Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-325/2021 02.08.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1984-cü ildə Zəngilan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Zəngilan rayonu, Cahangirbəyli ərazi dairəsi, Tiri kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yerləşən 222 saylı uşaq bağçasında məskunlaşmış, barəsində “ev dustaqlığı” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda və şəraitdə, qanunsuz olaraq satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda 02 ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 0,957 qram və 0,820 qram ümumi təmiz çəkisi 1,777 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımış, 01 may 2021-ci il tarixdə saat 22:30 radələrində Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi 8, 222 saylı bağçanın yaxınlığında saxlanılaraq PB-nə gətirilmiş, üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən çıxardığı həmin 02 ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 0,957 qram və 0,820 qram ümumi təmiz çəkisi 1,777 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, boş vaxtlarında taksi fəaliyyəti ilə məşğul olub ailəsini dolandırır. O, uzun müddətdir narkotik vasitə olan heroin istifadə edir. Narkotik vasitə istifadəçisi olduğundan bir neçə gündən bir yaşadığı məhəllənin yaxınlığında yerləşən binanın qarşısından üzdən tanıdığı, Rövşən adlı şəxsdən narkotik vasitə olan heroin əldə edir. O, Rövşəndən narkotik vasitəyə olan tələbatını qarşılamaq üçün yaxınlaşıb pul müqabilində narkotik vasitə əldə etmişdir. 01 may 2021-ci il tarixdə narkotik vasitə tapmaq üçün axşam saatlarında məhəlləyə çıxmışdır. Onun yaşadığı məhəllənin yaxınlığında Rövşəni görüb yaxınlaşmışdır. Cibində pulu olduğundan 55 manata ondan 02 bükümdə narkotik vasitə olan heroin əldə etmişdir. O narkotik vasitəni evdə qəbul etdiyindən, evə getməyi qərara almışdır. Evə gedən zaman özlərini polis əməkdaşları kimi təqdim edən 2 nəfər ona yaxınlaşmış və birlikdə Xətai RPİnin 35-ci polis bölməsinə getməli olduğunu bildirmişlər. O da, qaçmağın mənasız olduğunu görüb polis əməkdaşları ilə razılaşmış və birlikdə 35-ci PB-nə getmişlər. Polis şöbəsinə gətirildikdən sonra orada ona vəkillər siyahısı təqdim edilmiş və siyahıda olan vəkillərdən istənilən vəkili seçə biləcəyi ona bildirilmişdir. O, dövlət hesabına istənilən vəkilin hüquqlarını müdafiə edilməsinə etirazının olmadığını bildirmişdir. Bundan sonra vəkil dəvət olunmuş, vəkilin və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış keçirilmişdir. Axtarış keçirilməmişdən əvvəl ona üzərində, paltarlarında qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya vardırsa təqdim etməyi təklif olunmuşdur. Bundan sonra o, əynində olan göy rəngli şalvarın sol yan cibindən 02 ədəd bükülünü çıxarıb masanın üzərinə qoymuş və həmin bükülülərdə narkotik vasitə olan kokos-yəni heroin olduğunu bildirmişdir. Daha sonra təqdim etdiyi həmin narkotik vasitə ekspertizaya göndərilmək üçün 01 ədəd kağız zərfdə qablaşdırılmış və möhürlənmişdir. Üzərində olan narkotik vasitəni Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsində yaşadığı məhəllədən Rövşəndən öz istifadəsi üçün almış, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xətai RPİ-nin 35-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyataxtarış tədbiri keçirilməsi üçün idarə rəhbərliyi tərəfindən müvafiq əmr imzalanmış və 2 nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. O, əməliyyat qrupunun rəhbəri, digər üzvü isə bölmənin sahə rəisi, polis mayoru Şahid2 olmuşdur. 01 may 2021-ci il tarixdə saat 22:30 radələrində zahiri əlamətlərinə görə Təqsirləndirilən şəxs oxşar şəxsi Xətai rayonu, İnqilab İsmaylov küçəsində yerləşən 222 saylı uşaq bağçasının yanında görüb saxlamışlar. Xidməti vəsiqələrini göstərərək özlərini həmin şəxsə təqdim etmiş və 35-ci polis bölməsinə dəvət etmişlər. Həmin şəxsin gətirilməsi ilə bağlı şöbə rəhbərliyinin adına raport yazmışlar. Polis şöbəsində məlum olmuşdur ki, həmin şəxs xx xxxxxxxx 1984-cü il tarixdə Zəngilan rayonu, Tiri kəndində anadan olmuş, Zəngilan rayonu, Tiri kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yerləşən 222 saylı uşaq bağçasında məskunlaşmış, evli, heç bir yerdə işləməyən Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması və üzərində şəxsi axtarış və götürmə aparılması zərurəti yarandığından müdafiəçi dəvət olunmuşdur. Onun, müdafiəçinin, Xətai RPİ-nin 35-ci PBnin sahə rəisi, polis mayoru Şahid2 iştirakı ilə videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı əvvəlcə Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş daha sonra üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir şikayət və vəsatətinin olmadığını bildirdikdən sonra əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 02 ədəd bükülünü çıxarmışdır. Ondan bükümlərdə nə olması soruşulduqda, Təqsirləndirilən şəxs bükümlərdə “kokos” yəni narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra həmin narkotik vasitələri nə məqsədlə və kimdən aldığını soruşduqda Təqsirləndirilən şəxs həmin narkotik vasitəni öz istifadəsi üçün, anket məlumatlarını bilmədiyi Rövşən adlı şəxsdən 222 saylı bağçanın yaxınlığından aldığını bildirmişdir. Bundan sonra təhqiqatçı həmin bükümləri elektron tərəziyə qoymuş və bükümlərin ümumi çəkisini müəyyən etmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 ədəd bükülü zərfə qoyularaq qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” möhürü ilə möhürlənmişdir. Həmin zərfin üzəri şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi və onlar tərəfindən imzalanmışdır. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və qanunla qadağan olunmuş heç bir əlavə əşya və predmet aşkar edilməmişdir. Şahid qismində dindirilmiş Xətai RPİ-nin 35-ci PB-nin sahə rəisi, polis mayoru, Şahid2 ibtidai istintaqda verdiyi və məhkəmədə tədqiq edilən ifadəsində şahid qismində dindirilmiş 35-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsinə uyğun ifadə verərək həmin xüsusatları bir daha təsdiq etmişdir (i.v.97-100); İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 02 may 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v.01); şübhəli şəxsin tutulması haqqında 01 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:30 radələrində CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 21); şəxsi axtarış və götürmə aparılması haqqında 01 may 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 02 ədəd bükümdə qəhvəyi rəngli, tozşəkilli narkotik vasitəyə bənzər kütləni təqdim etmiş və həmin bükümdə olan kütlələrin narkotik vasitə olan heroin olduğunu bildirmişdir(i.v.30-31); məhkəmə-kimyəvi ekspertizasının 02.05.2021-ci il tarixli, 6/1760 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “(imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,957 qr, 0,820 qr, ümumi təmiz çəkisi 1,777 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına daxildir(37-41); diskə baxış keçirilmə haqqında 02.05.2021-ci il tarixli protokoldan görünür ki, 01 ədəd CD formatlı diskə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 02 ədəd bükümdə qəhvəyi rəngli, tozşəkilli narkotik vasitəyə bənzər kütləni təqdim etmiş və həmin bükümdə olan kütlələrin narkotik vasitə olan heroin olduğunu bildirməsi öz təsdiqini tapmışdır(i.v.49-50); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, 03.05.2021ci il tarixdə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir(i.v.51-52); Bakı şəhəri Xətai rayon məhkəməsinin 03.05.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat və vəsatət təmin edilməmiş, Təqsirləndirilən şəxs dərhal məhkəmə zalından azad edilərək barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmişdir(i.v.72-77); Azərbaycan Respublikası BƏSİİ-dən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Bakı şəhəri Nizami rayon məhkəməsinin 08.06.2006-cı il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 21.06.2007-ci il tarixdə Milli Məclisin 08.06.2007-ci il tarixli Amnistiya qərarının 3.2-ci bəndinə əsasən cəzadan olunub(i.v.83-84, 90-92); məhkəmə-narkoloji ekspertizasının 05.05.2021-ci il tarixli, 1369 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v.94- 95); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 15.06.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 02 ədəd bükümdə ümumi təmiz çəkisi 1.777 qram olan narkotik vasitə olan heroin maddi sübut kimi tanınmış və qalıq qalmış 1,677 qram çəkidə narkotik vasitə olan heroin saxlanış üçün Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş, 01 ədəd “CD” formatlı disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir(i.v.105-111); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 1.777 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə – heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 08.06.2006-cı il tarixli hökmü üzrə olan məhkumluğu ödənildiyindən CM-nin 83.6-cı maddəsinə əsasən məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-nin 158.2.1,158.2.2,158.6, CM-nin 69.3), narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübutlar Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 02 ədəd bükümdə ümumi təmiz çəkisi 1.777 qram, tədqiqatdan sonra qalıq qalmış 1,677 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd “CD” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır (CPM-132), 81 (səksən bir) manat 82 (səksən iki) qəpik ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, HÖKM E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 01 may 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 02 ədəd bükümdə ümumi təmiz çəkisi 1.777 qram, tədqiqatdan sonra qalıq qalmış 1,677 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd “CD” formatlı diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat 82 (səksən iki) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov
Məhkəmə qərarları › İş №1(011)-325/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-325/2021
02.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver