Məhkəmə qərarları › İş №1(011)-326/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-326/2022

19.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-326/2022 19.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 04 avqust 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Ağsu rayonu, Dilman kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs, özgənin əmlakını talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 02 radələrində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi, ünvan 1 ünvanında yerləşən “Sehrli çıraq" kafesinin həyətinə hasardan qanunsuz daxil olduqdan sonra fiziki güc tətbiq etməklə kafenin mətbəxinin plastikdən olan pəncərəsini əli ilə itələyib açaraq içəri daxil olmuş və mətbəxdən qiyməti 118 manat olan mal içalatını, qiyməti 287 manat olan 20,5 kiloqram quzu ətini, qiyməti 63 manat olan 5 kiloqram donuz ətini, ümumi qiyməti 68 manat olan 11 ədəd toyuğu, ümumi qiyməti 182 manat olan dörd ədəd sazan, iki ədəd forel, dörd ədəd kütüm və bir ədəd belomor balığını, qiyməti 11 manat olan bir ədəd «Ovçular» markalı servelatı və ümumi qiyməti 33 manat olan 22 ədəd «Alpen Gold» markalı şokoladı gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 762 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 02 radələrində həmin kafenin həyətinə hasardan qanunsuz daxil olduqdan sonra fiziki güc tətbiq etməklə kafenin mətbəxinin plastikdən olan pəncərəsini əli ilə itələyib açaraq içəri daxil olmuş və mətbəxdən qiyməti 320 manat olan 21 kiloqram quzu ətini, qiyməti 406 manat olan 28 kiloqram çəkilmiş mal ətini, ümumi qiyməti 34 manat olan 6 ədəd toyuğu, ümumi qiyməti 27 manat olan 18 ədəd «Alpen Gold» markalı şokoladı, qiyməti 64 manat olan 6 kiloqram mal ciyərini, ümumi qiyməti 14 manat 40 qəpik olan 12 ədəd «Bizon» markalı enerji içkisini, qiyməti 38 manat olan bir rulon holland pendirini, qiyməti 25 manat 50 qəpik olan 5 kiloqramlıq «Dusinka» markalı kərə yağını, qiyməti 118 manat olan 10 kiloqram dananın bel ətini, qiyməti 7 manat olan iki kiloqram göbələyi və ümumi qiyməti 44 manat olan iki ədəd kütüm balıq ləvəngisini gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1097,9 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgərin əmlakını talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 02 radələrində həmin kafenin həyətinə hasardan qanunsuz daxil olduqdan sonra fiziki güc tətbiq etməklə kafenin mətbəxinin plastikdən olan pəncərəsini əli ilə itələyib açaraq içəri daxil olmuş və mətbəxdən qiyməti 70 manat olan bir ədəd qara rəngli «Samsung Galaxy J4+» markalı, «SM-J415FN» modelli mobil telefonu, qiyməti 115 manat olan 8 kiloqram quzu ətini, ümumi qiyməti 26 manat olan 4 ədəd toyuğu, ümumi qiyməti 15 manat olan 10 ədəd «Alpen Gold» markalı şokoladı və ümumi qiyməti 16 manat olan 10 ədəd «Snickers» markalı şokoladı gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 242 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 02 radələrində həmin kafenin həyətinə hasardan qanunsuz daxil olduqdan sonra fiziki güc tətbiq etməklə kafenin mətbəxinin plastikdən olan pəncərəsini əli ilə itələyib açaraq içəri daxil olmuş və mətbəxdən qiyməti 197 manat olan 14 kiloqram quzu ətini, qiyməti 140 manat olan 10 kiloqram quyruğu, ümumi qiyməti 52 manat olan 8 ədəd toyuğu, qiyməti 22 manat olan 3 kiloqram toyuq filesini, qiyməti 58 manat olan 5 kiloqram donuz ətini, qiyməti 54 manat olan 5 kiloqram mal ciyərini, ümumi qiyməti 73 manat olan 3 ədəd forel balığını, ümumi qiyməti 31 manat olan iki ədəd belomor balığını, ümumi qiyməti 30 manat olan 6 litr təbii nar şirəsini, ümumi qiyməti 43 manat olan iki rulon holland pendirini, qiyməti 16 manat olan bir kiloqram qoz ləpəsini, ümumi qiyməti 36 manat olan 24 ədəd «Alpen Gold» markalı şokoladı, ümumi qiyməti 37 manat olan iki kiloqram «Beta» markalı çayı, qiyməti 25 manat olan 5 kiloqramlıq «Dusinka» markalı kərə yağını, ümumi qiyməti 108 manat olan 4 ədəd 0,7 litrlik «Nemiroff» markalı arağı, ümumi qiyməti 44 manat olan 2 ədəd 0,5 litrlik «Nemiroff» markalı arağı, ümumi qiyməti 72 manat olan iki ədəd 1 litrlik «Nemiroff» markalı arağı, ümumi qiyməti 13 manat 20 qəpik olan 12 ədəd bir litrlik «Coca- Cola» markalı içkini və ümumi qiyməti 6 manat olan 5 ədəd «Bizon» markalı enerji içkisini gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 1057,2 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən, naməlum vaxtda, satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə - heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşımış, Xətai RPİ-nin 35-ci PB-nin əməkdaşlarının keçiridikləri əməliyyat-axtarış tədbirləri nəticəsində "Sehrli çıraq" kafesindən oğurluq etməkdə və narkotik vasitələri istifadə etməkdə şübhəli bilinib xx.xx.2022-ci il tarixdə saat 20:10-da Bakı şəhəri, Xətai rayonu, İnqilab İsmayılov küçəsi, 3 nömrəli binanın yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Xətai RPİ-nin 35-ci Polis Bölməsinə gətirilmiş, polis bölməsində üzərində şəxsi axtarış keçirilən zaman əynində olan cins şalvarın sağ yan cibində saxladığı bir ədəd kağız bükümün içərisində olan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,610 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən iki ildir ki, narkotik vasitə olan heroindən istifadə edir. Heç bir yerdə işləmədiyi üçün evdə ailə üzvlərindən xərcləmək üçün pul götürmüş və həmin pula tanımadığı müxtəlif şəxslərdən narkotik vasitələr almışdır. 2022-ci ilin aprel ayının əvvəlində yaşadığı binanın arxa tərəfində fəaliyyət göstərən «Sehrli çıraq» kafesindən oğurluq etmək qərarına gəlmişdir. xx.xx.2022-ci il tarixdə saat 02 radələrində həmin kafenin həyətinə hasardan keçəndən sonra mətbəxin pəncərəsini əli ilə itələyib açaraq pəncərədən mətbəxə daxil olmuş və oradan mal içalatı, 20,5 kiloqram quzu əti, 5 kiloqram donuz əti, 11 ədəd toyuq, 4 ədəd sazan, iki ədəd forel, dörd ədəd kütüm və bir ədəd belomor balığı, bir ədəd «Ovçular» markalı servelat və 22 ədəd «Alpen Gold» markalı şokolad götürüb iki torbaya yığmış və mətbəxin pəncərəsindən çölə çıxmışdır. Oğurladığı ərzaqları yaşadığı blokun dördüncü mərtəbəsində olan saxlanc yerində gizlətmişdir. Səhər açılanda isə onları götürüb yoldan keçən bir taksi ilə «8-ci km» bazarına getmiş və həmin məhsulları tanımadığı şəxsə 50 manata satmışdır. Əldə etdiyi pula öz istifadəsi üçün tanımadığı şəxsdən həmin gün «8-ci km» bazarının yaxınlığında narkotik vasitə heroin almışdır. Yenidən narkotik almaq üçün pula ehtiyacı olmuş və təkrar həmin kafedən oğurluq etmək qərarınna gəlmişdir. xx.xx.2022-ci il tarixdə saat 02 radələrində həmin kafenin həyətinə hasardan tullanıb mətbəxə tərəf getmiş və mətbəxin pəncərəsini əli ilə itələyib açandan sonra pəncərədən içəri daxil olmuşdur. Bu dəfə oradan 21 kiloqram quzu əti, 28 kiloqram çəkilmiş mal əti, 6 ədəd toyuq, 18 ədəd «Alpen Gold» markalı şokolad, 6 kiloqram mal ciyəri, 12 ədəd «Bizon» markalı enerji içkisi, bir rulon holland pendiri, 5 kiloqramlıq «Dusinka» markalı kərə yağı, 10 kiloqram dana əti, 2 kiloqram göbələk, 2 ədəd kütüm balıq ləvəngisi götürmüşdür. Həmin məhsulları mətbəxdə olan sellofan torbalara yığıb oranı tərk etmişdir. Bu dəfə də oğurladığı malları yaşadığı blokun dördüncü mərtəbəsində olan saxlanc yerinə qoymuşdur. Səhər açılanda isə onları taksi ilə «8-ci km» bazarına aparıb tanımadığı şəxsə 60 manata satmışdır. Həmin pula da həmin gün «Əhmədli» metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən öz istifadəsi üçün narkotik vasitə heroin almışdır. 10 gündən sonra yenidən pula ehtiyacı olmuş və xx.xx.2022-ci il tarixdə gecə saat 02 radələrində təkrar həmin kafenin həyətinə hasardan keçib mətbəxə tərəf getmiş və pəncərədən mətbəxə daxil olmuşdur. Bu dəfə mətbəxdən 8 kiloqram quzu əti, 4 ədəd toyuq, 10 ədəd «Alpen Gold» markalı şokolad, 10 ədəd «Snickers» markalı şokolad və bir ədəd qara rəngli «Samsung» markalı mobil telefonu götürüb oranı tərk etmişdir. Oğurladığı ərzaqları yaşadığı blokun dördüncü mərtəbəsində olan saxlanc yerində gizlətmişdir. Səhər açılanda isə onları taksi ilə «8-ci km» bazarına aparıb orada tanımadığı şəxsə 50 manata satmışdır. Öz mobil telefonunu lombarda girov qoyub pul götürdüyü üçün oğurladığı «Samsung» markalı mobil telefona istifadə etdiyi, xalası oğlu Nicatın adına olan ***-***-**-** mobil nömrəsini taxıb onu işlətməyə başlamışdır. Sonuncu dəfə həmin kafedən xx.xx.2022-ci il tarixdə saat 02 radələrində oğurluq etmişdir. Bu dəfə də eyni üsulla kafenin mətbəxinə daxil olmuş və oradan 14 kiloqram quzu əti, 10 kiloqram quyruq, 8 ədəd toyuq, 3 kiloqram toyuq filesi, 5 kiloqram donuz əti, 5 kiloqram mal ciyəri, 3 ədəd forel balığı, iki ədəd belomor balığı, 6 litr təbii nar şirəsi, iki rulon holland pendiri, qoz ləpəsi, 24 ədəd «Alpen Gold» markalı şokolad, 2 kiloqram «Beta» markalı çay, 5 kiloqramlıq «Dusinka» markalı kərə yağı, 4 ədəd 0,7 litrlik «Nemiroff» markalı araq, 2 ədəd 0,5 litrlik «Nemiroff» markalı araq, 2 ədəd 1 litrlik «Nemiroff» markalı araq, 12 ədəd «Coca-Cola» markalı içki və 5 ədəd «Bizon» markalı enerji içkisi götürüb oranı tərk etmişdir. Həmin ərzaqları da yaşadığı blokun saxlanc yerində gizlətdikdən sonra, onları xx.xx.2022-ci il tarixdə 40 manata qonşuluqda yaşayan Zaura satmışdır. Oğurladığı şokoladları isə tanımadığı azyaşlı uşaqlara paylamışdır. Əldə etdiyi pulun 20 manatına «Günəşli» qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün narkotik vasitə heroin almış, qalan pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində İnqilab İsmayılov küçəsi 43 ünvanının yaxınlığında olarkən orada təsadüfən Seymur adlı tanışı ilə rastlaşmışdır. Seymurdan əvvəllər bir neçə dəfə narkotik vasitə heroin almışdır. Seymur narkotik vasitə heroin almağı təklif etmişdir. Həmin vaxt üzərində cəmi 20 manat pul olmuş və bu haqda Seymura demişdir. Həmin pulu atasından götürmüşdü. Seymur 20 manatlıq heroin verəcəyini və arxasınca gəlməyi demişdir. Təxminən 10-15 metr addımlayıb bir mağazanın arxasına keçmişlər, orada Seymur 20 manat pulu götürüb siqaretin gümüşü rəngli kağızında olan heroin vermiş və dərhal uzaqlaşıb getmişdir. Seymurdan aldığı heroini şalvarının sağ yan cibinə qoymuşdur ki, axşam sakit vaxtda istifadə edə bilsin. Həmin gün saat 20 radələrində İnqilab İsmayılov küçəsində olan zaman mülki geyimdə olan iki nəfər şəxs yaxınlaşıb polis əməkdaşları olduqlarını, oğurluqda şübhəli olduğunu və 35-ci PB-nə getməli olduğunu bildirmişlər. Həmin vaxt əlində «Sehrli Çıraq» kafesindən oğurladığı və içərisinə mobil nömrə taxıb işlətdiyi «Samsung» markalı mobil telefon olmuşdur. Polis əməkdaşlarından biri həmin mobil telefonu əlindən götürüb onu haradan əldə etdiyini soruşmuşdur. Artıq ifşa olunduğunu başa düşmüş və polis əməkdaşına həmin mobil telefonu «Sehrli Çıraq» kafesindən oğurladığını, telefondan başqa oradan spirtli içkiləri və ət məhsullarını oğurladığını etiraf etmişdir. Polis əməkdaşları onu polis bölməsinə gətirərkən əllərini ciblərinə salmağa imkan verməmiş, polis bölməsində də nəzarət etmişlər ki, əllərini ciblərinə salmasın. Polis bölməsində hüquq və vəzifələrini izah etdikdən sonra dövlət hesabına vəkil təqdim edilmiş və üzərində şəxsi axtarışın keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarışdan öncə isə üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşyalar olduğu halda onları könüllü olaraq təqdim etmək təklif olunmuşdur. Şalvarının sağ yan cibində saxladığı içərisində heroin narkotik vasitəsi olan siqaretin gümüşü rəngli kağızından olan bükümü çıxardıb polis əməkdaşına təqdim etmişdir. Polis əməkdaşı həmin bükümün içərisində nə olduğunu soruşmuş, həmin bükümün içərisində narkotik vasitənin olduğunu bildirmişdir. Polis əməkdaşı təqdim etdiyi bükümü açmış, bükümün içərisində qəhvəyi rəngli toz şəkilli maddə olmuşdur. Polis əməkdaşı həmin maddəni harada və kimdən aldığını soruşmuş, həmin maddəni İnqilab İsmayılov küçəsi 43 ünvanında Seymur adlı şəxsdən aldığını bildirmişdir. Polis əməkdaşı üzərində şəxsi axtarış aparmış, lakin üzərindən başqa hər hansı bir maddə və ya əşya aşkar edilməmişdir. Polis əməkdaşı təqdim etdiyi maddəni elektron tərəzidə çəkdikdən sonra həmin maddəni zərfdə qablaşdırmışdır. Özü və digər iştirakçılar zərfdə imza etmişlər. Üzərində şəxsi axtarış aparılarkən videoçəkilişdən istifadə edilmişdir. Sonra keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib edilmiş, özü və digər iştirakçılar protokolda imza etmişlər. Yekunda o bildirmişdir ki, hal-hazırda zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən iki ildir ki, ünvan 4 ünvanda yerləşən «Sehrli Çıraq» kafesini işlədir. Kafe bir qayda olaraq saat 10:00dan saat 00:33-ə kimi işləyir. Kafedə özündən başqa dörd işçi vardır. xx.xx.2022-ci il tarixdə səhər saatlarında rayondanBakıya gələrkən kafenin işçilərindən biri zəng edərək kafenin soyuducusunda quzu ətinin, balıqların və sair ərzaqların yerində olmadığını bildirmişdir. Bakıya çatandan sonra kafeyə gəlmiş və məlum olmuşdur ki, kafedən qiyməti 118 manat olan mal içalatı, qiyməti 287 manat olan 20,5 kiloqram quzu əti, qiyməti 63 manat olan 5 kiloqram donuz əti, ümumi qiyməti 68 manat olan 11 ədəd toyuq, ümumi qiyməti 182 manat olan dörd ədəd sazan, iki ədəd forel, dörd ədəd kütüm və bir ədəd belomor balığı, qiyməti 11 manat olan bir ədəd «Ovçular» markalı servelat və ümumi qiyməti 33 manat olan 22 ədəd «Alpen Gold» markalı şokolad yerində yoxdur. Başa düşmüşdür ki, kimsə kafenin mətbəxinə daxil olub və həmin ərzaqlar oğurlanıb. Kafeyə bazarlığı özü etmişdir. Hadisə ilə bağlı polisə şikayət etməmişdir. Mətbəxdən oğurluq etmiş şəxs mətbəxə pəncərədən daxil olmuşdur, həmin pəncərə plastikdəndir və kilidi işlək vəziyyətdədir, sadəcə güc tətbiq edəndə həmin pəncərə açılır. xx.xx.2022-ci il tarixdə səhər saatlarında kafeyə gələndə mətbəxdən təkrar olaraq oğurluq olduğunu aşkar etmişdir. Bu dəfə mətbəxdən qiyməti 320 manat olan 21 kiloqram quzu əti, qiyməti 406 manat olan 28 kiloqram çəkilmiş mal əti, ümumi qiyməti 34 manat olan 6 ədəd toyuq, ümumi qiyməti 27 manat olan 18 ədəd «Alpen Gold» markalı şokolad, qiyməli 64 manat olan 6 kiloqram mal ciyəri, ümumi qiyməti 14 manat 40 qəpik olan 12 ədəd «Bizon» markalı enerji içkisi, qiyməti 38 manat olan bir rulon holland pendiri, qiyməti 25 manat 50 qəpik olan 5 kiloqramlıq «Dusinka» markalı kərə yağı, qiyməti 118 manat olan 10 kiloqram dananın bel əti, qiyməti 7 manat olan iki kiloqram göbələk, ümumi qiyməti 44 manat olan iki ədəd kütüm balıq ləvəngisi oğurlanmışdır. Bu dəfə də oğurluq edən şəxs mətbəxə pəncərədən daxil olmuşdur, yəni bağlı vəziyyətdə olan pəncərəni güc tətbiq edərək açmış və içəri keçmişdir. Bu dəfə də rəsmi olaraq polisə şikayət etməmişdir. Fikirləşmişdir ki, oğurluq edən şəxsi tutub polisə təhvil verər. xx.xx.2022-ci il tarixdə səhər saatlarında işə gələndə təkrar olaraq kafenin mətbəxindən oğurluq edildiyini aşkar etmişdir. Bu dəfə kafenin mətbəxindən internetdən istifadə etmək üçün işlətdiyi, qiyməti 550 manat olan bir ədəd «Samsung» markalı mobil telefon da oğurlanmışdır, həmin mobil lelefonu adətən özü ilə gəzdirmişdir, sadəcə bu dəfə mobil telefonu mətbəxdə unutmuşdır. Mobil telefonda GSM nömrə olmamışdır. Həmçinin, mətbəxdən qiyməti 115 manat olan 8 kiloqram quzu əti, ümumi qiyməti 26 manat olan 4 ədəd toyuq, ümumi qiyməti 15 manat olan 10 ədəd «Alpen Gold» markalı şokolad və ümumi qiyməti 16 manat olan 10 ədəd «Snickers» markalı şokolad oğurlanmışdır. Oğru mətbəxə pəncərədən keçmişdir, baxmayaraq ki, pəncərənin arxasına oturacaq qoymuşlar ki, onu açmaq çətin olsun. Bu dəfə də rəsmi olaraq polisə şikayət etməmişdir. Bundan sonra özü və işçiləri növbə ilə 10 gün dalbadal restoranda pusqu qurmuş, lakin oğurluq edən şəxs gəlməmişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında kafeyə gələndə yenə də mətbəxdən oğurluq olduğunu aşkar etmişdir. Bu dəfə mətbəxdən qiyməti 197 manat olan 14 kiloqram quzu əti, qiyməti 140 manat olan 10 kiloqram quyruq, ümumi qiyməti 52 manat olan 8 ədəd toyuq, qiyməti 22 manat olan 3 kiloqram toyuq filesi, qiyməti 58 manat olan 5 kiloqram donuz əti, qiyməti 54 manat olan 5 kiloqram mal ciyəri, ümumi qiyməti 73 manat olan 3 ədəd forel balığı, ümumi qiyməti 31 manat olan iki ədəd belomor balığı, ümumi qiyməti 30 manat olan 6 litr təbii nar şirəsi, ümumi qiyməti 43 manat olan iki rulon holland pendiri, qiyməti 16 manat olan bir kiloqram qoz ləpəsi, ümumi qiyməti 36 manat olan 24 ədəd «Alpen Gold» markalı şokolad, ümumi qiyməti 37 manat olan iki kiloqram «Beta» markalı çay, qiyməti 25 manat olan 5 kiloqramlıq «Dusinka» markalı kərə yağı, ümumi qiyməti 108 manat olan 4 ədəd 0,7 litrlik «Nemiroff» markalı araq, ümumi qiyməti 44 manat olan 2 ədəd 0,5 litrlik «Nemiroff» markalı araq, ümumi qiyməti 72 manat olan iki ədəd 1 litrlik «Nemiroff» markalı araq, ümumi qiyməti 13 manat 20 qəpik olan 12 ədəd bir litrlik «Coca-Cola» markalı içki və ümumi qiyməti 6 manat olan 5 ədəd «Bizon» markalı enerji içkisi oğurlanmışdır. xx.xx.2022-ci il tarixdə rəsmi olaraq 35-ci PB-nə şikayət etmişdir. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində məlum olmuşdur ki, kafedən oğurluq etmiş şəxs kafenin yaxınlığında yerləşən binanın sakini olan Təqsirləndirilən şəxsdur. Həmin şəxsi və onun atasını tanımışdır. Onlarla heç vaxt problemi olmamışdır. Orxan işlətdiyi kafenin müştərisi olmuşdur. Polis əməkdaşları Orxanı tutandan sonra zəng edib 35-ci PB-nə çağırmışlar. Bölmədə polis əməkdaşı bir ədəd «Samsung» markalı telefonu göstərmiş, mobil telefona baxıb onu tanımış və telefonun özünə məxsus olduğunu bildirmişdir. Belə ki, mobil telefonunun ekranı çatlamışdır və mobil telefonu həmin çat izlərinə görə tanımışdır. Həmin mobil telefon kafenin mətbəxindən oğurlanmışdır. Hadisə nəticəsində ona təxminən 3600 manat məbləğində maddi ziyan dəymişdir. Həmin məhsulları «8-ci km» bazarında ayrı-ayrı şəxslərdən almış, sərinləşdirici və spirtli içkiləri isə kafenin yaxınlığında fəaliyyət göstərən müxləlif marketlərdən almış, aldığı məhsulların qəbzləri olmamışdır. O, məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığı qeyd edərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, təxminən 8 aydır ki, ünvan 4 ünvanında yerləşən «Sehrli Çıraq» kafesində kababçı işləyir, Zərərçəkmiş şəxs ifadəsində sadalanan ət, balıq, toyuq məhsulları, müxtəlif ərzaq məhsulları, şokoladlar, spirtli və qazlı içkilər göstərilən sayda və çəkidə «Sehrli Çıraq» kafesindən oğurlanmışdır, qeyd edilən məhsulları və içkiləri Zərərçəkmiş şəxsla birlikdə 8-ci km bazarından və kafenin yaxınlığında olan marketlərdən almışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs təxminən 20 ildir ki, tanıyır, bir məhəllədə yaşayırlar. Orxan özü bir müddət əmisinin yanında «8-ci km» bazarında ət satışı ilə məşğul olmuşdur. 24 aprel 2022ci il tarixdə axşam saatlarında evə gələndə məhəllədə Orxanla rastlaşmışdır. Orxanın əlində iki sellofan torba olmuşdur. Orxan torbaları göstərərək onların birində təxminən 2-3 kiloqram qara ciyərin olduğunu, digər torbanın içərisində isə təxminən 3 kiloqram quzu ətinin olduğunu bildirmişdir. Orxan onları 60 manata almağı təklif etmiş, lakin Orxana üzərində o qədər pulun olmadığını bildirmiş, Orxan qara ciyəri və quzu ətini 40 manata almağı təklif etmişdir. Bundan sonra anasına zəng edib Orxanın ucuz qiymətə qara ciyər və quzu əti satdığını və onları almaq istədiyini bildirmişdir. Anası etiraz etməmiş və Orxana 40 manat verib ondan iki sellofan torbada olan malın qara ciyərini və quzu ətini alıb yaşadığı mənzilə qalxmışdır. Orxandan aldığı qara ciyəri və quzu ətini haradan əldə etdiyini soruşmamışdır, belə ki, Orxanın əmisi «8-ci km» bazarında qəssab işləyir, Orxan özü də əmisinin yanında uzun müddət satıcı işləmişdir. Orxanın satdığı qara ciyərin və quzu ətinin oğurluq olduğunu bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Xətai RPİ-nin 35-ci PB-nin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 35-ci PB-nin inzibati ərazisində - Xətai rayonu, General Mehmandarov küçəsi, 84 ünvanında yerləşən «Sehrli Çıraq» kafesini işlədən Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə ərizə ilə 35-ci PB-nə müraciət edərək işlətdiyi kafedən 4000 manat məbləğində ərzaq məhsullarının naməlum şəxs tərəfindən oğurlandığını bildirmişdir. Əldə olunmuş əməliyyat məlumatına əsasən qeyd edilən kafedən müxtəlif ərzaq məhsullarını və bir ədəd «Samsung» markalı mobil telefonu oğurlayan şəxs kafenin yaxınlığında yaşayan, əvvəllər Azərbaycan Respublikası CM-nin 177.2.1 və 194.1-ci maddələri ilə məhkum olunmuş, narkotik aludəçisi olan Təqsirləndirilən şəxsdur. Sahə inspektoru İslam Cəfərovla birlikdə keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Xətai rayonu, İ.İsmayılov küçəsi, 3 nömrəli binanın yaxınlığında saxlanılmışdır. Saxlanılan zaman Təqsirləndirilən şəxs əlində bir ədəd «Samsung» markalı mobil telefon olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin mobil telefonu «Sehrli Çıraq» kafesindən oğurladığını bildirmişdir. Mobil telefonu Orxandan götürəndən sonra onu 35-ci PB-nə gətirmişlər. Təqsirləndirilən şəxs bölməyə gətirərkən ona əllərini ciblərinə salmağa imkan verməmişlər. Təqsirləndirilən şəxs paltarında, bədənində olması ehtimal edilən narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların, sənədlərin və cinayət izlərinin aşkar olunaraq götürülməsi üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı raport yazılandan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılması bölmənin təhqiqatçısı, polis baş leytenantı Zakir Bəhrəmova həvalə edilmişdir. X1 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, dövlət hesabına vəkil dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilmişdir. Sonra xidməti otaqda videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılması başlanmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılmasında sonuncunun vəkili, özü və sahə inspektoru, polis kapitan İslam Cəfərov iştirak etmişlər. Şəxsi axtarışdan öncə X1 tərəfindən Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan olunmuş əşyalar olduğu halda onları könüllü olaraq təqdim etmək təklif edilmişdir. Təqsirləndirilən şəxs şalvarının sağ yan cibində saxladığı siqaretin gümüşü kağızından olan bükümü çıxardıb iş masasının üzərinə qoymuşdur. Təhqiqatçı həmin bükümün içərisində nə olduğunu soruşmuş, Təqsirləndirilən şəxs bükümün içərisində narkotik vasitənin olduğunu bildirmişdir. Təhqiqatçı bükümü açmış, bükümün içərisində qəhvəyi rəngli toz şəkilli maddə olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddəni İnqilab İsmayılov küçəsi, 43 ünvanında Seymur adlı şəxsdən öz istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən hər hansı bir maddə və ya əşya aşkar edilməmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs təqdim etdiyi maddəni elektron tərəzidə çəkdikdən sonra həmin maddəni zərfdə qablaşdırmış, özü və digər iştirakçılar zərfdə imza etmişlər. Sonra keçirilmiş şəxsi axtarışla bağlı təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, özü və digər iştirakçılar protokolda imza etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 28 aprel 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul olunaraq istintaqı aparılmışdır (i.v. 1-2); hadisə yerinə baxış keçirilməsi haqqında 27 aprel 2022-ci il tarixli protokoldan görünür ki, ünvan 4 ünvanında yerləşən «Sehrli Çıraq» kafesinə baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v. 5-8); şübhəli şəxsin tutulması haqqında 27 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 20:15 radələrində Azərbaycan Respublikası CMnin 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 22); şəxsi axtarış və götürmə aparılması haqqında 27 aprel 2022-ci il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütlə olan bükümü çıxardıb təqdim edərək, həmin bükümün içərisindəki maddənin narkotik vasitə hesab olunan heroin olmasını və xx.xx.2022-ci il tarixdə ünvan 5 ünvanının qarşısında Seymur adlı şəxsdən 20 manat müqabilində əldə etməsini və üzərində gəzdirməsini, xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrində ünvan 6 ünvanının yaxınlığında olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilməsini bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar olunan kütlə elektron tərəzi vasitəsi ilə çəkilmiş və 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütlənin ümumi çəkisinin 0.84 qram olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 154 nömrəli möhürü ilə möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır (i.v. 34-36); baxış keçirilməsi və götürmə haqqında 27 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman əlində olan “Samsung” markalı mobil telefonu ünvan 4 ünvanında yerləşən «Sehrli Çıraq» kafesindən oğurladığını bildirdiyindən, həmin telefon götürülmüş və fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v. 37-38); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 aprel 2022-ci il tarixli, 6/2440 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №154" dairəvi möhür əksi “....Orxan imza..” yazı və imzalar olan zərfdə 1 ədəd bükümdə təmiz çəkisi 0,610 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (siyahı İ) daxildir (i.v. 43-46); zərərçəkmiş şəxs qismində tanınma haqqında 28 aprel 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 55); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 29 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan olunmuşdur (i.v. 68-70); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 4(011)-221/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 27 aprel 2022-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir (i.v. 94-98); ifadənin yerində yoxlanılması haqqında 29 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin təfərruatlarını hadisə yerində bir daha göstərmiş və hadisə yerinin fotoşəkilləri çəkilərək iş materiallarına əlavə olunmuşdur (i.v. 99- 103); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 194.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.2-ci maddəsi tətbiq olunmaqla 3500 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə təyin olunmuş cərimə cəzası 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmuş, xx.xx.2020-ci ildə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır (i.v. 116-117); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 şəxsinin xx.xx.2022-ci il tarixli 2470 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 127-128); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 iyun 2022-ci il tarixli, 9/3273 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd istifadədə olmuş, qara rəngli «Samsung Galaxy J4+» markalı, «SM-J415FN» modelli mobil telefonun zədələnməmişdən əvvəl, normal vəziyyətdə olması və satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması nəzərə alınmaqla 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti təxminən 110,00 manat, hal-hazırda ekranı zədəli vəziyyətdə 70,00 manat müəyyən olunur (i.v. 136-138); sübutların qiymətləndirilməsi haqqında 02 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə yeni məzmunda ittiham elan edilmiş, barəsində “həbs” qətimkan tədbirinin seçilməsi nəzərə alınmış, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, hadisə yerinə baxış keçirilməsi haqqında protokol, şəxsi axtarış və götürmə haqqında protokol, baxış keçirilməsi və götürmə haqqında protokol, ifadənin yerində yoxlanılması haqqında protokol, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 aprel 2022-ci il tarixli, 6/2440 saylı və 02 iyun 2022-ci il tarixli, 9/3273 saylı saylı rəyləri, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 şəxsinin xx.xx.2022-ci il tarixli 2470 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyi sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs barəsində CM-nin 177.2.1 və 234.2-ci maddələri ilə cinayət təqibi üzrə icraata xitam verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.610 qram olan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.560 qram çəkidə narkotik vasitə olan heroin Xətai RPİ-nin növbətçi hissəsinə təhvil verilmiş, 01 ədəd “DVD-R” formatlı disk maddi sübut kimi tanınmış və iş materiallarında saxlanılmış, 1 ədəd “Samsung Galaxy J4+” markalı, “SM-J415FN” modelli mobil telefonun sahibinə geri qaytarılması nəzərə alınmışdır (i.v. 140-147); təqsirləndirilən şəxsə yeni məzmunda ittiham elan edilməsi haqqında 03 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə yeni məzmunda ittiham elan olunmuşdur (i.v. 148-150); Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın ödənildiyini, sonuncuya qarşı heç bir şikayət və tələbinin olmadığı qeyd edərək barəsində yüngül cəza tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı 1 ədəd “DVD-R” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan edilmiş əşya və ya predmetləri təqdim etməsi təklif edilir, həmin vaxt Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə heroinə bənzər kütlə olan bükümü çıxardıb təqdim edərək, həmin bükümün içərisindəki maddənin narkotik vasitə hesab olunan heroin olmasını və xx.xx.2022-ci il tarixdə ünvan 5 ünvanının qarşısında Seymur adlı şəxsdən 20 manat müqabilində əldə etməsini və üzərində gəzdirməsini, xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrində ünvan 6 ünvanının yaxınlığında olan zaman polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə gətirilməsini bildirir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə və ya yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə— bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0.610 qram olan narkotik vasitə – heroin istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini (CM- 59.1.12), cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini (CM- 59.1.13), törətdiyi əməldən səmimi peşman olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli hökmü üzrə olan məhkumluğu ödənildiyindən məhkumluqla bağlı bütün hüquqi nəticələri ləğv edir. Belə ki, CM-nin 83.3.2-ci maddəsinə əsasən. azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənil miş hesab olunur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - CM-in 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökm üzrə təyin edilmiş cəzalar qismən toplanılmaqla ona cəza təyin edilməli, 27 aprel 2022-ci il tarixdən 19 iyul 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay 22 (iyirmi iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinə dəyişdirilməli, dərhal məhkəmə iclas zalından həbsdən azad olunmalı(CPM-357.0.4), barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı(CM-93.1.2), iş üzrə maddi sübut – Bakı şəhəri Xətai RPİ-nin Növbətçi Hissəsinə təhvil verilmiş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.610 qram olan, tədqiqatdan sonra qalıq qalmış 0.560 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd “Samsung Galaxy J4+” markalı, “SM-J415FN” modelli mobil telefonun sahibinə geri qaytarılması nəzərə alınmalı, 01 ədəd “DVD-R” disk iş materiallarında saxlanılmalı (CPM-132), 138 (yüz otuz səkkiz) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Ağsu rayonu, Dilman kəndində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 22:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağsu rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 aprel 2022-ci il tarixdən 19 iyul 2022-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) ay 22 (iyirmi iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 05 (beş) ay 14 (on dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 03 (üç) il 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Ağsu rayonu, Dilman kəndini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağsu rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra edilməsi üçün İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-cü maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut Bakı şəhəri Xətai RPİ-nin Növbətçi hissəsinə təhvil verilmiş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,610 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,560 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut hesab edilən 1 ədəd “Samsung Galaxy J4+” markalı, “SM- J415FN” modelli mobil telefonun sahibinə geri qaytarılması nəzərə alınsın, 01 ədəd “DVD- R” formatlı disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 138 (yüz otuz səkkiz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin nəfinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar