Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-325/2020 20.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X8, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi və vəkili X11, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1974-cü il tarixdə Füzuli rayonunda anadan olmuş, subay, orta təhsilli, “X27”-da xəstə baxıcısı işləyən, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, Füzuli rayonu, Dilağarda kəndində qeydiyyatda olan, ünvan 1 mənzil 895 ünvanında yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmək yolu ilə ələ keçirmək qərarına gəlib, bu məqsədlə tanışı Zərərçəkmiş şəxs Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində işləyən tanışlarının vasitəsi ilə məcburi köçkünlər üçün nəzərdə tutulan mənzil təşkil edəcəyi barədə vəd verib aldatmaqla, ondan vahid niyyətlə xx xxxxx 2018-ci il tarixdə saat 18 radələrində ünvan 2 mənzil 638 ünvanında 7000 manat, xx xxxxx 2020-ci il tarixdə saat 21 radələrində isə yaşadığı ünvan 3 ünvanında cinayətkar niyyətindən xəbərsiz olan Zərərçəkmiş şəxs bacısı oğlu Şahid2 vasitəsi ilə 3000 manat məbləğlərində pul alaraq ümumilikdə Zərərçəkmiş şəxs xeyli miqdar hesab edilən 10.000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin dolayı etirafı, zərərçəkmiş şəxsin, şahidlərin və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Füzuli rayonu, Dilağarda kəndində qeydiyyatda olsa da 2017-ci ilin dekabr ayından etibarən dövlət tərəfindən verilmiş ünvan 10 mən 895 ünvanında yaşayır. Həmin mənzildə qızı X4 və əri X6 ilə birlikdə yaşayır. Oğlu Şahid3 həmin ərəfədə onlar kimi dövlət hesabına yaşadıqları binadan mənzil almış Şahid5 ilə tanış olmuş və onlar qeyri-rəsmi olaraq bir yerdə yaşamağa başlamışlar. Belə ki, oğlu Gülyanəyə dövlət tərəfindən verilmiş həmin mənzildə yaşamağa başlamışdır. Zərərçəkmiş şəxs da o, həmin mənzilə gedib-gələrkən tanımışdır. Xurşud Gülyanənin xalasıdır. 2018-ci ilin əvvəllərində Gülyanənin anası Pərvanə ona demiş ki, oğlu Tahir Xurşuddan yaşadıqları binadan mənzil almaq üçün 10.000 manat məbləğində pul almışdır. O bu barədə Tahirlə danışmış, Tahir isə ona bildirmişdir ki, pulu Xurşuddan almışdır və nə vaxt mənzil tapılarsa bu məsələni həll edəcəkdir. Onda olan məlumata əsasən Tahir 10.000 manat məbləğində pulu Xurşuddan Gülyanənin yaşadığı ünvan 5 mənzil 638 ünvanında almışdır. Lakin Tahir həmin pulu ödəməmişdir. Daha sonra Zərərçəkmiş şəxs pulunu ondan tələb etməyə başlamışdır. Cinayət işi başlandıqdan bir müddət sonra o, Zərərçəkmiş şəxs 2.000 manat məbləğində pulu qızı Muradova Fatmanın və həmçinin Xurşudun qardaşının işitrakı ilə Xalqlar dostluğu metrostansiyasının yaxınlığında qaytarmışdır. X17 8.000 manat məbləğində borcu qalmışdır. Həmin pul onun oğlu Tahirə verilmişdir. Lakin həmin pulu ödəməyi öz öhdəsinə götürmüşdür. Vurulmuş ziyandan 2.000 manat ödənilmişdir. Qalıq qalan 8000 manat pulu isə imkanı olmadığından ödəyə bilməmişdir. Zərərçəkmiş şəxs ilə aralarında heç bir ədavət yoxdur. Bu hadisədən qabaq yaşadıqları binadan məcburi köçkünlər üçün mənzil təşkil etmək məqsədi ilə oğlu Tahirə Şahid2 10.000 manat pul vermişdir. Cavid şikayət etməsin deyə bir müddət sonra həmin pulu o, Cavidə şəxsən yaşadığı mənzildə qaytarmışdır. Oğlu Tahirin heç yerdə işləmədiyini, ev alqı-satqısı ilə məşğul olmadığını qeyd etmişdir. Daha sonra son sözündə Təqsirləndirilən şəxs dələduzluq etmədiyindən əməlindən peşman olmamasını qeyd etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Füzuli rayonu, Üçbulaq kəndində qeydiyyatda olsa da məcburi köçkün kimi müvəqqəti olaraq qardaşı Şahid6 yaşadığı ünvan 6 ünvanında yaşayır. Özü təqaüdçüdür, heç bir yerdə işləmir, əri X19 1999-cu ildə vəfat etmişdir, övladı yoxdur. 2017-ci ilin dekabr ayında bacısı qızı Şahid5 Azərbaycan Respublikasının Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət edərək dövlət hesabına mənzil əldə etmişdir. Belə ki, Gülyanənin iki azyaşlı övladı olduğundan və tək ana olduğundan onun müraciətinə baxılmışdır və Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən 2347 saylı yaşayış binasından, 638 nömrəli mənzil ona verilmişdir. Həmin mənzildə bacısı Şahid1 və onun oğlu Şahid2 da həmçinin yaşayırlar. 2018-ci ilin mart ayında bacısı Pərvanənin yaşadığı həmin mənzilə qonaq getmişdir. Onlarda olarkən əvvəllər tanımadığı, lakin sonradan bacısı Pərvanənin əri İslamın yaxın dostluq münasibətində olduğu Tanrıverdinin arvadı olmasını və əslən Füzuli rayonundan olmasını öyrəndiyi, Pərvanənin qonşusu Təqsirləndirilən şəxs da gəlmişdir. Həmin vaxt mənzildə bacısı Pərvanə, bacısı qızı Gülyanə və bacısı oğlu Cavid də olmuşdur. Söhbət əsnasında o, mənzil probleminin olduğunu, həmçinin Azərbaycan Respublikasının Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etmiş bacısı qızı Gülyanə kimi mənzil əldə etmək istədiyini bildirmişdir. Bu zaman Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət edib, həmin binadan hazırda yaşadığı mənzili aldığını, həmçinin əri ilə nikahlarına xitam verildiyindən, bu səbəbdən də tək qadın olduğundan mənzili həmin Komitədə işləyən tanışlarının vasitəsi ilə ala bildiyini demişdir. Bundan sonra Nüşabə onun da tək qadın olduğundan həmin Komitədə işləyən tanışlarının vasitəsi ilə mənzil ala biləcəyini bildirmişdir. Həmçinin Nüşabə ona həmin Komitədə işləyən tanışı vasitəsi ilə 10.000 (on min) manat məbləğində pul müqabilində bir otaqlı həmin binadan məcburi köçkünlər üçün nəzərdə tutulmuş mənzili ala biləcəyini bildirmişdir. O isə bacısı Pərvanə ilə bir binada yaşamaq üçün, həmçinin Nüşabəyə etibar etdiyindən, onun dedikləri ilə razılaşmış və pul əldə edib ona verəcəyini bildirmişdir. Həmin gün bir neçə saatdan sonra bacısının evini tərk etmiş və müvəqqəti yaşadığı qardaşının mənzilinə getmişdir. O mənzil əldə etmək üçün Nüşabənin dediyi miqdarda pul yığmağa başlamışdır. Belə ki, qardaşının oğlu X2 onun xahişi ilə hazırda xatırlamadığı bankdan öz adına ona vermək məqsədi ilə 7000 (yeddi min) manat məbləğində pul götürmüşdür. Həmin pulu ona vermişdir. O, qardaşı oğluna pulla nə edəcəyi barədə heç bir məlumat verməmişdir. 2018-ci ilin aprel ayının 3-də saat 18 radələrində o, 7000 (yeddi min) manat məbləğində pulu götürüb, bacısı Pərvanəgilə getmişdir. Bu zaman mənzildə bacısı Pərvanə, onun oğlu Cavid və qızı Gülyanə olmuşdur. O, bacısına pul gətiridiyini bildirdikdən sonra, bacısının nəvəsi azyaşlı Əlini qonşuları Nüşabəni çağırmağa göndərmişdir. Bir neçə dəqiqə sonra Nüşabə gəlmiş və o gətirdiyi 100-lük əsginazlardan ibarət 7000 (yeddi min) manat məbləğində pulu, Nüşabənin istəyi ilə ona məxsus şəxsiyyət vəsiqəsini, ona məxsus məcburi köçkünlər üçün vəsiqəni və Füzuli rayonunda yaşamağını təsdiq edən yaşayış yerindən arayışı Nüşabəyə məcburi köçkünlər üçün nəzərdə tutulmuş mənzil əldə etmək üçün vermişdir. Həmçinin Nüşabəyə bildirmiş ki, qalan 3000 (üç min) manat məbləğində pulu Nüşabəyə göndərəcəkdir. Nüşabə isə razılaşmış və pulu mənzildə olan şəxslərin iştirakı ilə götürüb getmişdir. Aralarında heç bir sənəd tərtib edilməmişdir. Bundan sonra o, müvəqqəti yaşadığı qardaşı evinə getmişdir. Təqaüdü ilə yığdığı və qardaşı evində saxladığı müxtəlif əsginazlardan ibarət olan 3000 (üç min) manat məbləğində pulu növbəti gün onun xahişi ilə bacısı oğlu Cavid yaşadığı qardaşının evinə gəlib ondan götürmüş və aparıb qonşuları Nüşabəyə vermişdir. Qeyd etmiş ki, Nüşabəyə 7000 (yeddi min) manat məbləğində pulu və sənədləri verdiyi vaxt Nüşabə ona binada təmir işlərinin getdiyini bildirmiş və 2018-ci ilin may-iyun aylarında məcburi köçkünlərə verəcəklərini bildirmişdir. Həmin tarixlərdə də ona həmçinin mənzil veriləcəyini bildirmişdir. Lakin 2018-ci ilin avqust ayına qədər gözləmiş, Nüşabədən bir xəbər çıxmamışdır. Nüşabə ilə bir neçə dəfə bacısıgildə və Nüşabənin evində görüşmüş, mənzilin nə vaxt veriləcəyini soruşmuş, lakin Nüşabə müxtəlif bəhanələr gətirərək, tezliklə mənzil veriləcəyini bildirərək onun pulunu ələ keçirmişdir. Nüşabədən ona məxsus şəxsiyyət vəsiqəsini və ona məxsus məcburi köçkünlər üçün vəsiqəni verdiyi tarixdən təxminən bir il sonra ala bilmişdir. Bu günə kimi ondan pulunu tələb etsə də, Nüşabə pulunu qaytarmamışdır. Onda olan məlumata əsasən bacısı Pərvanənin oğlu Şahid2 da eyni ilə onun kimi həmin binadan məcburi köçkünlər üçün nəzərdə tutulmuş mənzil almaq məqsədi ilə Təqsirləndirilən şəxs 2018-ci ilin yanvar ayında 10.000 (on min) manat məbləğində pul vermişdir. X25 aldadıb heç bir mənzil təşkil etməmişdir. Buna baxmayaraq bir il sonra Nüşabə qohumlarının təzyiqi ilə Cavidin pulunu qaytarmışdır. Təqsirləndirilən şəxs izahatında göstədikləri tamamilə yalandır, çünki, o, Nüşabənin oğlu Tahiri ümumiyyətlə tanımır və ona ev almaq üçün heç bir məbləğdə pul verməmişdir. Təqsirləndirilən şəxs məsuliyyətdən yaxa qurtarmaq üçün belə bir izahat vermişdir. 2020ci ilin mart ayındaTəqsirləndirilən şəxs dələduzluq yolu ilə ona vurduğu 10000 manat ziyandan2000 manatını geri qaytarmışdır. Qalan 8000 manat ziyanı qısa müddətdə qaytarmağına söz verməsinə baxmayaraq üç ilə yaxındır ki, qaytarmayaraq onu çox acınacaqlı vəziyyətə salmışdır. Bütün bu istirabları, sarsıntıları uzun müddət onun ucbatından çəkdiyi nəzərə alaraq Təqsirləndirilən şəxs ağır həddə cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, məcburi köçkün kimi müvəqqəti olaraq qızı Şahid5 Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi, ev 2347-də 638 nömrəli mənzilində yaşayır. Həmin mənzildə qızı Gülyanə və onun övladları X20 və X14, həmçinin qızının əri Şahid3 ilə birlikdə yaşayırlar. Qızına həmin mənzil 2017-ci ilin dekabr ayında Azərbaycan Respublikasının Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etdikdən sonra dövlət hesabına verilmişdir. Həmin mənzilə onlar birlikdə köçdükdən sonra qızı birinci ərindən boşanmış və qonşuluqda yaşayan Şahid3 ilə dini nikaha daxil olmuşdur. Lakin həmin nikah dövlət qeydiyyatına alınmamışdır. Şahid3 anası Təqsirləndirilən şəxs həmin mənzilə köçdükdən sonra tanımış və onun oğlu Tahirlə onun qızı Gülyanə evlənmişlər. Bundan sonra onlarla münasibətləri yaranmışdır. Oğlu Şahid2 2018-ci ilin yanvar ayında mənzillə bağlı problemləri olduğundan bir müddət onların yaşadığı və qızına dövlət tərəfindən verilmiş mənzildə ailəsi ilə birlikdə yaşamışdır. 2018-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs onların yaşadığı mənzilə qonaq gəlmişdir. Bu zaman onun oğlu Cavid də orada olmuşdur. Nüşabə oğlunun mənzil problemin olduğunu bilirdi. Ona görə də oğlu Cavidə başqa yerdən mənzil axtarmamağını və Azərbaycan Respublikasının Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində işləyən tanışlarının vasitəsi ilə ona bacısı Gülyanənin yaşadığı binadan mənzil təşkil edə biləcəyini demişdir. Nüşabə Cavidə bu iş üçün 10.000 manat məbləğində pulun lazım olduğunu bildirmişdir. Cavid mənzilə ehtiyacı olduğundan Nüşabə ilə razılaşmış və pulu Nüşabəyə çatdıracağını söz vermişdir. Nüşabə Cavidə həmçinin müvafiq sənədləri hazırlamağı tapşırmışdır. Söhbət olarkən mənzildə o və qızı Gülyanə də olmuşlar. Sonra ona məlum olmuş ki, oğlu Cavid “Kapital Bank”dan arvadı Kərimova Ülviyyə Böyükağa qızının adına götürdüyü krediti və atası X9 ona verdiyi pulları toplayıb, Nüşabəyə onun yaşadığı mənzildə sənədlərlə birlikdə vermişdir. Cavid ona bildirmiş ki, Nüşabəyə ümumilikdə 10.000 manat məbləğində pul vermişdir. O, oğlu Cavidin mənzil alacağını gözləyən vaxt 2018-ci ilin mart ayının sonlarında bacısı X1 rayonundan Bakı şəhərinə onlara yaşadığı mənzili almaqları münasibəti ilə təbrik etmək üçün gəlmişdir. Mənzildə olarkən Təqsirləndirilən şəxs də həmçinin oraya qonaq gəlmişdir. Oğlu Cavid bacısı Xurşuda tezliklə Nüşabənin Azərbaycan Respublikasının Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindəki tanışları vasitəsi ilə həmin binadan mənzil alacağını bildirmişdir. Bacısı Xurşud da həmin binadan mənzilə sahib olmaq istədiyini onlara demişdir. Söhbət əsnasında Nüşabə bacısı Xurşuda da mənzil təşkil edə biləcəyini, bunun üçün 10.000 məbləğində pul lazım olduğunu bildirmişdir. Onlar Nüşabəyə inandıqlarından və qohumluq əlaqələri olduğundan bacısı Xurşud Nüşabə ilə razılaşmışdır. Xurşud tezliklə pulu ona çatdıracağını bildirmişdir. Bu söhbətə o, qızı Gülyanə və oğlu Cavid şahid olmuşlar. 2018-ci ilin aprel ayının 3-də bacısı Zərərçəkmiş şəxs onların yaşadığı mənzilə gəlmiş və Nüşabəyə vermək üçün 7000 manat məbləğində pul və sənədlərini gətirdiyini bildirmişdir. Daha sonra Nüşabəni çağırmışlar və Nüşabə də onların mənzilinə gəlmişdir. Bacısı Xurşud gətirdiyi 7000 manat pulu və sənədlərini onun, qızı Gülyanənin və oğlu Cavidin şahidliyi ilə Nüşabəyə vermişdir. Növbəti gün isə qalıq qalmış 3000 manat məbləğində pulu da ödəyəcəyini söz vermişdir. Daha sonra o eşitmiş ki, bacısı Xurşud oğlu Cavidə 3000 manatı ondan götürüb Nüşabəyə verməyini xahiş etmiş və Xurşudun xahişi ilə oğlu Cavid həmin pulu götürüb Nüşabəyə onun yaşadığı mənzil də vermişdir. Beləliklə oğlu Cavid və bacısı Xurşud həmin binadan məcburi köçkünlər üçün nəzərdə tutulmuş mənzillərdən onlara veriləcəyini gözləməyə başlamışlar. 2018-ci ilin iyul ayının ortalarında onlar narahat olmağa başlamışlar. Çünki Nüşabə mayiyun aylarında oğluna və bacısına mənzil veriləcəyini söz versə də, artıq iyul ayı olmuşdur və heç bir mənzil verilməmişdir. Bu barədə onlar Nüşabəyə bildirmişlər, lakin Nüşabə müxtəlif bəhanələr gətirərək bir az da gözləmələrini bildirmişdir. Bir müddət sonra oğlu əsəbiləşərək Nüşabənin mənzilinə getmiş və pulunu təkidlə ondan tələb etmişdir. Bundan sonra Nüşabə oğlu Cavidi yaşadığı mənzilə çağırıb 10.000 manat məbləğində pulu tam olaraq qaytarmışdır. Buna görə də Cavid pulunun ələ keçirilməsi ilə bağlı hüquq-mühafizə orqanlarına müracit etməmişdir. Lakin Nüşabə bacısı Xurşudun pulunu qaytarmamışdır. Sonradan ona məlum olmuşdur ki, 2020-ci ilin mart ayında Təqsirləndirilən şəxs bacısı Xurşudun 2000 manat pulunu qaytarmışdır. 8000 manat pulu isə hələ də qaytarmamışdır. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs oğlu Şahid3 ilə heç bir tanışlığı yoxdur. Tahir anası Təqsirləndirilən şəxs müdafiə etmək istədiyindən onlar belə bir izahat vermişlər. Şahid3 izahatında göstərdikləri tamamilə yalandır. Belə bir şey baş verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hazırda məcburi köçkün kimi müvəqqəti olaraq ünvan 7 ünvanında yerləşən Bakı Rabitə Kollecinin yataqxanasında müvəqqəti olaraq ailəsi ilə birlikdə yaşayır. Özü evlidir və bir övladı vardır. “X21” MMC-də dəzgah operatoru işləyir. 2017-ci ilin dekabr ayında bacısı Şahid5 Azərbaycan Respublikasının Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət edərək dövlət hesabına mənzil əldə etmişdir. Belə ki, Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində yerləşən 2347 saylı yaşayış binasından, 638 nömrəli mənzil ona verilmişdir. Bu mənzildə anası Şahid1 və bacısı Şahid5 yaşayırdılar. anasından və bacısından xahiş etmiş ki, mənzil tapana qədər onların yaşadığı dövlət tərəfindən verilmiş həmin mənzildə ailə ilə birlikdə yaşasın. Onlar buna razılıq vermişlər və o, həmin mənzildə yaşamağa başlamışdır. Həmin binada yaşayarkən əvvəllər anadan olduğu Füzuli rayonundan tanıdığı Təqsirləndirilən şəxs da həmin binadan dövlət hesabına mənzil alıb yaşadığını öyrənmişdir. Bir müddət sonra Nüşabə özü bacısının mənzilinə bir neçə dəfə gəlib-getmişdir. Nüşabə öyrənmişdir ki, o, mənzil axtarır. 2018-ci ilin yanvar ayının əvvəllərində yaşadığı ünvan 5 mənzil 638 ünvanında olarkən Təqsirləndirilən şəxs da oraya gəlmişdir. Bu zaman həmin mənzildə bacısı Gülyanə və anası Pərvanə də var idi. Nüşabə ona başqa yerdən mənzil axtarmamağını və Azərbaycan Respublikasının Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində işləyən tanışlarının vasitəsi ilə ona bacısı Gülyanənin yaşadığı binadan mənzil təşkil edə biləcəyini bildirmişdir. Bu iş üçün 10.000 manat məbləğində pulun lazım olduğunu bildirmişdir. O, mənzilə ehtiyacı olduğundan Nüşabə ilə razılaşmış və pulu ona çatdıracağını bildirmişdir. Həmin gündən sonra o, pul axtarmağa başlamış və “Kapital Bank”ın “Əhmədli” filialından 6400 manat məbləğində istehlak kreditini arvadı müəllimə işələyən Kərimova Ülviyyə Böyükağa qızının adına götürmüşdür. Həmin pulun üstünə Füzuli rayonu Zobcuq qəsəbəsində yaşayan atası X9 ona Bakı şəhərinə göndərdiyi 3000 manat pulu əlavə etmişdir. Beləliklə, o, topladığı 9400 manat pulu 2018-ci ilin yanvar ayının 19-da saat 21 radələrində Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xətai rayonu, Telnov 2347 ünvanında yerləşən binanın 6-cı blokunun 13-cü mərtəbəsindəki mənzildə özünə təkbətək vermişdir. Bu vaxt mənzildə onlardan başqa heç kim olmamışdır. Nüşabə pulu saymış və 600 manat pulun çatmadığını görüb qalan hissəsini də ondan istəmişdir. Bildirmiş ki, pul tam olmasa mənzili təşkil etmək mümkün olmayacaq. Bundan sonra o, həmin tarixdə bir neçə saat ərzində 600 manat pulu tapıb eyni qaydada Nüşabənin yaşadığı mənzildə ona vermişdir. Puldan əlavə Nüşabəyə onun təkidi ilə onun və arvadının şəxsiyyət vəsiqələrini, nikah şəhadətnaməsini, onun məcburi köçkün olmağını təsdiq edən vəsiqəni vermişdir. Nüşabə ona mart ayında Novruz bayramı qabağı qaçqınlara mənzil paylanacağını və həmin mənzillərdən birinin ona veriləcəyini bildirmişdir. Həmin gündən sonra o, ailə üzvlərinə bu barədə bildirmiş və mənzilin ona veriləcəyini gözləmişlər. 2018-ci ilin mart ayının sonlarında xalası Zərərçəkmiş şəxs Füzuli rayonundan bacısı Gülyanənin ev alması münasibəti ilə onlara gəlmişdir. Bu vaxt həmçinin qonşuları Təqsirləndirilən şəxs da onların mənzildə idi. Söhbət əsnasında xalası Xurşud onun da məcburi köçkünlər üçün ayrılmış mənzil əldə etmək istədiyini bildirmişdir. O, xalasına bildirmiş ki, Nüşabə onun üçün mənil təşkil edəcəkdir və bunun üçün Nüşabəyə 10000 manat məblğində pul vermişdir. Xalası Xurşud mənzillər paylandıqdan sonra ona çatmayacağından ehtiyat edib, Nüşabə ilə bu barədə danışmışdır. Belə ki, söhbət zamanı Təqsirləndirilən şəxs Xurşuda da onun kimi Azərbaycan Respublikasının Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində işləyən tanışları vasitəsi ilə ev təşkil edə biləcəyini bildirmişdir. Bunun üçün 10000 manat pulun tələb olunduğunu demişdir. X18 sözlərinə inanmış və onunla razılaşmış, tez bir zamanda 10000 manat pulu çatdıracağını söz vermişdir. Həmin vaxtdan sonra 2018-ci ilin aprel ayının 3-də xalası Xurşudun Nüşabəyə onların mənzillərində 7000 manat pul və sənədlər vermişdir. Növbəti gün xalası Xurşud ona zəng edib Nüşabəyə ev üçün verməli olduğu qalan 3000 manat pulu ondan götürüb Nüşabəyə çatdırmağını xahiş etmişdir. O isə Xurşudun xahişi ilə aprelin 4-də saat 21 radələrində xalası Xurşudun yaşadığı Nizami rayonu ərazisinə gedib, ondan 3000 manat pulu alıb Nüşabənin yaşadığı mənzilə getmişdir. Həmin pulu Nüşabəyə şəxsən vermişdir. Buna heç kim şahid olmamışdır. Beləliklə xalası Xurşud və o, Nüşabədən onlara ev verilməsi xəbərini gözləyirdilər. 2018-ci ilin iyul ayının ortalarında o narahat olmuşdur. Çünki, Nüşabə mart ayında ona mənzil veriləcəyini söz versə də, həmçinin xalasına söz versə də artıq iyul ayı olmuşdur və heç bir mənzil verilməmişdir. Bu barədə o, Nüşabəyə bildirmiş, lakin Nüşabə ondan gözləməyini bildirib, bəhanələr gətirmişdir. Həmçinin xalasını aldadaraq bəhanələr gətirmişdir. Daha sonra o əsəbləşmiş və Nüşabənin evinə gedib pulunu ondan tələb etmişdir. Nüşabə isə onun və xalasının pulunu qaytaracağını bildirmiş, təxminən bir həftə sonra Nüşabə onu yaşadığı mənzilə çağırmış və ona 100-lük əsginazlardan ibarət 10000 manat məbləğində pulu qaytarmışdır. O bunu xalasına dedikdə Xurşud ona bildirmiş ki, həmin pullar onun pullarıdır, çünki o da Nüşabəyə hamısı 100-lük əsginazlardan ibarət pul vermişdir. Nüşabənin onun 10000 manat pulunu ələ keçirməsi barədə o, hüquq-mühafizə orqanlarına şikayət etməmişdir. Çünki qaytaracağını söz vermişdir. Hazırda onun pulu tam olaraq qaytarıldığından Təqsirləndirilən şəxs şikayət etməmişdir. Təqsirləndirilən şəxs izahatında göstərdikləri tamamilə yalandır, çünki, xalası Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs oğlu Şahid3 ilə heç bir tanışlığı yoxdur. Həmçinin Şahid3 izahatında göstərdikləri tamamilə yalandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacısıdır. Ona məlum olmuşdur ki, 2018-ci ilin əvvəllərində bacısı Zərərçəkmiş şəxs və bacısı Pərvanənin oğlu Şahid2 Təqsirləndirilən şəxs onun Azərbaycan Respublikasının Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində işləyən tanışları vasitəsi ilə məcburi köçkünlər üçün nəzərdə tutulan binadan dövlət hesabına mənzil təşkil etmək üçün hər biri 10.000 manat məbləğində pul vermişdir. Lakin Təqsirləndirilən şəxs uzun müddətdən sonra Cavidin 10.000 manat məbləğində pulunu ödəmişdir. Amma bacısı Zərərçəkmiş şəxs pulunu qaytarmamışdır. Buna baxmayaraq Nüşabənin barəsində çox saylı şikayətlərdən sonra Nüşabə 2020-ci ilin mart ayının 3-də Nizami rayonu ərazisində yerləşən Xalqlar Metrostansiyasının yaxınlığında qızı Fatmanın və onun iştirakları ilə bacısı Xurşudun 2.000 manat məbləğində pulunu qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, özü subaydır və heç bir yerdə işləmir. Şahid5 ilə qeyri-rəsmi olaraq yaşayır. O, Gülyanənin ona dövlət tərəfindən məcburi köçkünlər üçün verilmiş mənzilində yaşayır. 2018-ci ilin mart ayında Zərərçəkmiş şəxs ümumilikdə 10.000 manat pul almışdır. Həmin pulu Xurşudun xahişi ilə qohumlarının yaşadığı binada ona mənzil tapmağı üçün almışdır. Həmin pulun 2.000 manatını qaytarmışdır. Qeyd etmiş ki, o, Xurşudu birbaşa görməmişdir. Həmin 10.000 manat məbləğində pulu ünvan 10 mənzil 895 ünvanında vermişdir. Həmin Xurşudun ona verdiyi 10.000 puldan o, 2.000 manatını qaytarmışdır. Qalanını isə xərcləmişdir. Buna görə də o, Xurşudun pulunu qaytara bilməmişdir. Sualları cavablandırarkən bildirmişdir ki, Şahid2 özü üçün mənzil tapmağı məqsədi ilə əvvəlcədən razılşadırılmış 10.000 manat məbləğində pulu ona verməmişdir. Zərərçəkmiş şəxs mənzil təşkil etmək üçün pulu anası Nüşabəyə yox, ona vermişdir. Zərərçəkmiş şəxs ilə 10.000 manat məbləğində pul qarşılığında ona mənzil təşkil etmək üçün aralarında heç bir şərt müəyyən edilməmişdir. Şahid ona verilən sualları cavablandırarkən Zərərçəkmiş şəxs ilkin olaraq 8000 min manat daha sonra isə 2000 manat aldığını göstərmişdir. Məhkəmə iclasında Şahid4 ifadəsi elan edilərək tədqiq edilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 2016-cı ilin noyabr ayından etibarən “xxxx” MTK-nın Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi 2347/48 saylı binasının komendantıdır. Məcburi köçkünlər 2017-ci ilin dekabr ayından etibarən dövlət hesabına həmin binaya köçmüşlər. Şahid3 o, sakin kimi tanımışdır. Onun ifadəsində göstərdiyi Rəşad adlı komendant odur. Orada başqa bir Rəşad adlı komendant olmayıb. Bundan başqa Tahirlə heç bir münasibətləri olmamışdır. Həmçinin Şahid3 ilə aralarında hər hansı mənzilin alqısatqısı ilə bağlı danışıq və ya razılaşma olmamışdır. Bu tamamilə yalandır. Məhkəmə iclasında Şahid5 ifadəsi elan edilərək tədqiq edilmişdir. Onun ifadəsi Şahid1 ifadəsinə oxşar olmuşdur. İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxsbarəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X5 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aldadaraq dələduzluq yolu ilə 10000 manat pulun özü yox guya oğlu Şahid3 tərəfindən alınması kimi verdiyi ifadəsini cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün verilmiş bir ifadə kimi qiymətləndirir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş və şahidlərin ifadələri iləTəqsirləndirilən şəxs Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində işləyən tanışlarının vasitəsi ilə məcburi köçkünlər üçün nəzərdə tutulan mənzil təşkil edəcəyi barədə vəd verib aldatmaqla, ondan vahid niyyətlə xx xxxxx 2018-ci il tarixdə saat 18 radələrində ünvan 2 mənzil 638 ünvanında 7000 manat, xx xxxxx 2020-ci il tarixdə saat 21 radələrində isə yaşadığı ünvan 3 ünvanında cinayətkar niyyətindən xəbərsiz olan Zərərçəkmiş şəxs bacısı oğlu Şahid2 vasitəsi ilə 3000 manat məbləğlərində pul alaraq ümumilikdə Zərərçəkmiş şəxs xeyli miqdar hesab edilən 10.000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etməsi tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin oğlu Şahid3 verdiyi ifadəsi tam təkzib edilmişdir. Şahid verdiyi ifadəsində ilkin olaraq 8000 manat daha sonra isə 2000 manat pulun zərərçəkmiş şəxsdən şəxsən aldığını bildirməsindən məlum olur ki, onun əsl həqiqətdə nə baş verdiyindən belə xəbəri yoxdur və bu cür ifadəni anasını qorumaq məqsədi ilə vermişdir.Belə ki,zərərçəkmiş şəxs tərəfindən ilkin olaraq 7000 manat daha sonra 3000 manat pulun verilməsi məhkəmə iclasında dindirilən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və hətta təqsirləndirilən şəxsin özünün ifadəsi ilə belə öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə Şahid3 verdiyi ifadəni möhtəbər sübut kimi qəbuledilməz hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin istintaq və məhkəmə baxışı zamanı verdiyi ifadələri, şahidlərin məhkəmə və ibtidai istintaq zamanı verdikləri ifadələri ilə, digər iş materialları ilə tamamilə sübuta yetirildi. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə tövsif edilmiş və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmamasını, dolayı etirafını, cinayət nəticəsində dəymiş ziyandan qismən ödəniş etməsini, ilk məhkumluğunu cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin nümayişkarcasına peşmanlıq hissi keçirməməsini bildirməsi, üç ilə yaxın müddətdə zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməməsi kimi hallar mütləq nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, ədalətli cəza cinayətə uyğun olduğu və təqsirləndirilən şəxsə törətdiyi cinayətin səbəb olduğu nəticələrinə uyğun hökm oxunduğu zaman bərpa olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkün deyildir, ona görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsbarəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından həbsə alınmalı, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə məsrəfləri və xüsusi müsdairə edilməli əmlak yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəza çəkmə müddətinin əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə məsrəfləri və xüsusi müsdairə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-325/2020
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-325/2020
20.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver