Məhkəmə qərarları › İş №1(011)-319/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-319/2025

17.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-319/2025 17.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Arzuman oğlunun və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Azadlıq prospekti, 185, Binəqədi RPİ, İnzibati Binada qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilərək Azərbaycan Respublikası Ədliyyə Nazidiyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Arzuman oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Arzuman oğlu istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,465 qram psixotrop maddə metamfetamini və 01 ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,385 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 19 mart 2025-ci il tarixdə saat 14:10-da Xətai RPİ-nin 37-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 10 ünvanının yaxınlığında saxlanılıb videoçəkilişdən istifadə etməklə şəxsi axtarış və götürmə zamanı əynində olan tünd qara rəngli şalvarın sol yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,465 qram ağ rəngli, kristalşəkilli kütlə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 01 ədəd bükümdə təmiz çəkisi 0,385 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Arzuman oğlu özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ayrı-ayrı şəxslərdən psixotrop maddə alıb istifadə etmişdir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Xətai rayonu, Babək prospekti ərazisində tanımadığı şəxsdən psixotrop maddə metamfetamini və narkotik vasitə heroini 20 manat pula alıb üzərində saxlamışdır. Lakin psixotrop maddə metamfetamini və narkotik vasitə heroini aldığı şəxsi tanımamışdır. Həmin psixotrop maddə metamfetamin və narkotik vasitə heroini üzərində daşımışdır. 19 mart 2025-ci il tarixdə saat 14:10-da Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 10 ünvanının yaxınlığı ilə hərəkət etmişdir. Həmin vaxt mülki geyimdə polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onun psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib üzərində qanunsuz əşya və ya predmet olub-olmadığını, əgər varsa təqdim etməyi təklif etmişlər. O da bir qədər əvvəl əldə edib üzərində gəzdirdiyi psixotrop maddə metamfetamini və narkotik vasitə heroini əynində olan qara rəngli cins şalvarın sol yan cibindən çıxarıb təqdim etmişdir. Videoçəkilişlə onun üstü yoxlanılmış, sonra isə təqdim etdiyi psixotrop maddə metamfetamin və narkotik vasitə heroin elektron tərəzidə çəkilmişdir. Onu Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etmişlər. Orada təhqiqatçı və digər əməkdaşların iştirakı ilə videoyazıya baxış keçirilmişdir. Sonra isə hüquqlarını müdafiə etmək üçün vəkil dəvət edilmiş və ona hüquq və vəzifələri elan edilmişdir. O, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Təqdim etdiyi psixotrop maddə metamfetamin və narkotik vasitə heroin onundur, tanımadığı şəxsdən əldə etmişdir. Tutulan zaman ona polis əməkdaşları tərəfindən heç bir zor tətbiq edilməmişdir. O, mütəmadi olaraq psixotrop maddə və narkotik vasitə istifadə etsə də, heç bir zaman satışı ilə məşğul olmamışdır. Əməlindən peşmandır, bir daha belə hallara yol verməyəcək. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 19 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitəni qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. O, Şahid2 və Şahid3 həmin gün saat 14:10 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 10 ünvanına getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını, özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif etmişlər. Araz da əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd içərisində qəhvəyi rəngli və 01 ədəd içərisində ağ kristallik maddə olan şəffaf rəngli bükümləri, sağ yan cibindən 01 ədəd “Samsung A15” markalı mobil telefonu, 28 manat və arxa cibindən 24 manat pulu çıxarıb təqdim edərək, içərisində qəhvəyi rəngli maddə olan 01 ədəd sellofan bükümdə olan maddənin narkotik vasitə heroin, içərisində ağ rəngli maddə olan bükümdəki maddənin psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Həmin bükümlər elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə içərisində qəhvəyi rəngli maddə olan bükümün 0,44 qram, içərisində ağ kristallik maddə olan bükümün 0,52 qram olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroini və psixoptrop maddə metamfetamini xx.xx.2025-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Xətai rayonu, Babək prospekti ərazisində tanımadığı şəxsdən şəxsi istifadə məqsədi ilə əldə etdiyini bildirmişdir. Sonra axtarış iştirakçılarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümlər qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs saxlayaraq Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 ifadəsində şahid qismində dindirilmiş Şahid1 göstərdiyi xüsusatlara uyğun ifadə verərək onun dediklərini bir daha təsdiqləmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, o, Xətai RPİ-nin 37-ci PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir və polis baş leytenantıdır. 19 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitəni qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə onun tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Bun agörə də ondan, Xətai RPİ-nin 37-ci PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkilləri Şahid1 və Şahid3 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. O, Orxan və Samir birlikdə məlumat əsasında həmin gün saat 14:10 radələrində Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 10 ünvanına getmişlər. Həmin vaxt onlar xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin orada olmasını, özünü şübhəli apardığını görüb, həmin şəxsə yaxınlaşıb xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər və həmin şəxsdən də özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü xx xxxxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif etmişlər. Araz da əynində olan qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd içərisində qəhvəyi rəngli və 01 ədəd içərisində ağ kristallik maddə olan şəffaf rəngli bükümləri, sağ yan cibindən 01 ədəd “Samsung A15” markalı mobil telefonu, 28 manat və arxa cibindən 24 manat pulu çıxarıb təqdim edərək, içərisində qəhvəyi rəngli maddə olan 01 ədəd sellofan bükümdə olan maddənin narkotik vasitə hcroin, içərisində ağ rəngli maddə olan bükümdəki maddənin psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı sonuncunun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Həmin bükümlər elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə içərisində qəhvəyi rəngli maddə olan bükümün 0,44 qram, içərisində ağ kristallik maddə olan bükümün 0,52 qram olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroini və psixoptrop maddə metamfetamini xx.xx.2025-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Xətai rayonu, Babək prospekti ərazisində tanımadığı şəxsdən şəxsi istifadə məqsədi ilə əldə etdiyini bildirmişdir. Sonra axtarış iştirakçılarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümlər qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs saxlayaraq Xətai RPİ-nin 37-ci PŞ-nə dəvət etmişlər. Araz da buna etiraz etmədikdən sonra sonuncunu PŞ-nə aparmışlar. X5 Quliyevin üzərinin yoxlanılmasına dair protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, həmin protokolun doğruluğu iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalarla təsdiq edilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olan zərfi, “Samsung A15” markalı mobil telefonu təhqiqatçı Rafiq Qocayevə təqdim etmişlər. Rafiq Qocayev də zərfi açaraq içərisində olan 02 ədəd şəffaf rəngli sellofan bükümlərə baxış keçirmişdir. X6 tərəfindən Təqsirləndirilən şəxs saxlanılan zaman qeydə alınmış video görüntüyə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd şəffaf rəngli bükümdə olan maddələr yenidən zərfə qoyularaq qablaşdılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, həmin protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs təhqiqatçı Rafiq Qocayev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 20 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Arzuman oğlunun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilmişdir (i.v.1); əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və baxış keçirilməsinə dair 19 mart 2025-ci il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs Arzuman oğlunun üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs Arzuman oğluna üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs Arzuman oğlu əynində olan qara rəngli cins şalvarın sol yan indən 1 (bir) ədəd ağ rəngli şəffaf sellofan bükümdə qəhvəyi rəngli və 1 (bir) ədəd ağ rəngli şəffaf sellofan ağ rəngli narkotik maddəyə bənzər kütlələri, sağ yan cibində “Samsung A15” markalı mobil telefon, 28 (iyirmi səkkiz) manat pul və arxa cibində 24 (iyirmi dörd) manat pul təqdim etmişdir. Narkotik maddəyə bənzər kütlələr Çin istehsallı üzərində heç bir yazı olmayan elektron tərəzidə çəkilmiş, qəhvəyi rəngli kütlə çəkisi 0.44 (sıfır nöqtə qırx dörd) qram və ağ rəngli kütlə çəkisi 0.52 (sıfır nöqtə əlli iki) qram olması müəyyən edilmişdir. Sonra həmin kütlələr qablaşdırılmaqla tədbir iştirakçıları, saxlanılan şəxs və təhqiqatçı tərəfindən imzalanmış və götürülmüşdür. Daha sonra şəxsin üzəri yoxlanılmış, sonuncunun üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya predmetə rast gəlinməmişdir. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd ağ rəngli şəffaf sellofan bükümdə qəhvəyi rəngli və 1 (bir) ədəd ağ rəngli şəffaf sellofan ağ rəngli narkotik maddəyə bənzər kütlə və 1 (bir) ədəd mobil telefon sonuncudan götürülmüş və digər əşyalar sonuncuya geri qaytarılmışdır. Üstünü yoxlama və baxış Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 10 ünvanının qarşısında keçirilmişdir (i.v. 10-12); təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında 19 mart 2025-ci il tarixli protokoldan görünür ki, təqdim olunan zərfdə qablaşdırılmış əynindəki tünd qara rəngli şalvarın sol yan cibindən 1 ədəd ağ rəngli şəffaf sellofan bükümdə ağ rəngli və 1 ədəd ağ rəngli şəffaf sellofana bükülmüş qəhvəyi rəngli narkotik maddəyə bənzər kütlə aşkar olunmuş və elektron tərəzidə çəkilərək 1 ədəd ağ rəngli şəffaf sellofan bükümdə ağ rəngli çəkisinin qablaşdırma ilə birlikdə 0,44 qram və 1 ədəd ağ rəngli şəffaf sellofana bükülmüş qəhvəyi rəngli narkotik maddəyə bənzər kütlənin çəkisinin qablaşdırma ilə birlikdə 0,52 qram olduğu müəyyən edilmişdir. Sonra həmin maddələr yenidən qablaşdırılıb möhürlənmiş, daha sonra 1 ədəd DVD-yə HP markalı kompüterdə baxış keçirilmiş, DVDdə olan görüntülərdə təhqiqata təqdim olunan ağ rəngli və qəhvəyi rəngli narkotik maddəyə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan həmin maddənin aşkar olunmasını bildirməsi əksini tapmışdır. Həmçinin Təqsirləndirilən şəxs üzərində sol iç cibindən 1 ədəd Samsung markalı mobil telefon, aşkar edilərək götürülmüşdür (i.v. 15-17); şübhəli şəxsin tutulması haqqında 19 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Arzuman oğlu xx.xx.2025-ci il tarixdə, saat 14:10 dəqiqədə CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 31); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 mart 2025-ci il tarixli, 3-16-16/2-6/1166 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №153” möhür əksi, “...Təqsirləndirilən şəxs...” və s. adlar, soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0.385 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 01 ədəd bükümdə təmiz çəkisi 0.465 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir (i.v. 45-48); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 20 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Arzuman oğlu Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur (i.v. 58-59); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(011)-159/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Arzuman oğlunun barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır (i.v. 77-82); diskdə olan videoyazıya baxış keçirilməsi haqqında 03 aprel 2025-ci il tarixli protokollardan görünür ki, disklərdə olan həmin görüntülər, əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və baxış keçirilməsi, həmçinin təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında 19 mart 2025-ci il tarixli protokollara uyğun olmuşdur (i.v. 109-112); Azərbaycan Respublikası Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Arzuman oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə AR CM-nin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinərək 09 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2024-cü ildə cəza sonu ilə azad edilmişdir (i.v. 119-120); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(011)-265/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Arzuman oğlunun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 03 (üç) ayadək, yəni xx.xx.2025-ci il tarixədək uzadılmışdır (i.v. 154- 158); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsinin xx.xx.2025-ci il tarixli, 1842 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs Arzuman oğlunda kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 160-161); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 20 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Arzuman oğluna Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs Arzuman oğlunun barəsində CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs Arzuman oğlundan aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.385 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.335 qram narkotik vasitə heroin və 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.465 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.415 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş, məhkəmə-kimyəvi ekspertizasının 6/1166 nömrəli, 20 mart 2025-ci il tarixli və məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 1842 nömrəli rəyləri iş üzrə sübut növü kimi qiymətləndirilmişlər, 02 ədəd “CD-R” formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir (i.v. 175-182); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(011)-319/2025 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Arzuman oğlunun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti hazırlıq iclası keçirilənədək uzadılmışdır; Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli 2715 nömrəli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, X2 “Qubadlının azad olunmasına görə” medalla təltif olunmuş, döyüş hazırlığı və nümunəvi xidmətə görə ona 3-cü dərəcəli döş nişanı verilmişdir; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 21 aprel tarixli 250s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, X2 “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Məhkəmə istintaqı zamanı birinci diskdə olan görüntüyə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs Arzuman oğluna üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs Arzuman oğlu əynində olan qara rəngli cins şalvarın sol yan indən 1 (bir) ədəd ağ rəngli şəffaf sellofan bükümdə qəhvəyi rəngli və 1 (bir) ədəd ağ rəngli şəffaf sellofan ağ rəngli narkotik maddəyə bənzər kütlələri, sağ yan cibində “Samsung A15” markalı mobil telefon, 28 (iyirmi səkkiz) manat pul və arxa cibində 24 (iyirmi dörd) manat pulu təqdim edir. Narkotik maddəyə bənzər kütlələr Çin istehsallı üzərində heç bir yazı olmayan elektron tərəzidə çəkilir, qəhvəyi rəngli kütlənin çəkisinin 0.44 qram və ağ rəngli kütlənin çəkisinin 0.52 qram olması müəyyən edilir. Məhkəmə istintaqı zamanı ikinci diskdə olan görüntüyə baxış keçirilmiş, təqdim olunan zərfdə qablaşdırılmış əynindəki tünd qara rəngli şalvarın sol yan cibindən 1 ədəd ağ rəngli şəffaf sellofan bükümdə ağ rəngli və 1 ədəd ağ rəngli şəffaf sellofana bükülmüş qəhvəyi rəngli narkotik maddəyə bənzər kütlə aşkar olunur və elektron tərəzidə çəkilərək 1 ədəd ağ rəngli şəffaf sellofan bükümdə ağ rəngli çəkisinin qablaşdırma ilə birlikdə 0,44 qram və 1 ədəd ağ rəngli şəffaf sellofana bükülmüş qəhvəyi rəngli narkotik maddəyə bənzər kütlənin çəkisinin qablaşdərma ilə birlikdə 0,52 qram olduğu müəyyən edilir. Sonra həmin maddələr yenidən qablaşdırılıb möhürlənir, daha sonra 1 ədəd DVD-yə HP markalı kompüterdə baxış keçirilir, DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan ağ rəngli və qəhvəyi rəngli narkotik maddəyə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan həmin maddənin aşkar olunmasını bildirməsi əksini tapır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Arzuman oğlu tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən təmiz çəkisi 0.385 qram olan narkotik vasitə heroin, «Psixotrop maddələr» adlı İİ siyahının 118-ci qrafasına əsasən təmiz çəkisi 0.465 qram olan psixotrp maddə metamfetamin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Arzuman oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanı çəkmələri nəzərdə tutulmuşdur; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs Arzuman oğlunun həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, qardaşı X1 “Vətən müharibəsi iştirakçısı” olmasını (CM-nin-59.2) cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs Arzuman oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs Arzuman oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə 09 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2024-cü ildə cəzasının sonu ilə azad edilmiş, lakin azad edildiyi vaxtdan 06 il keçmədən, yəni 19 mart 2025-ci il tarixdə hazırki cinayət əməlini törətmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Arzuman oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, üzərindən məhkumluğu götürülmədiyi və ödənilmədiyi halda, yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. Təqsirləndirilən şəxs Arzuman oğlunun əməlində cinayətlərin residivinin olması CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Arzuman oğlunun məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən ona CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Arzuman oğlu Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi nəzərə alınmalı (CM-65.2.), cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), cəzasının əvvəli 19 mart 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2) və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs Arzuman oğlundan aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.385 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.335 qram narkotik vasitə heroin və 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.465 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.415 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd “CD-R” formatlı disk cinayət işinin materiallarında saxlanılmalı (CPM-132), 110 (yüz on) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Arzuman oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Arzuman oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 19 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Arzuman oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Arzuman oğluna narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.385 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.335 qram narkotik vasitə heroin və 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.465 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.415 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd “CD- R” formatlı disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat Təqsirləndirilən şəxs Arzuman oğlundan tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs Arzuman oğluna verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar