Məhkəmə qərarları › İş №1(011)-316/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-316/2025

31.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-316/2025 31.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, İsmayılov Emin Əli oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1997-ci ildə Şəmkir rayonu, Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, istintaqla müəyyən edilməmiş şəxsdən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 7.026 qram narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində saxlamaqla daşımış, 13 mart 2025-ci il tarixdə saat 16:45-də Bakı şəhəri, Xətai rayon Polis İdarəsinin 35-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirlər nəticəsində Xətai rayonu, E.Şükürlü küçəsi 13 saylı ünvanın qarşısında saxlanılıb videoçəkilişdən istifadə edilməklə keçirilən şəxsi- axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 7,026 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir müddətdir ki, nəşə kimi bildiyi narkotik vasitə qurudulmuş marixuananı özü üçün alıb istifadə edir. Narkotik vasitəni müxtəlif yerlərdən tanımadığı şəxslərdən alıb heç kimin görmədiyi ərazilərdə istifadə edir və qəbul etməyindən başqa heç kimin məlumatı olmamışdır. 13 mart 2025-ci il tarixdə saat 10 radələrində narkotik vasitə qurudulmuş marixuana almaq məqsədi ilə Xətai rayonu ərazisində yerləşən əhmədli metrostansiyasının yaxınlığına gedərək üzdən tanıdığı lakin adını və anket məlumatını bilmədiyi şəxsə 30 manat pul verərək özü istifadə etmək məqsədi ilə bir ədəd bükümdə olan nəşə kimi bildiyi narkotik vasitə hesab edilən qurudulmuş marixuananı alıb bir qədərini özü istifadə edib qalanını isə əynində olan şalvarın sağ yan cibinə qoymuşdur. Həmin gün saat 16 radələrində Xətai rayonu, E.Şükürlü küçəsi 13 saylı ünvanın qarşısından keçib gedən zaman 3 nəfər mülki geyimdə olan əvvəllər tanımadığı mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərinin polis əməkdaşları olduqlarını bildirib onun narkotik vasitələrin və psixotrop maddələrin əldə etməsi, saxlaması və daşımasında şübhəli olmağını bildirərək, üzərinə videogörüntü ilə baxış keçirəcəklərini bildirən zaman o, əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin kütlə barədə soruşulduqda «nəşə» kimi bildiyi narkotik vasitə qurudulmuş marixuana olmasını və özü istifadə etmək məqsədi ilə alıb üzərində daşıyaraq, saxladığını bildirmişdir. Daha sonra o, əynində olan şalvarının sol yan cibindən özünə məxsus olan “Samsung” markalı mobil telefonu da polis əməkdaşlarına təqdim etmişdir. Sonra üzərində başqa hər hansı qeyri-qanuni əşya olubolmaması barədə soruşduqda heç bir əşyanın olmamasını bildirməyinə baxmayaraq üzərində axtarış aparılmış, lakin heç bir qeyri-qanuni əşya, predmet aşkar olunmamışdır. Bundan sonra üzərindən aşkar olunmuş bir ədəd büküm elektron tərəzidə çəkilmiş və 7.16 qram olması müəyyən olunmuşdur. Sonra həmin maddə zərfə qoyularaq qabalaşdırılmış və o, da iştirakçılarla birlikdə zərfin üzərinə imza etmişdir. Daha sonra isə polis əməkdaşları ilə birlikdə Xətai RPİ-nin 35-ci Polis bölməsinə gəlmiş və orada təhqiqatçı dəvət edilmiş müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah edilərək bu barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokollara imza etmiş və şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, narkotik vasitənin və ya psixotrop maddənin satışı ilə məşğul olmamış, narkotik vasitəni əldə etdiyi şəxsi yalnız üzdən tanıyır, lakin nə adını nə də ki, anket məlumatlarını bilmir, həmin şəxsi zahiri əlamətlərinə görə narkotik aludəçisi və satışı ilə məşğul olmasına görə yaxınlaşıb pul verərək almış, lakin əlamətləri yadında qalmadığı üçün bu barədə dəqiq heç nə deyə bilmir. Üzərindən aşkar olunmuş narkotik vasitədən başqa heç yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamır. Saxlanılan vaxtı və polis bölməsində ona qarşı heç bir zor və ya təzyiq olunmamışdır. Eyni zamanda, əməlindən səmimi peşmançılıq çəkdiyini və bir daha belə hallara yol verməyəcəyini qeyd etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 13 mart 2025-ci il tarixdə saat 16 radələrində o, Xətai RPİ-nin 35-ci PB-nin əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid2 və polis leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradılıb Turqay adlı şəxsin qanunsuz olaraq narkotik vasitə və psixotrop maddənin əldə edərək üzərində saxlayaraq daşıması, həmçinin Turqay adlı şəxsin Bakı şəhəri, Xətai rayonu, E.Şükürlü küçəsində olması barədə əməliyyat məlumatını yoxlamaq məqsədi ilə birlikdə qeyd edilən ünvana gələrək ünvan 3an Təqsirləndirilən şəxs piyada hərəkət edərkən onlar tərəfindən saxlanılmış və əməliyyat müvəkkili, polis leytenantı Şahid3 tərəfindən videoçəkiliş aparılarkən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın və ya predmetin olması barədə soruşduqda Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükümün içərisində olan nəşə kimi bildiyi narkotik vasitə qurudulmuş marixuanadır. Bundan sonra Təqsirləndirilən şəxs üstünə baxış keçirilmiş və baxış zamanı sonuncunun əynində olan şalvarın sol yan cibindən bir ədəd “Samsung” markalı mobil telefon aşkar edilmiş, lakin başqa hər hansı bir qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş və həmin kütlənin 7,16 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs verilmiş suala cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitəni Xətai rayonu, Əhmədli metrostansiyasının yaxınlığında üzdən tanıdığı, lakin anket məlumatını bilmədiyi şəxsdən özü istifadə etmək məqsədi ilə 30 manata almışdır. Daha sonra isə aşkar edilmiş narkotik vasitə qablaşdırılmış və zərf iştirakçılar, həmçinin Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs Xətai RPİ-nin 35-ci PB-nin təhqiqatçısı, polis mayoru X3 xidməti otağına gətirilmişdir. Orada yenidən videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə təhqiqatçı Seymur Məmmədliyə təqdim edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitəni Xətai rayonu, Əhmədli metrostansiyasının yaxınlığında üzdən tanıdığı, lakin anket məlumatını bilmədiyi şəxsdən özü istifadə etmək məqsədi ilə 30 manata almışdır. Şahid1 əlavə olaraq bildirmişdir ki, əvvəllər Təqsirləndirilən şəxs tanımamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmamış, həmçinin Təqsirləndirilən şəxs ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması müəyyən edilməmişdir, Təqsirləndirilən şəxs yalnız narkotik vasitənin istifadəsi ilə məşğul olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir bükümdə olan narkotik vasitə qurudulmuş marixuana özlərində olan elektron tərəzi ilə çəkilmiş və narkotik vasitənin çəkisində fərq olmuşdur. Narkotik vasitə sellofan bükümdə çəkilmiş, lakin ekspertiza mərkəzində narkotik vasitə sellofan bükümlə deyil, təmiz çəkisi müəyyən edilmişdir, buna görə də narkotik vasitənin çəkisindən fərq olmuşdur. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş şahid Xətai RPİ-nin 35-ci PB-nin əməliyyat müvəkkilləri polis baş leytenantı Şahid2 və polis leytenantı X4 digər Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiqləyərək onunla oxşar məzmunlu ifadə vermişdirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 14 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır (i.v. 01); şübhəli şəxsin üstünün yoxlanılması və baxış keçirilməsinə dair 13 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, psixotrop maddənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə üstünü yoxlamağa başlanıldı. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs Nüsrət oğluna paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs Nüsrət oğlu əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən içərisində spesifik iyə malik, yaşıl rəngli ot kütləsi olan şəffaf sellofan bükümü və əynindəki şalvarın sol yan cibindən özünə məxsus olduğunu bildirdiyi "Samsung" markalı mobil telefonu təqdim etdi. Daha sonra Təqsirləndirilən şəxs Nüsrət oğlunun üzərinə baxış keçirildi üzərindən başqa heç bir şey aşkar olunmadı. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs Nüsrət oğlu bildirdi ki, təqdim etdiyi bükümün içərisindəkinin narkotik vasitə hesab olunan marixuanaya olduğunu, həmin marixuanaya xx.xx.2025-ci il tarixdə saat 10 radələrində 14 Xətai rayonu, Əhmədli metrosunun yaxınlığında üzdən tanımadığı şəxsdən öz istifadəsi üçün 30 manata almışdır. Bundan sonra Təqsirləndirilən şəxs Nüsrət oğlunun təqdim etdiyi büküm elektron tərəzidə çəkildi və çəkisinin 7,16 qram olması müəyyən edildi. Protokola 01 (bir) ədəd DVD disk əlavə olundu (i.v. 13-14); təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında 13 mart 2025-ci il tarixli protokoldan görünür ki, təqdim olunan 01 ədəd qablaşdırılmış ağ rəngli zərfə və 01 ədəd “DVD" formatlı diskə baxış keçirildi. Baxış zamanı 01 ədəd qablaşdırılmış ağ rəngli zərfdən içərisində spesifik iyə malik, yaşıl rəngli ot kütləsi olan şəffaf sellofan büküm və əynindəki şalvarın sol yan cibindən "Samsung" markalı mobil telefon aşkar olundu. Sonra həmin içərisində spesifik iyə malik, yaşıl rəngli ot kütləsi olan şəffaf sellofan büküm yenidən qablaşdırılıb möhürləndi. Daha sonra 01 ədəd “DVD" formatlı diskə HP- 1187 markalı kompüterdə baxış keçirildi. "DVD" formatlı diskdə olan görüntülərdə təhqiqata təqdim olunan içərisində yaşıl rəngli ot kütləsi olan şəffaf sellofan bükümün aşkar olunması, Təqsirləndirilən şəxs “marixuana” aşkar olunması barədə bildirməsi əksini tapmışdır. Protokola 01 (bir) ədəd DVD disk əlavə olundu (i.v. 17-19); şübhəli şəxsin tutulması haqqında 13 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:45-də CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 28-29); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 7/447 nömrəli 14 mart 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində üzərində ".......Təqsirləndirilən şəxs götürülmüş maddə....." yazılar və imzalar olan zərfdə 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 7,026 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuana bir ədəd bükümdə olduğundan onun müqayisəli tədqiqatı aparılmadı (i.v. 42-44); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 15 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 52-53); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 15 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, saxlanıldığı Xətai RPİnin MSY-dən dərhal azad edilmişdir (i.v. 69-70); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 15 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 71-72); maddi sübut kimi tanınmaq haqqında 17 mart 2025-ci il tarixli qərardan görünür ki, 13 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 7.026 qram narkotik vasitə qurudulmuş marixuana iş üçün mühüm maddi sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınmış və qalıq çəkisi 6.976 qram olan narkotik vasitə qurudulmuş marixuana saxlanılması üçün Xətai RPİ-nin maddi sübutların saxlanılma anbarına göndərilmişdir (i.v. 85-86); telefona baxış keçirilməsi haqqında 20 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan "Samsung" markalı mobil telefona baxış keçirilərkən müəyyən edilmişdir ki, “Samsung” markalı mobil telefonun gövdəsi tünd göy rənglidir, arxa tərəfinə "Samsung" sözləri yazılmışdır. Çində istehsal olunmuşdur. Həmin telefonda ***- ***-**-** saylı sim-kart mobil nömrədən istifadə olunur. Mobil telefon açıldıqda telefona məxsus proqramlar yerləşir, iş üçün əhəmiyyət kəsb edən foto yazılmış proqrama, SMS və WatsApp yazılarına daxil olduqda iş üçün əhəmiyyət kəsb edən hər hansı bir fotoşəkillər, sms, WatsApp mesajları və səs yazıları aşkar edilməmişdir. Həmin telefon qablaşdırılaraq cinayət işinin materiallarına əlavə edildi (i.v. 89-90); “DVD-R” diskə baxış keçirilməsi haqqında 22 mart 2025-ci il tarixli protokoldan görünür ki, bir ədəd “CD-R” diskdə olan görüntülər, şəxsi axtarış və götürmə aparılması haqqında 13 mart 2025-ci il tarixli protokola uyğun olmuşdur (i.v. 91-92); Məcburi gətirilmə haqqında 25 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xətai RPİ-nin İstintaq şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır (i.v. 97-98); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ tərəfindən verilmiş 28 mart 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır (i.v. 105); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 106); Təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqında 01 aprel 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (i.v. 111); Cinayət işi üzrə icraatın dayandırılması haqqında 01 aprel 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat dayandırılmışdır (i.v. 114); Axtarışda olan şəxsin tutulması haqqında 27 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 may 2025-ci il tarixdə, saat 20:10-da tutulmuşdur (i.v. 124); Cinayət işi üzrə icraatın təzələnməsi haqqında 28 may 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir (i.v. 114); “CD” diskə baxış keçirilməsi haqqında 28 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı mobil nömrə ilə siyahılarda qeyd edilmiş müxtəlif mobil nömrələr arasında danışıqlar aparılmamışdır. Siyahılara baxış keçirilərkən ***-***-**-** saylı abonentin mesaj bölməsinə iş üzrə əhəmiyyət kəsb edə biləcək hər hansı bir mesaj mətni, yazışma və ya məlumat aşkar edilmədi. "xxxx" MMCdən götürülmüş CD diskə baxış keçirilməsi barədə protokol tərtib olunaraq eyni zamanda həmin diskdən müvafiq çıxarışlar cinayət işinin materiallarına əlavə olundu. Baxış zamanı “PDF” formatlı «X1» adlı mətn sənədində abunəçilərin mobil telefon nömrəsi, ünvanları və anket məlumatları qeyd olunmuşdur (i.v. 120; 129-130); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 29 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə verilmiş vəsatətin müdafiə edilməsindən imtina edilmiş və o, saxlanıldığı Xətai RPİnin MSY-dən dərhal azad edilmişdir (i.v. 134-135); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 29 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 136-137); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X6 Şəxsinin xx.xx.2025-ci il tarixli 3177 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 140-141); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 29 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam növündə qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, şəxsi axtarış və götürmə, diskə baxış haqqında protokollar, 01 ədəd “DVD” disk, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri sübut növü kimi qiymətləndirilmişlər, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefon maddi sübut kimi tanınmamış və saxlanılması üçün Təqsirləndirilən şəxs qaytarılmış, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 7.026 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 6.976 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və Bakı şəhəri Xətai RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmişdir (i.v. 143-153). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 109.1-ci qrafasına əsasən qurudulmuş marixuananın xeyli miqdarının aşağı həddi 5 qram hesab edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM 59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananın miqdarı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 13 mart 2025-ci il tarixdən 15 mart 2025-ci il tarixədək və 27 may 2025-ci il tarixdən 29 may 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 04 (dörd) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2) və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş 01 (bir) ədəd bükümdə təmiz çəkisi 7.026 qram (tədqiqata 0.050 qram sərf edildikdən, sonra qalıq çəkisi 6.976 qram) narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, maddi sübut 01 (bir) ədəd “DVD” disk iş materiallarında saxlanılmalı (CPM-132), 70 (yetmiş) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şəmkir rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Şəmkir rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Təqsirləndirilən şəxs müdafiəçinin xidmətini ödəmək üçün kifayət qədər vəsaiti olmadığından məhkəmənin qərarına əsasən onun hüquqlarının məhkəmədə müdafiəsi üçün Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında hüquqlarını müdafiə etmək üçün iş materialları ilə tanış olmaqla birlikdə müdafiəçi 21 (iyirmi bir) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə uyğun olaraq, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarının 1-ci bəndinə və həmin qərara dəyişiklik edilməsi haqqında 28 aprel 2025-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-cü maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 mart 2025-ci il tarixdən 15 mart 2025-ci il tarixədək və 27 may 2025-ci il tarixdən 29 may 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu ümumilikdə 04 (dörd) gün müddət, bir günə iki gün hesabı ilə hesablanmaqla, yəni 08(səkkiz) gün müddət ona təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şəmkir rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi Şəmkir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınmış Xətai Rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 6.976 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut kimi tanınmış yoxlama və götürməni əks etdirən 01 (bir) ədəd “DVD” disk iş materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri 70 (yetmiş) manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Təqsirləndirilən şəxs 21 (iyirmi bir) saat ərzində hüquqi yardım göstərdiyinə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 231 (iki yüz otuz bir) manat əmək haqqı hesablanaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar