Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-324/2024 11.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sülhanə Sərdar qızının sədrliyi, Paşayev Orxan Zakir oğlunun katibliyi, prokuror - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxs X2, müdafiəçi – “Kiçikbəyov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1984-cü ildə Naxçıvan MR-da anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nda yaşayan, barəsində “ev dustaqlığı” növündə qətimkan təbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Belə ki, o, özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək Mənzil İnşaat Dövlət Agentliyinin (MİDA) Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yeni inşa edilmiş binalardan birində guya üç otaqlı mənzilin alınmasında köməklik göstərəcəyi barədə yalan vəd verib aldadaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda əldə edəcəyi pul vəsaitini qaytarmaq məqsədi güdməyərək hər hansı işin görülməsi marağında olmadan bu məqsədlə 2021-ci ilin aprel ayının ortalarında ünvan 3 ünvanında yerləşən metronun “Həzi Aslanov” stansiyası yaxınlığında 2.200 manat, 2021-ci ilin may ayının ortalarında ünvan 4 ünvanında 315 saylı Uşaq bağçasının qarşısında 5.000 manat, 2021-ci ilin iyun ayının əvvəllərində həmin ünvanda 3.000 manat, 2021-ci ilin iyul ayının əvvəllərində həmin ünvanda 2300 manat, cəmi 12.500 manat pul vəsaitini alıb vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçiməklə Zərərçəkmiş şəxs ümumilikdə 12.500 (on iki min beş yüz) manat xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ona zərərçəkmiş şəxs və şahid ifadələri, üzləşdirmə, diskə baxış protokolları və sms mətinləri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ildən “Baku Bus” şirkətində sürücü olaraq işləyir. Zərərçəkmiş şəxs ilə 2021-ci ildə tanış olmuşdur. Gülnar ilə idarə etdiyi “Daewoo Gentra” markalı **-XS-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olduğu vaxt müştəri qismində avtomobilə əyləşən zaman tanış olmuşdur. Sonradan aralarında qeyri rəsmi ər-arvad münasibəti yaranmışdır. Tanış olduqdan bir müddət sonra Gülnar tanışlarına məxsus olan Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “Mida” yaşayış kompleksində qonaq olarkən həmin evlərdən almaq istədiyini bildirmişdir. Gülnara bu sahədə tanışlarının olduğunu, alıb-alınmaması barədə maraqlanacağını, həmin evlərdən ala bilməsi üçün köməklik edə biləcəyini demişdir. Bir neçə gün sonra tanışı Elsevər adlı şəxsdən maraqlandıqda köməklik edəcəyini bildirmişdir. Elsevər hissəli şəkildə 10.000 manat ödəməklə Gülnarın ev ala biləcəyini bildirmişdir. Elsevər qeyd olunan ünvanda 2 otaqlı mənzillərin ilkin ödənişinin 10.000 manat, 3 otaqlı mənzillərin ilkin ödənişinin 12.500 manat olmasını bildirmişdir. Bundan sonra Elsevərin sözünü Gülnara demiş, Gülnarda razılaşmışdır. 2021-ci ilin may ayında Gülnar 2200 manat pul vermişdir. Təxminən bir ay sonra ödəniş olunmasının vaxtı olduğunu bildirib Gülnarın işlədiyi Xətai rayonu ərazisində yerləşən 315 saylı baxçanın qarşısında 5000 manat pul almışdır. Bundan təxminən 1 ay sonra sonra ödəniş olunmasının vaxtı olduğunu bildirib Gülnarın işlədiyi Xətai rayonu ərazisində yerləşən 315 saylı baxçanın qarşısında Gülnardan 3000 manat pulu almışdır. Təxminən bir ay sonra ödəniş olunmasının vaxtı olduğunu bildirib Gülnarın işlədiyi Xətai rayonu ərazisində yerləşən 315 saylı baxçanın qarşısında Gülnardan 2300 manat pulu almışdır. Bununla da Gülnardan ümumilikdə 12.500 manat pul məbləğini almışdır. Gülnardan ələ keçirdiyi pullarıda şəxsi işləri istiqamətində istifadə etmişdir. Bundan başqa Gülnardan ilk olaraq 2.200 manat alan zaman həmin günü Əhmədli metrostansiyası yaxınlığında Naxçıvandan tanıdığı Samir adlı tanışını təsadüfən görmüş və görüşmüşdür. Gülnarla görüşən zaman o da avtomobildə əyləşmişdir. Gülnardan pulu aldıqdan sonra Samirə göz vuraraq ev məsələsini guya Samir tərəfindən həll olunacağını Gülnara demişdir. Samirin Gülnardan pulu nə məqsədlə alması və baş verənlərdən məlumatı olmamışdır. Daha sonra Gülnar ilə aralarında qeyri-rəsmi münasibət davam etmiş, hətta 2022-ci ilin sentyabr ayında Gülnara anası xəstə olduğu üçün əməliyyat olunması məqsədi ilə pula ehiyacı olmasını bildirmiş və borca pul istəmişdir. Gülnarda 6000 manat borca pul vermişdir. Qeyd olunan məbləği anasının müalicəsi istiqamətində xərcləmişdir.Gülnara maddi cəhətdən ehtiyaclarının çox olması səbəbindən geri qaytara bilməmişdir. Hal-hazırda vurulmuş zərəri tam olaraq ödəmiş, zərərçəkmiş şəxs ilə barışmışdır. Himayəsində 2 azyaşlı uşağının olması və zərərin ödənilməsinin nəzərə alaraq ona azadlığın məhdudlaşdırılması növündə cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2006-cı il tarixdə X12 ilə rəsmi nigahdan iki övladı dünyaya gəlmişdir. 2019-cu ildə ailə daxili münaqişələrə görə nigahları Sabunçu rayon məhkəməsinin qərarı ilə rəsmi olaraq ləğv olunmuşdur. 2020-ci ildə keçmiş həyat yoldaşı Suraxanı rayonu, Hövsan qəsəbəsində bir otaqlı ev almışdır və övladları ilə birlikdə həmin evdə yaşamışdır. 2021-ci ilin əvvəllərində Xətai rayonu, 8 Noyabr prospektində yerləşən Nargilə dairəsinin yaxınlığında dayanacaqda Ramal ilə tanış olmuş və sonradan aralarında qeyri-rəsmi olaraq münasibət yaranmışdır. 2021-ci il tarixdə həyat yoldaşı tərəfindən alınmış evi satmaq qərarına gəlmiş və bu barədə Ramala da məlumat vermişdir. 2021-ci ildə həmin evi 18.500 manata satmışdır. Bundan sonra danışıq əsnasında Ramal Elsevər adlı tanışının olmasını və həmin şəxsin vasitəsi ilə sosial mənzil almaqda köməklik edə biləcəyini bildirmişdir.Daha sonra Ramal ilkin olaraq 2200 manat məbləğində ödəniş etməklə “MİDA” yaşayış kimpleksində olan sosial evlərin Hövsan qəsəbəsində yerləşən kompleksində olan mənzillərindən birini təklif etmişdir. Ramal evin ümumi olaraq 86.000 manata başa gələcəyini və ümumi olaraq 3 otaqdan ibarət olacağını bildirmişdir. Ramala inandığı üçün onunla razılaşmışdır. 2021-ci ilin aprel ayının ortalarında Ramalın idarə etdiyi “Daewoo Gentra” markalı **-SX-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində onun ilə birlikdə metronun “Həzi Aslanov” stansiyası yaxınlığında anket məlumatlarını bilmədiyi Ramalın Elsevər kimi təqdim etdiyi şəxs ilə görüşmüşdür. İçərisinə 2.200 manat pul qoyduğu zərfi Ramala vermiş, o da həmin zərfi avtomobilin arxa sərnişin oturacağında əyləşən şəxsə vermişdir. Bundan sonra Ramala şəxsiyyət vəsiqəsinin surətini və 4 ədəd 3x4 ölçüdə fotoşəkilini vermişdir. 2021-ci ilin may ayının ortalarında Ramal evin ödənişi üçün 5.000 manat pul vermişdir. 2021-ci ilin iyun ayının əvvəllərində Ramala iş yerinin qarşısında 3.000 manat pul vermişdir. Sonuncu dəfə 2021-ci ilin iyul ayının əvvəllərində iş yerinin qarşısında 2.300 manat pulu Ramala vermişdir. Bundan sonra Ramal ilkin ödənişi hissəli şəkildə olsada tam olaraq ödədiyini və binanın tikilməkdə olduğunu, 6 aydan sonra təhvil veriləcəyini ondan sonra aylıq 340 manat ödəyəcəyini bildirmişdir. Sonradan binada gecikmələr olduğu üçün təhvil-təslimin 1 il sonra olacağını demişdir. 2022-ci ilin mart ayının əvvəlllərində Ramal anasının xəstə olmasını deyərək 6.000 manat pul məbləğini borc qismində almışdır. Uzun müddət keçməsindən narahat olduğu üçün Ramala şübhələndiyi bildirən zaman Ramal aldığı ümumilikdə 12.500 manat pul məbləğini Yasamal rayonu ərazisində yerləşən “Kaktus” aptekinin yaxınlığında yerləşən ofisdə ev alqı-satısı ilə məşğul olan Elsevərə verməsini həmin şəxsin isə vəfat etməsini bildirmişdir. Ramalın sözünü qeyri-səmimi olaraq qəbul etmiş və inanmamışdır. Bundan sonra Ramal Suraxanı rayonu, Hövsan qəsəbəsində Elsevərin atasının yaşadığı Lətif adlı şəxsin evinə aparmışdır.Yolda olan zaman Ramal Lətifə bütün pulların Elsevərə verməsini və həmin şəxsədn atası kimi pullarını geri tələb etməsini bildirmişdir. Lətif adlı şəxsin evində olan zaman sonuncu oğlu Elsevərin ürək çatışmazlığından vəfat etməsini bildirmişdir. Evdə olan zaman divardan bir nəfər şəxsin fotoşəkilinin asıldığını görmüşdür. Bu barədə Lətifdən fotoşəkilin kimə məxsus olamsını soruşduqda, Lətif həmin fotoşəkildəkinin oğlu Elsevər olmasını bildirmişdir. Bundan sonra həmin şəxsin avtomobildə olan şəxs olmamasını bildirmişdir.Həmin vaxt Ramal səssiz qalmış və hər hansı cavab verməmişdir. Avtomobillə geri qayıdarkən Ramal aldığı 2200 manatı Elsevərə verəsədə onun həmin puluda geri qaytardığını bütün pullarıda heç kəsə vermədən anasının müalicəsinə və digər şəxsi işlərinə sərf etdiyini bildirmişdir. Hal-hazırda təqsirləndirilən şəxs ilə barışmışdır. Ona vurulmuş zərər tam olaraq ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 ifadəsində qeyd etmişdir ki, 11 ildir ki, Xətai rayonu ərazisində yerləşən 315 saylı uşaq baxçasında tərbiyəçi-müəllimə vəzifəsində işləyir. Təxminən 5 ildir ki, Zərərçəkmiş şəxs ilə birlikdə işləyir və iş yoldaşı olaraq yaxşı münasibətləri vardır. Gülnarın həyat yoldaşından ayrıldığı və iki övladının olması məlumdur. Bundan başqa Ramal adlı şəxslə qeyri-rəsmi ər arvad münasibətində olmasını bilmişdir. Təxminən iki il öncə Gülnar Suraxanı rayonu Hövsan qəsəbəsində olan evini 18.500 manata satdığını və Suraxanı rayonu, Hövsan qəsəbəsində “MİDA” yaşayış kompleksindən ev almaq istədiyini demişdir. Dəqiq tarixi bilmədiyi vaxtlarda Ramal işlədikləri baxçanın önünə gəlmiş və Gülnardan pulları alıb getmişdir. Gülnar Ramalın köməkliyi ilə Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən “MİDA” yaşayış kompleksindən ev aldığını bildimişdir. Ramal müxtəlif vaxtlarda baxçanın qarşısına gələrək guya Gülnarın almış olduğu evin aylıq ödənişlərini alıb getdiyi məlum olmuşdur. 2021-ci ilin konkret tarixi xatırlamadığı vaxtda Ramal baxçanın qarşısında Gülnardan evə kombi istilik sistemini quraşdırmaq adı ilə 2.500 manat pulu alıb getmidşri. Həmin vaxt Gülnar Ramalın guya evdə istilik sisteminin quraşdırılması üçün qabaqcadan pulun ödənməli olduğunu dedikdə Ramaldan şübhələnmişdir. Əvvəllərdə özünə məxsus ev satıb daha sonra başqa ev aldığı üçün bu sahədə məlumatı olduğu üçün bunun çox absurd olduğunu düşünmüşdür və bu barədə Gülnara demişdir. Lakin buna baxmayaraq həmin pulun Gülnar tərəfindən Ramala verilməsinin şahidi olmuşdur. Hətta danışıqlarının birində Gülnar Ramal ilə birlikdə qeyd olunan ünvana getdiklərini orada Ramal aşağıdan Gülnara ona məxsus olan evi göstərməsini bildirmişdir. Bundan sonra Gülnarın yanında MİDA” yaşayış kompleksinin baş ofisinə zəng vurmuş, orada Gülnarın anket məlumatlarını bildirsədə həmin yaşayış kompleksində Gülnara məxsus evin olmadığını bildirmişdirlər. Bir müddət sonra Ramalın Gülnarı aldadaraq ümumilikdə 12.500 manat pulunu ələ keçirməsi və verdiyi sözə əməl etməməsi məlum olmuşdur. Hətta bundan sonra 2022-ci ildə Ramalın Gülnardan əlavə 6000 manatı borc olaraq alması həmin pul məbləğini geri qaytarmaması məlum olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin başlanması və istintaq aidiyyatı üzrə göndərilməsi haqqında 23 fevral 2024-cü il tarixli qərardan görünür ki, vətəndaş X2 müraciəti əsasında toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması qərara alınmışdır ( i.v. 1); 01 mart 2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə X4 zərərçəkmiş şəxs qismində tanınmışdır. (i.v 29-30) 05 fevral 2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs, X3 dələduzluq yolu ilə ələ keçirdiyi 12500 manat puldan 2500 manatını ödəmişdir.(i.v 41) 02 mart 2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs X3 vurduğu ziyandan 2500 manat ödəmişdir. (i.v 42) 14 mart 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək şübhəli şəxs qismində 14 mart 2024-cü il tarixdə saat 18:30-da tutulmuşdur.(i.v 58-59) 16 mart 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmişdir.(i.v 75-76) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-216/2024 saylı, 16 mart 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 14 mart 2024-cü il tarixdən hesablanmaqla istintaq müddətinin sonuna kimi olmaqla 02 ay 08 gün müddətində həbs qətimkan tədbiri seçilmişdir. (i.v 97-101) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 18 mart 2024-cü il tarixli tələbnamənin cavabından görünür ki, Təqsirləndirilən şəxs 23 dekabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuşdur (i.v 103) 05 aprel 2024-cü il tarixli Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin qərarından görünür ki,Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə həmin məcəllənin 128-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilmişdir.(i.v 108-109) 13 aprel 2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs X3 vurduğu maddi ziyandan 3750 (üç min yeddi yüz əlli) manatını ödəmişdir.(i.v 112) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-285/2024 saylı, 16 aprel 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, ev dustaqlığında saxlanılma müddəti 22 may 2024-cü il tarixədək müəyyən edilmişdir. (i.v 113-119) 23 aprel 2024-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, X2 təqdim etdiyi “Təqsirləndirilən şəxs “WhatsApp” vasitəsilə göndərdiyi səslərin olduğu bir ədəd CD-R diskə baxış keçirilmişdir. Baxış zamanı mətinlərdə X4 ilə Təqsirləndirilən şəxs arasında pul barədə səs yazışmaları vardır və məzmunu aşağıdakılardır. Təqsirləndirilən şəxs: “Guya mənim tutulmağımın sənə nəsə xeyri var?” “Mən tutulub getdim 3 ay, 5 ay, 1 il içəridə qaldım sənin əlinə nə keçəçək?”, “Bir dənə anam xəstədi o mənim vecimədi yoxsa bilirsən ailə uşaq zad mənə elədə önəmli deyil tutulmaqdan qorxmuram mənim üçün fərqi yoxdu”, “Allaha and olsun yenə sənə deyirəm ən azından 10.000 manatını geri qaytaracam narahat olma satan kimi 10.000 manatını verəcəyəm.” “Mənim evdə ağır xəstəm var mənim başıma bir iş gəlsə ona kim baxar, özündə bilirsən ona baxan yoxdur, istəyirsən maaş kartımı verim sənə özündə görürsən işləyirəm, istəyirsən anamın pensiya kartını verim sənə oradan pulu götür mən qaçmıram, danmıram elədiyimi, demişəm həmişəki sən nə deyirsən düz deyirsən” deməsi diskdə olan digər səs yazılarında müxtəlif vaxtlarda verilən pul məbləğinin ələ küçirməsi və pulun qaytarılması istiqamətində addımlar atması barədə müxtəlif bəhanələr gətirərək müddəti uzatması əks olunmuşdur.(i.v 120) Təqsirləndirilən şəxs “WhatsApp” vasitəsilə X3 göndərdiyi səslərdə onların “WhatsApp” da yazışdığı sms mətinlərinin məzmunu ilə eynidir. 23 aprel 2024-cü il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs X3 vurduğu maddi ziyandan 1.800 (min səkkiz yüz) manatını ödəmişdir.(i.v 122) AZE12055809 və AA3523874 seriya nömrəli şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018-cü il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X6 övladları vardır. (i.v.131) 26 aprel 2024-cü il tarxli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs X3 vurduğu maddi ziyandan 1.200 (min iki yüz) manatını ödəmişdir.(i.v 132) 30 aprel 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılması, toplanmış sübutların məcmusu ilə təsdiq edildiyindən zərərçəkmiş şəxs qismində dindirimiş X4, şahid qismində dindirilmiş Şahid1,Şahid2 ifadələri və üzləşdirmə protokolu sübut növü kmi qiymətləndirilməsi, X7 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işində olan 01 ədəd CD-R formatlı disk sübut əhəmiyyət kəsb etdiyindən, maddi sübut kimi tanınması, istintaq materiallarına əlavə edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.2-ci maddələri ilə cinayət işinin başlanması rədd edilməsi, zərərçəkmiş şəxs X3 Təqsirləndirilən şəxs borc qismində 6000 manat məbləğində pul alması xüsusatı ilə bağlı mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə olunması, qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Xətai rayon prokuroruna göndərilməsi qərara alınmışdır.(i.v 135-142) Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 31 may 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Zərərçəkmiş şəxs X4 tərəfindən məhkəməyə təqdim edilmiş 11 oktyabr 2024-cü il tarixli ərizdən görünür ki, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, ona dəymiş zərər tam olaraq ödənilmiş, barışmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsinə əsasən xeyli miqdarda zərər vurmaqla dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə- dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 59.1.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirci hal kimi nəzərə alınır. 59.1.14-cü maddəsinə əasən cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsi və ya ziyanın azaldılması ilə nəticələnmiş digər hərəkətlərin edilməsi cəzanı yüngülləşdirici hal kimi nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olmasını (CM-59.1.4), zərərçəkmiş şəxs ilə barışmasını(CM 59.1.12) cinayət nəticəsində dəymiş ziyanın tam ödənilməsini (59.1.13) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, cəmiyyətdən tam təcrid edilmədən də islah olunması mümkün olduğu nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında olduğu müddət ona təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2nda çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə həvalə edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş “Kiçikbəyov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi 40 (qırx) saat üçün nəzərdə tutulan 240 (iki yüz qırx) manat məbləğində pul ödənilməlidir İş üzrə məhkəmə məsrəfi və müsadirə ediləcək əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə və ev dustaqlığında olduğu 06 (altı) ay 27 (iyirmi yeddi) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın bir günə iki gün hesabı ilə hesablanmaqla 1 (bir) il 01(bir)ay 24(iyirmi dörd) gün müddət ona təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 10(on) ay 06(altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2nı axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri höküm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş “Kiçikbəyov və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi 40 (qırx) saat üçün nəzərdə tutulan 240 (iki yüz qırx) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sülhanə Hacıyeva
Məhkəmə qərarları › İş №1(011)-324/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-324/2024
11.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver