Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-325/2023 10.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət verən - Məhərrəmova (Quliyeva) Nazlı Vaqif qızı, xüsusi ittiham qaydasında barəsində şikayət verilən – X20, müdafiəçisi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili X25 iştirakı ilə, xüsusi ittiham qaydasında X13 şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, m ü ə y y ə n e t d i: X24 xüsusi ittiham qaydasında şikayət ilə məhkəməyə müraciət edərək, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək, cəzalandırılması, X7 onun şəxsi həyatına aid olan intim xarakterli fotoşəkilləri yaymaqla, onu təhqir etməsi nəticəsində işgüzar nüfuzuna, şərəf və ləyaqətinə xələl gətirən, mənəviyyatına vurduğu psixoloji ziyanla əlaqədar olaraq 20000 manat məbləğində mənəvi təzminat alınaraq, ona verilməsi barədə müvafiq məhkəmə aktının qəbul edilməsini xahiş etmişdir. X24 şikayətini onunla əsaslandırmışdır ki, o, el-adət ənənəsi ilə X14 ailə həyatı qurmum və rəsmi qaydada nikaha girmişdir. Birgə nikahlarından iki azyaşlı övladları olmuşdur. Ailə daxili münasibətlərin çox gərgin olması səbəbindən X14 ilə 2016-cı ildən bir yerdə yaşamırlar və aralarında olan nikah formal xarakter daşıdığı üçün tərəfindən nikahın pozulmasına görə Məhkəməyə müraciət etmiş və rəsmi ayrılmışlar və hər iki uşaq onun himayə verilmişdir. X4 onun bacısı qızına etdiyi nəlayiq cinsi zorakılıq hərəkətlərinin araşdırılması üçün aidiyyəti üzrə polis orqanına şikayət etdiyini üçün Bakı şəhəri Xətai RPİ-də bununla əlaqədar cinayət araşdırması gedirdi. xx.xx.2022-ci il tarixdə o, cinayət işinin gedişatı ilə əlaqədar olaraq işini araşdıran Bakı şəhəri Xətai RPİ-nin əməkdaşı olan İlahi Heydərovun qəbuluna getmişdir. Söhbət zamanı İlahi Heydərov onun əxlaqsız formada çəkilmiş fotoşəkillərini ona təqdim edərək keçmiş həyat yoldaşı X14 və onun qardaşı X17 və onun atası X21 tərəfindən Bakı şəhəri Xətai RPİ-nə gətirilib yayıldığını bildirmişdir. Belə ki, Bakı şəhəri Xətai RPİ-nin polis mayoru İlahi Heydərovun dediyinə görə X14 və onun qardaşı X17, atası X21 polis orqanına gələrək onun əxlaqsızlıqla məşğul olduğunu və sübut kimi onlara onun lüt formada çəkilmiş ədəbsiz şəkillərini vermişdilər. Qarşılığında da bildirmişlər ki, əgər şikayətini geri çəkməzsə bütün bu fotoşəkilləri elaləmə yayacıqlar. Bunun cinayət olduğunu İlahi Heydərov onlara bildirsə də onlar əhəmiyyət verməmişlər. Bundan sonra ona xx.xx.2022-ci il tarixində qaynatasına məxsus nömrədən (***-***-**-**) gecə-gündüz bilmədən 40-a yaxın hədələyici zənglər gəlmişdir. Sonra M.Nurlan onun geri çəkilim deyə hədəqorxu ilə dəfələrlə zəng və voççapla mesajlar yazdı ki, ərizəni geri götürsün, yoxsa onu bütün Azərbaycanda rüsvay edəcək. Qaynı M.Ramil onu görüş əllərində səni rüsvay edəcək şəkillər var deyib dəfələrlə 070/250-50-52 nömrəsi ilə onu hədə-qorxu gəlmişdir. Əgər onun görüşməsən sənin üçün heç yaxşı olmayacaq demişdir. Təbi ki, o, bütün bu hədə-qorxulara əhəmiyyət verməmişdir. Çünki o, ininmırdı ki,şəxsi məlumatları gizlin götürüb, hədələmək və yaymağın cinayət olduğunu bilə-bilə ona aid rüsvayedici məlumatları yayarlar. Qeyd olunanları aydınlaşdırmaq üçün o, X4 yaşadığı ünvan 1 ünvanına getmişdir. Orada qaynanası X3 onu qonşuların yanında nəlayiq söyüşlərlə təhqir edərək döymüşdür. Belə ki, X3 ona "Ay otel qəhbəsi,evini də, hər şeyini də qəhbəliklə almısan, ağzında sikəmən qəhbə sübut edəcəm, peçatlı qəhbəsən, otelin qəhbəsi hara gedirsən gözləyirlər səni. Ay Nənəxanım, otellərdə gəlinim qəhbəlik edir. Otellərdə sik ağzında əmən, əlimdə dakument var hər yerdə biyabr edəcəm, otel qəhbəsi, uşağı polislə təhvil götürəcəm, məktəbin müəllimələrinin içində gəlib səni pərt edəcəm, direktor Abuzər müəllimin yanına gələcəm,ay bar qəhbəsi,ay otel qəhbəsi, ay əldən-ələ düşən, şəkillərin, videoların əlimdədir, ay qonşular oteldə qəhbəlik edəndə tutmuşuq, ay camahat oğraşlar gəlinimi məcbur edib ki, Nurlanı rədd elə, ay Xəyyam Quliyevin lotusu, qəhbə, ay qəhbə, səni buraxmıyacam gedəsən ay bar qəhbəsi, qəhbəliyivin vaxtı çatıb hara gedirsən, avçarkanın, həyasızın bar qəhbəsinin əlində qalmışam, qancıq, lotu,ay qəhbə sən məktəbdə necə işləyirsən, iki qızı qoyub gecələri qəhbəliyə gedirsən, otellərdə kişilərin şeyinin arasına girib sik əmir, faktiki qəhbəsən, qəhbəliyi 2016-dən edirsən, ay qəhbə 4 bacının içində sən qəhbə çıxmısan,ay camahat oteldə xalqın sikini əmir, ay camahat gəlin otellərdə gecələri uşağlarını evdə qoyub otellərə qəhbəliyə gedir, bu hələ bilmir ki, gedib atasına göstərəcəm videonu, atasına deyəcəm ki, ay kişi qızın kişilərin sikini əmir, qəhbəlik edir gəlib evini, eşiyini hər şeyini qəhbəliklə alır, onun üçün sikdirməyə gedirsən, o yoğunluqda siklər içlərinə girəndə niyə tikişin açılmadı, sik qulağının dibinə girib, dakumeltalni qəhbəsən,ay narkaman, ay qəhbə, ay sikəmən qəhbə, 15 yaşından qızğınsan" deyərək 30-a yaxın qonşuların yanında onu təhqir etmişdir. Qeyd olunanlar video çəkilişlə qeydə alınıb. Bununla əlaqədar 102 xidmətinə zəng vurub məlumat vermiş və əlavə olaraq özü şəxsən Bakı şəhəri Xətai RPİ-nin 35-ci PB-nə müraciət etdişdir. İşini araşdıran polis əməkdaşı onu ekspertizaya göndərmişdir. Aldığı xəsarətlərin dərəcəsi müəyyən edilmədiyindən qaynanam X3 barədə cinayət işinin açılması rədd edilməsi və onun onu təhqir etməsinə dair hallarnan əlaqədar isə məhkəməyə müraciət edə biləcəyi qeyd olunan qərar qəbul edilmişdir. Nəzərə çatdırmaq istərdi ki, o, hazırda orta məktəbdə ibtidai sinif müəlliməsi vəzifəsində çalışır. O, cəmiyyət arasında hörməti və öz çəkim var. Keçmiş həyat yoldaşı X18 və onun qardaşı X22.qaynatası X21 tərəfindən pornoqrafiq xarakterli şəkillərini əldə edib, ona günlərlə hədə-qorxu gələrək ,istədiklərini etmədiyi üçün həmin fotoşəkilləri yaymaları ilə özümü mənəvi cəhətdən təhqir edilmiş sayılır. Keçmiş həyat yoldaşı X14, onun qardaşı X17, qaynatası X15 və qaynanası X3 ona aid şəxsi intim şəkillərini ailə üzvlərinə göstərilməsi nəticəsində yaxın qohumları olan atası X38, anası X28, bacıları X23 və X32 münasibətlərinə son qoyulub və onlar onu övladları kimi həyatlarından sildiklərini bildirdilər. Hətta bir neçə dəfə özünə qəsd etmək fikrinə də gəlmişdir. Əlavə olaraq fəal ictimai həyat tərzindən məhrum olmuşdur. Həmçinin şəxsi və ailə sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi onu psixi gərginliklər yaşamana səbəb olmuşdur. Bunun nəticəsi olaraq o, həkim nevropotoloq və şəxsi psixoloq həkimin konsultasiyalarına yazılmışdır. Bildirmək istərdi ki, qeyd olunanlarla əlaqədar olaraq fikirdən gecələr yata bilməmiş, mənəvi istirablar çəkmiş, iş yerində diqqətini işinə yönəldə bilməmiş, şagirdlərin və onların valideyinləri arasında lazımsız söz söhbətlərin yayılması isə onun işgüzar nüfuzuna xələl gətirmişdir. Bununlada ona ciddi şəkildə mənəvi zərbə vurulmuşdur.Və bu yaxınlarda bütün bu bitabırçılığa görə özümə qəsd etmişdim. Beləki, onların bu hərəkəti ilə işgüzar nüfuzuna xələl vuraraq cəmiyyət içərisində hörmətdən salınmana səbəb oldu. Bu səbəbdən keçmiş həyat yoldaşı X4, onun qardaşı X8, qayınatası X5 və qayınanası X1 AR CM-148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Xüsusi ittiham qaydasında etdiyim şikayət ərizəsinə baxılması üçün keçirilmiş məhkəmə proseslərində keçmiş həyat yoldaşı X4, onun qardaşı X8, qaynatası X5 və qaynanası X3 verdikləri ifadələrdə həqiqətəndə intim fotoşəkillərin onlar tərəfindən ailə üzvlərinə verilməsi faktını təsdiq etmişlər və onların ifadələri audiovideo yazı ilə aparılan məhkəmənin iclas protokllarına qeyd edilmişdir. Lakin işə baxan hakimlər tərəfindən AR CM-148-ci maddəsində tələb olunan kütləvilik halının keçmiş həyat yoldaşı X4, onun qardaşı X8, qaynatası X9 və qaynanası X2 hərəkətlərində olmaması səbəbindən şikayəti məhkəmənin icraatına qəbul etməkdən imtina edilmişdir. Düzgün araşdırma etmədən ədalətsiz qərar qəbul etdikləri üçün o, Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Apellyasiya Məhkəməsi 1-ci instansiya məhkəməsinin qərarını ləğv etmiş və nəticədə dəfələrlə yəni 6 dəfə hazırlıq iclasına müxtəlif bəhanələr gətirərək iclası təxirə salmaqlarına baxmayaraq hakim yenidən araşdıraraq lazımı cəza tədbiri görmək üçün Xüsusi ittiham qaydasında şikayətini qəbul edərək yuxarıda adlarını sadaladığı kəslərin hər birinin cəzasını vermək üçün baxış iclası təyin etdi. Həmin məhkəmələrin birində o, hakimə Quliyev Xəyyamla rəsmi nikaha daxil olduğunu bildirmişdir. Keçmiş baldızı X20 onun faktiki həyat yoldaşı olan Xəyyamın qeydiyyatda olduğu ünvanı taparaq əllərində olan ona aid fotoşopla düzəltdikləri rüsvayedici şəkilləri və Xəyyama aid fotoşəkili götürərək Qarabağ rayonu Ümid qəsəbəsinə getmiş, onları uzaqdan və yaxından tanıyan 20-yə yaxın insana həmin fotoşəkilləri göstərmiş və haqqlarında nalayiq ifadələr işlətməklə onu və Xəyyamın nüfuzuna xələl yetirmiş və cəmiyyət içində hörmətdən salmışdır. Orada elə səs-küy salmışdır ki, kişilər onu oradan qovmuşdur. Əsas məqsədi də o olmuşdur ki, onun qaynanananın və qaynatanın yaşadığı ünvanı öyrənsin və öz aləmində şəkilləri onlara da göstərərək onun ailəsini dağıtsın. Halbuki onun yoldaşı da,qaynanası və qaynatası da onları çox gözəl tanıyır.Hər bir şeydən də xəbərləri var. Möhtərəm hakim, o, Ülviyyənin Bakıdan kilometrlərcə məsafə qət edərək ora getməyinə sözün düzü inanmamışdır.Çünki əmin idi ki, həyatyoldaşı buna əsla icazə verməz. Səbəb də o idi ki, onun Ülviyyə ilə bu zamana kimi heç bir ədavəti olmayıb. Bunu onun həyat yoldaşından da öyrənə bilərsiniz. 1 ilə yaxındır Ülviyyənin anasını, atasını və qardaşlarını həm xüsusi ittiham qaydasında, həm də mülki qaydada məhkəmələrə şikayət etmişdir. Özü də çox gözəl bilir ki,heç birində Ülviyyənin adını 1 dəfə də olsun əsla hallandırmamışdır. Ancaq buna baxmayaraq Ülviyyə ağılsızlıq edərək onun ailə işinə qarışmışdır. Ülviyyənin Ümid qəsəbəsinə getdiyinə tam əmin olmaq üçün xx.xx.2023-cü il tarixində saat 23 radələrində onun yaşadığı ünvana İ.İsmayılov küçəsi 44, mənzil 16-ya getmiş və həmin anları da şəxsi telefonuna video-görüntüyə qeyd etmişdir.Təxminən 4 dəqiqənin hər saniyəsində qapını döyərkən və Ülviyyə qapını açıb ona uca səslə bağıraraq təhqir etməsinin hər biri videoda var. Ülviyyə orada boynuna alaraq deyir ki, yaxşı eləmişəm getmişəm, sizi orada biyabr eləmişəm. Deyəndə ki,sənin nə ixtiyarın var gedirsən ora ? Cavab verir ki, əccəb eləmişəm. Sənə hesab verməliyəm deyir. Ona uca səslə qışqıraraq deyirdi ki, sənin şəkillərini gördüm və hər kəsə göstərdim. Sən pozğunsan deyə qışqır bağır saldı. O, təhqirin ardı-arası dayanmır məcbur qalıb oradan uzaqlaşmış və sonda bildirmişdir ki, Xəyyamı və onu məhkəməyə şikayət edəcək. Onu da nəzərinizə çatdırmaq istər ki, keçmiş qaynanası X6 da Ülviyyənin Ümid qəsəbəsinə getdiyini təsdiqləyir və belə deyir: Ülviyyə yaxşı edib sizi biyabır etmək üçün Ümid qəsəbəsinə gedib. O, deyəndə ki, nə ixtiyarı var buna? Cavabında isə qardaşının ailəsinə görə getdiyini deyərək təsdiqləyir. Bunu sübutunu sizə təqdim edilmişdir. Möhtərəm hakim, Ülviyyə ailəsinin etdiyi cinayəti eynilə təkrarlayır. Bu insanın cəzası verilməsə daha da irəli gedəcək. O, hal-hazırda hamilədir. Həkim ona qətiyyətlə bildirib ki, ona stress və əsəb əsla olmaz. Ülviyyənin ucbatından yetərincə stress çəkmiş və narahatçılıq keçirmişdir. Onun övladına stres və əsəb ucbatından nə isə olsa bunun cavabını kim verəcək? Xahiş edir ki, X12 layiqli cəzasını verilsin ki, bir daha ona və ailəsinə zərər verə bilməsin. Bu səbəbdən, X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün bütün əsasların olduğunu hesab edir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət verən X24 şikayəti müdafiə edərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında xüsusi ittiham qaydasında barəsində şikayət verilən X20 və müdafiəçisi X39 şikayəti əsassız hesab edərək, xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul olunmasını xahiş etdilər. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Eyni zamanda, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarında qeyd olunur ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Göründüyü kimi, qanunvericilikdə təhqir xarakterli məlumatların mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirildiyi halda yayıla bilməsinin mümkünlüyü nəzərdə tutulmuşdur. Eyni zamanda, təhqir xarakterli məlumatların kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olduğu təqdirdə, şəxsin təhqirə görə cinayət məsuliyyətinə cəlb edilə bilməsinin mümkünlüyü göstərilmişdir. Həmçinin iş materiallarından görünür ki, xüsusi ittiham qaydasında şikayət verən X24 şikayət ərizəsini məhkəməyə verərkən Məhərrəmova soyadı ilə imzalamışdır. İş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X24 daha sonra soyadını dəyişdirərək Quliyeva etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.3.3-cü maddəsinə əsasən, cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində təqsirləndirilən şəxsin məhkəməyə verilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə; xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə; müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə; cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə; cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılması barədə; cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərarlardan biri qəbul edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.3 və 302.1.6-cı maddələrinə əsasən, şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək, bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək, cəzalandırılması, X10 onun şəxsi həyatına aid olan intim xarakterli fotoşəkilləri yaymaqla, onu təhqir etməsi nəticəsində işgüzar nüfuzuna, şərəf və ləyaqətinə xələl gətirən, mənəviyyatına vurduğu psixoloji ziyanla əlaqədar 20000 manat məbləğində mənəvi təzminat alınaraq, ona verilməsi barədə xüsusi ittiham qaydasında X24 tərəfindən verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299, 302 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək, cəzalandırılması, X10 onun şəxsi həyatına aid olan intim xarakterli fotoşəkilləri yaymaqla, onu təhqir etməsi nəticəsində işgüzar nüfuzuna, şərəf və ləyaqətinə xələl gətirən, mənəviyyatına vurduğu psixoloji ziyanla əlaqədar 20000 manat məbləğində mənəvi təzminat alınaraq, ona verilməsi barədə xüsusi ittiham qaydasında X24 tərəfindən verilmiş şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-325/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-325/2023
10.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver