Məhkəmə qərarları › İş №1(011)-324/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-324/2021

29.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-324/2021 29.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1983-cü ildə Gürcüstan Respublikası, Marneuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, özgənin əmlakını ələ keçirmək məqsədi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında X7 Dövlət Qeydiyyatı İdarəsi tərəfindən qeydiyyata alınmış, təsisçisi olduğu "xxxx" MMC-nin direktoru işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə etməklə, vətəndaşların sosial rifahını yüksəltmək üçün ayrı-ayrı sahələr üzrə ixtisaslı kadrların hazırlaması və müxtəlif şirkətlərə işə düzəltməsi ilə məşğul olması barədə sosial şəbəkələrə elan yerləşdirdikdən sonra, şirkətə ayrı-ayrı vəzifələr üzrə işə düzəlməklə bağlı müraciət etmiş şəxsləri müxtəlif peşələr üzrə kurs və təlimlərə cəlb edib, onları rəhbəri olduğu şirkətə, habelə “SOCAR”, “BP”, “Bos Şelf”, “Azfen”, “Pasha Construction”, “Tekfen”, “North-West”, “Lider-Monolit”, “Synergy Group”, “Azərbaycan X11” QSC və s. bu kimi şirkətlərə işə qəbul etdirəcəyini bildirərək, dələduzluq niyyətini həyata keçirmə məqsədi ilə şirkətə müraciət etmiş Zərərçəkmiş şəxs15 rəhbəri olduğu şirkətə menecer vəzifəsinə işə qəbul edib, yüksək əmək haqqı ilə təmin edəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 2019-cu ilin iyun ayının ortalarından 2019-cu ilin sentyabr ayının əvvəlinədək olan müddət ərzində həmin şirkətin ünvan 2 ünvanda yerləşən ofisində Şahid1 vasitəçiliyi ilə ondan hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə, ümumilikdə 2800 manat pul alıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək, Zərərçəkmiş şəxs15 ümumilikdə 2800 (iki min səkkiz yüz) manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən "xxxx" MMC-nin direktoru işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirmə məqsədi ilə, Zərərçəkmiş şəxs19 700 manat pul müqabilində bacısı oğlu X4 “Boş Shelf” şirkətinə qaynaqçı işinə düzəldəcəyi barədə yalan vəd verib aldadaraq, bu adla 2019-cu ilin sentyabr ayının əvvəlində həmin şirkətin ünvan 2 ünvanda yerləşən ofisində ondan 700 manat pul alıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək, Zərərçəkmiş şəxs19 ümumilikdə 700 (yeddi yüz) manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən "xxxx" MMC-nin direktoru işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə etməklə, özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs3 rəhbəri olduğu şirkətə menecer vəzifəsinə işə qəbul edib, yüksək əmək haqqı ilə təmin edəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 07 sentyabr 2019-cu il tarixdə həmin şirkətin ünvan 2 ünvanda yerləşən ofisində ondan 4000 manat pul alıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək, Zərərçəkmiş şəxs3 ümumilikdə 4000 (dörd min) manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən "xxxx" MMC-nin direktoru işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs1 rəhbəri olduğu şirkətə menecer vəzifəsinə işə qəbul edib, yüksək əmək haqqı ilə təmin edəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 18 sentyabr 2019-cu il tarixdə günorta saatlarında həmin şirkətin ünvan 2 ünvanda yerləşən ofisində ondan 3000 manat pul alıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək, həmin şəxsə ümumilikdə 3000 (üç min) manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən "xxxx" MMC-nin direktoru işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs4 rəhbəri olduğu şirkətə menecer vəzifəsinə işə qəbul edib, yüksək əmək haqqı ilə təmin edəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 18 sentyabr 2019-cu il tarixdə günorta saatlarında həmin şirkətin ünvan 2 ünvanda yerləşən ofisində ondan 3000 manat pul alıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək, həmin şəxsə ümumilikdə 3000 (üç min) manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən "xxxx" MMC-nin direktoru işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs2 rəhbəri olduğu şirkətə menecer vəzifəsinə işə qəbul edib, yüksək əmək haqqı ilə təmin edəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 18 sentyabr 2019-cu il tarixdə axşam saatlarında həmin şirkətin ünvan 2 ünvanda yerləşən ofisində ondan 3000 manat pul alıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək, həmin şəxsə ümumilikdə 3000 (üç min) manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o təkrarən, "xxxx" MMC-nin direktoru işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs16 rəhbəri olduğu şirkətə menecer vəzifəsinə işə qəbul edib, yüksək əmək haqqı ilə təmin edəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 2019-cu ilin sentyabr ayının ortalarında həmin şirkətin Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanda yerləşən “Babək Plaza” biznes mərkəzinin 8-ci mərtəbəsində fəaliyyət göstərən ofisində X8 vasitəçiliyi ilə ondan 3000 manat pul alıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək, həmin şəxsə ümumilikdə 3000 (üç min) manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən "xxxx" MMC-nin direktoru işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs17 rəhbəri olduğu şirkətə formen işinə qəbul edəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 25 sentyabr 2019-cu il tarixdə həmin şirkətin Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanda yerləşən “Babək Plaza” biznes mərkəzinin 8-ci mərtəbəsində fəaliyyət göstərən ofisində Şahid2 vasitəçiliyi ilə ondan 1000 manat pul alıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək, həmin şəxsə ümumilikdə 1000 (bir min) manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən "xxxx" MMC-nin direktoru işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə etməklə, özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs14 “Azfen” və ya “Boş Shelf” şirkətlərindən hər hansı birinə formen işinə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 11 oktyabr 2019cu il tarixdə həmin şirkətin Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanda yerləşən “Babək Plaza” biznes mərkəzinin 8-ci mərtəbəsində fəaliyyət göstərən ofisində ondan 1000 manat pul alıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək, həmin şəxsə ümumilikdə 1000 (bir min) manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən "xxxx" MMC-nin direktoru işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs12 “Azfen” və “Boş Shelf” şirkətlərindən hər hansı birinə formen işinə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 16 oktyabr 2019-cu il tarixdə həmin şirkətin Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanda yerləşən “Babək Plaza” biznes mərkəzinin 8-ci mərtəbəsində fəaliyyət göstərən ofisində ondan 1000 manat pul alıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək, həmin şəxsə ümumilikdə 1000 (bir min) manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən "xxxx" MMC-nin direktoru işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə etməklə, özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs5 rəhbəri olduğu şirkətə menecer vəzifəsinə işə qəbul edib, yüksək əmək haqqı ilə təmin edəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 17 oktyabr 2019-cu il tarixdə həmin şirkətin Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanda yerləşən “Babək Plaza” biznes mərkəzinin 8-ci mərtəbəsində fəaliyyət göstərən ofisində ondan 3000 manat pul alıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək, həmin şəxsə ümumilikdə 3000 (üç min) manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən "xxxx" MMC-nin direktoru işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs20 3000 manat pul müqabilində qardaşı Şahid3 “Azfen” şirkətinə yüksək əmək haqqı ilə təmin ediləcək menecer vəzifəsinə işə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 24 oktyabr 2019-cu il tarixdə həmin şirkətin Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanda yerləşən “Babək Plaza” biznes mərkəzinin 8-ci mərtəbəsində fəaliyyət göstərən ofisində ondan 3000 manat pul alıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək, Zərərçəkmiş şəxs20 ümumilikdə 3000 (üç min) manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o təkrarən, "xxxx" MMC-nin direktoru işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs6 rəhbəri olduğu şirkətə mühafizəçi işinə qəbul edəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 25 oktyabr 2019cu il tarixdə həmin şirkətin Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanda yerləşən “Babək Plaza” biznes mərkəzinin 8-ci mərtəbəsində fəaliyyət göstərən ofisində ondan 700 manat pul alıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək, həmin şəxsə ümumilikdə 700 (yeddi yüz) manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən "xxxx" MMC-nin direktoru işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs18 “Azfen” şirkətinə formen işinə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 07 noyabr 2019-cu il tarixdə səhər saatlarında həmin şirkətin Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanda yerləşən “Babək Plaza” biznes mərkəzinin 8-ci mərtəbəsində fəaliyyət göstərən ofisində ondan 1000 manat pul alıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək, həmin şəxsə ümumilikdə 1000 (bir min) manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən "xxxx" MMC-nin direktoru işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs7 “Azfen” şirkətinə formen işinə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 07 noyabr 2019-cu il tarixdə günorta saatlarında həmin şirkətin Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanda yerləşən “Babək Plaza” biznes mərkəzinin 8-ci mərtəbəsində fəaliyyət göstərən ofisində ondan 1500 manat pul alıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək, həmin şəxsə ümumilikdə 1500 (bir min beş yüz) manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən "xxxx" MMC-nin direktoru işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirmə məqsədi ilə, Zərərçəkmiş şəxs8 rəhbəri olduğu şirkətə menecer vəzifəsinə işə qəbul edib, yüksək əmək haqqı ilə təmin edəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 08 noyabr 2019-cu il tarixdə həmin şirkətin Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanda yerləşən “Babək Plaza” biznes mərkəzinin 8-ci mərtəbəsində fəaliyyət göstərən ofisində ondan 3000 manat pul alıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək, həmin şəxsə ümumilikdə 3000 (üç min) manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən "xxxx" MMC-nin direktoru işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirmə məqsədi ilə, Səfərov X13 “BP” şirkətinə sürücü kimi işə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 2019-cu ilin noyabr ayının ortalarında həmin şirkətin Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanda yerləşən “Babək Plaza” biznes mərkəzinin 8-ci mərtəbəsində fəaliyyət göstərən ofisində ondan 2000 manat pul alıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək, həmin şəxsə ümumilikdə 2000 (iki min) manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən "xxxx" MMC-nin direktoru işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, Zərərçəkmiş şəxs9 rəhbəri olduğu şirkətə formen işinə qəbul edəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 10 dekabr 2019-cu il tarixdə həmin şirkətin Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanda yerləşən “Babək Plaza” biznes mərkəzinin 8-ci mərtəbəsində fəaliyyət göstərən ofisində ondan 850 manat pul alıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək, həmin şəxsə ümumilikdə 850 (səkkiz yüz əlli) manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən "xxxx" MMC-nin direktoru işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirmə məqsədi ilə, Zərərçəkmiş şəxs21 ilk əvvəl “Boş Shelf” şirkətinə mühafizəçi işinə, daha sonra isə “Azərbaycan X11” QSC-nə gəmiçi köməkçisi işinə qəbul etdirəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 10 oktyabr 2020-ci il tarixdə həmin şirkətin Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanda yerləşən “Babək Plaza” biznes mərkəzinin 8-ci mərtəbəsində fəaliyyət göstərən ofisində 500 manat, 2019-cu ilin dekabr ayının ortalarında isə 1000 manat olmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə ondan ümumilikdə 1500 manat pul alıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək, həmin şəxsə ümumilikdə 1500 (bir min beş yüz) manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən "xxxx" MMC-nin direktoru işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs10 rəhbəri olduğu şirkətə mühafizə rəisi vəzifəsinə vəzifəsinə işə qəbul edib, yüksək əmək haqqı ilə təmin edəcəyinə dair yalan vəd verib aldadaraq, bu adla 2019-cu ilin dekabr ayının ortalarında həmin şirkətin Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanda yerləşən “Babək Plaza” biznes mərkəzinin 8-ci mərtəbəsində fəaliyyət göstərən ofisində ondan 2500 manat pul alıb, etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək, həmin şəxsə ümumilikdə 2500 (iki min beş yüz) manat ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən "xxxx" MMC-nin direktoru işlədiyi dövrdə öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını ələ keçirmə məqsədi ilə, Zərərçəkmiş şəxs11 3000 manat pul müqabilində dayısı nəvələri X10 və X6 “Azərbaycan X11” QSC-nə yüksək əmək haqqısı olan matrosçu işinə düzəldəcəyi barədə yalan vəd verib aldadaraq, bu adla 2019-cu ilin dekabr ayının ortalarında həmin şirkətin Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanda yerləşən “Babək Plaza” biznes mərkəzinin 8ci mərtəbəsində fəaliyyət göstərən ofisində ondan 3000 manat pul alıb, etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirərək, həmin şəxsə ümumilikdə 3000 (üç min) manat ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq qərarına gəlib, 2019-cu ilin mart ayında "xxxx" MMC-ni, daha sonra 2019-cu ilin may ayında isə "xxxx" MMC-ni təsis edərək, həmin şirkətlərin direktoru kimi fəaliyyətə başlamışdır. Həmin cəmiyyətləri yaratmaqda məqsədi müxtəlif sahələr üzrə ixtisaslı kadrların seçilməsi, hazırlanması və “SOCAR”, “BP”, “Bosh Shelf”, “Azfen”, “Pasha Construction”, “Tekfen”, “North-West”, “Lider-Monolit”, “Synergy group”, “Azərbaycan X11” QSC və s. bu kimi şirkətlərə yönəldirilməsi olmuşdur. Bu minvalla Nərimanov rayonu, Ə.Əliyev küçəsi 69 saylı ünvanda ofis icarəyə götürməklə, ilk əvvəl "xxxx" MMC altında həmin ünvanda fəaliyyətə başlamışdır. O, şirkət haqqında məlumatları müxtəlif sosial şəbəkələrdə paylaşaraq, şirkətə əməkdaşlar cəlb etməyə başlamışdır. 2019-cu ilin may ayından şirkətə işə düzəlmək məqsədi ilə ayrı-ayrı vətəndaşlar müraciət etməyə başlamışdır. Şirkətə müraciət etmiş hər bir vətəndaşdan ixtisasından və vəzifəsindən asılı olaraq müəyyən məbləğdə pul alınmışdır. Belə ki, şirkətdə fəhlə işindən başlayaraq, qaynaqçı, elektrik, sürücü, dənizçi, formen, qrup rəhbəri, menecer, departament rəisi və.s bu kimi vəzifələr üzrə vakansiyalar olduğu üçün, aylıq əmək haqqı 400-700 manat təşkil edəcək fəhlə, sürücü, qaynaqçı, elektrik, montajçı, mühafizəçi işinə düzəlmək üçün ***-**** manat, aylıq əmək haqqı 1200 manat təşkil edəcək formen (iş icraçısı) işinə düzəlmək üçün 1000 manat, aylıq əmək haqqı 1500 manat təşkil edəcək dənizçi, matros, gəmiçi köməkçisi, mütəxəssis işinə düzəlmək üçün 2000 manat, aylıq əmək haqqı 1200-1500 manat təşkil edəcək menecer vəzifəsinə işə düzəlmək üçün 3000 manat pul istənilimişdir. Vətəndaşlar tərəfindən ödənilən pullar müqabilində onlara müvafiq qəbzlər təqdim edilmişdir. Rəhbəri olduğu şirkətdə qeyd olunan iş və vəzifələr üzrə kifayət edəcək vakant yerlər olmasa da, iş fəaliyyətini genişləndirdiyi halda, “SOCAR”, “BP”, “Bosh Shelf”, “Azfen”, “Pasha Construction”, “Tekfen”, “North-West”, “Lider-Monolit”, “Synergy group”, “Azərbaycan X11” QSC və s. bu kimi şirkətlərə müqavilə bağlayacağını düşünmüş, işə götürdüyü şəxsləri həmin şirkətlərdən hər hansı birinə işə yönəldəcəyinə güman etmiş, bu səbəbdən də, işə qəbul edilmiş şəxslərin ödədikləri pul vəsaiti hesabına onlar geyimlə təhciz etmiş, onlara yemək vermiş və nəqliyyat xərcləri ödənilmişdir. Bununla bağlı "xxxx" MMC-yə müxtəlif vəzifələr üzrə təxminən 50 nəfərə yaxın şəxsi işə qəbul edib, onlarla təlimlər keçirilmiş, onlara Zabrat qəsəbəsində yerləşən maşınqayırma zavoduna praktiki təcrübə keçirilməsi təşkil edilmiş, təlim və təcrübə zamanı şirkətə fəhlə (sürücü, qaynaqçı, elektrik, montajçı daxil olmaqla) kimi qəbul edilmiş şəxslər nəqliyat vasitəsi, yemək və geyim formaları ilə təhciz edilmişdir. Həmin müddət ərzində o, sadaladığı hər hansı şirkətlə müqavilə bağlaya bilmədiyi üçün, məcbur olub işə qəbul üçün vətəndaşlardan aldığı puldan şirkətin yalnız fəhlələrinə (sürücü, qaynaqçı, elektrik, montajçı daxil olmaqla) aylıq 300 manat olmaqla, əmək haqqı verməyə başlamışdır. Həmçinin, şirkətin büdcəsi kifayət etmədiyindən, digər vəzifələrə işə qəbul etdiyi şəxslərə hər hansı məbləğdə maaş verə bilməmiş, onları vəd verdiyi vəzifələrə də, yönəldə bilməmiş, bu kimi səbəblərə görə vergi orqanlarına da, müvafiq vergi və rüsumları da, ödəyə bilməmişdir. Artıq vergi orqanlarında borcunun çoxaldığını gördükdə, o, "xxxx" MMC adı altında fəaliyyətini dayandıraraq, təsis etdiyi "xxxx" MMC adı altında faəliyyətini davam etdirmişdir. Bununla bağlı ilk olaraq müxtəlif televiziya kanallarına müsahibələr vermiş, sosial şəbəkələrdə işə qəbulla bağlı elanlar yerləşdirmiş, kütləvi tədbirlərdə iştirak etmiş, yığıncaqlar təşkil etmişdir. Bunun nəticəsi olaraq şirkətə işə qəbulla bağlı çoxsaylı vətəndaşlar müraciət etmişdir. Onlardan "xxxx" MMC şirkətində olduğu kimi, yəni aylıq əmək haqqısı 400-700 manat təşkil edəcək fəhlə (sürücü, qaynaqçı, elektrik, montajçı daxil olmaqla) işə düzəlmək üçün ***-**** manat, aylıq əmək haqqısı 1200 manat təşkil edəcək formen işinə düzəlmək üçün 1000 manat, aylıq əmək haqqısı 1500 manat təşkil edəcək dənizçi, matros, gəmiçi köməkçisi işinə düzəlmək üçün 2000 manat, aylıq əmək haqqısı 1200-1500 manat təşkil edəcək menecer vəzifəsinə işə düzəlmək üçün 3000 manat pul alaraq, işə qəbul etmişdir. Habelə şirkətə yalnız menecer vəzifəsinə işə qəbul edilmiş şəxsləri isə müvafiq kurs keçərək sertifikat almaları məqsədi ilə, Türkiyə Respublikasına göndərilmələrini, onların oteldə yerləşdirilməklə kurs keçmələrini təmin etmişdir. Daha sonra, Xətai rayonu, ünvan 3 ünvanda yerləşən “Babək Plaza”nın 8-ci mərtəbəsində ofis kirayələyərək, şirkətin ofisini həmin ünvana köçürmüşdür. Lakin, sonradan müəyyən problemlərlə qarşılaşmağa başlamış və işə götürdüyü şəxsləri vəd verdiyi işlə təmin edə bilməmiş, habelə onlardan işə qəbulla bağlı aldığı pul vəsaitini şirkətinin ofisinin, bir neçə nəqliyyat vasitələrinin kirayə haqlarına, işçilərlə təşkil edilmiş konfras və yığıncaqlara, onların yemək və geyim formalarına xərclədiyi üçün, onlara maaş verə bilməmişdir. Bununla belə ona qarşı irəli sürülmüş ittihamı qəbul etmir. Belə ki, o, ittiham aktında adları qeyd olunan şəxslərin etibarından sui-istifadə etməmiş və aldatma yolu ilə pullarını ələ keçirməmişdir. Göstərilənləri nəzərə alaraq, barəsində bəraət hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs1 göstərmişdir ki, 2019-cu ilin sentyabr ayında tanışından "xxxx" şirkətinin işə qəbulla bağlı köməklik etməsi barədə məlumat almışdır. O, uzun müddət işsiz olduğu üçün, şirkət tərəfindən işə düzəldiləcəyinə güman edib, bu məqsədlə 18 sentyabr 2019-cu il tarixdə dostu Zərərçəkmiş şəxs4 ilə birgə şirkətin ünvan 6 ünvanında yerləşən ofisinə getmişdir. Şirkətə gəldikləri zaman, onları şirkətin təsisçisi və direktoru olan Təqsirləndirilən şəxs qəbul etmişdir. Söhbət zamanı işsizliyi səbəbindən maddi çətinlik çəkdiyini və işə düzəlməsində köməklik göstərilməsini xahiş etmişdir. Həmin zaman Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsini, habelə onun diplomuna nəzər yetirdikdən sonra, rəhbəri olduğu şirkətdə menecer vəzifəsinə vakansiya olduğunu bildirib, 3000 manat müqabilində onu həmin vəzifəyə işə götürə biləcəyini, aylıq məvacibinin isə 1500 manat təşkil edəcəyini demişdir. Təqsirləndirilən şəxs həmin pulun bir növ rüsum şəklində alındığını bildirərək, həmin rüsum hesabına aylıq məvacibinin, habelə şirkətin digər xərclərinin ödəniləcəyini demişdir. Həmin ixtisasa yiyələnməsindən ötrü Türkiyənin İstanbul şəhərində kurs keçərək, sertifikat almalı olduqlarını və bundan sonra, şirkətdə işə başlaya biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs danışıq və davranışı onu inandırdığından, onunla razılaşmışdır. Təqsirləndirilən şəxs pulu onlara təcili çatdırmalı olduğunu bildirmişdir. Belə ki, səhərisi gün onları Türkiyə Respublikasına göndərməli olduğunu demiş və belə olan halda, o, şirkətdən çıxıb 3000 manat pulu götürməklə, həmin gün günorta saatlarında təkrarən şirkətə qayıtmışdır. Şirkətə gəldikdə, ofis meneceri vəzifəsinə işə düzəlməkdən ötrü 3000 manat pulu əlbə-əl Təqsirləndirilən şəxs vermiş və sonuncu pulu ondan qəbul etdikdən sonra, axşam saatlarında Türkiyə Respublikasına uçuş biletləri və orada qalacaqları yer barədə ona məlumat veriləcəyini demişdir. O, Mətanətin dediklərinə inanıb şirkəti tərk etmiş və həmin gün axşam saatlarına Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefondan onun mobil telefonuna zəng edib, Türkiyənin İstanbul şəhərinə uçuş biletləri barədə onlayn qeydiyyat vərəqəsini göndərib, çatdıqda İstanbul şəhərində yerləşən oteldə yerləşəcəkləri barədə məlumatlandırmışdır. Səhəri gün, yəni 19 sentyabr 2020-ci il tarixdə Türkiyənin İstanbul şəhərinə yola düşmüşdür. İstanbul şəhərinə çatdıqda, müəyyən olunmuş oteldə yerləşmişdir. Bir neçə gün oteldə gecələdikdən sonra, onlarla heç kimin maraqlanmamış və ya hər hansı kurs təşkil edilməmişdir. Belə olan halda, onlar Mətanətlə əlaqə saxlamış, danışıqları zamanı mövcud vəziyyəti izah etdikdə, Mətanət onların işlə təmin olunmaları üçün sertifikatın lazımsız olduğunu, Türkiyəyə getmələrinin formal bir xarakter daşıdığını deyib, Bakı şəhərinə qayıtdıqdan sonra hər birinin işlə təmin olunacağına dair vəd vermişir. Belə olan halda, onlar öz şəxsi vəsaitləri hesabına şəraitsiz oteldə bir həftə qaldıqdan sonra, Mətanətin göndərdiyi biletlər əsasında təkrarən Bakı şəhərinə qayıtmışdırlar. Bakı şəhərinə qayıtdıqdan sonra, şirkətin ünvanının “Babək Plaza”ya dəyişdirildiyi məlum olmuşdur. Bir neçə gün sonra həmin ofisə getdikdə, Mətanət onu şirkətdə menecer vəzifəsinə təyin etdiyini bildirmişdir. Bundan sonrakı günlərdə o, hər gün saat 09 radələrində işə gəlib, saat 18 radələrində isə iş yerini tərk etmiş, şirkətdə isə konkret hər hansı işlə məşğul olmamış, sadəcə Mətanət yaxınlarda “SOCAR”, “BP”, “Bos Shelf”, “Pasha Construction”, “Tekfen”, “North-West”, “Lider-Monolit”, “Synergy group” və.s digər şirkətlərə müqavilə bağlayacağını, bundan sonra isə onların həmin şirkətlərdən hər hansı birində menecer vəzifəsində iş fəaliyyətlərini davam etdirəcəklərini demişdir. Təxminən bir neçə ay ərzində şirkətdə işlədikdən sonra, onlara əmək haqqı verilməmişdir. Daha sonra şirkət bağlanmış və onlar Təqsirləndirilən şəxs tərəfindən aldadıldıqlarını yəqin edib, ona verdikləri pulu geri tələb etməyə başlamış, sonuncu isə pulu qısa zamanda qaytaracağına dair vəd versə də, sonda buna əməl etməmişdir. Göstərilənlərə əsasən, iş üzrə Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, 2019-cu ilin sentyabr ayında tanışlarından "xxxx" şirkətinin vətəndaşların işə düzəlməsinə yardımçılıq etməsi barədə məlumat almışdır. Uzun müddət işsiz olduğu üçün, şirkət tərəfindən işə düzəldiləcəyinə güman edib, bu məqsədlə 18 sentyabr 2019-cu il tarixdə şirkətin Keşlə bazarı yaxılığında yerləşən ofisinə getmişdir. Şirkətə getdiyi zaman, onu şirkətin təsisçisi və direktoru olan Təqsirləndirilən şəxs adlı şəxs qəbul etmişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs işsizliyi səbəbindən maddi çətinlik çəkdiyini və işə düzəlməsində köməklik göstərməsini xahiş etmişdir. Həmin zaman o, özü ilə gətirdiyi sənədlərə, yəni şəxsiyyət vəsiqəsi və Azərbaycan Dövlət Neft Akademiyasının Geologiya mühəndisliyi ixtisası üzrə bitirməsi barədə diploma nəzər yetirdikdən sonra, rəhbəri olduğu şirkətdə ofis meneceri işinə vakansiya olduğunu bildirib, 3000 manat müqabilində onu həmin işə götürəcəyini, aylıq məvacibin isə 1500 manat təşkil edəcəyini demişdir. Ödəyəcəyi 3000 manatın şirkətin büdcəsinə yönəldiləcəyini, həmin pulun bir növ rüsum şəklində alındığını bildirməklə, pulun aylıq məvaciblərinə, habelə gələcək işçilərin sertifikatlaşdırma işinə və şirkətin digər xərclərinin ödəniləcəyini demişdir. Eyni zamanda, onun bu ixtisasa yiyələnməsindən ötrü Türkiyə Respublikasının İstanbul şəhərində kurs keçərək sertifikat almalı olduğunu və bundan sonra şirkətdə işə başlaya biləcəyini demiş, Təqsirləndirilən şəxs danışığı onda inam yaratdığından, razılaşmış, belə olan halda Mətanət pulu ona təcili çatdırmalı olduğunu, belə ki, səhərisi gün eyni ixtissas üzrə şirkətə müraciət etmiş digər şəxslərlə birgə Türkiyyə Respublikasına getməli olduğunu demişdir. Belə olan halda, o şirkətdən çıxıb yaşadığı evə gedərək, 3000 manat pul götürməklə, elə həmin gün axşam saatlarında təkrarən şirkətə qayıdıb, ofis meneceri vəzifəsinə işə düzəlməkdən ötrü, özü ilə götürdüyü 3000 manat pulu Təqsirləndirilən şəxs vermiş, Təqsirləndirilən şəxs pulu qəbul etdikdən sonra, Türkiyə Republikasına uçuş bileti və orada qalacağı yer barədə məlumat verəcəyini deyib, eyni zamanda, onunla birgə Türkiyə Respublikasına gedəcək Elşən və Ruslan adlı şəxslərin mobil telefon əlaqələrini vermişdir. O, Mətanətin dediklərinə inanıb şirkəti tərk etmişdir. Həmin gün axşam saatlarında Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefondan onun mobil telefonuna zəng edərək, Türkiyəyə uçuş biletləri barədə onlayn qeydiyyat vərəqəsini göndərib, İstanbul şəhərinə çatdıqda “Maral” adlı oteldə yerləşəcəyi barədə məlumatlandırmışdır. Həmin gün axşam saatlarında o, Ruslan və Elşən adlı şəxslərlə əlaqə saxlayıb, birlikdə İstanbul şəhərinə getməkdən ötrü görüş yeri təyin etmişər. Səhəri gün, yəni 19 sentyabr 2019-cu il tarixdə, günorta saatlarında Ruslan və Elşənlə görüşüb, birlikdə hava limanından Türkiyənin İstanbul şəhərinə yola düşmüşdürlər. İstanbul şəhərinə çatdıqda, deyilən oteldə yerləşmişdir. Bir neçə gün oteldə gecələdikdən sonra, onlarla heç kimin maraqlanmadığını, hər hansı kursun təşkil edilmədiyini görüb, Mətanətlə əlaqə saxlamış və danışıqları zaman Mətanət onların işlə təmin olunmaları üçün sertifikatın lazımsız olduğunu, Türkiyə Respublikasına getmələrinin formal bir xarakter daşıdığını deyib, Bakı şəhərinə qayıtdıqdan sonra, hər birinin işlə təmin olunacağına dair vəd vermişdir. Onlar öz şəxsi vəsaitləri hesabına hər hansı bir şəraiti olmayan oteldə bir həftə qaldıqdan sonra, Mətanətin onlara göndərdiyi biletlər əsasında, təkrarən Bakı şəhərinə qayıtmışdırlar. Bakı şəhərinə qayıtdıqdan sonra, şirkətin ünvanının “Babək Plaza”ya dəyişməsi barədə məlumat əldə etmişdir. O, şirkətin həmin ofisinə gətmiş, Mətanət onu qəbul edərək şirkətdə ilk əvvəl ofis meneceri vəzifəsinə təyin etmişdir. Sonrakı günlərdə o, hər gün saat 09 radələrində işə gəlmiş, saat 18 radələrində isə həmin yeri tərk edirmiş. Vəzifəsi şirkətə qaynaqçı, elektrik, sürücü, fəhlə və digər peşə ilə müraciət etmiş şəxsləri qeydiyyata almaq və onlara gündəlik “Sağlamlıq və Əməyin Təhlükəsizliyi qaydaları” ilə bağlı təlimat keçməkdən ibarət olmuşdur. Təxminən 10 gün müddət ərzində həmin vəzifədə işlədikdən sonra, Mətanət onun əməyə olan münasibətini görüb, yanına dəvət etməklə, vəzifəsini yüksəldərək, onu şirkətdə aylıq məvacibi 2000 manat təşkil edəcək “Təlim Tədris rəhbəri” vəzifəsinə təyin etmişdir. Təxminən 5 ay müddət ərzində şirkətdə işlədikdən sonra, ona əmək haqqı verilməmiş, daha sonda işə şirkət bağlanmışdır. Şirkət bağlandıqdan sonra, o, Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını başa düşüb, ona verdiyi pulu geri tələb etməyə başlamış, sonuncu isə verdiyi pulu qısa zamanda qaytaracağına dair vəd versə də, buna əməl etməmişdir. Göstərilənlərə əsasən, iş üzrə Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs14 göstərmişdir ki, 2019-cu ilin oktyabr ayının əvvəllərində tanışlarından "xxxx" şirkətinin vətəndaşların yüksək əmək haqqısı olan işə düzəlməsinə köməklik etməsi barədə məlumat almış və şirkət tərəfindən yaxşı işə düzəldiləcəyinə güman edib, bu məqsədlə şirkətin “Babək Plaza”da yerləşən ofisinə getmişdir. Şirkətə getdiyi zaman, onu şirkətin təsisçisi və direktoru olan Təqsirləndirilən şəxs adlı şəxs qəbul etmişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs özü haqqında məlumat verib, 1992-ci ildən etibarən mexanik ixtisası üzrə təcrübəyə malik olduğunu bildirməklə, həmin sahə üzrə işə düzəlməsində köməklik göstərməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs özü ilə gətirdiyi əmək kitabçasına nəzər yetirdikdən sonra, kifayət qədər iş təcrübəsinin olduğunu bildirib, onu “Azfen” və ya “Bos Shelf” şirkətlərinin birinə formen işinə düzəldə biləcəyini demişdir. Eyni zamanda, formen kimi işə düzələcəyi tədqirdə aylıq məvacibin 1000 manat təşkil edəcəyini deyib, işə düzəlməsi müqabilində ondan 1000 manat pul istəmiş, o isə, etiraz etməyib, pulu düzəltdikdən sonra ona məlumat verəcəyini demişdir. 11 oktyabr 2019-cu il tarixdə tələb olunan pulu düzəltdiyi üçün təkrarən şirkətin ofisinə getmişdir. Ofisə getdikdə, Təqsirləndirilən şəxs ilə görüşüb, “Azfen” və ya “Bos Shelf” şirkətlərinin hər hansı birinə formen işinə düzəlməkdən ötrü tələb olunan 1000 manat pulu əlbə-əl Təqsirləndirilən şəxs vermiş, sonuncu isə pulu götürdükdən sonra, təxminən 2 ay ərzində şirkət tərəfindən ona təlim keçiriləcəyini, bundan sonra işlə təmin olunacağını bildirmişdir. Bu danışıqdan təxminən bir neçə vaxt sonra təcrübə keçmək məqsədi ilə şirkətə dəvət edilmiş, şirkətə gəldikdə, onun kimi şirkətə işə düzəlmək istəyən adlarını xatırlamadığı daha bir neçə şəxslə birgə avtobus vasitəsi ilə Zabrat qəsəbəsində yerləşən “Maşınqayırma” zavoduna gətirilmişdir. Zavoda gəldiklərində, onlara kənardan işçilərin iş fəaliyyətinə nəzər yetirmələri tələb olunmuş, təxminən 2-3 saat ərzində onlar zavodda qalıb, oradakı əməkdaşların iş fəaliyyətinə nəzər yetirdikdən sonra, təkrarən şirkətə qayıtmışdır. Bu məqsədlə iş təcrübələri eyni qaydada daha bir dəfə təkrarlanmış, sonuncu dəfə keçdiyi təcrübədən sonra, qısa müdət ərzində işə çağrılacağı barədə məlumat verilmiş, lakin bundan təxminən 1 ay vaxt keçməsinə baxmayaraq, o işə dəvət edilməmişdir. Buna görə də, o, təkrarən şirkətə gedib, Mətanətlə görüşərək, işə qəbul məsələsi ilə maraqlanmağa başlamışdır. Mətanət isə müxtəlif yalan vədlər verməklə, onun qısa müddətdə işlə təmin ediləcəyinə dair yalan vədlər verməyə davam etmiş, lakin uzun müddət keçməsinə baxmayaraq heç bir nəticə olmadığını gördükdə, artıq aldadıldığını qəti şəkildə başa düşüb, ona verdiyi pulu geri tələb etməyə başlamışdır. Mətanət isə bu tələbini yerinə yetirəcəyini vəd etsə də, bu vədlərinə də “bugün, sabah verəcəyik” deyərək, əməl etməmişdir. Bu səbəbdən o, aldadılaraq pulunun ələ keçirilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Göstərilənlərə əsasən, iş üzrə Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs12 göstərmişdir ki, 2019-cu ilin oktyabr ayının əvvəllərində "xxxx" şirkətinin vətəndaşların işə düzəlməsinə köməklik etməsi barədə məlumat almış, uzun müddət işsiz olduğu üçün şirkət tərəfindən işə düzəldiləcəyinə güman etmişdir. Bu minvalla şirkət haqqında maraqlandığı zaman, tanışı Azər adlı şəxsin "xxxx" şirkətində müşavir vəzifəsində işlədiyini öyrənmişdir. Bununla bağlı şirkətin “Babək Plaza”da yerləşən ofisinə getmişdir. Şirkətə getdiyi zaman, Azər adlı şəxsi tapıb, ona müraciət etməklə şirkətə hər hansı işə təmin olunmada yardımçı olmasını xahiş etmişdir. Azərlə danışıqları zaman o, şirkətdə fəhlə işindən başlayaraq, formen və menecer vəzifəsinə kimi vakansiya olduğunu bildirib, hər vəziyə görə fərqli məbləğdə rüsumlar müəyyən olduğunu bildirmiş, həmçinin şirkətdə aylıq əmək haqqısı 1000 manat təşkil edəcək formen işinə düzəlməni məsləhət bilib, işə düzəlməsi müqabilində 1000 manat rüsum tələb olunduğunu demişdir. O, razılaşdıqda, Azər onu şirkətin rəhbəri olan Mətanət adlı xanımla tanış etmişdir. Mətanət xanımla ünsiyyətləri zaman, şirkətin “Azfen” və “Bos Shelf” şirkətləri ilə müqavilə bağladığını, yaxınlarda isə “SOCAR”, “BP”, “Pasha Construction”, “Tekfen”, “North-West”, “Lider-Monolit”, “Synergy group” və s.digər şirkətlərə müqavilə bağlayacağını, formen kimi işə qəbul edildiyi tədqirdə, bir müddət şirkətdə ona kurs keçiriləcəyini, kursu bitirdikdən sonra isə onun həmin şirkətlərdən hər hansı birinə formen kimi yönəldiriləcəyini demişdir. Mətanətin dediklərini dinlədikdən sonra, ona inanıb, pulu düzəltdikdən sonra onu məlumatlandıracağını demişdir. 16 oktyabr 2019-cu il tarixdə tələb olunan 1000 manat pulu düzəltdiyi üçün, təkrarən şirkətə getmişdir. Şirkətə getdikdə, Mətanət onu qəbul edib, formen işinə düzəlməsindən ötrü tələb olunan 1000 manatı kadrlar şöbəsinə verməyini bildirmişdir. Mətanətin tapşırığı ilə həmin 1000 manatı kadrlar şöbəsində işləyən qadınların birinə verib, bununla bağlı müvafiq qəbz almışdır. Ardınca Mətanət onu təkrar qəbul edib, bir neçə gün sonra şirkət tərəfindən kursa dəvət ediləcəyini demişdir. Lakin, pulu verməsindən bir neçə vaxt keçməsinə baxmayaraq, nə işlə təmin edilmiş, nə də ki, şirkət tərəfindən təşkil ediləcək hər hansı kursa dəvət edilmişdir. Belə olan halda o, şirkətə gedib, Mətanətlə görüşərək işə qəbul məsələsi ilə maraqlanmağa başlamışdır. Mətanət isə müxtəlif yalan vədlər verməklə, qısa müddətdə işlə təmin ediləcəyini bildirmiş, lakin uzun müddət keçməsinə baxmayaraq, heç bir nəticə olmadığını gördükdə artıq aldadıldığını qəti şəkildə başa düşüb, ona verdiyi pulu geri tələb etməyə başlamışdır. Mətanət isə bu tələbini yerinə yetirəcəyini vəd etsə də, buna da əməl etməmişdir. Buna görə də o, aldadılaraq 1000 manat pulunun ələ keçirilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Göstərilənlərə əsasən, iş üzrə Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs5 göstərmişdir ki, 2019-cu ilin oktyabr ayında tanışlarından "xxxx" şirkətinin vətəndaşların işə düzəlməsində yardımçı olması barədə məlumat almış və işə düzəlmək məqsədi ilə 16 oktyabr 2019-cu il tarixdə şirkətin “Babək Plaza”da yerləşən ofisinə getmişdir. Şirkətə getdiyi zaman, onu şirkətin təsisçisi və direktoru olan Təqsirləndirilən şəxs qəbul etmişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs işə düzəlməsində köməklik göstərməsini xahiş etmişdir. Mətanət onun gətirdiyi sənədlərə yəni, şəxsiyyət vəsiqəsi, habelə diplomuna nəzər yetirdikdən sonra, rəhbəri olduğu şirkətdə menecer işinə vakansiya olduğunu bildirib, 3000 manat müqabilində onu həmin işə götürəcəyini, aylıq məvacibin isə 1300 manat təşkil edəcəyini demişdir. Həmçinin, ödəyəcəyi 3000 manatın şirkətin büdcəsinə yönəldiləcəyini, həmin pulun bir növ rüsum şəklində alındığını bildirməklə, pulun aylıq məvaciblərə, habelə gələcək işçilərin sertifikatlaşdırma işinə və şirkətin digər xərclərinə ödəniləcəyini demişdir. Eyni zamanda, onun bu ixtisasa yiyələnməsindən ötrü Türkiyənin İstanbul şəhərində kurs keçərək, sertifikat almalı olduğunu, bundan sonra isə şirkətdə işə başlaya biləcəyini demişdir. Təqsirləndirilən şəxs danışığı onda inam yaratdığından, o, razılaşmışdır. Mətanət pulu ona verəcəyi təqdirdə, təxirə salmadan onu sertifikat almaqdan ötrü Türkiyəyə göndərəcəyini demişdir. Bundan səhərisi gün, yəni 17 oktyabr 2019-cu il tarixdə 3000 manat pul götürməklə şirkətə getmiş və menecer vəzifəsinə işə düzəlməkdən ötrü 3000 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs pulu qəbul etdikdən sonra, Türkiyəyə uçuş bileti və orada qalacağı yer barədə ona məlumat verəcəyini demiş, o da, Mətanətin dediklərinə inanıb şirkəti tərk etmişdir. Həmin gün axşam saatlarında onun kimi "xxxx" şirkətə menecer vəzifəsinə düzələcək 3 nəfər şəxslə birlikdə hava limanından Türkiyənin İstanbul şəhərinə yola düşmüşlər. İstanbul şəhərinə çatdıqda, Təqsirləndirilən şəxs dediyi oteldə yerləşmişdir. Bir neçə gün oteldə gecələdikdən sonra, onlarla heç kim maraqlanmamış, hər hansı kurs təşkil edilməmişdir. Bundan sonra onlar Mətanətlə əlaqə saxlayıb, bu barədə maraqlandıqda, Mətanət işlə təmin olunmaları üçün sertifikatın lazımsız olduğunu, Türkiyəyə getmələrinin isə formal bir xarakter daşıdığını deyib, Bakı şəhərinə qayıtdıqda işlə təmin olunacaqlarına, eyni zamanda sertifikatın onlayn göndəriləcəyinə vəd vermişdir. Onlar öz şəxsi vəsaitləri hesabına şəraitsiz oteldə 5 gün qaldıqdan sonra, Mətanətin göndərdiyi biletlər əsasında təkrarən Bakı şəhərinə qayıtmışdırlar. Bakı şəhərinə qayıtdıqdan sonra şirkətin ofisinə getmişdir. Məntanət onu qəbul edərək, şirkətdə menecer vəzifəsinə təyin etmiş və bundan sonrakı günlərdə hər gün saat 09 radələrində işə getmiş, saat 18 radələrində isə işi tərk etmiş, lakin şirkətdə konkret hər hansı bir işlə məşğul olmamışdır. Hər dəfə bununla bağlı Mətanətə müraciət etdikdə, o, yaxınlarda “Socar”, “BP”, “Bos Shelf”, “Pasha Construction”, “Tekfen”, “North- West”, “Lider-Monolit”, “Synergy group” və s. digər şirkətlərə müqavilə bağlayacağını, bundan sonra isə onun həmin şirkətlərdən hər hansı birində menecer vəzifəsində işini davam etdirəcəyini demişdir. Bununla bağlı təxminən 3 ay müddət ərzində şirkətdə işlədikdən sonra, ona əmək haqqı verilməmiş, sonda isə şirkət bağlanmışdır. Şirkət bağlandıqdan sonra, o Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını başa düşüb, ona verdiyi pulu geri tələb etməyə başlamışdır. Mətanət isə pulu qısa zamanda qaytaracağına dair vəd versə də, sonda bu vədinə də, əməl etməmişdir. Göstərilənlərə əsasən, iş üzrə Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs20 göstərmişdir ki, 2019-cu ilin oktyabr ayında "xxxx" şirkətinin vətəndaşların işə düzəlməsində yardımçılıq etməsi barədə məlumat almışdır. Qardaşı Şahid3 uzun müddət işsiz olduğu üçün, onun işlə təmin olunmasından köməklik göstərməkdən ötrü şirkətin “Babək Plaza”da yerləşən ofisinə müraciət etmişdir. Şirkətə getdikdə, onu şirkətin təsisçisi olan Təqsirləndirilən şəxs adlı xanım qəbul etmiş və aralarında olan söhbət zamanı qardaşının anket məlumatları barədə məlumat verib, münasib işə düzəlməsində köməklik göstərməsini xahiş etmişdir. Danışıq zamanı Təqsirləndirilən şəxs qardaşını “Azfen” şirkətinə menecer vəzifəsinə düzəldə biləcəyini demiş, eyni zamanda onun menecer vəzifəsində aylıq məvacibinin 1500 manat təşkil edəcəyini deyib, işə düzəlməsi müqabilində 3000 manat pul istəmişdir. Şirkət haqqında Təqsirləndirilən şəxs tam məlumat aldıqdan sonra, dediklərinə inandığından razılaşmış və 24 oktyabr 2019-cu il tarixdə yenidən həmin şirkətə gedib, qardaşı Şahid3 “Azfen” şirkətinə menecer vəzifəsinə düzəlməsindən ötrü tələb olunan ümumilikdə 3000 manatı şəxsən Təqsirləndirilən şəxs vermişdir. Qardaşının işə düzəlməsindən ötrü verdiyi pul vəsati ona məxsus olmuşdur. Belə ki, həmin vaxt qardaşı işsiz olduğu üçün, işə düzəlmək məsələsini özü həll etməklə ona köməklik etmək niyyətində olmuşdur. Mətanət pulu sayıb götürdükdən sonra, təxminən bir ay ərzində şirkət tərəfindən qardaşına təlim keçiriləcəyini, bundan sonra onun işlə təmin olunacağını bildirmişdir. Danışıqlarından təxminən bir neçə gün sonra qardaşı Əmrah təcrübə keçmək məqsədi ilə şirkətə dəvət edilmiş və təxminən 20 gün müddət ərzində şirkət tərəfindən ona Zabrat qəsəbəsində yerləşən “Maşınqayırma” zavodunda menecer işi üzrə təcrübə keçirilmiş, daha sonrakı vaxtlarda isə, Əmrah hər gün saat 9-da şirkətə işə getmiş, lakin konkret hər hansı işlə məşğul olmamış və saat 18 radələrində isdən geri qayıdırmış. Bu minvalla təxminən 1 ay vaxt keçməsinə baxmayaraq, Əmrah işlə təmin edilməmiş, habelə işlədiyi müddət ərzində ona hər hansı əmək haqqı verilməmişdir. Belə olan halda o, təkrarən şirkətə gedib, Mətanətlə görüşərək işə qəbul məsələsi ilə maraqlanmağa başlamış, Mətanət isə müxtəlif yalan vədlər verməklə, Əmrahın qısa müddətdə işlə təmin ediləcəyinə dair yalan vədlər verməyə davam etmişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq, heç bir nəticə olmadığını gördükdə, artıq aldadıldığını qəti şəkildə başa düşüb, Təqsirləndirilən şəxs verdiyi pulu geri tələb etməyə başlamış, o isə bu tələbini yerinə yetirəcəyini vəd etsə də, bu vədlərinə əməl etməmiş, buna görə də o, aldadılaraq pulunun ələ keçirilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Göstərilənlərə əsasən, iş üzrə Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs18 göstərmişdir ki, 2019-cu ilin oktyabr ayının ortalarında "xxxx" şirkətinin vətəndaşların yüksək əmək haqqısı olan işə düzəlməsinə yardımçı olması barədə məlumat almış və işsiz olduğu üçün şirkət tərəfindən işə düzəldiləcəyinə güman edib, şirkətin “Babək Plaza”da yerləşən ofisinə getmiş və şirkətdə olduğu zaman, onu şirkətin təsisçisi və direktoru olan Təqsirləndirilən şəxs qəbul etmişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs işə düzəlməsində köməklik göstərməsini xahiş etmiş və həmin zaman Təqsirləndirilən şəxs onun özü ilə gətirdiyi sənədlərə, yəni şəxsiyyət vəsiqəsi, hərbi bilet, diplom, habelə əmək kitabçasına nəzər yetirdikdən sonra, 1000 manat pul müqabilində onu “Azfen” şirkətinə formen işinə düzəldə biləcəyini, aylıq məvacibin isə 1200 manat təşkil edəcəyini demiş, həmçinin ödəyəcəyi 1000 manatın şirkətin büdcəsinə yönəldiləcəyini, həmin pulun bir növ rüsum şəklində alındığını bildirməklə, pulun aylıq məvaciblərə, geyim formalarına, yeməklərinə, sertifikatlaşdırma, təlim işlərinə və şirkətin digər xərclərinə ödəniləcəyini demişdir. Eyni zamanda, onun bu ixtisasa yiyələnməyindən ötrü, şirkət tərəfindən ona təlim keçiriləcəyini, təlim bitdikdən sonra şirkətdən işə çağırılacağını demişdir. Şirkətin iş fəaliyyəti barədə daha ətraflı məlumat almaqdan ötrü şirkətin əməkdaşı olan Şəhriyar adlı şəxsin yanına yönəltmiş və o, Şəhriyarın qəbulunda olub, şirkət haqqında məlumat aldıqda, "xxxx" şirkətinin dövlət orqanlarında iş düzəltmə agentliyi kimi qeydiyyatdan keçdiyini, şirkətin vətəndaşların sosial rifahını yüksəltmək məqsədi ilə ayrı-ayrı sahələr üzrə ixtisaslı kadrlar hazırladığını və müxtəlif şirkətlərə işə düzətməsi ilə məşğul olduğunu bildirmişdir. Eyni zamanda, şirkətin ”Azfen” və “Boş Shelf” kimi şirkətlərlə müqavilə əsasında fəaliyyət göstərdiyini, gələcəkdə şirkətin “Socar”, “BP”, “Pasha Construction”, və s. bu kimi digər iri şirkətlərə müqavilə bağlayacağının da, istisna etmədiyini əlavə etmişdir. Şirkət haqqında ətraflı məlumat aldıqdan sonra, şirkətin qanuni əsaslarla fəaliyyət göstərməsinə inanıb, işə düzəlmək fikrinə gəlmiş və bu məqsədlə tələb olunan 1000 manat pulu düzəldib, 07 noyabr 2019-cu il tarixdə təkrarən şirkətə gedib, “Azfen” şirkətinə formen kimə işə düzəlməkdən ötrü özü ilə götürdüyü 1000 manat pulu əlbə-əl Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs pulu qəbul etdikdən sonra, qısa müddətdə şirkət tərəfindən çağırılacağını demiş, pulu verməsindən bir neçə vaxt keçməsinə baxmayaraq, nə işlə təmin edilmiş, nə də ki, şirkət tərəfindən təşkil ediləcək hər hansı təlimə dəvət edilmişdir. Belə olan halda o, şirkətə gedib, Mətanətlə görüşərək, işə qəbul məsələsi ilə maraqlanmağa başlamışdır. Mətanət isə müxtəlif yalan vədlər verməklə, qısa müddətdə işlə təmin ediləcəyinə dair yalan vədlər verməyə davam etmiş, lakin uzun müddət keçməsinə baxmayaraq, heç bir nəticə olmadığını gördükdə, artıq aldadıldığını qəti şəkildə başa düşüb, ona verdiyi pulu geri tələb etməyə başlamış, Mətanət isə bu tələbini yerinə yetirəcəyini vəd versə də, bu vədlərinə də əməl etməmişdir. Buna görə də o, aldadılaraq, 1000 manat pulunun ələ keçirilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Göstərilənlərə əsasən, iş üzrə Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs7 göstərmişdir ki, 2019-cu ilin noyabr ayının əvvəllərində tanışlarından "xxxx" şirkətinin vətəndaşların sosial rifahını yüksəltmək məqsədi ilə ayrı-ayrı sahələr üzrə ixtisaslı kadrların hazırlanması və müxtəlif şirkətlərə işdə düzətməsi ilə məşğul olması barədə məlumat almışdır. İşə düzəlmək məqsədi ilə 2019-cu ilin noyabr ayının əvvəllərində “Babək Plaza”da yerləşən həmin şirkətə müraciət etmiş və şirkətə getdiyi zaman, onu şirkətin təsisçisi və direktoru olan Təqsirləndirilən şəxs qəbul etmişdir. Aralarında olan söhbət zamanı özü haqqında məlumatları və Ukrayna Dövlət avtomobil və Yol Universitetini biznes və idarəetmə ixtisası üzrə bitirməyi barədə məlumat verib, münasib işə düzəlmədə köməklik göstərməsini xahiş etmişdir. Danışıq zamanı Təqsirləndirilən şəxs ilk əvvəl şirkətə işə düzəlməsindən ötrü müəyyən məbləğdə rüsum ödənilməli olunduğunu, şirkətdə fəhlə işindən başlayaraq, formen və menecer vəzifəsinə kimi vakansiya olduğunu bildirib, hər vəziyə görə fərqli məbləğdə rüsumlar müəyyən olduğunu bildirmişdir. Belə olan halda, o, formen kimi işə düzəlmək istədiyini dedikdə, onu bu vəzifəyə işə götürə biləcəyini deyib, bunun üçün 1.500 manat pul tələb etmiş, o da, etiraz etməyib razılaşmış və bu minvalla 07 noyabr 2019-cu il tarixdə yenidən həmin şirkətə gedib, formen vəzifəsinə işə düzəlməkdən ötrü tələb olunan ümumilikdə 1500 manatı əlbə-əl Təqsirləndirilən şəxs vermiş, sonuncu da pulu sayıb götürdükdən sonra, ixtisası ilə bağlı şirkətdə ona kurs keçiriləcəyini, bundan təxminən 10- 15 gün müddət sonra isə onların işlə təmin olunacağına dair vəd vermişdir. Pulu ödədikdən təxminən bir neçə gün sonra şirkətdə kurs keçirilməyə dəvət edilmiş, təxminən bir həftə ərzində şirkətdə Telman adlı şəxs tərəfindən ona kurs keçirilmiş, daha sonra isə bununla bağlı ona müvafiq sertifikat təqdim ediləcəyi, qısa müddətdə işlə təmin olunacağı bildirilmişdir. Danışılan müddət başa çatdıqda, nə işlə təmin edilmiş, nə də ki, şirkətdə kurs keçməsi ilə bağlı ona müvafiq sertifikat verilmişdir. Bundan sonra o, şirkətə gedib, Mətanətlə görüşərək işə qəbul məsələsi ilə maraqlanmağa başlamış, Mətanət isə müxtəlif yalan vədlər verməklə, qısa müddətdə işlə təmin ediləcəyinə dair vədlər verməyə davam etmiş, lakin uzun müddət keçməsinə baxmayaraq, heç bir nəticə olmadığını gördükdə, artıq aldadıldığını qəti şəkildə başa düşüb, ona verdiyi pulu geri tələb etməyə başlamış, Mətanət isə pulu qaytaracağına dair vəd etsə də, bu vədlərinə də “bu-gün, sabah verəcəyəm” deyərək əməl etməmişdir. Buna görə də o, aldadılaraq 1500 manat pulunun ələ keçirilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Göstərilənlərə əsasən, iş üzrə Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs8 göstərmişdir ki, 2019-cu ilin noyabr ayının əvvəllərində tanışlarından "xxxx" şirkətinin vətəndaşların işə düzəlməsinə köməklik göstərməsi barədə məlumat almış və bu məqsədlə 08 noyabr 2019-cu il tarixdə şirkətin “Babək Plaza”da yerləşən ofisinə getmişdir. Şirkətə getdiyi zaman, onu şirkətin təsisçisi və direktoru olan Təqsirləndirilən şəxs adlı şəxs qəbul etmiş və söhbət zamanı Təqsirləndirilən şəxs işə düzəlməsində köməklik göstərməsini xahiş etmişdir. Mətanət onun özü ilə gətirdiyi sənədlərə, yəni şəxsiyyət vəsiqəsi, habelə Azərbaycan Texniki Universitetini bitirməyi ilə bağlı diploma nəzər yetirdikdən sonra, rəhbəri olduğu şirkətdə menecer işinə vakansiya olduğunu bildirib, 3000 manat müqabilində onu həmin işə götürəcəyini, aylıq məvacibin isə 1200 manat təşkil edəcəyini demişdir. Həmçinin ödəyəcəyi 3000 manatın şirkətin büdcəsinə yönəldiləcəyini, həmin pulun bir növ rüsum şəklində alındığını bildirməklə, pulun aylıq məvaciblərinə, habelə gələcək işçilərin sertifikatlaşdırma işinə və şirkətin digər xərclərinin ödəniləcəyini demişdir. Eyni zamanda, onun bu ixtisasa yiyələnməsindən ötrü Türkiyənin İstanbul şəhərində kurs keçərək sertifikat almalı olduğunu, bundan sonra şirkətdə işə başlaya biləcəyini demişdir. Təqsirləndirilən şəxs dediklərinə inandığı üçün, onunla razılaşmışdır. Mətanət pulu ona verəcəyi tədqirdə, onu sertifikat almaqdan ötrü Türkiyəyə göndərəcəyini demişdir. Tanışlarından şirkətə menecer vəzifəsinə işə düzəlmək üçün 3000 manat rüsum alındığını bildiyindən, özü ilə götürdüyü 3000 manat pulu əlbə-əl Mətanətə vermiş, Mətanət isə pulu qəbul etdikdən sonra, Türkiyə Republikasına uçuş bileti və orada qalacağı yer barədə ona məlumat verəcəyini demişdir. Türkiyənin İstanbul şəhərinə çatdıqda, “Maral” adlı oteldə yerləşəcəyi barədə məlumatlandırmışdır. Bundan sonra o, "xxxx" şirkətinə menecer vəzifəsinə düzələcək 8 nəfər şəxslə birlikdə hava limanından Türkiyənin İstanbul şəhərinə yola düşmüş, çatdıqda deyilən oteldə yerləşmişdir. Bir neçə gün oteldə gecələdikdən sonra, onlarla heç kim maraqlanmamış, hər hansı kurs təşkil edilməmişdir. Belə olan halda, onlar Mətanətlə əlaqə saxlayıb, ona bu barədə məlumat verdikdə, Mətanət işlə təmin olunmaları üçün sertifikatın lazımsız olduğunu, Türkiyəyə getmələrinin formal bir xarakter daşıdığını deyib, Bakı şəhərinə qayıtdıqdan sonra hər birinin işlə təmin olunacağına, eyni zamanda sertifikatın onlayn göndəriləcəyinə dair vəd vermişdir. Bundan sonra, onlar öz şəxsi vəsaitləri hesabına hər hansı bir şəraiti olmayan oteldə 6 gün qaldıqdan sonra, təkrarən Bakı şəhərinə qayıtmış və qayıtdıqdan sonra şirkətin ofisinə getmişdir. Mətanət onu qəbul edərək, şirkətdə menecer vəzifəsinə təyin etmiş, bundan sonrakı günlərdə o, hər gün saat 09 radələrində işə getmiş, saat 18 radələrində isə işdən geri qayıtmış, lakin şirkətdə konkret hər hansı işlə məşğul olmamışdır. Hər dəfə bununla bağlı Mətanətə müraciət etdikdə, o, yaxınlarda “Socar”, “BP”, “Bos Shelf”, “Pasha Construction”, “Tekfen”, “North-West”, “Lider-Monolit”, “Synergy group” və s. digər şirkətlərə müqavilə bağlayacağını, bundan sonra isə onun həmin şirkətlərdən hər hansı birində menecer vəzifəsində işini davam etdirəcəyini demişdir. Bu minvalla təxminən 2-3 ay müddət ərzində şirkətdə işlədikdən sonra, ona əmək haqqı verilməmiş, daha sonda işə şirkət bağlanmışdır. Şirkət bağlandıqdan sonra, o, Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını başa düşüb, ona verdiyi pulu geri tələb etməyə başlamış, Mətanət isə verdiyi pulu qısa zamanda qaytaracağına dair vəd versə də, sonda buna əməl etməmişdir. Göstərilənlərə əsasən, iş üzrə Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs9 göstərmişdir ki, 2019-cu ilin oktyabr ayında tanışlarından "xxxx" şirkətinin vətəndaşların işə düzəlməsinə yardımçılıq etməsi barədə məlumat almışdır. Uzun müddət işsiz olduğu üçün, şirkət tərəfindən işə düzəldiləcəyinə güman edib, bu məqsədlə şirkətin “Babək Plaza”da yerləşən ofisinə getmişdir. Həmin vaxt şirkətin təsisçisi və direktoru olan Təqsirləndirilən şəxs onu qəbul etmiş və söhbət zamanı Təqsirləndirilən şəxs işə düzəlməsində köməklik göstərməsini xahiş etmişdir. Mətanət rəhbəri olduğu şirkətdə formen işinə vakansiya olduğunu bildirib, 850 manat müqabilində onu həmin işə götürəcəyini, aylıq məvacibinin isə 1000 manat təşkil edəcəyini demişdir. O, etiraz etməyib, 10 dekabr 2019-cu il tarixdə şirkətə formen işinə düzəlməkdən ötrü 850 manat pulu “Babək Plaza”da şəxsən Təqsirləndirilən şəxs vermiş, Təqsirləndirilən şəxs isə pulu götürdükdən sonra, bir neçə gün ərzində işə çağırılacağı barədə məlumat vermişdir. Deyilən vaxtdan təxminən 20 gün keçməsinə baxmayaraq, işə dəvət edilmədiyini gördükdə, şirkətə gedib işi ilə bağlı məlumat almağa çalışmışdır. Mətanət yaxınlarda “Socar”, “BP”, “Bos Shelf”, “Pasha Construction”, “Tekfen”, “North-West”, “Lider-Monolit”, “Synergy group” və s. digər şirkətlərə müqavilə bağlayacağını, bundan sonra isə onun həmin şirkətlərdən hər hansı birində formen vəzifəsində iş fəaliyyətini davam etdirəcəyini demişdir. Bu minvalla təxminən bir ay müddət keçməsinə baxmayaraq, yenidən işlə təmin olunmadığını gördükdə, artıq Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını başa düşüb, Mətanətdən verdiyi pulu geri tələb etməyə başlamışdır. Mətanət isə verdiyi pulu qısa zamanda qaytaracağına dair vəd versə də, sonda buna əməl etməmiş, o, da, məcbur olub, Təqsirləndirilən şəxs tərəfindən aldadılmağı ilə bağlı hüquq-mühafizə orqanlarına ərizə ilə müraciət etmişdir. Göstərilənlərə əsasən, iş üzrə Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs21 göstərmişdir ki, sosial şəbəkədə "xxxx" şirkətinin vətəndaşların işə düzəlməsinə yardımçı olması barədə məlumat əldə etmiş və uzun müddət işsiz olduğu üçün şirkət tərəfindən işə düzəldiləcəyinə güman etmişdir. Bu minvalla 2019-cu ilin oktyabr ayının əvvəllərində şirkətin “Babək Plaza”da yerləşən ofisinə getmişdir. Şirkətə getdiyi zaman, onu şirkətin təsisçisi və direktoru olan Təqsirləndirilən şəxs qəbul etmişdir. Həmin şəxslə söhbət zamanı özü haqqında məlumat verib, münasib işə düzəlməsində köməklik göstərməsini xahiş etmişdir. Danışıqları zamanı Təqsirləndirilən şəxs onu “Bos Shelf” şirkətinə mühafizəçi işinə düzəldə biləcəyini demişdir. Eyni zamanda, həmin işə düzəldiyi tədqirdə aylıq məvacibinin 800 manat təşkil edəcəyini deyib, işə düzəlməsi müqabilində ondan 500 manat pul istəmişdir. Şirkət haqqında Təqsirləndirilən şəxs tam məlumat aldıqdan sonra, dediklərinə inandığından razılaşmış və 10 oktyabr 2019-cu il tarixdə yenidən həmin şirkətə gedib, “Bos Shelf” şirkətinə mühafizəçi işinə düzəlməsindən ötrü tələb olunan ümumilikdə 500 manatı əlbə-əl Təqsirləndirilən şəxs vermişdir. Mətanət pulu götürdükdən sonra, bir neçə gün ərzində təlim keçmək məqsədi ilə şirkətə dəvət ediləcəyini, təlim bitdikdən 25 iş günü ərzində “Bos Shelf” şirkətində işlə təmin olunacağını bildirmişdir. Bu danışıqdan bir neçə gün sonra təlim keçmək məqsədi ilə şirkətə dəvət edilmiş və təxminən 5 gün müddət ərzində şirkətdə ona təlim keçirildikdən sonra, işlə bağlı əlavə məlumat veriləcəyi bildirilmişdir. Bu minvalla təxminən 1 ay vaxt keçməsinə baxmayaraq, işlə təmin edilməmiş, bununla belə 2019-cu ilin dekabr ayının əvvəllərində şirkət tərəfindən “Çıraq Plaza”da keçiriləcək yığıncağa dəvət edilmiş, şirkətin həmin yığıncağında Təqsirləndirilən şəxs çıxış edərək, qısa müddət ərzində şirkətə müraciət etmiş hər bir şəxsin işlə təmin olunacağını deyib, bu istiqamətdə öz tövsiyyələrini vermişdir. Yığıncaqda təxminən 100 nəfərə yaxın şəxs iştirak etdiyindən, habelə Təqsirləndirilən şəxs çıxışı zamanı danışığı onu inandırdığından, həqiqətən də, qısa müddət ərzində işlə təmin olunacağına inanmışdır. O, yığıncaqdan sonra Təqsirləndirilən şəxs yaxınlaşıb, onu mühafizəçi işinə deyil, “X11” QSC-nə işə düzəlməsində yardımçı olmasını xahiş etmiş, Mətanət də onu dinlədikdən sonra təklifi ilə razılaşıb, onu həmin şirkətə gəmiçi köməkçisi işinə düzəldə biləcəyini deyib, bunun müqabilində ondan əlavə olaraq 1000 manat pul istəmişdir. O, razılaşıb, 2019-cu ilin dekabr ayının ortalarında şirkətin “Babək Plaza”da yerləşən ofisində Təqsirləndirilən şəxs ilə görüşüb, “X11” QSC-nə gəmiçi köməkçisi işinə düzəlməkdən ötrü tələb olunan 1000 manatı əlbə-əl Mətanətə vermiş, Mətanət də pulu götürdükdən sonra, 10 yanvar 2020-ci il tarixədək onu “X11” QSC-də işə çıxaracağına dair söz vermişdir. 2020-ci ilin yanvar ayının ortaları olmasına baxmayaraq, işə düzəlmədiyini gördükdə, şirkətə gedib, Mətanətlə görüşərək işə qəbul məsələsi ilə maraqlanmağa başlamışdır. Mətanət isə müxtəlif yalan vədlər verməklə, onun qısa müddətdə işlə təmin ediləcəyinə dair vədlər verməyə davam etmiş, lakin uzun müddət keçməsinə baxmayaraq, heç bir nəticə olmadığını gördükdə, artıq aldadıldığını qəti şəkildə başa düşüb, Təqsirləndirilən şəxs verdiyi pulu geri tələb etməyə başlamışdır. Mətanət tələbini yerinə yetirəcəyini bildirsə də, bu vədinə də “bu-gün, sabah verəcəyik” deyərək əməl etməmişdir. Göstərilənlərə əsasən, iş üzrə Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs10 göstərmişdir ki, 2019-cu ilin dekabr ayında tanışlarından "xxxx" şirkətinin vətəndaşların yüksək əmək haqqısı olan işlə təmin olunmasında köməklik etməsi barədə məlumat almış və bununla bağlı şirkət tərəfindən münasib işə düzəldiləcəyinə güman edib, şirkətin “Babək Plaza”da yerləşən ofisinə getmişdir. Şirkətə getdiyi zaman, onu şirkətin təsisçisi və direktoru olan Təqsirləndirilən şəxs qəbul etmişdir. Söhbət zamanı Təqsirləndirilən şəxs 2005-ci ildən etibarən mühafizə sahəsi üzrə təcrübəyə malik olduğunu deyib, şirkətdə münasib işə düzəlməsində köməklik göstərməsini xahiş etmiş və Mətanət rəhbəri olduğu şirkətdə mühafizə rəisi vəzifəsinə vakansiya olduğunu bildirib, 2500 manat müqabilində onu həmin vəzifəyə işə götürəcəyini, aylıq məvacibin isə 1000 manat təşkil edəcəyini demişdir. O, etiraz etməyib, 2019-cu ilin dekabr ayının ortalarında şirkətə mühafizə rəisi vəzifəsinə işə düzəlməkdən ötrü 2500 manat pulu “Babək Plaza”da yerləşən ofisdə əlbə-əl Təqsirləndirilən şəxs vermişdir. Pulu verdikdən bir neçə gün sonra şirkətə işə çıxmış və təxminən 3 ay şirkətdə mühafizə rəisi vəzifəsində işləmişdir. Mühafizə rəisi olaraq şirkət tərəfindən ona “Hyundai Elantra” markalı avtomobil təhkim edilmişdir. Hər gün saat 09 radələrində işə getmiş, saat 17 radələrində isə iş yerini tərk etmiş, gündəlik olaraq şirkətdə işləyən bir neçə mühafizəçinin postlara bölgüsünü həyata keçirmiş, onların işinə nəzarət etmiş, şirkətdə təxminən 3 ay işləməsinə baxmayaraq, əmək haqqısı verilməmiş, daha sonda isə şirkət bağlanmışdır. Şirkət bağlandıqdan sonra, o, Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını başa düşüb, ona verdiyi pulu geri tələb etməyə başlamış, Mətanət isə verdiyi pulu qısa zamanda qaytaracağına dair vəd versə də, vədinə əməl etməmişdir. Göstərilənlərə əsasən, iş üzrə Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs11 göstərmişdir ki, 2019-cu ilin dekabr ayının əvvəllərində tanışlarından "xxxx" şirkətinin vətəndaşların sosial rifahını yüksəltmək məqsədi ilə ayrı-ayrı sahələr üzrə ixtisaslı kadrların hazırlanması və müxtəlif şirkətlərə işdə düzətməsi ilə məşğul olması barədə məlumat almışdır. Fərdi qaydada Türkiyədə matros vəzifəsində işləyən dayısı nəvələri X10 və X5 Bakı şəhərində işlə təmin olunmalarına köməklik göstərməkdən ötrü “Babək Plaza”da yerləşən həmin şirkətə müraciət etmiş və şirkətə getdiyi zaman, onu şirkətin təsisçisi və direktoru olan Təqsirləndirilən şəxs qəbul etmişdir. Aralarında olan söhbət zamanı dayısı nəvələrinin anket məlumatları və ixtisasları barədə ona məlumat verib, münasib işə düzəlmələrində köməklik göstərməsini xahiş etmişdir. Danışıq zamanı Mətanət hər iki qohumunu X9 matros vəzifəsinə işə düzəldə biləcəyini deyib, onların hər biri üçün 1.500 manat pul tələb etmiş, o, da, etiraz bildirməyib razılaşmışdır. Bu minvalla təxminən 2019-cu ilin dekabr ayının ortalarında yenidən həmin şirkətə gedib, dayısı nəvələrinin işə düzəlmələrindən ötrü tələb olunan ümumilikdə 3000 manat pulu şəxsən Təqsirləndirilən şəxs vermişdir. Verdiyi pul vəsati onun özünə məxsus olmuşdur. Mətanət pulu götürdükdən sonra, dayısı nəvələrinə ixtisasları ilə bağlı şirkətdə kurs keçiriləcəyini, bundan təxminən 25 gün müddət sonra isə onların işlə təmin olunacağına dair vəd vermişdir. O, pulu ödədikdən təxminən bir neçə gün sonra Ramazan Tağıyev və Rauf Tağıyev şirkətdə kurs keçirilməyə dəvət edilmiş və təxminən bir həftə ərzində onlara şirkətdə kurs keçirildikdən sonra, bununla bağlı müvafiq sertifikat təqdim ediləcəyi, onların qısa müddətdə işlə təmin olunacaqları bildirilmişdir. Danışılan müddət başa çatdıqda, dayısı nəvələri nə işlə təmin edilmiş, nə də ki, şirkətdə kurs keçmələri ilə bağlı onlara müvafiq sertifikat təqdim edilmişdir. Belə olan halda o, təkrarən şirkətə gedib, Mətanətlə görüşərək dayısı nəvələrinin işə qəbul məsələsi ilə maraqlanmağa başlamış, Mətanət isə müxtəlif yalan vədlər verməklə, onları qısa müddətdə işlə təmin ediləcəyinə dair vədlər verməyə davam etmiş, lakin uzun müddət keçməsinə baxmayaraq, heç bir nəticə olmadığını gördükdə, artıq aldadıldığını qəti şəkildə başa düşb, verdiyi pulu geri tələb etməyə başlamışdır. Mətanət isə bu tələbini yerinə yetirəcəyini vəd etsə də, bu vədlərinə də “bu-gün, sabah verəcəyik” deyərək, əməl etməmiş, buna görə də o, aldadılaraq 3000 manat pulunun ələ keçirilməsi ilə bağlı hüquqmühafizə orqanlarına müraciət etmişdir. Göstərilənlərə əsasən, iş üzrə Təqsirləndirilən şəxs qanuni və ədalətli cəza təyin olunmasını xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs19 göstərmişdir ki, tanışlarından "xxxx" şirkətinin vətəndaşların işə düzəlməsinə yardımçılıq etməsi barədə məlumat almış və bununla bağlı bacısı oğlu X2 uzun müddət işsiz olduğu üçün, onun işlə təmin olunmasına köməklik göstərməkdən ötrü, şirkətin “Keşlə Bazarı” adlanan yerin yaxınlığında yerləşən ofisinə müraciət etmişdir. Şirkətə getdiyi zaman, onu şirkətin təsisçisi olan Təqsirləndirilən şəxs qəbul etmiş və aralarında olan söhbət zamanı bacısı oğlunun anket məlumatları barədə Mətanətə məlumat verib, münasib işə düzəlməsində köməklik göstərməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs bacısı oğlunu “Bos Shelf” şirkətinə qaynaqçı kimi işə düzəldə biləcəyini deyib, bunun müqabilində 700 manat pul tələb etmişdir. O, da, etiraz etməyib razılaşmış və bu minvalla təxminən 2019-cu ilin sentyabr ayının əvvəllərində yenidən həmin şirkətə gedib, bacısı oğlunun “Bos Shelf” şirkətinə qaynaqçı işinə düzəlməsindən ötrü tələb olunan ümumilikdə 700 manat pulu əlbə-əl Təqsirləndirilən şəxs vermişdir. Verdiyi pul vəsati ona məxsus olmuşdur. Mətanət pulu götürdükdən sonra, təxminən 1 ay ərzində şirkət tərəfindən bacısı oğluna təlim keçiriləcəyini, bundan sonra onun işlə təmin olunacağını bildirmişdir. Bu danışıqlarından təxminən bir neçə gün sonra bacısı oğlu Kamran təcrübə keçmək məqsədi ilə şirkətə dəvət edilmiş, təxminən 20 gün müddət ərzində şirkət tərəfindən ona Zabrat qəsəbəsində yerləşən “Maşınqayırma” zavodunda “qaynaqçılıq” işi üzrə təcrübə keçirilmişdir. Daha sonrakı vaxtlarda isə, Kamran hər gün saat 9-da şirkətə işə getmiş, lakin konkret hər hansı işlə məşğul olmamış, saat 18 radələrində isə geri qayıtmışdır. Bu minvalla təxminən 1 ay vaxt keçməsinə baxmayaraq, Kamran işə dəvət edilməmiş, habelə işlədiyi müddət ərzində ona hər hansı əmək haqqı verilməmiş, belə olan halda o, təkrarən şirkətə gedib, Mətanətlə görüşərək işə qəbul məsələsi ilə maraqlanmağa başlamış, Mətanət isə müxtəlif yalan vədlər verməklə, Kamranın qısa müddətdə işlə təmin ediləcəyinə dair vədlər verməyə davam etmişdir. Həmin ərəfədə şirkətdə tanış olduğu Elçin adlı şəxs bacısı oğlunun işinin formen işi ilə dəyişdirilməsi ilə bağlı təklif vermiş, belə ki, həmin işdə əmək haqqısının 1000 manat, işinin isə rahat olacağını bildirmişdir. O, Elçin adlı şəxsin bu təklifi ilə razılaşıb, Kamranın işinin formen işinə dəyişdirilməsindən ötrü əlavə 500 manat pul tələb edildiyini bildirmiş, həmin pulu şirkətin rəhbəri Təqsirləndirilən şəxs verib, bacısı oğlunun işinin dəyişdirilməsində köməklik edəcəyini demişdir. O, etiraz bildirməyib, 2019-cu ilin noyabr ayının ortalarında Elçinlə şirkətin “Babək Plaza”da yerləşən ofisinin qarşısında görüşüb, bacısı oğlu Kamranın formen işinə keçirilməsindən ötrü tələb olunan ümumilikdə 500 manat pulu əlbə-əl ona vermişdir. Elçin pulu götürdükdən sonra, bacısı oğlunun qısa müddətdə işə çıxacağına dair vəd vermiş, lakin uzun müddət keçməsinə baxmayaraq, nə Mətanətdən, nə də ki, Elçindən heç bir nəticə olmadığını gördükdə artıq aldadıldığını qəti şəkildə başa düşüb, onlara verdiyi pulu geri tələb etməyə başlamışdır. İstər Mətanət, istərsə də, Elçin pulu qaytarmaları ilə bağlı tələbini yerinə yetirəcəyini vəd etsələr də, bu vədlərinə də “bu-gün, sabah verəcəyik” deyərək əməl etməmiş, buna görə də o, aldadılaraq pulunun ələ keçirilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişdir. Hazırda isə o, dəymiş ziyanı tələb etmir və iş üzrə Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Göstərilənlərə əsasən, iş üzrə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunmasını xahiş etdi. İş üzrə digər zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Səfərov X15, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs16 və Zərərçəkmiş şəxs17 məhkəmə iclasında iştirak etməmişdirlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən, məhkəmə qeyd olunan şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 315-ci maddəsinə əsasən zərərçəkmiş şəxs (xüsusi ittihamçı) bu Məcəllənin 87.6-cı maddəsinin nəzərdə tutulmuş hüquqlardan istifadə etməklə məhkəmə baxışı zamanı bütün məhkəmə iclaslarında iştirak etmək hüququna malikdir. Zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Eyni zamanda iş materiallarından görünür ki, Zərərçəkmiş şəxs15 məhkəməyə müraciət edərək göstərmişlər ki, üzrlü səbəbdən məhkəmə iclaslarında iştirak edə bilmir, ibtidai istintaqda verdiyi ifadəni təsdiq edir, ona dəymiş ziyanı tələb edir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Zərərçəkmiş şəxs15 göstərmişdir ki, 2019-cu ilin iyul ayının əvvəllərində "xxxx" şirkətinin vətəndaşların işə düzəlməsinə yardımçılıq etməsi barədə məlumat almışdır. Uzun müddət işsiz olduğu üçün şirkət tərəfindən işə düzəldiləcəyinə güman etmiş və bu minvalla şirkət haqqında maraqlandığı zaman, tanışları "xxxx" şirkətində işləyən Taleh adlı şəxsə müraciət etməsini məsləhət bilmişdir. O, şirkətin “Keşlə Bazarı” adlanan yerin yaxınlığında yerləşən ofisinə getmiş, Taleh adlı şəxsi tapıb, ona müraciət etməklə şirkətə hər hansı işə düzəlməsində yardımçılıq etməsini xahiş etmişdir. Taleh danışıqları zamanı şirkətdə fəhlə işindən başlayaraq, formen və menecer vəzifəsinə kimi vakansiya olduğunu bildirib, hər vəziyə görə fərqli məbləğdə rüsumlar müəyyən olduğunu bildirmiş, həmçinin ali təhsilli olduğu üçün, şirkətdə aylıq əmək haqqısı 1500 manat təşkil edəcək “lahiyyə meneceri” vəzifəsinə düzəlməsini məsləhət bilmişdir. O, razılaşdıqda, Taleh həmin işə düzəlməsindən ötrü 3000 manat rüsum tələb olunduğunu deyib, həmin pulu şirkətə ödəməli olacağını demişdir. O, razılaşıb, pulu düzəltdikdən sonra onu məlumat verəcəyini demiş və bu minvalla 2019-cu ilin iyun ayını ortalarından 2019-cu ilin sentyabr ayının əvvəllərinədək olan müddət ərzində hissə-hissə olmaqla ümumilikdə 2800 manatı şirkətin “Keşlə Bazarı” adlanan yerin yaxınlığında yerləşən ofisində əlbə-əl Talehə vermişdir. Taleh pulu tam şəkildə ondan götürdükdən sonra, həmin pulu şikrətin rəhbəri Təqsirləndirilən şəxs verdiyini deyib, işlə bağlı məsələni məhz Təqsirləndirilən şəxs özü ilə danışmasını məsləhət bilmişdir. Təqsirləndirilən şəxs ilə danışıqları zamanı, o, şirkət haqqında məlumat verməklə, şirkətin vətəndaşların sosial rifahını yüksəltmək məqsədi ilə ayrı-ayrı sahələr üzrə kadrlar hazırlaması və müxtəlif şirkətlərə işə düzətməsi ilə məşğul olması barədə məlumat vermiş, eyni zamanda şirkət tərəfindən “Azfen” və Bos Shelf” şirkətləri ilə müqavilə bağlandığını, gələcəkdə isə digər iri şirkətlərlə də, müqavilə bağlanılacağının istisna edilmədiyini əlavə etmiş, həmçinin onu şirkətə “lahiyyə meneceri” vəzifəsinə qəbul etdiyini deyib, lakin ilk əvvəl bu ixtisasa yiyələnməsindən ötrü Türkiyə Respublikası, İstanbul şəhərində kurs keçərək sertifikat almalı olduğunu və bundan sonra şirkətdə işə başlaya biləcəyini demişdir. Təqsirləndirilən şəxs dediklərinə inandığı üçün, onunla razılaşmış, bundan sonra X3 uçuş bileti və orada qalacağı yer barədə ona məlumat verəcəyini demişdir. Hazırda xatırlamadığı vaxtda Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrədən “Whatsapp” mobil tətbiqi ilə istifadəsində olan mobil nömrəyə Türkiyə Respublikasına uçuş biletləri barədə onlayn qeydiyyat vərəqəsini göndərib, Respublika ərazinə çatdıqda İstanbul şəhərində yerləşən “Maral” oteldə yerləşəcəyi barədə məlumatlandırmışdır. Bu minvalla 06 sentyabr 2019-cu il tarixdə o, Heydər Əliyev adına Beynəlxalq hava limanından Türkiyə Respublikası İstanbul şəhərinə yola düşmüşdür. İstanbul şəhərinə çatdıqda, Təqsirləndirilən şəxs deməsi əsasında “Maral” oteldə yerləşmiş, bir neçə gün oteldə qalmasına baxmayaraq, həmin müddət ərzində orada ona hər hansı kurs təşkil edilməmiş, belə olan halda, o, Mətanətlə əlaqə saxlayıb ondan bu barədə maraqlandıqda, Mətanət işlə təmin olunması üçün sertifikatın lazımsız olduğunu, Türkiyə Resublikasına getmələrinin formal bir xarakter daşıdığını, Bakı şəhərinə qayıtdıqdan sonra işlə təmin olunacağı, eyni zamanda sertifikatın isə onlayn göndəriləcəyinə dair vədlər vermişdir. Belə olan halda, o, öz şəxsi vəsaiti hesabına oteldə bir neçə gün qaldıqdan sonra, Mətanətin ona göndərdiyi biletlər əsasında təkrarən Bakı şəhərinə qayıtmış, Bakı şəhərinə qayıtdıqdan sonra şirkətin ofisinə getmiş, Məntanət onu qəbul edərək, şirkətdə “menecer” vəzifəsinə təyin etmiş, bundan sonrakı günlərdə o, hər gün saat 09 radələrində işə gedib, saat 18 radələrində isə işini tərk etmiş, lakin şirkətdə isə konkret hər hansı işlə məşğul olmamışdır. Hər dəfə bununla bağlı Mətanətə müraciət etdikdə, o, yaxınlarda “Socar”, “BP”, “Pasha Construction” və s. digər şirkətlərə müqavilə bağlayacağını, bundan sonra isə onun həmin şirkətlərdən hər hansı birində ”menecer” vəzifəsində işini davam etdirəcəyini demiş, bu minvalla təxminən 4-5 ay müddət ərzində şirkətdə işləməsinə baxmayaraq, ona yalnız oktyabr ayının əmək haqqısı, yəni ümumilikdə 1200 pul verilmiş, işlədiyi digər ayların əmək haqqısı verilməmiş, sonda şirkət bağlanmış, şirkət bağlandıqdan sonra, o, Təqsirləndirilən şəxs tərəfindən aldadıldığını yəqin edib, ona verdiyi pulu geri tələb etməyə başlamış, o, isə verdiyi pulu qısa zamanda qaytaracağına dair vəd versə də, sonda buna əməl etməmişdir. Məhkəmə iclasında ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Səfərov X15, Zərərçəkmiş şəxs16 və Zərərçəkmiş şəxs17 məhkəmə iclasında dindirilən zərərçəkmiş şəxslər ilə oxşar məzmunlu ifadə vermişdirlər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla təsdiq edilir. Belə ki, iş materiallarında olan kassa mədaxil orderinin qəbzlərinin surətindən görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-nin direktoru işlədiyi müddətdə müxtəlif tarixlərdə hazırki iş üzrə zərərçəkmiş şəxslərdən “formen və menecer” vəzifəsinə işə qəbul olunması adı ilə müxtəlif məbləğdə vəsaitləri almışdır. İş materiallarından görünür ki, istintaqdan gizləndiyindən, 05 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 may 2021-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-219/2021 saylı, 25 may 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 23 may 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 21 yanvar 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2007 və 2010-cu il təvəllüdlü iki uşağı vardır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşaqların olmasını və iş üzrə zərərçəkmiş şəxslərdən olan Zərərçəkmiş şəxs19 təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Eyni zamanda, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə, ona əlavə cəza kimi dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum etmə cəzası təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyrimümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 23 may 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilməklə, 2 (iki) il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə, 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 23 may 2021-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar