Məhkəmə qərarları › İş №1(011)-320/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-320/2025

31.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-320/2025 31.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi, təqsirləndirilən şəxs – X2, müdafiəçi – Bakı şəhəri 13 saylı vəkil bürosunun vəkili Müdafiəçi, xüsusi ittihamçı X5 iştirakı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, 12 iyun 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətlə bağlı işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Xüsusi ittihamçı X10 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək X3 Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Xüsusi ittihamçı X10 xüsusi ittiham qaydasında şikayət ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2016-cı ildə Norveçdə sol dizimdən cərrahi əməliyyat olunmuşdur, xx.xx.2016-cı il tarixində birdəfəlik Azərbaycana gəlmişdir. 2016-cı ilin oktyabr ayına qədər alimenti qismən ödəmiş, xx.xx.2016-cı ilə qədər yığılan aliment borcunu kredit borcu alaraq tam ödəmişdir. Dəfələrlə haqli olaraq 1 uşağa görə 500 manat məbləğində olan alimentin azaldılması üçün məhkəməyə müraciət etsədə, qarşı tərəf hər dəfə böhtan yazaraq etiraz etmiş və bunun nəticəsində də iddiam qanunsuz olaraq rədd edilmişdir. Azərbaycana qayitdiqdan sonra mütəmadi yataq xəstəsi olmuş, heç bir yerdə işləməmiş, xx.xx.2017-ci il tarixindən əlillik pensiyası alır. Xəstəliyi ağırlaşdığına görə sol dizindən 3 dəfə cərrahi əməliyyat olunmuş, xx.xx.2019-cu il tarixindən müddətsiz 1-ci qrup əlillik verilib. Xəstə və əlil olmağına, ümumi gəlirinin 50-120 manat pensiya almağına baxmayaraq, ona qanunsuz və əsassız olaraq 1 uşağa görə hər ay 500 manat aliment qərarı çıxarılmış, o isə uşağına hər ay qismən 100 manat məbləğində aliment ödəyə bilmişdir. xx.xx.2014-cü ildən indiyə qədər yəni 132 ay ərzində 23000 manatdan artiq aliment ödəmişəm və 26000 manat borclu vəziyyətə düşmüşəm. Hazırda Ali Məhkəmənin xx.xx.2021-ci il 2(102)-2743/2021 saylı qərarı ilə bir uşağa görə 170 manat, böhtan atılaraq xəstə olduğu müddətdə yığılan borcun ödənilməsinə görə isə 160 manat, cəmi 330 manat, yəni yəni 470 manat ümumi gəliri olan pensiyasının 70%ni aliment və borcun ödənilməsinə yönəldilmişdir. Azərbaycan Respublikası AM-də 1 uşağa görə aliment öhdəliyi olan valideynin ümumi gəlirindən 5 dəfə artiq məbləğ ödəmək tələbi yoxdur. Belə hal hazırda ittiham olunan şəxsin böhtan atması nəticəsində baş vermişdir. Alimentin miqdarının müəyyən edilməsi böhtana istinad edilmədən Azərbaycan Respublikası Ailə Məcəlləsində qanunvericiliyin tələbinə uyğun olaraq müəyyən edilməli idi. Bildirmişdir ki, xx.xx.2022-ci il tarixində üzürlü səbəbdən yığilan aliment borcunun ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 107.2-ci maddəsinə əsasən Xətai Rayon Məhkəməsində mülki iddia qaldırmışdır. Nurullayeva Mədinə onun iddiasına etiraz olaraq, tamamilə böhtan, ona heç bir aidiyyəti olmayan, böhtan və yalanlarla dolu olan ərizəsini hakim Pərviz Zamanlıya təqdim etmişdir. Məhkəməyə sədrlik edən hakim Pərviz Zamanlı mənim 102 səhifədən ibarət olan xəstəlik sənədlərini 2(011)-2966/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməyə salmamış, qarşı tərəfin "iddiaya etiraz ərizəsini" qətnaməyə salaraq , ona istinad edərək qətnamə çıxarmış və mənim mülki iddiamı rədd etmişdir. Xüsusi ittihamçı ərizəsində göstərmişdir ki, "İddiaya etiraz ərizəsində" Nurullayeva Mədinə bildirmişdir ki, Mirzəyev Mehman hər ay Norveçdən böyük miqdarda müavinət almışdır, belə ki, almış olduğu xəsarət Norveçdə işləyərkən iş yerində olduğundan, oradan iddiaçıya hər ay külli miqdarda əmək müavinəti olaraq pensiya ödənilir, lakin həmin məbləğ iddiaçının Norveç Banklarının birində açılmış hesaba köçürülür. İddiaçı Mehman Mirzəyevin maddi vəziyyətində hər hansı ağırlaşma baş verməmişdir. İddiaçının qeyd etdiyi 1-ci qrup əlilliyin alınması və məhkəməyə təqdim olunan sənədlər isə müəmmalıdır. Belə ki, Norveçdə almış olduğu xəsarətə görə 1-ci qrup əlillik təyin edilə bilməzdi. İddiaçının 1-ci qrup əlillik almaqda Norveç dövlətindən hər ay əlavə vəsait əldə etmək niyyəti güdmüşdür. İddiaçının hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə məqsədi isə övladına aliment ödəməkdən boyun qaçırmaqdır. Həmçinin iddiaçı Norveçdə yaşadığı müddətdə biznes fəaliyyəti ilə məşğul olur. Qazancı Avropa ölkələrinə nisbətdə belə kifayət qədər yüksəkdir. Bununla tərəfimizdən aliment tələbi ilə məhkəməyə müraciət edildikdə müvafiq sənədlərdə təqdim edilmişdir. Həmçinin qeyd edim ki, Mehman Mirzəyev bacı və qardaşlarının adına avtomobillər və evlər alıb, kirayə verərək əlavə gəlir də əldə edir. Həmçinin iddiaçının özünün də qeyd etdiyi kimi himayəsində daha iki azyaşlı övladı var. Lakin xx.xx.2008-ci il təvəllüdlü qızımız X6 aliment ödənilməsindən qərəzli ularaq boyun qaçırır. Bütün bunlara baxmayaraq iddiaçının hazırda real borcu 23000 (iyirmi üç min) manatdan daha da artıqdır. Qeyd edim ki, həmin borcun əsas hissəsi 2014-2019-cu illər arasında yaranmış borcdur. İddiaçı həmin borcu ödəməkdən qərəzli olaraq boyun qaçırır və bu səbəbdən hazırda axtarışa verilmişdir. Qeyd edim ki, aliment borcunu ödəməmək və yubatmaq məqsədi ilə 2017-ci ildə müvəqqəti qeydiyyat üzrə Cəlilabad rayonunda olduğu qeyd edərək, alimentin ödənilməsi ilə bağlı icra işini Cəlilabad Rayon İcra Şöbəsinə, daha sonra iddiaçı olduğu yer üzrə tapılmadığindan 2018-ci ildən qeydiyyatı üzrə Qaradağ rayon İcra Şöbəsinə yönəltmişdir. Lakin bir daha qeyd edim ki, icra şöbələrində iddiaçı barəsində olduğu yer üzrə məlum olmadığı üçün axtarış verilmiş, lakin nəticəsi olmamışdır. Bununla bağlı sənədlər məhkəməyə təqdim edilir. Xüsusi ittihamçı ərizəsində daha sonra göstərmişdir ki, X2 "iddiaya etiraz ərizəsində" göstərdiyi bütün qeydlər yalan və böhtandır. Hətta onun yazdığı ifadələr belə bir-birinə ziddir. Belə ki, onların böhtan olduğunu təsdiqləyən kifayət qədər dəlil və sübutlar da var. Həmin təhqir və böhtanlar aşağıdakılardan ibarətdir: 1) Mirzəyev Mehman hər ay Norveçdən böyük miqdarda müavinət almışdır. 2) Belə ki, almış olduğu xəsarət Norveçdə işləyərkən iş yerində olduğundan, oradan iddiaçıya hər ay külli miqdarda əmək müavinəti olaraq pensiya ödənilir. Lakin həmin məbləğ iddiaşının Norveç Banklarından birində açılmış hesaba köçürçlür. 3) X12 maddi vəziyyətində hər hansı ağırlaşma baç verməmişdir. İddiaçının 1-ci qrup əlilliyin alınması və məhkəməyə təqdim olunan sənədlər isə müəmmalıdır. 4) Belə ki, Norveçdə almış olduğu xəsarətə görə 1-ci qrup əlillik təyin edilə bilməzdi. İddiaçının 1-ci qrup əlillik almaqda Norveç dövlətindən hər ay əlavə vəsait əldə etmək niyyəti güdmüşdür. İddiaçının hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə məqsədi isə övladına aliment ödəməkdən boyun qaçırmaqdır. 5) Həmçinin iddiaçı Norveçdə yaşadığı zaman biznes fəaliyyəti ilə məşğul olur. Qazancı Avropa ölkələrinə nisbətdə belə kifayət qədər yüksəkdir. Bununla bağlı tərəfimizdən aliment tələbi ilə məhkəməyə müraciət edildikdə müvafiq sənədlər də təqdim edilmişdir. 6) Həmçinin qeyd edim ki, iddiaçı Mehman Mirzəyev bacı və qardaşlarının adına avtomobillər və evlər alıb, kirayə verərək əlavə gəlir əldə edir. 7) Həmçinin iddiaçının özünün də qeyd etdiyi klml himayəsində iki azyaşlı övladı var. Lakin xx.xx.2008-ci il təvəllüdlü qızımız X6 aliment ödənilməsindən qərəzli olaraq boyun qaçırır. 8) Bütün bunlara baxmayaraq iddiaçının hazırda real borcu 23 (iyirmi üç) min manatdan da daha artıqdır. Bununla bağlı sənədlər məhkəməyə təqdim ediləcək. Qeyd edim ki, həmin borcun əsas hissəsi 2014-2019-cu illər arasında yaranmış borcdur. İddiaçı həmin borcu ödəməkdən qərəzli olaraq boyun qaçırır və bu səbəbdən axtarışa verilib. Qeyd edim ki, aliment borcunu ödəməmək və yubadmaq məqsədi ilə 2017-ci il tarixində müvəqqəti olaraq qeydiyyat üzrə Cəlilabad rayonunda olduğunun qeyd etmişdir. Bu təhqir və böhtanlar nəinki onun şərəf və ləyaqətini aıçaltmış, hətta ona maddi mənəvi ziyan vurmaqla yanaşı sağlamlığına da ziyan vurmuşdur. Belə ki, xəstəliyi dövründə icra məmurlarının təqibinə görə keyfiyyətli müalicə ala, vacib dərmanlarla vaxtında təhciz olunmamış və nəticədə də xəstəliyinin daha da ağırlaşmasına səbəb olaraq onda qüsur yaratmışdır. Bundan başqa onun ailəsinin və himayələrində olan iki azyaşlı uşaqlarının da təminatına ciddi ziyan vurmuşdur. Göründüyü kimi rəsmi sənəddə ona qarşı yalan, böhtan və təhqirlər yazaraq, məqsədli şəkildə məhkəməyə "iddiaya etiraz ərizəsi" göndərmişdir. Bunun da nəticəsində hazırda mənə 26000 manat borc hesablanmış və borclu vəziyyətə düşmüşdür. Beləliklə onun cəmiyyət içində, məhkəmə və icra orqanlarında nüfuzuma xələl gətirmiş, onun şərəf və ləyaqətinə toxunan əməllər törətmişdir və bir sözlə onu maddimənəvi terrora məruz qoymaqda davam etmişdir. Məhkəmə yuxarıda sadalanan böhtanlara sübutlar tələb etməli, faktiki hallar araşdırılmalıdır. Belə ki, mənim xarici ölkədə bank hesabı yoxdur, heç bir bacı qardaşına evlər və avtomobillər almamış, xarici ölkədə qətiyyən biznesi olmamışdır. xx.xx.2014-cü il tarixində nikahlarına xitam verilərkən 2(011)-4290/2014 saylı qətnamədə ortaq mal -mülk varlıqları olmamışdır. Xəstə olduğu müddətdə də onun bu qədər mal-mülk sahibi olmağım mümkünsüzdür. Heç yerdə xəsarət almamış və epikrizlərdən göründüyü kimi əlilliyə səbəb ümumi xəstəliklə bağlıdır. İttiham olunan şəxsin yazdıqları hamısı yalan və böhtandır. Bundan başqa üç tərəfli bağlanmış AKT-da da həmin illərdə ona borclu olmadığı halda böhtan ataraq borclu olduğunu yazmışdır. Digər tərəfdən əlilliyimin müəmmalı olduğunu yazaraq təhqir etmişdir. Qərəzli olaraq aliment ödəməkdən imtina etməmişdir imkan olduqca qismən hər ay, yəni az da olsa müəyyən məbləğdə aliment ödəmişdir. Qeyd olunur ki, Nurullayeva Mədinə təkcə ona böhtan atmayıb, həmdə məhkəmə hakimlərini alladaraq, bu illər ərzində isə bir uşağa görə faktlara deyil, böhtanlara istinad edilərək, əsasız və qanunsuz olaraq hakimlər ondan 500 manat orta statistik Azərbaycan vətəndaşının ayliq maaşı qədər aliment tutulması barədə qərarlar və qətnamələr çixarmışdır. İttiham olunan şəxsin ona qarşı yazdığı "etiraz ərizəsinin" və "kassasiya şikayətinin" qoşma hissəsində də görünür ki, onun iddialarını sübut edən heç bir dəlili və sübutu yoxdur. Ona qarşı yalan olduğunu bilərəkdən dəfələrlə qəbuledilməz böhtan ataraq, şərəf və ləyaqətimi alçaldan o cümlədən maddi-mənəvi ziyan vuran X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 maddəsinə görə cinayət məsuliyyətinə cəlb edilməlidir. Onun bu hərəkətləri cəmiyyətimiz üçün də təhlükəlidir. Mənə atdığı böhtanlardan cəsarətlənərək başqalarına da belə böhtanlar ata bilər. Bununla da Nurullayeva Mədinə AR cinayət Məcəlləsinin 147.1-ci maddəsində qeyd edilən cinayət əməlini törətmişdir. Onun cinayət məsuliyyətinə cəlb edərək həmin maddənin sanksiyası həddində ən ağır cəzaya məhkum edilməsi barədə hökm çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı X16 ərizəsində göstərdiyi xüsusatları bir daha müdafiə edərək bildirmişdir ki, Nurullayeva onun şərəf və ləyaqətini alçaltmış, ona maddi mənəvi ziyan vurmaqla yanaşı sağlamlığına da ziyan vurmuşdur. Belə ki, xəstəliyi dövründə icra məmurlarının təqibinə görə keyfiyyətli müalicə ala, vacib dərmanlarla vaxtında təhciz olunmamış və nəticədə də xəstəliyi daha da ağırlaşmasına səbəb olaraq onda qüsur yaratmışdır. Rəsmi sənəddə ona qarşı yalan, böhtan və təhqirlər yazaraq, məqsədli şəkildə məhkəməyə "iddiaya etiraz ərizəsi" göndərmişdir. Bunun da nəticəsində hazırda borc hesablanmış və o, borclu vəziyyətə düşmüşdür. Onun xarici ölkədə bank hesabı yoxdur, heç bir bacı qardaşıma evlər və avtomobillər almamışam, xarici ölkədə qətiyyən biznesi olmamışdır. Xəstə olduğu müddətdə də bu qədər mal-mülk sahibi olmağım mümkünsüzdür. Heç yerdə xəsarət almamışdır və əlilliyi ümumi xəstəliklə bağlıdır. İttiham olunan şəxsin yazdıqları hamısı yalan və böhtandır. Digər tərəfdən əlilliyimin müəmmalı olduğunu yazaraq onu təhqir etmişdir. Qərəzli olaraq aliment ödəməkdən imtina etməmiş imkan olduqca qismən hər ay, yəni az da olsa müəyyən məbləğdə aliment ödəmişdir. Yalan olduğunu bilərək, dəfələrlə qəbuledilməz böhtan ataraq, şərəf və ləyaqətimi alçaldan o cümlədən maddi-mənəvi ziyan vuran X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 maddəsinə görə cinayət məsuliyyətinə cəlb edilməlidir. Həmin maddənin sanksiyası həddində ağır cəzaya məhkum edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o şər və böhtan atmamışdır. O, 5 il əziyyət çəkmişdir. Nikahları pozulub atasının evində uşalarına baxır. Ona heç bir əmlak çatmayıb çünki nə alıbsa qardaşının adına alıb. Əməliyyat olunduqdan sonra 2016-cı ildə yeriyirdi sonra necə oldu ? Alimentin kəsilməsi üçün rəsmi sübutlar olub və məhkəməyə təqdim edilib. Məhkəmədən bu halları nəzərə alıb, ədalətli qərar qəbul edilməsini və bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 ərizədə göstərilən xüsusatları bir daha təstiq edərək bildirmişdir ki, qardaşı Mehman nə ona nə də digər qohumlarına heç bir əmlak pay verməmişdir. Əksinə hazırda fiziki qüsurları ilə əlaqədar onlar Mehmanın qayğısına qalırlar və ona maddi köməklik edirlər. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1, Şahid4, Şahid3, Şahid5, Şahid6, X9, Şahid9 Şahid2 ilə eyni məzmunlu ifadə verərək, X5 onlara heç bir əmlak vermədiyini, əksinə Mehmanın özünə onlar tərəfindən köməklik edildiyini və keçmiş gəlinləri Mədinənin məhkəməyə verdiyi məlumatların həqiqətə uyğun olmadığı, böhtan olduğunu bildirmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsin 3 may 2024-cü il tarixli məktubundan görünür ki, X10 nazirliyin mərkəzləşmiş “Sosial ödənişlər” alt sistemininə əsasən 1-ci dərəcəli əlilliyə görə 270 manat məbləğində sosial müavinat və 200 manat məbləğində Prezident təqaüdü alır. Xətai Rayon Məhkəməsində icraatda olan mülki işlə bağlı X7 tərəfindən həmin məhkəməyə ünvanlanmış 29 aprel 2022-ci il tarixli etiraz ərizəsindən görünür ki, o, X8 böyük miqdarda müavinat aldığını, xəsarətlə bağlı Norveçdən həmin ölkənin bankına köçürülməklə pensiya ödənildiyini, əlillik üçün sənədlərin müammalı olması, Norveçdə yaşadığı dövrdə biznesli məşğul olması, bacı və qardaşlarının adına əmlak alıb kirayə verməsini kimi halları nəzərə alaraq məhkəmədən sonuncunun “aliment borcunu ödəmək öhdəliyindən azad edilmə tələbinə dair” iddiasının təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki X1 və vəkili Səlimov Elvin əliyusif oğlu tərəfindən ünvanlanmış kassayiya şikayətindən görünür ki, apelyasiya instansiyası tərəfindən X8 böyük miqdarda müavinat aldığını, xəsarətlə bağlı Norveçdən həmin ölkənin bankına köçürülməklə pensiya ödənildiyini, əlillik üçün sənədlərin müammalı olması, Norveçdə yaşadığı dövrdə biznesli məşğul olması, bacı və qardaşlarının adına əmlak alıb kirayə verməsini kimi halları nəzərə alınmadığı qeyd edilir və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7478/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin hissəvi ləğvi xahiş olunur. Hüquqi məsələlər: Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X7 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1ci maddələrinin tərkibinin olması sübuta yetirilmədiyindən, həmin məcəllənin 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin tərkib əlamətləri müəyyən edilməmişdir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilir ki, xüsusi ittiham qaydasında şikayətlər üzrə işlərə baxarkən məhkəmələr hər kəsin toxunulmazlığının, şərəf və ləyaqətinin, habelə Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş digər hüquqlarının məhkəmə müdafiəsinin təmin edilməsi üçün qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Həmin qərarın 2 və 3-cü bəndlərində isə göstərilir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 147, 148, 165.1 və 166.1-cı maddələri ilə xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən bütün hallarda Konstitusiyanın 30-cu maddəsində (əqli mülkiyyət hüququ), 32ci maddəsinin İİ və İİİ hissələrində (şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ), 46 (şərəf və ləyaqətin müdafiəsi hüququ), 47 (fıkir və söz azadlığı), 50-ci (məlumat azadlığı) maddələrində, Konvensiyanın 8 (şəxsi həyata və ailə həyatına hörmət hüququ) və 10-cu (fikri ifadə etmək azadlığı) maddələrində təsbit edilmiş hüquq və azadlıqların pozulubpozulmaması araşdırılmalı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra Avropa Məhkəməsi) ifadə azadlığına dair presedent hüququndan geniş istifadə olunmalıdır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarının 5-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə o zaman ekspertiza təyin edə bilər ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək zərurəti yaranmış olsun. Belə ki, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələbinə görə “məhkəmə ekspertizası fəaliyyətinin əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir”. Qeyd edilən maddənin məzmunundan görünür ki, məhkəmə o halda ekspertiza təyin etmək hüququna malikdir ki, iş üzrə araşdırılan məsələnin müəyyən edilməsi xüsusi bilik tələb edilən sahəyə aid olsun. Bir çox hallarda ifadə və məlumatların məna, məzmun və ifadə tərzi baxımından şəxsin şərəfini, ləyaqətini və işgüzar nüfuzunu ləkələməsinin xüsusi bilik tələb edilmədən cəmiyyətdə mövcud olan sosial-əxlaqi dəyərlər baxımından qiymətləndirmə aparmaqla hakimin öz tərəfindən və bəzi hallarda “Azərbaycan dilinin izahlı lüğəti”ndən istifadə etməklə asanlıqla müəyyən edilməsi mümkün olur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 141.1.1-ci maddəsinə əsasən ümumi məlum olan faktlar cinayət təqibi üzrə icraatın materiallarından istifadə edilmədən sübut edilmiş hesab olunur: Beləliklə, xüsusi bilik tələb etmədən aydın anlaşılan söz və ifadələrlə bağlı məhkəmə-linqvistik ekspertizasının təyin edilməsinə zərurət olmadığından məhkəmə hazırkı iş üzrə ekspertiza keçirilməsini gərəksiz hesab etmişdir. Böhtanla bağlı məhkəmənin qiymətləndirməsi: Məhkəmə qeyd edir ki, təhqir cinayətinin bilavasitə obyekti şəxsiyyətin şərəf və ləyaqətidir. Obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmada ifadə olunur. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət başa düşülür. Şəxsin nüfuzu dedikdə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Digər tərəfdən məhkəmə qeyd edir ki, təhqiredici hərəkətin nalayiq olması qiymətləndirilən anlayışdır və onun məzmununun nalayiq olub-olmaması cəmiyyətdə qəbul edilmiş mənəvi-əxlaqi dəyərlərə, birgəyaşayış normalarına, ümumbəşəri prinsiplərə uyğun olaraq müəyyən edilir. Əgər şəxs yaydığı ləkələyici məlumatların həqiqətə uyğun olduğuna inanırsa, lakin əslində həmin məlumatlar yalandırsa, CM-nin 147-ci maddəsilə cinayət məsuliyyəti istisna olunur. Azərbaycan Respııblikası CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və byaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edib bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Həmçinin şərəf və ləyaqəti alçaldan hərəkətlər təhqir olunan şəxsin iştirakı olmadan da törədilə bilər və burada mühüm odur ki, şərəf və ləyaqət kütləvi çıxışda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində alçaldılmış olsun. Xüsusi ittiham qaydasında şikayətdə göstərilən xüsusatlarla bağlı məhkəmə hesab edir ki, vətəndaşın həqiqi və ya ehtimal olunan məlumatı dövlət orqan və təşkilatına verməsi hətda bu məlumatın təsdiqini tapmadığı halda onun təqib edilməsinə əsas ola bilməz. Belə ki, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Azərbaycan Respııblikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında 21 fevral 2014-cü il tarixli 3 saylı qərarının 5-ci bəndinə əsasən Xüsusi ittiham qaydasında verilmiş şikayətdə zərər çəkmiş şəxsin təhqir olunması iddiası irəli sürüldükdə yayılmış məlumatların təhqir xarakterli məlumatlar olmasını yoxlayarkən məhkəmələrə müvafıq lüğətlərdən, linqvistika sahəsində mütəxəssislərin fıkirlərindən istifadə etmələri, zərurət yarandıqda məhkəməlinqvistik ekspertizası keçirmələri tövsiyə edilir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xüsusi ittiham qaydasında şikayətdə xüsusi ittihamçının X4 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə ittiham irəli sürərək, onun həmin maddə ilə də təqsirli bilinərək cəzalanmasını xahiş etsə də, lakin tədqiq olunan sübutlardan da görünür ki, təqsirləndirilən şəxs tərəfindən xüsusi ittihamçının şikayəti ilə bağlı verilmiş ittiham üzrə təqsirləri sübuta yetirilmir. Məhkəmə istintaqı zamanı təqsirsizlik prezumpsiyasına əsasən araşdırılmış ittiham və müdafiə dəlillərinin məcmusu Azərbaycan Respublikasının CM-nin 42 və 43-cü maddələri ilə nəzərdə tutulmuş müvafiq olaraq cinayət təqibinə xitam verilməsi əsaslarının olmadığına dəlalət edir. CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinin tələbinə görə, ittihamı sübuta yetirmək, təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcələnin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələr digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-nin cinayət mühakimə icraatının vəzifələri və əsas prinsiplərini tənzimləyən 21.1-ci maddəsinin tələbinə görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə, təqsirsiz sayılır. Həmin Məcəllənin 21.2-ci maddəsinin tələbinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. CPM-nin müddəlarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. CPM-nin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. CPM-nin 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, təqsirləndirilən şəxs X4 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) iş saatına görə 220 (iki yüz iyirmi) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı (28 aprel 2025-ci il tarixli dəyişikliklə) ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 11 manat məbləğində müəyyən edilmişdir. İş üzrə maddi sübut, xüsusi müsadirə tətbiqi və mülki iddia yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 344-347,349, 350,356,358 və 385-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: X4 xüsusi ittihamçının şikayəti ilə bağlı verilmiş ittiham üzrə böhtan atılması faktı sübuta yetirilmədiyindən Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə bəraət verilsin. X2 məhkəmədə hüquqlarını müdafiə etmiş Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 20 (iyirmi) saat üçün nəzərdə tutulan 220 (iki yüz iyirmi) manat pul ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar