Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-318/2020 08.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseyn Cavid Vaqif oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1958-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 mənzil 37 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan– Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, xx xxxx 2020-ci il tarixdə təxminən saat 15 radələrində Bakı şəhəri Xətai rayonu ərazisində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən qanunsuz olaraq satış məqsədi olmadan 15 (on beş) manat müqabilində dörd büküm şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edərək üzərində saxlamaqla daşımış, xx xxxx 2020-ci il tarixdə saat 15:10 radələrində karantin rejimi qaydalarını pozduğu üçün Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları tərəfindən ünvan 2 ünvanında saxlanılaraq Xətai RPİ-nin 37-ci PŞ-nin inzibati binasına gətirilib xidməti otaqların birində onun üzərinə baxış keçirilərkən əynində olan qəhvəyi rəngli parça şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunun içərisindən dörd ədəd siqaretin gümüşü kağızına bükülmüş şəxsi istehlak miqdarından artıq miqdarda ayrı-ayrılıqda çəkiləri 0,040 qram, 0,048 qram, 0,043 qram və 0,049 qram olmaqla tərkib komponentlərinə görə eyni olan, ümumi xalis çəkisi 0,180 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilərək ifadəsində göstərmişdir ki, bir neçə müddətdir ki, narkotik vasitə olan «kakos»dan istifadə edir. Sonuncu dəfə xx xxxx 2020-ci il tarixdə saat təxminən 15 radələrində Əhmədli qəsəbəsində olan zaman əvvəllər bir neçə dəfə narkotik vasitə aldığı, adını və başqa heç bir anket məlumatlarını bilmədiyi şəxslə rastlaşmış, həmin şəxs ona narkotik vasitə kakos təklif etmiş, həmin şəxslə razılaşıb 15 manat pulu verərək narkotik vasitəni alaraq əynindəki şalvarının cibinə qoymuşdur. xx xxxx 2020-ci il tarixdə Əhmədli kəndində yaşayan oğlu Elşəngilə getmək məqsədilə saat təxminən 15 radələrində Xətai rayonu K.Kazımov küçəsi 17 ünvanda piyada gedən zaman ona üç nəfər polis geyimində olan şəxslər yaxınlaşıb özlərini təqdim edərək ondan özünü təqdim etməsini tələb etmişlər. O, özünü təqdim etmiş, polis əməkdaşları ona tətbiq edilmiş karantin rejimini pozduğunu demiş, özünü şübhəli apardığı üçün onu 37-ci Polis Şöbəsinə dəvət etmişlər. 37-ci PŞ-də olan zaman dəvət edilmiş vəkillə tanış olduqdan sonra şübhəli şəxs qismində tutulmuş və ona tutulmanın mahiyyəti izah olunmuşdur. Bundan sonra ondan narkotik maddə istifadə edib-etməməsi soruşulduqda, o, səmimi olaraq narkotik maddə istifadə etdiyini bildirmişdir. Sonra ona üzərində nə varsa təqdim etməsini bildirdikdə, o, əynindəki tünd qəhvəyi rəngli parça şalvarın sol yan cibindən bir ədəd 5 (beş) manatlıq və beş ədəd 1 (bir) manatlıq pul əskinazlarından ibarət ümumilikdə 10 (on) manat pulu, şalvarının həmin cibindən bir ədəd «Nokia 1616» markalı mobil telefonunu, şalvarının sağ yan cibindən bir qutu «Prima» markalı siqareti, bir ədəd üzərində «Kent» yazısı olan alışqanı, həmin cibindən içərisində dörd büküm siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitə «kakos» olan bir ədəd kibrit qutusunu çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Həmin narkotik vasitəni satmaq və ya kiməsə əvəzli-əvəssiz vermək fikri olmamışdır. Törətdiyi cinayət əməlindən peşmandır, bunu nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamlar üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin öz xətti ilə yazmış olduğu izahatları, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahidlərin ifadələri, maddi sübutların götürülməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində bildirmişdir ki, 2013-cü ildən Xətai RPİ-nin 37-ci PŞ-nin sahə rəisi vəzifəsində işləyir. xx xxxx 2020-ci il tarixdə, təxminən saat 15:10 radələrində Xətai RPİ-nin PPXB-nin polis nəfərləri polis serjantları Şahid2 və Şahid3 ilə birlikdə karantin rejimi ilə əlaqədar olaraq xidməti ərazidə xidmət aparan zaman bir nəfər şəxsin karantin qaydalarını pozduğunu görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Həmin vətəndaşla ünsiyyətdə olan zaman sonuncunun hərəkətləri narkotik vasitəyə meyilli şəxsin hərəkətlərinə oxşadığından və bu hal onlarda şübhə doğurduğu üçün həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənəd tələb etmişlər. Lakin həmin şəxsin şəxsiyyətini təsdiq edən hər hansı sənədi olmadığından sonuncunu Xətai RPİ-nin 37-ci PB-yə dəvət etmişlər. Polis Şöbəsində olan zaman onlara məlum olmuşdur ki, həmin şəxs xx.xx.1958-ci il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Bundan sonra dəvət olunmuş vəkilin iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş və üzərində hər hansı qeyri-qanuni əşya varsa təqdim etməsi bildirilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd qəhvəyi rəngli parça şalvarın sol yan cibindən bir ədəd 5 (beş) manatlıq və beş ədəd 1 (bir) manatlıq pul əskinaslarından ibarət olmaqla ümumilikdə 10 (on) manat pulu, şalvarının həmin cibindən bir ədəd «Nokia 1616» markalı mobil telefonu, şalvarının sağ yan cibindən bir qutu «Prima» markalı siqareti, bir ədəd üzərində (Kent» yazısı olan alışqanı, həmin cibindən bir ədəd kibrit qutusunu çıxararaq təqdim etmişdir. Həmin əşyalara baxış keçirilən zaman kibrit qutusunun içərisindən 04 (dörd) ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümlər aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin siqaretin gümüşü kazığında olan bükümlərin nədən ibarət olması soruşulduqda, Təqsirləndirilən şəxs həmin bükümdəki kütlənin narkotik vasitə heroin olmasını, xx xxxx 2020-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri Xətai rayonu Kənd Əhmədli deyilən yerdən tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsdən özünün istifadəsi üçün 15 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxsdan aşkar edilərək götürülmüş kütlələr qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən heç bir etiraz olmadan imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid3 iş üzrə digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi faktları və halları eynilə təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata götürülməsi barədə xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, fakt üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata götürülmüşdür (i.v. 01); şübhəli şəxsin tutulması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində xx xxxx 2020-ci il tarixdə, saat 15:30-da Xətai RPİ-nin 37-ci PŞ-də tutulmuşdur (i.v. 18); şəxsi axtarış və götürmə aparılması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmış, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd qəhvəyi rəngli parça şalvarın sol yan cibindən bir ədəd beş manatlıq və 5 ədəd bir manatlıq pul əskinazlarından ibarət ümumilikdə 10 (on) manat pul, şalvarının həmin cibindən bir ədəd “Nokia 1616” markalı mobil telefonu, şalvarının sağ yan cibindən bir qutu “Prima” markalı siqaret, bir ədəd üzərində “KENT” yazısı olan alışqan, həmin cibindən bir ədəd kibrit qutusu - içərisində 04 (dörd) ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümləri çıxararaq təqdim etmiş, Təqsirləndirilən şəxs həmin siqaretin gümüşü kazığında olan bükümlərin nədən ibarət olması soruşulduqda, Təqsirləndirilən şəxs həmin bükümdəki kütlənin narkotik vasitə olan heroin olmasını, xx xxxx 2020-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri Xətai rayonu Kənd Əhmədli deyilən yerdən tanımadığı və anket məlumatlarını bilmədiyi şəxsdən özünün istifadəsi üçün 15 manata aldığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs əynindəki qəhvəyi rəngli parça şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunda aşkar edilmiş 4 ədəd siqaretin gümüşü kağızına bükülmüş tünd qəhvəyi rəngli maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 153 saylı möhürü ilə möhürlənərək götürülmüş, şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilməmişdir (i.v. 28-29); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 6/1084 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata üzərində: “iştirak etdilər (5 imza)... Tərtib etdi (imza) R.Məmmədov” və s. qeydləri olan və “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №-153” mətnli dairəvi möhür əksləri ilə möhürlənmiş zərfdə təqdim edilmiş: -4 ədəd bükümlərdəki hər birinin ayrılıqda təmiz çəkiləri 0,040 qr., 0,048 qr., 0,043 qr., 0,049 qram, ümumi təmiz çəkisi 0,180 qram olan maddələr, kustar üsulla alınmış narkotik vasitə-heroindir. Heroin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” siyahısına daxildir (i.v. 38-42); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx xxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v. 53); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-399/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Əhməd oğlunun barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır (i.v. 73-77); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat Statistika və İnformasiya İdarəsindən alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Əhməd oğlu Bakı şəhəri Xətai Rayon Xalq Məhkəməsinin xx.xx.1993-cü il tarixli hökmü ilə CM-nin 226-1-ci maddəsinin 1-ci hissəsi və 55-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə olunmaqla 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.1995-ci ildə cəzasının sonu ilə azad olunmuş, Bakı Şəhər Məhkəməsinin xx.xx.1996-cı il tarixli hökmü ilə CM-nin 226-3, 226-cı maddəsinin 1-ci hissəsi, 38-ci maddəsinə əsasən əmlakı müsadirə olunmaqla 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, xx.xx.2003-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. X11 İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 120.1, 234.1, 66.3, 93.1.4-cü maddələrinə əsasən 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci ildə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2012ci il tarixli qərarı ilə cəzadan vaxtından əvvəl şərti olaraq azad olunmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə Xəzər Rayon Məhkəməsinin qərarı ilə 28 (iyirmi səkkiz) gün müddətinə cəzadan vaxtından əvvəl şərti olaraq azad olunmuşdur (i.v.81-83); Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-238/2014 saylı, xx.xx.2014-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və o, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir (i.v. 86-88); Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 7(003)-64/2016 saylı, xx xxxx 2016-cı il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ərizəsi təmin edilmiş, o, cəzasının çəkilməmiş qalan 28 (iyirmi səkkiz) gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad olunmuşdur (i.v.89-92); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli, 6/1129 nömrəli məhkəmə ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “... İştirak etdilər: (imza) Təqsirləndirilən şəxs ...” yazısı olan zərfdəki dörd ədəd bükümdə ümumi təmiz çəkisi 0,130 qram narkotik vasitə heroinlər kimyəvi komponent tərkibinə görə eynidirlər (i.v. 104-108); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 xx.xx.2020-ci il tarixli, 2390 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən Narkomaniya xəstəliyi aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq Təqsirləndirilən şəxs İİ qrup əlil olması və 60 yaşından yuxarı olan kişilərə və 55 yaşından yuxarı olan qadınlara, narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.7-ci bəndinə uyğun olaraq, Təqsirləndirilən şəxs yaş həddi ilə əlaqədar olaraq, hal-hazırda ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 109-110); Azərbaycan Respublikasının Əmək və X7 Nazirliyi yanında Dövlət X10 Bakı şəhəri Xətai Rayon Xidmət Nümayəndəliyinin **********5 nömrəli, xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs 048497 nömrəli pensiya işi üzrə İİ dərəcəli əlilliyə görə xx.xx.2021-ci ilədək 130.00 (yüz otuz) manat məbləğində pensiya təyin olunmuşdur (i.v. 111); sübutların qiymətləndirilməsi barədə xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə yenidən ittiham elan olunmuş və barəsində seçilmiş «həbs» qətimkan tədbiri nəzərə alınmış, iş üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə cinayət təqibi üzrə icraata xitam verilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş dörd büküm şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0,180 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, habelə onun üzərində şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video çəkiliş əks olunan 01 ədəd «CD» disk iş üzrə maddi sübut qismində tanınmış, cinayət işinin istintaq materialları ilə tanış etmə mərhələsindən sonra, ekspertiza tədqiqatından sonra qalmış xalis çəkisi 0,090 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin saxlanılması üçün Xətai RPİ-nin saxlancına verilmiş, şəxsi axtarış və götürmə aparılarkən qeydə alınmış video çəkiliş əks olunan 01 ədəd «CD» diskin isə iş materiallarına əlavə edilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs ifadəsi toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən, şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, şəxsi axtarış və götürmə aparılması barədə protokol, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in xx xxxx 2020-ci il tarixli, 6/1084 saylı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in xx xxxx 2020-ci il tarixli, 6/1129 saylı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 2390 №-li rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə etməsi xüsusatının araşdırılması məqsədi ilə ********* №-li cinayət işinin istintaq materiallarından ayrıca icraat materialının ayrılması və əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsindən ötrü Xətai RPİ-nin 37-ci PŞ-yə göndərilməsi qərara alınmışdır (i.v. 112-116); təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, iş üzrə təqsirləndirilən şəxs X2 Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir (i.v. 120); Məhkəmə istintaqı zamanı video diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, X2 üzərində olan qanunla qadağan edilmiş əşya və ya predmetləri təqdim etməsi təklif edilir, həmin vaxt X3 əynindəki tünd qəhvəyi rəngli parça şalvarının sol yan cibindən bir ədəd 5 (beş) manatlıq və beş ədəd 1 (bir) manatlıq pul əskinaslarını, şalvarının həmin cibindən bir ədəd mobil telefonu, şalvarının sağ yan cibindən bir qutu siqareti, bir ədəd üzərində alışqanı, həmin cibindən bir ədəd kibrit qutusunu çıxarıb masanın üzərinə qoyur. Kibrit qutusuna baxış zamanı oradan dörd büküm bükülü aşkar olunur, X3 bükümün içərisindəkinin narkotik vasitə olduğunu, adını bilmədiyi şəxsdən 15 manat müqabilində alaraq üzərində saxladığını bildirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,180 qram olan heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, İİ qrup əlil olmasını (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi, əvvəllər məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan daha ciddi cəza növü olan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixindən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,090 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 190,28 (bir yüz doxsan, iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Hüseyn
Məhkəmə qərarları › İş №1(011)-318/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-318/2020
08.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver