Məhkəmə qərarları › İş №1(011)-316/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-316/2024

06.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-316/2024 06.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs2 Qafar qızının, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxx 1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinə daxil olan ********* saylı cinayət işi üzrə ibtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talama məqsədi ilə 22 noyabr 2023-cü il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs1 icarə əsasında işlətdiyi ünvan 2 ünvanında yerləşən “Bolluca” geyim mağazasında müştəri qismində olarkən mağazanın kassa masası üzərinə qoyulmuş Zərərçəkmiş şəxs1 məxsus 500 manat dəyərində əl çantasında və 150 manat dəyərində qırmızı rəngli cüzdanda 1080 manat nağd pul, 600 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 1020 manat, sonuncunun adına hər birinin dəyəri 5 manat, cəmi 20 manat dəyərində "xxxx" ASC-nə aid 04 ədəd hesab kartını, cəmi dəyəri 1000 manat təşkil edən 2 ədəd krem, 2 ədəd layner, 4 müxtəlif rəngdə pomada olan kosmetik qabı, 256 manat dəyərində markası məlum olmayan ətir, 400 manat dəyərində «Chanel Tendre» markalı ətir, 5 manat dəyərində qapını açmaq üçün plastik kartı, 10 manat dəyərində «Viktoriya Sekret» markalı qadın alt paltarını, cəmi 4441 manat dəyərində əmlakı gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 4441 (dörd min dörd yüz qırx bir) manat miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını talama məqsədilə 19 dekabr 2023-cü il tarixdə saat 18:00-da ünvan 3 ünvanında yerləşən «Anka» ayaqqabı mağazasında müştəri qismində olarkən mağazanın icarəçisi Zərərçəkmiş şəxs2 mağazanın salonundakı satıcı üçün nəzərdə tutulmuş masanın altından 200 manat dəyərində əl çantasını içərisində 2500 manat nağd pul vəsaiti ilə, 15 manat dəyərində ikinci əl çantasını 100 manat dəyərində mobil telefon üçün qulaqcıqları ilə birlikdə cəmi dəyəri 2815 manat olan əmlakı gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumilikdə 2815 (iki min səkkiz yüz on beş) manat miqdarda maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını talama məqsədilə 14 mart 2024-cü il tarixdə saat 18:00-da ünvan 4 ünvanında yerləşən «Leylam Boutique» qadın paltarı mağazasında müştəri qismində olarkən mağazanın müştərisi Zərərçəkmiş şəxs3 mağazanın salonunda masanın üzərinə qoymuş olduğu 200 manat dəyərində əl çantasını içərisində 200 manat nağd pul vəsaiti, 600 avro həmin dövrün məzənnəsi ilə 1116 manat, 1135 ABŞ dolları həmin dövrün məzənnəsi ilə 1929 manat 50 qəpik, cəmi dəyəri 3445 manat 50 qəpik təşkil edən əmlakı gizli olaraq talayıb zərərçəkmiş şəxs X1 ümumilikdə 3445 (üç min dörd yüz qırx beş) manat 50 (əlli) qəpik miqdarında maddi ziyan vuraraq oğurluq etmişdir. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində ünvan 5 ünvanda “Bolluca” mağazasına daxil olaraq mağazanın içərisində məhsullara baxması kimi görüntü yaratmaq üçün bir qədər gəzişmiş, təxminən 3-5 dəqiqədən sonra mağazanın giriş hissəsindən sol tərəfdə masanın üzərində qara rəngli qulpları gümüşü olan əl çantasının olduğunu müşahidə etmiş, heç kəsin görmədiyindən əmin olduqdan sonra həmin çantanı götürərək mağazadan çıxmışdır. Çanta ilə birlikdə Nəsimi rayonu, 28 may metro stansiyasının yaxınlığına yollanmış, orada çantaya baxdığı zaman çantada 01 ədəd kosmetika qutusu, həmin qutunun içərisində markalarını xatırlamadığı kosmetoloji vasitələr, 01 ədəd “İydə” parfumeriya mağazalarında aid olan adını xatırlamadığı ətir, 01 ədəd “Chanel” markalı ətir, həmin çantanın içərisində olan qırmızı rəngli pul kisəsi və pul kisəsinin içərisində olan 200 ABŞ dolları və təxminən 50 manat pul, ağ rəngli plastik kart, qapı açarı, qara rəngli “Viktoriya Sekret” markalı qadın alt paltarı, 04 ədəd "xxxx" ASC-yə aid bank kartları, və digər müxtəlif plastik kartların olmasını müəyyən etmişdir. Həmin əl çantasını Nizami rayonu, Neftçilər metrostansiyasının yaxınlığında zibil yeşiklərinin birinə atmışdır. Əl çantasının içərisindən 200 ABŞ dollarını və təxminən 50 manat pulu götürmüşdür. Daha sonra 19 dekabr 2023-cü il tarixdə «Əhmədli» metrostansiyasının yaxınlığında olan 9 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən «Anka» adlanan ayaqqabı mağazasında masanın arxasından iki qara rəngli yanbayan duran çantaları götürüb əlində olan böyük çantanın arxasına gizlətmişdir ki, görən olmasın və kameralara düşməsin. Çantaları götürüb mağazadan çıxmış, onları «Xalqlar dostluğu» metrostansiyasının yanında olan binaların birinin həyətində çantaları açmış, böyük çantada olan 2200 manat pulu götürmüşdür. Bundan başqa, çantada ev açarları olmuşdur. Pulu görən kimi götürmüş, çantalara ötəri baxmışdır, içərisində başqa qiymətli əşya görməmişdir. Çantaları xatırlamadığı yerdə olan zibilxanaya atıb çıxıb getmişdir. Həmin pulu borclarının ödənilməsinə xərcləmişdir. Oğurladığı böyük çantada 2200 manatdan başqa pul olmamışdır. Bank kartları, digər qiymətli əşya, şəxsiyyət vəsiqəsi, digər çantada isə qulaqcıqlar bəlkə də olmuşdur, lakin pulu pulu götürdükdən sonra çantalara ötəri baxmışdır. Balaca çantada heç nə olmamışdır. Oğurladığı həmin çantalar ikisi də qara rəngdə olmuşdur. Bundan sonra 14 mart 2024-cü il tarixdə saat təxminən 18 radələrində metronun «Həzi Aslanov» stansiyasının çıxışında yerləşən «Leylam Boutique» mağazasının yanına gəlmiş və mağazaya müştəri kimi daxil olmuş, mağazada az insan olduğunu, pəncərənin yaxınlığında bir qara rəngli çantanın olduğunu görmüş, müştərinin və satıcının başlarının qarışdığını görmüş, həmin qadının çantasını götürüb mağazadan çıxmışdır. Binaların arasında çantada pul qabının olduğunu görüb onu götürmüş və çantanı atmışdır. Pul qabının içərisində üç ədəd yüz manatlıq əskinazlarla yanaşı digər aşağı nominallar olan çoxlu sayda əskinazlar olduğunu görmüşdür, cəmi təxminən 500 manat pul olmuşdur. Onu götürüb pul qabını atmışdır. Pulları öz ehtiyaclarına xərcləmişdir. Çantada 500 manata qədər pul olmuş, şəxsiyyət vəsiqəsi və bank kartları da olmuşdur, lakin onları götürməmiş, yalnız 500 manat pulu götürmüş, şəxsiyyət vəsiqəsini və bank kartlarını çanta ilə birlikdə atmışdır.Oğurluq nəticəsində vurduğu ziyanları ödəyə bilmiədiyini, əməlindən peşman olmasını, azyaşlı övladının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, icarəyə əsasında ünvan 6 ünvanında yerləşən «Anka» adlanan ayaqqabı mağazasında ticarətlə məşğul olur. 19 dekabr 2023-cü il tarixdə saat 20:30 radələrində görmüşdür ki,özünə məxsus əl çantaları yoxdur. Birinci çantasının içərisində 2500 manat pul, öz adına şəxsiyyət vəsiqəsi, «Yelo bank»a və Kapital Bank»a aid bank kartları, evin və mağazanın açarları,100 manat dəyərində telefon üçün qulaqcıq olmuşdur. «Yelo bank» kartında pul vəsaiti olmamış, "xxxx" bank kartında 100 manat olmuş, kartı sonra bloklamış və kartdan hər hansı məbləğ çıxarılmamışdır. Kartların heç bir dəyəri olmamışdır. Təbii dəridən olan qara rəngli çantanın dəyəri 200 manat olmuş, ikinci çanta qara rəngdə süni dəridən, köhnə, dəyəri təxminən 15 manat olardı. Dərhal DİN-in 102 Xidmətinə zəng etmiş, sonra polis əməkdaşları hadisə yerinə baxış keçirmiş, mağazada videoçəkiliş aparılmışdır. Polis şöbəsində kameralara baxışdan məlum olmuşdur ki, oğurluq edən şəxs Təqsirləndirilən şəxsdır.Oğurluq nəticəsində ona ümumilikdə 2815 manat ziyan dəymişdir. Dəymiş ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxslə barışmadığını qeyd edərək, təqsirləndirilən şəxsin azadlıqdan məhrum etməklə cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, 14 mart 2024-cü il tarixdə saat 18 radələrində ünvan 7 ünvanında yerləşən «Leylam Boutiqer» adlanan paltar mağazasına getmişdir. Xoşuna gələn paltar görüb əlində olan əl çantasının pəncərəyə bitişik olan masa üzərinə qoymuş və paltarı geyinmək üçün soyunma-geyinmə otağına daxil olmuşdur. Soyunma-geyinmə otağında təxminən 10 dəqiqə olmuş, oradan çıxanda, əl çantasının qoyduğu yerdə olmadığını aşkar etmişdir. Mağazanın içərisindən DİN-in 102 Zəng Xidmətinə zəng etmiş və ərizə ilə 36-cı Polis şöbəsinə müraciət edərək hadisə barədə bildirmişdir. Çantasında şəxsiyyət vəsiqəsi, 600 Avro, təxminən 1135 ABŞ dolları və 200 manat nağd pul olmuş, çantanın özünün dəyəri 200 manat olmuşdur. 36-cı Polis şöbəsinə verdiyi ərizəsində çantada 3000 manat pul olduğunu göstərmiş, lakin bu rəqəmi çantada olan avro və dolları məzənnə ilə hesablayaraq, oğurlanmış 200 manatla birlikdə cəm şəklində göstərmişdir. Əslində isə çantada 3000 manat pul olmamışdır. Bundan başqa çantada 2 ədəd dəyəri olmayan bank kartı olmuşdur. Bank kartlarını dərhal bloklamış və bank kartlarında olan pul vəsaiti yerində qalmışdır. Oğurluq nəticəsində ona ümumilikdə 3445 (üç min dörd yüz qırx beş) manat ziyan dəymişdir. Dəymiş ziyanın ödənilmədiyini, təqsirləndirilən şəxslə barışmadığını qeyd edərək, təqsirləndirilən şəxsin azadlıqdan məhrum etməklə cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs1 məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, təqsirləndirilən şəxslə barışmadığını, şikayətçi olduğunu, ona dəymiş ziyanın ödənilmədiyini qeyd edərək, təqsirləndirilən şəxsin qanunamüvafiq qaydada cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə teleqramı və təqsirləndirilən şəxsin səmimi etirafını nəzərə alaraq Zərərçəkmiş şəxs1 iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmiş və onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmişdir. Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, 2023-cü ilin mart ayından ünvan 8 ünvanında yerləşən «Bolluca» adlanan uşaq geyimi mağazasını icarəyə götürüb işlədir. Mağazada ondan başqa Könül adlı satıcı işləyir. 22 noyabr 2023-cü il tarixdə təxminən saat 16 radələrində mağazaya gəlmiş və özünün əl çantasını mağazanın girişinin sol tərəfində yerləşən kassa aparatı olan masanın üzərinə qoymuşdur. Axşam saat 20 radələrində çantanın orada olmamasını aşkar etmişdir. Çantasını axtarmış, Könüldən soruşmuş, lakin çantasını tapa bilməmişdir. Avtomobilinin içərisinə baxmış, lakin çantasını avtomobildə də tapa bilməmişdir. Mağazada quraşdırılmış videokameralar tərəfindən qeydə alınmış videogörüntülərə baxdıqda məlum olmuşdur ki, onun çantasını başında kepka (beysbolka) olan qadın çantasını masa üzərindən götürüb tez mağazanı tərk etmişdir. Həmin oğurluq hadisəsi barədə DİN-in 102 zəng xidmətinə və Nəsimi RPİ-nin 19-cu Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Çantanın içərisində olan qırmızı cüzdanın içərisində 1080 manat nağd Azərbaycan manatı, 600 ABŞ dolları, öz adına şəxsiyyət vəsiqəsi, "xxxx"a aid 4 ədəd bank kartları, bank kartlarının birində 1004 manat 11 qəpik, birində 1 manat 30 qəpik olmuş, ikisində isə pul olmamışdır. Həmin 4 ədəd bank kartını dərhal banka zəng edib bloklamışdır və bank kart hesablarında heç bir əmlak çıxarılmamışdır. Markasını xatırlamadığı kosmetik çanta, kosmetik çantanın içərisində ümumi dəyəri təxminən 1000 manat olan markalarını xatırlamadığı 2 ədəd krem, 2 ədəd layner, 04 ədəd cürbəcür rəngdə pomada olmuşdur. Bundan başqa, cüzdanda 256 manat dəyərində markasını bilmədyi «İydə» mağazasından aldığı ətir, 400 manat dəyərində «Chanel Tendre» markalı açıq sarımtıl rəngli ətir, dəyəri 5 manat olan yaşadığı mənzilin blokuna daxil olmaq üçün kart olmuşdur. Cüzdandan başqa, çantanın içərisində dəyəri 10 manat olan qara rəngli «Viktoriya Sekret» markalı qadın alt paltarı, dəyəri olmayan yaşadığı mənzilin açarları, dəyəri olmayan VÖEN-nə aid kart, və 01 ədəd dəyəri olmayan ASAN İmzaya aid olan kart olmuşdur. Qırmızı rəngli pul kisəsinin özünün dəyəri 150 manat olmuş, çantanın isə dəyəri təxminən 500 manat olmuşdur. Mağazada videoçəkiliş aparılmış və sonradan mağazada qeydə alınmış videogörüntülərə baxdıqda məlum olmuşdur ki, mağazadan oğurluğu başında beysbolka, əynində şalvar olan bir qadın etmişdir. Onun görünüşündən hiss olunurdu ki, bu oğru qadındır. Sonradan məlum olmuşdur ki, həmin qadın Təqsirləndirilən şəxsdır. Onu əvvəllər tanımamış və heç bir münasibəti olmamışdır. Videogörüntülərdə görünür ki, həmin qadın onun çantasını kassa olan masanın üzərindən götürüb mağazanı tez tərk etmişdir. Çantada olan bank kartlarından heç bir əmlak oğurlanmamış, bank kartlarından pul çıxartmaq cəhdləri də olmamışdır. İş üzrə Şahid1 məhkəməyə teleqram ünvanlayaraq istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, ifadəsinə əlavəsi olmadığını, səhhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə iclasında onun ifadəsi elan olunaraq tədqiq edilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, təxminən 6 aydır Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 65 ünvanında yerləşən «Leylam Boutique» adlanan qadın geyimləri mağazasında satıcı işləyir. 14 mart 2024-cü il tarixdə təxminən saat 18 radələrində mağazaya əvvəl tanımadığı bir müştəri qadın gəlmiş, sonra məlum olmuşdur ki, adı Zərərçəkmiş şəxs3dır. Onun ardınca bir başqa qadın girmiş və həmin qadından soruşanda ki, nə kömək edə bilər, demişdir ki, bacısı dünən burada idman dəstinə baxmış, xoşuna gəlmiş, gələcək, onlar idman dəstini alacaqlar, bacısını gözləyir. Bu zaman Könül-xanım geyinmə otağına keçmişdir. 1-2 dəqiqədən sonra Könülxanımdan sonra mağazaya daxil olan, adı sonra məlum olmuş Təqsirləndirilən şəxs mağazadan tez tələsərək çıxmışdır. Səidənin dalınca çıxmış, lakin əlində heç bir paltar görmədiyi üçün mağazaya qayıtmışdır. Bu zaman Könül-xanım demişdir ki, pəncərəyə bitişik masanın üzərinə qoyduğu əl çantası yerində yoxdur. Könül-xanım ilə bayıra çıxdıqda məlum olmuşdur ki, artıq adını sonra bildiyi Təqsirləndirilən şəxs heç bir yerdə görünmür. Ona görə mağazaya qayıtmış və Könül-xanım oradan DİN-in 102 xidmətinə zəng edib baş vermiş oğurluq barədə məlumat vermişdir. Adını sonra bildiyi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs3 məxsus çantanı götürdüyünü görməmişdir. Könül-xanım da görməmişdir. Təqsirləndirilən şəxs dalınca çıxandan sonra sonuncunu çağırmamış, dayanmasını bildirməmişdir. Hadisədən sonra mağazada quraşdırılmış videomüşahidə kameralar qeydə aldığı videogörüntüləri polisə təqdim edilmişdir. Həmin videogörüntülərdən görünür ki, adını sonradan bildiyi Təqsirləndirilən şəxs Könül-xanıma məxsus çantanı gizlincə götürüb mağazanı tez tərk etmişdir. Mağazaya məxsus heç nə oğurlanmamışdır. Məhkəmə iclasında iştirakı mümkün olmayan Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, təxminən 1 ildir ki, Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində yerləşən «Bolluca» mağazasında satıcı olaraq çalışır. 22 noyabr 2023-cü il tarixdə saat 20 radələrində mağazanı icarəyə götürüb işlədən Zərərçəkmiş şəxs1 demişdir ki, öz əl çantasını tapa bilmir. Qumru-xanım hətta gedib avtomobilinə də baxmış, lakin çantasını tapa bilməmişdir. Bundan sonra onlar mağazada quraşdırılmış videokameralar qeydə aldığı videogörüntülərə baxıb görmüşlər ki, çantanı naməlum qadın oğurlamışdır. Həmin oğurlaq hadisəsi baş verdiyi zaman bunu heç kim görməmişdir. İş materiallarında olan 09 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan 29 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan 09 mart 2024-cü il tarixli ifadələrin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yerləşən “Anka” ayaqqabı mağazasının girişini göstərərək 19 dekabr 2023-cü il tarixdə saat 18 radələrində həmin mağazaya oğurluq etmək məqsədi ilə daxil olduğunu, 02 ədəd çantanı götürdüyünü, xatırlamadığı yerdə çantalara baxdığını, böyük çantada 2200 manat nağd pul, açarlar olduğunu, kiçik çantada isə heç nə olmadığını görüb nağd pulu götürdüyünü, çantaları isə yerini xatırlamadığı zibilliyə atdığını bildirmişdir. İfadəni yerində yoxlama zamanı çəkilmiş fotoşəkillər protokola əlavə olunmuşdur. İş materiallarında olan 29 mart 2024-cü il tarixli ifadələrin yerində yoxlanılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs “Leylam boutique” qadın paltarı mağazasında çantanı götürdüyü yeri, masanı göstərmiş, “Həzi Aslanov” metrostansiyası yaxınlığında içərisində olan pulları götürdükdən sonra çantanı zibilliyə atdığını bildirmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 8 ünvanda yerləşən «Bolluca» uşaq geyimi mağazasında əynində qara rəngli gödəkçə, başında qara kepka, əlində göy rəngli sellofan paket olan şəxsin ağ rəngli masanın üzərindən zəncir qulpları olan qadın əl çantasını götürməsi müəyyən edilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs videogörüntülərdə görünən şəxsin özü olduğunu etiraf etmişdir. İş materiallarında olan 29 mart 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 14 mart 2024-cü il tarixdə ünvan 9 ünvanda yerləşən «Leylam Boutique» qadın geyimi mağazasında quraşdırılmış müşahidə kameraları ilə qeydə almış videogörüntülərə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş və məlum olmuşdur ki, o, 14 mart 2024-cü il tarixdə saat 18 radələrində həmin mağazada piştaxtanın üzərində olan çantanı götürərək otaqdan çıxmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs videogörüntülərdə görünən şəxsin özü olduğunu etiraf bildirmişdir. İş materiallarında olan 27 mart 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 19 dekabr 2023-cü il tarixdə ünvan 10 ünvanında yerləşən ayaqqabı mağazasında əlində böyük çanta ilə götürdüyü 02 ədəd çantanı görtərək mağazadan çıxmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs videogörüntülərdə görünən şəxsin özü olduğunu etiraf etmişdir. İş materiallarında olan 29 aprel 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, müşahidə kameralarında qeydə alınmış videogörüntünün olduğu 03 ədəd disk maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. İş materiallarında olan 08 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 mart 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 09 mart 2024-cü il tarixli qətimkan tədbiri seçmə barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan təqirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi haqqında 09 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə müvəqqəti saxlama yerindən azad olunmuşdur. İş materiallarında olan 27 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi həmin şəxsin Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi ilə bir icraatda birləşdirilmiş və ibtidai istintaq ********* nömrəsi altında davam etdirilmişdir. Həmin qərarla Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsindən Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsinə tövsif edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 29 mart 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsin əvvəli 29 mart 2024-cü il tarixldən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2017-ci il təvəllüdlü X2 adlı bir azyaşlı övladı var. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs üç epizod üzrə özgənin əmlakını gizli olaraq təkrar talaması cinayəti məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün səmimi etirafı, zərərçəkmiş şəxslərin, şahidin verdiyi ifadələri, hadisə yerinin videogörüntüsü ilə, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs səmimi etirafını ,əməlindən peşman olmasını, azyaşlı övladının olmasını, cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları ,həmçinin zərərçəkmiş şəxslərin şikayətçi olmasını,sonuncu epizodu isə barəsində cinayət işi gedərkən törətməsi kimi halları nəzərə alır və belə hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkün deyildir, ona görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) gün saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müsəssisəsinin rejimini müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli həbs edildiyi gündən ,yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut kimi tanınmış 03 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia ,məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 (bir) gün həbsdə saxlandığı müddət nəzərə alınmaqla ona təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 29 mart 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 03 ədəd DVD disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar