Məhkəmə qərarları › İş №1(011)-329/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərar — İş №1(011)-329/2020

26.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(011)-329/2020 26.10.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim İbrahimli İbrahim Adil oğlunun sədrliyi, Əliyev Şahlar Əliağa oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı Şahid1 Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işində köməklik edəcəyinə dair sonuncunun anası Zərərçəkmiş şəxs yalan vəd verib inandıraraq, əslində isə vədinə əməl etməməklə aldadıb, 2018-ci ilin sentyabr ayının ortalarında Zərərçəkmiş şəxs yaşadığı ünvan 2 mənzil 38 ünvanında sonuncudan 7.500 (yeddi min beş yüz) manat məbləğində pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etməklə Zərərçəkmiş şəxs məxsus əmlakı ələ keçirib xeyli miqdarda ziyan vuraraq dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Şahid1 2018-ci il tarixdən tanıyır. Həmin tarixdə o, Minarənin vasitəsilə Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. O, Minarə ilə tanış olduqdan sonra onun Minarə ilə yaxın münasibəti yaranmışdır. 2018-ci ilin sentyabr ayında o, tanışı Dağlar və Minarə ilə görüşüb söhbət edərkən, söhbət əsnasında Minarə barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işinin ibtidai istintaqı aparıldığını və bu işdə köməklik göstərməyini xahiş etmişdir. 2018-ci ilin sentyabr ayının ortalarında o, Minarənin xahişi ilə tanışları Dağlar və Araz ilə Minarənin yaşadığı ünvan 3 mənzil 38 ünvanına getmişdir. Orada Minarə anası Tamilə ilə onu tanış etmişdir. Söhbət əsnasında Minarə barəsində aparılan cinayət işinin təfsilatı barədə danışdıqdan sonra o, müəyyən məbləğ müqabilində Minarənin məhkəmədə həbssiz cəza ala biləcəyini demişdir. Tamilla ona razılıq verib Minarənin işi ilə məşğul olmağına razılıq vermişdir. Bir neçə gündən sonra o, Tamillaya zəng edib Minarənin işinin həll olunması üçün 4.500 manat pul lazım olduğunu bildirmişdir. Həmin gün o, tanışı Mehdi ilə birlikdə Tamillanın yaşadıqları Xətai rayonu, Xocalı prospekti 20/22 saylı binanın qarşısına gedib Minarə və Tamilla ilə görüşmüşdür. X11 və Mehdinin yanında ona 4.500 (dörd min beş yüz) manat pul vermişdir. O, pulu götürüb, bir daha Minarənin işində köməklik göstərəcəyini Tamillaya söz vermişdir. Belə ki, o, ümumi dostları vasitəsilə Minarənin işində köməklik göstərəcəyini düşünsə də, Minarənin işində köməklik göstərə bilməmişdir. Həmin ərəfədə onun maddi vəziyyəti pis olduğu üçün, Tamilladan aldığı 4.500 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Sonradan ona məlum olmuşdur ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun xx.xx.2018-ci il tarixli hökmü ilə Şahid1 Azərbaycan Respublikasının CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan sonra Tamilla ona zəng edərək Şahid1 barəsində hökm çıxdığını bildirmişdir. O, da Tamillaya pulu qaytaracağına vəd vermişdir. Sonradan o, hissə-hissə olmaqla, yəni 500 manat və 400 manat olmaqla Tamillaya cəmi 900 (doqquz yüz) manat pul qaytarmışdır. Daha sonra o, istintada Tamillaya 3.600 manat pul təqdim etmişdir.Hazırda o, Zərərçəkmiş şəxs dəymiş ziyan 7.500 manatı tam olaraq ödəmişdir. Əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışmasını, ona dəymiş ziyanı tamamilə ödədiyini, habelə cinayət nəticəsində dəymiş ziyanın 25% miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsi tətbiq edilməklə işin icraatına xitam verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, təxminən 2018-ci ilin ortalarında onun qızı Şahid1 Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan vaxtlar qızı Minarə azadlıqda olduğu müddət ərzində müvəqqəti olaraq metronun “Memar Əcəmi” stansiyasının yanında bir kafeni icarə götürüb işləmişdir. Bir gün təxminən 2018-ci ilin sentyabr ayının ortalarında Minarə onunla birlikdə evdə oturmuşdur. X6 adlı dostu zəng edib Minarəni kafeyə çağırmışdır. Bir müddətdən sonra Minarə kafedən ona zəng edib demişdir ki, dostu Dağların İsmayıl adlı bir nəfər dostu var və həmin İsmayıl onun məhkəmədəki işinə köməklik göstərməyi öz boynuna götürür. O, təklif etmişdir ki, Minarə həmin dostlarını da götürüb yaşadığı evə gətirsin ki, evdə arxayınçılıqla söhbət etsinlər. Bir qədər vaxtdan sonra qızı evə 3 nəfər onun əvvəllər tanımadığı oğlanlarla gəlmişdir. Minarə təqdim edəndən sonra məlum olmuşdur ki, onların biri Dağlar, biri İsmayıl, digəri isə X12 xidmət edən polis nəfəri Arazdır. Söhbət zamanı İsmayıl Minarənin işinin təfsilatı ilə tanış olduqdan sonra qəti olaraq söz vermişdir ki, müəyyən məbləğdə pulun müqabilində o, məhkəmədə Minarəyə həbssiz cəza ala bilər. İsmayılın verdiyi vədlərə onun etinasız münasibəti görən Dağlar onu inandırmağa çalışaraq İsmayılın Minarənin işini düzəldəcəyinə 100% zəmanət vermişdir. Araz isə gülərək ona demişdir ki, guya o, İsmayılın əlaqələrinin hansı imkanlara malik olduğunu yaxşı bilir. Buna görə də ona işarə etmişdir ki, şad xəbərdən sonra hədiyyələrini hazırlasın. O, həmin şəxslərin üçünə də inanıb İsmayılın Minarənin işi ilə məşğul olmasına razılıq vermişdir. Bir neçə gündən sonra İsmayıl zəng edib demişdir ki, o, Minarənin işinə baxan Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovla şəxsən görüşüb danışıb və hakim Minarəyə həbssiz cəza verməsi üçün ondan 10.000 manat məbləğində pul istəyib. Minarə bunları ona deyən vaxt demişdir ki, o, ayrı-ayrı adamlardan borc alaraq cəmisi 7.500 manat məbləğində pul toparlaya bilmiş və onun evində cəmisi 7.500 manat pul vardır. Minarə onun dediklərini İsmayıla çatdırandan bir gün sonra İsmayıl zəng edib demişdir ki, 7.500 manata hakimi razı sala bilmişdir. Onların razılaşmalarından sonra elə həmin gün İsmayıl özünün idarə etdiyi **-CD-*** dövlət nömrə nişanlı qırmızı rəngli avtomaşınla onun yaşadığı həyətə gəlmişdir. Minarə ilə o, həmin 7.500 manat məbləğində pulu da görürüb həyətə düşmüşdür. Həyətə düşəndə o, görmüşdür ki, İsmayılın avtomobilində tanımadığı daha bir nəfər də vardır. Onun ehtiyyatlandığını görərkən İsmayıl həmin şəxsi ona təqdim edib demişdir ki, həmin adamın adı Mehdidir və Mehdi hakim Novruz Kərimovla yaxın ünsiyyətdə olduğu üçün Minarənin işini birlikdə həll edəcəklər. O da inanıb Minarənin və Mehdinin yanında 7.500 manatı yaşadığı evin həyətində İsmayıla vermişdir. Hakim Novruz Kərimovun xx xxxxxx 2018-ci il tarixli hökmü ilə qızı Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum ediləndən sonra ona aydın olmuşdur ki, Təqsirləndirilən şəxs özünün Mehdi, Dağlar və Araz adlı dostları ilə birlikdə qızının və onun etibarından sui-istifadə edərək onun 7.500 manat məbləğində pulunu dələduzluq yolu ilə öz əlinə keçirmişdir. Məhkəmə qurtaran kimi o, dərhal zəng edib İsmayıl ilə görüşmüşdür. İsmayıl özünü elə aparmışdır ki, guya məhkəmənin bu cür hökm çıxarması onu da təəcübləndirib və söz vermişdir ki, vermiş olduğu pulları tezliklə hakimdən alıb ona qaytaracaqdır. Buna baxmayaraq, İsmayıl müxtəlif bəhanələr gətirərək onunla görüşməkdən yayınmışdır. Bir dəfə o, sərt formada pulunu tələb edərkən İsmayıl demişdir ki, hazırda onunla görüşmək imkanı yoxdur, ancaq dostu Araz və və Elvin adlı başqa bir dostu metronun “Elmlər Akademiyası” stansiyasının yanında onunla görüşüb hazırkı maddi durumunu ona izah edəcəklər. X14 də ona müxtəlif bəhanələr gətirmişdir ki, hazırda İsmayılın maddi durumu pis vəziyyətdədir, ancaq tezliklə onun pulunun hamısını qaytaracaqdır. Başa düşmüşdür ki, Arazla Elvin bu görüşlə onun İsmayıldan hüquq-mühafizə orqanlarına şikayət etməyinin qarşısını almaq üçün bir fənd istifadə edirlər. Sonralar onun bu cür fikri öz təsdiqini tapmış, nə İsmayıldan, nə də İsmayılın dostlarından heç bir xəbər çıxmamışdır. İsmayılın məhkəmə tərəfindən qızı Minarəyə həbssiz cəza verdirmək adı ilə onu aldadaraq dələduzluq yolu ilə onun pullarını talaması bu barədə telefon danışığı zamanı səs yazıları ilə də tam təsdiq olunmuşdur. Odur ki, o, məcbur qalıb əvvəlcə xx xxxx 2019-cu il tarixdə şikayət ərizəsi ilə Bakı şəhəri, Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə, daha sonra isə Möhtərəm Prezidentə, Birinci Vitse-Prezidentə və digər Ali Hakimiyyət, dövlət və hüquqmühafizə orqan rəhbərlərinin adlarına şikayət ərizələri göndərmişdir ki, ona qarşı dələduzluq cinayəti törətmiş Təqsirləndirilən şəxs və İsmayıl ilə əlbir olmuş şəxslər cinayət məsuliyyətinə cəlb edilməsi və onun talanmış pulları cinayətkarlardan alınıb ona qaytarılmasına dair aidiyyəti istintaq orqanlarına göstəriş verilsin. Daha sonra, İsmayıl onun zənglərinə cavab verməməyə və ondan yayınmağa başlamışdır. Bundan sonra o, İsmayılı axtarmağa başlamışdır. Həmin ərəfədə o, İsmayılın adının Elvin kimi bildiyi dostu ilə və Araz adlı bir nəfər polis əməkdaşı ilə tanış olmuşdur. Həmin şəxslər söz vermişlər ki, İsmayılı tapıb onun pularını qaytarmasını İsmayıldan xahiş edəcəklər. Lakin sonradan həmin şəxslərdə də heç bir xəbər çıxmamışdır. O, məcbur olub xx xxxx 2019-cu il tarixdə Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Hazırda ona dəymiş ziyan tam olaraq ödənilmişdir. O, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayəti, tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs onun anasıdır. Onun Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməyinə dair cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılan vaxtlar o, azadlıqda olduğu müddət ərzində müvəqqəti olaraq Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında bir kafeni icarəyə götürüb işlətmişdir. 2018-ci ilin sentyabr ayının ortalarında o, anası ilə birlikdə evdə olan vaxtı qəfildən tanışı Dağlar ona zəng edib kafeyə çağırmışdır. O, da kafeyə gedib Dağlar ilə görüşmüşdür. Söhbət əsnasında Dağlar İsmayıl adlı tanışın olduğunu və İsmayılın onun işində ona keöməklik edə biləcəyini bildirmişdir. Həmin vaxtı o, anasına zəng edib Dağların İsmayıl adlı bir nəfər dostu olduğunu və həmin İsmayıl onun məhkəmədəki işinə köməklik göstərməyi öz boynuna götürmüşdür. Anası ona təklif etmişdir ki, Dağlar və İsmayılı da götürüb evə gətirsin ki, evdə rahat söhbət etsinlər. Bir qədər vaxtdan sonra o, Dağlar, İsmayıl və X12 xidmət edən polis nəfəri Araz ilə birlikdə yaşadığı evə gəlmiş və həmin şəxsləri anası ilə tanış etmişdir. Söhbət zamanı İsmayıl onun işinin təfsilatı ilə tanış olduqdan sonra qəti olaraq söz vermişdir ki, müəyyən məbləğdə pulun müqabilində məhkəmədə ona həbssiz cəza ala bilər. İsmayılın verdiyi vədlərə anasının etinasız münasibəti görən Dağlar anasını inandırmağa çalışaraq İsmayılın onun işini düzəldəcəyinə 100% zəmanət vermişdir. Araz isə gülərək anasına demişdir ki, guya İsmayılın əlaqələrinin hansı imkanlara malik olduğunu yaxşı bilir. Buna görə də anasına işarə etmişdir ki, şad xəbərdən sonra anası onların hədiyyəsini hazırlasın. Anası da həmin şəxslərin üçünə də inanıb İsmayılın onun işi ilə məşğul olmasına razılıq vermişdir. Bir neçə gündən sonra İsmayıl ona zəng edib demişdir ki, onun işinə baxan Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovla şəxsən görüşüb danışıb və hakim ona həbssiz cəza verməsi üçün 10.000 (on min) manat məbləğində pul istəyib. O, bunları anasına deyən vaxt anası ayrı-ayrı adamlardan borc alaraq cəmi 7.500 (yeddi min beş yüz) manat məbləğində pul toplaya bildiyini və evlərində cəmisi 7.500 manat pul olduğunu bildirmişdir. O, anasının ona dediklərini İsmayıla çatdırandan bir gün sonra İsmayıl zəng edib demişdir ki, 7.500 manata hakimi razı sala bilmişdir. Onların razılaşmalarından sonra elə həmin gün İsmayıl özünün idarə etdiyi markası yadında qalmadığı ** CD *** dövlət nömrə nişanlı qırmızı rəngli avtomaşınla onun yaşadığı binanın həyətinə gəlmişdir. Anası ilə o, həmin 7.500 manat məbləğində pulu da götürüb həyətə düşmüşdür. Həyətə düşəndə görmüşdür ki, İsmayılın maşınında tanımadığı daha bir nəfər də vardır. Onun ehtiyyatlandığını görərkən İsmayıl həmin şəxsi ona təqdim edib demişdir ki, həmin adamın adı Mehdidir və Mehdi hakim Novruz Kərimovla yaxın ünsiyyətdə olduğu üçün Minarənin işini birlikdə həll edəcəklər. Həmin vaxtı orada anası Tamilla onun və Mehdinin yanında 7.500 manat pulu yaşadığı evin həyətində İsmayıla vermişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, hazırda o, Daxili İşlər Nazirliyinin X13 polis nəfəri vəzifəsində xidmət edir, polis serjantı rütbəsindədir. Təqsirləndirilən şəxs ilə təxminən bir neçə ildir ki, ortaq dostu Rəşad adlı şəxsin vasitəsilə tanış olmuşdur. Təxminən 2018-ci ilin sonlarında özünü Zərərçəkmiş şəxs kimi təqdim edən şəxs ona zəng edərək İsmayıl haqqında maraqlanmışdır. O, İsmayılı tanıdığına görə həmin qadınla İsmayılı əlaqələndirəcəyinə söz vermiş və onları əlaqələndirmişdir. İsmayıl və həmin qadınla maraqlananda məlum olmuşdur ki, X7 adlı qızının Bakı Ağır Cinayətlər Məhkəməsində işinə köməklik etmək məqsədilə 7.500 manat pulunu almış və dələduzluq etmişdir. O, İsmayılı tanıdığı üçün İsmayılın Tamillanın pulunu ödəməsi üçün İsmayıl ilə əlaqə saxlamış və Tamilla ilə əlaqələndirməyə çalışmışdır. O, İsmayıl ilə əlbir olmamışdır. İsmayılın Tamilladan pul almasını sonradan Tamilla və İsmayıldan öyrənmişdir. Belə ki, Tamilla ona zəng edib İsmayıl ilə maraqlandıqda o, Tamillaya İsmayıl ilə əlaqələndirəcəyinə söz vermişdir. Ola bilər ki, o, İsmayıl ilə birlikdə Tamillanın yaşadığı ünvana getmiş, lakin o, bunu adi bir görüş hesab etdiyindən buna əhəmiyyət verməmiş və yadında saxlamamışdır. Həmçinin İsmayıl onun yanında Tamilladan hər-hansı bir məbləğdə pul almamışdır. Yəqin ki, İsmayıl Tamilla ilə sonradan görüşmüş və 7.500 manat pul almışdır. İsmayıl pul alan zaman o şahidi olmamışdır. X4rşı dələduzluq edərək 7.500 manat pul almasına dair İsmayıl ilə heç bir əlbirliyi yoxdur və ola da bilməz. O, sadəcə Tamillanın zənglərindən sonra İsmayıldan xahiş etmişdir ki, Tamillanın pulunu qaytarsın. Tamillanın qeyd etdiyi kimi İsmayılın geniş imkanlara malik olan şəxs kimi bildirməyi, ola bilər ki, söhbət əsnasında olsun, burada o, ciddi bir şey görməmişdir. Onun İsmayıl ilə heç bir əlbirliyi olmamışdır. Cinayət işinin 2-ci cildinin 180-ci vərəqəsində olan qəbzdən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs vurduğu maddi ziyandan 3.600 (üç min altı yüz) manat pulu almışdır. Cinayət işinin 193-194-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 tərəfindən xx xxxx 2020-ci il tarixində tərtib edilmiş tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 2-ci cildinin 183-cü vərəqəsində olan Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən xx xxxxxxxx 2013-cü il tarixində verilmiş AZ-İ seriyalı 888740 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X2 xx xxxxxxxx 2013-cü il tarixdə nikah bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə “1172” nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra soyadları ərin Mirzəyev, arvadın Mirzəyeva qeyd edilmişdir. Cinayət işinin 2-ci cildinin 182-ci vərəqəsində olan AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 xx xxxxxxxx 2012-ci il tarixdə doğulmuşdur. Cinayət işinin 2-ci cildinin 241-ci vərəqəsində olan Mənzil Kommunal Təsərrüfat Birliyinin 22 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayır. O, yaşadığı müddət ərzində yaşayış qaydalarına hörmət etmişdir və bu müddət ərzində qonşular tərəfindən 22 saylı Mənzil Kommunal İstismar Sahəsinə heç bir şikayət daxil olmamışdır. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs notariat qaydasında təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs dəyən maddi ziyan tam şəkildə ödənilmişdir. Bununla əlaqədar Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş xx xxxxxxx 2020-ci il tarixli, ********* nömrəli “xxxxxxxxxxxx”ASC tərəfindən verilmiş mədaxil qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən 1.877,81 AZN (min səkkiz yüz yetmiş yeddi manat səksən bir qəpik) Maliyyə Nazirliyi – Dövlət Xəzinarlığı Agentliyinə ödənilmişdir, yəni cinayət nəticəsində dəymiş ziyanın 25%-i miqdarını dövlət büdcəsinə ödəmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, “başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlilkləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir.» Həmin qərarda həmçinin qeyd edilirki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Beləliklə, məhkəmə istintaqı zamanı tətdiq edilmiş sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs etibardan sui istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla dələduzluqcinayət əməlini törətməsi onun, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmədə verdikləri ifadələri ilə yanaşı, məhkəmə iclasında tədqiq olunmuş digər sübutlarla da öz təsdiqini tapır. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Törədildiyi zaman cinayət sayılmayan əmələ görə heç kəs cinayət məsuliyyətinə cəlb oluna və cəzalandırıla bilməz. Həmin Məcəllənin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. xx xxx 2020-ci il tarixli qanunla xx xxxx 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödəməsini və zərərçəkmiş şəxslə barışmasını, habelə cinayət nəticəsində dəymiş ziyanın 25%-i miqdarında dövlət büdcəsinə ödəniş edildiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin əmələ görə cinayət məsuliyyətindən azad edilməli, sonuncunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsnin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Bundan başqa, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Belə ki, Azərbaycan Respubikası Cinayət-Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessaul Məcəlləsinin 43, 321, 347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və xüsusi müsadirə edilməli əmlak yoxdur. Qərar, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişdirsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən İbrahim İbrahimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar