Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-327/2023 13.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Bəxtiyar Şahfirudin oğlunun sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə, Dövlət ittihamçısı Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxxx 1998-ci ildə Astara rayonu, Ərçivan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmayan, Astara rayonu, Ərçivan qəsəbəsində qeydiyyatda olan, Sumqayıt şəhəri, ST ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İbtidai istintaq orqanı ********* saylı cinayət işi üzrə müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 10 sentyabr 2022-ci il tarixdə saat 15:06-da Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsi ilə Babək prospekti istiqamətində “Respublika Perinatal Mərkəzi”nin qarşısında “BC” kateqoriyalı “AC 023217” nömrəli sürücülük vəsiqəsi ilə texniki cəhətdən saz vəziyyətdə olan etibarnamə əsasında idarə etdiyi “Kia Rio” minik markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə 30 km/saat sürətlə yolun sağdan ikinci zolağı ilə idarə edərək sağa dönmək məqsədilə soldan sağa doğru manevr edərək “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, yəni sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməli olduğu halda, həmin təhlükəsizlik tədbirlərinə riayət etməyib, Babək prospekti istiqamətində hərəkətdə olan X1 idarə etdiyi “Tufan M50” markalı mopedlə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan mopedin sürücüsü Kamran Hasilova sol qamış sümüyünün aşağı 1/3-nin açıq köndələn yerdəyişmə ilə sınığı və ön səthinin əzilmiş-kəsilmiş yarası ilə müşayiət olunan ümumilikdə dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı göstərilən xüsusatlar təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, ekspert rəyləri və işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetmişdir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdən BC kateqoriyalı AC 023217 seriyalı sürücülük vəsiqəsi ilə "xxxx" MMC-yə məxsus “Kia Rio” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobili yol vərəqəsi əsasında idarə etmişdir. Şəxsi işləri ilə əlaqədar xx.xx.2022-ci il tarixdə saat 15:07-də Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsi ilə üzü Babək prospekti istiqamətində yolun hərəkət hissəsinin sağdan 2-ci zolağı ilə təxminən saatda 30 km sürətlə hərəkət etmişdir. Bu zaman yolun 1-ci zolağı ilə hərəkətdə olan mopedi görməmiş və nəticədə sağa dönmə hərəkəti həyata keçirərkən mopedi görmədən ehtiyatsızlıqdan vurmuşdur. Onun idarə etdiyi avtomobilin qabaq sağ hissəsi mopedin qabaq hissəsi ilə toqquşmuşdur. Hadisə nəticəsində o, heç bir xəsarət almasa da, mopedin sürücüsü zərbə nəticəsində yerə yıxılmışdır. O, dərhal avtomobilini saxlatdırıb mopedin sürücüsü, sonradan adını bildiyi X2 yaxınlaşıb vəziyyəti ilə bağlı maraqlanmışdır. O, ayağından xəsarət aldığını bildirdikdə o, 103 xidmətinə zəng edərək təcili tibbi yardım xidmətinə zəng edərək briqada çağırmışdır. Bir müddət sonra hadisə yerinə təcili tibbi yardım briqadası yaxınlaşaraq Kamran Hasilovu Bakı şəhəri Sabunçu rayonunda yerləşən 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparmışlar. Hadisə zamanı avtomobildə ondan başqa adam olmamışdır. Hadisə zamanı hər hansı sərxoşluğu olmamışdır. Daha sonra zərərçəkmiş şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbin olmadığını nəzərə alaraq barəsində olan cinayət iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş X4 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə özünə məxsus olan “Tufan M50” markalı mopedlə Bakı şəhəri, Xətai rayonu, Y.Səfərov küçəsi ilə yolun hərəkət hissəsinin sağdan 1-ci hərəkət zolağı ilə Babək prospekti istiqamətində 50 km/saat sürətlə hərəkətdə olan zaman eyni istiqamət üzrə 2-ci zolaqla hərəkətdə olan “Kia Rio” markalı **-TG-*** dövlət qeydiyyat nişanalı avtomobil sağa dönmə əməliyyatını hərəkətə keçirməyə başlamışdır. Bu məqsədlə o, avtomobili soldan sağa tərəf istiqamətləndirmiş, bu zaman onun hərəkətdə olmasını nəzərə almadan onun idarə etdiyi mopedlə toqquşmuş və nəticədə toqquşma hadisəsi baş vermişdir. O da müvazinətini itirərək yıxılmışdır. Yıxılma nəticəsində ayağından xəsarət almışdır. Hadisə baş verəndən sonra “Kia Rio” markalı avtomobilin sürücüsü avtomobildən enərək ona yaxınlaşıb vəziyyəti ilə bağlı maraqlanmışdır. Bundan sonra xəsarət aldığını görüb Təcili tibbi yardım xidmətinə zəng edib hadisə yerinə təcili tibbi yardım briqadası çağırmışdır. Hadisə yerinə yaxınlaşan təcili tibbi yardım briqadası ilk öncə onu Bakı şəhəri Sabunçu rayonunda yerləşən 3 saylı Şəhər Kliniki Xəstəxanasına aparmış, daha sonra isə X3 İnstitutuna aparmışlar. Ona müvafiq tibbi yardım göstəriləndən sonra evə buraxılmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir tələbi və şikayəti yoxdur. Onunla barışdığını nəzərə alaraq cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan 10 sentyabr 2022-ci il tarixli 2/21457 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəsi protokolundan görünür ki, Təqsirləndirilən şəxs ayıq olması müəyyən edilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 19 sentyabr 2022-ci il tarixli, 77/2022 saylı rəyindən məlum olur ki, X1 almış olduğu xəsarət - sol qamış sümüyünün aşağı 1/3-nin açıq köndələn yerdəyişmə ilə sınığı və ön səthinin əzilmiş-kəsilmiş yarası bərk küt əşyanın (əşyaların) qüvvətli təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən və tibbi sənədlərdə qeyd olunan xx.xx.2022-ci il tarixdə və şəraitdə, yəni yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığa ağır zərərvurmaya aiddir. İş materiallarında olan məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2022-ci il tarixli, 8/2586 saylı rəyindən görünür ki, “Kia Rio” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Təhqiqat tərəfindən təqdim olunmuş malumatlara əsasən “Tufan M-50” markalı mopedin sürücüsü X1 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BDYPİ Sumqayıt RQİTBŞ tərəfindən xx.xx.2022-cı il tarixində verilmiş BD seriyalı 023217 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs «B1, B, C1, C» kateqoriyalı avtomobilləri idarə etmək hüququ vardır. Sürücülük vəsiqəsi xx.xx.2032-ci il tarixədək etibarlıdır. İş materialında olan 362 saylı yol vərəqəsindən görünür ki, "xxxx" MMC tərəfindən Təqsirləndirilən şəxs “Kia Rio” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququ verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqından qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Rio” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə təhvil verilmişdir. İş materialında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan 26 mart 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır və ona qarşı heç bir tələb və şikayəti yoxdur. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs onunla barışmışdır, bu səbəbdən barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 12-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə düzgün tövsif olunmasını nəzərə alır. Məhkəmə iş materiallarını tam təhlil etdikdən sonra hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin “Qeyd” hissəsinə əsasən, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, Bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Beləliklə, məhkəmə yuxarıdakı təhlilə və Qanunvericiliyin müddəalarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə ittiham olunan Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanın ödənilməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməlidir. Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Rio” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə təhvil verilmiş hesab edilməlidir. Məhkəmə xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri – 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 39.1.11, 43.1.2, 344-347, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs idarə etdiyi “Kia Rio” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə təhvil verilmiş hesab edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri - 128 (yüz iyirmi səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Bəxtiyar Məmmədov
Məhkəmə qərarları › İş №1(011)-327/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-327/2023
13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver