Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-327/2025 01.09.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Səfərov Nihad Asif oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçi – Bakı Şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, tərcüməçi -- X3 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda, salış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 11.04 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamaqla daşımış, onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında 29 mart 2025-ci il tarixdə saat 13:46-da Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi 12 ünvanın yaxınlığında saxlanılıb videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış və götürmə zamanı əynində olan tünd boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf sellofan bükülüdə təmiz çəkisi 11,04 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər bir neçə dəfə narkotik maddə qəbul etdiyinə görə həbs olunaraq məhkum olunmuş, sonuncu dəfə 2017-ci ildə azadlığa çıxmışdır. Bir müddətdir ki, narkotik vasitə olan marixuanadan istifadə edir və istifadə etdiyi narkotik maddəni adətən tanımadığı şəxslərdən alır. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində olarkən üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsi görüb həmin şəxsə 40 manat pul verib ondan narkotik maddə olan marixuana alıb həmin narkotik maddəni üzərində saxlamışdır. Daha sonra həmin günü saat 13:40-da Xətai rayonu, Sarayevo küçəsi 12 saylı ünvanın yaxınlığında olan zaman polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını deyərək özünü şübhəli apardığı üçün narkotik vasitədən islifadə edib-etməməyini, üzərində narkotik vasitə olub- olmamasını, qanunla dövriyyəsi qadağan olunmuş, yaxud sübut əhəmiyyətinə malik ola biləcək digər əşya varsa təqdim etməyini demişlər. Üzərində narkotik vasitə marixuana olmasını demiş, polis əməkdaşları üzərində olan əşyaları təqdim etməyi dedikdə, əynindəki tünd boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd şəffaf sellofan kəsiyinə bükülmüş, içərisində spesifik iyli, narkotik vasitə olan marixuananı çıxardıb polis əməkdaşlarına təqdim edərək narkotik maddə marixuana olmasını demişdir. Polis əməkdaşları tərəfindən üzərindən aşkar olunmuş narkotik marixuana elektron tərəzi ilə çəkilən zaman marixuananın çəkisinin təxminən 13 qrama yaxın olması müəyyən edilmiş, üzərindən aşkar edilmiş narkotik maddə olan qurudulmuş marixuana cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Həmin narkotik vasitə olan marixuananı Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində tanımadığı şəxsdən əldə etmişdir. Əməlindən səmimi peşman olduğunu nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş şahid Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü Polis şöbəsində əməliyyat müvəkkili vəzifəsində işləyir. 29 mart 2025-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü PŞ-nə Təqsirləndirilən şəxs rayon ərazisində qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, daşıması, istifadə etməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 34-cü PŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 və həmin şöbənin əməliyyat müvəkkili, polis mayoru Şahid3 ibarət əməliyyat qrupu yaradılmış, 29 mart 2025-ci il tarixdə saat 13:46 radələrində Xətai Rayon Polis İdarəsinin 34-cü PŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 və həmin şöbənin əməliyyat müvəkkili, polis mayoru Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı daxil olan məlumat əsasında ünvan 2 ünvana gəlib xarici əlamətlərindən Təqsirləndirilən şəxs oxşar bir nəfər şəxsin piyada hərəkət etməsini müəyyən edərək yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını deyib həmin şəxsdən şəxsiyyəti barədə məlumat verməsini işləmişlər. Həmin şəxs özünü xx xxxx 1977-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə dəfələrlə məhkum olunmuş, ailəli, orta təhsilli, işləməyən, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o, cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququnun olması izah olunmuş, Təqsirləndirilən şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə üstünü yoxlamağa başlamışlar. Üstünün yoxlanılması və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasilə və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofanın içərisində bitki tərkibli narkotik vasitə hesab olunan qurudulmuş marixuanaya bənzər maddəni təqdim etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitəyə bənzər maddə tərəflərindən elektron tərəzidə çəkilmiş və bir ədəd şəffaf sellofanın içərisindən aşkar olunan qurudulmuş marixuanaya bənzər maddənin çəkisi 12.63 qram olması müəyyən edilmiş, tərəflərindən həmin narkotik vasitəyə bənzər maddə qablaşdırılaraq saxlanılan Təqsirləndirilən şəxs, iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılaraq üzərindən bir ədəd «Redmi» markalı mobil telefon, müxtəlif banklara aid plastik bank kartları və bir ədəd «Bakı» kartı götürülmüş, sonuncunun üzərindən başqa qanunla qadağan edilmiş hər hansı bir predmetə rast gəlinməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim eldiyi bükümün içərisindəki narkotik vasitə olan qurudulmuş marixuanadır, həmin marixuananı 29 mart 2025-ci il tarixdə tanımadığı şəxsdən əldə etmişdir. Təqsirləndirilən şəxs üstünün yoxlanılması Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi 12 ünvanında keçirilmiş, üstünün yoxlanılması «İphone» markalı mobil telefon vasitəsi ilə Xətai RPİ- nin 34-cü PŞ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid3 tərəfindən videoçəkiliş aparılmışdır. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübutla birlikdə tərəflərindən Xətai RPİ-nin 34-cü PŞ-nin inzibati binasına aparılaraq 34-cü PŞ-nin təhqiqatçısı, polis baş leytenantı X1 təqdim edilmiş, polis şöbəsinin inzibati binasının otaqlarının birində təhqiqatçı Ağasəf Şəhriyarov tərəfindən təqdim edilmiş videoçəkilişə və əşyaya baxış keçirilməsi protokolu tərtib edilmişdir. Daha sonra təhqiqatçı Ağasəf Şəhriyarov tərəfindən toplanmış material istintaq hərəkətlərinin aparılması üçün Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın mənbəyinin müəyyən edilməsi mümkün olmamışdır. Bu istiqamətdə tərəflərindən əməliyyat-axtarış tədbirləri davam etdirilir. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadələri elan olunmuş şahidlər Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 34-cü Polis Şöbəsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3 ifadələri Şahid1 ifadəsi ilə oxşarlıq təşkil edərək, onun göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında 29 mart 2025-ci il tarixli qərardan görünür ki, material üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin əlamətləri ilə ********* nömrəli cinayət işi başlanmış və istintaqı aparılması üçün icraata qəbul edilmişdir; (i.v.1) - şübhəli şəxsin tutulması haqqında 29 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:46-da şübhəli şəxs qismində tutulmuşdur. (i.v.43) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7/511 nömrəli 29 mart 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs imza..” sözləri yazılmış zərfdə 01 (bir) ədəd şəffaf sellofan bükülüdə təmiz çəkisi 11,04 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi-11,04 qram, tədqiqata sərf edildi-0,04 qram, qalıq-11,0 qramdır. (i.v.55-56) - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 31 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə nəzərdə tutulan ittiham elan edilmişdir. (i.v.68-69) - şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs iki uşağı var: xx.xx.2010-cu il təvəllüdlü X7 və xx.xx.2012-ci il təvəllüdlü X8. (i.v.80-81) - təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında 31 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmişdir. (i.v.91-92) - maddi sübutun tanınması haqqında 31 mart 2025-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs üzərindən götürülmüş və barəsində məhkəmə-bioloji ekspertizası təyin edilərək müvafiq olaraq xx.xx.2025-ci il tarixli 3-16-16/2-7/511 №-li rəy alınmış bir ədəd şəffaf sellofan bükülüdə təmiz çəkisi 11,04 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik maddə olan qurudulmuş marixuana maddi sübut qismində tanınsın, məhkəmə- bioloji ekspertizasına tədqiqat zamanı sərf edildikdən sonra qalmış 11,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana məhkəmə baxışınadək saxlanılması üçün Bakı şəhəri, Xətai RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. (i.v.93) - Suraxanı rayon Mənzil-Kommunal Təsərrüfatı 68 saylı MKİS-in arayışından görünür ki, Təqsirləndirilən şəxs Y Günəşli AB küçəsi, 127 saylı evin 112 № mənzilində yaşayır. (i.v.117) - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 10 aprel 2025-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1977-ci il təvəllüdlü Təqsirləndirilən şəxs: Nəsimi Rayon Xalq Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 226-cı maddəsi ilə təqsirli bilinərək 05 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2004-cü ildə Əzizbəyov Rayon Məhkəməsinin qərarı ilə çəkilməmiş cəzadan vaxtından əvvəl şərti azad olunmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2010-cu ildə Nərimanov Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə CM 76-cı maddəsinə əsasən cəzanın qalan çəkilməmiş müddət vaxtından əvvəl şərti azad olunmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək bilinərək 01 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2017-ci ildə Suraxanı Rayon Məhkəməsinin həmin tarixli qərarı ilə 05 ay 13 gün vaxtından əvvəl şərti azad olunmuşdur. xx.xx.2018-ci ildə cəza müddəti bitdiyindən şöbənin qeydiyyatından çıxarılmışdır. (i.v.120-122) - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-181/2017 saylı 19 iyun 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 4.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 ir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 30 mart 2017-ci il tarixindən hesablanması qərara alınmışdır. (i.v. 144-151) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya X5 Şəxsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmamışdır. (i.v.153-154) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsinin xx.xx.2025-ci il tarixli 2009 nömrəli ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı "Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə" Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edlməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.155-156) - sübutların qiymətləndirilməsi haqqında 10 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı aşkar edilərək götürülmüş və barəsində məhkəmə-bioloji ekspertizası təyin edilərək müvafiq xx.xx.2025-ci il tarixli, 3-16- 16/2-7/511 №-li rəy alınmaqla ümumilikdə 11,04 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananın iş üçün mühüm əhəmiyyət kəsb etdiyi üçün tərəfimdən 31 mart 2025-ci il tarixli qərarla maddi sübut qismində tanınması və məhkəmə-bioloji ekspertizasına tədqiqat zamanı sərf edildikdən sonra qalmış 11,00 qram çəkidə narkotik maddə qurudulmuş marixuana məhkəmə baxışınadək saxlanılması üçün Bakı şəhəri, Xətai RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilərək saxlanılması nəzərə alınması, cinayət işi materiallarında olan 02 ədəd CD diskləri iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut qismində tanınsın və cinayət işi materiallarında saxlanılması qərara alınmışdır. (i.v.157-163) Məhkəmə iclası zamanı iş materiallarında olan 01 ədəd DVD formatlı diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 29 mart 2025-ci il tarixdə, saat 13:46 dəqiqədə Bakı şəhəri, Xətai rayonu, Sarayevo 12 küçəsində piyada hərəkətdə olan zaman saxlanılmış, Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə üstünü yoxlamağa başlanmışdır. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngdə olan şalvarın sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofan kəsiyinə bükülmüş spesifik qoxuya malik olan ot tərkibli maddəni təqdim etmişdir. Sonra narkotik vasitəyə bənzəyən maddə elektron tərəzidə çəkilmiş, çəkisi 12.63 qram olması müəyyən edilir həmin kütlə tərəfimizdən qablaşdırılmış, saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. (i.v.12) Məhkəmə iclası zamanı iş materiallarında olan digər 01 ədəd DVD formatlı diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası DİN-in Xətai RPİ-nin 34-cü PŞ-nə vət. Təqsirləndirilən şəxs Xətai rayon ərazisində narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün 29 mart 2025-ci il tarixdə, saat 13:46-də Bakı şəhəri, Xətai rayonu, Sarayevo küçəsi 12 ünvanında saxlanılaraq üstü yoxlanılması və üzərindən 1 ədəd sellofan kəsiyinə bükülmüş spesifik qoxuya malik olan ot tərkibli maddə, 3 ədəd müxtəlif banka məxsus hesab kartı, 1 ədəd qulaqcıq, 1 ədəd metro kartı, 1 ədəd şəxsiyyət vəsiqəsi, 1 ədəd pul kisəsi, 12 manat pul, 1 ədəd, və 1 ədəd Redmi 13C modelli mobil telefon götürülməsi raportda qeyd olunmuş və aidiyyatı üzrə təqdim olunmuşdur. Təqdim olunan zərfdə qablaşdırılmış 1 ədəd sellofan kəsiyinə bükülmüş spesifik qoxuya malik olan ot tərkibli maddə aşkar olunmuş və "Çin" istehsallı elektron tərəzidə çəkilərək çəkisinin qablaşdırma ilə birlikdə 12.63 qram olduğu müəyyən edilmiş, daha sonra 1 ədəd "İphone" markalı mobil telefonda baxış keçirilmişdir. Mobil telefonda olan görüntülərdə təhqiqata təqdim olunan psixotrop maddəyə bənzər kütlə aşkar olunmuşdur. Baxış və götürmə süni işıqlandırma şəraitində keçirilmişdir. Baxış və götürmə zamanı videokamera vasitəsi ilə Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 tərəfindən video çəkiliş aparılmışdır. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmamışdır. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edildi, protokola 1 ədəd "İphone " markalı mobil telefon əlavə olunmuşdur. (i.v.18) Məhkəmə iclası zamanı iş materiallarında olan digər 01 ədəd DVD formatlı diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***- **-** cin nömrəsində olan SMS yazışmaları və telefon zəngləri qeyd olunmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** cin nömrəsinin anten dairəsinin sonuncu dəfə 26 mart 2025-ci il tarixdə saat 14:36:06 dəqiqədə ünvan 4 ünvanda aşkar olunmuşdur. (i.v.136) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 109.1-ci qrafasına əsasən təmiz çəkisi 11,04 qram olan narkotik vasitə qurudulmuş marixuana xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirini etiraf etməsini, əməlindən peşman olmasını və himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı 29 mart 2025-ci il tarixdən 31 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət ona təyin ediləcək cəzaya hesablanmalı (CM- 69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai RPİ-də saxlanılan 01 ədəd bükümdə çəkisi 11,0 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 04 ədəd disk iş materiallarında saxlanılmalı, 89 (səksən doqquz) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. (CPM-197-198). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saat iş saatına görə 275 (iki yüz yetmiş beş) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 11 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 02 (iki) gün həbsdə saxlama müddəti 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrasının əvvəli Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; Bakı şəhərinin ərazisini tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin yerinə yetirilməsi qoyulsun. Təqsirləndirilən şəxs üzərində nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 11,0 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan – dörd ədəd DVD disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 89 (səksən doqquz) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 25 (iyirmi beş) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 275 (iki yüz yetmiş beş) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən: Rəfail Sadıxov
Məhkəmə qərarları › İş №1(011)-327/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-327/2025
01.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver