki, həqiqətən də həmin şəxs qonşuluqda yaşayan Dmitri və daha bir nəfərlə həmin mənzilə pəncərədən daxil olaraq mənzildən oğurluq etmişlər. Daha sonra polis əməkdaşları həmin şəxsi, yəni mənzildən oğurluq edib qaçmaq istəyən və yıxılaraq ayağından xəsarət alan kişini oradan polis bölməsinə aparmışlar. O, həmin şəxsi əvvəllər tanımamış, ilk dəfə onu orada görmüşdür. Onların həmin mənzilə nə vaxt gəlmələrini və Nursənə məxsus mənzildən nə oğurlamalarını bilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, fakta görə CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. İ cild 01); xx.xx.2020-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokolundan görünür ki, Zərərçəkmiş şəxs3 məxsus ünvan 3 saylı ünvanda yerləşən yaşayış evində baş vermiş hadisə ilə əlaqədar baxış keçirilmiş və hadisə yerinin fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v. İ cild 09-16); cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Nuru oğlu xx xxxx 2020-ci il tarixdə saat 17:45-də şübhəli şəxs qismində tutulmuşdur (i.v. İ cild 28); tərcüməçinin təyin edilməsi haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, X9 iş üzrə tərcüməçi qismində təyin edilmişdir (i.v. İ cild 40); cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx xxxx 2020-ci il tarixdə saat 18:40-da şübhəli şəxs qismində tutulmuşdur (i.v. İ cild 53); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. İ cild 67-68); şübhəli şəxsin ifadəsinin yerində yoxlanması haqqında xx.xx.2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs1, Zərərçəkmiş şəxs3 məxsus ünvan 3 saylı ünvanda yerləşən yaşayış evində oğurluq etməsi ilə bağlı bütün xüsusatları hadisə yerində göstərmişdir (i.v İ cild 80-103); şübhəli şəxsin ifadəsinin yerində yoxlanması haqqında xx.xx.2020-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, X14, Zərərçəkmiş şəxs3 məxsus ünvan 3 saylı ünvanda yerləşən yaşayış evində oğurluq etməsi ilə bağlı bütün xüsusatları hadisə yerində göstərmişdir (i.v İ cild 104-110); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. İ cild 117-119); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutlmuş ittiham elan edilmişdir (i.v. İ cild 133-135); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(011)-387/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə olma müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır (i.v. İ cild 170-173); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(011)-386/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə olma müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır (i.v. İ cild 174-177); xx.xx.2020-ci il tarixli baxış keçirilməsi haqqında protokolundan görünür ki, Zərərçəkmiş şəxs3 məxsus ünvan 3 saylı ünvanda yerləşən yaşayış evində baş vermiş hadisə ilə əlaqədar baxış keçirilmiş və hadisə yerinin fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir (i.v. İ cild 189-191); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i.v İ cild 196); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.1994-cü il tarixli hökmü ilə CM-nin 226-1-ci maddəsinin İ hissəsi və 23-1-ci maddəsi ilə təqsirli bilinərək əməyə mütləq cəlb olunmaqla 01 il 06 ay müddətinə azadlıqdan şərti məhkum olunmuş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.1994-cü il tarixli hökmü ilə CM-nin 143-cü maddəsinin 4-cü hissəsi, 215-ci və 38-ci maddələri ilə təqsirli bilinərək 08 il 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Ali Məhkəmənin xx.xx.1999-cu il tarixli qərarı ilə xx.xx.1999-cu il tarixli hökm həkm dəyişdirilərək CM-nin 143-cü maddəsinin 4-cü hissəsi CM-nin 93-3-cü maddəsinin 3-cü hissəsinə tövsif edilərək cəzası 06 ilə endirilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə CM-nin 234.1, 93-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, X22 İşlər Üzrə Azərbaycan Resbulikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə CM-nin 181.2.1, 181.2.4, 181.2.5, 326.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3, 66.5-ci maddələrinə əsasən 10 il 03 ay 15 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (i.v. İ cild 198-199); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. İ cild 203-204); zərərçəkmiş şəxs qismində tanınma haqqında xx xxx 2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. İ cild 252-253); Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxx 2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Resbulikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, bu hökmlə təyin edilmiş cəzaya X22 İşlər Üzrə Azərbaycan Resbulikası Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş 01 il 06 ay 06 gün hissəsi Azərbaycan Resbulikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs1 qəti olaraq 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir (i.v. İİ cild 4-6); Azərbaycan Respublikası xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxnın xx xxxx 2020-ci il tarixli, 241 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, 30 manat dəyərində 01 ədəd üzərində heç bir markalanma yazısı olmayan, istifadədə olub (üzərində istismar xarakterli qüçurlar var) və hal-hazırda təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə olan, iki seksialı, mətbəxdə istifadə olunan qab yuyan, 5 manat dəyərində 01 ədəd üzərində «Yaguar» markalanma yazısı olan, süni tərkibli dəridən tikilmiş istifadədə olmuş ayaqqabı, 5 manat dəyərində 01 ədəd üzərində heç bir markalanma yazısı olmayan yataq dəsti (yataq üzü, döşək və yorğan üzü), 10 manat dəyərində 01 ədəd «LG» markalı VXS tipli istifadədə olmuş videomaqnitafon, 01 ədəd 5 manat dəyərində «Samsung» markalı PC-650 modelli qidalandırıcı elementlə işləyən fotoaparat, 5 manat dəyərində 01 ədəd «Premier» markalı PC-664 modelli qidalandırıcı elementlə işləyən fotoaparat, 3 manat dəyərində 01 ədəd üzərində heç bir markalanma yazısı olmayan, süni tərkibli dəridən tikilmiş istifadədə olmuş kişi ayaqqabısı, biri 0,50 manat dəyərində cəmi 3,50 manat təşkil edən 07 ədəd VSX tipli videokasetlər, biri 0,50 manat dəyərində cəmi 2,50 manat təşkil edən 05 ədəd plastmas materialdan olan paltar asılqanı, biri 5 manat dəyərində cəmi 10 manat təşkil edən 02 ədəd kəlbətin tipli dırnaq tutan, biri 1 manat dəyərində cəmi 20 manat təşkil edən olan 20 ədəd xörək qaşığı, biri 3 manat dəyərində cəmi 12 manat təşkil edən 04 ədəd kəfkir, biri 4 manat dəyərində cəmi 20 manat təşkil edən 05 ədəd aşqaşığı, biri 0,50 manat dəyərində cəmi 7 manat təşkil edən 14 ədəd CD formatlı disk, biri 2 manat dəyərində cəmi 16 manat təşkil edən 08 ədəd şüşə materialdan hazırlanmış su badəsi, biri 5 manat dəyərində cəmi 10 manat təşkil edən 02 ədəd şəffaf şüşədən hazırlanmış gül qabı, biri 3 manat dəyərində cəmi 15 manat təşkil edən 05 ədəd masqura, 10 manat dəyərində 01 ədəd «Supebox» markalı istifadədə olmuş (üzərində istismar xarakterli qüsurlar var) tuner, biri 1 manat dəyərində cəmi 8 manat təşkil edən 08 ədəd nəlbəki, 5 manat dəyərində 01 ədəd çaynik, 3 manat dəyərində 01 ədəd pastlanmayan materialdan hazırlanmış stəkan altlığı, biri 5 manat dəyərində cəmi 10 manat təşkil edən 02 ədəd qaz piltəsinin üst hissəsi, 300 manat dəyərində 01 ədəd 3m/kvadrat ölçüdə, laminat materialdan hazırlanmış mətbəx mebeli (sökülmüş vəziyyətdə), 10 manat dəyərində 01 ədəd üzərində «Braun» markalanma yazısı olan istifadədə olmuş (üzərində istismar xarakterli qüsurlar var) saçqırxan, 5 manat dəyərində 01 ədəd üzərində «Kemil» marklanma yazısı olan istifadədə olmuş (üzərindən istismar xarakterli qüsurlar var) saçqırxan, 5 manat dəyərində 01 ədəd «Mevidoğlu» markalanma yazısı olan istifadədə olmuş (üzərindən istismar xarakterli qüsurlar var) su kranı, 30 manat dəyərində 01 ədəd üzərində heç bir markalanma yazısı olmayan 4 seksialı (3 seksiası qaz, 1 seksiası elektrik) stolüstü qaz piltəsi, biri 1 manat olmaqla, cəmi 4 manat təşkil edən 04 ədəd əlvan metaldan hazırlanmış üzük, 2 manat dəyərində 01 ədəd əlvan metaldan hazırlanmış sırğa, biri 1 manat dəyərində cəmi 2 manat təşkil edən 02 ədəd metaldan hazırlanmış boyunbağı, biri 0,50 manat dəyərində cəmi 3 manat təşkil edən 06 ədəd əlvan metaldan hazırlanmış saş tutacağı, biri 4 manat dəyərində cəmi 20 manat təşkil edən 05 ədəd pitiqabı, biri 1 manat dəyərində cəmi 2 manat təşkil edən 02 ədəd plastmas qab, biri 0,50 manat dəyərində 5 manat təşkil edən 10 ədəd TV kabel, 2 manat dəyərində 01 ədəd üzərində «DKNV» markalanma yazısı olan, kvars qadın qol saatı, 2 manat dəyərində 01 ədəd üzərində «Brak» markalanma yazısı olan, kvars kişi qol saatı, 2 manat dəyərində 01 ədəd üzərində «Romansın» markalanma yazısı olan kvars qadın qol saatı, 5 manat dəyərində 01 ədəd «Nokia» markalı D349 modelli mobil telefon, 5 manat dəyərində 01 ədəd «Nokia» markalı C5 modelli mobil telefon, 5 manat dəyərində 01 ədəd «Nokia» markalı iki kart mobil telefon, 5 manat dəyərində 01 ədəd «Ktel» markalı mobil telefon, istifadədə olmuş müxtəlif çeşiddə kosmetik ləvazimat gigyenik nöqtəyi nəzərindən qiymətsiz hesab olunur. Ekspertiza tədqiqatına təqdim olunan Zərərçəkmiş şəxs1 məxsus 42 adda əmlakın 2020-ci ilin iyun ayına orta bazar qiyməti ilə ümumi dəyəri 629 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adı, miqdarı və qiyməti rəyin tədqiqat hissəsindəki cədvəldə əks etdirilmişdir. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat hesablanmışdır (i.v İİ cild 06-10); Azərbaycan Respublikası xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxnın xx xxxx 2020-ci il tarixli, 237 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 4 adda əşyaların orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: daxili və alt səthi qara rəngli məxmər (barxat) parça ilə üzlənmiş suvenir tipli plastik materialdan hazırlanmış futleara qablaşdırılmış 01 ədəd sapa düzülmüş üstündə 15 ədəd diametri 17 mm olan kürə formalı ağır ebonit materialdan hazırlanmış muncuq dənələri və metal başlığı olan istifadəyə yararlı suvenir təsbeh – 30 manat, 01 ədəd qara rəngli plastik materialdan hazırlanmış əvvəllər istifadədə olsa da, hazırda təyinatı üzrə istifadəyə yararlı olan qadın üçün gün eynəyi – 6 manat; 01 ədəd üstündə «Made in China CRRJU» markalanma yazıları olan qara sferblatlı və qara rəngli metaldan toxunma qayışlı istifadəyə yararlı kişi elktron qol saatı – 8 manat 01 ədəd diametri 125 mm olan təkər formalı plastik ftulyara qablaşdırılmış hazırda təyinatı üzrə istifadəyə qismən yararlı 25 metrəlik ölçü metrəsi – 2 manatdır. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat hesablanmışdır (i.v İİ cild 11-16); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 X19 canlı şəxsin ekspertizasının xx xxxx 2020-ci il tarixli, 641 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmə-tibbi ekspertizasına və adına tərtib edilmiş tibbi sənədə (tibbi arayış və rentgenoqramma) əsaslanaraq, hadisə haqqında qərarda göstərilənlər nəzərə alınaraq nəticəyə gəlinmiş və Təqsirləndirilən şəxs1 sağ aşıq-baldır oynağının yumşaq toxumasının əzilməsi müəyyən edilmiş, xəsarət bərk-küt əşyanın təsirindən törənmişdir, qərarda göstərilmiş xx.xx.2020-ci il tarixdə və şəraitdə yəni, damdan yıxılma nəticəsində də törənə bilər, sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin edilməmişdir (i.v İİ cild 17-19); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X23 Şəxsi Ambulator X1 xx.xx.2020-ci il tarixli, 2332 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmuş, nakromaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narokloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v İİ cild 20-21); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X23 Şəxsi Ambulator X1 xx.xx.2020-ci il tarixli, 2326 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə dilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunmuş, nakromaniyadan məcburi müalicəyə ehtiyacı vardır və ərazi narokloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v İİ cild 22-23); sübutların qiymətləndirilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* saylı cinayət işinin materialları CM-nin 177.2.1 və 177.2.3-cü maddəsindən həmin Məcəllənin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, iş üzrə Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.2. 177.2.3və 177.2.4-cü maddələrində nəzərdə tutulan yeni ittiham elan edilməsi üçün müvafiq qərar qəbul edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, iş üzrə Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan yeni ittiham elan edilməsi üçün müvafiq qərar qəbul edilmiş, iş üzrə 01 ədəd üzərində heç bir markalanma yazısı olmayan, istifadədə olub (üzərində istismar xarakterli qüsurlar var) və hal-hazırda təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə olan, iki seksialı, mətbəxdə istifadə olunan qab yuyan, 01 ədəd üzərində «Yaguar» markalanma yazısı olan, süni tərkibli dəridən tikilmiş istifadədə olmuş ayaqqabı, 01 ədəd üzərində heç bir markalanma yazısı olmayan yataq dəsti (yataq üzü, döşək və yorğan üzü), 01 ədəd «LG» markalı VXS tipli istifadədə olmuş videomaqnitafon, 01 ədəd «Samsung» markalı PC-650 modelli qidalandırıcı elementlə işləyən fotoaparat, 01 ədəd «Premier» markalı PC-664 modelli qidalandırıcı elementlə işləyən fotoaparat, 01 ədəd üzərində heç bir markalanma yazısı olmayan, süni tərkibli dəridən tikilmiş istifadədə olmuş kişi ayaqqabısı, 07 ədəd VSX tipli videokasetlər, 05 ədəd plastmas materialdan olan paltar asılqanı, 02 ədəd kəlbətin tipli dırnaq tutan, 20 ədəd xörək qaşığı, 04 ədəd kəfkir, 05 ədəd aşqaşığı, 14 ədəd CD formatlı disk, 08 ədəd şüşə materialdan hazırlanmış su badəsi, 02 ədəd şəffaf şüşədən hazırlanmış gül qabı, 05 ədəd masqura, 01 ədəd «Supebox» markalı istifadədə olmuş tuner, 08 ədəd nəlbəki, 01 ədəd çaynik, 01 ədəd pastlanmayan materialdan hazırlanmış stəkan altlığı, 02 ədəd qaz piltəsinin üst hissəsi, 01 ədəd 3m/kvadrat ölçüdə, laminat materialdan hazırlanmış mətbəx mebeli (sökülmüş vəziyyətdə), 01 ədəd üzərində «Braun» markalanma yazısı olan istifadədə olmuş saçqırxan, 01 ədəd üzərində «Kemil» marklanma yazısı olan istifadədə olmuş) saçqırxan, 01 ədəd «Mevidoğlu» markalanma yazısı olan istifadədə olmuş su kranı, 01 ədəd üzərində heç bir markalanma yazısı olmayan 4 seksialı (3 seksiası qaz, 1 seksiası elektrik) stolüstü qaz piltəsi, 04 ədəd əlvan metaldan hazırlanmış üzük, 01 ədəd əlvan metaldan hazırlanmış sırğa, 02 ədəd metaldan hazırlanmış boyunbağı, 06 ədəd əlvan metaldan hazırlanmış saş tutacağı, 05 ədəd pitiqabı, 02 ədəd plastmas qab, 10 ədəd TV kabel, 01 ədəd üzərində «DKNV» markalanma yazısı olan, kvars qadın qol saatı, 01 ədəd üzərində «Brak» markalanma yazısı olan, kvars kişi qol saatı, 01 ədəd üzərində «Romansın» markalanma yazısı olan kvars qadın qol saatı, 01 ədəd «Nokia» markalı D349 modelli mobil telefon, 01 ədəd «Nokia» markalı C5 modelli mobil telefon, 01 ədəd «Nokia» markalı iki kart mobil telefon, 01 ədəd «Ktel» markalı mobil telefon və istifadədə olımış müxtəlif çeşiddə kosmetik ləvazimatlar, 01 ədəd sarı rəngli qutu və içərisində təsbeh, 01 ədəd qara rəngli plastik materialdan hazırlanmış əvvəllər istifadədə olmuş, qadın üçün gün eynəyi, 01 ədəd kişi elektron qol saatı, 01 ədəd plastik dairəvi formalı metrə maddi sübut kimi tanınmış və qeyd olunan əmlaklardan 01 ədəd sarı rəngli qutu və içərisində təsbeh, 01 ədəd qara rəngli plastik materialdan hazırlanmış əvvəllər istifadədə olmuş, qadın üçün gün eynəyi, 01 ədəd kişi elektron qol saatı, 01 ədəd plastik dairəvi formalı metrə iş üzrə Zərərçəkmiş şəxs3, digər əmlaklar isə Xətai RPİ-nin MSK-na təhvil verilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, ********* saylı cinayət işindən Əli adlı şəxsin barəsində CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ayrıca cinayət işinin ayırlması üçün müvafiq qərar qəbul edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən cinayət işinin materiallarında Təqsirləndirilən şəxs1 atasının adının Nuru kimi qeyd olunmuş hissələr Nuri kimi yazılaraq oxunmuşdur (i.v İİ cild 24-41); cinayət işinin ayrılması haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən ********* saylı cinayət işindən Əli adlı şəxsin barəsində CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ayrıca cinayət işi ayrılmış və ayrılmış cinayət işi ********* sayı ilə istintaqı aparılmışdır (i.v İİ cild 43-48); xx.xx.2020-ci il tarixli qəbzdən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs3 mənzilindən götürülmüş 01 ədəd sarı rəngli qutu və içərisində təsbeh, 01 ədəd qara rəngli plastik materialdan hazırlanmış əvvəllər istifadədə olmuş, qadın üçün gün eynəyi, 01 ədəd kişi elektron qol saatı, 01 ədəd plastik dairəvi formalı metrə müstəntiq R.Cəfərovdan təhvil almışdır (i.v İİ cild 51); təqsirləndirilən şəxsə yeni ittiham edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə yeni ittiham elan edilmişdir (i.v İİ cild 80-83); təqsirləndirilən şəxsə yeni ittiham edilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə yeni ittiham elan edilmişdir (i.v İİ cild 96-98); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(011)-569/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 20 (iyirmi) gün olmaqla 03 (üç) ay 20 (iyirmi) günədək, xx xxxxxxx 2020-ci il tarixədək uzadılmışdır; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 4(011)-570/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti 20 (iyirmi) gün olmaqla 03 (üç) ay 20 (iyirmi) günədək, xx xxxxxxx 2020-ci il tarixədək uzadılmışdır; “xxxxxxxxxxxxxx” MMC-nin xx xxxxxxxx 2020-ci il tarixli xasiyyətnaməsində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs2 barəsində yaşadığı qəsəbə sakinləri və qonşuları tərəfindən müəssisəyə heç bir şifahi və yazılı şikayət daxil olmamış, vətəndaş yaşadığı qəsəbədə özünü normal aparmış və sakinlərin hörmətini qazanmışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onların etirafedici ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslər ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin və şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi oğurluq əməli CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri, Təqsirləndirilən şəxs2 törətdiyi oğurluq əməli isə CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla təkrar törədildikdə – bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi təhlükəli sayılır. 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2 və 83-cü maddələrinin şərh edilməsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2010-cu il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsində nəzərdə tutulmuş cəzalar toplandıqda məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlindən səmimi peşmançılıq çəkməsini (CM- 59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində cinayətin təhlükəli residivinin olması cəzanı ağırlaşdıran hal kimi müəyyən edilməlidir (CM-61.1.1). Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi, əvvəllər dəfələrlə məhkum edilməsi isə onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlindən səmimi peşmançılıq çəkməsini (CM- 59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran - CM-in 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması, yaşayış yeri üzrə müsbət xaraktrrizə olunması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2na cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətləri, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin təhlükəli residivi nəzərə alınmalı (CM-65.2.), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Həmçinin, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətləri, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri (CM-58.3.) az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla, Təqsirləndirilən şəxs2na təqsirli bilindiyi maddənin sanksiyalarında nəzərdə tutulmuş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM- 56.1.2), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). İş üzrə maddi sübut – 01 ədəd sarı rəngli qutu və içərisində təsbehin, 01 ədəd qara rəngli plastik materialdan hazırlanmış əvvəllər istifadədə olmuş, qadın üçün gün eynəyinin, 01 ədəd kişi elektron qol saatın, 01 ədəd plastik dairəvi formalı metrənin Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin; 128.1-ci maddəsinə əsasən öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına və ya üzərində hadisənin izlərinin saxlanıldığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək edən hər bir əşya maddi sübut hesab edilə bilər. 128.2-ci maddəsinə əsasən əşya cinayət prosesini həyata keçirən orqanın qərarı ilə maddi sübut hesab edilir. 128.3-cü maddəsinə əsasən əşyanın maddi sübuti əhəmiyyəti məhkəmə tərəfindən o halda qəbul olunur ki: 128.3.1. əşya əldə olunduqdan dərhal sonra o, ətraflı təsvir edilməklə, möhürlənməklə və bu kimi hərəkətlər yerinə yetirilməklə onun üzərindəki izlərin əlamətlərinin və xüsusiyyətlərinin əhəmiyyətli surətdə dəyişdirilməsi imkanı aradan qaldırılmış olsun; 128.3.2. şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxs və ya şahid onu bilavasitə məhkəmədə tədqiqdən əvvəl tanısın. İstintaq orqanı Təqsirləndirilən şəxs1 yaşadığı ünvandan 01 ədəd üzərində heç bir markalanma yazısı olmayan, istifadədə olub (üzərində istismar xarakterli qüsurlar var) və hal-hazırda təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə olan, iki seksialı, mətbəxdə istifadə olunan qab yuyan, 01 ədəd üzərində «Yaguar» markalanma yazısı olan, süni tərkibli dəridən tikilmiş istifadədə olmuş ayaqqabı, 01 ədəd üzərində heç bir markalanma yazısı olmayan yataq dəsti (yataq üzü, döşək və yorğan üzü), 01 ədəd «LG» markalı VXS tipli istifadədə olmuş videomaqnitafon, 01 ədəd «Samsung» markalı PC-650 modelli qidalandırıcı elementlə işləyən fotoaparat, 01 ədəd «Premier» markalı PC-664 modelli qidalandırıcı elementlə işləyən fotoaparat, 01 ədəd üzərində heç bir markalanma yazısı olmayan, süni tərkibli dəridən tikilmiş istifadədə olmuş kişi ayaqqabısı, 07 ədəd VSX tipli videokasetlər, 05 ədəd plastmas materialdan olan paltar asılqanı, 02 ədəd kəlbətin tipli dırnaq tutan, 20 ədəd xörək qaşığı, 04 ədəd kəfkir, 05 ədəd aşqaşığı, 14 ədəd CD formatlı disk, 08 ədəd şüşə materialdan hazırlanmış su badəsi, 02 ədəd şəffaf şüşədən hazırlanmış gül qabı, 05 ədəd masqura, 01 ədəd «Supebox» markalı istifadədə olmuş tuner, 08 ədəd nəlbəki, 01 ədəd çaynik, 01 ədəd pastlanmayan materialdan hazırlanmış stəkan altlığı, 02 ədəd qaz piltəsinin üst hissəsi, 01 ədəd 3m/kvadrat ölçüdə, laminat materialdan hazırlanmış mətbəx mebeli (sökülmüş vəziyyətdə), 01 ədəd üzərində «Braun» markalanma yazısı olan istifadədə olmuş saçqırxan, 01 ədəd üzərində «Kemil» marklanma yazısı olan istifadədə olmuş) saçqırxan, 01 ədəd «Mevidoğlu» markalanma yazısı olan istifadədə olmuş su kranı, 01 ədəd üzərində heç bir markalanma yazısı olmayan 4 seksialı (3 seksiası qaz, 1 seksiası elektrik) stolüstü qaz piltəsi, 04 ədəd əlvan metaldan hazırlanmış üzük, 01 ədəd əlvan metaldan hazırlanmış sırğa, 02 ədəd metaldan hazırlanmış boyunbağı, 06 ədəd əlvan metaldan hazırlanmış saş tutacağı, 05 ədəd pitiqabı, 02 ədəd plastmas qab, 10 ədəd TV kabel, 01 ədəd üzərində «DKNV» markalanma yazısı olan, kvars qadın qol saatı, 01 ədəd üzərində «Brak» markalanma yazısı olan, kvars kişi qol saatı, 01 ədəd üzərində «Romansın» markalanma yazısı olan kvars qadın qol saatı, 01 ədəd «Nokia» markalı D349 modelli mobil telefon, 01 ədəd «Nokia» markalı C5 modelli mobil telefon, 01 ədəd «Nokia» markalı iki kart mobil telefon, 01 ədəd «Ktel» markalı mobil telefon və istifadədə olmuş müxtəlif çeşiddə kosmetik ləvazimatları maddi sübut kimi tanımış, lakin həmin əşyalar zərərçəkmiş şəxslərə tanınmaya təqdim edilməmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 qeyd olunan əşyaların ona məxsus olmadığını bildirmişlər. Həmçinin, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 nümayəndəsi və vəkili X13 da Zərərçəkmiş şəxs1 tərəfindən məhkəmə istintaqı gedişatında həmin əşyalara baxış keçirildiyini, lakin əşyaların sonuncuya məxsus olmadığını bildirmişdir. Cinayət işinin materiallarından görünür ki, maddi sübut kimi tanınmış həmin əşyalar zərərçəkmiş şəxslərə tanınmaya təqdim edilməmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən maddi sübutlar məhkəmədə tədqiqdən əvvəl zərərçəkmiş şəxslər tərəfindən tanınmadığından və həmin əşyalar zərərçəkmiş şəxslərə məxsus olmadığından hazırkı iş üzrə maddi sübut kimi qəbul edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 CMnin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri, Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Mülki iddiaya münasibətdə məhkəmə qeyd edir ki, mülki iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı qərarının 21-ci bəndində qeyd edilir ki, məhkəmələrin diqqəti hökm çıxarılarkən mülki iddianın həllinə aid CPM-nin 324, 326, 330cu maddələrinin tələblərinin ciddi yerinə yetirilməsi zərurətinə cəlb edilsin. Həmin tələblərə görə məhkəmə hökmdə mülki iddianın tam və ya hissə ilə təmin edilməsinin və ya rədd edilməsinin motivini göstərməlidir. İddia tam və ya hissə ilə təmin edildikdə, müvafiq hesablamalar aparmaqla mülki iddianın məhz hansı qanuna əsasən təmin edildiyi hökmdə qeyd edilməlidir. Bir neçə müttəhimə qarşı mülki iddia verilmişsə, hökmdə hansı məbləğin, kimlərdən müştərək qaydada, hansıların isə kimlərdən pay şəklində alınması göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur; 179.2-ci maddəsinə əsasən Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir; 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. İş materiallarında olan iddia ərizəsindən görünür ki, zərərçəkmiş şəxs mülki iddia ilə məhkəməyə müraciət edərək 46345 manat pulun Təqsirləndirilən şəxs1 və X3 xeyrinə tutulmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs1 və X8 mülki iddianı etiraf edərək təmin edilməsinə etiraz etməmişlər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və X5 özgənin əmlakını gizli olaraq talaması, bunun nəticəsində zərərçəkmiş şəxsə 46345 manat ziyan vurulması təsdiq edildiyindən, beləliklə, mülki iddia əsaslı olduğundan, təqsirləndirilən şəxslər və mülki cavabdehlər mülki iddianı etiraf edərək təmin edilməsinə etiraz etmədiklərindən mülki iddia təmin edilməli, Təqsirləndirilən şəxs1 və X3 müştərək qaydada 46345 manat pul tutularaq Zərərçəkmiş şəxs1 ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, mülki iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Təqsirləndirilən şəxs1 və X3 Zərərçəkmiş şəxs1 xeyrinə tutulmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada maddi ziyana görə 46345 (qırx altı min üç yüz qırx beş) manat pul, 30 manat dövlət rüsumu, ümumilikdə 46375 (qırx altı min üç yüz yetmiş beş) manat tutularaq Zərərçəkmiş şəxs1 ödənilsin. İş üzrə maddi sübut – 01 ədəd sarı rəngli qutu və içərisində təsbehin, 01 ədəd qara rəngli plastik materialdan hazırlanmış əvvəllər istifadədə olmuş, qadın üçün gün eynəyinin, 01 ədəd kişi elektron qol saatın, 01 ədəd plastik dairəvi formalı metrənin Zərərçəkmiş şəxs3 qaytarılması nəzərə alınsın. Xətai RPİ-nin MSK-da saxlanılan – 01 ədəd üzərində heç bir markalanma yazısı olmayan, istifadədə olub (üzərində istismar xarakterli qüsurlar var) və hal-hazırda təyinatı üzrə istifadəyə yararlı vəziyyətdə olan, iki seksialı, mətbəxdə istifadə olunan qab yuyan, 01 ədəd üzərində «Yaguar» markalanma yazısı olan, süni tərkibli dəridən tikilmiş istifadədə olmuş ayaqqabı, 01 ədəd üzərində heç bir markalanma yazısı olmayan yataq dəsti (yataq üzü, döşək və yorğan üzü), 01 ədəd «LG» markalı VXS tipli istifadədə olmuş videomaqnitafon, 01 ədəd «Samsung» markalı PC-650 modelli qidalandırıcı elementlə işləyən fotoaparat, 01 ədəd «Premier» markalı PC-664 modelli qidalandırıcı elementlə işləyən fotoaparat, 01 ədəd üzərində heç bir markalanma yazısı olmayan, süni tərkibli dəridən tikilmiş istifadədə olmuş kişi ayaqqabısı, 07 ədəd VSX tipli videokasetlər, 05 ədəd plastmas materialdan olan paltar asılqanı, 02 ədəd kəlbətin tipli dırnaq tutan, 20 ədəd xörək qaşığı, 04 ədəd kəfkir, 05 ədəd aşqaşığı, 14 ədəd CD formatlı disk, 08 ədəd şüşə materialdan hazırlanmış su badəsi, 02 ədəd şəffaf şüşədən hazırlanmış gül qabı, 05 ədəd masqura, 01 ədəd «Supebox» markalı istifadədə olmuş tuner, 08 ədəd nəlbəki, 01 ədəd çaynik, 01 ədəd pastlanmayan materialdan hazırlanmış stəkan altlığı, 02 ədəd qaz piltəsinin üst hissəsi, 01 ədəd 3m/kvadrat ölçüdə, laminat materialdan hazırlanmış mətbəx mebeli (sökülmüş vəziyyətdə), 01 ədəd üzərində «Braun» markalanma yazısı olan istifadədə olmuş saçqırxan, 01 ədəd üzərində «Kemil» marklanma yazısı olan istifadədə olmuş) saçqırxan, 01 ədəd «Mevidoğlu» markalanma yazısı olan istifadədə olmuş su kranı, 01 ədəd üzərində heç bir markalanma yazısı olmayan 4 seksialı (3 seksiası qaz, 1 seksiası elektrik) stolüstü qaz piltəsi, 04 ədəd əlvan metaldan hazırlanmış üzük, 01 ədəd əlvan metaldan hazırlanmış sırğa, 02 ədəd metaldan hazırlanmış boyunbağı, 06 ədəd əlvan metaldan hazırlanmış saş tutacağı, 05 ədəd pitiqabı, 02 ədəd plastmas qab, 10 ədəd TV kabel, 01 ədəd üzərində «DKNV» markalanma yazısı olan, kvars qadın qol saatı, 01 ədəd üzərində «Brak» markalanma yazısı olan, kvars kişi qol saatı, 01 ədəd üzərində «Romansın» markalanma yazısı olan kvars qadın qol saatı, 01 ədəd «Nokia» markalı D349 modelli mobil telefon, 01 ədəd «Nokia» markalı C5 modelli mobil telefon, 01 ədəd «Nokia» markalı iki kart mobil telefon, 01 ədəd «Ktel» markalı mobil telefon və istifadədə olmuş müxtəlif çeşiddə kosmetik ləvazimatlar məhkəmədə tədqiqdən əvvəl zərərçəkmiş şəxslər tərəfindən tanınmadığından və həmin əşyalar zərərçəkmiş şəxslərə məxsus olmadığından hazırkı iş üzrə maddi sübut kimi qəbul edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz manat) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin, VÖEN **********, AZ53AİİB******************** hesaba keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(011)-314/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-314/2020
19.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver