Məhkəmə qərarları › İş №1(011)-329/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-329/2022

13.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-329/2022 13.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Axundov Fuad Aydın oğlunun sədrliyi, Təhməzov Nihad İlham oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi – Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1989-cu ildə Cəlilabad rayonu, Günəşli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Cəlilabad rayonu, Günəşli kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 03 ədəd bükümdə ümumi təmiz çəkisi 1,331 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 30 aprel 2022-ci il tarixdə saat 11 radələrində ünvan 1 ünvanda yerləşən binanın yaxınlığında həmin psixotrop maddə olan metamfetamindən 01 ədəd bükümdə 0,038 qram çəkidə olan hissəsini tanışı Şahid1 15 manat müqabilində satmış, həmin tarixdə Şahid1 Xətai RPİ-nin 36-cı PB-nin əməkdaşlarının keçirdiyi əməliyyat tədbiri zamanı yaxalandıqdan sonra sonuncunun üzərindən aşkar edilmiş psixotrop maddənin mənbəyinin müəyyən edilməsi məqsədi ilə keçirilmiş əməliyyat tədbiri zamanı Təqsirləndirilən şəxs həmin gün saat 19:30-da Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 4A ünvanının qarşısında saxlanılıb, ünvan 2əşən Xətai RPİ-nin 36-cı PB-nə gətirilərək üzərində müdafiəçinin iştirakı və video çəkilişlə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan tünd göy rəngli cins şalvarının sağ yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda üzərində saxlamaqla daşıdığı 02 ədəd şəffaf rəngli sellofan bükümdə, ayrı-ayrılıqda çəkiləri 0,641 qram və 0,652 qram olmaqla, ümumi təmiz çəkisi 1,293 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, müxtəlif vaxtlarda narkotik vasitələrdən istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 19:30 radələrində yaşadığı ünvan 4 ünvanının yaxınlığında olan zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşmış və onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu söyləmişdirlər. Bundan sonra onu Xətai RPİ-nin 36-cı Polis bölməsinə dəvət etmişdirlər. Həmin tarixdə onun üzərində narkotik vasitə olmamışdır, lakin ona həm narkotik vasitələrin istifadəsi, həm də satışı ilə məşğul olması barədə ittiham elan olunmuşdur. Həmçinin, Xətai RPİ-nin 36-cı PB-də olan zaman polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiqlərə məruz qaldığından məcbur qalıb narkotik vasitələrin istifadəsi və satışı ilə məşğul olması barədə yalan ifadə vermişdir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin ona Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə elan olunmuş ittiham hissəsində əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməmişdir. Narkotik vasitələri əsasən təxminən 5 ay bundan əvvəl “İnstagram” sosial şəbəkəsinda tanış olduğu özünün deməsinə görə İran İslam Respublikasının vətəndaşı olan “Rza” adlı şəxsdən əldə etmişdir. O, mütəmadi olaraq “Rza” adlı şəxsdən narkotik vasitələri əldə etmişdir. Bir müddət sonra “Rza” adlı şəxslə “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlamağa başlamışdır. O, “Rzadan” narkotik vasitələr istədikdə sonuncu ona müxtəlif bank kartlarının şəkillərini göndərib oraya pul göndərməyini istəmişdir. Həmin bank kartlarına pul göndərdikdən bir müddət sonra isə “Rza” narkotik vasitələrin harada yerləşməsi barədə şəkillər göndərib göstərilən yerlərdən götürə biləcəyini söyləmiş və narkotik vasitələri oraya atdığını oradan götürə biləcəyini bildirmişdir. Narkotik vasitələri “Rza”dan müxtəlif qiymətlərə əldə etmiş və onları özünün istifadə etməsi ilə yanaşı istifadə etdiyi narkotik vasitələrdən artıq qalanını ondan istəyən olduqda pul qarşılığında satıb gəlir əldə etmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə özünə məxsus olan ***-***-**-** saylı mobil nömrə vasitəsi ilə “Rza”-nın istifadəsində olan mobil nömrənin “Whatsapp” sosial şəbəkəsində əlaqə saxladıqdan sonra onun təqdim etdiyi bank kartına 45 manat pulu köçürmüş və ondan şəxsi istifadəsi üçün narkotik vasitə istəmişdir. O, da öz növbəsində yazmış olduğu ismarıcda həmin narkotik vasitəni hazır etdiyini “Həzi Aslanov” metrosunun yaxınlığında bir yerə atdığını bildirmiş və oranın proqramda işarələnmiş yerini göndərmişdir. Həmin yerə gedib çatdıqdan sonra şəffaf sellofana bükülmüş 03 ədəd bükümdə “patı”, yəni metamfetamin olmasını görmüş onu götürərək əynində olan göy rəngli cins şalvarın sağ yan cibinə qoymuş və oradan uzaqlaşaraq yaşadığı ünvana getmişdir. xx.xx.2022-ci il tarixdə saat təxminən 11 radələrində yaşadığı ünvan 1 binanın yaxınlığında olan zaman qonşu məhəllədə yaşayan narkotik vasitə istifadə etdiyini bildiyi İman adlı şəxs ona yaxınlaşmış, pis vəziyyətdə olduğunu narkotik vasitəyə ehtiyacı olduğunu bildirmişdir. Ona üzərində olan bükümlərdən 01 ədədini 15 manata satmış, qalan 02 ədəd bükümü isə özü üçün saxlamış və yenidən şalvarının sağ yan cibinə qoymuşdur. xx.xx.2022-ci il tarixdə təxminən saat 19:30 radələrində yaşadığı ünvan 5 ünvanının yaxınlığında olan zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşmış və onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu söyləmişdirlər. Bundan sonra onu Xətai RPİ-nin 36-cı Polis Bölməsinə dəvət etmişdirlər. Polis bölməsində ona hüquq və vəzifələri izah olunaraq bölməyə müdafiəçi dəvət olunmuşdur. Üzərində videoçəkilişdən istifadə edilməklə axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşyaları təqdim etmək təklif edilmişdir. Bu təklifdən sonra o, əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd şəffaf rəngli sellofan bükümdə “patı” yəni metamfetamini çıxarıb təqdim etmişdir. Üzərində şəxsi axtarış keçirilmiş başqa bir əşya aşkar edilməmişdir. Bundan sonra təqdim etdiyi narkotik vasitə elektron tərəzidə çəkilmiş və metamfetaminin ümumilikdə 1.48 qram çəkidə olması müəyyən edilmişdir. Bundan sonra metamfetamin zərfləşdirilmiş, möhürlənmiş və çəkilişdəki iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, Xətai RPİ-nin 36-cı PB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Şahid1 qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, saxlaması və qəbul etməsi barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı əməliyyat-axtarış tədbiri keçirilməsi üçün bölmə rəhbərliyi tərəfindən müvafiq əmr imzalanmış və 2 nəfərdən ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun rəhbəri o, digər üzvü isə Xətai RPİ-nin 36-cı PB-nin sahə inspektoru, polis kapitanı Şahid3 olmuşdur. 30 aprel 2022-ci il tarixdə saat 18:00-da Şahid1 Xətai rayonu, Zığ yolu küçəsi 14A saylı ünvanın yaxınlığında görüb onu saxlamışlar və onu polis bölməsinə dəvət etmişdirlər. Şahid1 üzərinə şəxsi axtarış və götürmə aparılan zaman o əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli sellofana bükülmüş psixotrop maddə olan metamfetaminə bənzər kütlələr olan bükümü təqdim etmişdir. Bundan sonra təhqiqatçı psixotrop maddələri haradan və hansı məqsədlə əldə etdiyini soruşmuş, Şahid1 təqdim etdiyi psixotrop maddənin metamfetamin olduğunu həmin maddəni “Elvin” adlı şəxsdən xx.xx.2022-ci il tarixdə səhər saatlarında şəxsi istifadəsi üçün 10 manat pul qarşılığında aldığını ara bir qəbul etdiyini bildirmişdir. Şahid1 narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən edilməsi ilə bağlı daxil olmuş əməliyyat tapşırığının icrası ilə əlaqədar olaraq “Elvin” adlı şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və 30 aprel 2022-ci il tarixdə saat 19:30 dəqiqədə Təqsirləndirilən şəxs Xətai rayonu, Cavanşir küçəsi 4A saylı ünvanın yaxınlığında saxlanılmışdır. Xidməti vəsiqələrini göstərərək özlərini ona təqdim etmiş və onu polis bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılması zərurəti yarandığından, bölməyə Vəkil Bürosundan müdafiəçi dəvət olunmuşdur. Daha sonra videoçəkilişdən istifadə edilməklə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Şəxsi axtarış zamanı Xətai RPİ-nin 36-cı PB-nin təhqiqatçısı, polis leytenantı Anar Abbasov, Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs təhqiqatçının bu tələbindən sonra əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli, kristal psixotrop maddə olan metamfetaminə bənzər kütlələr olan bükümləri çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddələrin “patı”-metamfetamin olduğunu həmin psixotrop maddələri xx.xx.2022-ci il tarixdə anket məlumatlarını bilmədiyi şəxsdən 45 manata əldə etdiyini söyləmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə İman adlı şəxsə həmin maddələrdən satıb satmadığını soruşmuş və Təqsirləndirilən şəxs İman adlı şəxsə həmin maddələrdən 01 bükümü 15 manata satdığını söyləmişdir. Daha sonra həmin psixotrop maddələrə bənzər kütlələr zərfə qoyularaq iştirakçılar tərəfindən imzalanmış təhqiqatçı tərəfindən qablaşdırılıb möhürlənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bakı şəhəri Xətai RPİ-nin 36cı PB-nin sahə inspektoru, polis kapitanı Şahid3 şahid qismində dindirilmiş Şahid2 ifadəsinə uyğun ifadə verərək, onun göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs bir neçə ildir ki, tanıyır və aralarında dostluq münasibəti olmuşdur. Əvvəllər Elvinlə bir neçə dəfə birlikdə narkotik vasitələrdən istifadə etmişlər. 30 aprel 2022ci il tarixdə saat 18:00 dəqiqədə ünvan 6 ünvanın yaxınlığında polis əməkdaşları ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etmişlər, sonra isə onu Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Bölməsinə dəvət etmişlər. Polis Bölməsində olan zaman fiziki və psixi təzyiqlərə məruz qalmışdır. Belə ki, Polis Bölməsinə aparılan zaman onun üzərində narkotik vasitə olmamışdır, lakin polis əməkdaşları ona qabaqcadan narkotik vasitə verərək cibinə qoymasını, üzərində videoçəkilişlə şəxsi axtarış və götürmə aparılan zaman həmin narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını bildirməsi deyilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar yalandır, həmin zaman polis əməkdaşları tərəfindən döyüldüyü üçün məcbur qalıb üzərindən aşkar edilmiş maddəni “Elvin” adlı şəxsdən aldığını bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan şahid ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid1 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməmişdir. Hal-hazırda fərdi əməklə məşğuldur. Təxminən iki ilə yaxındır ki, narkotik vasitələrin istifadəçisi olmuş, lakin mütəmadi olaraq narkotik vasitələri qəbul etməmiş arada bir müəyyən vaxt aralıqlarında az miqdarda narkotik vasitə qəbul etmişdir. Daha çox metamfetamin istifadə etmişdir. Həmin zaman narkotik vasitələri tanımadığı şəxslərdən müxtəlif qiymətlərə əldə etmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 11 radələrində yaşadığı ünvan 7 ünvanın yaxınlığında orada yaşayan narkotik vasitələrin istifadəsi ilə məşğul olan Elvin adlı şəxslə görüşərək ondan şəxsi istifadəsi üçün narkotik vasitə olan metamfetamini 15 manata almış və həmin narkotik vasitəni əynindəki göy rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində yaşadığı Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 14 saylı binanın qarşısında olan zaman mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşmış və onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu Xətai RPİ-nin 36-cı Polis Bölməsinə dəvət etmişdirlər. Polis Bölməsində ona hüquq və vəzifələri izah olunaraq bölməyə müdafiəçi dəvət olunmuşdur. Bundan sonra üzərində videoçəkilişdən istifadə edilməklə axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olunmuş əşyaları təqdim etmək təklif edilmişdir. Bu təklifdən sonra o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindəki 01 ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə olan metamfetamini çıxarıb masaya qoymuş, həmin narkotik vasitəni təqdim edən zaman onun metamfetamin olmasını və qonşu məhəllədə yaşayan Elvin adlı şəxsdən 10 manat müqabilində şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Bundan sonra üzərində olan hər hansı əşyanın olmadığını bildirmiş üzərində axtarış aparılmasına baxmayaraq hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra həmin narkotik vasitə elektron tərəzi vasitəsi ilə çəkilmiş və 0.08 qram olması müəyyən edilmişdir. Daha sonra çəkilişdə iştirak edən şəxslərin iştirakı ilə həmin narkotik vasitə zərfləşdirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 01 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə ********* nömrəli cinayət işi başlanılmış və ibtidai araşdırma aparılması üçün icraatına qəbul edilmişdir (i.v. 1); şəxsi axtarış və götürmə aparılması haqqında 30 aprel 2022-ci il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Şahid1 üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Şahid1 üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Şahid1 əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofandakı bükülünü çıxarıb təqdim edərək həmin maddənin psixotrop maddə olan (metamfetamin) olduğunu, xx.xx.2022-ci il tarixdə Xətai rayonu, Cavanşir küçəsi 4 saylı ünvanda yaşayan Elvin adlı şəxsdən 10 manata şəxsi istifadəsi üçün almasını və üzərində saxladığını bildirmişdir. Həmin büküm Çin istehsalı elektron tərəzi ilə çəkilmiş və həmin maddənin ümumi çəkisinin 0.08 qram olması müəyyən edilmişdir. Şahid1 təqdim etdiyi narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 151 nömrəli möhürü ilə möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır (i.v. 31-32); şübhəli şəxsin tutulması haqqında 30 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:30-da Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v. 50); şəxsi axtarış və götürmə aparılması haqqında 30 aprel 2022-ci il tarixli protokolun surətindən görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış və götürmə aparılmazdan əvvəl həmin istintaq hərəkətində iştirak edən şəxslərə CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və sənədlərin könüllü surətdə təqdim olunması təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd şəffaf sellofandakı bükülünü çıxararaq masanın üzərinə qoymuş, həmin bükülünün içərisindəki maddənin metamfetamin olduğunu, xx.xx.2022-ci il tarixdə iranlıdan 45 manat pul müqabilində şəxsi istifadəsi üçün alaraq üzərində daşımasını və İman adlı şəxsə xx.xx.2022-ci il tarixdə 15 manat müqabilində 1 büküm narkotik vasitə olan metamfetamini satdığını bildirmişdir. Həmin bükümlər Çin istehsalı elektron tərəzi ilə çəkilmiş və həmin maddələrin ümumi çəkisinin 1.48 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 2 ədəd bükümdəki narkotik vasitəyə bənzər maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, Azərbaycan Respublikası DİN-nin “Zərflər üçün” 151 nömrəli möhürü ilə möhürlənmiş və zərf bütün iştirakçılar tərəfindən imzalanmışdır (i.v. 59-60); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 may 2022-ci il tarixli, 6/2529 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №151” dairəvi möhür əksi olan “Şahid1” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,038 qram olan ağ kristallik olan maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İİ) daxildir (i.v. 67-70); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 may 2022-ci il tarixli, 6/2532 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №151” dairəvi möhür əksi olan “Təqsirləndirilən şəxs” sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,641 qram, 0,652 qram ümumi təmiz çəkisi 1,293 qram olan ağ rəngli kristallik maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İİ) daxildir. Təqdim edilmiş Şahid1 aşkar edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,018 qram olan metamfetamin (6/2529 nömrəli rəy) ilə Təqsirləndirilən şəxs aşkar edilmiş 2 ədəd bükümdə ümumi təmiz çəkisi 1,293 qram olan metamfetamin xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eynilik (6/2532 nömrəli rəy) təşkil edir (i.v. 72-76); şübhəli şəxsin dindirilməsi haqqında 01 may 2022-ci il tarixli protokoldan görünür ki, o, 1 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə etdiyini, həmin narkotik vasitələri 5 ay əvvəl “İnstaqram” sosial şəbəkəsi vasitəsilə tanıdığı “Rza” adlı İran İslam Respublikası vətəndaşından aldığını, 30 aprel 2022-ci il tarixdə saat təxminən 11 radələrində yaşadığı Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində yerləşən 4A saylı binanın yaxınlığında qonşu məhəllədə yaşayan İman adlı şəxsə üzərindən olan bükümlərdən 01 ədədini 15 manata satdığını və qalan 02 ədəd bükümü isə özü üçün saxladığını və şalvarının sağ yan cibinə qoyduğunu etiraf etmişdir. Verilən suallara cavab olaraq o, narkotik vasitələri şəxsi istifadəsi üçün aldığını, metamfetaminin satışı ilə məşğul olmadığını, 01 ədəd bükümdə metamfetamini isə İman pis vəziyyətdə olduğu üçün ona verdiyini bildirmiş və “ifadəm düzdür, imzamla təsdiq edirəm” qeyd edərək öz imzası ilə təsdiq etmişdir (i.v. 88-91); 01 may 2022-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Şahid1 ibtidai istintaq zamanı verdikləri ifadələrini bir-birilərinin iştirakı ilə bir daha təsdiq etmişlər (i.v. 92-94); təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 02 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikasının CM-nin 234.1 və 234.2-ci maddələri ilə ittiham elan olunmuşdur (i.v. 97-98); diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, bir ədəd “DVD-R” diskdə olan görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında 30 aprel 2022-ci il tarixli protokola uyğun olmuşdur (i.v. 106); təqsirləndirilən şəxsin dindirilməsi haqqında 02 may 2022-ci il tarixli protokoldan görünür ki, o, 1 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə etdiyini, həmin narkotik vasitələri 5 ay əvvəl “İnstaqram” sosial şəbəkəsi vasitəsilə tanıdığı “Rza” adlı İran İslam Respublikası vətəndaşından aldığını, 30 aprel 2022-ci il tarixdə saat təxminən 11 radələrində yaşadığı Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində yerləşən 4A saylı binanın yaxınlığında qonşu məhəllədə yaşayan İman adlı şəxsə üzərindən olan bükümlərdən 01 ədədini 15 manata satdığını və qalan 02 ədəd bükümü isə özü üçün saxladığını və şalvarının sağ yan cibinə qoyduğunu etiraf etmişdir. Verilən suallara cavab olaraq o, narkotik vasitələri şəxsi istifadəsi üçün aldığını, metamfetaminin satışı ilə məşğul olmadığını, 01 ədəd bükümdə metamfetamini isə İman pis vəziyyətdə olduğu üçün ona verdiyini bildirmiş və “əlavəm yoxdur, ifadəmi imzamla təsdiq edirəm” qeyd edərək öz imzası ilə təsdiq etmişdir (i.v. 106-108); Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(011)-237/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikasının CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır (i.v. 120-122); Azərbaycan Respublikası BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 296.1-ci maddəsi ilə təqsirli bilinərək əmək haqqının 20% tutulmaqla 01 il müddətinə islah işləri cəzasına məhkum edilmişdir; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq olunmaqla 07 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 25-ci bəndinə əsasən cəzasının çəkilməmiş qalan hissəsindən azad edilmiş və üzərindən məhkumluğu götürülmüşdür (i.v. 144-145); şahidin dindirilməsi haqqında 23 may 2022-ci il tarixli protokoldan görünür ki, o, 2 ilə yaxındır ki, narkotik vasitələrdən istifadə etdiyini, 30 aprel 2022-ci il tarixdə saat təxminən 11 radələrində Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində yerləşən 4A saylı binanın yaxınlığında orada yaşayan narkotik vasitə istifadəçisi Elvin adlı şəxslə görüşərək ondan şəxsi istifadəsi üçün 15 manat müqabilində metamfetamin aldığını, həmin maddəni göy rəngli cins şalvarının sağ yan cibinə qoyduğunu bildirmiş və “əlavəm yoxdur, ifadəmi oxudum, düzdür” qeyd edərək öz imzası ilə təsdiq etmişdir (i.v. 155-157); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 şəxsinin xx.xx.2022-ci il tarixli 2474 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i.v. 165-166); telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında 08 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən olan sms danışıqlarına “Azerfon MMC”-dən daxil olmuş 25 may 2022-ci il tarixli 5585/22 nömrəli məktuba əlavə edilmiş 01 ədəd diskə baxış zamanı narkotik vasitələrin satışı ilə bağlı danışıqların olması müəyyən edilmişdir (i.v. 168-169); cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmış, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/2529 və 6/2532 saylı, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 2474 saylı rəyləri sübut növü kimi qiymətləndirilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 02 ədəd bükümdə ilkin təmiz çəkisi 1.293 qram olan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.273 qram psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış və Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş, "xxxx" MMC-dən alınmış 01 ədəd disk, Təqsirləndirilən şəxs və Şahid1 üzərində şəxsi axtarış və götürmə aparılan zaman qeydə alınmış görüntülər olan 02 ədəd DVD-R disklər sübut növü kimi tanınmış və cinayət işinə əlavə edilmişlər (i.v. 202-214); Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 20 iyun 2022-ci il tarixli qərardan görünür ki, cinayət hadisəsi olmadığından 226-c-22 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə istintaqı zamanı 1 ədəd “DVD-R” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Şahid1 üzərində olan qanunla qadağan edilmiş əşya və ya predmetləri təqdim etməsi təklif edilir, həmin vaxt Şahid1 əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofandakı bükülünü çıxarıb təqdim edərək həmin maddənin psixotrop maddə olan (metamfetamin) olduğunu, xx.xx.2022-ci il tarixdə Xətai rayonu, Cavanşir küçəsi 4 saylı ünvanda yaşayan Elvin adlı şəxsdən 10 manata şəxsi istifadəsi üçün almasını və üzərində saxladığını bildirir. Həmin büküm Çin istehsalı elektron tərəzi ilə çəkilir və həmin maddənin ümumi çəkisinin 0.08 qram olması müəyyən edilir. Məhkəmə istintaqı zamanı 1 ədəd “DVD-R” diskə baxış keçirilmiş, diskdə olan video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində olan qanunla qadağan edilmiş əşya və ya predmetləri təqdim etməsi təklif edilir, həmin vaxt Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd şəffaf sellofandakı bükülünü çıxararaq masanın üzərinə qoymuş, həmin bükülünün içərisindəki maddənin metamfetamin olduğunu, xx.xx.2022-ci il tarixdə iranlıdan 45 manat pul müqabilində şəxsi istifadəsi üçün alaraq üzərində daşımasını və İman adlı şəxsə xx.xx.2022-ci il tarixdə 15 manat müqabilində 1 büküm narkotik vasitə olan metamfetamini satdığını bildirir. Həmin bükümlər elektron tərəzi ilə çəkilir və həmin maddələrin ümumi çəkisinin 1.48 qram olması müəyyən edilir. Məhkəmə, Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsinə, narkotik vasitəni üzərində daşımaması və heç kimə satmaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıyır. Belə ki, videogörüntüdən də məlum olur ki, şəxsi axtarış və götürmə aparılan zaman Təqsirləndirilən şəxs və müdafiəçisi Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi narkotik vasitənin Təqsirləndirilən şəxs məxsus olmaması barədə hər hansı xüsusat bildirməmiş, şəxsi axtarış və götürmə barədə protokolu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş Şahid2 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Şahid1 narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən edilməsi ilə bağlı daxil olmuş əməliyyat tapşırığının icrası ilə əlaqədar olaraq “Elvin” adlı şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və 30 aprel 2022-ci il tarixdə saat 19:30 dəqiqədə Təqsirləndirilən şəxs Xətai rayonu, Cavanşir küçəsi 4A saylı ünvanın yaxınlığında saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılması zamanı Xətai RPİ-nin 36-cı PB-nin təhqiqatçısı, polis leytenantı Anar Abbasov, Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmiş, daha sonra ona üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif etmişdir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçının bu tələbindən sonra özünü təqdim edərək anket məlumatları barədə məlumat verməyə başlamış, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli, kristal psixotrop maddə olan metamfetaminə bənzər kütlələr olan bükümləri çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmiş sonuncunun üzərindən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra təhqiqatçı psixotrop maddələri haradan və hansı məqsədlə əldə etdiyini soruşmuş, Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddələrin “patı”-metamfetamin olduğunu həmin psixotrop maddələri xx.xx.2022-ci il tarixdə anket məlumatlarını bilmədiyi iranlıdan 45 manata əldə etdiyini söyləmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs xx.xx.2022ci il tarixdə İman adlı şəxsə həmin maddələrdən satıb satmadığını soruşmuş və Təqsirləndirilən şəxs İman adlı şəxsə həmin maddələrdən 01 bükümü 15 manata satdığını söyləmişdir. Təqsirləndirilən şəxsin üzərində şəxsi axtarış və götürmə aparılarkən iştirak etmiş Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılması zamanı Xətai RPİ-nin 36-cı PB-nin təhqiqatçısı, polis leytenantı Anar Abbasov, Təqsirləndirilən şəxs qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etmiş, daha sonra ona üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif etmişdir. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçının bu tələbindən sonra özünü təqdim edərək anket məlumatları barədə məlumat verməyə başlamış, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd şəffaf rəngli sellofana bükülmüş ağ rəngli, kristal psixotrop maddə olan metamfetaminə bənzər kütlələr olan bükümləri çıxarıb təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmiş sonuncunun üzərindən hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra təhqiqatçı psixotrop maddələri haradan və hansı məqsədlə əldə etdiyini soruşmuş, Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddələrin “patı”-metamfetamin olduğunu həmin psixotrop maddələri xx.xx.2022-ci il tarixdə anket məlumatlarını bilmədiyi iranlıdan 45 manata əldə etdiyini söyləmişdir. Təhqiqatçı Təqsirləndirilən şəxs xx.xx.2022ci il tarixdə İman adlı şəxsə həmin maddələrdən satıb satmadığını soruşmuş və Təqsirləndirilən şəxs İman adlı şəxsə həmin maddələrdən 01 bükümü 15 manata satdığını söyləmişdir. Həmçinin, məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bir neçə ildir ki, tanıyır və aralarında dostluq münasibəti olmuşdur. Əvvəllər Elvinlə bir neçə dəfə birlikdə narkotik vasitələrdən istifadə etmişlər. 30 aprel 2022-ci il tarixdə saat 18:00 dəqiqədə ünvan 6 ünvanın yaxınlığında polis əməkdaşları ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etmişlər, sonra isə onu Bakı şəhəri Xətai RPİ-nin 36-cı Polis Bölməsinə dəvət etmişlər. Polis Bölməsində olan zaman fiziki və psixi təzyiqlərə məruz qalmışdır. Belə ki, Polis Bölməsinə aparılan zaman onun üzərində narkotik vasitə olmamışdır, lakin polis əməkdaşları ona qabaqcadan narkotik vasitə verərək cibinə qoymasını, üzərində videoçəkilişlə şəxsi axtarış və götürmə aparılan zaman həmin narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını bildirməsi deyilmişdir. Məhkəmə qeyd edir ki, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə Şahid2 və Şahid3 ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Lakin şahidlərdən Şahid1 təqsirləndirilən şəxsin dostu olması onun ifadəsinin inandırıcılığına təsir edir. Belə ki, ibtidai istintaq zamanı verdiyi ifadəsində Şahid1 narkotik vasitələrdən istifadə etdiyini, 30 aprel 2022-ci il tarixdə saat təxminən 11 radələrində Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində yerləşən 4A saylı binanın yaxınlığında orada yaşayan narkotik vasitə istifadəçisi Elvin adlı şəxslə görüşərək ondan şəxsi istifadəsi üçün 15 manat müqabilində metamfetamin aldığını etiraf etmişdir. Məhkəmə Şahid1 istintaq dövründə verdiyi ifadəsini daha inandırıcı hesab edir, məhkəmə istintaqı zamanı verdiyi ifadəsini isə münasibəti olduğu və əvvəldən tanıdığı Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən yayındırmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Bundan başqa, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs ifadələri alınmış, həmin ifadələrdə Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək hadisə ilə bağlı bütün xüsusatları göstərmiş və həmin ifadələr üzrə qeydə alınmış protokolları özü və vəkili imza etmişlər. Həmçinin, barəsində həbs qətimkan tədbiri seçilən zaman belə ona hər hansı bir təzyiqin göstərilməsi barədə məlumat verməmişdir. Məhkəmə iclasında verdiyi ifadəsində Təqsirləndirilən şəxs bildirmişdir ki, Polis Bölməsində olan zaman polis əməkdaşları ona təzyiq göstərərək fiziki zor tətbiq etdiklərinə görə narkotik vasitələrdən istifadə etməsini, üzərində daşımasını və satmasını etiraf etmişdir. Lakin məhkəmə bu faktla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Xətai RPİ-nin 36cı PB-nin əməkdaşları tərəfindən işgəncəyə məruz qalması barədə Xətai rayon prokurorluğunda araşdırma aparılmış və 20 iyun 2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən fiziki zora məruz qalaraq ifadə verməsi faktı öz təsdiqini tapmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma — üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz çəkisi 1.293 qram olan psixotrop maddə olan metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkumluğun anlayışı «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1ci maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin «məhkum olunmuş şəxs» müddəası həmin Məcəllənin 83.1-ci maddəsinə uyğun olaraq barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü, ödənilməmiş və ya götürülməmiş məhkumluğu olan şəxsi ehtiva edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 3 mart 2020-ci il tarixli qərarına əsasən cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü üzrə olan məhkumluğu Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluq olduğundan cinayətin residivi kimi nəzərə alına bilməz. Həmçinin, Təqsirləndirilən şəxs barəsində olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü üzrə olan məhkumluğu “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021ci il tarixli Qərarına əsasən götürüldüyündən, Azərbaycan Respublikası CM-nin 18.4.3-cü maddəsinə əsasən hazırkı cinayət işi üzrə cinayətin residivi kimi nəzərə alına bilməz. Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən (CM-59) və ağırlaşdıran (CM- 61) hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının islah təsirinin yetərli olmamasını və həmin cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini, narkotik vasitənin miqdarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixdən hesablanmalı (CPM-158.2.1., 158.6), barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilərək ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut Xətai RPİnin saxlanc anbarına təhvil verilmiş ilkin təmiz çəkisi 1.293 qram tədqiqatdan sonra qalıq qalmış 1.273 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd DVD-R formatlı disklərin və 01 ədəd "xxxx" MMC-dən daxil olmuş diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı (CPM-132), 130 (yüz otuz) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli 30 aprel 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-cü maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut Bakı şəhəri Xətai RPİ-nin saxlanc anbarına təhvil verilmiş 02 ədəd bükümdə ilkin təmiz çəkisi 1.293 qram olan ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.273 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd DVD-R formatlı disklər və 01 ədəd "xxxx" MMC-dən daxil olmuş disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının dəyəri 130 (yüz otuz) manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinin nəfinə ödənilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Fuad Axundov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar