Məhkəmə qərarları › İş №1(011)-329/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Hökm — İş №1(011)-329/2024

07.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(011)-329/2024 07.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıxov Rəfail Adil oğlunun sədrliyi, Əliyeva Nailə Namiq qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, müdafiəçi - Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin inzibati binasında, xx xxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2a yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, o, istintaqa məlum olmayan şəxsdən və vaxtda satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda iki ədəd bükümdə ümumi təmiz çəkisi 1,628 qram psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, 18 oktyabr 2023-cü il tarixdə saat 10:30-da Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində ünvan 3 ünvanının qarşısında saxlanılıb ünvan 4a yerləşən Suraxanı RPİ-nin 30-cu PŞ-yə gətirilərək videoçəkilişdən istifadə edilməklə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 02 ədəd şəffaf selofan bükümlərdə təmiz çəkiləri 0,822 qram, 0,806 qram, ümumi təmiz çəkisi 1,628 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan şəxsdən və vaxtda satış məqsədi olmadan, qanunsuz olaraq xeyli miqdarda bir ədəd bükümdə təmiz çəkisi 0,575 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 28 fevral 2024-cü il tarixdə saat 07:40-da Xətai RPİ-nin 34-cü PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi 3 ünvanının qarşısında saxlanılıb ünvan 6əşən Xətai RPİ-nin 34-cü PŞ-yə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf selofan bükümdə təmiz çəkisi 0,575 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürürlmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, ünvan 14 qeyri rəsmi münasibətdə olduğu X11 ilə birlikdə kirayə yaşayır, rəsmiyyətdə subaydır, işsizdir və əvvəllər məhkum olunmuşdur. Artıq 4 il müddətdir, narkotik vasitələr və psixotrop maddələrdən istifadə edir. Buna onu heç kim təhrik etməsə də, narkotik vasitə və psixotrop maddələri tanımadığı, şəxsiyyətləri haqqında məlumatı olmadığı şəxslərdən almışdır. xx.xx.2023-ci il tarixdə Xətai rayonu, Əhmədli metrosunun yaxınlığında olarkən tanımadığı şəxsdən 40 manat ödəniş edərək öz şəxsi istifadəsi üçün metamfetamin almış və istifadə etmək məqsədilə üzərində saxlamaqla daşımışdır. xx.xx.2023-cü il tarixdə saat 10:30 dəqiqədə ünvan 8 ünvanının qarşısında olduğu zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim etmiş və onu yaxınlıqda olan PŞ-nə gətirərək təhvil vermişlər. PŞ-də şəxsiyyəti müəyyən olunduqdan sonra polis əməkdaşları video çəkiliş aparılmaqla üzərinə baxış keçirilməsinin zəruri olmasını bildirmişlər. O, buna etiraz etməmiş, ona hüquq və vəzifələri izah olunmuş, sonra isə polis əməkdaşları xidməti otaqların birində video çəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı ona üzərində hər hansı bir qanunsuz maddə və ya əşya olubolmaması barədə sual verildikdə, üzərində yəni əynində olan göy rəngli cins şalvarının sol yan cibində saxladığı içərisində şüşə kimi tanıdığı psixotrop maddə, ümumillikdə 02 (iki) ədəd bükümü təqdim etmişdir. Polis əməkdaşları təqdim etdiyi bükümlərə baxış keçirmiş və içərisində “şüşə” metamfetamin kimi tanıdığı psixotrop maddəni aşkar etmişlər. Lakin ikinci epizod üzrə özünü təqsirli bilmir. Xətai rayonunda bir nəfər şəxsi axtarırdılar və ondan həmin şəxsin yerini deməsini tələb edirdilər. Həmin vaxt o müalicədə idi. Polis əməkdaşları ona təzyiq edərək və döyərək çəkiliş zamanı üzərindən narkotik vasitənin çıxartmasını tələb etmişlər. Məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, ikinci epizod üzrə onun özünü təqsirli bilməyərək ibtidai istintaqdan fərqli olaraq məhkəmə iclasında verdiyi ifadə özünü müdafiə xarakter daşıyır və aşağıdakı sübutlarla təkzib olunur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Suraxanı RPİ-nin 30-cu PŞ-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 18 oktyabr 2023-cü il tarixdə xx xxxxxx 1985-ci ildə ünvan 9 ünvanında qeydiyyatda olan, ünvan 10 ünvanında yaşayan X6 Bakı şəhəri Suraxanı rayonunun inzibati ərazisində narkotik vasitələri əldə etməklə qanunsuz olaraq saxlayaraq daşıması barədə əməliyyat məlumatı daxil olmuş, məlumat əməliyyat marağı kəsb etdiyindən yoxlanılması və X6 cinayət başında yaxalanması məqsədi ilə əməliyyat-axtarış tədbrilərinin həyata keçirilməsi zərurəti yaranmışdır. Buna görə raportla Suraxanı RPİ-nin 30-cu PŞ-nin rəhbərliyinə məruzə edilmiş. 18 oktyabr 2023-cü il tarixdə əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar Suraxanı RPİ-nin 30-cu PŞ-nin rəisi vəfisəini icra edən, polis polkovnik- leytenantı Namiq Məmmədov tərəfindən təsdiq edilmişdir. Həmin qərara əsasən X6 cinayət əməllərinin ifşa edilməsi məqsədi ilə ondan və Suraxanı RPİ-nin 30-cu PŞ-nin sahə inspektoru, Şahid2 ibarət əməliyyat qrupu təşkil edilmiş. bölmə rəisi tərəfindən əməliyyat mövqeyi müəyyən edilmiş və X6 barəsində dəqiq əməliyyat məlumat daxil olduğundan həmin şəxsin şəxsiyyəti haqqında tam məlumatlar qrup üzvlərinə təqdim edilmişdir. 18 oktyabr 2023-cü il tarixdə saat 10:30 radələrində qrup üzvləri ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən "Toğrul" marketin yaxınlığında əlamətlərinin əməliyyat məlumatında göstərilən şəxsin, yəni X6 əlamətləri ilə oxşar olduğunu görüb həmin şəxsə yaxınlaşaraq. Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Bundan sonra həmin şəxsə şəxsiyyəti barədə məlumat verməsini istədikdə, saxlanılan şəxs özünü təqdim etdikdən sonra sonuncunun X9 olması müəyyən edilmişdir. Həmin şəxsə qanunla dövriyyəsi qadağan edilən narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsində və daşınmasında şübhəli olduğu diqqətinə çatdırıldıqdan sonra ona birlikdə Suraxanı RPİ-nin 30- cu PŞ-nə getməli olduğunu bildirib avtomobillə ünvan 12 ünvanında yerləşən 30-cu PŞ-nin inzibati binasına gətirmiş və bu barədə raportla 30-cu PŞ-nin rəisinə məruzə edilmişdir. Salxanılan şəxs X6 barəsində araşdırmanın aparılması 30-cu PŞ-nin təhqiqatçısı Zaur Eyvazova həvalə edilmiş, saxlanılan şəxs X6 hüquqlarının müdafiə edilməsi məqsədi ilə 30-cu PŞ-nə müdafiəçi dəvət edilmişdir. təhqiqatçı tərəfindən X6 barəsində şübhəli şəxs qismində tutulma haqqında qərar edilib protokol tərtib edildikdən sonra CPM ilə nəzərdə tutulumuş hüquq və vəzifələri X7 elan edilmişdir. X7 üzərində şəxsi axtarış aparılacağı izah edikdikdən sonra iştirakçılara, təhqiqatçı tərəfindən X7 hüquq və vəzifələri izah edilmiş və videoçəkilişdən istifadə edilməklə əvvəlcə şəxsi axtarış aparılacağı iştirakçıların, o cümlədən X6 diqqətinə çatdırılmışdır. X9 şəxsi axtarış zamanı müdafiəçsinin şəxsi axtarışda iştirak etməsindən imtina etmiş və bu barədə X9 tərəfindən ərizə təqdim edilmişdir. Şəxsi axtarışa başlanmazdan əvvəl sonuncuya üzərində qanunla dövriyyəsi və daşınması qadağan edilən maddə və əşyaların olub olmadığı, olduğu halda isə onları təqdim etməsi izah edilmiş. bundan sonra isə X9 əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 02 ədəd şəffaf rəngli polietilen bükümü təqdim edərək həmin bükümlərdə psixotrop maddə olan metamfetamin olduğunu və metafetamini 17 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu ərazisində Əhmədli metrosunun yaxınlığında tanımadığı şəxsdən 40 manata şəxsi İstifadəsi üçün aldığını bildirmişdir. Hər iki büküm açıldıqda içində şəffaf rəngli kristal maddələrin olduğu aşkar edilmiş, 02 ədəd büküm təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmışdır. Bundan başqa şəxsi axtarış zamanı X6 üzərindən hər hansı əşya və maddə aşkar edilməmişdir. Şəxsi axtarışın nəticəsi barədə protokol tərtib edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsi Şahid1 ifadəsi ilə oxşarlıq təşkil edərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvvəkili, polis leytenantı vəzifəsində işləyir. Təqsirləndirilən şəxs, Bakı şəhəri, Xətai rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona etimad doğuran, məlum və qərəzsiz mənbədən əməliyyat məlumatı daxil olmuş, əməliyyat məlumatını yoxlamaq məqsədilə şöbənin rəhbərliyinə məruzə edilmiş, şöbə rəhbərliyinin göstərişindən sonra Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması üçün əməliyyat tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Əməliyyat tədbirlərinin keçirilməsi üçün Xətai RPİ-nin 34-cü PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 iştirakı ilə əməliyyat qrupu yaradılmış və qrupa rəhbərlik ona həvalə edilmişdir. Bundan sonra Şahid4la birlikdə daxil olmuş əməliyyat məlumatı əsasında 28 fevral 2024-cü il tarixdə saat 07:40 radələrində inzibati ərazidə xidmətdə olan zaman ünvan 13 ünvanın qarşısına gəlmiş, həmin vaxt orada əməliyyat məlumatına əsasən xarici görünüş əlamətlərinə görə Təqsirləndirilən şəxs əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin piyada hərəkət etdiyini görüb yaxınlaşaraq xidməti vəsiqələri göstərib özlərini təqdim etmişlər. Həmin şəxs özünü xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs kimi təqdim etmiş, bundan sonra sonuncuya narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək Xətai RPİ-nin 34-cü PŞ-nə dəvət etmişlər. Həmin şəxs buna etiraz etmədikdən sonra Xətai RPİ-nin 34-cü PŞ-nə apararaq barəsində araşdırma aparılması üçün X13a təhvil vermiş, şöbədə olan zaman həmin şəxsin xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 14 Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. X13, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət etdikdən sonra həmin vəkilin iştirakı ilə onu şübhəli şəxs qismində tutmaqla hüquq və vəzifələrini izah etmiş, bundan sonra onların və müdafiəçinin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs üzərində qeyri qanuni maddə və ya əşya varsa çıxarıb təqdim etməsini təklif edilmiş, sonuncu bu təklifdən sonra əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd şəffaf selofan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs bir ədəd şəffaf selofan bükümün içərisində nə olması soruşduqda həmin bükümün içərisində narkotik vasitə olan heroin olduğunu və bundan başqa həmin heroini Bakı şəhəri, Nizami rayonunda yerləşən metronun "Neftçilər” stansiyası yaxınlığından tanımadığı şəxsdən aldığını bildirmişdir. Bundan sonra bir ədəd şəffaf selofan bükümün içərisində narkotik vasitə olan heroin elektron tərəziyə qoyularaq çəkilmiş və tərəzidə 0,64 qram çəkidə olması müəyyən olunmuşdur. Ardınca Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və axtarış zamanı onun üzərindən başqa heç bir qanunsuz maddə və ya əşya aşkar olunmamışdır. Bundan sonra axtarış iştirakçılarının iştirakı ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən həmin protokolun doğruluğu imzalarla təsdiqlənmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixi zor tətbiq edilməmişdir. Sonuncudan narkotik vasitəni haradan əldə etməsi barədə soruşulduqda isə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni Bakı şəhəri, Nizami rayonunda yerləşən "Neftçilər" metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Məhkəmə iclasına gəlməmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid3 ifadəsi Şahid4 ifadəsi ilə oxşarlıq təşkil edərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclas zalında elan edilmiş Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı, yəni ibtidai istintaq dövründə vermiş olduğu ifadəsində ikinci epizod üzrə bildirmişdir ki, o, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat 05:30 radələrində bədənindəki ağrılar səbəbindən yaşadığı ev ünvanını tərk edərək narkotik vasitə əldə etmək qərarına gəlmiş, bu minvalla piyada hərəkət edərək Nizami rayonu ərazisində yerləşən metronun Neftçilər stansiyası yaxınlığına çatmışdır. Orada bir neçə ay əvvəl narkotik vasitə əldə etdiyi, üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxslə rastlaşmış və sonuncu ilə həmsöhbət olmuşdur. Ünsiyyət əsnasında bədənində ağrılar olduğunu, narkotik vasitə əldə etmək istədiyini demiş və həmin şəxs ona 20 manat qarşılığında narkotik vasitə olan "kakos" tapmaqda köməklik edəcəyini bildirmişdir. Bundan sonra o, üzərində olan 20 manat pulu həmin şəxsə vermiş, sonuncu ona bir qədər gözləməyini təklif etmişdir. Təxminən 20-25 dəqiqə metronun ətrafında həmin şəxsi gözləmiş və həmin şəxs verdiyi 20 manat pulun qarşılığında 01 ədəd şəffaf selofan bükümdə "kakos" adı ilə tanıdığı narkotik vasitəni gətirib ona vermişdir. O, həmin narkotik vasitə heroini əynində olan göy rəngli cins şalvarının sağ yan cibinə qoyub həmin şəxsdən ayrılmışdır. Bundan sonra metrodan istifadə etməklə Xətai rayonunda yerləşən metronun "Əhmədli" stansiyasına gəlmiş, metrondan çıxıb narkotik vasitəni istifadə etmək üçün yaşadığı ev ünvanına tərəf, yəni "Neapol" dairəsi istiqamətində piyada hərəkət etmişdir. xx.xx.2024-cü il tarixdə yaşadığı ünvanın yaxınlığında narkotik vasitəni istifadə etmək üçün gizlin yer axtararkən saat 07:40-da Xətai rayonu, Neapol küçəsi 3 ünvanının qarşısında, olduğu zaman ona polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək PŞ-nə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə 34-cü PŞ-nə gəlmiş, PŞ-də olarkən narkotik vasitə istifadəçisi olduğunu eyni zamanda üzərində bir büküm "kakos" olduğunu bildirmişdir. Bundan sonra orada xidməti otaqların birində polis əməkdaşları və ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, iştirakçıların iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən həmin 01 (bir) ədəd bükümdə narkotik vasitə heroini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin narkotik vasitə elektron tərəzi vasitəsi ilə çəkilmiş və 0,64 qramda olması müəyyən edilmişdir. Həmin maddə zərfə qoyulub möhürlənmiş və özü daxil olmaqla bütün iştirakçılar tərəfindən zərf imzalanmışdır. Bundan sonra polis əməkdaşı başqa harada hər hansı qanunsuz əşya saxlayıb-saxlamadığını ondan soruşanda, xx.xx.2024-cü il və xx.xx.2023-cü il tarixlərdə təqdim etdiyi narkotik vasitə və psixotrop maddələrdən başqa heç bir yerdə qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə saxlamadığını bildirmişdir. Özü narkotik vasitə psixotrop maddələrdən istifadə etsə də, heç vaxt narkotik vasitə və psixotrop maddələri heç kəsə satmamış və heç kəsə pay olaraq verməmişdir. xx.xx.2024-cü il və xx.xx.2023-cü il tarixlərdə onu polis əməkdaşları saxlayan zaman və polis bölməsinə dəvət edilərkən polis əməkdaşlarına tabe olmuş və ona qarşı hər hansı fiziki güc tətbiq edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında 28 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır; (i.v.1) - əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 28 fevral 2024-cü il tarixli qərardan görünür ki, xx.xx.1985-ci il tarixdə Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Balandin 42-də qeydiyyatda olan və ünvan 15 ünvanında kirayə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş əsaslar olduğundan zəruri məlumatların alınmasının və haqqında tədbir keçirilməsi təklif edilən şəxsin ifşa edilməsinin adi təhqiqat üsulları vasitəsi ilə qeyri-mümkünlüyünü nəzərə alaraq Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılması qərara alınmışdır; (i.v.5-6) - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Xətai RPİ-nin 34-cü PŞnin 28 fevral 2024-cü il tarixli əməliyyat qrupunun yaradılması barədə əmrdən görünür ki, xx.xx.1985-ci il tarixdə Azərbaycan Respublikası, Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Suraxanı rayonu, Balandin 42-də qeydiyyatda olan və Xətai rayonu, Neapol küçəsi, ev 3, mənzil 1 ünvanında kirayə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində saxlaması barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Qeyd edilən məlumat ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikası DİN-in Xətai RPİ-nin 34-cü PŞ-nın əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Qrupun rəhbəri - Bakı şəhəri Xətai RPİ-nin 34-cü PŞ-nın əməliyyat müvəkkili, polis leytenantı Şahid3; qrupun üzvü - Bakı şəhəri Xətai RPİ-nin 34cü PŞ-nın əməliyyat müvəkkili, polis leytenantı Şahid4 ibarət olmuşdur; (i.v.9) - şübhəli şəxsin tutulması haqqında 28 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 fevral 2024-cü il tarixdə saat 07:40 dəqiqədən şübhəli şəxs qismində tutulmuşdur; (i.v.20) - şəxsi axtarış və götürmə aparılması haqqında 27 mart 2024-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli xırda sellofan torbaya bükülmüş içərisində açıq qəhvəyi rəngli, qatı şəkilli (özünün "kokos" adlandırdığı) narkotik vasitə heroinə bənzər maddəni təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş maddənin nə olması haqqında sual verilərkən sonuncu bildirdi ki, əynində olan göy rəngli cins şalvarın sağ yan cibində şəffaf rəngli xırda sellofan torbaya bükülmüş içərisində açıq qəhvəyi rəngli, qatı şəkilli narkotik vasitə hesab olunan heroindir. Təqdim olunmuş maddəni şəxsi istifadəsi üçün Bakı şəhəri, Neftçilər metrostansiyası yaxınlığında 20 manat məbləğdə tanımadığı şəxsdən aldığını bildirmişdir. Götürülmüş kütlə təhqiqatçı tərəfindən elektron tərəzi vasitəsilə çəkilmiş və bir bükümdə ağ rəngli kağız parçasına bükülmüş qəhvəyi rəngli, qatı şəkilli maddənin çəkisi isə 0.64 qram müəyyən olunmuşdur; (i.v.31-32) - istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə olunmuşdur; (i.v.33) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-6/1192 nömrəli 28 fevral 2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “AR DİN “Zərflər üçün №152” möhür əksi, “...Təqsirləndirilən şəxs...” və s. imzalar, soyadlar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,575 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroinin təmiz çəkisi – 0,575 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,525 qram; (i.v.43-47) - DVD diskə baxış keçirilməsi haqqında 28 fevral 2024-cü il tarixli protokoldan və məhkəmə iclasında “DVD” disk üzrə videoyazı məlumatlarına baxış keçirilərkən müəyyən olunmuşdur ki, şəxsi axtarış və götürmə Xətai RPİ-nin 34-cü PŞ-nin təhqiqatçısı, polis kapitanı Elxan Qəribov tərəfindən keçirilmişdir. Axtarış Təqsirləndirilən şəxs müdafiəçisi X1, Xətai RPİ-nin 34-cı PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid3, həmin PŞ-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid4 iştirakları ilə aparılmışdır. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs barəsində axtarış və götürmə aparılmasından əvvəl onun paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü surətdə əynindəki əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf selofan bükümü təqdim etmişdir. Həmin bükümdə nə olması Təqsirləndirilən şəxs soruşulduqda o, həmin kütlənin narkotik vasitə "kakos" olduğunu bildirmişdir. Həmin şəffaf selofan büküm açıldıqda içərisində qəhvəyi rəngli, toz şəkilli kütlə aşkar edilmişdir. Həmin bükümdə olan maddə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və məlum olmuşdur ki, kütlənin çəkisi qablaşdırma ilə birlikdə 0,64 qramdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin narkotik vasitə heroini Nizami rayonu, Neftçilər m/st-sı yaxınlığında anket məlumatlarını bilmədiyi şəxsdən 20 AZN müqabilində almış və özü istifadə etmək üçün üzərində daşımışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfə qablaşdırılıb möhürlənərək götürülmüş və iştirakçıların imzaları ilə təsdiq olunmuşdur; (i.v.52) - təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 29 fevral 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur; (i.v.55-56) - Bakı şəhəri Xətai rayon məhkəməsinin 29 fevral 2024-cü il tarixli 4(011)-159/2024 saylı qərarından görünür ki, həbs qətimkan tədbirinin seçilməsi barədə təqdimat və vəsatət təmin edilmiş, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2a yaşayan, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 03 ay həddində müəyyən edilmiş, həbsdə olma müddətinin əvvəli 28 fevral 2024-cü il tarixdən hesablanması qərara alınmışdır; (i.v.79-84) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X2 12 mart 2024-cü il tarixli 1/1198 nömrəli məktubundan görünür ki, xx xxxxxx 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X4 müraciət etməmişdir; (i.v.93) - cinayət işinin icraata qəbul edilməsi və birləşdirilməsi haqqında 16 mart 2024-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi icraata qəbul edilmiş, icraatda olan Azərbaycan Respubikası CM-in 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işinə birləşdirilmiş və eyni icraatda birləşdirilmiş cinayət işi ********* nömrəsi altında istintaqı davam etdirilmişdir; (i.v.96-97) - cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında 19 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir; (i.v.101) - əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında 18 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi işlə məşğul olan, Bakı şəhəri, Suraxanı rayonu, Balandin 42 ünvanında qeydiyyatda olan və ünvan 17da yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma və istifadəsi barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı Şəhər Suraxanı RPİ-nin 30-cu PŞ-nin 18 oktyabr 2023-cü il tarixli əməliyyat qrupunun yaradılması barədə əmrdən görünür ki, xx.xx.1985-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, fərdi işlə məşğul olan, Bakı şəhəri, Suraxanı rayonu, Balandin 42 ünvanında qeydiyyatda olan və ünvan 10 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama, daşıma və istifadəsi barədə etimad doğuran, məlum və qərəzsiz mənbədən məlumat daxil olmuşdur. Qeyd edilən məlumat ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikası DİN-in Suraxanı RPİ-nin 30-cu PŞ-nin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır. Qrupun rəhbəri - Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞnın əməliyyat müvəkkili, polis kapitanı X14; qrupun üzvü - Bakı şəhəri Suraxanı RPİ-nin 30-cu PŞ-nin sahə inspektoru, polis kapitanı Şahid2 ibarət olmuşdur; (i.v.106) - şübhəli şəxsin tutulması haqqında 18 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 oktyabr 2023-cü il tarixdə 10:30 dəqiqədən şübhəli şəxs qismində tutulmuşdur; (i.v.120) - şəxsi axtarış və götürmə aparılması haqqında 18 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sol yan cibindən ümumillikdə 02 (iki) ədəd bükümü təqdim edərək həmin bükümlərdə, metafetamin kimi tanıdığı narkotik vasitlərin olduğunu bildirmişdir. Təqdim edilmiş 02 (iki) ədəd şəffaf rəngli sellofandan ibarət bükümə baxış keçirilərkən içərisində kristal rəngli psixotrop maddə metafetaminə bənzər maddə aşkar edilmişdir. Sorğu zamanı həmin maddəni xx.xx.2023-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Əhmədli metrosunun yaxınlığından tanımadığı şəxsdən 40 manat pul ödəyərək əldə etmiş istifadə etmək məqsədilə üzərində saxlamaqla daşımışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində psixotrop maddəyə bənzər maddə olan ümumilikdə 02 ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 194 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış davam etdirilən zaman cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilməmişdir;(i.v.130-131) - istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinin görüntüsü olan 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq, cinayət işinə əlavə olunmuşdur; (i.v.132) - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16- 16/2-6/5648 nömrəli 19 oktyabr 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş, üzərində "Azərbaycan Respublikası DİN Zərflər üçün №194..." dairəvi möhür əksi və “...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə oxşar kütlə; Təqsirləndirilən şəxs -imza, iştirakçılar: iki imza, Təhqiqatçı: Z.Eyvazov-imza..." yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki 02 (iki) ədəd bükümlərdəki təmiz çəkiləri- 0,822 qram,-0,806 qram, ümumi təmiz çəkisi-1,628 qram ağ rəngli kristallardan ibarət maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminlərin təmiz çəkisi – 1,628 qram, tədqiqata sərf edildi – 0,1 qram (hər birindən – 0,05 qram), qalıq – 1,528 qram; (i.v.142-146) - təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 20 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur; (i.v.157-158) - vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında 20 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Cavid İskəndərovun ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs - xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Balandin 42 ünvanında qeydiyyatda olan və ünvan 10 ünvanında yaşayan Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatəti əsassız olduğundan vəsatətin müdafiə edilməsindən imtina olunmuşdur; (i.v.174-176) - təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında 20 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və həbsdə saxlandığı Bakı şəhəri Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir;(i.v.177-178) - baxış aparılması haqqında 20 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, 18 oktyabr 2023-cü il tarixdə Suraxanı RPİ-nin 30-cu PŞ-nin baş təhqiqtaçısı, polis mayoru X16 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs və digər iştirakçılara hüquq və vəzifələri izah edilmiş, daha sonra Təqsirləndirilən şəxs üzərində gəzdirilməsi qanunla qadağan olan əşya və maddələri təqdim etməsi təklif olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarının sol yan cibindən 02 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Şəffaf sellofanların ikisi də açıldıqda hər birinin içərisində ağ rəngli kristal formasında maddələrin olduğu görünür. Təqsirləndirilən şəxs 02 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin olduğunu və metamfetamini 17 oktyabr 2023-cü il tarixdə Xətai rayonunda Əhmədli metrosunun yaxınlığında tanımadığı şəxsdən özünün istifadə etməsi üçün 40 manata aldığını bildirmişdir; (i.v.180) - təqsirləndirilən şəxsin axtarışının elan edilməsi və icraatın dayandırılması haqqında 19 noyabr 2023-cü il tarixli qərardan görünür ki, xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Balandin 42 ünvanında qeydiyyatda olan və ünvan 10 ünvanında yaşayan Təqsirləndirilən şəxs olduğu yerin müəyyən edilib tutularaq cinayət təqibini həyata keçirən orqanın sərancamına verilməsi məqsədi ilə axtarışı elan olunmuş, cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs saxlanılaraq Suraxanı RPİ-nin İŞ-nə təmin edilənədək cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsi ilə dayandırılmışdır; (i.v.199-200) - axtarışda olan şəxsin tutulması haqqında 17 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 yanvar 2024-cü il tarixdə tutulmuşdur; (i.v.205) - cinayət işi üzrə icraatın təzələnməsi haqqında 17 yanvar 2024-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnmişdir; (i.v.206) - vəsatətin müdafiə edilməsindən imtina olunması haqqında 19 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Cavid İskəndərovun ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs-xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvəllər məhkum olunmamış, Bakı şəhəri, Suraxanı rayonu, Balandin 42 ünvanında qeydiyyatda olan və ünvan 10 ünvanında yaşayan Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatəti əsassız olduğundan vəsatətin müdafiə edilməsindən imtina olunmuşdur; (i.v.211-213) - təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsinin nəzərə alınması və MSY-dən azad edilməsi haqqında 19 yanvar 2024-cü il tarixli qərardan görünür ki, təqsirləndilən şəxs Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə cinayət işi üzrə müstəntiq tərəfindən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçildiyi nəzərə alınmış və o, həbsdə saxlandığı Bakı şəhəri Suraxanı RPİ-nin MSY-dən azad edilmişdir; (i.v.214-215) - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 13 dekabr 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021ci il tarixdə Xətai rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinin xx.xx.2021ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir; (i.v.189- 190) - Bakı şəhəri Xətai rayon məhkəməsinin 30 iyul 2021-ci il tarixli 1(011)-351/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəli 23 aprel 2021-ci il tarixdən hesablanması hökm edilmiş; (i.v.217-222) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X20 28 mart 2024-cü il tarixli xx/xx-3572 nömrəli məktubundan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Respublika Narkoloji Mərkəzində narkoloji qeydiyyatda yoxdur; (i.v.231) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X17 30 mart 2024-cü il tarixli 4051 nömrəli məktubundan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs arxiv məlumatına görə Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmayıb; (i.v.232) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X20 xx.xx.2024-cü il tarixli 2288 nömrəli Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin Kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür; (i.v.258-259) - təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında 06 may 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. (i.v.272-273) - Elektron sistemdən çıxarışdan görünür ki, yetkinlik yaşına çatmayan 02 sentyabr 2009-cu il təvəllüdlü X5 Səbuhi Ağacan oğlunun övladıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə, təqsirləndirilən şəxsin ona elan edilmiş ittihamda ikinci epizod üzrə özünü təqsirli bilməməsinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, özünü müdafiə xarakterlidir, o cümlədən ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, iş materiallarında olan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərarlar, əməliyyat qrupunun təşkil edilməsi barədə protokol, şəxsi axtarış və götürmə aparılması barədə protokol, təqsirləndirilən şəxsin müdafiə hüququnun təmin edilməsi məqsədilə ona müdafiəçinin təyin edilməsi, aparılan istintaq hərəkətlərində xüsusilə də şəxsi axtarış və götürmə aparılması zamanı müdafiəçinin iştirakının təmin edilməsi (həmçinin müdafiəçənin iştirakı ilə aparılması), o cümlədən şəxsi axtarış və götürülmənin aparılmasının videoçəkilişinə, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə şübhəli şəxs və təqsirləndirilən şəxs qismində vermiş olduğu ifadələrin əks olunduğu dindirmə protokollarına əsasən müəyyən edilir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında göstərdiyi xüsusatlar hansılar ki, polis əməkdaşları ona təzyiq edərək və döyərək çəkiliş zamanı üzərindən narkotik vasitənin çıxartmasını tələb etmələri həqiqətə uyğun deyil. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Maddənin köhnə redaksiyasına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 83-cü qrafasına əsasən təmiz çəkisi 0,575 qram olan narkotik vasitə heroin xeyli miqdar hesab olunur. Köhnə redaksiyaya görə «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İİ siyahının 67-ci qrafasına əsasən təmiz çəkisi 1,628 qram olan psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 83.3.2-ci maddəsinə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə onların məhkumluqları ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs cəza təyin edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3cü maddəsinə əsasən, həmin cinayətin az ağır cinayətlər sırasına aid edilməsini, Təqsirləndirilən şəxs şəxsiyyətini nəzərə alır. Təqsirləndirilən şəxs cəza təyin edərkən şəxsin törətdiyi əməli qismən etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini və himayəsində yetkinlik yaşına çatmayan övladının olmasını məhkəmə onun cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Onun cinayəti təkrar törətməsi cəzasını ağırlaşdıran hal müəyyən edilir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlinin xarakterini, cinayətin törədilməsi hallarını, cinayətin ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin törətdiyi əmələ münasibətini nəzərə alaraq qeyd edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasından aşağı həddə cəzanın təyin edilməsi üçün müstəsna hallar, eləcə də cəzanın şərti tətbiq edilməsi üçün əsaslar yoxdur. Bu baxımdan məhkəmə qeyd edir ki, cəzanın əsas məqsədlərindən olan məhkumun islah olunması və qanunla qorunan ictimai münasibətlərin toxunulmazlığı və başqa şəxslərin qanunla qorunan hüquqlarına hörmət hissinin formalaşdırılması baxımından Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəzasının təyin edilməsi qanuni və ədalətlidir, həm də cəzanın məqsədinə uyğundur. İşin yuxarıda qeyd edilən hallarına görə həmin maddə ilə nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının məhkuma tətbiq edilməsi cəzanın məqsədlərinə nail olmaq üçün yetərli deyildir. Eyni zamanda məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, onun 18 oktyabr 2023-cü il tarixdən 20 oktyabr 2023-cü il tarixədək, 17 yanvar 2024-cü il tarixdən 19 yanvar 2024-cü il tarixədək şübhəli şəxs kimi həbsdə saxlanıldığı müddəti və 28 fevral 2024-cü il tarixdən həbsdə saxlanıldığı müddəti nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin: 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 56.1.2-ci maddəsinə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən olunmuşdur. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İstinad edilən maddənin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs, ona təyin edilən azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli 28 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə iş üzrə keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyinə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan 1,528 qram psixotrop maddə metamfetamin və 0,525 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan - şəxsi axtarış və götürmə keçirilməsinin görüntüləri əks olunmuş iki ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırkı cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 202 (iki yüz iki) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə, həmçinin vəkil tərəfindən təqdim edilmiş hesabatı nəzərdən keçirərək hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 (on beş) iş saatına görə 90 (doxsan) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabına ödənilməlidir. Belə ki, CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, onun müdafiəçisinin cinayət prosesində iştirakı dövlət büdcəsi vəsaiti hesabına təmin edilir, həmin Məcəllənin 193.5-ci maddəsinə görə hüquqi yardıma görə hər iş saatı üçün ödənişin məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, müdafiəçinin təqdim etdiyi hesabat əsasında hesablanır və vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli Qərarı ilə müdafiəçiyə hər iş saatı üçün ödənilən haqqın məbləği 06 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 346, 347-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə 4 (dörd) gün həbsdə saxlama müddəti 4 (dörd) gün azadlıqdan məhrum etmə cəzası ilə hesablanaraq təyin edilmiş cəzadan çıxılmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; onun həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəzasının əvvəli 28 fevral 2024-cü il tarixdən hesablansın; barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xətai Rayon Polis İdarəsində saxlanılan 1,528 qram psixotrop maddə metamfetamin və 0,525 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınan - iki ədəd disk cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində hazırki cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 202 (iki yüz iki) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs tutularaq, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 90 (doxsan) manat ödənilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya qaydasında şikayət və ya protest verilmədiyi halda 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rəfail Sadıxov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar