Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-315/2023 30.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Təhməzov Nəcməddin Azər oğlunun katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X1, Təqsirləndirilən şəxs, Müdafiəçi Kiçikbəyov və Partnyorları Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1983-cü ildə Gürcüstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə Zərərçəkmiş şəxs ilə tanış olaraq onunla evlənəcəyini, bunun üçün 01 ədəd şal, 4 manat pul və 10 qramdan az olmayan qızıl zinət əşyaları verməsini, həmin əşyaları ona çatdırdıqdan sonra molla kəbini kəsdirəcəyi adı ilə yalan vəd verib aldadaraq, 10 noyabr 2022-ci il tarixdə Zərərçəkmiş şəxs Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 35 ünvanında yerləşən ünvan 3 01 ədəd 10 manat dəyərində şalı, 4 manat pulu, 01 ədəd 1000 manat dəyərində halqa formalı, üstündə gözmuncuğu olan üzüyü və 01 ədəd 200 manat dəyərində üzərində beşbarmaq şəkli olan qızıl boyunbağını Bakı şəhəri Xətai rayonun, M.Hadi küçəsində yerləşən Ukrayna dairəsində qəbul edib ələ keçirərək şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs ümumilikdə 1214 (bir min iki yüz on dörd) manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiqlədiyini qeyd edərək göstərmişdir ki, X2 2022-ci ilin oktyabr ayından Əminə adlı tanışının vasitəsilə tanımışdır. Səbinəyə özünü polis əməkdaşı kimi təqdim etmiş və Xətai RPİ-nin rəis müavini Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Səbinə ona inanmış və o, sonuncudan evlənmələri üçün molla kəbini kəsdirməli olduğunu, bunun üçün isə 4 manat pul, bir ədəd şal, 3 qram isə qızıl-zinyət əşyası verməyini istəmişdir. Guya həmin qızıl-zinyət əşyasını mollaya verib kəbinlərini kəsdirəcəkmiş. Səbinə isə ona inanıb deyilən qızıl-zinyət əşyasını, 4 manat pulu və bir ədəd şalı 2022-ci ilin noyabr ayının 10-da ona göndərmişdir. O da həmin əşyaları Bakı şəhəri Xətai rayonu Ukrayna dairəsində qəbul etmişdir. Həmin əşyalardan bir ədəd qadına məxsus şalı zibil qabına atmış, 4 manat pulu və qızıl-zinyət əşyasını isə özünə götürmüş, qızıl-zinyət əşyasını 140 manata Laçın Ticarət Mərkəzində xatırlamadığı şəxsə satmışdır. Əlində məqsədi həmin qızıl-zinət əşyalarını ələ keçirmək olmuşdur. Həmçinin əldə etdiyi pulu isə şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan sonra isə Səbinə ilə əlaqələrini tamamilə kəsmiş və sonuncu ilə əlaqə saxlamamışdır. Bundan sonra Səbinənin bacısı Billurə onunla əlaqə saxlamış və qızılları qaytarmağını tələb etmişdir. Lakin o, həmin qızılı satıb artıq pulunu xərclədiyi üçün Səbinənin pulunu qaytara bilməmişdir. Daha sonra əməlindən peşman olduğunu, dəymiş ziyanın tam ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün səmimi etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, özünü ona Xətai RPİ-nin müavini Təqsirləndirilən şəxs adı ilə tanıdan şəxsi əvvəllər tanımamışdır. O, həmin şəxsi iş yoldaşı Əminənin vasitəsi ilə tanımışdır. Əminə ona bir tanışının olduğunu, həmin tanışının evlənmək istədiyini, münasib xanım axtardığını, həmin şəxsin ailəsini yaxından tanıdığını və Əminə xalanın da onu evlənmək üçün Samirə məsləhət etdiyini bildirmişdir.. 2022-ci ilin oktyabr ayından etibarən Samirlə danışmışdır. İlk tanışlıqda Samir ona özünü polis kimi təqdim etmiş və Xətai RPİ-nin rəis müavini olduğunu, rütbəsinin polkovnik olduğunu, onunla evlənmək istədiyini, əvvəlcə müəyyən qədər danışdıqdan sonra evlənəcəyini, fikrinin ciddi olduğunu bildirmişdir. O da həmin Samirin səmimi danışıqlarını inanmış və sonuncu ilə evlənəcəyinə qərar vermişdir. Həmçinin o, Samiri şəxsi görmək istəyəndə ona dindar olduğunu, onunla görüşməyin haram olduğunu, görüşmək üçün evlənmələrinin, kəbin kəsdirməyin lazım olduğunu, bunun üçün isə bir ədəd şal, 4 manat pul və 10 qramdan az olmayan qızıl-zinyət əşyaları verməyinin lazım olduğunu, həmin əşyaları çatdırdıqdan sonra molla vasitəsi ilə kəbinlərini kəsdirəcəyini bildirmişdir. O, həmin şəxsin səmimiyyətinə inanmış və özünə məxsus 10 manat dəyərində 01 ədəd şalı, 4 manat pulu, bir ədəd dəyəri 1000 manat olan qızıl halqa formalı, üstündə gözmuncuğu olan üzük, bir ədəd dəyəri 200 manat olan qızıl boyunbağını 10 noyabr 2022-ci il tarixdə sonradan adı və soyadı ona məlum olan Təqsirləndirilən şəxs “Bolt” taksi şirkəti ilə Ukrayna dairəsinə göndərmişdir. Həmin gündən Samiri axtarsa da tapa bilməmişdir. Aldandığını başa düşmüşdür.Bacısı Billurə həmin şəxslə telefon vasitəsilə danışıb ona məxsus qızıl zinət əşyalarını və digər əşyaları qaytarmasını tələb etmişdir.Daha sonra polisə şikayət etmişdir. Hazırda ona dəymiş ziyan tam ödənildiyindən təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahidlər Şahid1 və Şahid2 Ağahcydər qızının ibtidai istintaqda verdikləri ifadələri elan edilərək tədqiq edilmiş, onların ifadəsi zərər çəkmiş şəxsin ifadəsinə oxşar olmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “Redmi” markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı mobil telefonun “Whatsapp” proqramında adını “X4” kimi qeyd edilmiş Zərərçəkmiş şəxs istifadəsində olmuş ***-***-**- ** mobil nömrəyə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrədən “Salam Sabah size çatdıracam”, Zərərçəkmiş şəxs isə “Üzük sep qolbaqlar Salam mən gözdüyürəm səni, adresi yazıram, Sabunçu rayon Asif Əsədullayev 65“, “Nə oldu bəs bu gün göndərirdin, əmanətləri göndər bitsin bu iş”, həmçinin Zərərçəkmiş şəxs bacısı Billurəyə məxsus ***-***-**-** mobil nömrəsindən Salam bu gün üzüyü götürməliydim, kişi adına layiq hərəkət elə, bu nə hərəkətdi, sizdə abır həya var, səni polisə verəcəm, Təqsirləndirilən şəxs isə get ver, “Sabah Emine xanıma çatdıracam danışdım, 6-cı günü tezeden sebrli olun günün ikinci yarısı verecem” sözləri yazılmış yazışmaların olması aşkar edilmişdir. Cinayət işində olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan məlum olur ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş və Xətai RPİ MSY-dən azad edilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, ona dəymiş ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəmiş, onunla barışmış, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında göstərilmişdir ki, dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs dələduzluq cinayətinin üsulu kimi aldatma və etibardan sui-istifadədən istifadə etmiş, bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verərək zərərçəkmiş şəxsin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq cinayətini törətməsi, onun özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində zərərçəkmiş şəxsə vurduğu ziyanın ümumi məbləği 1214 (bir min iki yüz on dörd) manat olmuşdur. Təqsirləndirilən şəxs vurduğu ziyanı tam ödəmiş və zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Məhkəmə hesab edir ki, qanunvericiliyin aşağıda sadalanan müddəalarına görə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən ləğv edilməlidir. İş üzrə maddi sübut, mülki iddia, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə mülki iddia, maddi sübut, xüsusi müsadirə olunmalı əmlak və məhkəmə xərci yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Sədrlik edən Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-315/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-315/2023
30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver