Məhkəmə qərarları › İş №1(011)-325/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-325/2025

14.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-325/2025 14.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi «A.İ.M» Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1991-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏNETDİ: İbtidai istintaq orqanı müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs öz qulluq mövqeyindən istifacə etməklə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə “Lalafo” sosial internet şəbəkəsində avtomobillərin satışı ilə bağlı yerləşdirdiyi elan əsasında ona müraciət etmiş Zərərçəkmiş şəxs3 etibarından sui-istifadə edərək faktiki X3 mülkiyyətində olan “Toyota Prius” markalı, **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobilin guya onun mülkiyyətində olması barədə yalan məlumat verməklə 3000 manat əvvəlcədən 21 ay, hər ay tiçün 550 manat ödəniş edəcəyi şərti ilə satacağı barədə yalan vəd verib aldadaraq bu məqsədlə 01 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində yerləşən X4 Əbilovdan 3000 manat nağd pul vəsaitini alıb təsisçisi olduğu "xxxx" MMC- nin adından hüquqi qüvvəsi olmayan 01 avqust 2023-cü il tarixli etibarnamə və müqavilə ilə avtomobili təhvil verdikdən sonra aralarındakı razılığa əsasən hər ay üçün onun istifadəsində olan "Kapital Bank” ASC-nin 4127-2093-0589-5325 nömrəli kart hesabına 28 avqust 2023-cü il tarixdə 300 manat və xx.xx.2023-cü il tarixdə köçülürmüş 250 manat, cəmi 3550 manat pul vəsaitini alıb vahid qəsdlə əhatə olunan niyyətlə ələ keçirməklə Zərərçəkmiş şəxs3 ümumilikdə 3550 (üç min beş yüz əlli) manat miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. Bundan başqa o, təkrarən öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə “Lalafo” sosial internet şəbəkəsində avtomobillərin satışı ilə bağlı yerləşdirdiyi elan əsasında ona müraciət etmiş Zərərçəkmiş şəxs1 etibarından sui-istifadə edərək faktiki X1 mülkiyyətində olan '‘Toyota Prius” markalı, **-DJ-*** dövlət qeydiyyat nişanlı avtomobili guya onun mülkiyyətində olması barədə yalan məlumat verməklə 1500 manat əvvəlcədən 23 ay, hər ay üçün 600 manat ödəniş edəcəyi şərti ilə satacağı barədə yalan vəd verib aldadaraq bu məqsədlə 09 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində 1500 manat nağd pul vəsaitini alıb avtomobili Zərərçəkmiş şəxs1 təsisçisi olduğu "xxxx" MMC-nin adından hüquqi qüvvəsi olmayan 10 avqust 2023-cü il tarixli müqavilə və etibarnamə ilə təhvil verdikdən sonra 11 avqust 2023-cü il tarixdə avtomobildə olan nasazlığı aradan qaldırılması üçün alıb bir daha qaytarmayaraq Zərərçəkmiş şəxs1 1500 (bir min beş yüz) manat miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını qanunsuz və əvəzsiz ələ keçirmə məqsədi ilə “Lalafo” sosial internet şəbəkəsində avtomobillərin satışı ilə bağlı yerləşdirdiyi elan əsasında ona müraciət etmiş Zərərçəkmiş şəxs2 etibarından sui-istifadə edərək faktiki X2 mülkiyyətində olan “Toyota Prius” markalı, **-FN-*** dövlət qeydiyyat nişanlı avtomobili guya onun mülkiyyətində olması barədə yalan məlumat verməklə 1500 manat əvvəlcədən 24 ay, hər ay üçün 600 manat ödəniş edəcəyi şərti ilə satacağı barədə yalan vəd verib aldadaraq bu məqsədlə 09 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospektində yerləşən Gənclik Parkında 1500 manat nağd pul vəsaitini alıb avtomobili Zərərçəkmiş şəxs2 təsisçisi olduğu "xxxx" MMCnin adından hüquqi qüvvəsi olmayan 01 avqust 2023-cü il tarixli müqavilə və etibarnamə ilə təhvil verdikdən sonra 10 avqust 2023-cü il tarixdə avtomobildə olan nasazlığı aradan qaldırılması üçün alıb bir daha qaytarmayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 1500 (bir min beş yüz) manat miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə hazırlıq iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə cinayət işi aidiyyəti üzrə məhz Bakı şəhəri Xətai Rayon Məhkəməsinə aiddir. Aparılmış ibtidai araşdırma dövründə Azərbaycan Respublikası CPM-nin tələblərinin pozulması məhkəmənin hazırlıq iclası zamanı aşkar edilməmişdir. İttiham aktının prosessual formasına riayət edilmişdir. Məhkəməyədək icraat hüquqi pozuntulara yol verilmədən aparılmışdır. İş üzrə icraatın dayandırılması üçün əsaslar müəyyən olunmamışdır. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək məhkəməyə ərizə təqdim etmiş və hal-hazırda törətdiyi cinayət əməli nəticəsində zərərçəkmiş şəxslərə vurduğu ziyanı tam olaraq ödədiyini, onların şikayət və tələbinin olmadığını, həmçinin, vurulmuş ziyanın 25%-i həcmində dövlət büdcəsinə ödəniş etdiyini bildirərək barəsində başlanmış cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs3 notarial qaydada təsdiqlənmiş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, ona dəymiş ziyan tamamilə ödənilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiqlənmiş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, ona dəymiş ziyan tamamilə ödənilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 notarial qaydada təsdiqlənmiş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, ona dəymiş ziyan tamamilə ödənilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzinin surətindən görünür ki, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın 25%-i həcmində - 1.637,50 manat vəsait dövlət büdcəsinə ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 299.3.4-cü maddəsinə əsasən məhkəmə hazırlıq iclasında cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi üçün əsasların olub-olmaması araşdırılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin müddəaları nəzərə alınaraq cinayət işi üzrə cinayət təqibinə hazırlıq mərhələsində xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 178.2.3-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın məbləği ayrı-ayrılıqda 3550 manat, 1500 manat və 1500 manat olmaqla, ümumilikdə 6.550 manat təşkil etmiş, həmin məbləğ təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə tam şəkildə ödənilmiş və Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarı təşkil edən 1.637,50 (bir min altı yüz otuz yeddi manat əlli qəpik) manat məbləğində pul vəsaiti dövlət büdcəsinə ödənilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini dinləyərək, zərərçəkmiş şəxslərin ərizələrini və iş materiallarını araşdıraraq, müdafiə tərəfinin təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxslə barışmaları ilə əlaqədar xitam verilməsinə razılılığını, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığını və dəymiş ziyanı tamamilə ödədiyini, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında hissəsini dövlət büdcəsinə ödədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə cinayət təqibinə xitam verilməli və o, həmin maddələr üzrə cinayət məsuliyyətindən azad edilməli, iş üzrə maddi sübut kimi tanınmış 09 ədəd A4 formatlı kağız üzərində olan "xxxx" MMC-nin adından verilmiş icarə müqaviləsi, etibarnamə və “Whatsapp” yazışmalarının surətinin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır (CPM-132). Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri xitam olunur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir iş üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39-41, 43, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələrində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. İş üzrə maddi sübut əhəmiyyəti kəsb edən 09 ədəd A4 formatlı kağız üzərində olan "xxxx" MMC-nin adından verilmiş icarə müqaviləsi, etibarnamə və “Whatsapp” yazışmalarının surətinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar