Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-318/2024 09.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şəhər Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 34 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxx 1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, istintaqa məlum olmayan vaxtda və şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,711 qram olan kustar üsulla hazırlanmış narkotik maddə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, onun qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında Nizami PRİ-nin 24-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə saat 13:00-da Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi 12 ünvanın qarşısında saxlanılıb. Nizami rayonu, Qara Qarayev prospekti 81B ünvanında yerləşən Nizami RPİ-nin 24-cü PŞ-nə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,711 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqla müəyyən edilməmiş şəxsdən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 0,461 qram narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə Xətai RPİ-nin 34-cü PŞ-nə daxil olmuş məlumat əsasında keçirilmiş əməliyyat tədbiri nəticəsində 23 fevral 2024-cü il tarixdə saat 16:00-da həmin şöbənin əməkdaşları tərəfindən Xətai rayonu, ünvan 4 ünvanı yaxınlığında saxlanılıb, ünvan 5i RPİ-nin 34-cü PŞ-nə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə etməklə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağız bükümündə təmiz çəkisi 0,461 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, işləmir, əvvəllər məhkum olunmuşdur, subaydır, təxminən 14-15 ildir ki narkotik vasitə istifadə edir, yeni başlayan vaxtlarda narkotik vasitə sayılan qurudulmuş marixuana istifadə etmişdir, sonradan İsə heroin və psixotrop maddə metamfetamin istifadə etməyə başlamışdır, istifadə etdiyi narkotik vasitələri hər dəfə müxtəlif yerlərdən edirmiş, 16 fevral 2023-cü il tarixdə saat 19 radələrində “Neftçilər” metro stansiyasının yaxınlığında tanımadığı şəxsdən narkotik vasitə olan heroini 15 manata almış, lakin həmin narkotik vasitədən istifadə etməmişdir, xx.xx.2024-cü il tarixdə saat 13 radələrində yaşadığı ünvan 7 ünvanın qarşısında olan zaman iki nəfər mülki geyimdə olan şəxs yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş və onun adım soruşduqdan sonra saxlayaraq polis şöbəsinə gətirmişlər. Polis şöbəsində otaqların birində olarkən ona hüquq vəzifələri izah olunmuş, həmçinin hüquqlarını müdafiə etmək üçün vəkil də dəvət olunmuş, həmin otaqda hər kəsin iştirakı ilə ona təklif olunmuşdur ki, üzərində olan qeyri-qanuni əşyaları təqdim etsin. Həmin zaman və polis şöbəsinə gətiriləndə narkotik vasitə aludəçisi olduğunu demiş, buna görə də əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən qəhvəyi rəngli üzərində ağ zolaqlar olan cib dəsmalını və şəffaf sellofan bükümdə olan “kakos” kimi tanınan narkotik vasitə olan heroini çıxardıb təqdim etmiş, həmin bükülünün içərisində olan maddənin narkotik vasitə yəni “heroin” olduğunu qeyd etmişdir. Bundan sonra üzərinə şəxsi axtarış davam etdirilmiş, lakin qanunla qadağan edilən hər hansı əşya aşkar edilməmişdir. Daha sonra, aşkar edilmiş maddə qablaşdırılmış və protokol tərtib edilməklə zərfləşdirilmişdir. Lakin digər epizod üzrə bildimişdir ki, Xətai Rayonun ərazisində tutularkən üzərində narkotik olmamışdır. Naxçıvanski küçəsində parkın başında yaxınlaşdırdılar, mindirdilər maşına apardılar polis bölməsinə. Əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun özünü qismən təqsirli bilərək ibtidai istintaqdan fərqli olaraq məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o, X3 qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə ona əməliyyat məlumatı daxil olmuş, həmin məlumatla bağlı əməliyyataxtarış tədbiri keçirilməsi üçün şöbə rəhbərliyi tərəfindən müvafiq əmr imzalanmış və 2 nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri o, digər üzvü isə Xətai RPİ-nin 34-cü PŞ-nin sahə inspektoru, polis leytenantı Şahid4 olmuş, 23 fevral 2024-cü il tarixdə saat 16:00-da Bakı şəhəri, Xətai rayonu, ünvan 8 ünvanı qarşısında X4 görüb ona yaxınlaşmışlar. Xidməti vəsiqələrini göstərərək özlərini Adil Sadixova təqdim edərək və özünü təqdim etməsini bildirmişlər. Sonuncu özünü xx.xx.1974-cü il təvəllüdlü X2 təqdim etmiş, ardınca Təqsirləndirilən şəxs 34-cü polis şöbəsinə dəvət etmişlər. X3 üzərinə şəxsi axtarış və götürülmə aparılması zərurəti yarandığından, şöbəyə Bakı şəhəri, Vəkillər Kollegiyasının 13 saylı vəkil bürosundan müdafiəçi dəvət olunmuş, onun, müdafiəçinin, Xətai RPİ-nin 34-cü PŞ-nin sahə inspektoru Şahid4 İştirakı ilə, video çək iliş dən istifadə edilməklə təhqiqatçı Telman Camalov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış zamanı təhqiqatçı şübhəli şəxs Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmiş, daha sonra üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif etmişdir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş, içərisində qəhvəyi rəngli, toz şəkilli kütlə olan bükümü çıxarıb masanın üzərinə qoyaraq təqdim etmiş, daha sonra həmin şalvarın sol yan cibindən 90 qəpik pul və açarları çıxarıb masaya qoymuş, təhqiqatçı həmin bükümü açaraq içərisinə baxmış, Təqsirləndirilən şəxs cibindən çıxardığı həmin maddəni şəxsi istifadə məqsədi ilə tanımadığı şəxsdən aldığım bildirmişdir. Bundan sonra təhqiqatçı Telman Camalov tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və sonuncunun üzərindən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Təqdim olunan narkotik vasitəyə bənzər kütlə elektron tərəzidə çəkilmiş və çəkisinin 0,66 qram olması müəyyən edilmişdir. Həmin narkotik vasitəyə bənzər kütlə zərfə qoyularaq möhürlənmiş və zərf şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi, təhqiqatçı, o və digər polis əməkdaşı tərəfindən imzalanmışdır. Bundan sonra təhqiqatçı tərəfindən çəklışin bitdiyini elan edilmiş və istintaq hərəkəti protokollaşdırılaraq iştirakçılar tərəfindən imzalandı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsi Şahid4 ifadəsi ilə oxşarlıq təşkil edərək, onun göstərdiyi xüsusatları təsdiq edir. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid1 ifadəsində bildirmişdir ki, Nizami RPİ-nin 24-cü polis şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət aparır və polis baş leytenantı rütbəsini daşıyır, tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri Nizami rayonunun ərazisində yaşayan “Adil” adlı şəxsin Bakı şəhəri Nizami rayonun ərazisində narkotik vasitələrin istifadəsi və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı əldə edilmiş, daha sonra daxil olmuş həmin məlumat tərəfindən yoxlanılmış və həmin şəxsin xx.xx.1974-cü il təvəllüdlü Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Buna görə də barədə rəhbərliyə raportla məruzə etmiş və həmin şəxsin yaxalanması məqsədi ilə ondan və iş yoldaşı, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmiş, bundan sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və onlar tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Adil Sadixov xx.xx.2024-cü il tarixdə saat 13 radələrində ünvan 9 ünvanının yaxınlığında saxlanılmışdır. Həmin vaxt onlar Adil Sadixova özlərini təqdim etmişlər, narkotik vasitələrin istifadəsi və qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirərək, araşdırmanın aparılması məqsədi ilə 24-cü Polis Şöbəsinə dəvət etmişlər. Buna görə də onlar birlikdə 24-cü PŞ-nə getmiş və orada həmin şəxs PŞ-də təhqiqatçı, polis kapitanı Elmar Əbilov tərəfindən, müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş və üzərinə video çəkiliş vasitəsi ilə “şəxsi axtarış” istintaq hərəkəti keçirilmiş, sonuncuya üzərində qanunla qadağan edilən hər hansı bir əşyanın olduğu halda təqdim edilməsi təklif edilmişdir. Həmin vaxt Adil Sadixov, əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bülükünü çıxardıb, İçərisində “kakos” kimi tanıdığı narkotik vasitə heroinin olduğunu, onu özünün şəxsi istifadəsi üçün xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nizami rayonu, “Neftçilər” metrostansiyasmm yaxınlığında tanımadığı şəxsdən 15 manata satın aldığını bildirmişdir. Daha sonra onun və Şahid2 tərəfindən Adil Sadixovun üzərinə, əynindəki paltarlara baxılmış, lakin qanunla qadağan olunan hər hansı bir əşya aşkar edilməmişdir. Buna görə də Adil Sadixovun təqdim etdiyi kütlə maddi sübut əhəmiyyəti kəsd etdiyindən, müvafiq ekspertiza təyin edilinəsi məqsədi ilə götürülmüş və zərfdə qablaşdırılmış, istintaq hərətəkinin nəticəsi haqqında tərtib edilmiş protokol və zərf onun və bütün iştirakçılar tərəfindən imzalanmışdır.. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid2 ifadəsi Şahid1 ifadəsi ilə oxşarlıq təşkil edərək, onun göstərdiyi xüsusatları təsdiq edir. Məhkəmə iclas zalında elan edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı, yəni ibtidai istintaq dövründə vermiş olduğu ifadəsində bildirmişdir ki, işləmir, əvvəllər məhkum olunmuşdur, subaydır, təxminən 14-15 ildir ki narkotik vasitə istifadə edir, yeni başlayan vaxtlarda narkotik vasitə sayılan qurudulmuş marixuana istifadə etmişdir, sonradan İsə heroin və psixotrop maddə metamfetamin istifadə etməyə başlamışdır, istifadə etdiyi narkotik vasitələri hər dəfə müxtəlif yerlərdən edirmiş, 16 fevral 2023-cü il tarixdə saat 19 radələrində “Neftçilər” metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən narkotik vasitə olan heroini 15 manata almış, lakin həmin narkotik vasitədən istifadə etməmişdir, xx.xx.2024-cü il tarixdə saat 13 radələrində yaşadığı ünvan 7 ünvanın qarşısında olan zaman iki nəfər mülki geyimdə olan şəxs yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmiş və onun adım soruşduqdan sonra saxlayaraq polis şöbəsinə gətirmişlər. Polis şöbəsində otaqların birində olarkən ona hüquq vəzifələri izah olunmuş, həmçinin hüquqlarını müdafiə etmək üçün vəkil də dəvət olunmuş, həmin otaqda hər kəsin iştirakı ilə ona təklif olunmuşdur ki, üzərində olan qeyri-qanuni əşyaları təqdim etsin. Həmin zaman və polis şöbəsinə gətiriləndə narkotik vasitə aludəçisi olduğunu demiş, buna göıə də əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən qəhvəyi rəngli üzərində ağ zolaqlar olan cib dəsmalını və şəffaf sellofan bükümdə olan “kakos” kimi tanınan narkotik vasitə olan heroini çıxardıb təqdim etmiş, həmin bükülünün içərisində olan maddənin narkotik vasitə yəni “heroin” olduğunu qeyd etmişdir. Bundan sonra üzərinə şəxsi axtarış davam etdirilmiş, lakin qanunla qadağan edilən hər hansı əşya aşkar edilməmişdir. Daha sonra, aşkar edilmiş maddə qablaşdırılmış və protokol tərtib edilməklə tərəfindən imza edilmişdir. Ardınca toplanmış material Nizami RPİ-nin İstintaq şöbəsinə göndərilmiş, 18 fevral 2024-cü il tarixdə müstəntiq Rafail Tağıyev tərəfindən ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cİ maddəsində nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixdə barəsində ”başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Yenidən ağrıları olduğu üçün narkotik vasitə İstifadə etmək qərarına gəlmiş, buna görə də yenidən “Neftçilər” metro stansiyası yaxınlığına üz tutmuş və 23.02,2024-cü il tarixdə səhər saatlarında “Neftçilər” metrostansiyası yaxınlığında üzdən tanıdığı, xx.xx.2024-cü il tarixdə də narkotik vasitə aldığı, lakin anket məlumatlarını bilmədiyi həmin şəxsi uzaqdan görüb ona yaxınlaşaraq “kakos” deyilən narkotik vasitə heroini almaq istədiyini dedikdən sonra həmin şəxs pul verməyini istəmiş, o çox vaxt olduğu kimi yenə 10 manat pul ödəməklə həmin şəxsin verdiyi bir ədəd bükümü götürmüş, bükümü əynində olan qara rəngli idman şalvarının sağ yan cibinə qoyub narkotik vasitədən sonra istifadə etməyi düşünmüşdür. Həmin tarixdə saat 16:00-da Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 94 ünvanı qarşısında olan zaman mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmişlər və onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Bundan sonra o Xətai RPİnin 34-cü polis şöbəsinə dəvət edilmiş, polis şöbəsində ona hüquq və vəzifələri izah olunaraq bölməyə müdafiəçi və tərcüməçi dəvət olunmuş, bundan sonra üzərində video çəkil İşdən istifadə edilməklə axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşyaları təqdim etmək təklif edilmiş, bu təklifdən sonra o könüllü qaydada əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızma bükülmüş heroini, həmçinin həmin şalvarının sol yan cibində olan 0,90 qəpik dəmir pul əskinaslarını, 2 ədəd açarları çıxarıb təqdim etmiş, bundan sonra üzərində şəxsi axtarış keçirilmiş, lakin hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi narkotik vasitə elektron tərəzidə çəkilmiş və narkotik vasitənin bükümlə birlikdə 0,66 qram çəkidə olması müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş narkotik vasitə zərfə qoyularaq qablaşdırılmış və iştirakçılar tərə i indən zərfin üzərində imzalar çəkilmişdir. Məhkəmə təqsirləndirilən şəxsi və şahidləri dinləyərək, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri şahid ifadələri və aşağıda göstərilən digər sübutlarla təsdiq edilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 17 fevral 2024-cü il tarixli qərardan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir. - Şübhəli şəxsin tutulması haqqında 17 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 fevral 2024-cü il tarixdə saat 13:00-da şübhəli şəxs qismində tutulmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin fizikikimyəvi ekspertizalar şöbəsinin ekspertinin 3-16/16/2-6/975 nömrəli 17 fevral 2024-cü il tarixli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “..Təqsirləndirilən şəxs.” sözləri, soyadlar və adlar yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,711 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,711 qram narkotik vasitə heroin ekspertiza tədqiqatı zamanı sərf edildiyindən qalıq 0,661 qram narkotik vasitə heroin iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. - Təqsirləndirilən şəxs qismində cəlb etmək barədə 18 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham ona elan olunmuşdur. - Qətimkan tədbirinin seçilməsi barədə 18 fevral 2024-cü il tarixli qərardan görünür ki, həmin tarixdə saat 17:10-da Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş və MSY-dən tutulmadan azad edilmişdir. Cinayət işlərinin bir icraatda birləşdirilməsi haqqında 04 aprel 2024-cü il tarixli qərardan görünür ki, ********* və ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilərək ********* nömrə altında istintaq edilməsi qərara alınmışdır. 02 may 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. - Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 24 fevral 2024-cü il tarixli qərardan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir. - Şübhəli şəxsin tutulması haqqında 23 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 fevral 2024-cü il tarixdə saat 16:00-da şübhəli şəxs qismində tutulmuşdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin fizikikimyəvi ekspertizalar şöbəsinin ekspertinin 3-16/16/2-6/1099 nömrəli 23 fevral 2024-cü il tarixli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “..Təqsirləndirilən şəxs.” sözləri, soyadlar və adlar yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,461 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. - Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,461 qram narkotik vasitə heroin ekspertiza tədqiqatı zamanı sərf edildiyindən qalıq 0,411 qram narkotik vasitə heroin iş üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. - 23 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə aparılması zamanı narkotik vasitə heroinin aşkar edilərək götürülməsi “şəxsi axtarış və götürmə” protokolu ilə rəsmiləşdirilmişdir. xx.xx.2024-cü il tarixli şəxsi axtarış və götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilmiş və onun üzərinə şəxsi axtarış keçirilən zaman narkotik vasitə olan heroin aşkar edilmişdir. Həmin 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə olan narkotik vasitə heroin elektron tərəzi ilə çəkilən zaman çəkisinin sellofan ilə birlikdə 0,66 qram olması müəyyən edilmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti videoçəkilişlə qeydiyyata alınmış və video disk cinayət işinin materiallarına əlavə edilmişdir. - Təqsirləndirilən şəxs qismində cəlb etmək barədə 25 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham ona elan olunmuşdur. - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-702/2023 saylı, 25 fevral 2025-cü il tarixli qərarından görünür ki, vəsatət təmin edilmiş, xx.xx.1974-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 23 fevral 2024-cü il tarixdən hesablanmışdır. - İş materiallarında olan "DVD" diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, görüntüdə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində Təqsirləndirilən şəxs üzərindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə narkotik vasitə olan heroin aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. - İş materiallarında olan "DVD" diskə baxış keçirilərkən müəyyən olunmuşdur ki, görüntüdə Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsində Təqsirləndirilən şəxs üzərindən 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümdə 0,66 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülməsi öz təsdiqini tapmışdır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxs ambulator məcburi narkoloji tibb ekspertinin xx.xx.2024-cü il tarixli 1415 saylı rəyindən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 18 mart 2024-cü il tarixli tələbnamədən Sadıxov X5 rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə 01 il 04 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş xx.xx.2020-ci il tarixdə cəza sonu ilə azad edilmişdir. Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş xx.xx.2023-cü il tarixdə şərti olaraq vaxtından əvvəl cəzasının çəkilməmiş 02 ay 16 gün hissəsindən azad edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-140/2024 nömrəli, 17 may 2024-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Nizami rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş 02 ay 16 gün hissəsi ilə qismən birləşdirilərək 02 il 01 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən qəti olaraq üzərində 02 il 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən təmiz 0,461 və 0,711 qram olan narkotik vasitə heroin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə münasibətdə əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə və 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə onların məhkumluqları ödənilmiş hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2010-cu il tarixli Qərarına əsasən, amnistiya aktının özündə məhkumluğun götürülməsi birbaşa nəzərdə tutulduğu hallar istisna olmaqla, qalan hallarda cəzadan (cəzanın çəkilməsindən) azad edilmiş şəxs məhkum olunmuş hesab edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin “məhkum olunmuş şəxs” müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə tərəfindən cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Cinayətlərin residivini və təkrar törədilməsini isə cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlinin xarakterini, cinayətin törədilməsi hallarını, cinayətin ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətini nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasından aşağı həddə cəzanın təyin edilməsi üçün müstəsna hallar, eləcə də cəzanın şərti tətbiq edilməsi üçün əsaslar yoxdur. Bu baxımdan məhkəmə qeyd edir ki, cəzanın əsas məqsədlərindən olan məhkumun islah olunması və qanunla qorunan ictimai münasibətlərin toxunulmazlığı və başqa şəxslərin qanunla qorunan hüquqlarına hörmət hissinin formalaşdırılması baxımından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsi qanuni və ədalətlidir, həm də cəzanın məqsədinə uyğundur. İşin yuxarıda qeyd edilən hallarına görə həmin maddə ilə nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının məhkuma tətbiq edilməsi cəzanın məqsədlərinə nail olmaq üçün yetərli deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Həmçinin birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)- 140/2024 nömrəli, 17 may 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəzasına qismən toplamaq yolu ilə, Təqsirləndirilən şəxs qəti cəzası təyin edilməlidir. Eyni zamanda məhkəmə tərəfindən təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun əvvəlki hökm üzrə şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün və hazırkı iş üzrə 17-18 fevral 2024-cü il tarixlərdə tutulduğu 2 (iki) gün və 23 fevral 2024-cü il tarixdən həbsdə saxlanıldığı müddətlər nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli şəxsin bilavasitə tutulduğu tarixdən hesablanmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydə alınmalıdır. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan təmiz çəkisi 0,411 və 0,661 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunduğu qeyd edilən bir ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 34 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) iş saatına görə 150 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 179 (yüz yetmiş doqquz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-140/2024 nömrəli, 17 may 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 01 (bir) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə, Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hazırkı və əvvəlki hökm üzrə həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə tutulduğu 4 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın, onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 23 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 0,411 və 0,661 qram narkotik maddə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - iki ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 179 (yüz yetmiş doqquz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Bakı şəhəri 34 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə görə 150 (yüz əlli) manat məbləğində vəsait dövlət büdcəsi hesabına ödənilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-318/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-318/2024
09.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver