Məhkəmə qərarları › İş №1(011)-314/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-314/2025

08.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-314/2025 08.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 34 saylı Vəkil Bürosunun vəkili X4 iştirakı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxxx 2004-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayətin onun tərəfindən törədilməsinə dəlalət edən ilkin sübutların məcmusu ilə təqsirləndirilir ondan ötrü ki, o, istintaqla müəyyən edilməyən vaxtda və şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir bükümdə təmiz çəkisi 0,287 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək üzərində saxlamaqla daşımış, 11 mart 2025-ci il tarixdə saat 03:00-da Xətai RPİ-nin PPBX-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanının qarşısında xidmət apararkən hərəkətləri şübhə doğurduğu üçün saxlanılaraq ünvan 3 ünvanında Xətai RPİ-nin 37-ci PŞ-nə gətirilib videoçəkilişdən istifadə edilməklə müdafiəçinin iştirakı ilə şəxsi-axtarış və götürmə zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qırmızı rəngli kağız bükümdə təmiz çəkisi 0,287 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, əvvəllər məhkum olunmamışdır, subaydır. 2025-ci ilin mart ayının əvvəllərində Bakı şəhərinə gələrək qonaq kimi bir müddət qalmışdır. Narkotik vasitə marixuana və psixotrop maddə metamfetamini uzun müddət istifadə etmişdir. Narkotik vasitələri və psixotrop maddələri müxtəlif yerlərdən tanımadığı şəxslərdən almışdır. xx.xx.2025-cü il tarixdə axşam saatlarında adını və anket məlumatlarını bilmədiyi internet vasitəsi ilə tanış olduğu İran İslam Respublikası vətəndaşı olması məlum olan şəxsdən "Whatsapp" ani mesajlaşma tətbiqi ilə şəklini və yerini göndərdiyi Bakı şəhəri, Xətai rayonu, Oktay Əliyev 180 ünvanına getmişdir. Həmin ünvandakı küçədə daşın altından 1 ədəd qırmızı rəngli kağız bükümdə içərisində ağ rəngli kristalşəkilli maddəni və 1 ədəd ağ rəngli kağıza bükülmüş bükümdə içərisində narkotik vasitə marixauananı şalvarının sağ yan cibinə qoymuşdur. Daha sonra NZS qəsəbəsində olan dostu ilə görüşüb bir qədər vaxt keçirtmişdir. 11 mart 2025-ci il tarixdə saat 03:00-da Xətai rayonu, Oktay Vəliyev küçəsi 180 ünvanının yaxınlığında olan zaman iki nəfər polis əməkdaşı yaxınlaşaraq özlərini təqdim edib, narkotik vasitənin istifadəsində şübhələndikləri üçün saxlayaraq birlikdə Xətai rayon 37-ci Polis Şöbəsinə getməsini izah etmişdirlər. Bundan sonra 37-ci polis şöbəsinə getmişdir. Polis Şöbəsində şübhəli şəxs qismində tutularaq hüquq, vəzifələri izah edilməklə təqdim olunmuş vəkilərin siyahısı əsasında seçmiş olduğu vəkilin, polis əməkdaşlarının iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış və götürmə aparılması ətraflı izah edilmişdir. Üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı polis əməkdaşı tərəfindən üzərində qeyri qanuni və digər əşyaları olduğu təqdirdə təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd qırmızı rəngli kağıza bükülmüş bükümdə olan metmafetamini və 1 ədəd ağ rəngli kağıza bükülmüş bükümdə marixuananı təqdim etmişdir. Həmin 2 ədəd bükümün içərisində nə olması soruşulduqda, 1 ədəd bükümdəki kütlələrin psixotrop maddə "metamfetamin" digər bükümdəki maddənin isə "marixuana" olmasını bildirmişdir. Bükümdə olan maddələr elektron tərəzidə çəkilmiş və 1 ədəd bükümdə metamfetaminin çəkisi qablaşdırma ilə birlikdə 0,40 qram, digər 1 ədəd bükümdə olan marixuananın çəkisi isə 2,07 qram olması məlum olmuşdur. Bundan sonra üzərindən aşkar edilən narkotik maddə və psixotrop maddəni nə vaxt və haradan almasını soruşduqda, anket məlmatını bilmədiyi şəxsdən xx.xx.2025-cü il tarixdə hər iki bükümü hər bükümü 20 manat olmaqla əldə etdiyini bildirmişdir. Bundan sonra üzərindən aşkar edilmiş maddə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılmış, möhür ilə möhürlənərək götürülmüşdür. Bununla bağlı protokol tərtib edilmiş və həmin protokola tanış olaraq iştirakçılarla birgə imza etmişdir. Hazırda əməlindən peşmandır və barəsində cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, DİN-nin Bakı şəhəri Xətai RPİ-nin PPX bölüyünün polis nəfəri vəzifəsində xidmət edir. xx.xx.2025-ci il tarixdə PPX bölüyünün polis nəfəri, polis serjantı Şahid2 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu ərazisində xidmət aparmışdır. Həmin tarixdə saat 03:00-da ünvan 2 ünvanın qarşısında bir nəfər şəxsin özünü şübhəli apardığını görüb yaxınlaşmış və özlərini təqdim etmişdirlər. Bundan sonra anket məlumatları barədə məlumat soruşduqda özünü xx.xx.2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Həmin şəxslə profilaktiki söhbətlər aparan zaman danışıqlarında qeyri-səmimilik və üzündə solğunluq aşkar şəkildə görünmüşdür. Bundan sonra narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etmişdir. Təqsirləndirilən şəxs Xətai RPİ-nin 37-ci PŞ-nə apararaq, polis şöbəsində həmin şəxsin gətirilməsi barədə raport tərtib edərək barəsində araşdırma aparılması üçün X6yə təhvil vermişdir. Şöbədə olan zaman həmin şəxsin xx.xx.2004-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 6 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. X6 Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət etdikdən sonra həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibində olan bir ədəd qırmızı rəngli kağız bükümü və bir ədəd ağ kağız bükümü təqdim etmişdir. Ardınca təhqiqatçı bükümlərdə nə olmasını soruşduqda, Təqsirləndirilən şəxs bükümlərdə psixotrop maddə olan metamfetamin və narkotik vasitə marixuana olduğunu bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddə olan metamfetamini və narkotik vasitə marixuananı hardan əldə etdiyini soruşduqda sonuncu təqdim etdiyi bükümləri internet vasitəsi ilə "NZS” qəsəbəsindən tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan başqa üzərində digər qanunsuz əşya və predmet olduğu soruşulmuş və təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Təqdim etdiyi bükümlərdən başqa Təqsirləndirilən şəxs üzərindən hər hansı sübut əhəmiyyətinə malik ola biləcək predmet və əşya aşkar olunmamışdır. Həmin psixotrop maddəyə və narkotik vasitəyə bənzər maddənin çəkisini müəyyən etmək üçün şöbənin təhqiqatçısı, polis kapitanı Bahadur Ənnağızadə həmin maddələri elektron tərəziyə qoymuş və qırmızı rəngli kağız bükümdə olan metamfetaminin miqdarının 0,40 qram və ağ rəngli kağız bükümdə olan marixuananın çəkisi 2.07 qram olması müəyyən edilmişdir. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin PPXB-nin polis nəfəri Şahid2 ifadəsində şahid qismində dindirilmiş Şahid1 ifadəsinə uyğun ifadə verərək onun dediklərini bir daha təsdiqləmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 11 mart 2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul olunaraq istintaq aparılmışdır; (i.v. 1) - 11 mart 2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 mart 2025-ci il tarixdə saat 03:00-da şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 14) - 11 mart 2025-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxsnı bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd qırmızı rəngli kağıza bükülmüş bükümdə olan içərisində ağ rəngli kristalşəkilli maddəyə bənzər kütləni və 1 ədəd ağ kağıza bükülmüş içərisində yaşıl rənli otşəkilli kütlə təqdim etdi. Həmin bükümlərin içərisində nə olması ondan soruşulduqda, həmin 1 ədəd qırmızı kağıza bükülmüş bükümdəki kütlələrin narkotik vasitə olan "metamfetamin" olmasını və 1 ədəd ağ kağıza bükülmüş bukümdə yaşıl rəngli otşəkilli maddə narkotik vasitə "marixuanna" olmasını bildirdi. Həmin bükümdə olan maddə elektron tərəzidə çəkildi və məlum oldu ki, həmin qırmızı rəngli kağıza bükülmüş ağ rəngli kristalşəkilli kütlənin çəkisi qablaşdırma ilə birlikdə 0,40 qramdır və ağ rəngli kağıza bükülmüş yaşıl rəngli otşəkilli kütlənin çəkisi qablaşdırma ilə birlikdə 2,07 qramdır. Ondan həmin narkotik maddə və psixotrop maddələri nə vaxt və haradan alması soruşulduqda, Təqsirləndirilən şəxs bildirdi ki, o həmin narkotik maddələri internet vasitəsi ilə adını bilmədiyi şəxsdən özü istifadə etməyi üçün online qaydada alıb üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün 153 saylı möhürü ilə möhürlənərək götürüldü. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi; (i.v. 25-26) - Cinayət işində olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmasını əks etdirən bir ədəd “DVD-R” disk sübut kimi tanınmışdır; (i.v. 26) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/529 nömrəli 11 mart 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “(imza) Təqsirləndirilən şəxs...” yazıları olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,287 qram olan ağ rəngli, kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetaminin təmiz çəkisi – 0,287 qram, tədqiqata sərf edildi – 0,1 qram, qalıq – 0,187 qram; (i.v. 33-37) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7/430 nömrəli 11 mart 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs...” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd kağız bükülüdə təmiz çəkisi – 1,23 qram, olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi – 1,23 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 1,18 qram; (i.v. 38-41) - 12 mart 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; (i.v.51-52) - 12 mart 2025-ci il tarixli DVD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi barədə protokoldan və məhkəmə iclasında disk üzrə videogörüntüyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, həmin DVD diskdə əks edilmiş görüntülər 11 mart 2025-ci il tarixdə qeydə alınır və 9 dəqiqə 50 saniyə davam edir. Süni İşıqlandırma ilə işıqlandırılmış otaq Xətai RPİ-nin 37-ci PŞ-nin inzibati otaqlarından biridir. Videogörüntüdən müəyyən edilir ki, X6nin sol tərəfində oturmuş şəxs, Bakı şəhəri 13 saylı hüquq bürosunun vəkili X12r. Xidməti otaqda X6nin qarşısında sol tərəfində ayaq üstə durmuş əynində qara rəngli cins şalvar, qara rəngli gödəkçə, qara rəngli ayaqqabı olan şəxs isə Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs sağ və sol yanında dayanmış şəxslər Xətai RPİ-nin PPXBnin polis nəfərləri, polis serjantları Şahid1 və Şahid2dur. Video çəkilişin davamında X6 Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini sonuncuya təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan cibində olan bir ədəd ağ rəngli kağız bükümü ardınca isə qırmızı rəngli kağız bükümü təqdim edir. Təhqiqatçı həmin bükümlərdə nə olmasını soruşduqda, Təqsirləndirilən şəxs bükümlərdə psixotrop maddə olan metamfetamin və narkotik vasitə marixuana olduğunu bildirdi. Təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddə olan metamfetamini və narkotik vasitə marixuananı hardan əldə etdiyini soruşduqda sonuncu təqdim etdiyi bükümləri internet vasitəsi ilə tanış olduğu tanımadığı şəxsdən NZS qəsəbəsi ərazisindən aldığını bildirdi. Bundan başqa üzərində digər qanunsuz əşya və predmet olduğu soruşuldu və təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparıldı. Təqdim etdiyi bükümlərdən başqa Təqsirləndirilən şəxs üzərindən hər hansı sübut əhəmiyyətinə malik ola biləcək predmet və əşya aşkar olunmadı. Həmin psixotrop maddəyə və narkotik vaistəyə bənzər maddənin çəkisini müəyyən etmək üçün bölmənin təhqiqatçısı, polis kapitanı Bahadur Ənnağızazdə həmin maddəni elektron tərəziyə qoyur və ağ rəngli kağız bükümdə narkotik vasitə marixuananın mqidarı 2.07 qram, qırmızı rəngli kağız bükümdə olan metamfetaminin miqdarının 0,40 qram olması müəyyən edildi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd büküm görüntüdəki şəxslərin gözü qarşısında zərfə qoyularaq qablaşdırılır və möhür ilə möhürlənir. Həmin zərfin üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi və polis əməkdaşları tərəfindən imzalanır; (i.v.62-63) - 12 mart 2025-ci il tarixli vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərardan görünür ki, Bakı şəhəri, Xətai RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri, Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Rəhman Cəfərovun xx.xx.2025-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs saxlandığı Bakı şəhəri, Xətai RPİ-nin X10 dərhal azad edilmişdir; (i.v.67-68) - 12 mart 2025-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, xx.xx.2004-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, ünvan 6 ünvanında qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; (i.v.69-70) - 13 mart 2025-ci il tarixli ünvan 8 MİS-nin 103№-li arayışından görünür ki, xx xxxxxxx 2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs həqiqətən ünvan 7 ünvanında qeydiyyatdadır; (i.v.84) - 13 mart 2025-ci il tarixli ünvan 8 MİS-nin xasiyyətnaməsindən görünür ki, xx xxxxxxx 2004-cü ildə Mingəçevir şəhərində anadan olmuş, hal-hazırda Mİngəçevir şəhər, A.Şaiq küçəsi 5, mənzil 68 ünvanında qeydiyyatdadır. X1 yuxarıda göstərilən ünvanda yaşadığı müddətdə öz yaşıdları arasında özünə dərin hörmət qazanmışdır. Nümunəvi hərəkətləri ilə seçilir. Onun haqqında MKTK-nin 1 saylı Mənzil İstismar sahəsinə qonşulardan və kənar şəxslərdən heç bir şikayət daxil olamışdır; (i.v.85) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 X11 Xəstəxanasının 27 mart 2025-ci il tarixli məktubundan görünür ki, xx xxxxxxx 2004-cü il təvəllüdlü Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X2 müraciət etməmişdir; (i.v.88) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X18 Şəxsinin 27 mart 2025-ci il tarixli 1741 №-li Ambulator X3 rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; (i.v.89-90) - 28 mart 2025-ci il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı 1 (bir) ədəd “Redmi” markalı mobil telefonun üzərində “Azerfon MMC” operatoruna məxsus ***-***-**-** saylı mobil nömrə aşkar olunmuşdur. Həmçinin baxış zamanı mobil telefonda iş üzrə əhəmiyyət kəsb edən yaddaş kitabçasında həmçinin hər hansı bir nömrəyə zəng(lər) olunması, eləcə də iş üzrə əhəmiyyət kəsb edən fotoşəklin olması müəyyən olunmamışdır. Baxış zamanı protokol tərtib olunmuş, 1 (bir) ədəd “Redmi” markalı mobil telefon əvvəlki zərfinə qoyulmuşdur. Buna görə də 1 (bir) ədəd «Redmi» markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinə əlavə edilmişdir; (i.v.92-93) - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərfindən verilmiş 29 mart 2025-ci il tarixli tələbnamədən görünür ki, X9 əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur; (i.v.94) - 30 aprel 2025-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan və məhkəmə iclasında disk üzrə videogörüntüyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, baxış zamanı məlum oldu ki, Təqsirləndirilən şəxs məxsus istifadə etdiyi ***-***-**-** saylı mobil nömrə ilə siyahılarda qeyd edilmiş müxtəlif mobil nömrələr arasında danışıqlar aparılmışdır. Siyahılara baxış keçirilərkən ***-***-**-** saylı abonentin mesaj bölməsinə iş üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı bir mesaj mətni, yazışma və ya məlumat aşkar edilməmişdir. "xxxx" MMC-dən götürülmüş CD diskə baxış keçirilməsi barədə protokol tərtib olunaraq eyni zamanda həmin diskdən müvafiq çıxarışlar cinayət işinin materiallarına əlavə olunmuşdur. Baxış zamanı “PDF” formatlı «Zenglerin_Mexsusluq_Tarixceleri adlı mətn sənədində abunəçilərin mobil telefon nömrəsi, ünvanları və anket məlumatları qeyd olunmuşdur; (i.v.103) - "xxxx" MMC tərəfindən daxil olmuş 19 aprel 2025-ci il tarixli məktubdan görünür ki, 1 ədəd CD disk iş materiallarına əlavə edilmişdir; (i.v.104-116) - 29 may 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış və cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmişdir; (i.v.120-127) - 31 may 2025-ci il tarixli Təqsirləndirilən şəxs tərəfindən yazılmış qəbzdən görünür ki, müstəntiq Rəhman Cəfərovdan ona məxsus “Redmi” markalı mobil telefonu təhvil almışdır; (i.v.131) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən təmiz çəkisi 0,287 qram olan psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur və «Narkotik vasitələr» adlı İ siyahının 109.1-ci qrafasına əsasən təmiz çəkisi 1,23 qram olan narkotik vasitə qurudulmuş marixuana xeyli miqdar hesab olunmur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini və əməlindən peşman olmasını CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlinin xarakterini, cinayətin törədilməsi hallarını, cinayətin ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətini nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasından aşağı həddə cəzanın təyin edilməsi üçün müstəsna hallar, eləcə də cəzanın şərti tətbiq edilməsi üçün əsaslar yoxdur. Bu baxımdan məhkəmə qeyd edir ki, cəzanın əsas məqsədlərindən olan məhkumun islah olunması və qanunla qorunan ictimai münasibətlərin toxunulmazlığı və başqa şəxslərin qanunla qorunan hüquqlarına hörmət hissinin formalaşdırılması baxımından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsi qanuni və ədalətlidir, həm də cəzanın məqsədinə uyğundur. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 02 (iki) gün müddətində, yəni 11-12 mart 2025-ci il tarixdə həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 08 iyul 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə dəyişdirilməli və o, məhkəmə zalında həbsə alınmalıdır. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator X3nın rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 0,187 qram psixotrop maddə metamfetamin və 1,18 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş iki ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş psixotrop maddənin ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 10 (on) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X7 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 110 (yüz on) manat ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur və xüsusi müsadirəyə məruz qalınası əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 02 (iki) gün həbsdə saxlanıldığı müddət təyin edilmiş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; cəzasının əvvəli 08 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə dəyişdirilsin və o, məhkəmə zalında həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınsın. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,187 qram psixotrop maddə metamfetamin və 1,18 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - şəxsi axtarış keçirilməsi istintaq hərəkətinin görüntüləri əks olunmuş iki ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 10 (on) saat hüquqi yardıma görə Bakı şəhəri 34 saylı Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 110 (yüz on) manat ödənilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar