Məhkəmə qərarları › İş №1(011)-323/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-323/2025

05.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-323/2025 05.02.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əlizadə Orxan Arzuxan oğlunun sədrliyi, Qurbanova Nuranə Rauf qızının katibliyi, Dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1997-ci ildə Naxçıvan MR, Şərur rayonu, Vərməziyar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Naxçıvan MR, Şərur rayonu, Vərməziyar Ə/D, Vərməziyar kəndində qeydiyyatda olan, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, S.Cəfərov küçəsi ev 4, mənzil 13-də yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs 20 may 2025-ci il tarixdə saat 12 radələrində ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin yanında şəxsi münasibətlərin pozulması zəmnində aralarında yaranmış mübahisə zamanı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qəsdən yumruq zərbəsi ilə çənə nahiyəsindən vurmaqla döyərək, sonuncuya sol çənə nahiyyəsinin dərialtı hematoması, çeynəmə aktının pozulması ilə nəticələnən, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə baxışı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, 2025-ci ilin may ayının əvvəli Zərərçəkmiş şəxs idarə etdiyi BYD markalı **-LC-*** jövlət qeydiyyat nişanlı avtomobilinin radiatorun qarşısında olan barmaqlığı qırıq olduğu üçün Xətai rayonu, UPD qəsəbəsində avtomobil təmiri sexində ona müraciət etmişdir. Təmir üçün ona 100 manat pul vermiş və ehtiyat hissəni təmir etmişdir. Lakin, Gülbala avtomobilinin plastmas barmaqlığını keyfiyyətsiz təmir etməsini söyləmişdir. O isə normal təmir etdiyini, lakin, bundan artıq bacarmadığını söyləmişdir. Bundan sonra Gülbala mütəmadi olaraq mobil telefonuna zəng edərək məni bezara gətirərək verdiyi 100 manat təmir pulunu istəmişdir. O isə buna razı olmamışdır. Həm də pulum olmamışdır. Belə ki, növbəti dəfə bununla əlaqədar xx.xx.2025-ci il tarixdə Gülbala istifadə etdiyi mobil telefonuna dəfələrlə zəng edib ya təmir pulunu geri qaytarmasını ya da avtomobilini yenidən təmir etməsini bildirirmişdir. O isə Gülbalaya Xətai rayonu, UPD qəsəbəsində 3 qardaşlar marketin yanında görüş təyin etmişdir. Gülbala həmin günü saat 12:00 radələrində həmin ünvana gəlmiş, ikilikdə görüşmüşlər. Aralarında mübahisə yaranmış və həmin zaman əsəblərini cilovlaya bilməyib sağ əli ilə yumruqla Gülbalanın üz nahiyəsindən bir zərbə endirmiş və həmin zaman Gülbala üzünün sol tərəfindən xəsarət almış və yerə yıxılmışdır. Hazırda əməlindən səmimi peşmandır. Məhkəmə baxışı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təxminən 2025-ci ilin may ayının əvvəli özümə məxsus idarə etdiyi BYD markalı **-LC-*** dövlət qeydiyyat nişanlı avtomobilinin radiatorun qarşısında olan barmaqlığı qırıq olduğu üçün Xətai rayonu, UPD qəsəbəsində avtomobil təmiri sexində işləyən Nahid adlı ustaya müraciət etmişdir. Razılaşdıqları kimi təmir üçün Nahid ustaya 100 manat pul versə də sonuncu avtomobilin plastmas barmaqlığını keyfiyyətsiz təmir etmişdir. Bu barədə ona dəfələrlə desə də o, kobud cavab verərək bundan artıq bacarmadığını söyləmişdir. Belə ki, növbəti dəfə bununla əlaqədar xx.xx.2025-ci il tarixdə Nahidin istifadə etdiyi mobil telefona zəng edib iradını bildirib ya pulunu qaytarmasını, ya da avtomobilini yenidən təmir etməsini bildirmişdir. O, isə Xətai rayonu, UPD qəsəbəsində 3 qardaşlar marketin yanında görüş təyin etmişdir. O, həmin günü saat 12:00 radələrində tək həmin ünvana gəlib usta Nahid ilə görüşmüşdür. O, bununla əlaqədar bir daha usta Nahidə iradını bildirmişdir. Bu zaman ani şəkildə usta Nahid yumruğu ilə üz nahiyəsindən bir zərbə endirmiş və həmin zaman o, üzünün sol tərəfindən xəsarət alaraq yerə yıxılmışdır. Təqsirləndirilən şəxs bu hadisəni törədiyinə görə neçə vaxt işə gedə bilməmiş, uzun müddət davam edən məhkəmə iclaslarına gələrək vaxt sərf etmişdir. Təqsirləndirilən şəxslə barışmamışdır, ona qarşı şikayətçidir, qanuni şəkildə cəzalanmasını xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 X3 30 may 2025-ci il tarixli 485 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər- sol çənə nahiyəsinin dərialtı hematoması, çeynəmə aktının pozulması müəyyən edilmişdir. Xəsarət bərk-küt əşya (əşyalar) təsirindən törənmişlər,qərarda göstərilən şəraitdə və müddətdə, yəni, 20 may 2025-ci il tarixdə törənməsi mümkündür, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. (i.v. 19-20) “Baxış keçirilməsi haqqında” 26 may 2025-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, hadisə yeri Xətai rayonu, UPD qəsəbəsi “Üç qadaşlar” marketin yanında olan Araz Novruzov küçəsi 26 saylı ünvanda həyət evinin yan tərəfində dalandır. Yer asfalt örtüklü sağ sol divarla əhatə olunmuşdur. Həmin ərazidə ağac və yararsız su çəni də olmuşdur. Həmin ərazi ictimai yerdən uzaqda yerləşmişdir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, ona 20 may 2025-ci ildə saat 12 radələrində Təqsirləndirilən şəxs tərəfindən yumruqla xəsarət yetirilmişdir. Zərərçəkmiş şəxs hadisə yerini əyani olaraq göstərmişdir. (i.v. 16-17) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 23 may 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 53-54) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixatriya Xəstəxanası” X3 26 may 2025-ci il tarixli 3-28-29/2-5148/2025 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə müalicədə olmamışdır. (i.v. 50) İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən yazılıb məhkəməyə təqdim edilmiş xx.xx.2026-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə özünü tam təqsirli bilərək barəsində amnistiya aktının tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. AR CM-in 15.2-ci maddəsinə əsasən, həmin Məcəllənin 128-ci maddəsi böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Milli Məclisin “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verməklə və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarmaqla (bu Qərarın 6cı və 7-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) müvafiq olaraq amnistiya tətbiq edir. Qərarın 6-cı hissəsinə əsasən, “Amnistiya aktlarının tətbiqinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının 1994-cü il 24 fevral tarixli 793 nömrəli Qanununda nəzərdə tutulmuş şəxslər barəsində amnistiya tətbiq edilmir. Qərarın 7-ci hissəsinə əsasən, Qərarın 1-ci və 4-cü hissələri, 5.1-ci bəndi və 5.2.1-ci yarımbəndi aşağıdakı şəxslər barəsində tətbiq edilmir: 7.1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü və 15.5-ci maddələrində nəzərdə tutulan ağır və xüsusilə ağır cinayətlərə, həmçinin Cinayət Məcəlləsinin 101, 115.1, 122.2, 124, 125, 127.2, 133.2, 136.3, 137, 138.2–138.4, 139.2, 139-1, 140.2, 140.4, 141.4, 142.4, 142.5, 145.2, 146.2, 151, 152.1–152.3, 153.1–153.3, 159.4, 162.2, 162.3, 167-1.3– 167-1.5, 167-2.2, 167-3, 168, 168-1.2, 168-1.3, 169.2, 170.1, 170.2, 171.1, 171-1.1, 171-2, 172, 176-1, 176-2, 177.1, 177.2, 180.1, 180.2, 182.1, 183.1, 185.2, 186.2, 188.3, 189-1.4, 192.2, 192.3, 192-2.1, 192-2.2, 192-2.4, 192-2.5, 193.2, 193.3, 193-1.1, 194.2, 195-1.3, 195- 2.2, 199.2, 200.4, 200-1.3, 200-2.3, 200-3.1–200-3.4, 201.2, 204.1, 205, 205-1, 206.1– 206.2, 206-1, 207, 208, 209.3, 213.2, 213.3, 213-1.2, 214-2, 220.2, 221.2, 221.3, 222.3, 222-1.3, 222-2.2, 223.2, 224, 224-1, 224-2, 225.2, 226.3, 227.1, 227.2, 227-1, 228.1, 228.2, 229.1, 229.2, 232.1, 233, 233-1.1, 233-4.2, 233-4.3, 234.2, 234.3, 235.1, 235.2, 236.1, 238.1, 240.1–240.2, 243, 244, 244-1.2, 244-1.3, 245, 247, 248.2, 250.3, 251.3, 252.3, 253.2, 254.3, 255.2, 256.3, 258.3, 259.2–259.4, 260.2, 260.3, 262.2, 263.2, 263-1.1, 263-1.2, 264, 265.2, 265-1.2, 266.2, 267.3, 268.2, 270-1.3, 271.3, 272.3, 273.4, 281.1, 281-1.1, 283, 283- 1.4, 284.1, 284-1, 284-2.1, 285, 288.1–288.3, 289, 290, 291, 292.2, 292.2-1, 294.2, 294.3, 295.1, 296.2, 297.2, 299.3, 299.4, 301.2, 302.2, 302.3, 304.2, 306, 307.3, 308, 308-1, 308- 2.4, 309.1, 312.1, 312-1, 313, 314.2, 314.3, 314-1.1, 314-2.2, 314-3.2, 314-3.3, 314-4, 315, 316.2, 316-1.3, 317.1, 317.2, 317-1.2, 318, 318-1.2, 319.2, 320, 321.2, 323, 324, 328.2, 328.3, 329.1, 329.2, 330.1–330.3, 332.1-2, 332.2, 335.3, 336, 338.2, 339.2, 340.2, 341.2, 342.1-1, 342.2, 344.1, 346.1, 348.2, 349, 350.2, 351.2, 352.1 və 353.1-ci maddələrində, habelə “Korrupsiyaya qarşı mübarizə ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2006-cı il 7 aprel tarixli 92-İİİQD nömrəli Qanunu ilə sanksiyaları ağırlaşdırılanadək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.1-ci maddəsində, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 405-İVQD nömrəli Qanunu ilə sanksiyası ağırlaşdırılanadək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-ci maddəsində, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 610-İVQD nömrəli Qanunu ilə sanksiyası ağırlaşdırılanadək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144-2.2-ci maddəsində, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 6 mart tarixli 1231-İVQD nömrəli Qanunu ilə sanksiyası ağırlaşdırılanadək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 284.2-ci maddəsində, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 5 aprel tarixli 184-VQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 199-cu maddəsi yeni redaksiyada verilənədək həmin Məcəllənin 199.3-cü maddəsində, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 20 oktyabr tarixli 816-VQD nömrəli Qanunu ilə sanksiyası ağırlaşdırılanadək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.2-ci maddəsində, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 1 may tarixli 68-VİQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315ci maddəsi yeni redaksiyada verilənədək həmin Məcəllənin 315.1-ci və 315.2-ci maddələrində və həmin Qanunla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 335-ci maddəsi yeni redaksiyada verilənədək həmin Məcəllənin 335.2-ci maddəsində, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsində, “Uşaq hüquqları haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Təhsil haqqında”, “Sosial xidmət haqqında”, “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022ci il 22 dekabr tarixli 776-VİQD nömrəli Qanunu ilə sanksiyası ağırlaşdırılanadək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.1-ci maddəsində və “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2025-ci il 13 iyun tarixli 212-VİİQD nömrəli Qanunu ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142-ci maddəsi yeni redaksiyada verilənədək həmin Məcəllənin 142.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlərə görə təqsirləndirilən və ya məhkum olunmuş şəxslər; 7.2. 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7-1-ci maddəsində nəzərdə tutulmuş ağır cinayətlərə, habelə həmin Məcəllənin 69-cu maddəsinin ikinci hissəsində, 93-5-ci maddəsinin birinci hissəsində, 93-6-cı maddəsinin birinci hissəsində, 93-9-cu maddəsinin ikinci hissəsində, 100-cü maddəsinin birinci hissəsində, 113-cü maddəsinin ikinci hissəsində, 114-cü maddəsinin dördüncü hissəsində, 120-ci maddəsinin ikinci hissəsində, 126-cı maddəsində, 171-ci maddəsinin birinci hissəsində, 178-ci maddəsinin ikinci hissəsində, 185-ci maddəsində, 208-ci maddəsinin ikinci və üçüncü hissələrində, 220-ci maddəsinin birinci və üçüncü hissələrində, 229-cu maddəsinin birinci hissəsində, 241-ci maddəsinin “q” bəndində, 255-1-ci maddəsinin “v” və “q” bəndlərində nəzərdə tutulmuş cinayətlərə görə təqsirləndirilən və ya məhkum olunmuş şəxslər; 7.3. “Qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və digər məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 1998-ci il 7 aprel tarixli 463-İQD nömrəli Qanunu ilə 2000-ci il sentyabrın 1dək qüvvədə olmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsindən çıxarılmış 83-cü maddənin üçüncü və dördüncü hissələri, 88-ci və 88-1-ci maddələr, 91-ci maddənin ikinci və üçüncü hissələri, 143-cü maddənin üçüncü və dördüncü hissələri, 145-ci maddə, 147-ci maddənin üçüncü hissəsi ilə, həmçinin “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə bəzi dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 1996-cı il 29 may tarixli 90- İQD nömrəli Qanunu ilə 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsindən çıxarılmış 60-cı, 65-ci və 191-1-ci maddələrlə məhkum olunmuş şəxslər; 7.4. bu Qərar tətbiq olunanadək maddi ziyanı tam ödəməmiş şəxslər; 7.5. təhlükəli və ya xüsusilə təhlükəli residiv yaradan cinayətlərə görə məhkum edilmiş və ya 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən xüsusi təhlükəli residivist hesab olunmuş şəxslər; 7.6. 1991-ci il oktyabrın 18-dən sonra amnistiya və ya əfvetmə aktları ilə qəsdən törədilmiş cinayətlərə görə cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə cəzasını çəkməkdən azad olunmuş və yenidən qəsdən ağır və ya xüsusilə ağır cinayət törətmiş şəxslər; 7.7. cəzaçəkmə müəssisələrində və ya intizam xarakterli hərbi hissədə cəza çəkərkən, habelə həbs yerlərində saxlanılarkən qəsdən cinayət törətmiş şəxslər. Göründüyü kimi, hazırki iş üzrə Azərbaycan Respublikası Milli Məclisin “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlərin mövcud deyildir. Həmin qərarının 29-cu bəndinə əsasən Məhkəmələr tərəfindən amnistiyanın tətbiqi məsələlərinə baxılarkən məhkəmə iclasında müvafiq prokurorun və müdafiə tərəfinin iştirakı ilə bağlı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara riayət edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin, bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə həmin Məcəllənin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş halda təqsirləndirilən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinin tələbinə görə amnistiya aktına əsasən, şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə cinayət işi üzrə yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik normalarını əsas götürərək hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi əməl “böyük ictimai təhlükə törətməyən cinayətlər” kateqoriyasına aid olduğundan və müdafiə tərəfinin cinayət təqibinə xitam verilməsi ilə bağlı razılığı olduğundan, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində “Konstitusiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilməklə, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində cinayət təqibinə xitam verilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 330 (üç yüz otuz) manat vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirəyə məruz qalmalı əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 321.2.1, 344-347, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: “Konstitusiya və Suverenlik ili münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs göstərilmiş 30 (otuz) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 330 (üç yüz otuz) manat vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində işə baxan Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Orxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar