Məhkəmə qərarları › İş №1(011)-328/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-328/2022

17.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-328/2022 17.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Yaqubov Fərid Murtuza oğlunun sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1979-cu ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını çəkib qurtarmamış, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2nında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək, hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, özgənin əmlakını talamaq məqsədilə, 21 mart 2022-ci il tarixdə, saat 19 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanına barıdan keçməklə, evin açıq giriş qapısından yaşayış sahəsinə qanunsuz daxil olub, oradan bir ədəd dəyəri 20 manat olan, istifadə olunmuş “HANSMAN” markalı, SD 686 modelli DVD aparatını, bir ədəd dəyəri 15 manat olan, istifadə olunmuş, korpusun aşağı hissəsində qırıq olan “Samsung GT-i8160” markalı, **********32532 İMEİ kodlu mobil telefonu, bir ədəd dəyəri 30 manat olan, istifadədə olunmuş, ekranı zədəli vəziyyətdə olan “Hisense F23” markalı mobil telefonu, bir ədəd dəyəri 0,20 manat, istifadə olunmuş dəmir qolbağı, bir ədəd dəyəri 1 manat, istifadə olunmuş flaminqo formalı broşu, bir ədəd dəyəri 1 manat, istifadə olunmuş sırğanı, bir ədəd dəyəri 0,50 manat istifadə olunmuş qaşlı, üzərində bir ədəd mirvari olan yaxalıq broşu, bir ədəd dəyəri 0,20 manat olan, istifadə olunmuş yaxalıq broşu, bir ədəd dəyəri 1 manat olan, istifadə olunmuş halqa formalı üzüyü, bir ədəd dəyəri 0,10 manat olan, istifadə olunmuş, üzərində gözmuncuğu olan sancağı, bir tay dəyəri 0,20 manat, istifadə olunmuş, üzərində iki ədəd mirvari olan sırğanın, bir tay dəyəri 0,10 manat, istifadə olunmuş üzərində iki ədəd sadə qaş olan sırğanı, bir ədəd dəyəri 120 manat olan “GEEPAS” markalı ətçəkən maşını, bir ədəd dəyəri 150 manat olan tozsoranı, bir ədəd dəyəri 380 manat olan “Pandora” markalı qızıl qolbağı, bir ədəd dəyəri 80 manat olan qızıl sırğanı, iki ədədinin dəyəri 150 manat olan qızıl üzüyü, bir cüt halqa formalı, ortasında ağ qaşı olan, qızıl suyuna batırılmış, dəyəri 170 manat olan sırğanı, bir ədəd dəyəri 120 manat olan nazik qızıl boyunbağını, bir ədəd dəyəri 110 manat olan “HİPER” markalı poverbankı gizli talayıb, zərəçəkmiş şəxsə ümumilikdə 1349,30 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, Xətai rayonu, NZS qəsəbəsində yerləşən mənzildə kirayədə tək yaşayır. O, narkotik vasitələrin və psixotrop maddələrin aludəçisidir. Zərərçəkmiş şəxs onun dayısı qızıdır, münasibətləri normal olmuşdur. 21 mart 2022-ci il tarixdə, axşam saatlarında NZS qəsəbəsində olan zaman, aclıq hiss etmiş və bu səbəbdən yaxınlıqda olan dayısının evinə gedib, onlarda yemək fikrinə gəlmişdir. Lakin, qapının qıfılla bağlı olduğunu görüb, hasarın yanında olan nərdivandan istifadə edərək, həyətə daxil olmuşdur. İçəridəki qapını yoxlayan zaman, qapının açıq olduğunu görüb, içəri daxil olmuş və masanın üstündə olan şirniyyatlardan yemişdir. Eyni zamanda, həmin vaxt evdə olan qiymətli əşyaları oğurlamaq fikrinə düşmüşdür. Belə ki, narkotik almağa pulu olmamış və bunun üçün oğurladığı əşyaları satıb, narkotik maddə almaq qərarına gəlmişdir. Odur ki, evdə olan bir ədəd DVD aparatını, bir ədəd ətçəkən maşını, bir ədəd tozsoranı, bir ədəd poverbankı və iki ədəd mobil telefonu oğurlayaraq, hasardan keçib, yaşadığı mənzilə getmişdir. Oğurladığı əşyaların bir hissəsini elə həmin gün satmış, digər hissəsini isə yaşadığlı mənzildə saxlamışdır. 22 mart 2022-ci il tarixdə, səhər saatlarında polis əməkdaşları yaşadığı evə gələrək, onu 37-ci Polis Şöbəsinə dəvət etmişlər. Polis şöbəsində o, etdiyi oğurluğu etiraf etmişdir. Oğurluq edərkən, dayısının evindən hər hansı bir qızıl-zinət əşyasını götürməmişdir. Bu səbəbdən, ona qarşı irəli sürülmüş ittihamda qızıl-zinət əşyalarının onun tərəfindən oğurlanması hissəsi ilə razılaşmır. Törətdiyi əməldən hazırda səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, o, anası Vəciyyə Fətullayeva ilə birlikdə Xətai rayonu, NZS qəsəbəsi, ünvan 4 ünvanında yaşayır və "xxxx" MMC-də nəzarətçi işləyir. Təqsirləndirilən şəxs onun bibisi oğludur, münasibətləri yaxşı olmuş, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 21 mart 2022-ci il tarixdə, saat 10 radələrində o, yaşadığı ünvandan çıxaraq işə getmişdir. Saat təxminən 13 radələrində anası yaşadıqları evdən çıxıb, xalasıgilə getmişdir. Ona görə də, yaşadıları evdə heç kim olmamışdır. Həmin gün saat 20 radələrində o, yaşadığı evə daxil olan zaman, evin giriş qapısının aralı olduğunu və evin dağınıq olduğunu aşkar etmişdir. Saat 21 radələrində anası Vəciyyə Fətullayeva evə gəlmiş və onlar DİN-nin 102 xidmətinə zəng edib, hadisə barədə məlumat vermək qərarına gəlmişlər. Bundan sonra polis əməkdaşları yaşadığı mənzilə gələrək, baxış keçirmiş və müəyyən sənədləşdirmələr aparmışdırlar. Bundan sabahki gün isə Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə gedib, yaşadığı evdən qızılzinət və digər əşyaların oğurlanması barədə ərizə ilə müraciət etmişdir. Sonradan ona məlum olmuşdur ki, 21 mart 2022-ci il tarixdə bibisi oğlu Təqsirləndirilən şəxs hasardan evinə keçməklə daxil olaraq, içəridəki qapının açıq olmasından istifadə edib, evdən ona məxsus bir ədəd “HANSMAN” markalı DVD aparatı, bir ədəd “GEEPAS” markalı ətçəkən maşını, bir ədəd tozsoranı, bir ədəd “Pandora” markalı qızıl qolbağı, bir ədəd qızıl sırğanı, iki ədəd üzüyü, bir çüt halqa formalı, ortasında ağ qaşı olan qızıl suyuna batırılmış sırğanı, bir ədəd nazik qızıl boyunbağını, bir ədəd “HİPER” markalı poverbankı, bir ədəd “Samsung LaFleur” markalı mobil telefonu, bir ədəd “Hisense F23” markalı mobil telefonu, bir ədəd dəmir qolbağı, bir ədəd flaminqo formalı broşu, bir ədəd sırğa, iki ədəd yaxalıq broşu, bir ədəd halqa formalı üzüyü, bir ədəd üzərində gözmuncuğu olan sancağı, bir ədəd sırğanı, bir ədəd üzərində iki ədəd sadə qaş olan sırğanı oğurlamışdır. Hazırda isə ona dəymiş ziyan tam şəkildə ödənilmiş, iş üzrə Təqsirləndirilən şəxs ilə barışmış və təqsirləndirilən şəxsə qarşı heç bir tələb və şikayəti yoxdur. Göstərilənlərə əsasən, Təqsirləndirilən şəxs yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Xətai rayonu, NZS qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs onun baldızının oğludur, aralarında hər hansı bir ədavətləri olmamışdır. 2022-ci ilin mart ayının 21-də, günorta saatlarında o, bacısıgilə getmiş, qızı Nərmin isə işdə olmuşdur. Həmin gün axşam evlərinə gələn zaman, evin içərisinin dağınıq olduğunu görmüşlər. Ona görə də, qızı Nərmin DİN-in 102 xidmətinə məlumat vermişdir. Bundan sonra polis əməkdaşları onların evinə gəlib baxış keçirmişlər, sonradan isə məlum olmuşdur ki, baldızının oğlu Zəka onların evinə hasardan keçməklə daxil olub, evdən bir ədəd “HANSMAN” markalı DVD aparatı, bir ədəd “GEEPAS” markalı ətçəkən maşını, bir ədəd tozsoranı, bir ədəd “Pandora” markalı qızıl qolbağı, bir ədəd qızıl sırğanı, iki ədəd üzüyü, bir cüt ortasında ağ qaşı olan qızıl suyuna batırılmış sırğanı, bir ədəd nazik qızıl boyunbağının, bir ədəd “HİPER” markalı poverbankı, bir ədəd “Samsung LaFleur” markalı mobil telefonu, bir ədəd “Hisense F23” markalı mobil telefonu, bir ədəd dəmir qolbağı, bir ədəd flaminqo formalı broşu, bir ədəd sırğanı, iki ədəd yaxalıq broşu, bir ədəd halqa formalı üzüyü, bir ədəd üzərində gözmuncuğu olan sancağı, bir ədəd sırğanı, bir ədəd üzərində iki ədəd sadə qaş olan sırğanı oğurlamışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, habelə iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmiş və onun təqsiri qismən etirafı ilə yanaşı, aşağıda göstərilən digər sübutlarla da təsdiq edilir. Belə ki, iş materiallarında olan Videogörüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət işi üzrə təqdim olunmuş diskdə olan məlumatlara baxış keçirilmişdir. Diskdə olan görüntüdə 21 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus evdən oğurluq edib, çıxan zaman görüntülər əks olunmuşdur. Təqsirləndirilən şəxs görüntüyə baxıb həqiqətən də, həmin vaxt Zərərçəkmiş şəxs evinə daxil olduğunu, oradan bir ədəd “HANSMAN” markalı DVD aparatını, bir ədəd “Samsung” markalı mobil telefonu, bir ədəd “Hisense” markalı mobil telefonu, bir ədəd dəmir qolbağı, bir ədəd flaminqo formalı broşu, bir ədəd sırğanı, iki ədəd yaxalıq broşu, bir ədəd halqa formalı üzüyü, bir ədəd üzərində gözmuncuğu olan sancağı, bir tay üzərində iki ədəd mirvari olan sırğanı, bir tay üzərində iki ədəd sadə qaş olan sırğanı, bir ədəd “GEEPAS” markalı ətçəkən maşını, bir ədəd tozsoranı, bir ədəd “Pandora” markalı qızıl qolbağı, bir ədəd qızıl sırğanı, iki ədəd qızıl üzüyü, bir cüt halqa formalı, ortasında ağ qaşı olan sırğanı, bir ədəd nazik qızıl boyunbağını, bir ədəd “HİPER” markalı poverbankı oğurlayıb, sellofan torbalara yığaraq, oradan getdiyini bildirmişdir. İş materiallarında olan Baxış və götürmə keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi Zərərçəkmiş şəxs məxsus oğurlanan əşyalar, yəni bir ədəd “HANSMAN” markalı DVD aparatı, bir ədəd “Samsung LaFleur” markalı mobil telefon, bir ədəd “Hisense F23” markalı mobil telefon, bir ədəd dəmir qolbaq, bir ədəd flaminqo formalı broş, bir ədəd sırğa, iki ədəd yaxalıq broş, bir ədəd halqa formalı üzük, bir ədəd üzərində gözmuncuğu olan sancaq, bir ədəd sırğa, bir ədəd üzərində iki ədəd sadə qaş olan sırğa götürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 may 2022-ci il tarixli, 9/3156 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla, 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən olunur: bir ədəd istifadə olunmuş, “HANSMAN” markalı, SD 686 modelli DVD aparatının dəyəri 20 manat, bir ədəd istifadədə olmuş, korpusun aşağı hissəsində qırıq olan “Samsung GT- İ8160” markalı, **********32532 İMEİ kodlu mobil telefonun dəyəri 15 manat, bir ədəd istifadədə olmuş, ekranı zədəli vəziyyətdə olan “Hisense F23” markalı mobil telefonun dəyəri 30 manat, bir ədəd istifadədə olmuş dəmir qolbağın dəyəri 0,20 manat, bir ədəd istifadədə olmuş flaminqo formalı broşun dəyəri 1 manat, bir cüt istifadədə olmuş sırğanın dəyəri 1 manat, bir ədəd istifadədə olmuş qaşlı, üzərində bir ədəd mirvari olan yaxalıq broşun dəyəri 0,50 manat, bir ədəd istifadədə olmuş yaxalıq broşun dəyəri 0,20 manat, bir ədəd istifadədə olmuş halqa formalı üzüyün dəyəri 1 manat, bir ədəd istifadədə olmuş üzərində gözmuncuğu olan sancağın dəyəri 0,10 manat, 1 tay istifadədə olmuş üzərində iki ədəd mirvari olan sırğanın dəyəri 0,20 manat, 1 tay istifadədə olmuş üzərində iki ədəd sadə qaş olan sırğanın dəyəri 0,10 manat olmaqla, ümumilikdə 69,30 manat. Həmçinin, ekspertiza tədqiqatına təqdim edilməyən mallar haqqında kifayət qədər məlumat olmadığından, həmin mallar üzrə qiymətləndirmə aparmaq mümkün olmamışdır. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs məxsus bir ədəd istifadə olunmuş, “HANSMAN” markalı, SD 686 modelli DVD aparatı, bir ədəd istifadədə olmuş “Samsung GT-İ8160” markalı, **********32532 İMEİ kodlu mobil telefon, bir ədəd istifadədə olmuş “Hisense F23” markalı mobil telefon, bir ədəd istifadədə olmuş dəmir qolbaq, bir ədəd istifadədə olmuş flaminqo formalı broş, bir cüt istifadədə olmuş sırğa, bir ədəd istifadədə olmuş qaşlı, üzərində bir ədəd mirvari olan yaxalıq broş, bir ədəd istifadədə olmuş yaxalıq broş, bir ədəd istifadədə olmuş halqa formalı üzük, bir ədəd istifadədə olmuş üzərində gözmuncuğu olan sancaq, bir tay istifadədə olmuş üzərində iki ədəd mirvari olan sırğa, bir tay istifadədə olmuş üzərində iki ədəd sadə qaş olan sırğa iş üzrə maddi sübut kimi tanınaraq, saxlanması üçün sahibinə təhvil verilmişdir. İş materiallarında olan Şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 mart 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 mart 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 22 mart 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən verilmiş 26 may 2022-ci il tarixli tələbnamədən və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-202/2022 nömrəli, 28 aprel 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli 28 aprel 2022-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)- 202/2022 nömrəli, 28 aprel 2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəzasını çəkib qurtarmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3cü maddəsi ilə müəyyən olunmuş cinayətin törədilməsində təqsiri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutların məcmusu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərində əməlin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-ci maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxsin barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxsə cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli qismən etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, məhkum olunmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-202/2022 nömrəli, 28 aprel 2022-ci il tarixli hökmü çıxarılmazdan əvvəl hazırki cinayət əməlini törətməkdə təqsirli olduğunun müəyyən edildiyini nəzərə alaraq hesab edir ki, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. İstinad edilən maddələrin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu tarixdən, yəni 22 mart 2022-ci il tarixdən hesablanmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınan - Zərərçəkmiş şəxs məxsus bir ədəd istifadə olunmuş, “HANSMAN” markalı, SD 686 modelli DVD aparatı, bir ədəd istifadədə olmuş “Samsung GT-İ8160” markalı, **********32532 İMEİ kodlu mobil telefon, bir ədəd istifadədə olmuş “Hisense F23” markalı mobil telefon, bir ədəd istifadədə olmuş dəmir qolbaq, bir ədəd istifadədə olmuş flaminqo formalı broş, bir cüt istifadədə olmuş sırğa, bir ədəd istifadədə olmuş qaşlı, üzərində bir ədəd mirvari olan yaxalıq broş, bir ədəd istifadədə olmuş yaxalıq broş, bir ədəd istifadədə olmuş halqa formalı üzük, bir ədəd istifadədə olmuş üzərində gözmuncuğu olan sancaq, bir tay istifadədə olmuş üzərində iki ədəd mirvari olan sırğa, bir tay istifadədə olmuş üzərində iki ədəd sadə qaş olan sırğanın sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-202/2022 nömrəli, 28 aprel 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən toplamaq yolu ilə, Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 22 mart 2022-ci il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınan - Zərərçəkmiş şəxs məxsus bir ədəd istifadə olunmuş, “HANSMAN” markalı, SD 686 modelli DVD aparatı, bir ədəd istifadədə olmuş “Samsung GT-İ8160” markalı, **********32532 İMEİ kodlu mobil telefon, bir ədəd istifadədə olmuş “Hisense F23” markalı mobil telefon, bir ədəd istifadədə olmuş dəmir qolbaq, bir ədəd istifadədə olmuş flaminqo formalı broş, bir cüt istifadədə olmuş sırğa, bir ədəd istifadədə olmuş qaşlı, üzərində bir ədəd mirvari olan yaxalıq broş, bir ədəd istifadədə olmuş yaxalıq broş, bir ədəd istifadədə olmuş halqa formalı üzük, bir ədəd istifadədə olmuş üzərində gözmuncuğu olan sancaq, bir tay istifadədə olmuş üzərində iki ədəd mirvari olan sırğa, bir tay istifadədə olmuş üzərində iki ədəd sadə qaş olan sırğanın sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Fərid Yaqubov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar