Məhkəmə qərarları › İş №1(011)-328/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-328/2025

28.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-328/2025 28.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Cəfərov Samid Sadiq oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1999-cu ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqla müəyyən edilməmiş şəxsdən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,455 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edərək üzərində saxlamaqla daşımış, 07 aprel 2025-ci il tarixdə saat 17:08-də Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində ünvan 2 ünvanın qarşısında saxlanılıb videoçəkilişdən istifadə edilməklə keçirilən şəxsi-axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,455 qram olan açıq qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, bədənində ağrılar olduğu üçün 1 ilə yaxındır ki, “kakos” kimi bildiyi narkotik vasitə heroini özü üçün alıb istifadə etmişdir. Narkotik vasitəni müxtəlif yerlərdən tanımadığı şəxslərdən alıb heç kimin görmədiyi ərazilərdə istifadə etmiş və həmin maddəni qəbul etməsindən başqa heç kimin məlumatı olmamışdır. 07 aprel 2025-ci il tarixdə saat 15 radələrində yaşadığı evdən çıxıb narkotik vasitə almaq məqsədi ilə 20 yanvar metrostansiyasınm yaxınlığına gedərək üzdən tanıdığı, lakin adını və anket məlumatını bilmədiyi şəxsə 30 manat pul verərək özü istifadə etmək məqsədi ilə bir ədəd bükümdə olan narkotik vasitə hesab edilən heroin kimi bildiyi maddəni alıb yaşadığı evə gəlmişdir. Aldığı narkotik vasitənin bir qədərini özü istifadə edib qalanını isə əynində olan gödəkçənin sağ yan cibinə qoymuşdur. Həmin gün saat 17 radələrində yaşadığı evdən çıxıb Xətai rayonu, NZS qəsəbəsi, Sovxoz küçəsi 25 saylı ünvanın qarşısından keçib gedən zaman 3 nəfər mülki geyimdə olan əvvəllər tanımadığı şəxslər ona yaxınlaşıb özlərinin polis əməkdaşları olduqlarını bildirib narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirərək, üzərinə videogörüntü ilə baxış keçirəcəklərini bildirən zaman o, əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd bükümü çıxarıb təqdim etmişdir. Həmin kütlə barədə soruşduqda «kakos» kimi bildiyi narkotik vasitə heroin olmasını və özü istifadə etmək məqsədi ilə alıb üzərində daşıyaraq, saxlamağını bildirmişdir. Sonra üzərində başqa hər hansı qeyri-qanuni əşya olub-olmaması barədə soruşduqda heç bir əşyanın olmamasını bildirməsinə baxmayaraq üzərində axtarış aparılmış və əynində olan şalvarın sağ arxa cibindən üzərində ***-***-**-** GSM nömrə olan “Samsung” markalı mobil telefon aşkar olunmuş, lakin başqa qeyri-qanuni əşya, predmet aşkar olunmamışdır. Bundan sonra üzərindən aşkar olunmuş bir ədəd büküm polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş və 0,49 qram olması müəyyən olunmuşdur. Sonra həmin maddə zərfə qoyularaq qablaşdırılmış, o da iştirakçılarla birlikdə zərfin üzərinə imza etmişdir. Daha sonra isə polis əməkdaşları ilə birlikdə Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə gəlmiş və orada təhqiqatçı dəvət edilmiş müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələrini izah edərək bu barədə protokol tərtib olunmuş, tərtib olunmuş protokollara imza elmiş və şübhəli şəxs qismində tutulmuşdur. Saxlanılan vaxt və polis şöbəsində ona qarşı heç bir zor və ya təzyiq olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 37-ci PBnin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 ifadəsində bildirmişdir ki, 07 aprel 2025-ci il tarixdə, saat 17 radələrində Şahid3 və Şahid1 ibarət əməliyyat qrupu yaradılıb Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olması, həmçinin Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Sovxoz küçəsində olması barədə əməliyyat məlumatını yoxlamaq məqsədi ilə birlikdə qeyd edilən ünvana gələrək Təqsirləndirilən şəxs piyada hərəkət edərkən saxlamış və ondan üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın və ya predmetin olması barədə soruşduqda Təqsirləndirilən şəxs bir bükümü çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükümün içərisində heroindir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi heroin elektron tərəzidə çəkilmişdir. Daha sonra narkotik vasitə qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs Xətai RPİ-nin 37-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı X1 xidməti otağına gətirilmişdir. Orada yenidən videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə olan narkotik vasitə Bahadur Ənnağızadəyə təqdim edilmişdir. Narkotik vasitəyə baxış keçirildikdən sonra yenidən qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir bükümdə olan narkotik vasitə heroin yenidən elektron tərəzi ilə çəkilmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 bildirmişdir ki, 07 aprel 2025-ci il tarixdə, saat 17 radələrində Xətai RPİnin 37-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 və baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 ibarət əməliyyat qrupu yaradılıb Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olması, həmçinin Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Sovxoz küçəsində olması barədə əməliyyat məlumatını yoxlamaq məqsədi ilə birlikdə qeyd edilən ünvana gələrək ünvan 3an məlum olan Təqsirləndirilən şəxs piyada hərəkət edərkən saxlanılmış və əməliyyat müvəkkili, polis leytenantı Şahid3 tərəfindən videoçəkiliş aparılarkən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın və ya predmetin olması barədə soruşduqda Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükümün içərisində olan kakos kimi bildiyi narkotik vasitə heroindir. Bundan sonra Təqsirləndirilən şəxs üstünə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarın arxa sağ cibindən bir ədəd “Samsung” markalı mobil telefon aşkar edilmiş, lakin başqa hər hansı bir qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və həmin kütlənin 0,49 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs verilmiş suala cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitəni 20 yanvar metrostansiyasının yaxınlığında üzdən tanıdığı, lakin anket məlumatını bilmədiyi şəxsdən özü istifadə etmək məqsədi ilə 30 manata almışdır. Daha sonra isə aşkar edilmiş narkotik vasitə qablaşdırılmış və zərf iştirakçılar, həmçinin Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Daha sonra isə Təqsirləndirilən şəxs Xətai RPİ-nin 37-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı X1 xidməti otağına gətirilmişdir. Orada yenidən videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə olan narkotik vasitə heroinə bənzər kütlə təhqiqatçı Bahadur Ənnağızadəyə təqdim edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitəni 20 yanvar metrostansiyasının yaxınlığında üzdən tanıdığı, lakin anket məlumatını bilmədiyi şəxsdən özü istifadə etmək məqsədi ilə 30 manata almışdır. Şahid1 əlavə olaraq bildirmişdir ki, əvvəllər Təqsirləndirilən şəxs tanımamış, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmasına baxmayaraq sonuncunun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması müəyyən edilməmişdir, Təqsirləndirilən şəxs yalnız narkotik vasitələrin istifadəsi ilə məşğul olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir bükümdə olan narkotik vasitə heroini onlar özlərində olan elektron tərəzi ilə çəkmişlər və narkotik vasitənin çəkisində fərq olmuşdur. Narkotik vasitənin çəkisində olan fərqini izah edərək o, bildirmişdir ki, narkotik vasitə sellofan bükümdə çəkilmiş, lakin ekspertiza mərkəzində narkotik vasitə sellofan bükümlə deyil, təmiz çəkisi müəyyən edilmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında tədqiq olunmuş ifadəsində şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 37-ci PŞ-nin baş əməliyyat müvəkkili, polis leytenantı Şahid1 bildirmişdir ki, 07 aprel 2025-ci il tarixdə, saat 17 radələrində Xətai RPİ-nin 37-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 və baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 ibarət əməliyyat qrupu yaradılıb Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olması, həmçinin Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Sovxoz küçəsində olması barədə əməliyyat məlumatını yoxlamaq məqsədi ilə birlikdə qeyd edilən ünvana gələrək ünvan 3an məlum olan Təqsirləndirilən şəxs piyada hərəkət edərkən saxlanılmış və əməliyyat müvəkkili, polis leytenantı Şahid3 tərəfindən videoçəkiliş aparılarkən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra üzərində qanunla qadağan olunmuş hər hansı bir əşyanın və ya predmetin olması barədə soruşduqda Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim edərək bildirmişdir ki, həmin bükümün içərisində olan kakos kimi bildiyi narkotik vasitə heroindir. Bundan sonra Təqsirləndirilən şəxs üstünə baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarın arxa sağ cibindən bir ədəd “Samsung” markalı mobil telefon aşkar edilmiş, lakin başqa hər hansı bir qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və həmin kütlənin 0,49 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs verilmiş suala cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitəni 20 yanvar metrostansiyasının yaxınlığında üzdən tanıdığı, lakin anket məlumatını bilmədiyi şəxsdən özü istifadə etmək məqsədi ilə 30 manata almışdır. Daha sonra isə aşkar edilmiş narkotik vasitə qablaşdırılmış və zərf iştirakçılar, həmçinin Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Daha sonra isə Təqsirləndirilən şəxs Xətai RPİ-nin 37-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı X1 xidməti otağına gətirilmişdir. Orada yenidən videoçəkilişdən istifadə edilməklə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə olan narkotik vasitə heroinə bənzər kütlə təhqiqatçı Bahadur Ənnağızadəyə təqdim edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitəni 20 yanvar metrostansiyasının yaxınlığında üzdən tanıdığı, lakin anket məlumatını bilmədiyi şəxsdən özü istifadə etmək məqsədi ilə 30 manata almışdır. Şahid1 əlavə olaraq bildirmişdir ki, əvvəllər Təqsirləndirilən şəxs tanımamış, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmasına baxmayaraq sonuncunun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması müəyyən edilməmişdir, Təqsirləndirilən şəxs yalnız narkotik vasitələrin istifadəsi ilə məşğul olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir bükümdə olan narkotik vasitə heroini onlar özlərində olan elektron tərəzi ilə çəkmişlər və narkotik vasitənin çəkisində fərq olmuşdur. Narkotik vasitənin çəkisində olan fərqini izah edərək o, bildirmişdir ki, narkotik vasitə sellofan bükümdə çəkilmiş, lakin ekspertiza mərkəzində narkotik vasitə sellofan bükümlə deyil, təmiz çəkisi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 08 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və baxış keçirilməsinə dair 07 aprel 2025-ci il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofan bükümdə açıq qəhvəyi rəngli narkotik maddəyə bənzər kütləni, üzərində olan göy rəngli cins şalvarın sağ arxa cibindən 1 ədəd “Samsung” markalı telefonu təqdim etmişdir. Narkotik maddəyə bənzər kütlə Çin istehsallı üzərində heç bir yazı olmayan elektron tərəzidə çəkilmiş, çəkisinin 0.49 qram olması müəyyən edilmişdir. Sonra həmin kütlə qablaşdırılmaqla tədbir iştirakçıları və saxlanılan şəxs tərəfindən imzalanmış və götürülmüşdür. Daha sonra şəxsin üzəri yoxlanılmış, sonuncunun üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya predmetə rast gəlinməmiş, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd şəffaf sellofan bükümdə açıq qəhvəyi rəngli narkotik maddəyə bənzər kütlə götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik vasitənin heroin olmasını və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirmişdir. Üstünü yoxlama və baxış Bakı şəhəri, Xətai rayonu, NZS qəsəbəsi, Sovxoz 25 ünvanında keçirilmişdir (i.v. 14-16); təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında 07 aprel 2025-ci il tarixli protokoldan görünür ki, təqdim olunan zərfdə qablaşdırılmış 1 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümdə olan qəhvəyi rəngdə toz şəkilli narkotik maddəyə bənzər kütlə aşkar olunmuş və elektron tərəzidə çəkilərək çəkisinin qablaşdırma ilə birlikdə 0,49 qram olduğu müəyyən edilmişdir. Sonra həmin maddə yenidən qablaşdırılıb möhürlənmiş, daha sonra 1 ədəd DVD-yə Lenovo markalı kompüterdə baxış keçirilmişdir. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan qəhvəyi rəngdə tozşəkilli narkotik maddəyə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan həmin maddənin aşkar olunmasını bildirməsi əksini tapmışdır (i.v. 18-20); şübhəli şəxsin tutulması haqqında 07 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 17:08-də CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 30); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16- 16/2-6/1298/2025 nömrəli, 08 aprel 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün №153” möhür əksi, “...Təqsirləndirilən şəxs...” və s. adlar, soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0.455 qram açıq qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (i.v. 44-47); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 09 aprel 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir (i.v. 54-55); vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 09 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilərək saxlandığı Xətai RPİ-nin MSY-dən azad edilməsi qərara alınmışdır (i.v. 71-72); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 09 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 73-75); “CD-R” disklərə baxış keçirilməsi haqqında 10 aprel 2025-ci il tarixli protokollardan görünür ki, disklərdə olan həmin görüntülər, əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli, həmçinin təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında xx.xx.2025-ci il tarixli protokollara uyğun olmuşdur (i.v. 83-86); maddi sübut kimi tanınma haqqında 10 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.455 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.355 qram çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Bakı şəhəri Xətai RPİ-nin maddi sübutların saxlanılma anbarına göndərilmişdir (i.v. 89-90); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsinin xx.xx.2025-ci il tarixli, 2287 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən BNM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır (i.v. 120-121); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə əməliyyat kartotekasında məlumat mövcud deyil (i.v. 122); Mənzil Kommunal Təsərrüfatı Birliyinin 67 saylı MKİS tərəfindən verilmiş xx.xx.2025ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i.v. 124); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında 07 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, baxış keçirilməsi protokolu, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, təqsirlədirilən şəxsin və şahidlərin ifadələri, maddi sübut kimi tanınma haqqında qərar iş üzrə sübut növü kimi qiymətləndirilmişlər, 02 ədəd “CD-R” formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir (i.v. 141-150). Məhkəmə iclasında birinci diskdə olan görüntüyə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilir, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilir, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofan bükümdə açıq qəhvəyi rəngli narkotik maddəyə bənzər kütləni, üzərində olan göy rəngli cins şalvarın sağ arxa cibindən 1 ədəd “Samsung” markalı telefonu təqdim edir. Narkotik maddəyə bənzər kütlə elektron tərəzidə çəkilir, çəkisinin 0.49 qram olması müəyyən edilir. Sonra həmin kütlə qablaşdırılmaqla tədbir iştirakçıları və saxlanılan şəxs tərəfindən imzalanır və götürülür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar olumuş narkotik vasitənin heroin olmasını və saxlanılan zaman polis əməkdaşları tərəfindən ona zor tətbiq edilmədiyini bildirir. Məhkəmə iclasında ikinci diskdə olan görüntüyə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, təqdim olunan zərfdə qablaşdırılmış 1 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümdə olan qəhvəyi rəngdə toz şəkilli narkotik maddəyə bənzər kütlə aşkar olunur və elektron tərəzidə çəkilərək çəkisinin qablaşdırma ilə birlikdə 0,49 qram olduğu müəyyən edilir. Sonra həmin maddə yenidən qablaşdırılıb möhürlənir, daha sonra 1 ədəd DVD-yə Lenovo markalı kompüterdə baxış keçirilir. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan qəhvəyi rəngdə tozşəkilli narkotik maddəyə bənzər kütlənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan həmin maddənin aşkar olunmasını bildirməsi əksini tapır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən təmiz çəkisi 0.455 qram olan narkotik vasitə heroin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM-nin 59.2) cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, üzərindən aşkar edilmiş narkotik vasitə heroinin miqdarı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, 07 aprel 2025-ci il tarixdən 09 aprel 2025ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli (CM-93.1.2) və onun VSİS-dən alınan məlumata əsasən xx.xx.2025-ci il tarixdən BNM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınmalı, iş üzrə maddi sübut - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanılması anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.455 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.355 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd “CD- R” disk iş materiallarında saxlanılmalı (CPM-132), 110 (yüz on) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 1 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07 aprel 2025-ci il tarixdən 09 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və onun VSİSdən alınan məlumata əsasən xx.xx.2025-ci il tarixdən BNM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut - Bakı şəhəri Xətai rayon Polis İdarəsinin maddi sübutların saxlanılma anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0.455 qram olan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.355 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut – 02 ədəd “CD-R” disk iş materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar