Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-32/2023 08.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Rəşid Şükür oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1989-cu ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2əşən 200 nömrəli uşaq baxçasında yaşamış, barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-395/22 nömrəli, 22 iyul 2022-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilərək Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə 01 ədəd şəffaf polietilen paket bükümdə təmiz çəkisi 1.774 qram psixotrop maddə - metamfetamin və 01 ədəd kustar üsulla hazırlanmış kağız bükümdə təmiz çəkisi 0.490 qram narkotik vasitə olan heroini əldə edib, üzərində saxlamaqla daşımış və xx.xx.2022-ci il tarixdə saat 15:00 radələrində Xətai RPİ-ni 35-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xətai rayonu, G.Şıxlinski küçəsi, 36 ünvanının yaxınlığında saxlanılıb və ünvan 4a yerləşən Xətai RPİ-nin 35-ci PBnə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edərək üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan tünd qara rəngli cins şalvarın sol yan cibindən 01 ədəd şəffaf polietilen paket bükümdə təmiz çəkisi 1.774 qram psixotrop maddə - metamfetamin və 01 ədəd kustar üsulla hazırlanmış kağız bükümdə təmiz çəkisi 0.490 qram narkotik vasitə olan heroin, 01 ədəd “Constant” markalı elektron tərəzi, 01 ədəd “Samsung” və 01 ədəd “Xiaomi Redmi” markalı mobil telefonlar və 01 ədəd “KapitalBank” plastik bank kartı, 01 ədəd “Azərtürkbank” plastik bank kartı, 01 ədəd “Leobank” plastik bank kartı, 01 ədəd "xxxx" plastik bank kartı aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, heroin adlı narkotik vasitədən iki-üç ildir ki, istifadə edir, 19 iyul 2022-ci il tarixdə dostu olan Nicat adlı şəxs onlara gəlmiş, sonuncu ilə birlikdə narkotik vasitə istifadə etdikdən sonra Nicat getmiş, bir müddət sonra Nicat ona zəng edərək ona məxsus olan tərəzinin onlarda qaldığını, bir-iki günə gəlib götürəcəyini bildirmişdir. O, narkotik vasitənin təsiri altında olduğundan gecə saatlarınadək ayıq qalmış, yuxuya getdikdən sonra səhər saatlarında yaşadığı Xətai rayonu, G.Şıxlinski küçəsi, 36 ünvanında yerləşən 200 nömrəli uşaq baxçasındakı mənzilindən səs-küy gəldiyini eşitmiş, həmin vaxt pəncərələri sındırılmışdır. Bundan sonra İsgəndər, Heydər və adını xatırlamadığı, uzun boylu bir nəfər şəxs evlərinə girərək onu vurmuşlar. Daha sonra yaşadığı mənzili axtarmağa başlamışlar. Həmin vaxt polis əməkdaşları şəxsi istifadəsi üçün Nicatın ona hədiyyə etdiyi bir ədəd bükümdəki heroin adlı narkotik vasitəni, Nicata məxsus olan tərəzini, qardaşına, anasına, dostuna və küçədən tapdığı ümumilikdə dörd ədəd plastik bank kartını, məişətdə istifadə etmək üçün olan “zəy” daşını, bir ədəd qara rəngli “Xiaomi” markalı, bir ədəd qara rəngli “Samsung” markalı mobil telefonları götürərək onu Xətai RPİnin 35-ci polis bölməsinə aparmışlar. Polis bölməsində olan zaman ona cinayət işinin materiallarında olan formada ifadə verməyini, onunla bağlı bir məsələnin olmadığını, ifadə verdikdən sonra buraxacaqlarını bildirmişlər. O, polis əməkdaşlarına inandığından video kamera vasitəsilə üzərinə baxış keçirilən zaman sadaladığı əşyaların ona məxsus olduğunu bildirmiş, lakin həqiqətdə isə tərəzi dostu Nicata məxsus olmuş, mobil telefonlar isə yararsız olan, asudə vaxtlarında təmir etdiyi mobil telefonlardan olmuşdur. Ona qarşı irəli sürülmüş ittihamda qeyd edilənlərdən yalnız bir büküm narkotik vasitə olan heroin ona məxsus olmuş, o, narkotik vasitələrdən istifadə etmişdir. Lakin heç vaxt heç kəsə narkotik vasitə və ya psixotrop maddə satmamışdır. Onun üzərindən aşkar edildiyi deyilən bank kartlarından yalnız “online” mərc oyunları oynamaq üçün istifadə etmiş, metamfetamin olduğu deyilən maddə isə evlərində məişət üçün istifadə edilən “zəy” daşı olmuşdur. Həmin daşlardan yaşadığı məzildə qutunun içində təxminən 1000 (bir min) ədəd olmuş, polis əməkdaşları üç ədədini götürmüş və ekspertiza rəyində onlardan birinin psixotrop maddə olan metamfetamin olduğu qeyd edilmişdir. Ekspertiza rəyində yazılanlar və ona qarşı irəli sürülmüş ittihamda qeyd edilənlər həqiqəti əks etdirmir. Ona qarşı verilmiş ittiham tamamilə əsassız və qanunsuzdur. Polis əməkdaşları onu qeyd etdiyi formada yaşadığı mənzildən tutaraq aparmışlar, bunu qonşuları da görmüşdür. Həmçinin üzərindən aşkar edildiyi deyilən əşyalar onun mənzilindən polis əməkdaşları tərəfindən götürülmüşdür. O, polis bölməsində olduğu zaman polis əməkdaşları onu aldatmış, bununla yanaşı fiziki zor tətbiq etmişdirlər. Bundan əlavə “SMS” mətnlərdə olan “sabah gələrsiniz baş həkimə deyəcəm 1200 azn həll edəcəm” sözlərinin atası vəfat etməmişdən əvvəl istifadəsində olmuş mobil telefon nömrəsi vasitəsilə yazıldığını, onun həmin sözlərin hansı məqsədlə yazıldığından məlumatsız olduğunu, həmçinin “Qaqa sən canı ona biraz çəkdiyindən ver dörd tüstülük ateksin ağlıyor qapının ağzında”, “Tez cavab ver iki dənə istəyən var cola”, “Girmisən evə mış-mış patı çəkirsən” və “Pişik üçün yemək alda 4 ədəd” məzmununda olan “SMS” mətnlərini isə o, yaşadığı mənzildən tez-tez çıxmadığından narkotik vasitə alan zaman iki-üç qram miqdarında almış, dostlarından kimsə ona narkotik vasitədən istifadə etmədiyindən ağrıdığını dedikdə isə dostunu çağıraraq onunla birlikdə narkotik vasitə istifadə etmişdir. Yaşadığı mənzildən çıxmadığından bəzən dostlarından özü üçün sərinləşdirici içki olan “Cola” və evində saxladığı pişik üçün yemək istəmişdir. Onda narkotik vasitə olduğu zaman dostları ilə birlikdə istifadə etmiş, lakin heç vaxt onlara narkotik vasitə satmamışdır. Onun narkotik vasitə aldığı şəxslərdən əksəriyyəti hal-hazırda həbsdədir. O, tutulmamışdan bir gün əvvəl 30 (otuz) manat qarşılığnda narktoik vasitə almışdır. Əlavə olaraq təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, yalnız narkotik vasitədən istifadə etdiyini bildirərək ona CMnin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinə görə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə baxışının nəticəsində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlinin onun tərəfindən törədilməsi qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilmiş, təqsirliliyini təsdiq edən sübutlar kifayət etmişdir. Məhkəmənin bu nəticəyə gəlməsi aşağıdakı sübutlarla əsaslandırılır. - Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Qrupunun əməliyyat müvəkkili Şahid2 ifadəsində bildirmişdir ki, 20 iyul 2022-ci il tarixdə Canpolad adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Rəhbərliyə raportla müraciət edildikdən sonra baş əməliyyat müvəkkili Şahid1 və ondan ibarət əməliyyat qrupu yaradılmış, bundan sonra General Şıxlinski, 36 ünvanının yaxınlığında əvvəlcədən əlamətləri onlara məlum olan Canpolad adlı şəxsi gözləmişlər. Əlamətlərə uyğun olan şəxs gəldikdə isə yaxınlaşaraq onu 35-ci polis bölməsinə dəvət etmişlər. Polis bölməsində olan zaman təhqiqatçının, vəkil bürosundan dəvət edilmiş vəkilin və onların iştirakları ilə video çəkilişdən istifadə edilməklə onun üzərinə baxış keçirilmişdir. Həmin vaxt ona üzərində dövriyyəsi qadağan edilmiş hər hansı əşya olduğu təqdirdə könüllü olaraq təqdim edilməsi təklif edilmiş, bundan sonra o, könüllü olaraq iki ədəd mobil telefonu, dörd ədəd plastik bank kartını, bir ədəd sellofana bükülmüş heroinə bənzər maddəni, təxminən doqquz-on qram çəkidə olan bir ədəd daşa bənzər maddəni və bir ədəd elektron tərəzini təqdim etmişdir. Daha sonra təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş əşyalar qablaşdırılmış, üzərinə imzalar çəkilmiş və məhkəmə ekspertizasına göndərilmişdir. Təqsirləndirilən şəxs tərəfindən onun evinə daxil olmaqları və evində axtarış aparmaqları barədə qeyd etdikləri həqiqət deyildir. Təqsirləndirilən şəxs məsuliyyətdən yayınmaq üçün bu fikirləri səsləndirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xətai Rayon Polis İdarəsinin NMB-nin əməliyyat müvəkkili Şahid1 digər Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi faktları və halları eynilə təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilən Şahid5 ifadəsində bildirmişdir ki, 20 iyul 2022-ci il tarixdə, təxminən saat 11:00 radələrində o, yuxudan ayılmış və İsgəndər adlı polis əməkdaşının pəncərədən evə girmək istədiyini, onunla yanaşı digər polis əməkdaşlarının da evin digər pəncərələrindən evə girməyə çalışdıqlarını görmüş, bu səbəbdən evin qapısını açmış, bundan sonra polislər evə girərək evi axtarmağa başlamışlar. Daha sonra Canpoladın otağına girmişlər, evdə olan bütün rəflərə və digər yerlərə, hətta divardakı şəkillərin asıldığı yerlərə belə baxmışlar. Bundan sonra onlar heç nə tapmadıqlarını, hər yerin təmiz olduğunu bildirərək, bir ədəd yanmış bükülünü, iki ədəd Canpoladın bəzən təmir etdiyi işləməyən mobil telefonu, üç ədəd evdə məişətdə istifadə etmək üçün olan “zəy” daşını, bir ədədi ona məxsus olmaqla ümumilikdə dörd ədəd plastik bank kartını və bir ədəd elektron tərəzini götürərək Canpoladla birlikdə getmişlər. O, iki ildir ki, Canpoladın narkotik vasitələrdən istifadə etdiyini bilmiş, lakin Canpolad son on beşiyirmi gündür ki, narkotik vasitələrdən istifadə etməyi dayandırmışdır. O, ilk dəfə polis idarəsində olduğundan sərbəst ifadə verə biləcəyindən xəbərsiz olmuş, polis əməkdaşları ona dedikləri formada ifadə verməyi, narahatçılığa əsas olmadığını, qardaşına kömək edəcəklərini söz verdiyindən o, iş materiallarında olan formada ifadə vermiş və ifadəsinin sonuna “əlavəm yoxdur, düzgünlüyünü imzamla təsdiq edirəm” sözlərini yazaraq imza etmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilən Şahid3 ifadəsində bildirmişdir ki, yaşadığı ünvan 6 ünvanında olarkən qonşuları olan Canpoladgilin saat 11:00 radələrində qapılarının döyüldüyünü eşitmişdir. Canpolad həmin vaxt evlərində yatmışdır. O, Canpoladgilin evlərinin içini görməsə də, həmin saatlarda səsi gəlmədiyindən yatdığını bilmişdir. O, yaşadığı mənzilin qapısını açdıqda Canpoladgilin qapısında dörd nəfər polis əməkdaşının dayandığını görmüşdür. Sonuncular qapını döymüşlər, Canpolad və qardaşı yatdığından qapını gec açmışlar, polislərdən biri evin pəncərələrindən birini sındırmağı təklif etmiş, digəri isə bununla razılaşmamışdır. Bundan sonra Canpoladın qardaşı Şəhriyar gəlib qapını açmış və polislər evə girmişlər. O, polis əməkdaşları ilə birlikdə evə girmək istəsə də, polislər buna mane olmuşlar və onu evdən çıxartmışlar. Bundan sonra Canpoladı yatdığı yerdə əllərini bağlayaraq baxçaya aparmışlar. Digərləri isə evi axtarmışdır. Həmin vaxt Capoladın qardaşı evin içində, anası isə işdə olmuşdur. Daha sonra onlar Canpoladı özləri ilə apararaq çıxıb getmişlər. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilən Şahid4 ifadəsində bildirmişdir ki, 20 iyul 2022-ci il tarixdə, saat 12:00 radələrində Canpoladgilnən qapı qonşu olduqlarından sonuncunun yaşadığı mənzilin qapısı döyülərkən o, özünün yaşadığı mənzilin qapısının döyüldüyünü düşünmüşdür. Qapını açıb bloka çıxdıqda isə Canpoladgilin qapısının önündə beş nəfər kişinin dayandığını görmüş, O, Canpoladgilin evdə olmadığını, anasının baxçada olduğunu dedikdən sonra onlardan bir nəfər Canpoladın anasını baxçadan çağırmaq üçün getmiş, digəri isə pəncərənin şüşəsini döyməyə başlamışdər. Canpolad və qardaşı evdə yatdıqlarından qapını açmamışlar, daha sonra Canpoladın qardaşı ilk öncə pəncərəni, bundan sonra evlərinin qapısını açmışdır. Həmin vaxt polis əməkdaşları etiraz etmədiklərindən o, sərbəst şəkildə polislərlə birlikdə Canpoladgilin evinə girmiş və Canpoladın yatdığını görmüşdür. Onun qucağında olan uşağın ağlamaması üçün mobil telefonunu uşağa vermiş, özünü polis əməkdaşı kimi təqdim edən Kamran adlı şəxs onları telefonun kamerası vasitəsilə çəkdiyini düşünüb mobil telefonu uşağın əlindən almış, o, həmin vaxt mobil telefonu uşağın ağlamaması üçün verdiyini bildirdikdə isə mobil telefonu geri qaytarmışdır. Həmin polis əməkdaşları evi axtarmışlar, bu müddət ərzində Canpolad evdə olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında 20 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15:00-da Azərbaycan Respublikası CM-in 234.1ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 26); şəxsi axtarış və götürmə aparılması haqqında 20 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-in təhqiqatçısı, polis baş leytenantı X3 tərəfindən, Bakı şəhəri Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1, Bakı şəhəri Xətai RPİ-nin Xətai RPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Xətai RPİ-nin kiçik əməliyyat müvəkkili, polis serjantı X4, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi X1 iştirakları ilə Xətai RPİ-nin 35-ci Polis Bölməsinin inzibati binasında “Panasonic” markalı videokameradan istifadə edilməklə video çəkilişdən şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd qara rəngli “Xiaomi” markalı, 01 ədəd qara rəngli “Samsung” markalı mobil telefon, 04 ədəd plastik bank kartları, sol yan cibindən 01 ədəd “Constant” markalı tərəzi, ağ rəngli kağıza bükülmüş spesifik qoxuya malik olan qəhvəyi rəngli heroinə bənzər maddəni və 01 ədəd şəffaf sellofanın içərisində olan ağ rəngli kristala bənzər maddəni təqdim edərək ünvan 7 ünvanın yaxınlığında olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilməsini bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlənin çəkisini müəyyən etmək məqsədilə “Pocket Scale” markalı elektron tərəzi ilə çəkilən 01 ədəd ağ rəngli kağıza bükülmüş spesifik qoxuya malik olan qəhvəyi rəngli heroinə bənzər maddənin ümumi çəkisi 0.73 qram olması və 01 ədəd şəffaf sellofanın içərisində olan ağ rəngli kristala bənzər maddənin 9.26 qram müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılsa da heç bir əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd ağ rəngli kağıza bükülmüş spesifik qoxuya malik olan qəhvəyi rəngli heroinə bənzər maddənin və 01 ədəd şəffaf sellofanın içərisində olan ağ rəngli kristala bənzər maddənin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 154 saylı möhürü ilə möhürlənərək götürülmüşdür (i.v. 31-32); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 iyul 2022-ci il tarixli, 6/3940 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN Zərflər üçün №154-li dairəvi əksi, “(imza) Otarud” yazısı və imzalar olan zərfdəki şəffaf polietilen paketdə təmiz çəkisi 1,774 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir və kağız bükümdə təmiz çəkisi 0,490 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin və metamfetamin müxtəlif növ və tərkibli maddələr olduğu üçün onlar arasında müqayisəli tədqiqat aparılmamışdır. Həmin zərfdə olan təmiz çəkisi 6,491 qram ağ rəngli iri kristallardan ibarət maddə narkotik və psixotrop maddələrə aid deyildir. Heroin Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in və metamfetamin“Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxildir (i.v. 39-41); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi Ambulator X2 xx.xx.2022-ci il tarixli, 4499 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür ( i.v. 169-170); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 21 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb olunması və ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan ittihamın elan edilməsi qərara alınmışdır (i.v. 57-58); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 iyul 2022-ci il tarixli, 4(011)-395/2022 nömrəli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə məhkəməyədək icraat zamanı 03 (üç) ay həddində həbs qismində qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 20 iyul 2022-ci il tarixdən hesablanmışdır (i.v. 84-88); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdu (i.v. 105-106); baxış keçirilməsi haqqında 06 avqust 2022-ci il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X7, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə 01 ədəd DVD formatlı diskə baxış keçirərək müəyyən etmişdir ki, 01 ədəd qara rəngli “Samsung” markalı “J3” modelli mobil cihazı işə salmaq mümkün olmamışdır. Cihazın üz tərəfi, yəni ekranı tamamilə yararsız vəziyyətdə olmuşdur. Cihazın arxa tərəfində 04 ədəd kamerası olmuş, eləcə də 3539xx/xx/581756/4 nömrəli İMEİ kod aşkar edilmişdir. Həmin cihazın üzərində “Azərcell” mobil operatorun ***-***-**-** nömrəli kartı aşkar edilmişdir. Həmçinin 01 ədəd qara rəngli “Xiaomi Redmi” markalı “A1” modelli mobil cihazı işə salmaq mümkün olmamışdır. Cihazın üz tərəfi, yəni ekranın yuxarı hissəsi əsaslı formada zədələnmiş, cihazın arxa tərəfində 02 ədəd kamerası olmuşdur. Həmin cihazın üzərində heç bir mobil operatorun kart nömrəsi aşkar edilməmişdir. Bundan əlavə 01 ədəd “Constant” markalı elektron tərəzi Plastmass materialdan hazırlanıb və narıncı xətli qara rəngdədir. Elektron tərəzinin ön hissəsində - Constant 14192-645C sıra nömrəsi aşkar edilmişdir. Tərəzinin ön qapağını açan zaman tərəzinin özü, ondan sağ tərəfində isə balaca ekran və 03 ədəd düymələri görünür. Elektron tərəzini işə salmaq mümkün olmamışdır. Elektron tərəzinin digər hissəsində isə bu cihazın düzgün istifadəsinə dair ingilis dilində olan təlimat xarakterli yazılar görsənmişdir. Bundan başqa 01 ədəd firuzəyi rəngli “Kapital Bank” bank kartının ön hissəsində olanlar: bankın adı, debit işarəsi, çip, 5103 0714 4145 7567 kart nömrəsi, 04/24-cü tarixinə kimi yararlı olması barədə qeyd, Mübariz Cəfərova məxsus olmasını təsdiq edən yazılar, **********59510 nömrəsi. Kartın arxa hissəsində olan yazılar :Debit qoloqramı, 015 nömrəli avtorizasiya işarəsi, QR-kod. Həmçinin 01 ədəd sarı rəngli “AzərTürkBank” bank kartının ön hissəsində olanlar: bankın adı, World yazısı, çip. Kartın arxa hissəsində olanlar: QR-kod, CVC 20 yazısı, 5213 6751 4776 4188 kart nömrəsi, 04/24-cü tarixinə kimi yaralı olması barədə qeyd, Şahid5 məxsus olmasını təsdiq edən yazılar olmuşdur. Bundan başqa 01 ədəd qara rəngli “Leobank” bank kartının ön hissəsində olanlar: bankın adı, çip, Visa yazısı. Kartın arxa hissəsində olanlar: 4098 5844 6518 2788 kart nömrəsi, 04/27-ci tarixinə kimi yararlı olması barədə qeyd, CVV 531 yazısı. Bundan əlavə 01 ədəd göy rəngli "xxxx" maaş kartının ön hissəsində olanlar: bankın adı, 5169 3544 1971 8728 kart nömrəsi, 05/23-cü tarixinə kimi yararlı olması barədə qeyd, Rzayev Musaməddinə məxsus olmasını təsdiq edən yazılar, UBM ********** yazısı. Kartın arxa hissəsində olanlar: QR-kod, 698 nömrəli avtorizasiya işarəsi, bankın qoloqramı olmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs 01 ədəd “Samsung” markalı “J3” modelli mobil cihazın, 01 ədəd “Xiaomi Redmi” markalı “A1” mobil cihazın və 01 ədəd “Constant” markalı elektron tərəzinin özünə məxsus olduğunu bildirmiş, 5169 3544 1971 8728 nömrəli 01 ədəd "xxxx" bank kartının qonşusu Rzayev Musaməddindən götürdüyünu, 4098 5844 6518 2788 nömrəli 01 ədəd “Leobank” bank kartının anasından götürdüyünü, 5213 6751 4776 4188 nömrəli 01 ədəd “AzərtürkBank” bank kartının qardaşı – Şahid5 götürdüyünü və 5103 0714 4145 7567 nömrəli “Kapital Bank” bank kartını 18-19 iyul 2022-ci tarixlərdə Bakı şəhəri, Xətai rayonu, 200 nömrəli baxçanın yaxınlığında aşkar etdiyini bildirmişdir (i.v. 127-128); bank məlumatlarına baxış keçirilməsi haqqında 16 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Tahir Rəcəbli tərəfindən Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı aşkar edilmiş 04 ədəd plastik bank kartları ilə aparılan hesablar üzrə dövriyyə eləcə də həmin hesablar üzrə həyata keçirilən ölkə daxili və ölkə xarici pul köçürmələr barədə olan məlumatlarına dair "xxxx" ASC-dən və "xxxx" MMC-dən məktublarla daxil olmuş 02 ədəd CD-R disklərə baxış keçirilmişdir. "xxxx" ASC-dən xx/xx-3855 saylı, xx.xx.2022-ci il tarixli məktubla daxil olmuş 01 ədəd CD diskə baxış zamanı, Təqsirləndirilən şəxs istifadəsində olan “AzərTürkBank”da qardaşı Şahid5 adına rəsmiləşdirilmiş 5213 6751 4776 4188 nömrəli bank kartı ilə mütəmadi, hər gün bir neçə dəfə olmaqla mədaxil və məxaric tipli pul köçürmələrin olması, lakin istintaq üçün əhəmiyyət kəsb edəcək hər hansı bir məbləğdə dövriyyəsi qadağan olunmuş narkotik vasitələrin və psixotrop maddələrin pulla alınıbverilməsi ilə bağlı məlumatların olmaması müəyyən edilmişdir. Bank məlumatlarında qeyd olunan bank əməliyyatları xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixinə kimi olan müddəti əhatə edir. Həmin müddət ərzində ümumən 30.792 ( otuz min yeddi yüz doxsan iki) manat məbləğində gündəlik transaksiya məxaric əməliyyatları, həmçinin 30.797 (otuz min yeddi yüz doxsan yeddi) manat məbləğində gündəlik transaksiya mədaxil əməliyyatları həyata keçirilmişdir. Təqsirləndirilən şəxs istintaq verdiyi ifadəsinə əsasən, yuxarıda qeyd edilən bank kartını bilavasitə qardaşından götürərək, internet saytlarında mərc-oyun platformalarından istifadə etmişdir. Şahid5 istintaq verdiyi ifadəsinə əsasən, o, öz adına rəsmləşdirilmiş bank kartını qardaşının istifadəsinə vermişdir. "xxxx" MMC-dən HTİD/6561 saylı, xx.xx.2022-ci il məktublarla daxil olmuş 01 ədəd CD diskə baxış zamanı, Təqsirləndirilən şəxs istifadəsində olan "xxxx"da Əntiqə Otarudun adına rəsmiləşdirilmiş 4098 5844 6518 2788 nömrəli bank kartı ilə mütəmadi, hər gün bir neçə dəfə olmaqla mədaxil və məxaric tipli pul köçürmələrin olması, lakin istintaq üçün əhəmiyyət kəsb edəcək hər hansı bir məbləğdə dövriyyəsi qadağan olunmuş narkotik vasitələrin və psixotrop maddələrin pulla alınıb-verilməsi ilə bağlı məlumatların olmaması müəyyən edildi. Bank məlumatlarında qeyd olunan bank əməliyyatları xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixinə kimi olan müddəti əhatə edir. Həmin müddət ərzində ümumən 132 (yüz otuz iki) manat məbləğində 21 dəfə transaksiya məxaric əməliyyatları həyata keçirilmişdir. Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadəsinə əsasən, yuxarıda qeyd edilən bank kartı ilə o, internet saytlarında mərc-oyun platformalarından istifadə etmişdir. Yuxarıda qeyd olunanlardan başqa daxil olmuş CD disklərə baxış zamanı istintaq üçün əhəmiyyət kəsb edə biləcək heç bir məlumat aşkar edilməmişdir ( i.v. 153); telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında 27 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Tahir Rəcəbli tərəfindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə kartına dair məlumatları əks etdirən "xxxx" MMC-dən daxil olmuş xx.xx.2022-ci il tarixli 17024 nömrəli məktuba əlavə edilmiş 01 ədəd “CD” diskə baxış keçirilmişdir. İstintaq orqanı üçün əhəmiyyət kəsb edən xüsusatlara baxış zamanı 050-417-93- 47 saylı mobil nömrə kartının faktiki olaraq Təqsirləndirilən şəxs adına rəsmiləşdirilməsi müəyyən edilmişdir. Həmçinin ***-***-**-** saylı mobil nömrə kartından xaric olunan və həmin mobil nömrə kartına daxil olan sms-lərə baxış zamanı +**********58; +**********62 saylı mobil nömrələrlə narkotik vasitələrin dövriyyəsinə dair danışıqların əks olunduğu müəyyən edilmiş, həmin danışıqları özündə əks etdirən materialları 02 vərəqdə çap edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. Baxış zamanı aşkar edilmiş “patı”, “cola”, “baş həkim”, kimi terminlər heroin, metamfetamin və digər narkotik vasitələri əvəz edən şifrəli sözlər kimi işlədilmişdir. Bu faktı Təqsirləndirilən şəxs da təsdiqləməmiş, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, yalnız istifadəsi ilə məşğul olduğunu bildirmişdir. Bundan başqa baxış zamanı aşkar edilmiş mobil nömrələrin sahiblərinin anket məlumatları barədə Təqsirləndirilən şəxs sual verilmiş, həmin mobil nömrələrin bir qisminin sahiblərinin anket məlumatları haqqında məlumatının olmadığını, bir qisminin isə kimlərə məxsus olduğunu xatırlamadığını bildirmişdir. Həmçinin danışıqları özündə əks etdirən protokolda “Salam. Sabah gələrsiniz baş həkimə deyəcəm 1200 azn həll edəcəm”; “Qaqa sen canın ona biraz çəkdiyindən ver dörd tüstülük aglıyor qapının ağzında”; “Girmisən evə mis mis pati çəkirsən. ...”; “Tez cavab ver iki dene isdiyen var kola”; “Pisik ucun yemek alda 4 dene” “SMS” mətnləri mövcuddur ( i.v. 176-179); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(011)-481/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrin xx.xx.2022-ci il tarixdə anten dairələri barədə məlumatların məhkəməyə təqdim edilməsi "xxxx" və "xxxx" MMC-yə həvalə edilməsi qərara alınmışdır; 14 noyabr 2022-ci il tarixli qərarda göstərilmiş məlumatlara dair "xxxx" MMC tərəfindən verilmiş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten dairələri barədə məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsi xx.xx.2022-ci il tarixdə saat 01:05 radələrində Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində, həmin tarixdə saat 03:13 radələrində Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində və həmin tarixdə saat 03:43 radələrində Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində antenna dairələrinin əhatəsində olmuşdur. "xxxx" MMC-dən daxil olmuş 19 yanvar 2023-cü il tarixli AZF/LGL – 2076/23 nömrəli məktubdan görünür ki, ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr sorğulanan tarixdə "xxxx" şəbəkəsində istifadə edilməmişdir. Diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, bir ədəd “CD-R” diskdə olan görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 24 fevral 2022-ci il tarixli protokola uyğun olmuşdur (i.v. 172-173); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 27 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,490 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınmış, qalıq qalmış 0,440 qram çəkidə narkotik vasitə heroin və Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 1.774 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, qalıq qalmış 1.674 qram çəkidə psixotrop maddə metamfetamin, həmçinin 01 ədəd “Constant” markalı elektron tərəzi sübut əhəmiyyəti kəsb etdiyindən, maddi sübut kimi tanınmış saxlanış üçün Xətai RPİ-nin saxlanc yerinə təhvil verilmişdir ( i.v. 180-188); Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə baxış iclasında verdiyi ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Müdafiə hüquqununun təməl institutu kimi Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə ittiham elan olunduğunu və bundan sonrakı mərhələdə onun bilə-bilə yalan ifadə verməsi cinayət məsuliyyəti yaratmadığından, belə düşünmək olar ki, Təqsirləndirilən şəxs özünü müdafiə xarakterli ifadə verməklə cinayət məsuliyyətindən yayınmağa çalışır. Bununla yanaşı, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 21 iyul 2022-ci il tarixli ifadəsində xx.xx.2022-ci il tarixdə saat 15:00 polis əməkdaşları tərəfindən ünvan 8 ünvanının yaxınlığında saxlanılaraq Xətai RPİ-nin 35-cı PB-nə gətirildiyini, orada üzərinə videoçəkilişdən istifadə edərək şəxsi axtarış keçirilən zaman 01 ədəd səffaf polietilen paket bükümdə metamfetamin və 01 ədəd narkotik vasitə olan heroin, 01 ədəd elektron tərəzi, 02 ədəd mobil telefonlar və 04 ədəd plastik bank kartları aşkar edilərək götürüldüyünü bildirilmiş və ifadəsinin sonunda “əlavəm yoxdur, əsli ilə düzdür. İmzamla təsdiq edirəm” sözlərini yazmışdır. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmənin baxış iclasında polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq edilməsini bildirsə də, bu barədə barədə təqsirləndirilən şəxs tərəfindən heç bir müraciət və ya şikayət edilməmişdir. Bundan əlavə məhkəmə iclasında Təqsirləndirilən şəxs “Tez cavab ver iki dene isdiyen var kola” “SMS” mətnini dostu onlara gələrkən “Cola” adlı sərinləşdirici içkinin alınması üçün dostuna yazdığını, “Qaqa sen canın ona biraz çəkdiyindən ver dörd tüstülük aglıyor qapının ağzında” “SMS” mətnini isə istifadə etmək üçün narkotik vasitə əldə etmək məqsədi ilə istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə vasitəsilə yazdığını bildirmişdir. Lakin iş materiallarında olan telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında protokola əlavə edilmiş çıxarışda “Tez cavab ver iki dene isdiyen var kola” və “Qaqa sen canın ona biraz çəkdiyindən ver dörd tüstülük aglıyor qapının ağzında” “SMS” mətnlərinin Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefon nömrəsindən dostuna göndərilmədiyi, yəni ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəyə göndərildiyi görünür. Həmçinin məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş şəxslər Şahid5, Şahid3, Şahid4 ifadələrinə tənqidi yanaşır, ifadələr arasında ziddiyyətlər olduğundan qeyd edir ki, Şahid5 təqsirləndirilən şəxsin qardaşı, Şahid3 və Şahid4 isə təqsirləndirilən şəxslə uzun müddətdir ki, qonşuluq münasibətindədirlər. Bu səbəbdən onların verdiyi ifadələr inandırıcı deyil və təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən yayınması məqsədi ilə verilmiş ifadələr kimi qiymətləndirir. Belə ki, ibtidai istinaq zamanı 10 avqust 2022-ci il tarixli ifadə vermiş Şahid5 ifadəsinin sonunda “əlavəm yoxdur, düzgünlüyünü imzamla təsdiq edirəm” sözlərini yazmışdır. Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində məhkəmə iclasında qeyd etdiyi hallardan heç birini qeyd etməmiş, buna səbəb kimi sərbəst ifadə vermək hüququnun olduğundan məlumatsız olmasını göstərmişdir. Bundan başqa, əlavə şahid qismində dindirilmiş Şahid3 məhkəmə iclasında polis əməkdaşları ilə birlikdə evə girmək istəsə də, polislərin buna mane olduğunu və onu evdən çıxartdıqlarını, bundan sonra Canpoladı yatdığı yerdə əllərini bağlayaraq baxçaya apardıqlarını, digərlərinin isə evi axtardıqlarını, həmin vaxt Canpoladın qarşdaşının evin içində, anası isə işdə olduğunu bildirmişdir. Lakin əlavə şahid qismində dindirilmiş Şahid4 məhkəmə iclasında qapını açıb bloka çıxdıqda isə Canpoladgilin qapısının önündə beş nəfər kişinin dayandığını görmüş, o, Canpoladgilin evdə olmadığını, anasının baxçada olduğunu dedikdən sonra onlardan bir nəfər Canpoladın anasını baxçadan çağırmaq üçün getmiş, digəri isə pəncərənin şüşəsini döyməyə başlamışdər. Canpolad və qardaşı evdə yatdıqlarından qapını açmamışlar, daha sonra Canpoladın qardaşı ilk öncə pəncərəni, bundan sonra evlərinin qapısını açmışdır. Həmin vaxt polis əməkdaşları etiraz etmədiklərindən o, sərbəst şəkildə polislərlə birlikdə Canpoladgilin evinə girmiş və Canpoladın yatdığını görmüşdür. Həmin polis əməkdaşları evi axtarmışlar, bu müddət ərzində Canpolad evdə olmuşdur. Göründüyü kimi əlavə şahid qismində dindirilmiş şəxslərin ifadələri arasında əsaslı ziddiyyətlər mövcuddur. Lakin şahid qismində dindirilmiş Şahid2 və Şahid1 bilə-bilə yalan ifadə vermək barədə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmiş və yalnız bundan sonra şahid qismində dindirilmişlər. Həmin şahidlər bütün izahat və ifadələrində Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddə əldə edib üstündə saxlayaraq daşıması, keçirilən əməliyyataxtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saxlanılması və video çəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılan zaman 01 ədəd qara rəngli “Xiaomi” markalı, 01 ədəd qara rəngli “Samsung” markalı mobil telefonun, 04 ədəd plastik bank kartlarının, 01 ədəd “Constant” markalı elektron tərəzinin, ağ rəngli kağıza bükülmüş spesifik qoxuya malik olan qəhvəyi rəngli heroinə bənzər maddənin və 01 ədəd şəffaf sellofanın içərisində olan ağ rəngli kristala bənzər maddənin sonuncunun üzərindən aşkar edilməsini göstərmişlər. Şahidlərin cinayət işinin materiallarında olan izahat və ifadələri ilə məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələri eyni məzmunlu olmuş, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyyət olmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam və hərtərəfli araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən hallar (CM-59) və ağırlaşdıran hallar (CM-61) müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut – Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanc yerinə təhvil verilmiş 01 (bir) ədəd bükümdə ilkin təmiz çəkisi 0.490 qram olan, tədqiqatdan sonra qalıq qalmış 0.440 qram narkotik vasitə olan «heroin», 01 (bir) ədəd bükümdə ilkin təmiz çəkisi 1,774 qram olan, tədqiqatdan sonra qalıq qalmış 1.674 qram psixotrop maddə olan «metamfetamin» və 01 ədəd «Constant» markalı elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməli, iş üzrə maddi sübut – 03 ədəd “CD-R” formatlı disk iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 20 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar - Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş 01 (bir) ədəd bükümdə ilkin təmiz çəkisi 0.490 qram olan, tədqiqatdan sonra qalıq qalmış 0.440 qram narkotik vasitə olan «heroin», 01 (bir) ədəd bükümdə ilkin təmiz çəkisi 1,774 qram olan, tədqiqatdan sonra qalıq qalmış 1.674 qram psixotrop maddə olan «metamfetamin» və 01 ədəd «Constant» markalı elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 03 ədəd «CD-R» formatlı disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Rəşid Rzayev
Məhkəmə qərarları › İş №1(011)-32/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-32/2023
08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver